You are on page 1of 336

Ədalət Tahirzadə

MEYDAN
4 il, 4 ay (Azərbaycan Xalq Hərəkatı haqqında gündəlik – geydlər) Birinci Cild (1988-1989) Bu kitabı 1988-dən bu günədək Azərbaycanın azadlığı və torpağlarının bütövlüyü uğrunda iəhid olmuş bütün evladlarımızın, o sıradan Şuşa uğrunda son nəfəslərinədək vuruşmuş AXC Şuşa rayon şöbəsinin başçısı, Azərbaycanın Milli Qəhramanı Ramiz Qəmbərovun və AXC Oğuz rayon şöbəsinin başçısı Tofiq Oğuzun müqəddəs ruhlarına bağışlayıram. *** Redaktordan Prof. Cəmil Həsənli XX yüzilliyin milli azadlıq mübarizəsi, milli demokratik mücadilə əsri olduğu getdikcə daha artıq təsdiqlənir. Cəmiyyətin tarixində keşməkeşlərlə, inqilablarla, ziddiyyətlərlə zəngin olan, elm və texnikada böyük kəşflərlə, ədəbiyyat və sənətdə mö”cüzələrlə yadda qalan XX əsr sona çataçatdadır. XXI yüzilliyin astanasında baş verən olduqca mühüm siyasi və milli proseslər yeni bir dünya düzəni doğurmuşdur. Bu dünya düzənində bizim yerimiz haradadır? Bu mühüm sual indi Azərbaycan vətəndaşı olaraq hər birimizi düşündürməkdədir. İstiqlala doğru yolumuz haradan başlandı? XX əsrin çalxantılarını, təbəddülatlarını necə yaşadıq? Bu yüzillikdə nə qazandıq, nə itirdik? Bu sorğuların cavabları artıq az-çox bəllidir, ancaq, fikrimizcə, onlara ən tutarlı cavabları biz məhz XXI yüzillikdə - daha uzaq tarixi məsafədən boylanaraq verə biləcəyik. Lakin keçdiyimiz şərəfli yolun həlledici məqamları artıq indidən aydındır. Ötən əsrin başlanğıcında rus işğallarına qarşı müharibələrdə babalarımızın Cavad xanın timsalındakı igidliyi, azadlıqsevərliyi tarix salnaməsinin qürur doğuran səhifələridir. Uğurları və itkiləri ilə yanaşı, bu çarpışma son nəticədə silaha söykənirdi. Uzun illərin düşüncələrindən, ideya axtarışlarından sonra bəlli oldu ki, müstəmləkə boyunduruğundan qansız qurtuluş yolu yeni maarifdə, yeni dünyagörüşündə, yeni düşüncədədir. Bir millət olaraq biz M.F.Axundzadənin əsərlərindən, H.B.Zərdabinin “Əkinçi”-sindən, türk milli teatrından və üsuli-cədid məktəblərindən yarandıq. Bütün islam ümməti içərisində ilk islam millətçisi olduq. Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Əlimərdan bəy Topçubaşının milli təfəkkür mücadiləsini yaşadıq. M.Ə.Rəsulzadənin türklük yolundan, islam imanından və çağdaş Avropa inamından nəş”ət tapan üçrəng bayrağı altında toplaşdıq. Və türk milləti olaraq ana yolumuzu müəyyənləşdirdik. Ana yolumuz 1905-ci il təlatümlərindən, sərdari-milli Səttar xanın azadlıq çarpışmasından, ilk türk respublikası olan Azərbaycan Cümhuriyyəti-nin ağrılı-acılı, fəqət son dərəcə şərəfli 23 aylıq müstəqil dövlətçilik addımlarından, Şeyx Məhəmməd Xiyabaninin “Azadistan” idealından, Seyid Cəfər Pişəvərinin başçılığı altında Güneydəki ilk Milli hökumətdən keçir. Bütün bu azadlıq, müstəqillik savaşları iri tarixi sıçrayışlar olaraq millətin öz qurtuluşu yolunda səbrinin tükənmə məqamıdır. Əgər bunlar ümumi bir tarixi müstəvidə gözdən keçirilsə görərik ki, Azərbaycan xalqının XX əsr tarixi milli mücadilə, demokratiya uğrunda savaş tarixidir. Əsrin başlanğıcında olduğu kimi sonunda da mübarizəmiz öz bəhrəsini verdi - Quzey Azərbaycan öz azadlığını qazandı. Ölkəmiz yenidən dünya dövlətlə-ri cərgəsinə qoşuldu. Azərbaycanın müstəqilliyi geriyədönməz prosesə çevrildi. Ancaq bugünün özündə də içində yaşadığımız həmin prosesin tarixi dəyərini verməkdə çətinlik çəkənlər tapılır. Bə”ziləri onu Sovet imperiyası-nın dağılmasının avtomatik nəticəsi, bə”zisi Moskvanın xalqımıza “hədiyyə”si olduğunu iddia edir. Ancaq belə düşüncələrin nə qədər yanlış olduğuna inanmaq üçün filologiya elmləri namizədi, alim-jurnalist Ədalət Tahirzadənin “Meydan: 4 il, 4 ay” kitabını oxumaq kifayətdir. Dilçi alim və jurnalist kimi Ə.Tahirzadənin imzası artıq çoxdan özünü təsdiqləyib. Bu imza “Azərbaycan filologiyası məsələləri” toplularından, “Sovetskaya türkologiya” dərgisindən, “Elm” qəzetindən keçib, “Azadlıq”da, “Yeni Müsavat”da, “Millət”də ... bərkiyib. Ə.Tahirzadə çağdaş

Azərbaycan milli azadlıq və demokratik hərəkatının lideri Əbülfəz Elçibəyin mübarizə yolu və taleyi ilə bağlı iki kitabı ərsəyə gətirib. O, milli hökumət dövründə təhsil nazirinin müavini kimi orta məktəblərimiz üçün yeni proqram və dərsliklərin yaradılmasına bacarıqla rəhbərlik edib. Onun qələmi həmişə vicdanına qulluq edib. “Meydan: 4 il 4 ay” salnaməsi də məhz bu baxımdan səciyyəvidir. Müəllifin gərgin əməyi sayəsində ortaya çıxan bu sanballı əsər ən son tariximizi öyrənəcək tarixçilər üçün dəyərli mə”xəzdir. Fikrimizcə, XX yüzillikdə milli mücadilə tariximiz, istiqlal savaşımız haqqında ilk yazılı salnamə olan bu kitab Sovet imperiyasının çökməsində son dərəcə mühüm rolu olmuş Azərbaycanın qurtuluş mübarizəsinin ləkəsiz güzgüsüdür. Sıravi iştirakçısı olduğu bütün hadisələri günbəgün, saatbasaat, dəqiqəbədəqiqə yazıya köçürən müəllif çox dəqiq xronologiya yaradıb. 1988 - 1992-ci illər arasındakı təxminən 4 il yarımlıq müddətdə xalqımızın siyasi yaşamında baş verən elə mühüm bir hadisə yoxdur ki, Ə.Tahirzadənin nəzərindən qaçsın. O illərin mətbuatını, radio və televiziya verilişlərini və b. da diqqətlə izləyərək o, həmin çağın geniş ictimai-siyasi panoramını yaratmağı bacarmışdır. Onun əsərində Azadlıq mübarizəsi və bu mübarizəni aparan Xalq olduqca qabarıq təsvir olunub. İnanıram ki, bu maraqlı əsərin oxucularının əksəriyyəti Azadlıq mübarizəsini aparan həmin Xalqın içərisində özünü də tapacaqdır. Məhz bu baxımdan Meydan həyəcanlarını yaşamış oxucular üçün əsər xüsusilə məhrəm olacaq. Əsəri oxuduqca müəllifin təmənnasız əməyini qiymətləndirməyə bilmirsən. Bircə faktı göstərim ki, 19 günlük Meydan epopeyası burada o qədər incəliklə və genişliklə əksini tapıb ki, bə”zən düşünməli olursan - bəs müəllif haçan dincəlib? 5 dekabr 1988-ci ildəki on bir saatlıq fasiləsiz yürüşdən qeydləri də onun vətəndaş mövqeyinə dərin hörmət yaradır. Yaxşı ki, belə qeydlər burada saysız-hesabsızdır. Bu gün də bir çoxları bədgümandır ki, Meydan kimlərinsə gizli göstəriş-ləri ilə idarə edilirdi, müxtəlif ölkələrə, yaxud şəxslərə məxsus xüsusi xidmət orqanlarının nəzarətində olan millət isə əslində şəxsi məqsədlərin icraçısına çevrilmişdi. Sözsüz ki, belə cəhdlərin olmadığını söyləmək sadə-lövhlükdür, ancaq ayrı-ayrı cəhdlərin mövcudluğu Azadlıq meydanında kükrəyən Xalq hərəkatının mahiyyətini təhrif edə bilməz; bu cür düşüncələr hərəkatın bədənindəki qısır ziyildən başqa bir şey deyil. Buna bir daha inanmaq üçün “Meydan: 4 il 4 ay” kitabında təkamül prosesi son dərəcə ardıcıllıqla, heç bir şişirtmə olmadan, bütün çatışmazlıqları və qüsurları ilə təsvir edilmiş Xalq hərəkatının gedişini izləmək gərəkdir. Əsəri oxuyarkən biz ovaxtkı qəhrəmanları və hadisələri bugünün gerçəklikləri ilə müqayisədə qiymətləndirmək imkanına malik olacağıq. İndi bir çoxlarının və bir çox şeylərin əsl üzü, gerçək mahiyyəti artıq bəlli olsa da müəllif öz qeydlərinə xəyanət etmir, onları qətiyyən toxunmadan saxlayır. Bu obyektiv, bitərəf mövqe əsəri tarixi qaynaq kimi son dərəcə e”tibarlı edir. Fikrimizcə, bu kitabın bir dəyərli cəhəti də odur ki, müəllif anonim, mücərrəd, xəyali “xalq”, “millət”, “vətən” anlayışlarından söz açmır, oxucunun özünü məhz özümüzdən ibarət konkret xalqın, millətin içində olmağa, Vətənin dərdlərini duymağa məcbur edir. Oxucu bir daha əmin olur ki, XX yüzilliyin sonunda yaşanmış 4 il 4 ayda onun milləti öz Azadlığı, İstiqlalı, Müstəqilliyi uğrunda, Vətəni uğrunda amansız düşmənlərlə qeyri-bərabər savaşa girmişdir. Bu gün də davam edən həmin şərəfli mübarizəmizin nəticəsi isə dünənimizə bəsləyəcəyimiz sevgidən və sayğıdan, onu nə dərəcədə düzgün dəyərləndirə bilməyimizdən asılı olacaq.

OXUCULARA DEMƏK İSTƏDİYİM BİR NEÇƏ SÖZ Ədalət Tahirzadə. 1988-in 19 fevralında sovet hakimiyyəti illərində ilk dəfə olaraq Bakıda adamlar icazəsiz küçə yürüşü və mitinq keçirdilər. Onların gülləyə tutulma-masından duydum ki, xalqımızın tarixində indiyədək olandan fərqli, ancaq yaxşı-pisliyi hələ bilinməyən yeni bir mərhələ başlayır və bugündən sonra baş verəcək hadisələri unutmamaq üçün onları hökmən yazıb saxlamaq gərəkdir, çünki belə şeyləri sovet mətbuatı yaxına buraxmayacaq. “Elm” qəzetinin redaktorluğundan yenicə ayrılıb elmi işlə məşğul olsam da “köhnə” jurnalist kimi bu işdə özümün də fayda verə biləcəyimi qərarlaşdırıb Bakıda dörd il dörd ay boyunca baş verən, demək olar ki, irili-xırdalı əksər hadisələrin, eləcə də təkcə Bakıda yox, ölkəmizin bütün guşələrində baş qaldıran Azərbaycan Xalq hərəkatının iştirakçısına və “salnaməçi”sinə çevrildim. Açığı, o vaxt güman edirdim ki, bu yazdıqlarımı yalnız 20-30 ildən sonra nəşr etdirə bilərəm, ona görə də hər şeyi olduqca açıq yazmışdım.

Bu gündəlikləri dərc etmək üçün müxtəlif mətbuat orqanları mənə dəfələrlə müraciətdə bulunsa da buna razı olmamışam, çünki ilk gündən istəyim onu ayrıca kitab şəklində buraxdırmaqdı. İndiyədək bu qeydlərdən yalnız lap az bir bölümü (seçmələri) “Əbülfəz Elçibəy: Bu mənim taleyimdir” kitabında (Bakı, “Gənclik” nəşriyyatı, 1992; “İlk çıxışlar” bölməsi) və “MİP” qəzetində (№1, 20 yanvar 1995) vermişəm. Oxuduğunuz bu kitab əsasən hadisələrin gedişi vaxtı meydanda, çox zaman ayaq üstündə yazdığım qeydlərdən ibarətdir. Düzdür, sonradan evdə bə”zilərinin üstündə əl gəzdirib sistemləşdirmişəm, ancaq belələri azdır; çalışmışam ki, onları yazıldığı andakı biçimdə - ütüsüz, boyasız sizə çatdırım. Nəşrqabağı dəyişik-liklər bə”zi yerlərin atılmasından, ayrı-ayrı şəxslərin ünvanına yazılmış qeyri-məqbul ifadələrin götürülməsindən, yaxud yumşaldılmasından, eləcə də konkret mətləblə bağlı gərəkli sənədin qeydə artırılmasından ibarətdir. Bu gündəlik-qeydləri yazmaqda məqsədim siyasi-ictimai hadisələri təhlil süzgəcindən keçirmək olmayıb, mümkün qədər çox şeyi görmək və gördüklərimin içindən də çox şeyi seçib təsvir etməkdir. Məhz təhlilçilik yox, təsvirçilik yolu tutduğuma görə gözümdən və qulağımdan heç nəyin yayınmamasına güc qoymuşam. Qələmə aldığım şeyin mahiyyətcə nə olduğunu müəyyənləşdirməyi isə üzərimə götür-məmişəm - qoy bununla tarixçilər və peşəkar siyasətçilər məşğul olsunlar. Deməli, burada tarixi hadisələri dəyərləndirən təhlil materialı ilə yox, təhlil üçün hazırlanmış gərəkli “xammal”la tanış olacaqsınız. Bu başdan bildirim ki, mən siyasətçi deyiləm və qeydləri də siyasətçi kimi yox, Meydanın iştirakçısı olan adi bir vətəndaş, ən sıravi Azərbaycan ziyalısı, jurnalisti kimi qələmə almışam. Mən heç vaxt heç bir siyasi qurum və hərəkatda lider olmamışam, əksinə, liderlərə yaxınlıqdan çəkinmişəm; bu, hadisələrə liderlərin yox, öz mövqeyimdən qiymət verməkdə işimi xeyli yüngülləşdirib. (Doğrudur, Əlyazmalar İnstitutunda və AXC-də Əbülfəz Elçibəylə, “Azadlıq” qəzetində Nəcəf Nəcəfovla birgə işlədiyim zamandan onlarla çox yaxın ünsiyyətim yaranıb, ancaq Xalq hərəkatının bu iki görkəmli öncülü ilə yaxınlı-ğım hər şeydən qabaq, onların misilsiz mə”nəvi təmizliyə malik insan və səmimi dost olmaları ilə bağlıdır). Həmişə mikrofon arxasında yox, tribuna yanında, xalq içərisində dayanmağım xalqın əhval-ruhiyyəsini duymaqda, adamların nə düşündüyünü ümumiləşdirməkdə, kürsülərdən deyilən sözlərin doğru-əyriliyini seçməkdə mənə kömək edib. Ancaq, təbii ki, bağlı qapılar arxasında nələr danışıldığından xəbərim olmayıb. Məzmununa gəlincə, bu gündəliklər 1988-dən 1992-yədək təkcə mənim yox, bütövlükdə xalqımızın dünyagörüşündəki dəyişikliklərin təkamülünü izləmək baxımından maraqlı ola bilər. Onları yazmağa başlayanda mən Elmlər Akademiyası partiya komitəsinin üzvü olan sədaqətli bir kommunist, fəal yenidənqurma tərəfdarı idim, Sovet dövlətinə inamım vardı. Ancaq 20 Yanvar bu inamın üstündən birdəfəlik qalın qara xətt çəkdi. Boynumuza alaq ki, 1988-də Azərbaycanın on minlərcə (bəlkə daha çox) ziyalısı da məhz mənim kimi düşünürdü və həyat bizim hamımızı sadəlövhlüyümüzə görə sərt cəzalandıraraq ağıllandırdı. Çalışmışam ki, bax, bu “ağıllanma” prosesinin hansı axarda getdiyi qeydlərdə öz təbii əksini tapsın. Əsərin artıq çapa hazır əlyazmasını gözdən keçirəndə sevindim - deyəsən, əməyim boşa çıxmayıb; güddüyüm ikinci məqsədə də az-çox nail olmuşam - xalqımızın azadlıq mübarizəsinin mə”nası, qarşılaşdığımız dözülməz faciə və fəlakətlərin gerçək səbəbləri, eləcə də nəş”əsini az da olsa daddığımız AZADLIQ və MÜSTƏQİLLİYİN necə böyük çarpışmalar, vuruşlar bahasına qazanılması bu gündəliklərdə ortaya çıxır. Bu nikbin qeydlər xalqımızın ən ağır anda da özünü itirmədiyini, ruhdan düşmədiyini, ən çətin döyüşlərə həmişə hazır olduğunu göstərir. Yəqin ki, sizi gündəlik-qeydlərin yazılması şəraiti də maraqlandırar. Bir çoxlarınızın yadındadır - 1988-dəki mitinq və nümayişlərdə kimin əlində foto-aparat görünsəydi onu erməni agenti sayırdılar (hətta bir dəfə “Molodyoj Azerbaydjana” qəzetinin fotomüxbirini də erməni bilib bərk döymüşdülər). Bu deyilənin əliqələmlilərə də aid olduğuna özüm tezliklə inandım. Nəsə yazdığımı görən bir çoxları məndən şübhələnir, sənəd göstərməyimi tələb edirdilər. Yadımdadır - 1988-in noyabrında bir gündə altı dəfə yazımı yarımçıq qoydular. Hər dəfə də sənəd istəyir (onda “Elm” qəzeti redaktorunun vəsiqəsindən istifadə edirdim), uzun-uzadı sorğu-suala tuturdular. Bir gün hətta vəsiqə, pasport və hərbi biletimi göstərəndən sonra da məndən əl çəkməyən bir danabaş “vətənpərvər”in əlindən, növbətçilik edən milis mayorunun köməyi sayəsində qurtardım. Sonralar diktofondan da istifadə etməyə başladım. İlk vaxtlar meydanda harada olsa dururdum, bu isə bə”zən natiqləri yaxşı eşitməyimə və meydanı əhatəli görməyimə mane olurdu. Sonralar həmişə hündürdə - tribunaların yanında, çox vaxt eyni yerdə dayanmağım həm səmərəli işləməyimə, həm də daimi iştirakçıların artıq mənim yazmağıma vərdiş etmələrinə səbəb oldu.

Uzun çəkən mitinq, yürüş və yığıncaqlarda fasiləsiz 5-6 saat (bə”zən hətta günlərlə) qələm işlətmək asan deyil - barmaqlar və bilək ağrıyır. Xüsusən qızmar yay günəşi altında, şaxtada, yağışda, yaxud gecə qaranlıq düşəndən sonra yazmaq daha çətinləşir. Ancaq yadıma gəlmir ki, hər hansı çətinlik üzündənsə qeydlərimi yarımçıq qoyum; hətta soyuqdəymədən ən ağır xəstələnəndə, bir neçə günlük yorğunluqdan, yuxusuzluqdan ayaq üstə durmağı bacarmayanda belə (bu cür hallar da az olmayıb) çalışmışam ki, qeydləri hökmən uvertüra ilə sona yetirim. Gündəlik-qeydlərin əksəriyyətini cib dəftərçələrində yazmışam. Son 5 ildə onları qoruyub saxlamağa da qayğı göstərməli olmuşam, axı istər Noyabrdan, istər Yanvardan, istər Avqustdan, istərsə də Maydan... sonra kütləvi repressiyalar başlayıb və başqa sənədlərlə birgə həmin dəftərçələri də dostlarımın evində gizlətməyə məcbur olmuşam. (Yeri gəlmişkən, qardaşım Xaləddinə və dostlarım Bəhram Zeynalova, Saleh Hüseynova bu qayğıkeşliklərinə görə minnətdarlığımı bildirirəm). Diqqətli oxucu görəcək ki, müəyyən bir dövr (may 1990 - iyul 1991) gündəliklərdə dolğun əks olunmayıb. Bu, “Azadlıq” qəzetində çalışmağımla bağlıdır; yeni qəzetdə işlərin gərginliyi redaksiyadan aralanmağa imkan vermirdi, həm də hadisələr əvvəlkindən fərqli olaraq mətbuatda da əksini tapırdı, ona görə daha qeydlər aparmağı o qədər vacib saymırdım. Bu boşluğu doldurmaq üçün “Azadlıq” üçün yazdığım, ancaq müxtəlif səbəblər üzündən (hərbi senzuranın icazə verməməsi, redaktorun məsləhət bilməməsi, yazını ixtisar etməyə, yaxud dəyişməyə razı olmamağım və b.) çap olunmayan məqalələrimi kitaba salmağı məqsədəuyğun bildim. Özüm redaksiyadan uzaqlaşa bilmədiyim bə”zi günlərdə həyat yoldaşım Nailə xanımdan və qaynım Feyzidən xahiş etmişdim ki, onlar mənim əvəzimə qeydlər aparsınlar; burada onların yazdıqlarını da verirəm. 1992-nin 16 iyunundan - Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin andiçmə mərasimindən sonra mən gündəlik yazmağa son qoymuşam. Düzdür, bundan sonra ölkəmizin, xalqımızın tarixində olduqca mühüm sevincli və ağrılı hadisələr baş verib, ancaq Elçibəy iqtidarında respublika təhsil nazirinin müavini vəzifəsində yeni proqram və dərsliklərin yaradılması kimi ağır bir işlə məşğul olduğuma görə “salnaməçiliyə” vaxt tapa bilmədim. Çox istərdim ki, bir başqası da bu son tariximizin xronikasını yazmağın ağırlığını öz üzərinə götürsün; ona uğurlar diləyirəm! 1993-ün 4 iyun çevrilişdən sonra xalqın inam və e”tibarına xəyanət edən bir çox siyasət dəllallarının gerçək sifəti gün kimi aydınlaşdı. Bu kitabda, çox təəssüf ki, onlar bə”zən xalq qəhrəmanı kimi təsvir olunub. Mən bu gün böyük məmnunluqla həmin hissələri cırıb atardım, ancaq nə edəsən - bütöv bir xalqın yaşadığı o aldanışlı günlər artıq tarixə çevrilib, tarixi isə pozmağa nəinki mənim, heç onun özünün də gücü çatmaz! İstərdim ki, siz həmin səhifələri oxuduqca məni və onları “qəhrəman” adlandıran dünənki özünüzü söyməyəsiniz, əksinə, bu tarixdən ibrət götürərək bir daha üzünüzə söylənən ağ yalanlara və yalançılara uymayasınız, özünüzə uydurma qəhrəmanlar yaratmayasınız... Sözümün sonunda bu kitabın nəşrinə qayğıkeşliklə yanaşmış dostlarım Nəcəf Nəcəfov, Rəhim Rəhimov, Sabit Bağırov, Fəzail Ağamalı, Firidun Cəlilov və Xəliyəddin Xəlilova, əsəri diqqətlə redaktə etmiş hörmətli redaktorum, professor Cəmil Həsənliyə, eləcə də kitabın nəşrə hazırlanmasında əllərindən gələni etmiş bilgisayar ustaları Elçin Faxralı və E”tibar Axundova dərin minnətdarlığımı bildirirəm. Bitməz-tükənməz şükürlərim isə bu əsərin yazılmasında və nəşrində ilkin və ulu yardımçım Allah-taala (c. c.) həzrətlərinədir! Bakı. 06 oktyabr 1993. P.S. Mən bu əsərin əlyazmasını tanışlıq üçün “Yeni nəsil” jurnalist-lər birliyinin ovaxtkı sədri Qənimət Zahidova vermişdim. Bişkek proto-koluna e”tiraz dalğası qalxan günlərdə Qənimət bəy həbs edildi, evində axtarış aparıldı və əlyazmalar da evindən götürüldü. 1994-ün 10 sentyabrından 20 dekabrınadək Bakı şəhər prokurorluğunda saxlanan (20854 saylı cinayət işi ilə bağlı) əlyazmanı millət vəkilləri olan dostlarım Nəcəf Nəcəfov və Firidun Cəlilov şəxsən respublika prokuroruna müraciət edəndən və özüm də onunla görüşəndən sonra geri götürə bildim. Həmin günlərdə əsərin itə bilməsi həyəcanını (əlyazma vur-tut bircə nüsxə idi!) mənimlə birgə keçirmiş və onun xilası üçün əllərindən gələni etmiş həmin dostlarıma təşəkkürümü bildirirəm. 25 dekabr 1994.

P.P.S. Bu yaxınlarda Tanrıverdi Paşayev mənə Azərbaycan KP 26 Bakı komissarı rayon komitəsi mə”lumat- təhlil şurasının (MTŞ) hazırladığı bə”zi sənədləri təqdim etdi. O, AXC nəzarət-təftiş komissiyasının (NTK) üzvü olarkən həmin sənədləri Cəbhə qərargahındakı öz iş otağından tapıb. Bəllidir ki, o zaman AXC qərargahı raykomun binasına yenicə köçmüşdü. NTKnın yerləşdiyi otaqda NTŞ raykomun hansısa şö”bəsinin tapşırığı ilə mitinqlər haqqında ətraflı hesabat hazırlayıb, binadan köçən zaman isə hazır sənədləri (onlar ikinci nüsxələrdir; görünür, birinci nüsxələr harasa, kiməsə təqdim edilmişdir) özləri ilə götürməyə ehtiyac duymayıb. T.Paşayevin verdiyi sənədlərdən 16 sentyabr, 8 və 15 oktyabr, 17 noyabr və 2 dekabr 1989 tarixli mitinqlər haqqında MTŞ-nın hesabatlarını bu kitaba salmağı məqsədəuyğun saydım. Onları mənə lütfkarlıqla təqdim etmiş Tanrıverdi bəyə də təşəkkürlərimi yetirirəm. 21 dekabr 1996. P.P.P.S. Ətək yazılarının (çıxarışların) bir çoxu əsər mətbəəyə veri-lən ərəfədə artırılıb. Mətnə artırılmış sənədlərə söykənməkdə məqsədimiz onlardakı dü-şüncələrin doğru olduğunu göstərmək yox, haqqında söz açılmış konkret mə-sələyə, yaxud fikrə müəyyən bir tərəfin mövqeyinin (bu mövqeyə öz münasibə-mizi bildirmirik) varlığını bildirməkdir. Əsərin gələcək nəşrlərində ən müxtəlif mövqeləri tutuşdurmaq imkanımızın olacağına umudvarıq. 22 yanvar 1997. MEYDAN BİRİNCİ BÖLÜM DAĞLIQ QARABAĞDA NƏ OLMUŞDU? Bu gün 1988-inci il fevralın 27-sidir. Respublika qəzetlərində “Sov.İKP MK-nın Baş katibi M.S.Qorbazovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciəti” dərc edilib. Mğraciətdə deyilir: “Dağlıq Qarabağda və onun ətrafında hadisələrlə əlaqədar olaraq sizə mğraciət edirəm”. Sənəd bu cğmlə ilə bitir: “Ağıl və kamalla hərəkət etmək məqamıdır”. Görəsən, Dağlıq Qarabağda nə olmuşdu? 1982-ci ildə “Oqonyok” jurnalında (No-50) belə bir yazı getmişdi ki, (müəllifi Aşot Arzumanyan), heykəltaraş Akop Gürcüyan Şuşa şəhərində - Ermənistanın gözəl guşəsi Dağlıq Qarabağın mərkəzində anadan olub. 10 fevral 1983 tarixdə isə “Komsomolskaya pravda” qəzetində dərc olunan yazıda (“əks tə sir”; müəllifi İ.Ağacanyan) Dağlıq Qarabağda kənd kənd təsərrüfatı problemləri ilə bağlı vəziyyəti öyrənmək üçün Ermənistan rəhbərliyinin (nazirin) fikri öyrənilirdi. Belə məntiqi nəticə çıxırdı ki, Dağlıq Qarabağ Ermənistana baxır, ona görə həmin respublikaya müraciət edilib. Sonralar Azərbaycandan gedən çoxlu məktub və teleqrama əsasən hər iki redaksiya oxuculardan yol verilmiş səhvə görə üzr istədi. (Onların redaksiyalarında, görünür, Dağlıq Qarabağın Azərbaycana aidliyini bilməyən savadsız şö bə müdirləri işləyirmiş. Hər halda, yəqin ki, ən rəsmi cavab belə olardı). Yeri gəlmişkən, “Komsomolskaya pravda” qəzetinə cavab olaraq “Kommunist” qəzetində “Doğrudan da əks təsir” replikası çıxdı (13 fevral 1983) və həmin müəllifi sonradan Azərbaycan KP MK aparatı cəzalandırdı. 1984-üncü ilin oktyabrında beş erməni dığası Bakıda 106 nömrəli avtobusu partlatmaq istədi. Onlar təxminən Dağüstü parkın yanında avtobusa partlayıcı maddə qoyubmuş ki, Politexnik İnstitutun qarşısına çatanda partlayış baş versin. (Hadisə axşama yaxın olub. Bu vaxt hamı işdən çı-xır, tələbələr isə dərsə yollanır, Politexnik İnstitutun qarşısı adamla dolur). Ancaq təxminən əzizbəyovun heykəlinin yanında kiminsə ayağı ona dolaşıb, partlayış olmayıbsa da iki nəfər ölüb (biri qadın; Akademiyanın Şərqşünaslıq İnstitutunda işləyirdi), bir-iki nəfər yaralanıb. Yarımçıq partlayışın səbəbkarını Moskvadan gələn dövlət təhlükəsizliyi əməkdaş-ları tapdılar. Bəlli oldu ki, təşkilatçı 17 yaşında erməni dığası imiş. Məqsədi əsasən azərbaycanlı tələbələri qırmaq olub. Özü də hadisə ermənilərin “genosid”i ilə bağlı təşkil edilmişdi. Xoşbəxt təsadüf kütləvi qırğının qarşısını aldı. SƏNƏD

“Əziz Rəsulovun yadına salmaq istərdik ki, məhz onun DTK-nın istintaq şö bəsinin rəhbər işçisi olduğu və fəaliyyəti dövründə 1984-cü ildə Bakıda 106 nömrəli avtobusda partlayış törətmiş Vartanov Henrix Surenoviç psixi cəhətdən qeyri-sağlam hesab olunaraq güllələnmə cəzasından canını qurtara bilmişdir”. (“Azərbaycan” qəz., 27 mart 1993, 3-üncü səh.). Bu hadisədən yarım il qabaq - 17 aprel 1984-də böyük xərclə tə mir edilmiş (bəzək işlərinə 4 kilodan artıq qızıl işlənmişdi) Akademik Opera və Balet Teatrı binasını da ermənilər1 (fəhlə Qazaryan) [AEM1]yandırdılar. Bu gün-sabah açılışı olacaq binanı heç nəylə söndürmək mümkün olmadı və onun quruca divarları qaldı. Bu yanğın insan vəhşiliyinin, azğınlığının, vandalizmin ən bariz örnəyi idi. (Nə yaxşı ki, bizimkilərdə qeyrət tapıldı, əliş Lənbəranski, Həsən Həsənov başda olmaqla qabaqkından da gözəl, əzəmətli, yaraşıqlı bina ucaltdılar. Düzdür, bina çöldən dəyişməz kimi görünür, ancaq bir ay bundan qabaq açılışı olan teatr binası, demək olar ki, özülündən yenidən tikilib). Bu ekstremist hadisələr xəbərdarlıq imiş... A.Şərifzadə küçəsindəki bina da terrorçuların əli ilə partladıldı və burada xeyli adam öldü. SƏNƏD SOV. İKP MəRKəZİ KOMİTəSİNDə Sov.İKP MK “Ermənistan respublika partiya təşkilatında Sov. İKP MK iyun (1983-cü il) plenumu qərarlarının yerinə yetirilməsi gedişi haqqında” qərar qəbul etmişdir. Qərarda deyilir ki, ... adamların tərbiyəsindəki qüsurlara bə zi partiya komitələrinin münasibətində siyasi kəskinlik və prinsipiallıq çatmır. ...Ayrı-ayrı elmi tədqiqatlarda, bədii əsərlərdə tarixi hadisələrin və şəxsiyyətlərin qiymətləndirilməsinə qeyri-sinfi münasibət müşahidə olunur. ...Rəhbər kadrların seçilməsində və yerləşdirilməsində əhalinin milli tərkibi daha tam şəkildə nəzərə alınmalıdır. ...Oğlan və qızlara yüksək ideya-mə nəvi keyfiyyətlər, dərin beynəlmiləlçilik ruhu aşılansın. (“Kommunist” qəzeti, 21 oktyabr 1984). Bəs bu qərara ermənilər hansı işlərlə cavab verdilərə Onlar parti-yanın qərarlarını həyata keçirmək üçün hansı qüsuru aradan qaldırdılarə Bu suala cavab “Literaturnaya qazeta”nın Ermənistan SSR üzrə müxbiri Zori Balayanın Yerevanda həmin 1984-üncü ildə buraxılan (rusca) “Oçaq” (“Ocaq”) kitabı oldu.2 Nəfis tərtibatla buraxılan əsərdə türklər (azərbaycanlılar da onların içində) “vəhşi”, “barbar” adlandırılır, onların ünvanına küçə söyüşləri yağdırılır, Oljas Süleymenova “pantürkist” adı verilir, rus-lar türklərin üstünə qalxmağa, SSRİ Türkiyəyə qarşı müharibə etməyə çağırılır (sözsüz ki, birbaşa yox, ancaq çox çılpaq şəkildə), torpağın azlığından erməni xalqının çox əziyyət çəkdiyi dəfələrlə göz yaşları içəri-sində göstərilir. Baxışlarını Dağlıq Qarabağa və Naxçıvana yönəldən Balayan “mənim Qarabağım”, “mənim Akulisim” (əylis kəndi) çığırır, bu torpaqları ən qədim erməni mədəniyyəti ocağı adlandırır. əslində Sovet dövlətini parçalamağa, onu Türkiyə ilə savaşa, Azərbaycanla qırğına çağıran, rusları SSRİ-dəki türk xalqlarına nifrət bəsləməyə səsləyən bu əsərin avantürist, anarxist, ekstremist ruhunu duymaq üçün ən savadsız çoban olmaq belə kifayət idi. Ancaq ruslar buna fikir vermədilər. Azərbaycandan həmin əsərlə bağlı SSRİ-nin ən müxtəlif partiya və hökumət, mətbuat orqanlarına minlərcə kollektiv və tək imzalı məktublar, teleqramlar axışdı. Ancaq Moskvada onların heç birinə əhəmiyyət verilmədi. “Literaturnaya qazeta”nın redaktoru A.Çakovski Z.Balayanı açıq-açığına müdafiə etdi. Ara lap bərk qızışanda isə televiziyanın “Zaman” xəbərlər proqramında Z.Balayanın müsahibəsini təşkil etdilər (yə ni “Balayan hələ ölməyib!”). Ermənistanda isə onun cızmaqarası respublika jurnalistlər ittifaqının mükafatını aldı. Ermənilər Balayanı özlərinin milli qəhrəmanına çevirdilər. əslən Xankəndindən (Stepanakertdən) olan Balayan tez-tez bura gəlib camaatı qızışdırmağa başladı. Bizdə isə... Bizdə isə Mərkəzi Komitə (birinci katib Kamran Bağırov) bütün kütləvi mə lumat vasitələrinə (mətbuat, radio, televiziya) ən ciddi tapşırıq verdi ki, nəbadə birdən o əsərə qarşı bir çıxış verəsiniz! Beləliklə, Balayan tam sərbəst, heç kəs tərəfindən cəzalandırıl-madan fəaliyyətini davam etdirirdi. Azərbaycanda isə Şərqşünaslıq İns-titutunun gənc elmi işçisi İsa Qəmbərovun rusca yazdığı təxminən 60 səhifəlik çox soyuqqanlı və faktlara əsaslanan ağıllı yazısından (onu heç kəs, heç yer çap etmədi,3 ancaq makina çapında xeyli yayılmışdı; çox adamda indi də onun cildlənmişi durur), bir də şair Eldar Baxışın şe rindən («“Bala” da bizimdir, “zor” da bizimdir»)

başqa (deyəsən, yenə bir-iki xırda-xuruş şe r yazılmışdı) ortaya heç bir sanballı şey qoyulmadı, çünki bizim Mərkəzi Komitə buna imkan vermədi. Yenə yaxşıdır ki, Kamil Məm-mədzadənin “Naxçıvan abidələri” və Fəridə Məmmədovanın “Qafqaz Albaniya-sının siyasi tarixi və coğrafiyası” əsərləri çıxdı, onlarda dolayısı ilə Z.Balayana cavab verildi, xüsusən ikinci əsər (biriki günün içində satılıb qurtarmışdı) erməni daşnaklarının qəzəbinə səbəb oldu. (Onun bu mövzudakı doktorluq dissertasiyasının təsdiqinə də onlar Moskvada uzun müddət mane oldular). Bu aralarda Ermənistanda yenə erməni xalqının tarixi ilə bağlı fitnəkar əsərlər buraxdılar, Andraniki (Naxçıvanda, Azərbaycanın başqa yerlərində bütöv kəndləri dağıdıb minlərlə əhalini qıran cəlladı) xalq qəhrəmanı adlandırdılar. Moskvada 1987-ci ildə buraxılan rusca “Sovet dövlət və hüququnun əsasları” dərsliyinin (VIII sinif üçün) 198-inci səhifəsindəki tablonun üstündə yazılıb: “2 ¹-li orta məktəbin alman dili müəllimi Erna Danelyan X sinifdə dərs deyən zaman. Stepanakert şəhəri, Erm. SSR”. Bütün bunlar Moskvada və Bakıda təkəbbürlü və itaətkar bir sükutla (kabinetləri qorumaq kimi “şərəfli” bir vəzifəyə tabe edilərək) müşayiət edildi. Bir-iki il sakitlik oldu (hər halda, bizim tərəfdə). M.S.Qorbaçov Sov.İKP MK-nın Baş katibi olandan sonra Novosi-birskdə “Eko” jurnalının redaktoru işləyən iqtisadçı alim akademik Abel Ağanbeqyanı yanına apardı və o, ölkənin iqtisadi yenidən qurulması məsələ-lərində Mərkəzi Komitəyə məsləhətlər verməyə başladı. Ermənicə kəlmə də bilməyən, anası macar olan, Ermənistan üzü görməyən (Tiflisdə doğulub) Ağanbeqyan tez-tez xarici səfərlərdə M.S.Qorbaçovun yanında gəzdi, özü də ayrıca səfərlər etdi. Onların birində - 1987-ci ilin noyabrında Fransada olarkən Parisdə erməni daşnakları ilə görüşdü və onlara bildirdi ki, Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi üçün tədbirlər planı hazırlayaraq ölkə rəhbərliyinə verib və əmindir ki, həmin plan qəbul ediləcək. Bu söhbəti Fransa Kommunist Partiyasının orqanı “Humanite” qəzeti 18 noyabr tarixli nömrəsində dərc etdi. SƏNƏD Paris erməniləri Abel Ağanbeqyanı salamlayırlar «Yenidənqurma haqqında kitabının çıxması münasibətilə Fransada olan sovet alimi Abel Ağanbeqyan bununla bağlı olaraq onun şərəfinə bazar ertəsi axşam Fransa Erməni İnstitutu və Erməni Veteranları Cəmiyyətinin verdiyi qəbulda iştirak etmişdir. Qızğın ab-hava öz xalqının ləyaqətli oğullarından birinin xidmətlərinə qürurdan qidalanırdı. Ermənilər siyasi və fəlsəfi fərqlərə baxmayaraq öz ölkələrində yurdlaşmış vətənpərvərliyi Ermənistan Sovet Sosialist Respub-likası kimi milli və mədəni ocağa sədaqətlə bir yerdə yaşatmağı davam etdi-rirlər. Həyəcanı əsrin başlanğıcındakı qırğın (genosid) vaxtı keçirilmiş əzablar haqqındakı xatirələr də doğururdu. O (həyəcan - ə.T.), bazar ertəsi “İnter-kontinental” mehmanxanasının Manukyan və onun yoldaşlarının ölümə məhkum edildikləri zalın yanındakı bu salonunda gücləndi. Qəhrəmanın dul qadını Meline “ermənilər Qorbaçovla birlikdə yeniləşməyə tərəfdardırlar” bildirərək məşhur sovet iqtisadçısını salamladı. Yerevan ikinci paytaxtları kimi olan fransızlarda yenidənqurma maraq doğurdu. Ağanbeqyan sovet cəmiyyətinin bütün sahələrinin demokratikləşdirilmə-sinin bu qlobal islahat üçün nə qədər zəruri olduğundan danışdı. O, dinləyiciləri-nin diqqətini yenidənqurmanın beynəlxalq ticarət, iqtisadi əməkdaşlıq və qarışıq cəmiyyətlər qarşısında açmalı olduğu imkanlara cəlb etdi. Tbilisidə doğulan, səkkiz yaşından müharibə dəhşətlərini görən akademik dilini bilmədiyi Ermənistanda heç vaxt yaşamayıb. Bu onun, yerini sovet əməkdaş-lığında gördüyü bu torpaqla əlaqələrini zəiflətməyib. Öz sosialist federasi-yasında SSRİ-nin müxtəlif respublikalarının əldə etdikləri qarşılıqlı fayda haqqında həddən artıq ehtiyatsızlıqla fikir söyləyən söhbətdaş qadınlardan birinə Ağanbeqyan belə cavab verdi. İqtisadçı göstərdi ki, Ermənistanda yenidənqurma çox ləng gedir və qeyd etdi ki, Yerevanın Ararat vadisinin və Sevan gölü tektonik çökəkliyinin müxtə-lif ekoloji problemlərinin həlli yetişmişdir. Azərbaycan respublikasına birləşdirilmiş qədim erməni torpaqları olan Qarabağ və Naxçıvan haqqında soruşanda Ağanbeqyan birinci haqqında “özünün şəxsi nöqteyi-nəzərini” ifadə etdi: “Mən istərdim ki, respublikanın şimal-şərqində yerləşən Qarabağ Ermənistanın olsun. İqtisadçı

kimi mən belə hesab edirəm ki, o, Ermənistanla Azərbaycandan daha çox bağlıdır. Bu istiqamətdə mən bir təklif irəli sürmüşəm. əminəm ki, bu problem yenidənqurma və demokratiya şəraitində öz həllini tapacaqdır”. Yeri gəlmişkən, Qorbaçov 2 noyabrdakı nitqində milli məsələdəki ləngimələrin vurduğu ziyanları qeyd etmişdir. Ağanbeqyan cənub-qərbdə Türkiyə sərhədi boyunca yerləşən Naxçıvan haqqında heç nə demədi. Həqiqətən bu anklavda erməni əhalisi lap azdır». (L HUMANITE, MERCREDI, 18 novembre 1987-17). Dekabrın əvvəllərində qəzetin çıxışı bizdə də mə lum oldu və onun tərcüməsi xalq arasında geniş yayıldı. Yenə də camaat Moskvaya kütləvi şəkildə məktublar, teleqramlar göndərməyə başladı. Yenə də Mərkəzi televiziya Ağanbeqyanın saatlarla çəkən müsahibələrini təşkil etdi. (Onu da hökmən demək gərəkdir ki, M.S.Qorbaçovun 1987-ci ilin sonunda Vaşinqtona səfəri zamanı Raisa Maksimovna Qorbaçova da burada erməni-lərlə görüşmüş və bildirmişdir ki, “erməni xalqı ilə sovet xalqı” dostdurlar, özü də bu sözləri bizim televiziya da vermişdi. Görünür, Ağanbeqyan da, bütün yerdə qalan ermənilər də bu sözlərdən ruhlanmışdılar. Çünki Amerika müxbirinə verdiyi müsahibədə M.S.Qorbaçov demişdi ki, mən bir çox məsələləri arvadımla müzakirə edirəm). 17 dekabr 1987 tarixdə Akademiya partiya komitəsinin XVII konfransı keçirildi. Akademik Ziya Bünyadov çıxış edib, Ağanbeqyanın hə-rəkətlərinin qarşısını almağı yığıncaqda iştirak edən MKnın ideoloji katibi Ramiz Mehdiyevdən tələb etdi. O, vəziyyətin ciddi olduğunu, erməniləri müdafiə edən bə zi konkret şəxslərin adını söylədi. Cavabında isə R.Mehdiyev bildirdi ki, Ağanbeqyanın çıxışı şəxsi fikirdir və şəxsi fikir bütün ermənilərin fikri demək deyil. (Sonra Qorbaçovun iki xalqa müraciəti isə göstərdi ki, bu necə “şəxsi fikir” imiş!). Ağanbeqyana ilkin e tiraz səsini ucaldanlardan biri Anar, onun başçılıq etdiyi Yazıçılar İttifaqının üzvləri oldu. Onların kütləvi məktubundan sonra ali məktəblər və idarələr kollektiv imzalarla Moskvaya məktublar yollamağa başladılar. (Dəqiqini deyə bilmərəm, ancaq eşitdiyimə görə, Bakıdan göndərilən məktublar Moskvaya getib çatmadı). Bu işin Akademiya sistemində təşkilini mən öz üzərimə götürdüm. İlk imzanı özüm qoydum, ilk Akademiya kollektivi də işlədiyim əlyazmalar İnstitutu oldu. (Buradan cəmi 76 imza toplandı). Sonra bir-bir institutlara gedib (ya partkomların, ya da direktorların yanına)4 məktub nümunəsi verərək əməkdaşların imza atmalarını xahiş etdim. İmza yığılması iki-üç gün çəkdi. Dekabrın 31-ində axşama yaxın məni evdən (yataqxanadan) EA partiya komitəsinə əlimyandı çağırdılar və bu işlə məşğul olmamağı “məsləhət bildilər”.5 Yeni ilin ilk iş günlərində əlyazmalar, ədəbiyyat, Dilçilik, Fizika institutlarından, Akademiya kitabxanasından, xüsusi konstruktor-texnoloji bürosundan, Radiasiya Tədqiqatları Mərkəzindən və b. kollektivlərdən gələn (Tarix, Şərqşünaslıq, Geologiya institutları bildirdilər ki, imza toplayıblar, ancaq özlərinin məktublarını göndərəcəklər) 576 nəfərin qolladığı məktubu imzalarla birgə institutumuzun əməkdaşı Söhrab Bayramova verdim, o da aparıb poçtdan yola salaraq qəbzini mənə verdi. Yanvar ayı da Moskvaya beləcə kütləvi məktub və teleqram göndərmə aylığı oldu. (Aldığımız mə lumata görə, Dağlıq Qarabağ Muxtar Vilayətinin 120 min sakini - bunların içində körpə uşaqlar da var - imza toplayıb Moskvaya göndərib ki, biz Qarabağın Ermənistana verilməsini tələb edirik. An-caq bizim respublika partiya, sovet təşkilatları, xüsusi orqanlar onda yuxulayırdılar. Ermənilər keçən ilin yayından imza toplamağa başlayanda biz arxayın-arxayın oturmuşduq). 15 yanvar 1988-inci il tarixdə “ədəbiyyat və incəsənət” qəzetində akademik Ziya Bünyadovun “Doğruya zaval yoxdur” adlı məqaləsi dərc olundu. O, ermənilərin dəyirmanına su tökən alimləri tənqid edir, Qarabağın Azərbaycan torpağı olduğunu elmi əsaslarla izah edən Fəridə Məmmədovanı müdafiə edir. Yazının lap sonundakı bircə cümlədə Ağanbeqyanın fitnəkar hərəkətindən ayrıca danışılırdı. Məktub çox böyük əks-səda doğurdu və rayonlarımızda yatanları da ayıltdı. Eşitdiyimə görə, məqaləni qəzetin redaktoru Nəriman Həsənzadə vermək istəmirmiş. Ancaq Anar yazının dərc edilməsinə tə kid göstərib və deyib ki, qəzet Yazıçılar İttifaqının orqanıdır, mən də bu təşkilatın başçısı. əgər qorxursansa sənin yerinə mən qol çəkib icazə verim. Nə isə, bu cür güclü təzyiqdən sonra çıxdı Ziya Bünyadov kimi Sovet İttifaqı Qəhrəmanının yazısı aşkarlıq dövründə. Bizim Mərkəzi Komitə isə Nəriman Həsənzadəyə sayıqlığını itirdiyinə görə töhmət verdi. (İşini bilirmiş!..).

1988-inci il fevralın təxminən 13-ündən sonra Stepanakertdə qarmaqarışıqlıq başlandı. Aldığımız xəbərlərə görə, təkcə burada yox, Dağlıq Qarabağın ermənilər yaşayan bütün yerlərində Azərbaycanın bayraqları yerinə Ermənistan bayrağı asıblarmış. (Hətta əsgəran Rayon İcraiyyə Komitəsinin bu günlərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Hey ətinin Fəxri Fərmanı ilə təltif edilmiş (!) sədri əsgəranın hakimiyyət binasının üstünə daşnak (!) bayrağı6 sancıbmış. Vilayətdə azərbaycanlıları incitməyə, döyməyə, öz evlərindən qovmağa başlayıblar. ən müxtəlif təşkilat və instansiyaların, ayrı-ayrı vəzifəli şəxslərin yardımı və və dləri, dünya ermənilərinin baş keşişi Vazgen, Ağanbeqyan və Balayan kimi “millət qəhrəmanları”nın təhriki, Ermənistan KP Mərkəzi Komitəsinin birinci katibi Dəmirçiyanın təşkilatçılıq qabiliyyəti sayəsində ruhlanan Qarabağ erməniləri ayağa qalxıb Ermənistan SSR tabeliyinə keçmək istədiklərini bildirmişlər, nümayişlər təşkil etmişlər. (ən böyüyü fevralın 13-ündə olub). Fevralın 20-sində DQMV İcraiyyə Komitəsinin XX çağırış növbədənkənar sessiyası muxtar vilayətin Ermənistan SSR-ə keçdiyini qərara almışdı. “Sovetakan Karabax” - “Sovetski Karabax” qəzetləri də sessi-yanın qərarını dərc edib (21 fevral 1988, ¹ 43). Bundan sonra Qarabağ erməniləri artıq hər şeyin həll olunduğunu güman edib, Azərbaycanla bağlı heç kəslə əlaqə saxlamaq istəməmişlər. Başa düşməmişlər ki, 1-inci, DQMV 1923-üncü ildə Leninin imzası ilə təşkil edilib; 2-ci, SSRİ Konstitusiyasına görə, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz; 3-üncüsü də, bu işə xarici dövlətlər də qoşula bilər. Həm də Pribaltika respublikaları da (xüsusən Estoniya) məğşuşluq içərisindədir, orada avantüristlər (1988-də çoxumuz SSRİ-dən çıxmaq tələbini avantyurizm sayırdıq). SSRİ-dən çıxmağı tələb edirlər, Qazaxıstandakı ehtiraslar təzə-təzə soyuyur, Qrım tatarları hələ dincəlməyib, yaqutlar baş qaldırıb - bir sözlə, ölkə narahatlıq içindədir. Belə bir vəziyyətdə bir yandan da ermənilərin iddiasına dövlət, partiya nə cavab verərə Doğrusu, inanmaq olmaz ki, adamın evinə yad qonaq gəlsin, bir həftə, on gün qalandan sonra desin ki, bu ev mənimdir. Bəlkə buna birtəhər dözmək mümkündür - axı qonaq şərəf və ləyaqət hissini, duyğusunu itirə bilər! Ancaq həmin qonağın üstəlik “mənim bu evimdən çıxmalısan!” deməsi və haray-qışqırıq salıb aləmi başına yığması sağlam insanın beyninə yerləşən şey deyil, çünki bu işi insan adını daşıyan varlıq edə bilməz. Ermənilər isə etdilər! Balayanın “xalqımızın torpaqları azdır!” şivənləri hədər getmədi. Başlıca kütləsi Rusiya - İran və Rusiya - Türkiyə müharibələ-rində Qarabağa köçürülmüş8 erməni əhalisi Pənahəli xanın yurdunda Xankəndinin adını dəyişib Stepanakerti özünə paytaxt edir və deyir ki, bura mənimdir, azərbaycanlılar da (“azərbaycanlı” adını türk xalqımıza calayanın babalarına min təsbeh lə nət!) torpaqlarımızdan çıxmalıdır. Sən demə, həyatda hər şeyi gözləmək olarmış. Nə isə, fevralın 19-u gəlib çatdı... 19 fevral 1988. Səhər işə gələn kimi qəzetlərə baxmağa başladım. “ədəbiyyat və incəsənət”in bugünkü nömrəsində Qulam Məmmədlinin “Mücahid şair” adlı yazısı vardı. (Qabaqlar onu mən “Elm” qəzetində “Leninlə görüşən şair” adı ilə “Salman Mümtaz məktəbi” rubrikasında vermişdim; bu qəzetdə bir az artırmalar var). Müəllif yazır ki, 1937-ci ilin yayında şair Sabit mənə dedi ki, hamını tuturlar. Hanı Cavid, hanı Salman Mümtazə Mən Qulam müəllimin evinə zəng vurub dedim ki, ay Qulam müəllim, axı Salman Mümtazı 9 oktyabrda tutublar, bu söhbət yayda necə ola bilərdiə Elə bu vaxt otağımın qapısı açıldı, institutumuzun direktoru Cahangir Qəhrəmanov içəri girdi, mənə dedi ki, səs-küyü eşitmirsənə Fikir verdim, gördüm ki, Kommunist küçəsindən (mənim otağım o küçəyə baxır) bərk qışqırıq səsləri gəlir. Qulam müəllimlə alayarımçıq sağollaşıb Cahangir müəllimlə birgə pəncərəyə sarı qaçdıq. Gördük ki, tələbələr “Qa-ra-bağ!”, “Qa-ra-bağ!” qışqıra-qışqıra nümayiş keçirirlər, əllərində şüarlar da var. Cahangir müəllim dedi ki, Hökumət evinin qarşısına gedirlər. Bir gün qabaq - fevralın 18-ində Akademiya partiya komitəsinin katibi Fuad Həsənov, partkomissiyanın sədri Hüseyn əsgərov, bir də Akademiya baş xalq nəzarəti qrupunun sədri Hüseyn Fərəcov bizim yataqxanaya9 gəlmişdilər. Özlərinin deməsinə görə, tə mir işləri ilə maraqlanırdılar, ancaq hiss olunurdu ki, sakinlərin ahval-ruhiyyəsindən narahatdırlar. Fuad müəllim ayrılıb gedənə yaxın dedi ki, bu gün Moskvadan xəbər verilib ki, Qarabağ məsələsi ən yüksək səviyyədə (yə ni M.S.Qorbaçov səviyyəsində) həll olunub. Bunu K.M.Bağırov Moskvadan zəng vurub (o və Ramiz Mehdiyev Moskvaya Qara Qarayevin 70 illik yubileyi təntənəsinə getmişdilər) xəbər verib. Fuad müəllim onu da dedi ki, artıq hərəkətlərə yol vermək lazım deyil, çünki daha mübahisə həll olunub...

Nə isə, nümayişdə iştirak etmək üçün bir azdan mən də Hökumət evinə tərəf yollandım. Mən bura çatanda Lenin meydanındakı çıxışlar yenicə başlanmışdı. Azərbaycan Politexnik İnstitutu, İnşaat Mühəndis-ləri İnstitutu və universitetin tələbələrinin, ya da eşidib gələn ayrı-ayrı adamların sayı 3-4 min olardı. Tələbələrin əllərində özlərinin yazdığı bu şüarlar vardı: “Qarabağı müdafiə etməyə həmişə hazırıq!”, “Qoy ucalsın elin səsi, Qarabağın şikəstəsi!”, “Yaşasın Azərbaycanın qədim torpağı Qarabağ!”, “Rədd olsun şovinizm!”, “Erməni şovinistlərinə ar olsun!” və b. (Bunları mən elə oradaca kağıza köçürmüşdüm). Həmişə partiya və dövlət rəhbərlərini görməyə adət etdiyimiz tribunada xeyli adam vardı, çoxusu tələbələr idi. əllərində səsucaldan tutmuşdular; daha doğrusu, bircə səsucaldan vardı, onunla növbələşərək danışırdılar. Təəssüf ki, danışanların çoxunu tanımırdım, əksəriyyəti də öz adını demirdi. Buna görə də onların adlarını burada çəkə bilməyəcəyəm. Ancaq yadımda qalanları (qeydlərimdən də istifadə edərək) bura köçürürəm. Çıxışçılardan biri (tələbə deyildi) dedi ki, bu yaxınlarda Yerevanda kitab çıxıb, orada Oktyabrdan qabaqkı və sonrakı düşmənlərdən danışılır. Oktyabrdan sonrakı erməni xalqının düşmənləri içərisində Rəsul Rzanın da adı var. Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi Mənsur əliyev dedi ki, biz Qarabağı heç kimə vermərik. Qarabağ bizim şərəfimizdir. Burada ermənilər üçün hər cür şərait yaradılıb, ancaq onlar buradakı Azərbaycan yer adlarının çoxunu dayişiblər. İndi öz evimizdən çıxmağı tələb edirlər. Biz də tələb edirik ki, muxtar vilayət bir rayona çevrilsin. Başqa birisi dedi ki, Qarabağda yox, Ermənistanda, Gürcüstanda saysız-hesabsız yer adlarımızı dəyişiblər. Bakının özündə isə nə qədər küçənin adı yersiz olaraq ermənilərin şərəfinə verilib. Halbuki Stepanakertdə, Yerevanda azərbaycanlılarla bağlı küçə adları tək-tükdür. Bu ondan irəli gəlir ki, biz ermənilərin evində kirayədə qalırıq, özümüz öz torpağımızda kirayənişinik, heç bir ermənini isə Azərbaycanda kirayənişin görməzsən. Yenə tanımadığım, adını bildirməyən bir oğlan yana-yana danışırdı ki, Qarabağ Üzeyir bəyin operaları, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinski-nin cəh-cəhləridir. Biz həmin operaları, Cıdır düzünü heç vaxt ermənilərə satmayacağıq. Mən tələbələrin içində, meydanın ortasında durmuşdum. Yanımdakı oğlanlı-qızlı hamı birdən “Behrudi!”, “Behrudi!” qışqırmağa başladı. Səsucaldanı Rüstəm Behrudiyə verdilər. Mən onun adını indiyədək eşit-məmişdim. Sən demə, şair imiş. (Sonra hiss etdim ki, onun tələbələr arasında çox böyük, hətta həlledici tə siri var. Onu da hiss etdim ki, bu yığıncağın təşkilində ağırlıq onun üstünə düşüb). “Vətən” adlı bir şe r oxudu. Kütləni Qarabağı verməməyə çağırdı. Sonra Azərbaycan LKGİ MK-nın birinci katibi Sahib ələkbərov söz aldı. Tələbələrə müraciətlə dedi ki, bu məsələ dünən Moskvada müsbət həll olunub. Ona görə də bugünkü təlaş artıqdır. S.ələkbərov 10-15 dəqiqə danışdı, ancaq dağılışmaq təklifi gələndə ona qulaq asan olmadı. Bu vaxt təklif etdilər ki, Anar danışsın. Anara səsucaldan veriləndə tələbələr əl çaldılar. O da başladı ki, əl çalmağınızdan görürəm ki, məni tanıyırsınız. Onu da soruşdu ki, mənə inanırsınızmıə Tələbələrin çoxu “bəli” cavabı verdi. Bundan sonra Anar dedi ki, mən də öz Vətənimi, xalqımı sizdən az istəmirəm. Ancaq bu məsələ dünən müsbət həll olunub, ona görə də təlaşa ehtiyac görmürəm. Hər yandan səslər ucaldı: “Bəs orada qırılanlarə!”, “Bəs zülm çəkən camaatə”, “Orada millət məhv olur, siz “dağılışın” deyirsiniz!” və s. Anar da çıxışını yarımçıq kəsməyə məcbur oldu. O, sözü Neft və Kimya İnstitutunun rektoru İsmayıl İbrahimova (tələbələri ilə gəlmişdi) verdi, dedi ki, mənə qulaq asmırsınız, gəlin görkəmli alimimizi dinləyək. Ancaq ona da heç kəs qulaq asmadı. Behrudi camaata dedi ki, gəlin gedək Mərkəzi Komitənin qabağına, öz sözümüzü orada deyək. Anar ikinci dəfə danışdı, fitnəyə uymamağa, ehtirasları cilovlamağa çağırdı, ancaq onu eşitmədilər. Beləliklə, hamı Neftçilər prospekti ilə Mərkəzi Komitəyə doğru yönəldi. Anar, Elçin, 26-lar rayon partiya komitəsinin birinci katibi Xəlil Xəlilov, raykomun işçiləri və başqaları tribunadan düşüb arxadan gəlməyə başladılar. Saat 11 olardı. Mən də camaata qoşuldum. Elə bu vaxt vəndamlı eloğlum, Fizika İnstitutunun xüsusi konstruktor bürosunda işləyən Müsavərlə görüşdüm. Onunla birgə söhbət edə-edə getdim. Biz “Azərbaycan” mehmanxanasının tininə çatmağa az qalmış gördük ki, qarşıdan hay-küy qopdu. Ürəyim yerindən çıxdı ki, deməzsən, tələbələr dava salıblar. (Nümayiş qurtaranacan o qədər həyəcan keçirirdim ki, beyni qızmış tələbələr hər hansı avantüra iləsə xata qayıra bilərlər və bundan da düşmənlər o saat istifadə edər). Tələsik irəli cumduq, bəlli oldu ki, Pedaqoji İnstitutun tələbələri də camaata qoşulublar, bu səs də əslində “xoş gəldin!” sədalarıdır.

Sonradan mə lum oldu ki, pedaqoji, tibb, xarici dillər və başqa institutlarda qapıları bağlayıb tələbələri çölə buraxmayıblar. Gələnlər müqaviməti qırıb qaçanlar imiş. NKİ, Az.Pİ, Az.İMİ və ADU tələbələri öz rektorlarının başçılığı altında gəlmişdilər. Onlar da (rektorlar) tələbələrin qarşısını ala bilməyib, heç olmazsa peşmanlıq olmasın deyə, nəzarət xatirinə tələbələrinə qoşulmuşdular. Yerdə qalan rektorlar “siyasi sayıqlığı” itirməmişdilər. Düzdür, onlar da tələbələrin hamısı ilə bacarmamışdılar, ancaq, hər halda, qapıları bağlatdırmaqla da olsa “vəzifə borcu”ndan çıxmışdılər. Neftçilər prospektində bütün nəqliyyat dayanmışdı. Tələbələrə yeni-yeni qüvvələr qoşulurdu. Biz Azərneft meydanına yetişəndə gördük ki, izdihamın başı Mərkəzi Komitə binasının qarşısına çatıb dayanıb. Camaatı yara-yara keçdik (yolda Müsavəri itirdim). Onsuz da ağır eşidən qulaqlarımdan şikayətliyəm deyə yaxına düşməyə çalışırdım. Mərkəzi Komitə binasının qarşısındakı hündür səkinin üstünə xeyli adam toplaşıb kütləyə müraciət etmək istəyirdi. Mən MK ilə Bakı Komitəsi binaları arasında durmuşdum. ətrafa baxdım - Mərkəzi Komitənin bütün yanları, Filarmoniyanın hər iki qabağı (yolayrıcı) adamla elə dolmuşdu ki, iynə atsaydın yerə düşməzdi. Burada ən azı 10-15 min adam vardı. Təxminən saat 12-də mitinq başladı. Yenə həmin səsucaldan, yenə Şərqşünaslıq İnstitununun həmin işçisi Mənsur əliyev. O, ilk söz aldı, Lenin prinsipləri əsasında milli hüquqlara hörmətdən, Qarabağa sədaqətdən danışdı. Bu vaxt Mirzə İbrahi-mov da xalqlar dostluğunun qüdrətindən, Nizaminin “Yeddi gözəl”indən, Sayat-Novadan söz saldı. Nərimanovdan (yəqin ki, “Bahadır və Sona”dan) da danışmaq istəyəndə qışqırtılar onu çıxışını yarımçıq kəsməyə məcbur etdi. Yenə Anara söz verdilər. (Behrudi dedi ki, biz yalnız ona inanırıq). Anar müəllim kütləni sakitliyə, emosiyalara uymamağa çağırdı. Dedi ki, bir xalq ki öz yazıçısına inanmır, o xalq da, o xalqın yazıçıları da bədbəxtdir. Biz istəmirik ki, bu iş sonra başqa məcraya düşsün, çünki hər hansı bir qığıl-cım sizi avantüraya çəkə bilər. Qazaxıstan əhvalatını unutmaq gərək deyil. Bura çatanda tələbələr Anarı da küyə basdılar. O, çox, lap çox pərt oldu. Mən inanıram ki, Anarın bəlkə də ən sərt ürək ağrısı duyduğu anlardan biri bu vaxta düşüb. Sonrakı natiqlərdən birisi təklif etdi ki, Qarabağ məsələsini Qorbaçovla Reyqanın qarşıdakı görüşünə daxil etmək gərəkdir. Çıxışlarda yenə Qarabağda, Ermənistanda yer adlarımızın kütləvi dəyişdirilməsinə e tiraz bildirildi, Avakyan küçəsinin, başqalarının adının dəyişdirilməsi tələb edildi, Qarabağ ətrafında səs-küy qaldıran Ağanbeqyan, Balayan kimi mürtəce ziyalıların cəzalandırılması çağırış-ları səsləndi. Bakı Komitəsinin katibi, keçmiş ticarət naziri Svetlana Qasımova danışmaq üçün iki dəfə çalışdı, ancaq ona imkan vermədilər. Mərkəzi Komitənin inzibati orqanlar şö bəsinin müdiri Məhəmməd əsədov bildirdi ki, bir neçə gün qabaq Azərbaycan KP MK-nın II katibi Konovalovla birlikdə Qarabağda idim. Orada həyat normal olmasa da ölüm-itim yoxdur, heç kəsin burnu da qanamayıb. Ona da inanmadılar. Bu vaxt Süleyman Rüstəm pilləkanlarla qalxmağa başladı (görünür, zəng edib gətirmişdilər). Dedi ki, biz, yə ni mən, Mirzə İbrahimov, Anar, Elçin və başqa yazıçılar Moskvaya məktub göndərib bu hadisəni yaradanlara e tirazımızı bildirmişik. Ancaq indi məsələ həll olunub. Gəlin elə edək ki, düşmənlərimiz bundan istifadə etməsinlər. S.Rüstəmin sözlərinə də baxıb dağılışan tapılmadı. Elçin söz aldı. Doğrudur, mən onu çox dinləməmişəm, şəxsi yaxın-lığım da olmayıb, ancaq televiziyadakı bir-iki söhbəti o qədər də xoşuma gəlməmişdi. Bu dəfə isə o, təmkini, iradəsi, bəlağəti və məntiqi ilə camaata güclü tə sir etdi (düzdür, o da izdihamı dağıtmağı bacarmadı). O dedi ki, sizin hamınızı bura vətənpərvərlik duyğuları gətirib, o duyğular bizdə də var. Siz torpağınızı sevən kimi biz də özümüzü vətənpərvər sayırıq. Ancaq ən yüksək səviyyədə Qorbaçov səviyyəsində bildirilib ki, Mərkəzi Komitədə Qarabağ məsələsinə baxılmayıb, baxılmır və baxılmayacaq. (Bu üç sözü Anar da demişdi). Düzdür, bir çox həll olunmamış problemlər var ki, onları bu cür qızğın ehtirasla yox, sakitliklə həll etmək olar. Ona da yerdən qışqırdılar ki, bəs niyə mətbuatda, televiziyada danışmırsınızə Elçin söz verdi ki, bu haqda hökmən televiziyada da, mətbuatda da çıxış edəcəklər. (Sonra sözünün üstündə o da, Anar da durdu). Elçinin dağılışmaq təklifi də nəticə verməyəndə mənim ürəyim əsməyə başladı - kütlə qızışıb, qan-qan deyir, hamı “ermənilərə ölüm!” qışqırır, Ağanbeqyanı, Balayanı lə nətləyir. Bircə

düşmən fitnəsi, bircə araqarışdıran hayı gərəkdir ki, “Neftçi” “Ararat”a uduzanda stadionu yandırmağa, stadion ətrafında mağazaları dağıtmağa, maşınları çevirməyə, hasarları uçurmağa vərdiş etmiş kütləni bu işlərə yönəltsinlər. Sonra isə bu ehtiraslar millətlər qırğını ilə də nəticələnə bilərdi. Ona görə də Elçinin çıxışından sonra da kütlənin hələ yerində möhkəm durduğunu, dağılışmaq istəmədiyini görəndə ürəyimdə düşünürdüm ki, yaxşı, bir saat, iki saat da duraq, sonra nə olacaqə Aradan keçən hər dəqiqə isə ehtirasları cuşa gətirirdi. Hiss edirdim ki, çiynimə getdikcə ağır-ağır yüklər qoyulur. Çıxışçılar duran səkidə də bir müddət qarışıqlıq oldu. Bir də gördüm ki, əlyazmalar İnstitutunun əməkdaşı, özü də qarabağlı (ağdamlı) olan Söhrab Bayramov da buradadır. O, əsədovla xeyli söhbət edəndən sonra camaata üz tutdu. Düzdür, Svetlana Qasımova “Xvatit mitinqovatğ!” deyə ona aşağı düşməyi əmr etmişdi (bunu mənə Söhrab sonra danışdı), ancaq yerdən olan tələblərlə Söhrab da söz alıb camaatı sakitləşdirmək istədi. Təəssüf ki, o, səsucaldanın ağzını kənara tutduğu üçün çox sözlərini eşitmədim. Bəli, çıxış edənlər daha yoxdur, getmək, dağılışmaq həvəsində olanlarsa onlardan da azdır. Bunun axırı, sonu hara gedəcəkə Nə ilə qurtaracaqə Həmin Behrudi bu vaxt vəziyyəti öz əlinə aldı və gənclərə üz tutub bildirdi ki, artıq işimizi qurtardıq, gücümüzü göstərdik, sözümüzü dedik, daha dağılışa bilərik. Və saat 1-in yarısında o nəhəng izdiham heç bir xəta törətmədən, çox mədəni şəkildə dağıldı. Doğrudur, bu mitinq kortəbii təşkil edilmişdi, bir çox qorxaq rektorlar tələbələrini buraxmamışdılar, kütlə də az qoşulmuşdu, hər şeydən qabaq isə bir az gec keçirilmişdi (gərək ən azı 1-2 ay qabaq olaydı!), ancaq, hər halda, sübut etdi ki, Azərbaycan xalqı o qədər də ölü deyil və öz torpaqları uğrunda vuruşmağa hazırdır! Fevralın 20-sində Kamran Bağırov Moskvadan gəlib Qarabağa gedib. Ancaq ermənilər onu saymayıblar. Deyiblər ki, biz artıq sizə yox, Ermənis-tana baxırıq. SƏNƏD “Dünən - fevralın 20-də ... DQMV XX çağırış Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası olub. ... Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Azərbaycan SSR qanununun 39-uncu maddəsinə uyğun olaraq vilayət sovetinin 87 deputatı DQMV XDS-nə növbədənkənar sessiya çağırmaq xahişi ilə müraciət edib. ... Sessisya ... qərara alıb: DQMV zəhmətkeşlərinin arzusunu yerinə yetirərək Dağlıq Qarabağ əhalisinin istəklərinə dərin həssaslıq göstərmək və DQMV-ni Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə vermək haqqında məsələni həll etmək üçün Azərbaycan SSR Ali Sovetindən və Ermənistan SSR Ali Sovetindən xahiş edilsin ki, eyni zamanda DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə verilməsi haqqında məsələni müsbət həll etmək üçün SSR İttifaqı Ali Soveti qarşısında vəsatət qaldırılsın”. (“Sovetski Karabax” qəzeti, 21 fevral 1988, ¹ 43). Eşitdik ki, artıq Stepanakert də, bütün Qarabağ da əsgər və milis dəstələri ilə əhatə olunub. Ermənilərin qudurğanlığına qarşı xüsusən Ağdam camaatı ayağa durub. Deyirlər ki, əgər hökumət onları sakitləşdir-məsə biz sakitləşdirəcəyik. Xəbərlər alırdıq ki, ağdamlılar Stepanakertə gedən qazı və elektriki kəsiblər, muxtar vilayətin ermənilər yaşayan yerlərini əhatəyə alıblar. Haqsızlıqdan qəzəblənən camaatın qarşısını almaq üçün səngərlər çəkildiyi söylənirdi. Doğrudur, heç kəs dəqiq heç nə bilmir, ancaq vəziyyətin olduqca gərgin həddə, millət qırğınına yaxınlaşdığı aydındır. Fevralın 21-ində Moskvadan Bakıya Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Sov.İKP MK katibi G.P.Razumovski və Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti Rəyasət Hey əti sədrinin birinci müavini P.N.Demiçev gəldilər. Həmin gün onlar Stepanakertdə də oldular. Mərkəzi Komitənin Qarabağı Ermənistana verməyəcəyini bildir-dilər. K.Bağırov və Demiçev Azərbaycan və erməni xalqlarına müraciət edərək onları sakitliyə çağırdılar. Ancaq, eşitdiyimizə görə, ermənilər bu partiya işçilərini çox pis qarşılamışlar və onlar gecə Stepanakertdə yox, Şuşada qalmışlar. Fevralın 22-sində qərara aldıq ki, institutda əlyazma xəzinəmizi qorumaq üçün növbətçilik təşkil edək.

Elə həmin gündən başlayan növbətçiliyin siftəsi mənə düşdü. Axşam saat 6-dan 12-yəcən növbətçi oldum. Həyəti gəzdim, bayırdan da institutun hər tərəfini gözdən keçirdim. Gecə saat 1-ə işləmiş küçədə birdən Akade-miyanın partkomu Fuad Həsənovla qarşılaşdım. Burada gəzməyimin səbəbi-ni biləndə dedi ki, elə məni də gecə-gündüz düşündürən əlyazmala-rımızın taleyidir. Mən növbətçilik vaxtı əsasən bayırda olduğumdan televiziyaya baxa bilmədim, radioda isə B.Vahabzadənin xalqa müraciətini yarımçıq eşitdim. Deyirdi ki, bu hadisəni eşidib mən istirahətimi yarımçıq qoyub Bakıya qayıtmışam. Sonra öyrəndim ki, bu gün Stepanakertdə DQMV partiya fəal-larının yığıncağı keçirilib. Doğrudur, çıxış edənlərin bir çoxu yenə avantürist danışsa da, hər halda, yığıncağın qəbul etdiyi qətnamə Sov.İKP MK-nın Dağlıq Qarabağı Ermənistan SSR-ə verməmək haqqında qərarına uyğun gəlir. Bu gün iki ağdamlı oğlan - Bəxtiyar və əli Qarabağ torpağı uğrunda həlak oldular. SƏNƏD “Potyomkin ona (II Yekaterinaya - A.A.) bildirdi ki, Suvorovu çağırtdır-mışdır. - Kronştadtın baş keşişinə tapşıracağam ki, onu arvadı ilə barışdır-sın. Sonra müşavirə keçirəcəyik. Mən və Suvorov! Hə, bir də ermənilərdən Lazarevlə Arqutinski gələcəklər. Onların məsələsini müzakirə edəcəyik. Ermənilər zirək adamlardır. Artıq İrəvanı özlərinə paytaxt seçiblər. - Ölkə olmayandan sonra paytaxtdan nə faydaə - İndi yoxdur, bizdən sonra olar! - Potyomkin cavab verdi”.10 (Valentin Pikul. “Oynaş” romanı, II cild, s.143; Riqa, 1985). 1780-inci ildə bu söhbət gedərkən hələ nə Yerevan vardı, nə də Ermə-nistan. Bu torpaqda İrəvan xanlığı mövcud idi və əhalisi başdan-başa Azərbaycan türklərindən ibarətdi. Aradan yüzilliklər keçəcək və Rusiyanın əli ilə Ermənistan yaradaraq İrəvanı həqiqətən onun paytaxtı etmiş ermənilər 1988-də Azərbaycanın ikinci xanlığını - Qarabağı da ələ keçir-məyə dövlət səviyyəsində qalxacaqlar... Fevralın 23-ündə DQMV partiya komitəsinin plenumu keçirildi, Boris Kevorkovun yerinə Henrix Poğosyanı birinci katib qoydular. (Görünür, indiyə qədər Qarabağın Ermənistana verilmək tələbi üstündə “ilişən” bütün katiblərinin estafeti bu gün Poğosyana verildi. Nə qədər ki Dağlıq Qarabağ məsələsi birdəfəlik həll olunmayıb, Poğosyan da, ondan sonra gələnlər də avantürizmə uyacaq, bu iş üstündə ləkələnib çıxacaqlar). Ermənilər indi başlayıblar ki, bəs bizim Ermənistana keçməkdə məqsədimiz odur ki, şəraitimiz yaxşı olsun. Bəs burada acından ölürük, Azərbaycan bizi məhv edir. Qəzetlərdə buna da çox yaxşı cavab verildi. Yəqin ki, Moskvadan gələn yoldaşlar da ermənilərin həyasızlığını başa düşüblər. Çünki bu onların çıxışlarından da hiss olunur. Axşam televiziyanın “Publisist” studiyasında jurnalist ələkbər Abbasov, Anar, Elçin və tarixçi Qaraş Mədətov bir saat çıxış etdilər. Onlar, demək olar ki, 19-unda mitinqdə dedikləri sözü eynilə, ancaq daha genişləndirərək ifadə etdilər. Anar çox həyəcanlı idi və televiziyada ilk dəfə veriliş gedə-gedə siqaret çəkən onu gördüm. O da, Elçin də çox təbii, çox ağıllı danışdılar, xalqı sakitləşməyə də vət etdilər, bildirdilər ki, bu iş sonu təsəvvür olunmayacaq faciələrlə qurtara bilər. Fevralın 23-ündə Yerevanda Ermənistan, fevralın 24-ündə Bakıda Azərbaycan partiya fəallarının yığıncaqları olub. Deyilənə görə, həmin gün Yerevanda guya ekoloji şəraitin pisliyi bəhanəsi altında 200 minə yaxın adam nümayişə çıxıb, əslində isə onlar Mərkəzi Komitənin qərarına e tiraz ediblər. Yerevanda partiya fəalları da guya qərarla razılaşıblar, ancaq belə bir şərt də qoyublar ki, bu məsələyə növbəti plenumda baxılsın. (“Sovet Ermənistanı” qəz., 25.02.1988). SƏNƏD Sov.İKP MK SİYASİ BÜROSU ÜZVLÜYÜNə NAMİZəD, SOV.İKP MK KATİBİ V.İ.DOLGİXİN ERMəNİSTAN TELEVİZİYASI İLə ÇIXIŞINDAN

“...Bu il fevralın 23-də keçirilən Ermənistan partiya fəallarının yığıncağı Sov.İKP MK-nın qərarını (21 fevral qərarı nəzərdə tutulur - ə.T.) müdafiə edərək ... qeyd etmişdir ki, vəziyyətin tezliklə normal hala salınması respublikanın bütün ... zəhmətkeşlərinin ... şərəf işidir. Fəallar Sov.İKP Mərkəzi Komitəsinə müraciət edərək Sov.İKP MK plenumuna hazırlıq mərhələsində digər məsələlər kompleksində Dağlıq Qarabağ probleminə də baxmağı xahiş etmişlər. Bizə bu problemin tam diqqətlə və müvafiq formada öyrəniləcəyi, onun müzakirə ediləcəyi barədə mə lumat vermək tapşırılmışdır. Lakin bunun üçün vaxt lazımdır”. *** “Həmin gün (24 fevral 1988 - ə.T.) V.İ.Dolgix və A.İ.Lukyanov yoldaşlar namə lum əsgərin məzarı üzərində və 1915-ci ilin genosid qurbanlarının abidəsi önünə əklillər qoymuşlar”. (“Sovet Ermənistanı”, 27 fevral 1988, ¹ 25). Bakıdakı fəallar yığıncağı da çox vurçatlasın keçib. Stepanakert-dən bir qadın deputat (S.Babayan) çıxış edib deyib ki, nolar ora da Sovet İttifaqıdır, bura da, Qarabağı verin Ermənistana. Bakı şəhər Partiya Komitəsinin birinci katibi katibi Fuad Musayev də cavab verib ki, xoşunuz gəlmirsə çıxıb gedə bilərsiniz, sizi heç kəs burada saxlamır. Özü də Ermənistanda 300 mindən artıq azərbaycanlı var; biz razıyıq ki, Qarabağın 120 min əhalisi Ermənistana köçsün, oradan da Azərbaycana 300 minlik əhali gəlsin. Deyilənə görə, bu təklif G.Razumovskinin də xoşuna gəlib. Yığıncaqda Bəxtiyar Vahabzadə Kamran Bağırova ağzına gələni deyib, onu qeyrətsizlikdə təqsirləndirib. *** Bu gün Akademiyanın yeni (əsas) binasında mitinq keçirilib. Doğrudur, qabaqca istəyiblər ki, alimlər və tələbələr Akademiyanın qarşısında çoxminlik nümayiş yaratsınlar, ancaq xəbər tutub institut rektorlarına xəbər veriblər ki, tələbələri buraxmayın (onlar da qapıları bağlayıblar), artıq gələnləri isə dağıtmağa çalışıblar. Ancaq Ziya Bünyadov ağıllı tərpənib, hamını içəri, birinci mərtəbədəki böyük dairəvi zala də vət edib (ora 1000 nəfərə yaxın adam yerləşir). Sonralar iştirakçı-lardan aldığım mə lumata görə, birinci Ziya Bünyadov danışıb. O, Azərbaycan KP Mərkəzi Komitəsi və Dövlət Təhlükəsizliyi Komitəsi rəh-bərliklərini gözüyumuqluqda təqsirləndirib ki, Vazgenin ruhani məktə-bində (Eçmiədzində) vur-tut bir neçə ermənistanlı, Sovet vətəndaşı oxuyur, yüzə yaxınsa xaricdən gələnlər var ki, çoxusu agentdir. Onlar Qarabağla çox sıx əlaqə yaradıblar və buradakı iğtişaşlar başlamazdan bir gün qabaq orada olublar. Bəs bizim MK, DTK hara baxıb, niyə bunun qarşısını almayıbə O sonra deyib ki, yer adlarımızı ermənilər ucdantutma dəyişiblər. Bunlar cəhənnəm. Bakıda bu qədər erməni adına küçə var. Mən öyrənmişəm, Avakyanın adına küçə verilməsi haqqında heç bir hökumət qərarı yoxdur. Bəs onu kim özbaşına belə adlandırıbə əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri namizədi əbülfəz əliyev də Mərkəzi Komitəni alimlərin, jurnalistlərin ağzını yummaqda təqsirləndirib. Deyib ki, hər dəfə Balayan, Ağanbeqyan kimilərinin çıxışından sonra bizə demisiniz ki, alimlər işləmir. Bəs niyə Z.Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” əsərini millətçi adlandırdı-nız, onun azərbaycancasını, yığılmış mətnini buraxmadınızə Niyə Fəridə Məmmədovanın kitabını azərbaycanca buraxmırsınızə Niyə mətbuatımızda onlara qarşı bir yazı buraxmadınız, elə həmişə bizim ağzımızı qıfıllayırsınızə Elə bunun nəticəsidir ki, bu gün erməni Qarabağı bizdən istəyir. Tarix İnstitutunun elmi işçisi Xəliyəddin Xəlilov deyib ki, mən öz rayonumuza gedəndə bir neçə dəfə yoxlamadan keçirəm, bəs niyə bizim təhlükəsizlik komitəsi Yerevandan, başqa yerlərdən Qarabağa gətirilən silahların qarşısını kəsməyibə Qarabağda imza toplanılmasına keçən yaydan başlanıb, məməyeyəndən pəpəyeyənədək hamıya qol çəkdirilib, rayon partiya komitələrinin, icraiyyə komitələrinin möhürləri ilə təsdiqlənib. Bəs bunu niyə bizim Mərkəzi Komitə görməyibə Ona görə ki, bizim rəhbərlərimizin vətəni yoxdur, onların kabineti var. Bu kabinetdən də onları ayıran kimi onlar olurlar qeybətçi, başlayırlar dövlətin dalınca, partiyanın dalınca danışmağa. Xəliyəddin tarixi faktlar əsasında Qarabağa ermənilərin son zamanlarda necə gəldiklərini göstərib. ədəbiyyat İnstitutunun işçisi, filologiya elmləri namizədi Samir Tağızadə noyabrın sonlarında Moskvada “Oqonyok” jurnalı üçün verilən mətbuat konfransında Abuzər Bağırov (Moskvada yaşayır), Aydın Səlimzadə (Tarix İnstitutu) və başqa bir şəxslə (adını bilmədim) birlikdə iştirak etdiklərindən danışıb. Deyib ki, oraya Ağanbeqyan da gəldi. Biz yerimizi, milli mənsubiyyətimizi

bildirmədən ona suallar göndərdik: 1) Siz “Humanite”yə müsahibə vermisinizmiə 2) Bu haqda sovet mətbuatında niyə çıxış etmirsinizə 3) Qarabağ haqqında fikrinizə Ağanbeqyan elə bu suallara cavab verib getdi. Onun cavabları: 1) Mən “Humanite”yə müsahibə verməmişəm; burada olan müxbir mənim söhbətimi dərc edib. 2) Heç bir sovet mətbuat orqanı mənə müraciət etməyib, etsəydi müsahibə verərdim. 3) Qarabağ haqqında öz fikrimdə qalıram ki, bura ermənilərin qədim mədəniyyət mərkəzidir və oranın Azərbaycanda qalması Azərbaycan xalqının tarixi ədalətsizliyidir. Özlərində maqnitofon olmayan Abuzər Bağırovla yoldaşları söhbəti yazmış bir polyak müxbirinə restoranda qonaqlıq verəndən sonra (guya Ermənistan müxbirləridir) kasetin üzünü köçürüb Bakıya göndəriblər. Bir neçə nüsxə çıxarıb bir surətini də Anara veriblər, o da Mərkəzi Komitəyə çatdırıb. Samir də bu əhvalatı danışıb. Bu gün Akademiyaya buraxılmayan tələbələr və başqa sakinlər Hökumət evinin qarşısında toplaşıblar. Onların sayı və çıxışları haqqında mə lumatım yoxdur. Ancaq onu görmüşəm ki, tələbə yataqxanalarının yanında gecə-gündüz milis maşınları və qolu qırmızı komsomolçular növbə çəkib tələbələrin nümayişlərinin qarşısını almaq istəyirlər. Buna baxmayaraq orda-burda (məsələn, Kirov rayonunda) nümayişlərin təşkili haqqında xəbərlər alırıq. Bu axşam Süleyman Tatlıyev də (Ali Sovetin RH-nin sədri) televiziya ilə xalqa müraciət edib sakitlik olduğunu (!) dedi. Çox savadsız (azərbaycanca da, rusca da) oxudu. Fevralın 25-ində “Zaman” xəbərlər proqramında qabaqca Ağanbeqyanı göstərdilər, sonra isə Qarabağ hadisələrindən danışdılar. (“Pravda”nın 26 fevral tarixli nömrəsində də hər iki material yan-yana verilib). “Zaman” qurtaran kimi tez yataqxananın dəhlizinə çıxdım. (Çıxmamışdan qabaq evdə dedim ki, baxın, beş dəqiqəyə dəhliz dolacaq). Artıq müzakirə çoxdan başlanmışdı. Xeyli adam yığılmışdı. Hamı Ağanbeqyanı göstərəndən sonra Qarabağa keçilməsindən danışırdı. Biri dedi ki, Moskva ermənilərdən qorxur, onları sakitləşdirmək üçün belə edir. Başqası bildirdi ki, bunu ermənilər təşkil edib ki, biz güclüyük. O birisi əlavə etdi ki, ruslar aranı qızışdırmaq istəyirlər. Bu çıxışların ümumi yekunu belə idi ki, indiki vəziyyətdə “Zaman”da Ağanbeqyanın göstərilməsi çox qorxulu siyasi oyundur. (Ancaq Ağanbeqyan da həmişə şəstlə yayxanan, özündən razı Ağanbeqyan deyildi; ölə-ölə danışır-dı, sifətindən dərd yağırdı). SƏNƏD ERMəNİ-QRİQORİAN KİLSəSİNİN KATOLİKOSU VAZGENİN 1988-ci İL FEVRALIN 25-də ERMəNİSTAN TELEVİZİYASI İLə ÇIXIŞI Bütün erməni kilsələri adından sizə Eçmiədzindən böyük salam yetirirəm. Dağlıq Qarabağın Sovet Ermənistanının tərkibinə daxil edilməsi məsələsinin bu şəkildə həll olunması məni də möhkəm sarsıtmışdır. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini mən tamamilə qanuni, konstitusiyaya uyğun və təbii hesab edirəm. Və mən inanıram ki, hazırkı demokratiya və yenidənqurma şəraitində Sovet hökuməti bu məsələyə çox ciddi yanaşacaqdır. Bu günlər mən bizim xaricdəki kilsə təşkilatlarından çoxlu məktub alıram; onlar mənə zəng vururlar ki, Sovet hökumətinə müraciət edim və xahiş eləyim ki, Dağlıq Qarabağ məsələsini Sovet İttifaqının konstitusiyasına və DQMV xalq deputatları sovetinin qərarına əsasən ədalətlə həll etsin. Mən bu bəyanatları da işə qoşmuşam və bizim hörmətli Mixail Qorbaçova teleqram vurub xahiş etmişəm ki, bu məsələnin DQMV erməni əhalisinin xeyrinə həll olunmasına kömək etsin... ...Mən sizi əmin edirəm ki, DQMV məsələsi Moskvada yüksək səviyyədə SSRİ-də millətlərin öz müqəddəratını tə yin etmək hüququna əsasən həll olunacaqdır. Sizin bu günlərdə keçirdiyiniz həyəcanları və xalqın çıxışlarını mən yüksək qiymətləndirirəm. ...Məsələnin bizim xeyrimizə həll olunması naminə sakit halda, ağılla, təmkinlə işin axırını gözləməliyik. Belə təhlükəli bir vaxtda son dərəcə təmkin və uzaqgörənlik nümayiş etdirmək, Ermənistan və Azərbaycanda milli münaqişəyə yol verməmək üçün erməni - Azərbaycan qardaşlığını göz bəbəyi kimi qorumaq lazımdır. əmin olun ki, Dağlıq Qarabaq məsələsinin həllində sizə hər cür kömək etmək istəyən xaricdəki ermənilərin də iradəsi məhz belədir. əks təqdirdə biz məğlubiyyətlə üzləşə bilərik...

Fevralın 26-sında səhər televiziyada “120 dəqiqə” verilişində idmanı Sərkisyants, hava haqqında mə lumatı isə Mariya Şahgedanova aparırdılar (yarımçıq baxdığıma görə axşamkı Ağanbeqyan lentini təkrar-layıb-təkrarlamadıqlarını öyrənə bilmədim). Mənə bircə şey gün kimi aydınlaşdı: ruslar ya ermənilərin arxasında durublar, ya onlardan qorxurlar, ya da bizi qızışdırırlar. Bu gün (26.02) Yerevanda Ermənistan KP MK-nın plenumu olub. Plenumu K.S.Dəmirçiyan açıb. Sonra Sov.İKP Siyasi Bürosu üzvlüyünə namizəd, Sov.İKP MK üzvü V.İ.Dolgix M.S.Qorbaçovun Azərbaycan və Ermə-nistan zəhmətkeşlərinə, xalqlarına müraciətini oxuyub. Plenumda Sov. İKP MK katibi A.İ.Lukyanov iştirak edib. K.S.Dəmirçiyanı birinci katiblikdən azad etmək istəsələr də bacarmayıblar. Plenum haqqında mə lumat Ermənistan qəzetlərinin 27 fevral tarixli nömrələrində verilib. Saat 11-ə qalmış instituta xəbər verdilər ki, 12-də Qorbaçovun müraciəti olacaq (zəng vurub bildirmişdilər). Saat 12-də Sov.İKP MK katibi Razumovski M.S.Qorbaçovun göndərdiyi müraciəti oxudu, ardınca diktor Rafiq Hüseynov azərbaycanca tərcüməsini dedi, sonra isə erməni diktoru ermənicəsini oxudu. Bu gün radio ilə də həmin müraciət üç dildə verildi (hərəsində üç dəfə). Fevralın 27-sində, yə ni bu gün M.S.Qorbaçovun ermənilərə və azərbaycanlılara müraciəti respublika qəzetlərində dərc edilib. Bilmirəm, məqsəd erməniləri sakitləşdirməkdir, yoxsa Raisa Maksimovnanın tə siridir, hər halda, bu müraciətdən duyulur ki, bəlkə də Mərkəzi Komitə Qarabağ məsələsini müzakirə edə bilər. Görəsən, o, hadisələr “ən ciddi nəticələr verə bilər” deyəndə bu işə Türkiyənin də qarışa biləcəyi ehtimalını nəzərdə tutmur kiə Düzdür, Vazgen çox güclüdür, onun əlinin altında Dəmirçiyan kimi nökəri və dünyanın ən müxtəlif yerlərində çoxlu milyonçu və milyardçı erməni dövlətlisi, SSRİ-nin özündə də sözünə qulaq asmağa məcbur edə bildiyi sözükeçən adamları var, elə Vazgensiz də SSRİ-də partiya, dövlət, təsərrüfat sistemində minlərcə yüksək çinli erməni mə muru var, nazirlik-lərin, komitələrin bir çoxunun sədr müavinləri, kütləvi mə lumat vasitələ-rinin düyün qovşaqlarının müdirləri ermənilərdir, ticarət sistemində ağalıq edirlər, ancaq, hər halda, ruslar da başa düşməlidirlər ki, Gədəbəydə, Qazaxda, Naxçıvanda, Laçında və Qubadlıda, Kəlbəcərdə 14000 hektardan artıq torpaq şərəfsiz rəhbərlərimizin əliylə ermənilərə satılsa da vaxtilə olmuş bu səhvlərə Azərbaycan xalqı bir də yol verməyə-cəkdir! Artıq xalq o xalq deyildir. Artıq bu xalq Stalinin, Mikoyanın, Şaumyanın, Beriyanın, Dəmirçiyanın... ona etdiyi zülmləri, kələkləri, fırıldaqları, cinayətləri başa düşən xalqdır! 27 fevral 1988-inci il. M.F.Axundov kitabxanası. Saat 11.00-20.05. 27 - 29 fevral 1988. Fevralın 27-sində kitabxanadan yataqxanaya gələndən sonra, gecə saat 11-ə işləyəndə Qorxmaz11 gəlib bizdən yapışqan istədi. Qapını açıb onun qabağına çıxanda gördüm ki, qonşumuz, Neft-Kimya Prosesləri İnstitutu-nun elmi işçisi Nəriman əzməmmədov gəlir. Dedim ki, ay qonşu, xeyir ola, bu gecə vaxtı haradan gəlirsənə Dedi ki, şəhərdən. Sonra üzünü mənə və Qorxmaza tutub gülümsündü: “Yeriniz mə lum, gündüz çox ə la bir məclisdə idim”. Qabaqca elə bildik ki, yeyib-içməkdə olub, ona görə çox fikir vermədik, ancaq bildirəndə ki “gündüz Demiçevlə bir yerdə olmuşam”, maraqla gözümüzü üzünə dikdik. Bu arada üzbəüz qonşumuz Ñèðàú[AEM2]Sirac12 da səsə dəhlizə çıxdı. Nəriman dedi ki, qoyun paltarımı dəyişib gəlim, maraqlı söhbət edəcəyəm. Nəriman gəlib söhbətə başlayanda səsə başqa qonşular da yığıldı, xeyli adam maraqla qulaq asmağa başladı. Mən, demək olar ki, onun sözlərini eşitdiyim kimi, faktları olduğu kimi verəcəyəm. Nəriman dedi: -Bir işdən ötrü universitetə getmişdim. Rektorun kabinetinin yanında durmuşdum. Bir də dedilər ki, “Demiçev gəldi”. Camaat onu çoxdan gözləyirdi (böyük zala toplaşıb gözləyirdilər). Ancaq bildirildi ki, görüş rektorun kabinetinin yanındakı kiçik zalda olacaq.

İkicə dəqiqənin içində balaca otaq doldu, mən də yaxında olduğum üçün tez girdim. Otaq dolan kimi qapını bağladılar, heç kimi içəri buraxmadılar. Otaqda dekanlar, tanınmış alimlər toplaşmışdı. Rektor Yəhya Məmmədov bildirdi ki, yoldaşlar, Pyotr Niloviç iki saata yaxındır ki, universitetlə tanış olur. Auditoriyaları gəzib, tələbələrlə söhbət edib. Gəlin onu çox əldən salmayaq. Bunda Demiçev e tiraz edib dedi ki, yox, yoldaş Məmmədov, gəlin demokratiyanı gözləyək. Qoy kimin nə sözü var desin, soruşsun. Dağlıq Qarabağdakı hadisələrlə bağlı sorğulara səmimi cavablar verməyə hazıram. Birinci hüquq elmləri doktoru, professor Murtuz ələsgərov söz aldı. O, Demiçevə iki sual verdi: 1) Biz bilirik ki, partiya orqanlarının torpaq məsələsini həll etməyə səlahiyyəti çatmır. (O, hansı qanunun hansı maddəsini isə dedi). Ancaq Azərbaycan SSR-dən Ermənistan SSR-ə 15 min hektara yaxın torpaq verilib ki, bunlar respublika birinci katiblərinin əli ilə olub. Buna Sizin münasibətinizə 2) Zori Balayanın “Ocaq” kitabı xalqları bir-birinin üstünə salış-dıran əsərdir. Qarabağ hadisələrində də onun “əməyi” böyükdür. Akademik Ağanbeqyan isə hələ vitse-prezident olmamışdan erməni Sitaryanı, elmlə heç bir əlaqəsi olmayan adamı akademik seçdirib. Bu cür biabırçı vəziyyətin yaranmasına səbəb olan belə avantürist adamın elmimizə istiqamət verməsinə necə baxırsınızə P.N.Demiçev onun cavabında dedi: -Yoldaşlar, mən auditoriyanın səviyyəsini, buradakıların siyasi hazırlığını nəzərə alıb sizinlə maksimum həddə açıq və səmimi danışacağam. Biz Dağlıq Qarabağda belə olacağını, açığı, gözləmirdik. (Nəriman bu sözləri onun bəlkə də çaşıb söylədiyini bildirdi, çünki belə çıxır ki, Demiçev, daha doğrusu, partiya və hökumət qabaqcadan bu işdən xəbərdar imiş, azərbaycanlıların güclü müqaviməti isə onları birdən-birə çaşdırıb). Mənim səmimiyyətimə inanın, bu sözləri Azərbaycanda olduğum üçün demirəm - biz bu torpaqda əsl beynəlmiləlçilik gördük; heç bir xalqın heysiyyətinə, şərəfinə toxunulmur, heç bir xalq, heç bir başqa millət sıxışdırılmır. Buna fəhlələrlə, başqa sıravi vətən-daşlarla səhbətlərimdə də inandım. Ancaq Stepanakertdə isə belə deyil. Mən orada küçədə yatmış bir qoca ilə danışdım. Dedim ki, burada niyə yatmısınızə O isə cavab verdi ki, e tiraz edirəm. Soruşdum ki, nəyə e tiraz edirsinizə Dedi ki, Qarabağın Ermənistana verilməməsinə. Soruşdum ki, siz niyə Qarabağın Ermənistana verilməsini istəyirsinizə O mənə “istəyirəm”dən başqa cavab verə bilmədi. Bizə aydındır ki, ste-panakertlilərə bu fikri kənardan yeridiblər, bu onların öz əqidəsi deyil. Burada çox adamların, hətta xaricin də (Nəriman: o, baş barmağı ilə kənara işarə etdi, yə ni “xaricin”) barmağı var. Biz hər şeyi yaxşı bilirik. Doğrudur, partiya təşkilatlarının torpaq məsələsinə qarışmaq səlahiyyəti yoxdur. Bu məsələdə sizinlə tam razıyıq. Verilən torpaqların məsələsini isə indi burada həll etmək olmaz. Zori Balayanın kitabı tənqidsiz qalmayacaqdır. Ağanbeqyana gəldikdə isə onu deyə bilərəm ki, onun oynadığı rol biz yaxşı mə lumdur. Ancaq hər şeyin öz vaxtı var. Yoldaşlar, biz bilirik ki, Qarabağın Ermənistana verilməsinin heç bir əsası yoxdur. Düzdür, bu iş çox dəqiq düşünülüb, onu ermənilər başlayıb. Birinci katib (yəqin Dəmirçiyanı nəzərdə tuturdu) bizə Dağlıq Qarabağın Ermənistana verilməsini “əsaslandıran” 40 maddədən ibarət təkliflər gətirmişdi. İnanın, onların bircə dənəsində belə həqiqətə, gerçəkliyə uyğun heç nə yox idi. Təbii ki, biz də razılaşmadıq. Professor Niftalı Qocayev dedi ki, mən özüm ermənistanlıyam. Oradan bizi qovub çıxarıblar. Ermənistanda neçə azərbaycanlı kəndi var ki, indi bomboş qalıb, camaat canını götürüb qaçıb, çünki yaşamağa imkan vermirlər. Orada azərbaycanlılara orta səviyyəli vəzifələr belə verilmir. Elə kənd, elə rayon var ki, orada bir dənə də erməni yoxdur, ancaq kolxoz sədrləri də, raykom katibləri də hamısı ermənidir. Buna nə ad vermək olarə Ancaq bununla yanaşı, bizim xalqımız şovinist deyil, Azərbaycanda ermənilər partiya və dövlət işlərində ən müxtəlif sahələrdə nazir səviyyəsinədək yüksəliblər. Xalqın sıxışdırılması bir yana, Ermənistan-dakı yer adlarımızı da kütləvi şəkildə dəyişdirirlər. Buna necə baxır-sınızə P.N.Demiçev cavab verdi: -Bunlardan xəbərimiz var. MK-nın qarşıdan gələn növbəti plenumla-rının birində milli məsələlərə baxılacaq. Yəqin ki, bu deyilənlərə də toxunular. Görüşü Yəhya Məmmədov yekunlaşdırdı. O dedi ki, yoldaşlar, mühazirələrinizdə tələbələrə də deyin ki, sakit olsunlar. Məsələ bizim xeyrimizə həll olunub. MK-da belə məsələyə baxılmır və

baxılmayacaq. (O, “baxılmayacaq” deyib Demiçevə gözünü zillədi, Demiçev də “bəli” mə nasında başını tərpətdi). Yığıncağı qurtarıb çıxanda bir oğlan Demiçevə nəsə kağız verdi. Ayaqüstü bir-iki dəqiqə söhbət etdilər. Oğlanın rəngi kağız kimi ağarmışdı. Sonra ondan soruşdular ki, kimsən, Demiçevə verdiyin nə idiə O, cavabında qayıtdı ki, Ermənistandanam, Dərələyəzdən. Ermənilər bizi qovublar. Orada yaşamaq mümkün deyil. Mən də bu haqda ərizə verdim. Oğlandan soruşdular: “ərizəyə neçə nəfər qol çəkibə”. Cavab verdi ki, təkcə özüm. Buna görə onu danladılar, dedilər ki, gərək çox adama qol çəkdirəydin. *** Fevralın 27-sində Qafandan gələnlərin vəziyyəti əhalini bərk narahat edib. Ayın 28-ində Sumqayıtda böyük toqquşma baş verib. əhvalata səbəb Qafandan (Ermənistan) gələn iki avtobus soydaşımızın vəziyyəti olub. Oradan qaçıb gələn sərnişinlərin çoxu qadınlarmış, əksəriyyətinin də paltarları cırılmış. (Doğrudur, bundan qabaq da Bakıya 500 qafanlının qaçıb gəlməsi, onların Abşeron rayonunda yerləşdirilməsi haqqında söhbət gedirdi, ancaq bunlar başqa dəstədir). Bu qaçqınlar danışıblar ki, Qafanda qadınlarımızı təhqir ediblər, bə zilərinin döşlərini kəsiblər. Evləri dağıdıblar. ən başlıcası isə buldozerlə azərbaycanlıların qəbiristanlıqlarını düzləyiblər. Ermənilərin bu vəhşiliyi, avtobusdakıların görkəmi sumqayıtlıları dəhşətə gətirib. Ayın 29-unda bizim mərtəbəmizdə yaşayan, Sumqayıtda işləyən Hidayətdən öyrəndim ki, şənbə günü başlıca olaraq gənclərdən ibarət Sumqayıt əhli şəhər partiya komitəsinin qarşısına toplaşıb. Birinci katib Cahangir Müslümzadə onları sakitləşdirmək üçün tovlayıb dəniz kənarına aparıb. Orada başa düşüblər ki, məqsəd bunları qisasdan yayındırmaqdır. İstəyiblər ki, Müslümzadənin maşınını əzsinlər, o qaçıb. Camaat (əsasən gənclər) şəhərə qayıdıb ermənilər yaşayan evlərə girib. Bir çox ermənini öldürüblər, maşınlarını çevirib yandırıblar. Ötən maşınları saxlayıb sahibinin milliyyətini öyrənməyə çalışıblar. Son vasitə kimi onlara “fındıq” dedirdiblər. “Pındıq” deyənin erməni olduğunu biləndə cəzalandırıblar. Bir çoxlarının dediyinə görə, gözləri qızmış cavanlar erməni qadınlarının paltarını cırıb küçəyə çıxarıb-lar, beləliklə də Qafandakı vəhşiliyin əvəzini almağa çalışıblar.13 Həmin gün qafanlılardan və sumqayıtlılardan otuz nəfər həbs edilib. Bazar günü - ayın iyirmi səkkizində camaat şəhər partiya komitəsi binasının qarşısına toplaşıb, onları azad etməsələr binanı yandıra-caqlarını deyiblər. əlüstü bu adamları buraxıblar. Axşama yaxın yenə şəhərin müxtəlif yerlərində talan və təcavüz başlayıb. Milis hissələrinin yerinə şəhərə qoşun hissələri yeridilib, tanklar, zirehli transportyorlar daxil edilib, şəhərdə hərbi vəziyyət e lan olunub. Ancaq davanın qarşısı alınmayıb. Bu gün - fevralın 29-unda Azərbaycan KP MK-nın birinci katibi K.Bağırov səhər saat yeddidən başlayaraq gecə yarısına kimi radio və televiziya ilə iki dildə özü (erməni dilində isə erməni diktoru) Azərbaycan xalqına müraciət edib. Müraciəti ən azı 10 dəfə təkrarladılar. Özüm də bir dəfə radioda qulaq asdım, televizorda iki dəfə baxdım. Deyirdi ki, Sumqayıtda ciddi şuluqluq olub. Cinayətkarlar cəzalandırılacaq. Fitnəkarların, qızışdırıcıların sözlərinə qulaq asmayın, sakitliyi bərpa edin. Bu gün - ayın 29-unda, bazar ertəsi günü işə gələndə ilk eşitdiyimiz xəbər Sumqayıt əhvalatı oldusa da başqa xəbərlər də az deyildi. “Amerikanın səsi” radiosu xəbər veribmiş ki, Z.Balayan və S.Kaputik-yanı M.S.Qorbaçov qəbul edib, onlara Qarabağ məsələsinə martın 26-sında baxılacağını deyib. Həftənin dördüncü günü - ayın 25-ində Vazgen də Ermənistan televiziyası ilə danışıb, əhalini sakitliyə çağırıb və deyib ki, onsuz da məsələ bizim xeyrimizə həll olunacaq. (Hələ neçə gün ondan qabaq deyirdilər ki, Vazgen Qorbaçova xəbərdarlıq edib ki, Dəmirçiyanı katiblikdən çıxarsa, Qarabağı da onlara verməsə orta və yaxın mənzilli raketlərə dair Sovet-Amerika müqaviləsinin təsdiqini pozacaq. Eşitdiyimizə görə, Yerevanda üç dəfə plenum çağırmaq istəyib Dəmirçiyanı çıxarmağa çalışıblar, ancaq nail olmayıblar. Onların da başçısına bax, bizim də! Onlarda şir, bizdə...). Bu söhbətlərlə bağlı şəhərdə ən müxtəlif şayiələr gəzir. Deyilənə görə, Vazgenin çıxışında xaricdəki arxadaşlara güvənmək və başqa arxayınlıqlar da ifadə olunubmuş. Çıxışı maqnitofona yazıb tərcümə etmişlər. Akademik Ziya Bünyadov, Yazıçılar İttifaqının sədri Anar, sonra yenə bir-iki ziyalı Qorbaçovun qəbuluna getmək istəyib, ancaq hələ də Bakıda olan Sov.İKP MK katibi G.Razumovski söz verib ki, onların Qorbaçovla birbaşa telefon əlaqəsini yaradacaq.

əlbəttə, məsələnin təfsilatını və doğruluğunu yalnız bu adamların özündən öyrənmək olardı, ancaq buna imkan tapmadım. Birincisi, ona görə ki, gec eşitdim. ikincisi də, heç yerə gedə bilmədim, çünki bu gündən yenə növbətçiliyi bərpa etmişik, daha doğrusu, gecə-gündüz növbətçiliyinə başlamışıq. Gündüz partkomumuz Aydın Xəlilov dedi ki, bəs İnstitutda növbətçi qoymaq niyyətimiz var, nə edəkə Mən də təklifi ürəkdən bəyəndim və saat 12-dən səhərəcən duran ilk növbətçi olmağa özümü namizəd irəli sürdüm. (Bu qeydləri də növbətçi “post”umda yazıram; artıq ayın 1-idir, saat isə 3.49). Özüm bir saat tez gəlib Akademiya partkomu Fuad Həsənovun (o da qarabağlıdır, çox mədəni və istiqanlı yoldaşdır; mən “Elm” qəzetində işləyəndə o, partkomun müavini idi) yanına gedib (gecə saat 11 olmasına baxmayaraq hamı partkomda idi; onlar evlərinə hər gecə saat 12-dən sonra gedirlər) təklif etdim ki, əlyazmaları e tibarlı bir yerə köçürək. Doğrudur, Cahangir müəllim burada yoxdur (o, Şamxor və Xanlara camaat arasında sakitlik yaratmaq üçün göndərilib, keçən həftənin birinci günü gedəndir. Bu gün - 29-u da zəng edib deyib ki, nə vaxt qayıdacağımı bilmirəm), ancaq partkom Aydın müəllimlə məsələni həll etmək olar. Fuad müəllim təklifimi bəyəndi və sabah əlyazmaların Dövlət bankına aparılmasına çalışacağına söz verdi. Sonra ona dedim ki, institutumuzun binasında Xalq Təsərrüfatı İnstitutu (köhnə adla deyirəm) üçün verilmiş qolda tə mir aparılır, ustaların də əksəriyyəti ermənidir. Onlardan hər şey gözləmək olar. (Eşit-diyimizə görə, Akademiyanın baş binasında - Nərimanov prospektində kanalizasiyanı partladıblar, mətbəəni su basıb; az qala yanğın olacaqmış). Özü də, tərs kimi, xəzinə də bu qoldadır. Fuad müəllim bu məsələ ilə də yaxından maraqlanacağını dedi. Növbətçiliyə getməzdən qabaq bizə kənddən qonaq gəlmiş qayınanam Gəncəgül bibinin rayona göndərilməsi məsələsini müzakirə etdik. Sumqa-yıtdan sonra Bakıda da vəziyyətin pisləşməsi qorxusu var. Gəncədə də toqquşmalar başlayıb. (Sumqayıt kimi olmasa da, ölüm var). Qazaxda ermənilər alan torpaqları yenidən geri qaytarıblar, o tərəflərdə də ciddi narahatlıqdır. Bakıda hər addımbaşı qolu qırmızı sarıqlı gənclər növbə çəkir. Bütün şəhər həyəcan içərisindədir. Eşitdik ki, Ağdaş və Göyçayda da (ancaq onlarda erməni yoxdur axı) şuluqluq başlayıb. Bizim avtobus da buradan keçdiyinə görə qayınanamı göndərməyə çəkindim. Bu gün Bakıda ilk dəfə ciddi şəkildə hiss olundu ki, hər an camaat qaynaşa bilər. (Buna görə aspirantlar yataqxanasında da növbətçilik yaratdıq). Hamı artıq zarafatın bitdiyinə əmindir, ona görə də döyüş-qabağı əsəbilik, gərginlik şəraiti hökm sürür. Hamı erməniləri lə nətləyir, bizi durduğumuz yerdə işə saldıqlarını söyləyir. Bə zən onların bu xalqlar arasında qırğın yaratmağa çalışmalarının əsl kökü haqqında ciddi mülahizələr eşidirik. Məsələn, elə dünən axşam bizim dəhlizdə alimlərin ciddi müzakirəsi oldu. Sən demə, bugünkü vəziyyət ən azı 15 illik əməliyyatın, hazırlığın nəticəsidir. Ermənilərin ilk məqsədi Qarabağı ələ keçirməkdir (ona görə də əhaliləri qarşılıqlı dəyişməyə razı deyillər). Bundan sonra isə Qarabağla Ermənistan arasında qalan Laçın, Qubadlı, Cəbrayıl rayonlarını “zərərsizləşdirmək”. Bu nə demək-dirə Ermənilər kürd əhalisi arasında geniş təbliğat aparıblar ki, əgər bizim respublikaya keçsəniz sizə muxtariyyət verəcəyik. Azərbaycanlıları hər vasitə ilə vəzifələrdən sıxışdıran ermənilər, əksinə, kürdləri şirnikləndirmək üçün onları müxtəlif işlərə tə yin edirlər, onların dilində qəzet buraxırlar. Ermənistanda “azərbaycanlı” qələmə verilən vəzifəlilərin əksəriyyəti əslində kürddür. Son vaxtlar Moskvada kütləvi şəkildə elmi əsərlər buraxılır; kürd probleminə, onları qızışdırmağa həsr olunan bu kitabların çoxunun redaktoru və müəllifi ermənilərdir. Özü də, sözsüz ki, Türkiyədəki kürdlərin vəziyyətinə daha çox yas tutulur. Deyilənə görə, bə zi kürd ziyalıları ermənilərin tələsinə düşüb. Hətta Laçın, Qubadlı, Kəlbəcər rayonlarından Ermənistana keçmək çağırışına qoşulan (imza edən) çoxlu adam təşkil ediblər. Bundan başlıca məqsəd aydındır həmin rayonları da gələcəkdə Ermənistana birləşdirmək, Zaqaf-qaziyada “Böyük Ermənistan” yaratmaq, sonra isə Qars, ərzurum və başqa yerləri türklərdən almaq (bu haqda elə indinin özündə söhbətlər gedir). Daha sonra isə SSRİ-dən ayrı, müstəqil Ermənistan! Dünən axşam Moskvadan “Zaman” xəbərlər proqramında danışan akademik Püstə əzizbəyova dedi ki, biz Xankəndinin adını dəyişib Stepanakert etmişik. *** Vur-tut yarım əsr bundan qabaq doğma torpağımızda oturub bu gün bizimlə ortaq mal davası edənlərdən hər şeyi gözləmək mümkündür. Onlarda nə Sovet dövlətinə, nə Kommunist Partiyasına hörmət var, nə də ki, ağız dolusu qışqırdıqları beynəlmiləlçiliyə. Yaxşı mə lumatı olan yoldaşların deməsinə görə, Ermənistan ziyalılarının, daha doğrusu, erməni ziyalılarının (bütün SSRİ-də) böyük kütləsi iqamətgahı Parisdə olan daşnak partiyasının üzvüdür. Onların çoxunun cibində daşnakların partbileti var, bura müntəzəm üzvlük haqqı verirlər. Beynəlxalq aləmdə bir çox məğşuşluqları da bu partiyanın terrorçu dəstələri törədir. Bə

zi böyük dövlətlər də onlardan öz siyasət-lərinə uyğun istifadə edirlər. Buna görə də Vazgen daşnaklara çox arxayın-dır, onların yardımı ilə Qorbaçovla Reyqanın danışıqlarını pozacağı ilə hədələyir... Bəli, bu gün xalqımız məkrli, alçaq və insani sifətlərini itirmiş quduz fitnəkarların təhriki, zorla cəlb etməsi ilə ağır bir sınaq dövrünə başlayır - səbir sınağına. Onu özündən çıxarmaq üçün hər şeyə əl atmış-lar, ancaq o, təmkinlə susmuş, dözmüşdür. Doğma torpağından - Stepanakert-dən (təkcə buradan) 2000 bacı-qardışımız qovulmuşdur, yenə barışmağa razıyıq. Yerevanda bir Azərbaycan övladı qalmayıb, hamısını daşqalaq edib ev-eşiyindən didərgin salıblar, yenə barışmağa razıyıq. Bütün cinayətləri birinci onlar başlayıb, yenə yollaşmağa razıyıq. Ancaq kasa - səbir kasası dibsiz deyil; onun aşdığı, daşdığı gün də olur. Bu gün elə sabahdan da başlaya bilər! Fevralın 29-undan martın 1-nə keçən gecə. əlyazmalar İnstitutu, ikinci qat. Saat 2.15 - 5.15. R.S. Bu gün - 29-unda K.S.Dəmirçiyan Ermənistan televiziyası ilə çıxış edib. Azərbaycanlıların Qafandan və başqa yerlərdən Azərbaycana getmələrindən, Sumqayıtda baş verən hadisələrdən danışıb, iki xalqın qardaşlığının sınandığı bu çətin günlərdə sakitliyi gözləməyə çağırıb.

SƏNƏD SUMQAYIT VəTəNDAŞLARI! Şəhərdə baş vermiş fövqəl adə vəziyyətlə əlaqədar olaraq fevralın 29-da yerli vaxtla saat 23də komendant saatı tə yin olunur. Bu məcburi tədbir sovet vətəndaşlarını (erməniləri - ə.T) insani sifətini itirmiş azğın xuliqanların (azərbaycanlıların - ə.T) zorakılığın-dan və quldurluq hərəkətlərindən qorumaq üçün qəbul edilmişdir... ...Bu gündən e tibarən yerli saatla 20.00-dan 7.00-a kimi şəhərin küçələrində nümayiş etmək, qrup halında şəhərin küçələrinə çıxmaq, bütün nəqliyyat növlərindən istifadə etmək qadağan olunur... Qarnizonun rəisi, general-leytenant V.KRAYEV. 1 mart 1988. Gecə yuxusuz olduğum üçün evə getdim ki, dincəlim. Saat 4-də yuxudan durdum. Dünəndən şair dostum Mustafa İsgəndərzadə ilə şərtləşmişdik ki, onlarda görüşək, ona görə də üzümü qırxıb, bir tikə çörək yeyib onlara getməyə hazırlaşdım.. Yadıma düşdü ki, institutda vacib işim var, ona görə də ilk növbədə institutumuza gəldim. Partkom Aydın Xəlilov dedi ki, bəs bu gün Akademiyanın əsas binasında (Nərimanov prospekti, 31) çox güclü mitinq keçib. O mənə çox da ətraflı mə lumat verə bilmədi. Yığıncaqda iştirak edə bilmədiyimə təəssüfləndim. Sonradan orada iştirak edən, bizim yataqxanada yaşayan Muxtar İmanov, Namiq İsmayılov və başqalarından danışanları və danışıqları öyrənə bildim. Birinci yenə akademik Ziya Bünyadov danışıb. Keçən mitinqdəki sözünü təkrarlayıb, deyib ki, akademik Ağanbeqyanı məhkəməyə verib, bunun üçün SSRİ prokuroruna da müraciət edib. Ziya müəllim xalqın başsız qaldığından şikayətlənib, Sumqayıtdakı ağı çıxmış hadisələrin meydana gəlməsində də başsızlığın rolunu deyib. O, Sumqayıtda 250 nəfərin öldüyünü, buraya Qrodnodan 15 min nəfərlik desant diviziyasının gətiril-diyini bildirib. Onu da deyib ki, kütlələrlə ziyalılar arasında əlaqə yoxdur. Biz ortaya düşmüşük, təkik - arxamızda boşluqdur. Dağlıq Qarabağ sessiyasının qərarını ləğv etmək üçün Ziya Bünyadov respublika Ali Sovetinin növbədənkənar sessiyasını çağırmağı, respub-likamızın Moskvadakı deputatlarını da (məsələn, akademik Arbatovu) çağırmağı, respublikanın dərdlərini həll etmək üçün onlara tapşırıqlar verilməsini təklif edib. Ümumiyyətlə, Ziya müəllim doqquz konkret təklif irəli sürüb.

Akademiyanın müxbir üzvü, tarix, fəlsəfə və hüquq elmləri bölməsi-nin akademik-katibi əvəzi Aslan Aslanovun çıxışı rəsmi olduğundan və yeni heç bir mə lumat vermədiyindən, hay-küy qaldırıb onu danışmağa qoyma-yıblar. Sonra Tarix İnstitutunun direktoru İqrar əliyev alovlu vətənpər-vər olduğunu sübut etməyə çalışıb. Deyib ki, mən bizim Mərkəzi Komitəyə 50 səhifəlik bir arayış vermişəm, burada ermənilərin nə vaxtdan Qarabağa köçüb gəldiklərini yazmışam. (Halbuki arayış əvəzinə monoqrafiyalar yazılmalı idi!). Aydın Məmmədov qısa, ancaq çox tə sirli danışıb. Deyib ki, Qarabağ Vətən torpağıdır. Vətən torpağı uğrunda isə qan axıtmaq müqəddəs işdir. Bu yolda lazım gəlsə canımızı da əsirgəməyəcəyik. Tarix elmləri doktoru Məzahir Abbasov deyib ki, bir ovuc erməni bu boyda xalqımızın, türk xalqlarının və Türkiyənin qabağında neyləyə bilərə Müharibə qəhrəmanı M.Abbasov Qarabağ uğrunda sonadək vuruşmağa çağırıb. Şərqşünaslıq İnstitutunun direktor müavini, tarix elmləri doktoru Həmid əliyev bildirib ki, bu yaxınlarda Moskvada şərqşünasların konfransı keçiriləcək. Həmin yığıncaqda mə ruzəçilərin çoxu ermənilər, mövzuları isə genosiddir; bizimkiləri isə iştirakçı kimi çağırıblar. H.əliyev həmin yığıncağı boykot etməyə çağırıb. Şərqşünaslıq İnstitutunun elmi işçisi, hələ, deyəsən, müdafiə etməmiş İsa Qəmbərov (Z.Balayanın kitabına çox sanballı cavab yazan oğlan) kürsüyə çıxıb deyib ki, Ermənistanda bütün rəhbərlər bu günlərdə xalq arasında olub, bizdə isə xalq içində olmamaqları bir yana dursun, xalqın özünümüdafiə təşəbbüslərini də pozmağa çalışıblar. Bu yığıncaqda işti-rak edən prezident E.Salayev, başqa rəhbərlərimiz niyə indi aşağıda otu-rublarə Onlar niyə rəyasət hey ətində əyləşib bu yığıncağa başçılıq etməkdən çəkinirlərə Niyə burada stenoqrafist yoxdurə Niyə rəhbərlərimiz bu qədər qorxaqdırlarə Sonra İsa Z.Balayana və başqalarına qarşı Azərbaycan rəhbərlərinin kütbeyin münasibəti nəticəsində yaranan indiki vəziyyət-dən danışıb. Yığıncaqda Sov.İKP Mərkəzi Komitəsinə göndərmək üçün təkliflər layihəsi irəli sürülüb. *** Bu gün eşitdik ki, ermənilər Qarabağın əldən çıxdığını bilib, indi başqa manevrə əl atırlar muxtar vilayəti muxtar respublikaya çevirmək istəyirlər. Ancaq, deyəsən, M.S.Qorbaçov onlara rədd cavabı verib. Hər halda, tam dəqiq mə lumatlar yoxdur. Martın 1-i axşamı “Zaman” xəbərlər proqramında Anar və bir erməni yazıçısı çıxış ediblər. Anar deyib ki, millətçilik səhrada bitən tək ağacdır. Xalqlar isə ayrı-ayrı ağaclardan ibarət meşədir. Tək ağac həmişə məhv olar, meşədə isə onların hamısı bir-birinə hayandır. Biz gərək tək-tək ağacların meşənin havasını zəhərləməsinə yol verməyək. (Təəssüf ki, onun çıxışına qulaq asa bilmədim. Ancaq hamının xoşuna gələn məntiqli danışığın məzmunu ilə tanış oldum). Bu gün Ermənistan SSR EA-nın prezidenti Ambarsumyan bizim prezident Eldar Salayevə teleqram göndərib ki, ermənilərin qədim yurdu olan Qarabağla bağlı iğtişaşları sakitləşdirmək üçün alimlərlə iş aparın. (O da teleqramı götürüb gedib Mərkəzi Komitəyə - dahi rəhbərləri-mizin yanına ki, bəs mən nə edimə!)... Axşam Mustafa İsgəndərzadəgildə olarkən SSRİ daxili işlər nazirinin birinci müavini V.P.Truşin Sumqayıtdakı hadisələrdən danışdı, əhalini sakitliyə çağırdı. Sonra televiziyada Sov. İKP MK-nın şö bə müdiri Kondratyev yenicə Qafandan gəldiyini bildirdi və oradan gətirdiyi üç nəfəri də danışdırdı. Özü də, həmin oğlanlar da and içdilər ki, Qafanda artıq vəziyyət qaydasındadır, qoy qafanlılar yurdlarına qayıtsınlar. Televiziyada bildirildi ki, Ermənistan qaçqınlarının doğma yurda qayıtmaları üçün Azərbaycan KP MK-nın katibi Həsən Həsənovun sədrliyi ilə dövlət komissiyası yaradılmışdır. (Ağdamda Stepanakertə Hücuma hazırlaşan əhali K.Bağırova “sənin arvadın başqa millətdəndir, sən bizi başa düşməzsən; bu işlər hamısı elə sənin bacarıqsızlığından baş verib” desə də onlar Həsən Həsənov işə qarışandan sonra sakitləşib). Komissiya qafanlıları və başqa rayonlardan (Ermənistanın) gələn azərbaycanlıları əmin edirdi ki, onların yurda dönməsi üçün hər cür şərait yaradılıb və Dəmirçiyan da söz verib ki, onların tükü də əskik olmayacaq. Telefonlar sadalandı ki, yerini bilmədiyimiz qaçqınlar xəbər versinlər görək haçan və hansı nəqliyyat vasitəsilə geri dönmək istəyirlər. Saat 11-in yarısındakı “Aktual şərh” verilişində jurnalist ələkbər Abbasov Ermənistandan Sumqayıta gələnlərin hərəkətlərini pislədi və onların doğma el-obanı, torpağı tərk etmələrini qorxaqlıq adlandırdı. Sumqayıtda camaatın içindən Ağdamdakı Xuraman Abbasova kimi bir el

ağbirçəyinin (o, erməniləri qırmağa gedən ağdamlıların qabağı-na örpək atıb gəncləri saxlamışdı) çıxmamasından şikayətləndi. Bütün çıxışlarda bir cəhət vardı - hamı Ermənistanda bizimkilərə qarşı ermənilərin etdiklərini qorxaqcasına danır, Sumqayıtdakı hadisə-lərin iştirakçılarını isə az qala dövlət canisi kimi qələmə verirdilər. Doğrudur, Sumqayıtda kütlə içərisinə həbsdən yenicə çıxmış, ya da hələ cəzasını çəkməkdə olan cinayətkar oğrular, evyaranlar da qoşulmuş, öz murdar əməlləri, soyğunçuluqları ilə bütün xalqın dərin nifrətini qazan-mışdılar və belələri ən ağır cəza da almalıdırlar, ancaq bütövlükdə ehtirası qızışan gənclərə Qafandan gələnlərin başına gətirilən münasibətlər tə sir etmişdi. Bizim böyüklərimiz kəllələrini işə salmaq istəmədilər ki, axı adam öz yurd-yuvasından, min əziyyətlə saldığı dam-daşından boş yerə didərgin düşməz! Özü də Ermənistanda niyə bircə dənə də cinayət hadisəsi qeydə almadılar, mətbuatda yazmadılarə Çünki erməni rəhbərləri bu faktları ört-basdır etdilər. Ancaq Sumqayıt hadisələrini isə bizimkilər az qala əsrin cinayəti kimi qələmə verdilər, başa düşmədilər ki, ermənilərə də elə bu lazımdır. Onlar (ermənilər) arzularına çatdılar - qoşun hissələri məhz Azərbaycana (Sumqayıta) girib hərbi vəziyyət e lan etdi, məhz Sumqayıtda insan qanı töküldü, məhz Sumqayıtda camaatı xüsusi tə lim görən itlərə parçalatdılar, məhz burada azərbaycanlı gənclər tankın altında xurd-xəşil edildi! Doğrudan da, xalqın ən böyük faciəsi onun başsızlığı, daha doğrusu, başçısızlığı imiş! Kamran Bağırov, Həsən Seyidov, Süleyman Tatlıyev kimi amalı hansı vasitə ilə olursa-olsun kabinetini qorumaq və hakimiyyətini saxlamaq olan “başçı”ların stol arxasındakı varlığı yoxluqlarından daha faydasızdır. Sumqayıtda axan Azərbaycan oğullarının qanı üçün onlar cavabdehdirlər. Məhz onların qorxaqlığı ermənilərin üstümüzə ayaq almasına gətirib çıxardı. (Razumovski Bağırova deyib ki, təqsir özünüzdədir; ermənilərə çox ixtiyar vermisiniz). DQMV partiya komitəsinin ikinci katibi (rus) üç il qabaq bizim Mərkəzi Komitəyə ikiüç dəfə rəsmi müraciət edib ki, burada vəziyyət xoşagəlməzdir, tədbir görün. Bunlar isə susublar və danışmaq istəyənləri də susdurublar! Martın 2-sində Akademiyanın əsas binasında yenə mitinq oldu. Mən Aydın Məmmədovun yanına getmişdim, yığıncaq olacağını da bilmirdim. “Sovetskaya türkologiya” jurnalı redaksiyasında (o burada redaktor müavini işləyir) dedilər ki, Aydın aşağı, mitinqə düşüb. ədəbiyyat İnstitutunun dəhlizindən keçib gedəndə gördüm ki, direktorun otağında iclasdır. Qarabağ məsələsini müzakirə edirlər. Muxtar İmanov alovlu-alovlu danışırdı, direktor Yaşar Qarayev də yanında oturub baxırdı. Otaq ağzınacan dolmuş-du, qapının ağzı da bayırdan tutulmuşdu. Söhbətə qulaq asmayıb mitinqə görə aşağı düşdüm. Dairəvi zal liməlim dolu idi. Mən gecikmişdim. İçəridə təsadüfən boşalan bir yerdə əyləşdim. Respublika komsomol təşkilatının başçısı Sahib ələkbərov danışır, zaldakıları əmin-amanlığa, sakitliyə çağırırdı. Qarabağdan gəlmiş (deyəsən, Mirbəşir14 rayonundan) fizika-riyaziyyat müəllimi, 416-cı Taqanroq diviziyasının qəhrəman döyüşçülərindən biri Mehdi müəllim (onu Qarabağda çox yaxşı tanıyırlar) alovlu bir çıxış etdi və hamının ürəyini ələ aldı. O dedi ki, birisinin atını oğurladılar. O, padşahın yanına şikayətə getdi. Padşah dedi ki, sən niyə yatmısan ki, atını da oğurlayıblarə At yiyəsi cavab verdi ki, mən elə bildim ki, sən oyaqsan. (Bura çatanda zalda alqış səsləri ucaldı). Ancaq şah da bildirdi ki, mən yatmamışam; get, atını filan yerdən götür. Həmin adam da deyilən yerdən atını tapdı. Bundan sonra Mehdi müəllim artıq Qarabağın hökmən bizim olduğunu dedi və camaatı sakitliyə çağırdı. Bildirdi ki, lazım gəlsə mən özüm də vuruşa çıxaram, ancaq indi ermənilərin səviyyəsinə enmək olmaz. Xalqımı-zın şərəfini uca tutaq, Sumqayıtdakı ev oğurluğu kimi hadisələri özümüz üçün təhqir sayaq. Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Mənsur müəllim də ermənilərin törətdiyi bu antisovet hadisəsinin xarici kəşfiyyatın və daşnak partiyasının, onların ocağı olan Eçmiədzin din yuvasının, SSRİ-nin müxtəlif idarələrində rəhbər vəzifələri tutan Ağanbeqyan kimi daşnakların işi olduğunu bildirdi, onların hökmən cəzalandırılmasını tələb etdi. O da xalqın böyüksüzlüyü dərdindən danışdı və sözünü bununla bitirdi ki, mən Süleyman Tatlıyevin televiziya ilə xalqa müraciətini dinləyəndə xəcalətimdən öldüm. (Bu sözlər də zalın gurultulu alqışına səbəb oldu). Sonra Tarix İnstitutundan Leyla Yunusova adlı bir eynəkli gənc xanım rusca (təhsili rusca aldığı üçün, ana dilində yaxşı danışa bilmə-diyinə görə camaatdan üzr istədi) çox gözəl bir çıxış etdi. Onun sözləri hamını lərzəyə gətirdi. Dedi ki, kökcə gürcüstanlıyam. SSRİ konstitusiyasının yeni layihəsi irəli sürüləndə - 1976-cı ildə gürcü tələbələr dövlət dilinin rus dili olmasına qarşı çıxdılar. Onlar Rustaveli küçəsində böyük nümayiş etdilər. Küçənin o biri başında isə hərbi hissə toplaşdı. Tələbələrin həyatı təhlükə

altında idi. Belə məs ul anda birinci katib E.A.Şevardnad-ze təşəbbüsü əlinə aldı, tələbələrə söz verdi ki, bu məsələni həll edəcək; indi isə dağılsınlar. Tələbələr dağıldılar, Şevardnadze də sözünə əməl etdi. O, gürcü qanı tökülməyə qoymadı. Bəs niyə bizim ya komsomol təşkilatımızın, ya partiya, ya da hökumət başçılarımızın ürəyi Sumqayıtda tank altında məhv olan günahsız gənclərimizin taleyindən göynəmədiə (Tankların altında dinc əhali qalıb). Niyə onlar əhalini qırılmaqdan sax-lamadılarə Ona görə ki, rəhbərlərimiz xalqı düşünmürlər, onun e tibarını itiriblər. O başçı ki ona tapşırılan işin öhdəsindən gələ bilmir, xalqın inamını qazanmayıb, o, partbiletini təhvil verib vəzifəsindən əl çəkməlidir! (Zalın uzun sürən alqışları da hamının belə düşündüyünü təsdiqlədi). Sahib ələkbərov kürsüyə çıxıb şüarlar söyləməyin asan olduğunu, iş görməyinsə çətinliyini dedi və bildirdi ki, ayın 19-unda biz nümayişdə iştirak etməsəydik Sumqayıt hadisələri həmin gün baş verərdi. Şərqşünaslıq İnstitutunun elmi işçisi Rafiq əliyev dedi ki, bir az qabaq ermənilər qalxmışdı, biz sakit idik, indi isə onlar sakitləşib, biz qalxmışıq. Bunun səbəbini başa düşmək gərəkdir ermənilər bicliklə sakitlik yaradıb Azərbaycanda hadisələri inkişaf etdirmək, sonra isə bütün məs uliyyəti bizim üzərimizə qoymaq istəyirlər. Buna görə də sayıq olmaq, fitvaya uymamaq, sakitliyi gözləmək gərəkdir. Yoxsa ermənilər özlərinin qəti məğlub olduqlarını bildiyi indiki vaxtda bizi qızışdırıb özləri kənardan baxmaq üçün hər şeyə əl ata bilərlər. (Eşitdiyimizə görə, ermənilərin özləri Qara şəhərdə Şaumyanın heykəlini yıxmaq və Fəvvarələr bağındakı kilsəni partlatmaq istəyib bununla Bakıda qırğın yaratmağa çalışıblar). Axşam televiziya ilə bildirildi ki, Sumqayıtda sakitlik yaradılıb (hərbi vəziyyət, sözsüz ki, davam edir). Buraya və Azərbaycanın onadək rayonuna qaçmış ermənistanlıların (bu respublikanın, demək olar ki, azər-baycanlılar yaşayan hər yerindən gəlmişdilər) geri qaytarılmasına başlanılıb. Ermənistanın bir kəndindən də kadrlar (lentlər) göstərdilər ki, vəziyyət çox yaxşıdır. Bakıda, doğrudur, sakitlikdir, ancaq hamı ehtiyatlıdır. Bütün idarə və müəssisələrdə növbətçilik yaradılıb. Şəhərin küçələri qolu qırmızı sarıqlı növbətçilərlə doludur. Milis maşınları gecə-gündüz küçələrə, ictimai yerlərə nəzarət edir. Aspirantlar yataqxanasındakı növbətçilik mənə də çatıb. Gecə saat 2-dən dördəcən Şeyda Məmmədovla (keçmiş şagirdim) birgə yataqxana sakinlərinin asayişini gözləməliyəm. 02 mart 1988. Saat 23.37. 3 mart 1988. Bu gün Bəxtiyar Vahabzadə və tarix elmləri doktoru, professor Süleyman əliyarovun “Azərbaycan” jurnalının builki 2-ci nömrəsində “Redaksiyamızın poçtundan” ünvanlı rubrikada dərc edilmiş 4 səhifəlik yazısını oxudum. Akademik Ağanbeqyanın “Humanite”dəki çıxışına və S.Mikoyanın (Anastas Mikoyanın - Azərbaycanın Stalindən sonra ikinci böyük düşməninin, Azərbaycan xalqını 1943-üncü ildə az qala sürgün etdirməyə nail olmuş erməninin oğlu) “Literaturnaya qazeta”dakı (2 sentyabr 1987) yazısına cavab şəklində ortaya qoyulan bu yığcam məqalədə çox təmkinlə və yalnız faktlar əsasında ermənilərin torpaq iddialarının əsassızlığı və son dərəcə həyasızlığı göstərilir. Doğrudur, bu nömrənin müəyyən bir hissəsi abunəçilərə və köşklərə gedib; görünür, onda Mərkəzi Komitəmizin yazıdan xəbəri yoxmuş, çünki indi çap olunmuş bütün tiraj “Kommunist” nəşriyyatı mətbəəsinin anbar-larında saxlanır və çox ciddi qorunur15. Hətta mətbəənin öz işçiləri, jurnalı buraxan adamların özü onu ala bilmədilər. Şərqşünaslıq İnstitutunun elmi işçisi Nailə xanım Vəlixanlı-nın təxminən 8 çap vərəqi tutumundakı “Azərbaycanın siyasi-tarixi coğrafiya-sı” (adını dəqiq xatırlamıram; ruscadır) əsəri də “26-lar” mətbəəsində yı-ğılıb, çap olunub, ancaq “həbs” edilib. “Elm” nəşriyyatında bir neçə gün qabaq Nailə xanımı gördüm, dedi ki, MK-nın ideoloji katibi məndəki yeganə siqnal nüsxəsini də istəyir, ancaq öldürsələr də verməyəcəyəm. (əsərdə eramızdan qabaqkı dövrlərdən XIX yüzilliyin sonlarınacan Azərbaycan ərazisindən, o sıradan Qarabağdan da geniş danışılır). əlbəttə, Mərkəzi Komitə düzgün hərəkət edir - həmin əsərləri xalq oxusa ermənilər bizdən inciyər, Balayan, Ağanbeqyan bizdən salaməleyki kəsər və yenə iki xalq arasında nifaq düşər. Siyasi sayıqlığı heç vaxt itirmək olmaz! Bu bizə yaraşmaz!!. ***

Bu gün də, deyirlər, Akademiyanın əsas binasında yığıncaq keçirilib. Yalnız Ziya Bünyadovun adını eşitdim. Oradakı iştirakçılardan tapma-dım, ona görə də burada geniş mə lumat verə bilmirəm. Axşam işdən çıxanda bizim Söhrab Bayramov sonsuz sevinclə, uzun günlərin ürəküzən iztirab yükündən xilas olaraq (kökcə Ağdamdan olan Söhrab bu hadisələrdən yaman əzab çəkirdi) gülə-gülə bildirdi ki, artıq Moskvada məsələ bizim xeyrimizə birdəfəlik və bütünlüklə, heç bir güzəştə gedilmədən həll edilib. Bundan sonrakı çıxışlar, məğşuşluqlar ziyanı-mızadır. Televiziyada jurnalist Şirməmməd Hüseynov televiziyanın əməkdaşı İlqar Qasımovla (o, “Dalğa” verilişində də iştirak edir) söhbət edirdi. Maraqlı veriliş idi. ən yaddaqalanı o oldu ki, Şirməmməd müəllim inqilabın ilk çağlarında rəhbərlərin kütlələr arasında işlədi-yini, hətta güllə ilə yaralanmış Leninin zavod və fabriklərdən əl çəkmədiyini dedi... *** Akademiyanın partkomu Fuad Həsənov və xalq nəzarəti komitəsinin sədri Hüseyn Fərəcov yataqxanamıza gəlmişdilər. Camaatı arxayınlaş-dırıb sakitliyə, eyni zamanda sayıqlığa çağırdılar, gündüz də burada növbətçilik təşkil etməyi məsləhət bildilər. *** Axşam saat 10-da Genetika və Seleksiya İnstitutunun elmi işçisi, biologiya elmləri namizədi, 106-cı otaqda yaşayan dostum Qorxmaz Məmmədovun qonağı idim. O bildirdi ki, respublika yüngül sənaye nazirinin referenti (köməkçisi) olan dostundan eşidib ki (onun mə lumat qoynaqları isə çox geniş və e tibarlıdır), Qarabağ məsələsi Moskvada ermənilərin xeyrinə həll edilibmiş. Belə ki, M.S.Qorbaçov K.Bağırovu yanına çağırıb əmr edib ki, get, büro üzvlərinizlə danış, Qarabağı səssiz-küysüz Ermənis-tana verin. Fevralın 8-ində Bağırov çox gizli şəkildə Azərbaycan KP MK bürosunun üzvləri ilə söhbət aparıb, ancaq onların hamısı bir nəfər kimi bu məsələyə qəti e tiraz edib, xalqın qəzəbindən qorxduqlarını deyiblər. Onda ermənilərə məsləhət bilinib ki, hamı ayağa qalxsın, “bütün xalqın tələbini ödəmək üçün” Qarabağı vermək olar. Beləliklə, Stepanakertdə fevralın 13-ündə, sonra isə Yerevanda kütləvi mitinqlər başlayıb. Sonrası da aydındır. Ancaq Qarabağın türk əhalisinin (ilk sırada ağdamlıların) kəskin qalxımı gözlənilməz olub. Sonra Azərbaycanın müxtəlif yerlərində (Sumqayıt, Gəncə, Xanlar və b.) baş verən çıxışlar isə məsələyə baxışı bütünlüklə dəyişib və ermənilərə söz verənlər pis vəziyyətdə qalıblar. Çünki Vaşinqtonda daşnaklar Sovet Mədəniyyət Fonduna hədiyyə etdikləri sənət əsərlərindən başqa Raisa Maksimovnanın şəxsən özünə misilsiz qiyməti olan bəxşişlər vermişlər.16 (Azərbaycanın müxtəlif rayonlarından M.S.Qorbaçovun ünvanına göndərilən kollektiv məktublarda yazılıb ki, arvadın ermənilərdən aldığı rüşvəti qaytarsın; biz məbləği ödəməyə hazırıq). Yerevan və Stepanakertdə ermənilərin şüarlarında deyilib: “Raisa Maksimovna, bizim brilyantları qaytar!”). Fevralın 23-ündə Bakıda Dzerjinski adına klubda dövlət təhlükəsizliyi əməkdaşlarının yığıncağında da Raisa Maksimovnanın rüşvət alması kəskin tənqid edilib. (Mə lumatı DTK-nın köhnə əməkdaşı, iste fada olan polkovnik, indi institutumuzun işçisi Mustafa Mustafa-yevdən aldım). *** Şəhərdə vəziyyət üzdən sakitdir, ancaq hər yerdə növbətçilik var. Görünür, Moskvada martın 26-sında olacaq yığıncağadək (plenum gözlənilir) gərginlik davam edəcək. Bakıda keçiriləcək futbol oyunları yayadək ləğv edilib (stadionda camaatın yığılışması qorxuludur), “Ararat”la oyunlar isə, deyəsən, yerli-dibli olmayacaq. Bu gün eşitdiyimə görə, Qazaxdan başqa Sədərəkdə də (Naxçıvan MSSR) ermənilərin aldığı torpaqları camaat geri qaytarıb (deyəsən, Gədəbəydə, Laçın və Kəlbəcər rayonlarında da bu hadisə təkrarlanıb, ancaq dəqiq mə lumat yoxdur). Həmin torpaqlar (üst-üstə 15 min hektar) Ermənistan SSR-ə qanunsuz verilib; Azərbaycan SSR Ali Sovetinin qanunvericilik aktlarında təsdiq olunmayıb. Beləliklə, martın 3-ünü tam arxayınlıq günü saya bilərik. Aldığımız mə lumata görə, üç gün qabaq Ermənistan televiziyası ilə Qorbaçovun qəbulundan gəlmiş Silva Kaputikyan danışıb deyib ki, biz uduzduq - Qarabağı bizə vermədilər, ancaq biz udduq - dünyaya göstərdik ki, vahid xalqıq.

Bəli, ermənilər kim olduqlarını dünyaya çox gözəl göstərdilər - başqasının torpağında oturub onunla ortaq mal davası edənlərin miskin, cılız varlığı bir daha aydın oldu! Biz də kimliyimizi göstərdik. Bugünədək az qala varlığına, milli təfəkkürünün mövcudluğuna şübhə ilə yanaşmağa alışdığımız xalq Ağdamda, Sumqayıtda göstərdi ki, tanklar onun üstünə yeriyəndə də qorxmadı, geri çəkilmədi! Sumqayıtda tək-tək adamlar deyildi erməni vəhşiliyinə e tiraz edən (bizim mətbuat və televiziyada deyilən kimi), bu, bütün xalq idi! Yoxsa K.Bağırova nə düşmüşdü ki, bir dəstə adamın üstünə 15 min nəfər əsgəri çağırıb gətirtsinə! Yox! Bu xalq da göstərdi ki, onun səbri, dözümü nə qədər tükənməzdirsə qəzəbi, nifrəti ondan da böyük və dəhşətlidir! Bu xalq göstərdi ki, o, mürgüləyən aslandır; onu Stalinlər, Şaumyanlar, Mikoyanlar yuxulatsa da yenə Vətən söhbəti gələndə oyanacaq, öz düşmənlərini taxtabiti kimi qıracaq! Gərək ona sataşmayasan. Onun özünə sataşmaq olar, Vətəninə yox!!! 03.03.88. Gecə saat 01.58. 4 mart 1988. Mətbuat artıq nisbətən sakitləşib, rəsmi xəbərlər, demək olar ki, yoxdur. Ancaq bugünkü “Pravda”da tanka daş atan Fələstin uşağının taleyi təsvir olunub. Baxdım və Sumqayıtda tank altında xıncım-xıncım olmuş texniki peşə məktəblərinin uşaqları gözlərim önünə gəldi. (Bu gün eşitdim ki, tankda belə vəhşilik eləyən əsgəri sumqayıtlılar tapıb öldürüblər). Bugünün respublika miqyaslı hadisələri içərisində Azərbaycan SSR EA-da (əsas bina) Mərkəzi Komitə katibi R. Mehdiyevlə görüşü göstərmək olar. Geniş mə lumat toplaya bilmədiyim dünənki yığıncaqda, sən demə, elə başlıca məsələ bu olub ki, MK katibi Akademiyaya gəlsin, sözümüzü deyək (Ziya Bünyadov tələb edib). İclas xəbərini eşidən kimi taksiyə oturub Nərimanov prospektinə cumdum. Gecikmişdim bütün yerlər tutulmuşdu. Söhrabla sıraların lap qurtaracağına - “çardağ”a qalxdıq. Bir azdan isə nəinki pillələr, hətta aradakı boşluqlar, rəyasət hey əti üçün olan yerlər, ikinci qatdakı oturacaqsız künclər - hər yer adamla doldu. Akademiya ilə on illik tanışlı-ğımda ilk dəfə idi ki, bu zalın bu cür dolduğunu görürdüm. İçəridə ən azı min beş yüz - iki min adam vardı. Ramiz Mehdiyev, prezident Eldar Salayev, partkom Fuad Həsənov, vitse-prezidentlər Cəmil Quluyev, Nəriman Quluyev, Urxan ələkbərov, akademik-katiblər Bəkir Nəbiyev, Cəlal əliyev, Aslan Aslanov, baş akademik-katib Asəf Nadirov, akademik Ziya Bünyadov, müxbir üzvlər İqrar əliyev, Qaraş Mədətov rəyasət hey ətində əyləşdilər. Yığıncaq 12.35-də başladı. Prezidentin ilk cümlələri uğultu ilə qarşılandı. O, Ramiz Mehdiyevin suallara cavab vermək üçün gəldiyini (dünənki xahişə əməl olunduğunu) bildirdi və xahiş etdi ki, verilən suallar, edilən çıxışlar Elmlər Akademiyası əməkdaşlarının adına layiq olsun. Camaatın yenə narazılıq uğultusu ilə qarşıladığı bu sözdən sonra R.Mehdiyev sənədlər oxudu. Dedi ki, Azərbaycan KP MK Sov.İKP Siyasi Bürosunun qərarı əsasında 22 fevralda bir qərar qəbul edib. Sonra onu oxudu (mətbuatda çap olunan, ərazi dəyişikliklərinin hər iki respublika zəhmətkeşlərinin mənafeyinə zidd olduğu haqqında müddəalardır). Yeni heç nə yox idi. Sonra MK-nın vəziyyəti aradan qaldırmaq üçün tədbirlər planı hazırladığını dedi. Oxumaq istəyəndə camaat dedi ki, lazım deyil. Sonra suallar başlandı. Dilçilik İnstitutunun əməkdaşı E tibar Quluyev: Razumovskinin qəbulunda C.Quluyev, P.əzizbəyova, D.P.Quluyev, Mirzə İbrahimov, ə.S.Sumbat-zadə və başqaları olublar. Bəs o niyə Z.Bünyadovu və İ.əliyevi qəbul etməyibə Cavab: Qəbul olunan yoldaşlar vaxtında müraciət ediblər. Görünür, Ziya Bünyadov və İqrar əliyev qəbul üçün müraciətə bir-iki gün gecikiblər. (Zalda uğultu). Onlar vaxtında müraciət etmək istəməyəndə onları çağırıb deməyəcəkdilər ki, gəlin görüşün. (Zalda uğultu). ədəbiyyat İnstitutunun əməkdaşı, f.e.n. Bəhlul Abdullayev: Qəbul olunan qərarlardan xəbərimiz var. Bəs bu gün Siyasi Büro nə haqda düşünür, vəziyyəti aradan qaldırmaq üçün nə edirə Cavab: Hadisələr Dağlıq Qarabağda ayın 11-ində (fevralın) başlayıb. Bizim Mərkəzi Komitə isə ayın 12-sindən onunla məşğuldur. Təvazökarlıq-dan uzaq olsa da deyim ki, bu günlər bizə gecəgündüz dinclik yoxdur. (Zalda uğultu). Biz martın 27-sinə kimi (R.Mehdiyevin niyə 27-si dediyi

aydın olmadı) düzgün mövqe tutmuşuq. Çalışırıq ki, Sumqayıt hadisələri təkrar olmasın. əsas məsələ həll edilib. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub, var, olacaq. Konstitusiyamızın 78-inci maddəsinə əsasən onun əraziləri respublika Ali Soveti Rəyasət Hey ətinin qərarı ilə dəyişdirilə bilər. Bundan qabaq isə respublika əhalisinin rə y sorğusu (referendum) keçirilməlidir. Bizdə isə heç vaxt belə şeyə yol verilməyəcək. Professor Mirəli Seyidov: Ermənistan KP MK-nın bu yaxınlarda keçirilən plenumunda (24 fevral) - onu “fəallar yığıncağı” adlandırdılar - Sov.İKP MK-nın Dağlıq Qarabağ haqqında qərarı bütünlüklə qəbul olunmayıb. Yığıncağın qətnaməsinin 3-üncü bəndində Sov.İKP Siyasi Bürosundan xahiş edilir ki, partiyanın növbəti plenumunda Qarabağ məsələsi həll edilsin. Bu haqda fikrinizə Cavab: Deyilənlər doğrudur. Ancaq onlar istədikləri cür qətnamə qəbul edə bilərlər. Bizi başlıca məsələ maraqlandırır ki, o da qəti həll olunub. Gəncə Texnologiya İnstitutunun partkomu Fəzail Ağamalıyev (onun adını yaxşı eşitmədim): Aranı qızışdıran Z.Balayan, A.Ağanbeqyan və başqa erməni millətçilərinə Sov.İKP MK-nın münasibəti necədir və onları cəzalandırmaq üçün nə kimi tədbirlər görülürə Cavab: Z.Balayanla MK-da katib səviyyəsində ciddi söhbət edilib. (Zalda gülüşmə). Onlar ciddi cəzalanacaqlar. Tarix İnstitutunun əməkdaşı Xəliyəddin Xəlilov: Zori Balayanın “Ocaq” əsərinə İsa Qəmbərovun rə yini qəzetlər niyə dərc etmədiə (Alqışlar). Niyə Mərkəzi Komitə mətbuatın ağzını qapayıbə Niyə onun qarşısına sipər çəkilibə əgər biz onlara vaxtında cavab versəydik indi vəziyyət belə olardımıə Xəliyəddin sualını qurtaran kimi başqa birisi R.Mehdiyevə bu məsələ ilə bağlı yazılı sual verdi. R.Mehdiyev oxudu: “Sizə elə gəlmirmi ki, gözləmə mövqeyi tutmaq mətbuatın çıxışlarının yoxluğunda da əks olunubə Siz Mərkəzi Komitənin katibi kimi özünüzü bu işdə günahkar bilirsinizmiə”. Cavab: Mərkəzi Komitə Z.Balayana və başqalarına cavab vermək üçün, yazı yazmaq və nəşr etdirmək üçün heç kəsin qarşısını kəsməyib. (Zalda uğultu. Yerdən «yalandır!» səsləri). Mətbuatda cavablar verməklə biz ehtirasları qızışdıra bilərik. (Zalda qulaqbatırıcı uğultu və səsküy). Yerdən sual: Ermənistan və Gürcüstan SSR-də azərbaycanlılar çox yaşasa da onlara rəhbər vəzifələr verilmir. Bu haqda partiya nə düşünürə Cavab: Sov.İKP Mərkəzi Komitəsinə vəziyyət aydındır və o, həmin vəziyyəti qiymətləndirəcək. Qabaqcadan heç nə demək mümkün deyil. Aydın Məmmədov: Dağlıq Qarabağ məsələsi ciddi şəkil alan gündən Ermənistanda partiya və dövlət rəhbərləri xalqla oldu, ona istiqamət verdi. Kim zəmanət verə bilər ki,bu hadisə bir də təkrar olunmayacaqə Bəs bizim rəhbərlik nə fikirləşirə Bu məsələ bu gün qalxmayıb. əgər tariximizin taleyi tapşırılmış akademiklərimiz Cəmil Quluyev, əlisöhbət Sumbat-zadə və başqaları erməni təfriqəçilərinə qarşı vaxtında qala qursaydı-lar, alimlərimizi bu işə cəlb etsəydilər indiki vəziyyət yaranmazdı. Bu, keçmişdir. Bəs indi - öz torpağımda öz xalqımın qanı axdığı bir vaxtda, öz torpağımda öz respublikamın bayrağı ayaqlar altında tapdalanaraq yadların bayrağı başımız üstündə dalğalandığı bir vaxtda niyə susuruqə (Alqışlar). Niyə bizə obyektiv və operativ mə lumat verilmirə Niyə Sumqayıtda baş verən hadisələr haqqında düzgün məqalə yaza bilmirikə Niyə mətbuatımız xalqdan qorxurə Mətbuatımızın qeyrəti, nəhayət, haçansa oyanacaqmıə (Sürəkli alqışlar). Cavab: Mən Aydın Məmmədov yoldaşı tanıyıram. O, məsələni düzgün qeyd edir. Mə lumata ehtiyac var. Ancaq bu məsələ 1905-inci ilin fevralında başlayıb. Onda da ehtiraslar belə coşmuşdu... R.Mehdiyev tarixdən danışmağa başladı. Yerbəyerdən səslər ucaldı: “Mətləbə keçin! Suala cavab verin!”. Bu səslərin nəticəsi isə bu oldu: - Biz hissiyyata qapıla bilmərik. Mətbuatda hər sözü deməyə ehtiyac yoxdur. (Zalda səs-küy, uğultu). Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Mənsur əliyev: Ermə-nistan SSR-də 200 mindən artıq azərbaycanlı yaşayır. Onları Yerevanda və rayonlarda, şəhərlərdə hər vasitə ilə sıxışdırır, incidirlər. Sumqayıt hadisəsi də boş yerə baş vermədi. Bizim Mərkəzi Komitə onların taleyi üçün narahatlıq keçirirmiə

Ermənistan KP MK rəhbərləri öz torpağımız olan Qarabağı bizdən tələb edir, bunun uğrunda vuruşurlar. Bəs niyə bizim Mərkəzi Komitə Ermənistandakı azərbaycanlılara muxtariyyət tələb etmirə Cavab: İndi Ermənistandakı azərbaycanlıların vəziyyəti öyrənilir. Lazımi sənədlər, materiallar toplanılır. Muxtariyyət məsələsi isə Ermə-nistandakı azərbaycanlıların öz işidir. (Zalda qulaqbatırıcı uğultu). Bu məsələni gərək onlar qaldırsınlar, Moskvada qoysunlar. Me marlıq və İncəsənət İnstitutunun direktor müavini Kərim Kərimov: Mətbuat və radioteleviziyanın Qarabağa həsr olunmuş veriliş-ləri əttökən və biabırçıdır; heç bir obyektiv mə lumat yoxdur, bu öz yerində, ancaq elə düşük verilişlər verilir ki, adamın əti tökülür. Məsə-lən, azərbaycanlı müğənniyə ermənicə, erməni müğənniyə azərbaycanca mahnı oxudurlar. A balam, camaat bağça uşağıdırə Niyə ağıllı adamların söhbəti, məsləhəti təşkil edilmir, müzakirələr aparılmırə Cavab: Deyilənlə razıyam. Ancaq gərək alimlərimiz də verilişlərin hazırlanmasında iştirak etsin. Yerevan şəhərindən gələn texnikum müəlliməsi (təəssüf ki, ad-familiyasını demədi) alovlu çıxış etdi: - Qardaşlarım, bacılarım, analarım, balalarım! Qarabağ bizim qeyrə-timizdir, onu əldən versək tarix bizi bağışlamaz. Bakıda deyirlər ki, guya Ermənistanda hər şey yaxşıdır, vəziyyət yaxşıdır, ancaq Sumqayıtda xuliqanlar şuluqluq salıb. İnanmayın, bizim təbliğatın zəifliyinin, erməni təbliğatının güclülüyünün nəticəsidir bu. Mətbuatda Qarabağ hadi-sələrinə dair ilk yazılarda bu işləri “bir qrup ekstremistin” törətdiyi yazılan kimi Ermənistanın Silva Kaputikyan, Balayan kimi yazıçıları, Dəmirçiyan və başqa rəhbərləri başlarına qara lent vurdular; lentdə yazılmışdı: “Biz ekstremist deyilik!”. Hadisələri qızışdıranlar, qardaş qırğınına səbəb olanlar ekstremistliklərini danırlarsa biz niyə Sumqayı-tın günahsız qırılan tələbələrini “xuliqan”, “cinayətkar” adlandırmalıyıqə! Mən bu gün olduqca həyəcanlıyam. Mən sizin yanınıza gəlmişəm. Siz bizim arxamızsınız. Bilin, eşidin - bizə Ermənistanda dinclik yoxdur. Mənim tələbələrimin çoxusu qorxusundan dərsə gələ bilmir. əhalini hədələyir, qorxudur, təhqir edir, incidirlər. Qarabağı ermənilərə vermək olmaz. Biz qadınlar da lazım gəlsə Həcər kimi silaha sarılacaq, onu müdafiə edəcəyik. Yaşasın Qarabağ! Müəllimənin çıxışı, onun bə zən başı ayağına, ayağı başına qarı-şan cümlələrinin pozğunluğuna baxmayaraq hamını yerindən oynatdı. Uzun çəkən alqışlar onun sözlərinin ürəyin ən incə tellərinə toxunduğunu bildirdi. Şərqşünaslıq İnstitutunun elmi işçisi İsa Qəmbərov: - İndiyədək Qarabağ məsələsinə fikir verməmişik. Söhbət təkcə mənim Z.Balayanın kitabına yazdığım rə yin çap edilməməsindən getmir, ancaq obyektiv cavabların qarşısının alınmasının bugünkü vəziyyəti yaratdığını dərk etmək gərəkdir. O vaxt məni çağırdılar ki, rə y, doğrudur, çap olunmayacaq, ancaq o, çox lazımlıdır, ondan istifadə edəcəyik; özün isə daha bu işlərlə məşğul olma. Bunun nəticəsidir ki, xalqımız mə lumatsız qalıb, onda həqiqət aclığı, mə lumat aclığı var. Alimlərimizin üzərinə atılan böhtan düzgün deyil. Ziya Bünyadovun, Fəridə Məmmədovanın, başqalarının çox dəyərli əsərləri ortadadır. Ancaq tirajları çox azdır və həm də ruscadır. Niyə onlar dilimizə tərcümə edilib geniş yayılmırə Xalq “Qarabağ” deyir, ancaq Qarabağın tarixini bilmir. Sizi inandırıram ki, Qarabağdakı əhalinin çoxu da sonradan erməniləşdiklərini və ermənilərin buraya bu yaxınlarda köçüb gəldiyini bilmir. Ziya müəllimin, Fəridə xanımın əsərlərini erməni dilində buraxsaq bunun çox böyük faydası olardı. İndiyədək biz nə vaxt həyəcan təbili çalmışıqsa Mərkəzi Komitə bizi sakitləşdirib, deyib ki, tədbir görərik, bizim siyasət gərək ermənilərinkinə oxşamasın, biz onların səviyyəsinə enə bilmərik. Yoldaş Mehdiyev, əgər Qarabağ ermənilərə verilsə Azərbaycan xalqı sizi öz siyahısından siləcək. Tarix İnstitutunun direktor müavini Mahmud İsmayılov: -Mənim başım çıxmır ki, niyə xalqa edilən sakitləşdirici müraci-ətlərin heç birində SSRİ və Azərbaycan SSR-in konstitusiyasının adı çəkilməyib, deyilməyib ki, ərazi məsələsi müttəfiq respublikanın (Azərbay-canın) razılığı olmadan həll edilə bilməzə Niyə heç bir sənədə “konstitusiya” sözü düşməyibə Mərkəzi Komitənin qərarında Azərbaycan partiya təşkilatı rəhbər-liyinin passiv, gözləmə mövqeyi tutması tənqid edilib. Bəs rəhbərlərimiz indi nədən çəkinirlərə Bu gün axşam televiziyada veriliş olacaq. Mən orada dedim ki, qarabağlılar bilmir ki, Qarabağ keçmişdən Azərbaycanın-dır. Tarixi faktları sadaladım. Həmin yerlərin hamısını kəsib götür-dülər. Niyəə Kimdən qorxursunuzə

Bizim Mərkəzi Komitə bu hadisələrin təkrar olmaması üçün nə fikirləşirə 1905-inci ildə, 1918inci ildə də erməni-müsəlman qırğını fevral-mart hadisələrinə düşüb, ində də. Onda da Sabir çıxıb, ortaya fitnəkar iblisin girdiyini dedi, indi də biz deyirik. Bəs Ağanbeqyan, Balayan, Kaputikyan, Dəmirçiyan, Vazgen kimi haramzadələr cəzalandırıl-mayacaqmıə Haşiyə: respublika mətbuatına, radio və televiziyaya bu şəxslərin adını çəkmək qadağan edilib. Verilən yazılardan, radio və televiziya lentlərinə köçürülən söhbətlərdən onların adları pozulur, kəsilir. Kamran Bağırov kimi dahinin rəhbərliyi ilə şərəflənmiş bir xalqa düşmənlərinin adını unutmaq təklif edilir! Akademik Ziya Bünyadov camaatın gurultulu alqışları altında kürsüyə çıxan ilk, yığıncağı yekunlaşdırılan son çıxışçı oldu. R.Mehdiyevin burada olmasından istifadə edərək qabaqkı (başsız) iclas-lardakı - mitinqlərdəki sözlərinin bir çoxunu təkrarladı. O dedi (son vaxtlar yalnız ana dilində danışır): - Yoldaşlar, hamımız bu günlər həyəcanlıyıq. Ancaq bütün bu həyəcan-lar olmaya da bilərdi. əgər hadisələrə vaxtında düzgün qiymət verilsəydi, araqızışdıranlara layiqli cavab hazırlansaydı indiki ağır vəziyyət yaranmazdı. Kamran Bağırov, Ramiz Mehdiyev Akademiya alimlərindən çox faydalana bilər, məsləhət ala bilərdi, ancaq belə olmadı; biz lazımsız şey kimi atılıb qaldıq. Mən dəfələrlə demişəm, indi də deyirəm - ermənilərin bu işi yeni deyil. Bu hadisələrin kökü 1955-inci ilə - Vazgenin SSRİ-yə gəldiyi vaxta bağlıdır. Sosialist düşüncələrinin düşməni olan bu adam xarici kəşfiyyatla sıx əlaqədardır. Onun Eçmiədzindəki dini məktəbində oxuyan-ların 95 faizində sosialist düşüncəsi, Sovet ölkəsinə məhəbbət hissi yoxdur. Bundan başqa, tez-tez Eçməidzində bütün dünyadan gələn ruhanilərin yığıncaqları keçirilir, milyonçuların səfəri təşkil edilir. Daşnak partiyasının üzvü olan bu adamlar həmişə (o vaxtdan sonra daha ciddi) Qarabağ məsələsini ortaya atmışlar. Azərbaycanda, Ermənistanda və Dağlıq Qarabağda bir çox rəhbərlərin vəzifədən getməsinə, ilişməsinə səbəb onların toruna düşməsi, fitinə uyması olmuşdur. Azərbaycanda heç vaxt onlarla ciddi mübarizə aparılmayıb. İndiyədək Dağlıq Qarabağda heç bir katib azərbaycanlı olmayıb. Bunun nəticəsində yerliləri həmişə millətçi-lik üstündə çıxarıblar, ancaq ermənilər cəzasız qalıblar. Melkonyanı millətçilik üstündə çıxardılar, ancaq ayda 600 manat maaşla başqa işə qoydular. İndi Kevorkovu çıxardılar, ancaq döşündə hələ də respublika Ali Sovetinin deputatı nişanını gəzdirir; yəqin ki, ona da ayda 1000 manatlıq başqa iş verəcəklər... Xalqı bir-birinin üstünə qalxızan belə daşnak rəhbərlər ciddi cəzalandırılmalı, bu haqda mətbuatda xalqa xəbər verilməlidir. Mətbuat və televiziyadan söhbət düşmüşkən qeyd edim ki, onların yazıları və verilişləri rəzil gündədir. Onların səviyyəsi, mə lumat yoxluğu biabırçı, rüsvayçı haldadır. Respublikamızda alimlərə ikinci dərəcəli adamlar kimi baxılır. Mərkəzi Komitə alimlərdən uzaqlaşıb, ayrılıb. Ancaq gərək Zaqafqaziya respublikalarında olan kimi bizə də - alimə hüquq və söz demək üçün tribuna verilsin. Bizdən vur-tut iki nəfər respublika Ali Sovetinin deputatı var ki, onlardan biri (C.Quluyev) Akademiyadan yox, ensiklopediyadan deputat seçilib. Niyə alimlər dövlət məsələlərinin həllinə yaxın buraxılmırə Yə ni onlar sağıcı, yaxud çoban qədər də şüurlu olmadılarə Niyə Mərkəzi Komitədə Akademiya yalnız prezidentlə təmsil olunur, bura başqa görkəmli alimlərimiz daxil edilmirə Nə qədər ki alimə belə münasibət var, Mərkəzi Komitə həmişə ağıllı qərar qəbul etməkdə çətinlik çəkəcək. Vazgen erməni xalqı üçün çox şey edir və heç nədən çəkinmir. Onun mətbəəsi var, burada istədiyini çap edir, çünki qlavlit, senzura yoxdur. Dövlət şe rin hər misrasına 2 manat-2 manat yarım verdiyi halda Vazgen hər misraya 25 manat verir. İstədiyini də yazdırır. Mərkəzi Komitə, Dəmir-çiyan da onunla məsləhətləşir. Siz də, Ramiz ənvəroviç, bizsiz yaşaya bilməzsiniz! Gəlin qarşılıq-lı yardım edək. Bundan hər ikimiz faydalanarıq, nəticəsi isə xalq üçün yaxşı olar. *** Yığıncaq saat 14.10-da qurtardı. O, bir daha göstərdi ki, başçıları-mız qorxaqlıq və qətiyyətsizlik girdabında çapalayırlar. Onlar stollarını saxlamaq üçün 7 milyonluq Azərbaycan xalqının iztirablarına göz yumurlar. Şəhər həyəcanlıdır. Hər yerdən çiyni ratsiyalı rus əsgərləri, qolu sarıqlı gənclər növbə çəkir. Eşitdiyimizə görə, artıq bir neçə gündür ki, Gəncədə də hərbi vəziyyətdir. Oradan ermənilərin qaçdığını söyləyirlər. Deyəsən, yavaş-yavaş Bakıdan da əkilirlər. Şəhər şayiələr içərisindədir. Qulağa dəyən xəbərlərə görə, tələbələr martın 7-8-ində nümayişə çıxmaq istəyirlər. Bu günlərdə televiziyada göstərilən düşük verilişlərin birində xalq şairimiz Mirvarid Dilbazi az qala komediya göstərdi. Bir az danışandan sonra başındakı yaylığı açıb irəli atdı ki, mən gənclərimizin qarşısına yaylığı tullayır, kişilərimizi təmkinli olmağa çağı-rıram.

Axşam televiziya ilə Sumqayıtda ölənlərə başsağlığı verildi və bu şəhərdə vur-tut 31 nəfərin öldüyü bildirildi. 04.03.1988. Gecə saat 00.30. R.S. Gecə televiziya ilə bildirdilər ki, ABŞ-ın bir neçə erməni milyonçusu SSRİ-nin ABŞ-dakı səfiri Dubininin (onun arvadı ermənidir) qəbulunda olub, Qarabağ məsələsini qaldırıb. 5 mart 1988. Bu gün respublika qəzetləri dostluq çağırışlı yazılardan savayı, Sumqayıtdakı vəziyyətə dair kiçik xəbəri, bir də başsağlığını dərc ediblər. Onları oxuyub gözlərim önünə rəhbərlərimizin düşüncə və əməl-lərini də gətirir, öz-özümə deyirəm: nə yaxşı ki, Qarabağın paytaxtında və Yerevanda cinayətlər törətməmişik! Nə yaxşı ki, özgəsinin torpaqlarını istəyən, düşünülmüş plan və mütəşəkkil rəhbərliklə Sovet dövlətini dağıtmaq məqsədi güdən, respublikanı bir həftə işləməyə qoymayan “bir qrup”, “bir neçə nəfər ekstremist”i təmsil edib nümayişlərə çıxan yüz minlərcə “fağır” erməniyə Yerevanda güldən ağır söz deməmişik. Yoxsa Kamran Bağırov Dağlıq Qarabağın torpağını torba ilə dalımıza şələləyib Ermənistana daşıtdırardı, yükünü boşaldanları isə birbaşa Ermənistan tribunalına verərdi. Sən demə Qarabağda heç nə olmayıbmış, bütün işləri törədənlər cinayətkar, xuliqan azərbaycanlılar imiş!!! (Döz, ürəyim, döz!..). Cahangir müəllim bu gün iki həftənin başında Xanlardan qayıdıb gəlib. Zarafatla soruşdum ki, Sizə də heç nə danışmamağı tapşırıblarə (İki gün qabaq Tovuzdan gələn dostum Asif əsgərov dedi ki, bizə gördüklərimizi danışmamağı tapşırıblar). Ancaq o bildirdi ki, vəziyyət heç də yaxşı deyil. Sakitlik üzdədir. O, Xuraman Abbasovadan danışdı. Dedi ki, Mərkəzi Komitənin işçiləri ana dillərini bilmirlər, camaatla danışmağı bacarmırlar, ona görə də camaatın onlardan zəhləsi gedir. MK-nın ticarət şö bəsinin müdiri gəlib burnunu dik qaldırıb, sinəsini qabağa verib dedi: “Camaat, sizinlə danışan Mərkəzi Komitənin şö bə müdiri filankəsovdur”. Həm duruşu, həm rusca danışmağı hamını özündən çıxardı. Bir qoca kişi irəli yeriyib dedi ki, məni heç maraqlan-dırmır ki, mənimlə danışan kimdir. Camaatla adam kimi danışın. Belə münasibət gözləməyən müdir pərt oldu, bir azdan aradan «cırdı». Bir dəfə şayiə çıxdı ki, filan kənddə toyda bir ermənini döyüblər. Mən rayonun birinci katibi ilə onun maşınında həmin kəndə getdim, arxamızca da milis rəisi və işçiləri. Çatıb soruşduq ki, kimi döyüblərə Hamı təəccübləndi. Sonra öyrəndik ki, burada heç çoxdandır ki, toy da olmayıb. Bir azdan Mərkəzi Komitənin şö bə müdiri də ora gəldi. Çatan kimi əmr etdi ki, xuliqanı yanıma gətirin, onunla özüm məşğul olacağam. Milis rəisi dedi ki, heç bir xuliqan yoxdur, müdir dedi ki, yox, xuliqan cəzalanmalıdır. (Doğru deyir axı - ermənini döyənə Mərkəzi Komitə, K.Bağı-rovun xalqa müraciətində deyildiyi kimi, ən ağır cəza verdirməlidir). Bu gün axşama yaxın köhnə qonşumuz Leyla bizə qonaq gəlmişdi. Dedi ki, dünən 57 nömrəli avtobusda evə gedirdim. Salonda təkcə mən idim. Qabaqda bir erməni, sürücü ilə öz dillərində danışır, arada mən də eşidim deyə bizim dildə də sözlər işlədir, gülüb lağ edirdilər. Dayanacağa çatanda pulu sürücünün üstünə tulladım. O da mən hələ düşməmiş maşını tərpətdi (yıxılım deyə) və qapını bağladı, sıxıldım. Ağzıma gələni, dişimin dibindən çıxanı dedim onlara. Cavab verdi ki, sizə hələ az edirik. Maşının nömrəsini götürüb Güləhmədə (ərinə) verdim. O, Bakı Şəhər Partiya Komitəsinə iki telefon nömrəsinə zəng vurub əhvalatı danışıb; ermənidən şikayət eşidən kimi deyiblər ki, bu işə biz baxmırıq, dövlət təhlükəsizlik orqanlarına, milisə zəng vurun. Deyib ki, bəs mən o sürücünü tapıb cəzalandırsam nə edəcəksinizə Cavab veriblər ki, cəzalanacaqsan... Leyla bildirdi ki, ayın 7-si də, 8-i də dərsdir (həmin günlər Nazir-lər Sovetinin qərarı ilə bayramdır). Bütün tədris ocaqları, bə zi müəssisə-lər (gənclərin çox olduğu kollektivlər) işləyəcək. Məqsəd aydındır - tələbə və gənclərin nəzərdə tutulmuş nümayişlərini pozmaq istəyirlər. Mən arxada yazmışdım ki, akademiyanın əksər institutları Sov.İKP MK-ya, Siyasi Büroya plenumqabağı təkliflərini göndərmiş, Qarabağ hadisə-lərini törədənləri cəzalandırmağı təklif etmişlər. Axşam Radiasiya Tədqiqatları Bölməsinin əməkdaşı Nazim Hüseynov yataqxanada bildirdi ki, bizim göndərdiyimiz məktubun Siyasi Büro dəftərxanasına çatması haqqında dəftərxana müdiri olan bir erməninin imzası ilə bildiriş kağızı almışıq. Bilmirik bizim və başqalarının məktubları lazımi şəxslərə yetişəcəkmiə.. Eşitdiyimizə görə, Ermənikənd və Xutor erməniləri fəaliyyətə ha-zırlaşırlar. Milis paltarı geymiş bir maşın erməninin Bakıya silah gətirdiyi yerdə yaxalandığını söyləyirlər. Hamı təşviş içindədir, idarə olunmayacaq bir partlayışın, qırğının törənməsindən qorxur. Bəli, erməni-lər çalışacaqlar

ki, qırğın hökmən Azərbaycan torpağında olsun, bu torpaq-lar rus tankı altında qalsın. Buna yol vermək olmaz!! 05.03.1988. Gecə saat 02.04 (ayın 6-sına keçən gecə). 6 - 14 mart 1988. Bu arada vəziyyət nisbətən sakit keçib. Həm də ayın 7-si ilə 10-u arasında xəstə yatdığım üçün gündəlik qeydləri yaza bilmədim. Bu dövrün ən mühüm hadisələrini ardıcıllıqla göstərməyə çalışacağam. Ayın 5-ində SSRİ daxili işlər nazirinin birinci müavini V.P.Truşin Ermənistan televiziyası ilə çıxış edib. Sumqayıt hadisələri-nə toxunaraq deyib ki, SSRİ Baş prokurorunun müavinlərindən birinin başçılığı ilə SSRİ Prokurorluğu xüsusilə mühüm işlər üzrə müstəntiq-lər qrupu istintaq aparır. Kirovabadda isə vəziyyətin ümumən sakit olduğunu göstərən müavin demişdir ki, tək-tək dalaşma hallarının qarşısı tez alınıb. Zərərçəkənlər, ölənlər yoxdur. (Bu şəhərdə hərbi vəziyyət hələ də davam edir). Mətbuatda (mərkəzi mətbuat) Qarabağ ətrafında yalnız rəsmi yazılar verilir. Belələrindən biri ayın 6-sında “Pravda”da dərc edilib. (Türk respublikalarında mafiyaların ifşasına, xuliqanlıq və cinayətkarlığın qamçılanmasına bütöv səhifələr həsr edən “Pravda”, “İzvestiya”, “Literatur-naya qazeta”, “Komsomolskaya pravda”, “Sosialistiçeskaya industriya” kimi qəzet-lərdə indiyədək bircə dənə də müxbir yazısı buraxılmayıb, çünki redaksiyalar sifariş verməyib. Görəsən, biz Ermənistandan torpaq istəsəydik bu mətbuat orqanları indiki sükutlarını, korgözlülüklərini saxlayardımıə İnanmaq çox çətindir!). Bizim respublika mətbuatı və televiziyası, radiosu isə şayiələrə qarşı müharibə e lan edib. Az qala camaatı Sumqayıtda olanlara da inanma-mağa çağırır. Qadınlar bayramı günü - ayın- 8-ində televiziyada qadınlar ( Aka-demiyanın müxtəlif institutlarında çalışan elmlər doktorları, filolo-giya elmləri doktoru Dilarə əliyeva və Rəhilə Məhərrəmova, tarix elmləri doktoru Şövkət Tağıyeva, kimya elmləri doktoru Elmira Süleymanova və tanımadığım bir fizik qadın) çıxış etdilər (“Publisist” studiya-sında). Kişilərə nisbətən çox qeyrətli danışdılar (bu sözü sonra çox adamdan eşitdim). Elmira xınım ölkə iqtisadiyyatını idarə etmək iddia-sında olan bir alimin (Ağanbeqyanın) zəkasının avantürist işlərə yönəl-dildiyini, onun ölkənin mənafeyinə böyük zərbə vura biləcəyini söylədi. Şövkət xanım Qarabağa ermənilərin gəlməsi tarixinə toxundu, çıxışının sonunda bütün Cənubi Azərbaycandakı bacılarımızı 8 Mart bayramı münasi-bətilə təbrik etdi. Qadınların bu çıxışı camaatın çox xoşuna gəldi. Təsvir etdiyim günlərin ən mühüm hadisəsi ayın 9-unda oldu. Bu gün Sov.İKP MK-da müşavirə keçirildi. Mətbuatın mücərrəd, qeyri-dəqiqlik dumanına bürünmüş mə lumatı bir yana, qeyrirəsmi qaynaqlardan eşitdiyi-mizə görə, Qarabağın Ermənistana verilməsi məsələsi birdəfəlik rədd olunub. Hər halda, ermənilər ayın 26-sını səbirsizliklə gözləyirlər. Onlar Qarabağı alacağına umud bəsləyirlər. Bunu erməni mətbuatı da sübut edir. Sov.İKP Siyasi Bürosunun qərarının, M.S.Qorbaçovun iki xalqa müraciəti-nin rəsmi şəkildə yayılmasından artıq xeyli vaxt keçsə də onlar “bəlkə də qaytardılar” deyib yerlərində möhkəm dururlar. Görünür, onlar Qarabağda adambaşına toplanan 20-25 manat hesabından yaranan milyonlarca manatın boş yerə xərclənməyinə (başlıca olaraq rüşvət və peşkəş şəklində; xaricdən alınan maliyyə yardımı buraya daxil deyil) dözə bilmirlər. SƏNƏD «Erməni kilsəsində yüksək vəzifə tutan, adının gizli saxlanmasını xahiş etmiş bir keşiş müxbir ilə söhbətində bildirib: “Hazırda nə Azərbaycandan, nə də dünya ictimaiyyətindən bizim üçün heç bir təhlükə yoxdur. Çünki bütün dünyada yaşayan milyonçularımız yetmiş ildən çoxdur ki, kilsəmizin hesabına külli miqdarda valyuta köçürüblər. Müqəddəs Artsaxı beş böyük ölkənin tanıması üçün 500 milyard funt sterlinq pul toplamışıq. Bu pullar silah almaq, muzdlulara, siyasətçilərə və bütün dünyanın rəhbər şəxslərinə verilmək üçün nəzərdə tutulub. Fransa banklarında 143, İngiltərədə 219, Yunanıstanda 78, ABŞ-da 275, hətta böyük qardaşımız Rusiyada gizli hesablarda 7,5 milyard ABŞ dolları saxlanıl-dığı barədə şəxsən mənim mə lumatım var».

(“Azadlıq” qəzeti, 20.05.1993). Axundov kitabxanasında Ermənistan KP MK-nın orqanı olan “Kommunist” (rusca) və “Sovet Ermənistanı” qəzetlərinə baxdım. Azərbaycanca yazılar qaydasındadır. “Kommunist”dəki məqalələrin isə başlıca qayəsi bunlardır: 1) Qarabağ məsələsinə ayrıca baxılacaq; 2) Azərbaycana qaçan qa-fanlılar və başqaları ermənilərin adını batıran satqınlardır; 3) Ermənistandakı azərbaycanlılar burada çox azdır və bu yaxınlarda gəliblər. Həmin günlərdə bizim mətbuat isə az qala ermənilərdən üzr istəyir, qardaşlıqda yol verdiyimiz səhvləri düzəldəcəyimizə and içir, xalqı ermənilərlə qohum olmağa çağırırdı (bütün çıxışların 90 faizi bu mövzuda olub). Doğrudur, mən xalqımın alicənablığını, təmkinliliyini, sülhsevərliyini, mehribanlığını yüksək qiymətləndirirəm, ancaq yuxarıdan idarə olunan mətbuatımızın milli qeyrət səviyyəsi xalqın öz səviyyəsindən qat-qat aşağı düşüb, başçılarımızın səviyyəsinə enmişdir. Yaxşı ki, Akademiya alimlərinin güclü e tiraz səsləri ideoloji vasitələrə az da olsa tə sir etdi - sonralar milli heysiyyətə toxunan bu cür yazılar mətbuatdan təmizləndi17. *** Bu günlərin hadisələri əlamətdarlığı ilə seçilməyib. Martın 11-ində M.S.Qorbaçov ABŞ senatorlarını və alimlərini qəbul etdi. Alimlərdən bir D.Arseniyan erməni idi. SİTA-nın “Pravda” və başqa qəzetlərdə dərc edilmiş geniş mə lumatında Qorbaçovun onların suallarına verdiyi cavablar qeyd olunub. Yazıda eləcə də Baş katibin onların hər biri ilə qısaca söhbət etdiyi göstərilir. Ancaq onun D.Arseniyanla söhbəti, sual-cavabı haqqında kiçik işarə də yoxdur. Bu sükutun özü bildirir ki, alim Dağlıq Qarabağ məsələsinə toxunub. Ayın 11-ində AHİŞ-in binasında Azərbaycan KP MK ikinci katibi V.Konovalov və MK-nın şö bə müdiri ə.Daşdəmirov müşavirə keçir-mişlər. Mən orada iştirak edə bilmədim. Ancaq sualcavabları qeydə alan Söhrab Bayramovdan geniş mə lumat aldım (yazılı). V.Konovalov hadisələrdən danışıb onlara qiymət verəndən sonra sorğu-sual başlayıb. Azərbaycan Politexnik İnstitutunun professoru, kafedra müdiri Salman Qarayev, Fizika İnstitutunun elmi işçisi, elmlər doktoru Şərqiyyə xanım (televiziyada danışan) camaatın rəğbətini qazanan çıxışlar ediblər. Ümumiyyətlə, ikinci katibə bu suallar verilib və o da öz növbəsində uyğun cavabı qaytarıb. Sual: Sumqayıtdakı vəhşilik hərəkətləri haqqında danışırsınız. Bəs televiziyada niyə Qafan qaçqınlarını elə göstərirsiniz ki, guya onlar öz yerlərində əmin-amanlıq olduğu halda eveşiklərini qoyub gəliblərə Cavab: Qafandan onlarca deyil, qat-qat artıq adam gəlib. İndi onlar öz yerlərinə qayıdırlar. (Cavablar orijinalda bu cür yarımçıq, dolayı və sürüşkəndir). Sual: “Sovetakan Karabax” - “Sovetski Karabax” qəzetləri qərəzli mate-riallar verməkdə davam edir. Niyəə Cavab: Biz bunu bilirik. Sual: “Kommunist” qəzetində verilən (11.03.-ə.T.) statistik mə lumat-dan görünür ki, DQMVdə vəziyyət hər baxımdan həm Azərbaycandan, həm də Ermənistandan qat-qat yaxşıdır. Bəs indi onların nə yardıma ehtiyacı varə Cavab: Lenin demişdir ki, dostluq naminə gərək sayca üstün olan xalq sayca az olan xalqa hər cür yardım göstərsin. Sual: Eşitdiyimizə görə, Sumqayıt hadisələrində ermənilər, tatarlar, azərbaycanlılar, ruslar iştirak etmişlər. Nə üçün bu barədə mə lumat verilmirə Cavab: İstintaq aparılır. Bu şəhərdə komendant saatıdır. 39 ailə profilaktor yaşayır. Şəhərdə pasport rejimi yoxlanır. 31 adam öldürülüb. Təqsir şəhər partiya komitəsinin üzərinə düşür. Sual: DQMV-də iqtisadi problemlərin illər uzunu yığılıb qaldığını deyirsiniz. Bəs siz hara baxırdınızə İqtisadi problemlərin yığılmasının məs uliyyəti iqtisadiyyatı idarə edənlərin üzərinə düşür. İllər boyu orada millətçilik ruhunda iş aparılıb, bəs niyə siz əl tərpətməmisinizə Z.Balayan 1984-üncü ildə buraxdırdığı “Ocaq” kitabında üzərimizə çirkab atır. Vardges Petrosyanın əsəri “Drujba narodov” jurnalının iki nömrəsində çıxıb. Bunlara qarşı niyə tədbir görmürsünüzə Cavab: Müqəssirlər cəzalanacaq. Sual: M.S.Qorbaçov S.Kaputikyan və Z.Balayanı qəbul edib. Bəs o niyə bizdən heç kəsi qəbul etməyibə

Cavab: Bəli, Baş katib adı çəkilənləri qəbul edib. Ancaq Azərbaycan nümayəndələrini qəbul etməyə ehtiyac yox idi, çünki Dağlıq Qarabağın Ermənistan SSR-ə verilə bilməməsi Konstitusiyada yazılıb. Sual: Sumqayıt hadisələrini “vəhşilik” adlandırırsınız. Bəs Yerevanda və Qafanda olan ölüm hadisələri haqqında niyə danışmırsınızə Sumqayıtdakı hadisələr Qafanın nəticəsi deyilmiə Cavab: Bəli, Yerevanda və Qafanda ölüm hadisəsi olub, ancaq “gözə gözə, dişə diş” prinsipi ilə hərəkət etmək düzgün deyil. Sual: əgər Ermənistanda azərbaycanlıların üzünə xoş baxılırsa necə olur ki, Qafandan, Ermənistanın başqa yerlərindən qaçanlar Bakıya, Sumqayıta bir neçə avtobusda mütəşəkkil surətdə yola salınırlarə Cavabda sükut. Bu yığıncaq camaatın hər şeyi ayıq gözlə qiymətləndirdiyini, törədi-lən hadisələr üçün kimlərin məs uliyyət daşıdığını çox gözəl bildiyini göstərdi. *** Bu gün “Kommunist” qəzetinin 2-3-üncü səhifələrindəki “Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadiyyatı: PROBLEMLəR və PERSPEKTİVLəR” adlı geniş materialda Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda akademik T.S.Xaçatu-rovla görüşdən hesabat verilib. Burada sübut edilməyə çalışılır ki, DQMV-nin iqtisadi inkişafı Azərbaycanın özündən geridə deyil. Ayın 11-i - 14-ü arasında heç bir fövqəl adə hadisə baş vermədi. Yenə də Sumqayıtda, Gəncədə, Stepanakertdə hərbi vəziyyətdir. Bakıda ciddi növbətçilik davam edir. Deyilənə görə, Yerevanda da əsgərlər keşik çəkir. Ancaq burada işəgetmə halları azdır. Sənaye başlı-başına buraxılıb. ABŞ-dakı erməni milyardçısı Gülbekyan bildirib ki, işləməsəniz Sovet hökuməti məcbur olub Qarabağı sizə verəcək. Tə tilə çıxanların xərcini də biz ödəyəcəyik. Sözsüz ki, Gülbekyanlara Qarabağ yox, SSRİ-nin dağılması gərəkdir, ona görə də o və təmsil etdiyi ABŞ rəsmi dairələri bu yolda milyardlar xərcləməyə heyfsilənməzlər. 15 mart 1988. Yuqoslaviyaya rəsmi səfərə gedən Sov.İKP MK Baş katibi M.S.Qorba-çovu müşayiət edənlərdən biri Q.X.Şahnazarovdur. Artıq akademik T.S.Xa-çaturova istinad etməklə nüfuzunu ləkələmiş A.Ağanbeqyanı belə rəsmi yerlərdə başqa erməninin əvəz etməsi bizim adamların o saat diqqətini çəkdi. Bə zisi deyirdi ki, ermənilərin könlünü alırlar, bə zisi deyirdi ki, bu siyasətdən baş açmaq çətindir. Bizim üçün maraqlı burasıdır ki, martın 15-ində Belqradda olarkən Qorbaçov Ermənistanla Azərbaycan arasındakı hadisəni “diskussiya” adlandı-rılmış və bunun Sovet hakimiyyəti və dövləti, sosializm üçün heç bir qorxu törətmədiyini bildirərək hadisələri mədəni, etnik səciyyəli problem kimi qiymətləndirmiş, partiyanın rolunu inkar edənlərin yoxluğunu demişdi. (Ancaq aradan vur-tut bir həftə keçəndən sonra bəlli oldu ki, ermənilər nəinki partiyanı, heç rus xalqını da tanımırlar!). Raisa Maksimovna da diqqəti cəlb edir. O, Qorbaçovdan bir addım da aralanmır, Baş katibdən sonra rə y kitablarına ikinci imzanı atır, müsahibələr verir. Qorbaçovdan sonra adətən onun gəzintiləri haqqında reportajlar televiziya verilişlərində bütün səfər boyunca müntəzəm işıqlandırılır. Qarabağ hadisələri ilə əlaqəsi olmadığından bu mövzu üzərində dayanmağı artıq sayıram. *** Martın 16-sında Akademiyanın dəyirmi zalında ən izdihamlı mitinq keçirildi. Ümumiyyətlə, Sumqayıt hadisələrindən sonra bədbinliyə qapılan xalqı ağılla idarə etməyi, onu təmkinli olmağa çağırmağı, fitnələrə uymamağı öyrətməyi Akademiya kollektivi öz üzərinə götürdü, həmin kollektivə isə akademik Ziya Bünyadov rəhbərlik edirdi. Onun EA partiya fəalları yığıncağındakı çıxışından, “ədəbiyyat və incəsənət”dəki məqaləsindən sonra xalq arasında hörməti misilsiz dərəcə artmışdı. Bu ağır günlərdə məs uliyyət yükünü öz çiyinlərinə alması isə ona dərin xalq sevgisi yaratdı. Adətən danışığına heç vaxt fikir verməyən, qadınların yanında belə söyüş söyməkdən çəkinməyən Ziya müəllim (onun bu danışığına hamı öyrəşmişdi) bu günlərdə sanki

bütünlüklə dəyişmişdi. Mən onu heç vaxt indiki kimi qayğılı, danışığına ciddi fikir verən görməmişdim. (Hər halda, xalq rəhbəri olmaq heç də asan deyilmiş!). Ziya Bünyadov elə bir hörmət qazanmışdı ki, onun bir barmağının işarəsi ilə minlərcə adam bir yerə yığışır, yığışanlar eyni cür də dağılışırdı. Artıq böyük qüvvəyə çevrilən bu alimlə partiya və dövlət işçiləri də çəkinə-çəkinə danışırdılar. Nə isə. Akademiyanın dəyirmi zalında Dağlıq Qarabağla bağlı keçiri-lən yanılmıramsa 5-inci mitinq saat 12.27-də başlandı (bütün mitinqlər fasilə vaxtı olub). Zalda heç vaxt bu qədər çox adam görünməyib. Az qala ikiqat tutumda adam gəlmişdi. Rəhbərlərdən (Akademiyanın və partiyanın) isə heç kəs yoxdu. Bu gün ermənilərin “Qarabağ” komitəsinə qarşı bir komitə yaradılmalı idi. Aydın Məmmədov onun manifestini oxuyacaqdı (ancaq o, heç yığıncağa gəlmədi). Yarım saata yaxın gözləyəndən sonra - saat 12.27-də məşhur Mənsur əliyev (Şərqşünaslıq İnstitutunun elmi işçisi) kürsüyə çıxıb “qonaqpər-vər xalqımıza imperializmin agenturası vasitəsilə bir bəla düçar olmuşdur” deyə sözə başladı. O, qabaqca 1789 - 1871-inci illərdə Avropada millətlərin forma-laşmasından, Markın, sonralar Leninin milli məsələlər haqqında fikir-lərindən danışdı. Bildirdi ki, Lenin heç vaxt xalis irq yaratmaq təşəbbüsü irəli sürməmişdir. O, xalqların öz müqəddəratını tə yin etmək hüququnu da işləyib hazırlayarkən humanist görüşlərə əsaslanmışdır. Bundan sonra Şah İsmayılın, Şah Abbasın və başqalarının dövründə, lap XX əsrin başlanğıcınadək Azərbaycana müxtəlif yerlərdən köçürülən ermənilərin tarixinə toxundu, daşnakların “Böyük Ermənistan” uğrunda qırğınlarından, törətdikləri cinayətlərdən danışdı. Ermənistanın bugünkü partiya və dövlət rəhbərlərinin də daşnak ideyaları ilə yaşadığını göstərən M.əliyev dedi ki, “İzvestiya” və “Pravda” qəzetlərində Ermənistan KP MK-nın yenidənqurmaya həsr olunmuş plenu-mundakı biabırçılıqlar, respublika rəhbərliyinin ölkəni pis vəziyyətə saldığı kəskin tənqid edilmişdi. Bəs onlar niyə cəzalandırılmadılarə Bunun nəticəsi deyilmi ki, bu gün həmin adamları daşnaklar, Qarabağı bizdən qoparmaq istəyən avantüristlər milli qəhrəmana çeviriblər və bu qəhrəmanların məqsədi sovet dövlətinin bünövrəsini qazmaqdırə M.əliyev Leninin əsərindən muxtariyyətləşdirmənin yanlış olduğuna dair böyük bir sitat oxudu. Buradan aydın olur ki, Lenin Dağlıq Qarabağ Muxtar Vilayətinin də yaranmasını düzgün saymayıb və ümumiyyətlə, onun dövründə bu vilayət “muxtar” adlanmayıb. “Muxtar” sözünü kim və haçan ona artırıbsa dəqiq bilinmir. Mənsur əliyevdən sonra kürsüyə Azərbaycan Pedaqoji İnstitutunun dosenti, filologiya elmləri namizədi Tağı Xalisbəyli çıxanda (saat 12.55) camaat bu tanış olmayan adamı qabaqca sükutla qarşılasa da gedəndə sürəkli alqışlarla yola saldı. Tağı müəllim gur səslə auditoriyanı ələ aldı: -Mən Azərbaycan xalqının daşnak partiyası tərəfindən qəsdə mə ruz qaldığı bir vaxtda öz sözümü demək istəyirəm. Bu hadisələr dünən, bu gün yox, xeyli qabaqlar başlayıb. Müxtəlif qəzet-jurnallarda Qarabağın Ermənistanda olduğu asta-asta bildirilir, fitnəkar kitablar yazılırdı. Onlara qarşı bizdə cavablar hazırlandı. Ancaq xalqdan ayrı düşən rüşvətxor, yaltaq, mənsəbpərəst rəhbərlərimiz səsimizi eşitmirlər. (Sürəkli alqışlar). Bu gün, gördüyümüz təhqirlərdən sonra belə eşitdiyimiz Azərbaycan yox, erməni radiosudur, oxuduğumuz Azərbaycan yox, erməni mətbuatıdır. (Alqışlar). Bu biabırçılığa son qoyulmalıdır. Biz Sov.İKP MK-nın qərarlarını, Sov.İKP MK Baş katibinin müraciətini, Sov.İKP MK-nın Dağlıq Qarabağ siyasətini bəyənirik, ancaq biz Azərbaycan rəhbərliyinin tutduğu xətti-hərəkəti bəyənmirik. (Alqış-lar). Onlar xalqdan qorxur, çəkinirlər, hər şeyi xalqdan gizli edirlər. Son onilliklərdə Azərbaycanda rüşvətxor, yaltaq adamlar kütləvi şəkildə vəzifəyə qoyulub. Onları xalqın taleyi maraqlandırmır. Bu vəziyyətdən ermənilər istifadə ediblər. Onlar fəaliyyətlərini güc-ləndirib, daşnakların tə siri ilə fitnəkar tələblər irəli sürürlər. 1971-inci ildə çapdan çıxan “Qərbi Ermənistan birinci dünya müharibəsində” kitabında daşnak partiyası üzvlərinin, demək olar ki, hamısı qəhrəman kimi verilir. Ancaq onların törətdiyi cinayətlər unudulmayıb. Naxçıvan arxivində Andranikin burada törətdiyi cinayətlər haqqında 80 səhifəlik yazı var. Şaumyan öz məktublarında Andraniki milli qəhrəman kimi qələmə verir. Belə bir cəllad Şaumyanı niyə maraqlan-dırırə Çünki onların hər ikisi daşnak idi. Şaumyan Qafqazda erməni, gürcülər isə gürcü respublikası yaratmaq, “Azərbaycan” adını əbədi ləğv etmək istəyirdilər. ***

Saat 2-yə 5 dəqiqə işləmiş Akademiya rəhbərliyi, 26-lar raykomunun birinci katibi Xəlil Xəlilov içəri girdilər. Tağı müəllim bir az özünü yığışdırdı, artıq tam qabaqkı kimi açıq-saçıq olmasa da yenə cəsarətlə sözünə davam etdi: - Bizi bu günə salan, iməklədən, başımıza bu oyunları açan daşnak partiyasının Azərbaycandakı və Ermənistandakı nümayəndələri ciddi cəzalandırılmalıdır. Mən aşağıdakı konkret təklifləri irəli sürürəm: -Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırova, respublika Nazirlər Sovetinin sədri Həsən Seyidova, respublika Ali Sovetinin sədri Süleyman Tatlıyevə X.Xəlilov çatdırsın ki, bu hadisələrin törənməsi yaltaq, zəif adamların fəaliyyətsizliyinin nəticəsidir; - biz Vətən üçün yaranmışıq, Vətən yoldunda vuruşmağa hazırıq. Qoy mən gedim, Vətənin birliyi yaşasın. Bu yoldan dönməməliyik. Stepanakertin ilkin adı - “Xankəndi” özünə qaytarılsın. (Alqışlar); -bu gün Azərbaycanın ən çətin dövrüdür. Milli siyasətimizdə düz olmayan şeylər çoxdur. Vəziyyət gərgindir. Təklif edirəm ki, Azərbaycanı Xilasetmə Cəmiyyəti yaradılsın. Ermənilərdə belə təşkilat var və o, Sovet hökumətini yıxmağa çalışır. Belə çıxır ki, onlar hər şey edə bilər, biz yoxə -Ağanbeqyan, Balayan, S.Şaumyanın, A.Mikoyanın oğlanları, S.Kaputik-yan xalqlar arasına ədavət toxumu, düşmənçilik saldıqları üçün cəzalandı-rılsınlar; -Yerevan - Beyrut təyyarə xətti dayandırılsın, çünki onlar bu yolla xaricdən silah gətirmiş, casusluq əlaqələri yaratmışlar; -fitnəkarlığa səbəb olan Vazgen Ermənistandan sürgün edilsin. Sonra Tağı Xalisbəyli dedi ki, aşkarlıq dövrüdür. Ancaq “Azərbaycan” jurnalının 1988-inci il 2-ci nömrəsindəki B.Vahabzadə və S.əliyarovun məqaləsi abunəçilərə çatmayıb, bütün nüsxələrdən qoparılıb götürülüb. Kim edib, niyə edibə Aşkarlıq budurmuə Var olsun aşkarlıq! Professor Mirəli Seyidov sözə başlayanda (saat 13.18) yenə dolaşıq xatirələrə baş vurub oradan çıxa bilməyəcəyini düşündüm. Ancaq yanılırammış. Onun çıxışı hamının xoşuna gəldi. Dedi: - Mən universiteti Ermənistanda ermənicə qurtarmışam. Bu xalqı mənim qədər tanıyan yoxdur. Erməni xalqını üstümüzə qaldıran erməni rəhbərləri, daşnaklarıdır. Həmin daşnaklar ki, uzun illərdir əleyhimizə iş aparırlar. Ancaq biz heç nəyi unutmamışıq. Müharibədən bir az sonra - 1945-inci ildən başlayaraq Yeremyanın rəhbərliyi ilə 3 cildlik (hər biri 75 çap vərəqi) “Ermənistan tarixi” çıxdı. Burada Azərbaycanın tarixinin saxtalaşdırılması bir yana, xalqımızın milli heysiyyətinə toxunan saysız-hesabsız faktlar toplanıb. Bircəsini deyəcəyəm: “Azərbaycanda 72 min pozğun qadın var”. Bunu o vaxt mən bizim Mərkəzi Komitəyə yazdım. Nəticəsi nə olduə Məni oxuduğum aspiranturadan qovdular. Mirəli müəllim böyük bir xəritə göstərdi. Dedi ki, 1979-uncu ildə Yerevanda orta məktəb üçün buraxılıb. Şagirdlər bu xəritədən Qara dənizdən Xəzər dənizinə kimi uzanan Ermənistanı tanıyırlar. Bu xəritə tək deyil. Çoxlu atlaslar da var. Onların heç birində Azərbaycan yoxdur. Mən dəfələrlə bizim rəhbərlərə bunları göstərmişəm, məktub yazmışam, ancaq heç bir xeyri olmayıb. Həmişə “əşşi” ilə qarşılaşmışam. Ermənilər Qarabağ üçün “Arsax” terminindən istifadə edirlər. Ancaq nə qədim, nə indiki erməni dilində bu adın mə nası var; mən qraparı da, aşxaraparı da bildiyimdən bunu cəsarətlə söyləyirəm: “Arsax” türk sözüdür, “ər+sak” (“sak kişisi”) deməkdir. Yoldaşlar, mən erməni radiosuna müntəzəm qulaq asıram. Sizi inandırıram ki, xalqımızın ünvanına söylənən təhqirləri dinləmək mümkün deyil. əvəzində bizim mətbuat və radio, televiziya nə edirə.. Saat 13.29-da birdən yuxarıdan - tavandan nəsə qopdu və zalın üstünü örtən şüşənin üstünə düşdü. Şüşələrin qırılıb başlarına töküləcəyindən qorxan adamlar yerlərindən atılıb qaçdılar. Ancaq heç nə olmadı. Bir-iki dəqiqə içində yaranmış çaşqınlığı Mirəli müəllim aradan qardırmaq üçün dedi: - Narahat olmayan, külək nəsə salıb. (Doğrudan da, bayırda bərk külək vardı və sonradan bəlli oldu ki, nərdivanı külək yıxıb. Az qala faciə baş verəcəkdi). Mirəli Seyidov dedi ki, biz erməni xalqına Naxçıvandan su vermişik, Qaradağdan qaz vermişik (özümüzün bir çox kəndlərimiz susuz, qazsız qalsa da), ancaq Vətəndən pay olmaz!

O, kürsüdən düşmək istəyəndə yazılı bir kağız verdilər. Oxuyub dedi ki, burada yazılan suala belə cavab verirəm: “Bəli, vaxtilə verilən torpaqlarımız da - Gədəbəy, Laçın, Kəlbəcər, Qubadlı, Qazax, Naxçıvan torpaqları geri qaytarılmalıdır!”. *** Saat 13.30-da çıxışların məzmunu dəyişməyə başladı. Bu isə növbəti natiqin - əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri namizədi əbülfəz əliyevin sayəsində oldu. Özündən qabaq danışanlara minnətdarlığını bildirəndən sonra dedi ki, biz ermənilərin, daşnakların tarixini öyrəndik, onların bizə etdiyi zülmlərlə tanış olduq, hərəktlərini pislədik. Ancaq bununla iş qurtarmır. Vəziyyət ağırdır, onu düşünməliyik. Ermənilər “Qarabağ” komitəsi yaradıblar. Aldığımız mə lumata görə, burada gənclərdən ibarət müdafiə şö bəsi fəaliyyət göstərir. Bu gün respublikamızın əleyhinə bütün dünyada güclü ideoloji və maddi təxribat aparılır. “Amerikanın səsi”, “Azadlıq”, “Bi-Bi-Si” və b. radiolara qulaq asın, görün xalqımızın haqqında nə deyirlər. Sumqayıtdakı hadisələri biz “xuliqanlıq”, “cinayətkarlıq” adlandırdıq. Dünya radioları bundan istifadə edib xalqımıza “talançı” deyir. Halbuki bu işdə düşmən əli vardır. Nyu-Yorkda buraxılan ingiliscə “Qlasnost” jurnalının Moskvada yaşayan müxbiri, yaradıcılarından biri Qriqoryantsın nümayəndəsi Andrey Şelkov qırğın vaxtı Sumqayıtda olub, hadisələri lentə alıb və xaricə ötürüb. Onlar hadisələrin olacağını haradan bilirdilərə İkinci sual: şəhərin dövlət təhlükəsizliyi orqanları harada qalmışdıə Bu sözlər alqışlarla qarşılandı. Ancaq az qala bütün varlığı sim kimi gərilmiş əbülfəz müəllim əsəbi şəkildə dedi: -əl çalmayın! Artist deyiləm ki, əl vurursunuz! Dərdimizdən danışırıq, düşünək, görək hansı çıxış yolumuz var. Ermənilər Moskvada hər bazar günü qəbiristanlıqlarda yığıncaqlar keçirirlər. Rusları da bura cəlb ediblər. Bəyannamə buraxan daşnaklar Dağlıq Qarabağdan başqa Naxçıvan, Daşkəsən, Gəncə, Xanlar və Şamxoru da istəyirlər. Mən təklif edirəm ki, xalqımızı erməni hücumundan qorumaq üçün müdafiə cəmiyyəti yaradılsın. Adını sonra da dəqiqləşdirmək olar. Kim cəmiyyətin üzvlüyünə kimi məsləhət bilirsə kürsüyə çıxıb namizədini desin. Bu vaxt (saat 13.44.) 26-lar rayonunun birinci katib Xəlil Xəlilov mikrofona yaxınlaşıb rəsmi sözlərlə bildirdi ki, ortada sənədlər, müraciət19 var. Onsuz da düşmənlərimiz aranı qızışdırmaq istəyirlər. Bu da bəhanə olar. Siz burada S.Tatlıyevin, Dövlət Təhlükəsizliyi Komitəsi əməkdaş-larından birinin buraya gəlməsini tələb etdiniz. Gəlin gələn birinci günədək (ayın 21-inədək) gözləyək. Camaatın bir səslə “yox!” deməsi X.Xəlilo-vu kürsüdən düşməyə məcbur etdi. Akademik Ziya Bünyadovu hamı alqışlarla qarşıladı (saat 13.46). O dedi: -Qarabağda vəziyyət gərgindir. Burada çıxan qəzet indi də ayrı-ayrı adamlarımızın ünvanına təhqiramiz yazılar dərc edir. Yeni qoyulan Poğosyan Kevorkovdan da betər daşnakdır. Xalqı müdafiə etməkdən ötrü həqiqətən bir təşkilat yaradılmalıdır. Ali Sovetimizin Rəyasət Hey ətinin sədri S.Tatlıyev şö bə müdirləri ilə birgə bura gəlməlidir. Onu yaradılacaq təşkilatımızın fəxri sədri seçməliyik. (Gülüşmə və alqışlar). Nəzərinizə çatdırıram ki, məsələ çox ciddidir. Ermənilərin qeyri-formal təşkilatları var, çap orqanları, müxbirləri var, istədiklərini nəşr edib dünyaya yayırlar. Bu günlərdə akademikimiz (sonra öyrəndim ki, akademik Maqsud əliyevi deyir - ə.T.) Parisdən gəlib; orada televiziyada Sumqayıt hadisə-lərinin videoyazısını göstərib azərbaycanlıların vəhşiliklər törətdi-yindən danışırlarmış. Özü də bunlar ayın 29-unda, hadisədən vur-tut bir gün sonra olub. Onlar necə çəkib, necə ötürüblərə Deməli, hər şey qabaqcadan hazırlanıbmış. Ermənilərin təşkilatı 25 ildən çoxdur ki, fəaliyyət göstərir. Yenə təkrar edirəm ki, bu işdə Eçmiədzin kilsəsi böyük rol oynayır. Vazgenin 100-dən çox tələbəsinin vur-tut 2-3-ü yerli, qalanları kapitalist ölkələrindən gəlmə daşnak balalarıdır. Bura casusluq yuvasıdır. Vazgen toxunulmazlıq statusundan ölkəmizin mənafeyi əleyhinə istifadə edir. Eçmiədzinə xaricdən çoxlu ziyalılar də vət olunur, yığıncaqlar keçirirlər, turist kimi gələnlər də az deyil. Onların əksəriyyəti daşnaklardır. Ermənistan bu saat daşnakların əlindədir. Hər idarə və müəssisədə onların qeyri-rəsmi komitə özəkləri var. Mərkəzi Komitə katibləri, nazirlər, hökumət işçiləri, deputatlar, hamısı hər gün idarə və müəssisələrdə olur, hadisələrin önündə gedirlər. Onların tələbləri, iştahları da get-gedə artır. Son müraciətnamələri göstərir ki, Qarabağdan başqa da çox yeri istəyirlər.

Bu günlərdə respublika Dövlət Plan Komitəsinin sədri Ayaz Mütəllibov və KP MK katibi Telman Orucov yeni katib Poğosyanla görüşüblər. Poğosyan deyib ki, Qarabağı Ermənistana vermək haqqında aktı imzalamağa gəlmisinizə Rədd cavabı alanda bildirib ki, sizinlə danışmağa komitə icazə vermir. Deməli, onlar Azərbaycanla bütün əlaqəni kəsməyə addım atıblar. Son vaxtlar bə zi erməni ziyalıları da yeni vəzifələrə qoyulurlar ki, onlar da Qarabağa biganə deyillər. Sov.İKP MK-da Şahnazarov meydana çıxıb. SSRİ EA Ümumi Tarix İnstitutuna Çubaryan direktor olmalıdır... Qəzetlərimizdə Xaçaturovla müsahibə verilib. Akademiyanın burada da sayılmadığı həmin yazı alçaldıcıdır. Ağanbeqyan dedi ki, faktları mən Xaçaturovdan almışam, özü hələlik aradan çıxdı. Bu qüvvələrlə vuruşmaq, onlara qarşı durmaq üçün təşkilat yaradılmalıdır. Gələn əsrdə övladlarımız, nəvələrimiz deyəcəklər ki, ata-babalarımız nə işlə məşğul olublarə Gərək onlar deməsinlər ki, mırt vurublar. Gəlin birinci günədək güzəştə gedək! Qoy Tatlıyev işçiləri ilə gəlsin, surəti-camalını görək. MKdan əlaqədar yoldaşlar, inzibati orqanlar şö bəsinin müdiri gəlsin. Mənim atam deyərdi ki, bir var qiyamət, bir var mə rəkə, bir də var fısqırıq. Bu işlər fısqırıqdır. Özümüzü təmkinli aparmalıyıq. Sizdən şəxsi xahişim var. Bə zi rəsmi yoldaşlar deyir ki, mən camaatı nəyəsə təhrik edirəm. (Səslər: “yalandır!”, “böhtandır!”, “iftira-dır!”). Kimi təhrik etmişəmsə xahiş edirəm desin. Mən Vətən yolunda üç dəfə qan tökmüşəm. Heç nədən də qorxmuram. Lazım gəlsə yenə qanımı tökməyə hazıram! İndi isə iş başına, birinci gün burada yığışarıq. Yığıncaq bununla da qurtardı (saat 14.03). *** Elə bu gün - martın 16-sında Sumqayıt Şəhər Partiya Komitəsinin plenumu keçirilib, birinci katib Cahangir Müslümzadə ağır ittihamlarla vəzifədən azad edilib. Şəhər İcraiyyə Komitəsinin sədri T.Y.Məmmədovu da işdən çıxardıblar. Sumqayıtda işləyən yoldaşlardan eşitdiyimə görə, bu şəhərin sakinləri yuxarı partiya orqanlarına ona qarşı ədalətsizlik edildiyinə görə Müslümzadənin vəzifəyə qaytarılması haqqında çoxlu teleqramlar vururlar. Ümumiyyətlə, onun bu cür kəskin ittihamlarla damğalanması və partiyadan çıxarılması çoxlarına haqsız görünür. Şəhərdə belə söhbətlər də gedir ki, Cahangir Müslümzadə Kamran Bağırovun yerinə ən gerçək namizəd imiş. Buna görə də onu istəməyənlər fürsətdən istifadə ediblər. Partiyadan çıxarılmasına gəlincə, deyirlər ki, burada Müslümzadə bildirib ki, bizim hamımız bu hadisələrdə eyni dərəcədə təqsirkarıq. Mən çıxsam gərək K.Bağırov da, R.Mehdiyev də, başqaları da çıxsın. Nəticədə bu “ilişmə” ona partbiletə başa gəlib. 21-22 mart 1988. Ermənistanın Zəngibasar (Masis) rayonunun Zəhmət (Kaçapara) kəndində rəhmətlik Məmməd kişinin qızını - hamilə gəlini rayon xəstəxanası, sonra isə Eçmiədzin və Yerevan xəstəxanaları götürməyib. Birtəhər Ağstafaya çatdırıblar. (Bunu Aydın Quluyev - Uluxanlı söylədi). Azərbaycan KP MK-nın II katibi V.N.Konovalov Ziya Bünyadova deyib: “Sən dissidentsən, yox, ekstremistsən”. Ziya cavab verib: “Mən balandanı20 kabab kimi yemişəm, heç nədən qorxmuram. Sizi vəzifədən çıxarsalar neyləyəcəksinizə”. *** “Pravda” qəzetində (21.03.1988) qəzetin müxbirləri Y.Arakelyan, Z.Qədimbəyov və G.Ovçarenkonun “Emosiyalar və ağıl. Dağlıq Qarabağda və onun ətrafında hadisələr ətrafında” məqaləsi21 dərc olunub. Ermənistana xəbərdarlıq saymaq olar. Burada açıq yazılır: “Hər halda, bu gün artıq mə lumdur ki, Ermənistanda və DQMV-də çıxışların hamısını muxtar vilayətin Ermənistan SSR-ə birləşdirilməsini illərlə tə kid edən adamlar təşkil etmişlər. Bu yaxınlarda isə onlar üzdəniraq “Qarabağ” komitəsində birləşmişlər və onun rəsmən tanınmasına çalışırlar. ... Təzə peyda olmuş komitənin üzvləri... okeanın o tayındakı sovetoloq-ların bilavasitə fitvası ilə hərəkət edirlər, həmin sovetoloqlar bildirirlər ki, SSRİ-də sosializmə yalnız onu parçalayıb milli mənzillərə daşımaq yolu ilə qalib gəlmək olar. ... Hələ 1905-ci ildə, sonra isə 1918-ci və 1920-ci illərdə irtica qüvvələri ermənilərlə azərbaycanlılar arasında ədavəti qızışdırırdılar.

...Gördüyümüz kimi, “birləşmə” barədə “nəcib” ideya açıq-aşkar antisosia-list ruhundadır“22. (“Kommunist” qəzeti, 22 mart 1988). Martın 22-sində “İzvestiya”da ermənilərə toxunan iki böyük yazı dərc edib. 26 mart 1988. Moskvanın mövqeyi erməniləri bərk narazı salıb. Bu gün Yerevan və Stepanakert ölü şəhərlərdir. Azərbaycan televiziyası “Tarzan” göstərir. (Xoşbəxtlər!). 27 mart 1988. əlyazmalar İnstitutunda növbətçiyəm. Televiziyada Anar haqqında veriliş vardı. Anara plenumdakı çıxışı ilə bağlı sual veriləndə dedi ki, hamı Azərbaycan torpaqlarına iddia edir. Yə ni biz dənizin dibində balıqlarla yaşamışıqə “İzvestiya”da Qarabağ hadisələri ilə bağlı yazı çıxıb. Azərbaycan televiziyası “Parisin sirləri” göstərir. 28 mart 1988. Bu gün gözüm-başım bərk ağrıdı. Salman Mümtazın qızı Şəhla xanımgildə oldum. Azərbaycan televiziyası “Orkestr adam” göstərir. 29 mart 1988. Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin DQMV haqqında qərarı çıxdı. Vilayətin inkişafına 500 milyon manat ayırırlar. *** Saat 6-da dəniz qırağında “Şəngülüm” çayxanasında Zakir Fəxri, əhməd Rza və başqaları ilə rastlaşıb söhbət etdik. Zakir Fəxri: Ağdamın Abdal Gülablı kəndindən eşşək belində keçən bir ermənini saxlayıb hansı millətdən olduğunu soruşublar. Deyib ki, mən nə erməniyəm, nə müsəlman; bu eşakın oğluyam. əhməd Rza: Yevlaxlı Qazı Mardakertə23 toya gedib. Burada soruşub: “Yevlaxı da istəyirsinizə”. Bir erməni zarafata salıb: “Ara, sən qara ilana oxşayırsan. Yevlaxı neynirikə”. Bu gün Azərbaycan əlyazmalarını düşmən təxribatından qorumaq məqsədilə Kamran Bağırova məktub yazıb yolladım. Saat 21-də Moskva televiziyası Müslüm Maqomayevin konsertini verdi. Arno Babacanyanın mahnılarını oxuyurdu... *** SƏNƏD AZƏRBAYCAN KP MK TƏBLİĞAT VƏ TƏŞVİQAT ŞÖ BƏSİNİN MÜDİRİ ƏFRAND DAŞDƏMİROV YOLDAŞA SURƏTLƏRİ: 1)AZƏRBAYCAN LKGİ MK BİRİNCİ KATİBİ SAHİB ƏLƏKBƏROV YOLDAŞA 2) “MOLODYOJ AZERBAYDJANA” QƏZETİNİN REDAKTORU NƏCƏF NƏCƏFOV YOLDAŞA

Biz - respublika Elmlər Akademiyasının müxtəlif institutlarında işləyən və Aspirantlar evində (Şərifzadə küçəsi, 33) yaşayan gənc alim və mütəxəssislər son aylarda millətçi və ekstremist ünsürlər tərəfindən Dağlıq Qarabağda və onun ətrafında avantürist ərazi iddialarının irəli sürülməsi nəticəsində baş verən hadisələri ölkəmizdə beynəlmiləlçiliyin nailiyyətlərinə qəsd və yenidənqurmaya xəyanət kimi qiymətləndirir, insan qanı axması, milyon manatlarla iqtisadi zərər və ölçülməz mə nəvi zərbə ilə nəticələnən bu hadisələrin başında duran A.Ağanbeqyan, Z.Balayan, S.Kaputikyan kimi bədnam ziyalıların, Vazgen qaragüruhunun, “Krunk” təşkilatı, “Qarabağ komitəsi” fəallarının, Sumqayıt və əsgəran faciələrinin əsl səbəbkarlarının ciddi cəzalandırılmasını tələb edirik.

Partiya və hökumətimizin vəziyyətin sabitləşməsi üçün gördüyü tədbirləri bəyənirik. Bununla yanaşı, başa düşürük ki, bu gün hər bir ziyalının borcu qızışmış ehtirasları söndürməyə, səbirsizləri təmkinliliyə çağırmaq, milli duyğulara hörmət şəraiti yaratmaqdır. Bu baxımdan jurnalistlərin və bütövlükdə mətbuatın da üzərinə mühüm vəzifə düşür. İndiyədək xalqımızın tarix və mədəniyyətinin üstünə atılmaqda davam edən böhtan və iftiraların, “Ocaq” küllərinin hədəfi bu gün nisbətən dəyişərək respublikamızın ayrı-ayrı direktiv orqanlarına, nazirlik, komitə və idarələrinə yönəldilmişdir. Millətçi ünsürlər vəziyyəti elə qələmə verməyə çalışırlar ki, kuya Dağlıq Qarabağda erməni əhalisi az qala milli əsarətə məhkum edilib. Onlar mərkəzi mətbuata inanmadıqlarını bildirsələr də, respublika mətbuatını təftiş edir, mərkəzi mətbuatda, xüsusən “İzvestiya” qəzetində haqqımızda yanlış təsəvvür yaratmağa nail olurlar. Sözsüz ki, həmin iftira və yalanları hökmən ağıllı dəlillərlə puça çıxarmaq gərəkdir, çünki bu gün ifşa edilməyən yalan sabah həqiqət kimi başa düşülə bilər. Ancaq, təəssüf ki, respublika qəzetləri, ilk sırada “Kommunist” və “Bakinski raboçi” bu sahədə çox az iş görürlər. Açığını deyək ki, baş vermiş hadisələrə münasibətdə respublikanın mətbuat orqanları içərisində ən obyektiv və ən cəsarətli mövqe tutan qəzet “Molodyoj Azerbaydjana”dır. Ümumiyyətlə, son dövrlərdə çəsvarətli, problemlər qaldıran yazıları ilə oxucuların inamını qazanmış bu qəzetin xüsusən üç çıxışını (“Dalğnovidnostğ ili blizorukostğə”,31 mart; “Mnoqoe sdelano, mnoqoe predstoit”, 5 aprel; “U stoəheqo prəmo tenğ krivoy ne budet”, 9 aprel) hamımız alqışlayırıq. Onlarda mərkəzi mətbuatda (xüsusən “İzvestiya” qəzetində) haqqımızda Ümumittifaq ölçüsündə yayılmış yanlış təsəvvürlər danılmaz faktlarla təkzib edilmişdir. Qəzet redaksiyasına nəcib işində uğurlar diləməklə yanaşı, əmin olduğu-muzu bildiririk ki, Azərbaycan KP MK və Azərbaycan LKGİ MK bu qəzetin sağlam ən ənələrini inkişaf etdirməsi üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər. 59 imza (42 elmlər namizədi). 11 aprel 1988. əlyazmalar İnstitutunun elmi şurası. 13 aprel 1988. Erməni, ay erməni, Faytona apar məni. Apar Sabir bağına, Doyunca mindir məni. Bu mahnını müharibəyədək məcburən toylarda müğənnilərə oxudur və oynadırdılar. (Fiologiya elmləri doktoru Cənnət Nağıyevadan institutun elmi şurasında eşitdiklərim). Saat 9.40. Ziya Bünyadov: - Ayın 5-ində Moskvada SSRİ EA-nın kofrans zalında Azərbaycandan və Ermənistandan nümayəndələr toplaşmışdı. Ermənistandan 15 nəfər, biz 6 nəfər (Cəmil Quluyev, mən, İqrar əliyev, Yaşar Qarayev, Kərim Kərimov, Bəkir Nəbiyev). əfrand Daşdəmirov iclasda oturub qulaq asırdı. Pyotr Fedoseyev24 EA Rəyasət Hey ətinin xahişi ilə bizi yaxınlaş-dırmaq istəyirdi. Ermənilərin əsas münaqişəsi mənimlə və İqrarla oldu. Yaşar Qarayev, Kərim Kərimov və Cəmil Quluyev danışmadılar. İdeyaları bu idi ki, Qarabağı verməlisiniz. Sumqayıtı te-tez ortaya atırdılar. Akademiya nümayəndələri sərt deyildilər. Sumqayıt hadisələrindən sonra bütün Moskvada elmi, partiya və təsərrüfat idarələrinə özlərinin hazırladığı konvertlərdə sənədlər göndəriblər (yazılarda təhqiranə ifadələr, fotolar). Bizə əl-üzünü yumayan tayfa, işğalçı və s. deyilir. Bu tayfaya da millətçi və pantürkist Azərb. KP MK rəhbərlik edir. “Ağ genosid” termini çıxarıblar (zorla köçürmə). Mehmanxanada Qalina Fyodorovna dedi ki, niyə orada 550 nəfəri öldürmüsünüz (guya hətta rusları da)ə Sumqayıt hadisələrindən iki həftə qabaq ermənilərin çoxu əmanət kassalarından pulunu alıb gedib. Saat 10-dan saat 5-ədək çəkdi iclas. Fasilə olmadı (buterbrod gətirdilər). Lalayan, Tarix İnstitutunun direktoru, Qrant Avetisyan hələ 1972-də Bakıda yanıma gəlib təklif etmişdilər ki, bəlkə Yerevana gedimə O vaxt idi ki, mənə “xalqlar dostluğu sarayını dağıdan” demişdilər.

Yerevanın Bağramyan prospektində mənə 4 otaq, 600 manat maaş təklif etdilər. Yeganə tələb: “o yazıları mənə zorla yazdırıblar” deməliydim. Srağagün Bakıda Şərqşünaslıq İnstitutundakı görüşlərimdən sonra yazdılar ki, guya mən respublika rəhbərlərimizi təhqir etmişəm. Mən ermənilərə dedim ki, Hitler SSRİ-də millətləri dağıtmaq işini bacara bilmədi, ancaq siz bacarırsınız. Mövcud sənədləri xatırladanda dedilər ki, onları “ne priznaem”.25 Bizim Ali Sovetdə 37 erməni deputat var, Ermənistanda isə 2 azərbay-canlı deputat. Bizdə vəzifədə 200-dən artıq erməni var, Ermənistanda isə bizimkilərdən 1 nəfər də yoxdur. Xaricdən Ermənistana gələnlər arasında fəhlə-kəndli balası yoxdur, daşnak ruhlu kapitalistlərdir. Mən 1943-üncü ildə 2 ay yarım Yerevanda qospitalda yatanda mənə erməni qızının qanı vurulub. İndi isə qanımı zəhərləyirsiniz. Şüarlarınızdan biri budur: “Merala Buniyatov!”.26 Mən sizin tarixinizi sizdən yaxşı bilirəm. Bunlar kimə lazımdırə Deyirsiniz ki, 200 kəndimizi dağıtmısınız. Orada 200 kənd varə Monqolların dövründə ora qışlaq olub. İqtisadiyyatınız yaxşıdır. Abidələrinizi kim dağıdırə Hansı abidəniz dağılıbə Türkmənçaydan sonra ora köçmüsünüz. Vazgen Bakı yepiskopuna yazır ki, nədənsə, Bakı erməniləri özlərini göstərmir. Bu məsələlərin həllində biz Bakı ermənilərini qurban da verə bilərik. Siz bunu yazanda düşünürsünüzmü ki, 250 min Bakı ermənisinin halı necə olacaqə Kirov rayonunda 15 faiz erməni var, katibləri həmişə erməni olub. Ancaq Şuşanın II katibi ermənidir. Bakıdan MK stenoqrafisti 20 dəqiqədən sonra Şahnazarova, ermənilərə xəbər verir. Həvəskar radio ilə xəbər verirlər. Bizə dedilər ki, dünən sizin Büro filan qərarı qəbul edib. SSRİ Ali Sovetinin Millətlər Şurası boş şeydir. SSRİ-də millətlərarası münasibətlə heç kəs məşğul olmur. Ruslara dedim ki, belə yol versəniz 2-3 ildən sonra SSRİ dağılacaq.27 Mə lum oldu ki, Qorki institutunda SSRİ xalqlarının dillərini bilən adamlar yoxdur. Yalnız tərcümə ilə təsəvvür yaratmaq istəyirlər. Bizdə idarə olunan demokratiyadır. P.N.Fedoseyevə dedim: Xruşşov Bakıda demişdi ki, bizim möhkəm ölkəmiz var - onu hər bir axmaq idarə edə bilər. Çox şeyi dağıdırıq, ancaq ictimai elmlər sahəsində heç nə yoxdur. Ortada heç nə yoxdur. Ölkə hara gedirə Dünya müharibəsi ərəfəsində Azərbaycanda dirçəliş vardı. Müsavat 23 ay davam etdi (28 may 1918 - 27 aprel 1920). Tarixi düzgün vermək gərəkdir. O nə qədər güclü idi ki, 23 ayda xalqı məhv etdiə Xan Xoyski universitet açdı. Tiflisdə menşeviklər universitet açıb - qapı yanında hamısı basdırılıb. Hadisələr göstərdi ki, xalqımızın ziyalıları heç yerdə təmsil olunmur. Sağıcı nədir, parlament nədirə Parlament ayrı şeydir. Fedoseyev dedi ki, düzdür. 7 nəfər: Arbatov, Subbotin, Buqayev, Medvedev və b. Azərbaycanın SSRİ Ali Sovetində deputatlarıdır. Niyəə Bizə nə iş görürlərə Niyə Məmməd Cəfər, məsələn, deputat olmasınə 4 nəfər xanəndəmiz deputatdır. Bu, parlament deyil. Moskvada bizim postpred dedi ki, deyirlər ki, sən ekstremistsən. Dedim ki, sən niyə Azərbaycanı təmsil edirsənə Evin, pulun, arvadların var. Camaatı barmağa sarımaq olmaz. Kesar, Qurviç vaxtilə bu respublikada hər şey edirdilər. Kim qabağa çıxsa vururdular, məni də. İndi Qarabağa ermənilər maşınlarla gəlib tökülüblər. Bu hay-küydə 3 kitab Moskvada buraxıblar. Biz Qarabağda heç bir elmi iş aparmamışıq. Mətbuat susub. Mənə deyirlər ki, eləmə. Gecələr yata bilmirəm; ürəyim ağrıyır, fikirləşirəm ki, işin axırı necə olacaqə Nə yaylığ,28 ala, sluşiə əvvəlcə bizim 2 oğlumuzu öldürdülər. Sonra Sumqayıt oldu. Sumqayıt ən zəif yerdir. Ustalıqla işlədilər. 10 min dustaq var. Peşə məktəbləri uşaqları. Orada öldürülən ermənilər pul verməyənlərdir; 40 ildir pul yığırlar. İclasda danışıldı ki, EA-nın prezident şurası Gəncəyə gəlməlidir. Ambarsumyan e tiraz edib. Rusiyada adları dəyişdirməyə başlayıblar - Kirov-Mirov hamısı çezir. Bir balaca respublikada Şaumyanın adına üç rayon var (Stepanakert, 2 Şaumyan). Avakyan küçəsinin qərarı yoxdur. Zevin menşevikdir. Ancaq siz “26 komissar” yazırsınız. Belə getsə haramdır bizə yaşamaq, 21-inci əsrdə yaşayan nəsillər bizə nə deyərə Xaçaturyan yazır ki, ermənilər ərəb xəttini inkişaf etdiriblər.

Tariximiz yoxdur. Dissertasiyalar: “İşıqlıdır lampaları kəndimin”. Mə lum olur ki, lampa da yoxdur. Süleyman Tatlıyevə deyirəm ki, Tatlı kəndində məktəb tikdir, deyir ki, orada atam yaşayıb, mən yox. Laçının altından, Zəngəzurdan Qarabağa tunel çəkəcəklər. Adı olacaq bizim, dadı onların. 37 deputat da bizim parlamentdə fraksiya təşkil edəcək. Qarabağın məsələsi xalqa birdəfəlik aydın deyilməlidir. Bromleyə dedim: “evreysko-armənskoe lobbi”ə29 Nə qərara almısınız ki, biz ermənilərlə razıyıqə Ziya Bünyadova sual: Dağlıq Qarabağa bizim respublikanın direktiv orqanları nəzarət edirmiə Cavab: Yox. Poğosyan ruslara deyib ki, “xvatit mazatğ naş karabaxskiy xleb russkim maslom”30. 16 may 1988. Düzdür, bu vaxtadək Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağa dair qərarı qəbul olunmuşdu, ancaq bu torpaqda hakimiyyətin tədricən Azərbaycandan Ermənistana keçdiyi günü-gündən hiss olunur. Artıq mərkəzi mətbuat da sanki əvvəlki çıxışlarından peşman olub erməniləri tə rifləməyə, bizi pisləməyə başlamışdır. Demək olar ki, bütün qəzetlərdə, jurnallarda erməni alimlərinə, sənətkarlarına və b. geniş yer verilir, onlardan heyranlıqla danışılır, bu hadisələrlə bağlı Azərbaycandan söz düşəndə isə Sumqayıt xatırlanır. Belə çıxır ki, ruslar ermənilərin onlara inamsızlığını, partbilet yandırıb partiyasız respublika olmaq istəmələrini, tə tillərdə milyon manatlarla iqtisadi təxribat törətmələ-rini, xariclə əlaqə yaratmalarını... bütünlüklə bağışlayıb ən böyük cinayət kimi Sumqayıtı götürdülər. Bunun ən rəsmi təsdiqi Henrix Borovikin31 çəkdiyi “Pozisiya” (“Mövqe”) verilişi oldu. Apreldə göstərilən veriliş azərbaycanlılarda dərin qəzəb oyatdı, çünki burada ermənilərə əslində yüz faiz bəraət verildi, azərbaycanlılar isə vəhşi kimi təqdim olundu. Söz alanların 80 faizi ermənilər idi, iki-üç nəfər azərbaycanlını göstərdilər, onların da çoxunu biqeyrət kimi (biri dedi ki, mənə yaxşıdır, başqalarının işi vecimə deyil; bir qız dedi ki, bu hadisələr mənim erməni qızı ilə dostluğumu poza bilməz və s.). Türklərin erməniləri qırması haqqında filmdən parçanı göstərəndən sonra Sumqayıt hadisəsindən danışdılar. Artıq qəti bilindi ki, Moskva erməniləri birdəfəlik bağışlayıb və günahkar da biz olmuşuq. əhali minlərcə məktub, teleqram göndərməyə başladı (Moskvada yerləşən ən müxtəlif partiya, hökumət orqanlarına, mətbuata). Nəticəsi o oldu ki, mayda verilişi təkrar göstərdilər. Başqa sözlə, rus bizə dedi: “Vəhşi xalq, bu mə sum ermənilərdən əl çəkin. Cinayətiniz üçün sizi cəzalandıracağıq. Heç bir e tirazınız da vecimizə deyil”. Qabaqlar olduğu kimi yenə “Nauka i jizn” jurnalında (1988, ¹ 3) A.Ağanbeqyanın şəkli ilə birgə böyük yazısının verilməsindən (jurnal bu yazı ilə açılır), onun “Komsomolskaya pravda”da bütöv bir səhifədə müsa-hibəsinin dərc edilməsindən Zori Balayanın yenə “Literaturnaya qazeta”da məqaləsinin buraxılmasından qəzəblənən xalq “İzvestiya” qəzetində Dardı-kinin həyasız yazısını oxuyandan sonra səbir kasasını lap daşa çırpdı. Daha qaradan artıq rəng yoxdu! Heç kəsdə şübhə qalmadı ki, ruslar Dağlıq Qarabağ hadisələrindən elə ilk gündən yaxşı xəbərdar olduqları kimi, nəinki təkcə bu haqda susmuş, Qarabağı onlara verməyə boyun olmuş, hətta bu işin təşkilində iştirak etmişlər. Beləliklə, özünü təhqir edilmiş sayan xalq yenə qəzəb səsini ucaltmağı qərara aldı və mayın 16-sında başlıca olaraq tələbələrdən ibarət kütlə (onlara ziyalılar və müəyyən qədər də şəhər əhalisi qoşulmuş-du) e tiraz mitinqinə toplaşdı. Toplanışın əsas səbəbi son günlər Ermənistanın Ararat (Vedi) rayonunun Şirazlı kəndində və başqa yerlərində azərbaycanlıların terror edilməsi, Dağlıq Qarabağda isə yerli əhalinin (azərbaycanlıların) kütləvi surətdə işdən çıxarılması, Moskvanın bizə düşmən münasibəti idi. Səhər təxminən saat 12-də institutumuzun qarşısından tələbə axını keçməyə başladı. “Pozisiya”da erməniləri son dərəcə mütəşəkkil, emosional, bizim nümayişi isə ölüvay göstərdikləri üçün bu dəfə iştirakçılar “tənqiddən nəticə çıxarıb” böyük ruh yüksəkliyi göstərirdilər. Mən də onlara qoşulub Hökumət evinə doğru yol aldım. Bu dəfə camaatı şəhərin içi ilə yox, İçərişəhərdən keçirdilər. Karvansaranın qapısı ağzına çatanda başımı qaldırıb gördüm ki, MK-nın ideoloji katibi Ramiz Mehdiyevlə yanaşı addımlayıram, onun arxasınca isə Baksove-tin sədri Oqtay Zeynalov, müavini və başqaları gəlirlər. Tez onlardan ara-landım. Neftçilər prospektində böyük izdiham yaranmışdı.

Bu nümayiş tələsik təşkil edildiyindən şüarlar çox az idi. “Rədd olsun “Pozisiya” tərəfkeşliyi!”, “Səbrimiz tükənib!”, “Prekratitğ “gkonomiçes-kie” bredni üentralğnoy peçati!”,32 “Xəbərdarlıq edirik!”, “Ermənistandakı azərbay-canlılara muxtariyyət!”, “Erməni faşizminə son qoyulsun!”. Xorla “Müs-lüm-za-də!”, “Sum-qa-yıt!”, “Təb-riz!”, “a-zad-lıq!” kimi şüarlar da çox tez-tez təkrar edilirdi. Saat 12.54-də Hökumət evinə çatdıq. Ancaq danışmaq üçün mikrofon yox idi. Kürsüdə Ramiz Mehdiyev, MK-nın şö bə müdirləri, universitetin, İnşaat Mühəndisləri İnstitutunun rektorları ilə yanaşı Xəlil Rza, Nüsrət Kəsəmənli, ADU-nun müəllimi Firidun Cəlilov, coğrafiyaçı ənvər əliyev, şərqşünaslar, daimi iştirakçılar Mənsur əliyev, Hatəmi Tantəkin, bizim institutda işləyən Bəy (əbülfəz əliyev) və bir çox rəsmi adamlar, şairlər, alimlər yığışmışdı. MK işçilərinin gəlməsi nümayişə ruh vermək yox, onu imkan daxilində pozmaq idi, çünki saat 3-ə yeddi dəqiqə işləmişə kimi mikrofon verilmədi... Bizim televiziyanın işçiləri ilə yanaşı, Moskvadan olan (ancaq Bakıda işləyən) operator da nümayişi çəkirdi. Bizimkilərə “Dalğa” verili-şində Salman Mümtazla bağlı məni də çəkən rejissor Vasif Babayev başçılıq edirdi. Şəhla Mümtazzadənin oğlu Şahin Qalabəyov da burada idi. Xalq iki şey qışqırırdı: “Bəx-ti-yar!” və “mik-ro-fon!”. Bu aramsız tələbin yalnız yarısı 13.37-də yerinə yetdi - Bəxtiyar Vahabzadə Anarla birgə gəldi. Onların kürsüdə görünməsi sürəkli alqışla qarşılandı. Bəxtiyar müəllim dedi ki, narahat olmayın, hər şey bizim istədiyimiz kimi qurtaracaq, bircə sakitliyi gözləyin. Saat 13.46-da izdihama APİ-nin tələbələri də gəlib qoşuldular. (Ümumiyyətlə, bütün nümayişdə 25-30 min adam iştirak etdi). Mikrofon gözləyə-gözləyə hələlik meqafonla (səsucaldan) danışmağa başladılar. əldə tutulub danışılan səsucaldanın səsi meydandakıların heç onda birinə çatmırdı, ancaq natiqlər vaxtı boş yerə keçirmək istəməyib tələblərini irəli sürdülər. Bir qız çıxışa başlayıb dedi ki, Qarabağı iki yerə parçalamaq gərək deyil. Dağlıq Qarabağın muxtariyyətini götürüb bütün Qarabağı qabaqkılar kimi birləşdirmək gərəkdir. Şərqşünas Mənsur əliyev Sumqayıtdakı məhkəmə prosesinin düzgün aparılmamasından, erməni daşnaklarının son vaxtlar fəallaşmasından danışdı. Saat 14.07-də üstündə səsgücləndiricilər qoyulmuş maşın meydana girdi. Ondan məftil çəkib kürsüdə mikrofon quraşdırdılar. Bu vaxta kimi bir cavan oğlan (yəqin ki, tələbə idi) dostlarının çiyninə çıxıb “Səbrimiz tükənib!” şüarını tribunanın divarına yapışdırdı. Mikrofonda ilk söz Bəxtiyar Vahabzadəyə verildi. O dedi ki, mən məsləhət bilirəm ki, Ali Sovetə gedək, orada öz tələblərimizi partiya və hökumət nümayəndələrinə deyək. Bunun üçün siz də öz nümayəndələrinizi seçin. Ancaq nümayişçilər bu təkliflə razılaşmadılar, çünki bütün tələblərini burada demək, imkan olsa elə burada da cavab almaq istəyirdilər. Anar söz aldı (14.12): Hər xalqın özünün fəxr etdiyi qabaqcıl ziyalıları var. Bu gün Bəxtiyar müəllim kimi sevimli şairimiz burada iştirak edir. O millətin ki qabaqda gedəni yoxdur, o, anarxiyaya uğrayar. Gəlin biz Bəxtiyar müəllimə qulaq asaq. Mən də məsləhət bilirəm ki, Ali Sovetdə öz sözümüzü deyək. (Yerdən səslər ucaldı: “Elə burda, burda!”). Anar artıq uzun müddət mikrofon tələb edib əsəbiləşmiş, günün altında təngnəfəslikdən darıxmış, yavaş-yavaş çılğınlaşmağa başlamış nümayişçilərə dedi: -Bu ağır sınaq günlərində təmkinliliyimizi itirməməliyik. Biz sa-kit olmalıyıq. Yoxsa hər bir artıq hərəkətimizdən istifadə edib bizi bütün dünyaya vəhşi kimi tanıtmağa çalışırlar. Doğrudur, Ermənistandakı azər-baycanlıların vəziyyəti ağırdır. Ancaq bura yığışmaqdan məqsədimiz də elə onları müdafiə etməkdir. Hamı görəcək ki, biz haqqımızı tələb edə bilirik. Vəziyyət haqqında Moskvaya geniş mə lumat verilir. Yəqin ki, hər şey də yaxşı nəticələnəcək. Ancaq bir az səbriniz olsun. 14.15-də ağsaçlı bir kişi söz aldı: Mən irəlisi gün Ermənistanın Vedi rayonundan gəlmişəm. Bizi incidiblər. Mən bu gün şikayətimizi bildirmək üçün Moskvaya uçacağam. Mən Leninqradın fəxri vətəndaşı, onun müdafiəçisiyəm. Yəqin ki, Moskva da bizi müdafiə edər. Ona görə də dağılın, gedin evinizə. (Kişinin sözünü fitə basdılar). Bir tələbə mikrofona yanaşdı: Bu hadisələr ona görə baş verdi ki, bizim qəzetlər, televiziya xalqa heç bir mə lumat vermir. Mə lumat olmayan yerdə də şayiələr yaranır. Biz tələb edirik ki, kütləvi mə lumat vasitələri Ermənistanda, Qarabağda azərbaycanlılara qarşı olan hadisələri işıqlandırsın. Siz də bunu tələb edin. Ancaq hər bir tələbi sakitliklə deməli, ağılla, kamalla iş görməliyik ki, düşmənlərimiz hərəkətimizdən istifadə edə bilməsinlər.

Saat 14.19-da Xəlil Rzaya söz verildi: - İki yüz ilə yaxındır ki, Azərbaycana xəyanət davam edir. Azərbaycan iki yerə yox, iki yüz yerə parçalanıb. Azərbaycan dili sözdə yox, işdə dövlət dili olmalıdır. Dərbəndi, Borçalını, Göyçəni, Zəngəzuru... Azərbaycandan qoparıblar. Biz RSFSR-də, Ermənistanda, Gürcüstanda yaşayan Azərbaycan türklərinə muxtariyyət tələb edirik! Dərbənddə vaxtilə Azərbaycan türkcəsində gənclər qəzeti buraxı-lırdı, indi isə bağlanıb. Həmin qəzet yenidən açılmalıdır. RSFSR-də, Ermənistanda, Gürcüstanda və başqa yerlərdə minlərlə anadilli toponimlərimiz darmadağın edilib. Onlar yenidən geri qaytarılmalıdır. Azərbaycan fəhləsi radiasiya içindədir. Torpağımıza radiasiya hopub. İki metr yarım dərinliyə belə radiasiya işləyib. Fəhlələrimizin, işçilərimizin əmək haqqı azdır. Mətbuat ölüdür, partiya ölü, televiziya ölü. Rədd olsun boşqab dibi yalayanlar! (Xəlil Rzanın danışığını kəsdilər. Camaat qışqırmağa başladı: “Xə-lil!,” “Xə-lil!”. Arada bir az qarışıqlıq yarandı). Saat 3-ə 24 dəqiqə işləmişdi. Kimsə danışmaq istədi, ancaq qoymadılar. Nüsrət Kəsəmənli başladı: Düşmənlərimiz həmişə bizim olmayan birliyimizdən istifadə ediblər. Gəlin bu gün sıx birliyimizi göstərək. Mən təklif edirəm ki, Azərbaycan KP MK-da komissiya yaradılsın və o, təklifləri, vəziyyəti öyrənsin. Ermənistanda, Qarabağda yaşayan azərbaycanlıların vəziyyəti haqqında mətbuatda mə lumat verilsin. Jdanov,33 İmişli, Salyan, Qubadlı və başqa rayonlara Ermənistandan köçüb gəlməyə məcbur olmuş azərbaycanlıların sayı mətbuatda xəbər verilsin, onlar Dağlıq Qarabağda yerləşdirilsin. (Alqışlar). Bütün bu məsələlər həll edilənə qədər, tam sakitlik yaranana qədər Sumqayıtda gedən məhkəmə dayandırılsın. Sonradan adını öyrəndiyim Sevil Cahani adlı evdar qadın söz aldı (14.27): - Mən evdar qadınam, uşaq anasıyam. Üç aydır ki, dincliyim yoxdur. Niyə ermənilər istədiklərini çap edirlər, bizim mətbuat isə susurə Onlara hər şey olar, bizə yoxə Niyə Siyasi Büro bir xalqa üstünlük verir, o birinə yoxə Bilmək istəyirəm ki, televiziya bizə niyə düzgün mə lumat vermirə (Mərkəzi televiziyanı nəzərdə tuturdu). Hər dəfə Sumqayıtı göstərirlər, ancaq Qafan, Masis, Vedi, başqa yerlər, orada azərbaycanlıların başına açılan oyunlar yada düşmür. Universitetin bir müəllimi dedi ki (14.29), Siyasi Bürodan tələb olunsun ki, bir ayadək erməni biabırçılığına son qoyulsun. Saat 14.30-da bir kişi danışmağa başladı: - Mən Ermənistanın Vedi rayonunun Şirazlı kəndindən gəlmişəm. Düzdür, bizi incidiblər, ancaq görəndə ki siz arxamızda durmusunuz, ürəklənirik. Sizə minnətdarıq. Sonra dedi: İstəyirsinizmi ki, biz yaxşı yaşayaqə (Səslər: “Bəli!”). İstəyirsinizmi ki, Ermənistandakı azərbaycanlılar burada yerləşdiril-sinə (Camaat: “Yox!”). Onun sözünü hay-küylə yarımçıq kəsdilər. 14.31-də Mənsur əliyev danışmağa başladı: Biz aşkarlıqdan istifadə edib mitinq və yığıncaqların keçirilməsi haqqında respublika Ali Sovetinin qəbul etdiyi qərarın ləğv olunmasını tələb edirik. Doğma Qarabağın inkişafı üçün ayrılan 400 milyon manat Azərbaycan büdcəsinə keçirilsin. Sumqayıtdakı hadisələrin əsl səbəbkarları, hadisələrin törən-məsinə gətirib çıxaran hərəkətləri edənlər, oradakı hadisələrin işti-rakçılarına “quldur” adı verənlər cəzalandırılsın. Balalarımızı tankın altında qoyub onlara “uf” da deməyənlərə ölüm! Bir kişi (14.34): Ermənilər 1894-üncü ildə Türkiyədə başlayan torpaq tələblərini bu gün Azərbaycana köçürüblər. Onlar Türkiyədən torpaq ala bimədilər, indi isə bizdən almağa umud edirlər. Ermənilər bizi Ermənistandan, hətta Qarabağdan təmizləmək istəyirlər. Ancaq biz yatmamışıq. Müqavimət göstərməliyik. Yaşasın Azərbaycan xalqının birliyi! Artıq bu vaxt kütlə coşmuşdu. Görünür, sakitlik yaratmaq üçün Bəxtiyar müəllim dedi (14.36): Gəlin Ali Sovetin iclas salonunda toplaşaq, öz tələblərimizi deyək. Biz getdik, siz də gəlin. Axı sabaha kimi burada durmaq olmaz ki! Günün altında danışa-danışa durmağın nə mə nasıə.. 14.38-də bir alim qadın ürəyini boşaltdı: Nə qədər vaxtdır ki, erməni ekstremistləri istədiklərini edirlər. İdeologiyaya baxan yoldaşlar bunun qarşısını bir neçə il qabaq ala bilərdilər. Ancaq, əksinə, alimlə-rimizə imkan vermədilər ki, öz əsərlərində həqiqəti xalqa çatdırsınlar, ürək sözlərini desinlər. Mənim bir neçə sualım var: - Niyə bu üç ildə, demokratiya başlanan bu müddətdə bizim respub-likada aşkarlıq, demokratiya yoxdurə

- Sumqayıt hadisələrini də erməni ekstremistləri törədiblər, ancaq onların adı niyə heç yerdə çəkilmirə - Ermənistanda “Emosiyalar və kamal” məqaləsi çıxan bütün “Pravda”-nın tirajını yandırdılar, ancaq ermənilərə niyə güldən ağır söz deyil-mədiə - Xankəndində (Stepanakertdə) pozğunluqları törədən elə Poğosyanın özüdür. O niyə katib işləyirə - Müslümzadəni tə cili cəzalandırdılar. Ancaq Dağlıq Qarabağda hadisələri tərədən Kevorkovu oradan çıxardıb başqa vəzifəyə qoymuşuq. O, partiyaçıdır, Ali Sovetin deputatıdır. Niyəə Azərbaycan SSR Ali Soveti Rəyasət Hey ətinin sədri Süleyman Tatlıyev danışmaq istədi (14.44). Ancaq keçən dəfə televiziya ilə xalqa müraciəti zamanı gözdən düşmüş, fəaliyyətsiz və biganə adam kimi tanınmış sədri danışmağa qoymadılar. Elə birtəhərlə başa saldı ki, nümayişçilər öz nümayəndələrini Ali Sovetə göndərsinlər, danışaq. ADU-nun kitabxanaçılıq fakültəsinin I kurs tələbəsi Rəfiqə Bəyalıyeva: Biz Sumqayıta nifrətlə baxmamalıyıq. Onlar Ermənistandakı, Qarabağdakı haqsızlıqlara cavab veriblər. Ana dilimizə hörmət bəsləməli, onu hər yerdə işlətməliyik. Ancaq iclasda bir nəfər rus olanda bütün iclas rusca aparılır. Niyəə Vətən müqəddəsdir. Onun yolunda lazım gəlsə ölümə də getməyə hazırıq. (14.51-də izdihamın üzərində vertolyot uçmağa başladı. Bu, adamlarda qabaqca anlaşılmaz təşviş yaratdı. Sonra başa düşdülər ki, deyəsən, şəkil çəkir, ona görə sakitləşdilər). Rəsmiyyə adlı bir jurnalist tələbə də idarə və müəssisələrdə, yığıncaqlarda ana dilimizin sıxışdırılmasını, Konstitusiyanın pozul-masını kəskin tənqid etdi. 14.53-də bir qadın mikrofona yanaşdı: Ermənistanda yaşayan azərbay-canlıların vəziyyəti dözülməzdir. Onların evlərini yandırırlar, özlərini təhqir edirlər, incidirlər, köçməyə məcbur etmək istəyirlər. Ermənistan-dakı azərbaycanlılara azadlıq! Biz onlara muxtariyyət verilməsini tələb edirik. (Xalq “mux-ta-riy-yət!” qışqırmağa başladı). 14.58-də Azərbaycan Dövlət Universitetinin rektoru Yəhya Məmmədov tələbələri sakitliyə çağırdı. Ona da sonadək danışmağa imkan vermədilər. əbülfəz əliyev xalq içərisindəki nüfuzundan istifadə edib meydandan dağılmaq istəməyən cavanları yumşaltmağa çalışdı. O dedi ki, mətbuatda, televiziyada hadisələr düzgün işıqlandırılsaydı belə vəziyyət yaranmazdı. İndi sözümüzü dedik, tədbir görməsələr yenə yığışarıq. Saat 4-ə 1 dəqiqə işləmişdi. Şair Dəmir Gədəbəyliyə söz verildi. O, Şəhriyarın imzası ilə xalq içində geniş yayılmış “Ayağa qalx, Azərbaycan!” şe rindən bir parçanı söylədi. Sonra səsinin əzəmətindən bacarıqla yararlanıb tə sirini artırmağa çalışdı: Təmkinli, ağıllı olun. Hissləri cilovlayın. Sübut edin ki, Azərbaycan xalqının hissləri ilə oynamaq olmaz. “İzvestiya”, “Komsomolskaya pravda” və başqa qəzetlərdə ermənilər istədiklərini yazırlar, mərkəzi mətbuat onları açıq-aydın müdafiə edir. Biz özümüzə qarşı həqarətə dözə bilmərik. Bir tələbə söz ala bildi (mikrofon uğrunda mübarizə gedirdi. Son dəqiqələrdə danışmaq üçün fiziki güc də lazım gəlirdi): Sumqayıtda üç nəfərə ölüm hökmü çıxarılıb. Bu qərar dəyişdirilməlidir. 15.05-də APİ-nin müəllimi Tağı Xalisbəyli ağıllı olmağa çağırdı. Dedi: Tələb edirik ki, Moskvadan səlahiyyətli bir şəxs gəlsin, birisi gün saat 11-də burada olsun, ona öz tələblərimizi deyək. Tələbə Rəsmiyyə nümayiş iştirakçılarının kürsüyə göndərdiyi məktubları (tələbləri) oxumağa başladı (15.07): - Şaumyanın Bakıdakı heykəli götürülsün. Onun adına respublika-mızdakı üç yer adı ləğv edilsin. - Azərbaycan Neft və Kimya İnstitutunun rektoru cavab versin görək niyə tələbələrin nümayişə çıxmaması üçün institutun qapılarını bağlayıbə -Kevorkov niyə işdədirə -Bizə “millətçi” deyirlər. Ancaq Ermənistandakı 2 nəfər azər-baycanlı Ali Sovetin deputatı ilə bizdəki 38 nəfər erməni Ali Sovetin deputatlarını tutuşduraq. Baxaq görək bizdə nə qədər erməni rəhbər işçi var, onlarda nə qədər azərbaycanlı. Biz ən beynəlmiləlçi xalqıq. -Avakyan küçəsinin, başqa bir çox erməni şəxsiyyətlərin adları ilə bağlı küçələrin adları dəyişdirilsin. - Arvadı erməni olan rəhbər işçilərimiz vəzifədən götürülsünlər.

15.14-də universitetin tələbəsi başladı: Babam Məhəmmədtağı Sidqinin Naxçıvanda heykəli var. O, xalqımızın maariflənməsi, dilimizin çiçəklənməsi üçün əlindən gələni edib. Ancaq biz onun da uğrunda çalışdığı dilimizin nüfuzunu qoruya bilmir, çox yerdə rusca danışırıq. Dilimizi sevməliyik. O, xalqın ən birinci sərvətidir. 15.15-də gur səsli artist Nurəddin Quluyev (o, deyəsən,bugünkü nümayişin təşkilatçılarından biridir) camaatı ələ aldı: Bizim işimiz haqq işidir, ona görə də qalib gələcəyik. Başlıca üstünlüyümüz ondadır ki, bu gün hamımız bir yerdəyik. Azərbaycan xalqını daha heç kim yıxa bilməz! Sonra o, bir şe r söylədi və şe rdən sonra sürəkli, gurultulu alqış qopdu. 15.18-də saqqallı bir oğlan başladı: Bizə çox söz dedilər, hamısı yalan çıxdı. Hətta söz verib möhür də vursalar daha inanmamalıyıq. Gəlin gedək Mərkəzi Komitənin qabağına, orada öz sözümüzü deyək. Şair Tofiq Bayram söz aldı (15.22): Birisi gün saat 10-da bura gələk. Respublika rəhbərləri tələblərimizi burada dinləsinlər. Bugünkü nümayiş birliyimizin nümayişidir. 15.23-də Xaliq Hacıyev kütləni sakitləşməyə, daha doğrusu, toxdaqlıq tapmağa çağırdı və dedi: Biz Zori Balayan, Silva Kaputikyan, Abel Ağanbeqyan yolu ilə getsək, fitnəkarlıqlar törətsək işimiz yaxşı olmaz. Ona görə də təmkinimizi əldən verməməliyik. Bizim rəhbərlərimiz xalqın qeydinə qalmırlar. Saat 15.28-də mikrofon ADU-nun bir ağsaç müəlliminə verildi. Onu tanımırdım. Sonradan öyrəndim ki, hamı ona “Abbas” deyir. O, söz alıb danışmaq istədi, hətta, deyəsən, bir-iki cümlə danışa da bildi. Bu vaxt yerdən - nümayişçilərin içindən bir oğlanı tribunaya dırmaşdırdılar. O, düz mikrofonun yanına çıxdı və danışmağa başladı ki, mən Ermənistandan gəlmişəm, orada bizi incidirlər, vəziyyətimiz ağırdır. Elə bunu demişdi ki, həmin Abbas müəllim bu oğlanı hirslə boğazlayıb yerə saldı. Nadanlıq və mədəniyyətsizliyin ən kobudcasına nümunəsini görən tələbələr qəzəblə irəli cummaq istədilər. Mən də tribunanın dibində, yerdə, mikrofonun tuşunda dayanıb qeydlər edirdim. Gördüm ki, izdiham üstümə doğru yeriyir və divara yapışıb öləcəyimi gözümün qabağına gətirdim. Bu bir neçə saniyənin içərisində düşdüyüm vəziyyəti maşının altından sağ-salamat çıxan adam təsəvvür edə bilər. Bir az da keçsəydi məndən başqa da xeyli adam divara sıxılıb, yaxud ayaq altında qalıb məhv ola bilərdi. Ancaq vəziyyəti Xəlil Rza ilə əbülfəz əliyev xilas etdilər. Onlar hər cür hərəkətlə, sözlə tələbələri sakitliyə, tribunaya axının təhlükəli olduğuna inandırdılar. Xəlil bəy tələb etdi ki, nümayişi bizim televiziya, “Vremya” göstərsin. əbülfəz bəy isə dedi ki (15.33), Azərbaycan torpağı uğrunda son damla qanımızadək vuruşacağıq. Torpaqdan pay olmur. Vətən müqəddəsdir. Xalq gücü böyük şeydir. Ancaq biz birbirimizi eşitməyi də bacarmalıyıq. Biz yalnız ədalətlə qalib gələ bilərik. İğtişaşlar bizə baha başa gəlir. Unutmayın. Biz Azərbaycan Xalqını Müdafiə Cəmiyyəti yaratmışıq. (əslində bu nümayiş də elə o cəmiyyətin fəaliyyəti idi). Biz haqqımızı tələb edəcəyik. Professor Nurəddin Rzayev danışmaq istədi (15.37), ancaq hay-küy ona danışmağa imkan vermədi. Bir dəqiqə sonra yuxarı bir tələbə də dırmaşdı, onu danışmağa qoymadılar. Bundan sonra meydanda ağız deyəni qulaq eşitmədi. Rektor Yəhya Məmmədov vəziyyəti sakitləşdirməyə çalışdı (15.51): Biz kiməsə inanmalıyıq. Mənə inanın, respublika rəhbərliyindən əl çəkməyəcəyik, sizin bütün tələblərinizin nəticələrini onlardan istəyəcəyik. Elə işlər var ki, onların həllində bizim rəhbərliyə sizin köməyiniz də gərəkdir. Bugünkü yığıncaq Mərkəzi Komitəyə də kömək idi. İndi isə dağılışaq. Mitinq bağlı e lan edilir. Saat 15.53-də Xəlil Rza bildirdi ki, mayın 18-i səhər saat 10-da hamı toplaşmalıdır. İndi isə Ali Sovetə doğru intizamla addımlayıb tələblərimizi orada da irəli sürək. *** 15.57-də Lenin meydanındakı 25-30 minlik izdiham dağılmağa başladı. Nümayişçilər Neftçilər prospekti ilə irəlilədikcə “Azərbaycan” mehmanxanasının balkonlarına çıxmış qonaqlar, KQB-nin pəncərələrindən baxan əməkdaşlar, binaların balkonlarından durub seyr edən qocalar və uşaqlar əl edir, camaata ruh verir, yol boyu dayanan bütün maşınlar gəlin aparanda olduğu kimi aramsız siqnal verir, nümayişçilərlə bir sırada olduqlarını bildirirdilər. Doğrudan da, əsl mübariz ruh, döyüşkənlik (yaxşı mə nada) əzmi qarışmış bayram təntənəsi də nümayişçilərin hamısına ləzzət verirdi. Mən elə meydandan aralanmağa başlamışdım ki, institutumuzun qızlarından Gülnarə Qaiblini, Könül və İradəni gördüm. Onların hansısa rusca danışdığı üçün milisionerlərdən üçü bunlara söz atmağa, hətta, deyəsən, kobudlamağa başlayıb. Gülnarə dedi ki, ədalət müəllim, xahiş edirik bizimlə gedəsiniz. Mən əhvalatı öyrənib milisio-nerlərlə

danışmaq istəyəndə qoymadı. Nə isə, Ali Sovetədək onlarla getdik. Azərneft meydanına çatanda səhərdən günün altında beyni qaynayan, ac-susuz adamlar hərə bir yolla - bə zisi Filarmoniya bağından keçib, bə zisi Mərkəzi Komitənin yanından yuxarı qalmağa başladı. Biz də Filarmoniya ilə İncəsənət Muzeyinin arasındakı küçədən düz gedib Mərkəzi Komitənin üst tərəfindən keçdik. Burada qızlar İradəgilə gedib 4-5 dəqiqə fasilə etdilər, su içdilər. Axırı ki, saat 5-də Ali Sovetin qarşısına çatdıq. Meydan tamam dolmuşdu. Ancaq Ali Sovetin qarşısı hələ boş idi, orada 30-40 adam vardı. Mən də onların yanına getmək istədim, qızlarla xudahafizləşdim. Bu vaxt gördüm ki, Xəlil Rza da yuxarı qalxmağa yol axtarır. Ortadan, pilləkanlar-la qalxmaq mümkün deyildi, ona görə adamları birtəhər yara-yara qırağa çıxdıq, yuxarı tərəfdən hərlənib keçdik. İkicərgə milis dəstəsi qabağı-mızı kəsmişdi. Nə isə, Xəlil bəyin şairliyi, mənim alimliyim dada çatdı, içəri girə bildik. Binanın içərisindən Bəxtiyar Vahabzadə çıxıb dedi ki, gəlin 500 nəfər nümayəndə seçək, öz tələblərimizi içəridə deyək. On-on beş dəqiqəlik müzakirədən sonra razılaşıldı. Bu vaxt Ali Sovetin qarşısın-dakı binaya aid meydançaya axın başladı, iki-üç dəqiqəyə bura tamam doldu, heç bir milis onların qarşısını kəsə bilmədi. Nümayəndələr yavaş-yavaş içəri girdilər. Mən də qapıya yaxınlaşdıqda milislər saxlamaq istəyəndə artıq qapıdan keçməkdə olan Xəlil Rza görüb dedi ki, yoldaş alimdir, onu buraxın. Mən də keçdim. İclas zalına girəndə 6-ya 23 dəqiqə işləmişdi. Gördüm ki, Firidun Cəlilov da buradadır. “Dağlıq Qarabağ Muxtar Vilayəti” yazılmış yerdə, ortada ikinci sırada onunla yanaşı oturdum. Bir kişi mikrofonu yoxlayırdı, işləyib-işləmədiyini bilmək üçün “raz”, “dva”, “raz”, “dva” edirdi. Bu vaxt universitetin filologiya fakültə-sinin qiyabi dekanlığında işləyən şəkili Aydın ona yaxınlaşıb bərkdən: “raz”, “dva” yox - “bir”, “iki!” dedi. Onun sözünə hamı əl çaldı. Kişi özünü itirdi. Sonra o da gülməyə başladı və o biri mikrofonları yoxlayanda “bir”, “iki” deyib Aydının üzünə baxdı. Ümumiyyətlə, bu günlər, bu anlar rusca deyilən hər bir yersiz söz adamların əsəblərini cırmaqlayırdı və cırmaqlamaqdadır. Zalda rəyasət hey ətinin oturağının lap arxasında Lenin büstünün yanında üç nəfər: İnşaat Mühəndisləri İnstitutunun tələbəsi Eldar Zeynalov, ADU-nun I kurs tələbəsi Rəfiqə Bəyalıyeva və 7 yaşlı Adilə əsədova Azərbaycanın bayrağını34 əllərində saxlayıb (üçü də yapışıb). Onların göydə qalan əllərindəki qüvvətə və üzlərində cüz i yorğunluq əlamətinin yoxluğuna adam heyran olur. Bayraq - Vətənin, xalqın birliyinin rəmzinə çevrilmiş bu adi qumaş parçası heç vaxt fikir vermədiyimiz dərəcədə müqəddəsləşib. Gənclərimizin bu qeyrət rəmzinə vurğunluğunu görəndə istər-istəməz ürəyin dağa dönür. Çox sevinirəm ki, xalq belə ayılıb, özünü duymağa, sevməyə, ən başlıcası isə bu sevgini göstərməyə başlayıb. Doğrudur, biz Dağlıq Qarabağda ayaqlar altında qalan, daşnak çəkmələri altında tapdanan bayraqlarımızı o vaxt murdar əllərin çirkindən təmizləyə bilmədik, ancaq bugünkü yığıncağın odu paklıq yaratdı - axı od murdarı təmizləyir! Bir azdan sonra başa düşdük ki, respublika bayrağının Ali Sovetdə saxlanması o qədər də yaxşı iş deyilmiş. Belə ki, 7-yə 15 dəqiqə işləmiş (salon dolandan sonra) Süleyman Tatlıyev, Ramiz Mehdiyev, Telman Orucov (MK katibi), Fuad Musayev (BK-nın I katibi), İlyas İsmayılov (respublika prokuroru), Məhəmməd əsədov (MK inzibati orqanlar şö bəsinin müdiri), Bəxtiyar Vahabzadə və Naim Fətəliyev (Ali Sovet Rəyasət Hey əti sədrinin birinci müavini) içəri girdilər. Naim Fətəliyev bayraqdar uşaqların yanına gedib onlara əyləşməyi tapşırdı... Bayrağı saxlayanlar oturdusa da bayraq dik saxlandı. Adı çəkilənlər içəri girəndə Bəxtiyar müəllimin görünməsi ilə alqış səsləri başlandı. Bu vaxt Tatlıyev mikrofon qarşısında ayaq üstə durmuşdu. Bəxtiyar müəllim də yerinə çatıb oturdu. Camaat isə çəpiyi kəsmədi və ayağa durub onu alqışlamağa başladı. Tatlıyev elə bildi ki, ona əl çalırlar, yaxşı ki, tezliklə səhvini anladı. Bəxtiyar müəllim ayağa qalxıb minnətdarlığını bildirəndən sonra hamı əyləşdi və yığıncaq başlandı. SƏNƏD “Bakıda ikinci nümayiş 16 may 1988-ci ildə olmuşdur... Çənlibel Təşkilatının, şəxsən mənim rəhbərliyim altında onu aşağıdakı cavanlar təşkil etmişlər: Lenin adına neftayırma zavodunun mühəndisi Namiq Qulamov, M.əzizbəyov adına Neft və Kimya İnstitutunun tələbəsi E tibar Sadıqov, Azərbaycan Dövlət Universitetinin tələbəsi Namiq bəy, D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun tələbəsi Cavid Abdullayev, fəhlə Adil Qasımov, Ç.İldırım Politexnik İnstitutunun tələbəsi Təmkin bəy..., mühəndis Xalid əlimuradov və nəhayət, Orxan və Rəfail əliyev qardaşları.

16 may nümayiş-mitinqini Ermənistanda türklərin evlərinin yandırılma-sına e tiraz olaraq təşkil etmişdik“. (Hatəmi Tantəkin. Acı həqiqətlər. - “Milli qurtuluş” qəz., 21 avqust 1993). 16 may 1988. (Ardı) 18.15. S.Tatlıyev: Kimin nə sualı var, desin. Büro üzvləri də MK-da gözləyirlər. Qərar çıxarıb həll edəcəyik. Görün Ermənistanda necə planlı iş aparıblar. (Salonda səs-küy). Belə olsa sizinlə danışığı kəsəcəyik. Neujeli siz başa düşmürsünüz ki, sizin kimi biz də respublikanın qayğısına qalırıqə! Suallar verin, 1 dəqiqədən artıq olmasın. Paşayev İslam (ADU; Qubadlıdan): 1) Niyə Balayan, Ağanbeqyan haqqında heç bir tədbir görülmürə 2) Niyə mətbuat hadisələri birtərəfli işıqlandırırə 3) Müslümzadənin işi həll olundu. Kevorkov isə işə götürülüb. Niyə Kevorkov heç bir cəza almayıbə Qubadlıdan daş qoyun heykəllərini aparıblar. Dedilər ki, başında qızıl var. Tatlıyev: Yoldaş Müslümzadənin işinə plenum baxacaq. Kevorkovun da məsələsinə plenumda baxılacaq. Oğlan (tələbə): Nümayişlərin, mitinqlərin keçirilməsi haqqında fərmanın Dağlıq Qarabağa dəxli yoxdurə Niyə bu haqda bizə mə lumat verilmirə Z.Balayanın “Ocaq” əsəri ingiliscə çıxacaq, onda dünya qarşısında biabır olacağıq. Tatlıyev: Fərmanı Ermənistan da verib. Qadın: Z.Balayan “Mej dvux oqney”,35 Kaputikyan isə …………….... əsərində Kolumbiyada və başqa yerlərdə olan ermənilərdən yazır. ən dəhşətlisi (bizdə) Mərkəzi Komitənin xalqa münasibətidir. S.Tatlıyev e tiraz etdi. Qadın: Mı pozvolyayem.36 Ermənilər Andraniki xalq qəhrəmanı edir, biz sumqayıtlıları “cani” adlandırırıq. Başqa qadın: Mənim evimdə kişi xeylağı yoxdur. Mən bu işlərə biganə qala bilmirəm. On gün idi ki, Stepanakertdə ermənilər tə til edib. amı bilirdi. Gərək onda qarşısı alınaydı. Ermənilər partbileti yandırdılar, bizdə də elə bir kişi çıxaydı. əliyev Mənsur Mahmud oğlu (yazdığını oxudu): -Ermənilər hazırlaşıblar. Bizdə isə heç kəs qabaqcadan hazırlaşma-yıb. Günahkarlar erməni alim və jurnalistləridir. Balayan, Ağanbeqyan, Kaputikyan, Naqapetyan və başqaları Sumqayıt caniləri ilə yanaşı oturma-lıdırlar. Təkər altında ölən azərbaycanlılar üçün kim cavab verəcəkə Ağayeva Güllü (ADU-nun mə zunu): Hamı başa düşür. Nağıl danışmaq yox, tələb etmək lazımdır. Müslümzadə çıxarılırsa Azərbaycanda Bağırov, SSRİ-də Qorbaçov işdən çıxarılmalıdır. Xəlil Rza (18.40): - Səbri daşıb-tökülən, alçaqlığa, gədalığa, zülmə və s. e tiraz edənlərin qüvvəsini görürəm. İki yüz ilə yaxındır ki, Azərbaycanın başı üstündə genosid qırğını, qılıncı asılıb. Xətayi dövründə 2 milyon 800 min kvadrat kilometr sahə idi Azərbaycan. İndi isə 2 milyonu yoxdur. Cənub haqqında şe rləri kitabdan çıxarmaq velikorus şovinizmidir. Azərbaycanın ən yaxşı oğullarını ya pantürkçü, ya da panirançı adlandırıb qırıblar: əli bəy Hüseynzadəni, əhməd bəy Ağaoğlunu. (əli bəyin şe rini söylədi). Fevralın 27-sində Ramiz Mehdiyevə dedim ki, hamımız qətrə-qətrə xəyanət edə-edə xalqı bu vəziyyətə gətirmişik. Eşq olsun o xalqa ki, bizim şe rimizə inanmayıb. Ali Sovetə, Mərkəzi Komitəyə soxulanlar, deputat nişanlarını çirkaba atanlar... (Alqışlar). Bizim davamız yalnız Xankəndi deyil, manqurdçuluqdur. Hamı xəyanət edib. Bağırov dövründə 200 mindən artıq Ermənistandan gələn azərbaycanlılar öldülər. 2 milyon adamdan 750 min adam müharibəyə getdi (200 min getməli idi).

Milli gəlirimizdən xəbərimiz yoxdur. Mətbuatımız azaldılır. SSRİ-də ən kiçik limit Azərbaycanın payınadır. Mətbuatın üstündən senzura götürülsün. Azərbaycan dili fe lən dövlət dili olsun. Azərbaycanca bilməyənlər vəzifəyə qoyulmasın. 140 min erməniyə Dağlıq Qarabağda muxtariyyət verilibsə Gürcüstan və Ermənistan-dakı 100 minlərlə azərbaycanlıya da muxtariyyət verilsin. Hava zəhərlidir, radiasiya içindəyik. Radiasiyaya son qoyulsun. Sərhəd rayonlarına gedib-gəlmək sərbəstləşsin. Ermənistandan qovulan azərbaycanlıların əzabına Mərkəzi Komitə, Ali Sovet son qoysun. Qoymasa biz darmadağın edəcəyik. Azərbaycan xalqı, ayın 25-inə kimi (tələb edirik) bu işlərə son qoyulmasa, ayağa qalxacağıq. 18 may saat 10-da hamı gəlməlidir. Siyasi Büro üzvlərindən biri gəlməyincə nümayiş edəcəyik. 18.58-də gəldilər: Eldar Salayev, Püstə əzizbəyovə, Aslan Aslanov, Qəraş Mədətov, Nəriman Quluyev, Fuad Həsənov və başqaları. Nəbiyev Yaşar (hüquqçu): Dağlıq Qarabağ Muxtar Vilayəti sözündən “Dağlıq” sözü götürülsün. Ermənistandan qovulanlar Qarabağda yerləşdiril-sin. Gürcüstandakı azərbaycanlılara muxtariyyət verilsin. Ermənistanlı qadın (Qazax rayonunun Eynallı kəndindən): Qəhrəman anayam. Ana kimi xahiş edirəm ki, ananı bir yana, balanı bir yana aparan kimi Qarabağı ermənilərə vermək biabırçılıqdır. 19.04. Abbas Abdulla: Azərbaycan xalqı son 30-40 ildə bir sıra imtahanlar qarşısında qalıb. Bu gün də imtahan qarşısındayıq. Biz gedib Borçalıdakı, Ermənistandakı azərbaycanlıları orada qorumalıyıq. Mən Ali Sovetdən xahiş edirəm: yarananda muxtar vilayət olmayıb. Bu, aydınlaşdırılsın. 1819 - 1879-acan Azərbaycana bir milyon 300 min erməni köçürülüb. Mətbuata düşsün. Beynəlmiləlçilik adı altında kosmopolitizmə yol verdilər. Kirovun adına 300 yer var, 3 Şaumyan rayonu var - azaldılsın. Qax və Şəkidə Stali-nin 3 heykəli var. Bizim Dağlıq Qarabağın katibi Poğosov 1 mayda çıxış edib deyib ki, mən sizi əmin edirəm ki, Ermənistana birləşmək arzunuz həyata keçəcək. Növbəti plenumda Müslümzadə ilə yanaşı Poğosovun da məsələsi müzakirə olunsun. Babək Məmmədov: 1) Ermənistandakı azərbaycanlılara verilən əzablara, evlərinin yandırılmasına, terrora son qoyulsun (Sov.İKP MK-dan tələb). 2) Dağlıq Qarabağ azərbaycanlılarına əzab verilməsinə son qoyulsun. 3) Bir Siyasi Büro üzvü (yaxşı olar ki, Liqaçov) Bakıya gəlsin. 4) Dağlıq Qarabağdakı respublika rəhbərliyinin itirilmiş nüfuzu bərpa edilsin. İlqar (rusca oxuyanda səs ucaldı. Qabaqca üzr istədi): ………………….. 2) Dağlıq Qarabağdakı ekstremistləri dağıtmaq üçün səlahiyyət verilsin. Stepanakertdə yaşayan azərbaycanlı incəsənət işçisi Dostuyev Məhəmməd: “Krunk” cəmiyyəti açıq-açığına işləyir, DTK göz yumur, azərbay-canlılar işləyən dəzgahların üstünə Ermənistanın bayrağını qoyurlar. Azərbaycanlılar işləyən (20-dən artıq) sexləri bağlayırlar. Stepanakertdə azərbaycanlıları incidirlər. Biz də onların siyasəti ilə işləməliyik. 206 nəfər azərbaycanlı, 95 erməni zibilxanada işləyir. Niyə maraq-lanmırlar ki, tə yinatla ora gedənlər niyə qayıdırlarə Bizi (azərbaycanlıları) qanunsuz saxlayırlar. İgid oğullarsınızsa gedək mənimlə, yaşayın orada. Başımın altında balta qoyub yatıram. Niyəə Azərbaycan televiziyasının redaktoru: Telman Orucov yoldaşı Qarabağdan qovmuşdular. Biz alimi yetişdiririk, sonra məhv edirik. 19.32. Püstə əzizbəyova: Mən həyəcanlıyam. Düzdür, Ağdamda nara-hatlıq var. Oğlum dedi ki, Murtuzayev elə təşkil edib ki, cavanlar sakitləşib. Torpağı vermək olmaz. Moskvada erməni yoldaşlarla mübahisə etdik (mən, yazıçı M.İbrahimov, Təl ət Qasımov). Dedilər ki, 4 min kv. km sahəni verməklə heç nə olmaz. Mən dedim ki, üç oğlumu verərəm, özümü alın, ancaq torpağı vermərik. 1921-inci il 4 iyulda Kavbüroda səsqoyma olub, 4 nəfər lehinə, 3 nəfər əleyhinə səs verib ki, Dağlıq Qarabağ Ermənistana verilsin. Ayın 5-ində Kavbüronun iclasında Nərimanovun rə yi oxunur. Burada isə DQ yekdilliklə Azərbaycanda qaldı. 1918 - 20-də guya müsavatçılar erməniləri qırıb. Yanlışdır.

Mənə dedilər ki, Məşədi bəyin Ermənistanda heykəlini yıxıblar. Dəmirçiyandan soruşdum. əzizbəyov kolxozunu Sayat-Nova kolxozu ediblər. Gəlin bu dərdlərə çarə qılaq. Hamımız danışaq. Ortada nə varə Tələb: DQMV Azərbaycanın torpağı olub və olaraq qalacaq. MT-da çıxışımdan sonra mənə məktublar gəlib - 99%-i təhqirdir. əzizbəyovlar tayfasından bir kişi öz evində can verməyib. Oğlanlarım da əsgərdir. Hamınızı təmkinli olmağa çağırıram. Hatəmi Tantəkin (Nizami muzeyi): -Aşağıdan atılan məktublara əsasən tələblər: Sumqayıtda tutulanlar buraxılsın. Rektorlar niyə qapıları bağlayırə37 3. Erməni şəxslərlə bağlı yerlərin, küçələrin adları dəyişdirilsin. 4. Kəndlərimizin adı qaytarılsın. 5. Arvadı erməni olan rəhbər işçilər işdən götürülsün. (Gurultulu alqışlar). 6. Ermənilərin (Şaumyanın) heykəli götürülsün. İndi isə öz tələblərim. Bizim bütün tariximiz saxtalaşdırılıb. DQ-dakı bütün kurqanlar türk kurqanlarıdır. Salayev38 söz verib, ancaq inanmıram, çünki Tarix İnstitutumuzun direktoru İqrar əliyevdir. Azərbaycan dilinin pozulması Konstitusiyaya hörmətsizlikdir. Bağdakı abidə Nizamiyə böhtandır. Bir var ki, gəlini kəbinlə aparasan, bir də var ki, götürüb qaçasan. Ermənilər Qarabağı götürüb qaçırlar. əldən verməməliyik. “Qnçak” Türkiyədən torpaq istəyirdi, “Daşnak” isə Rusiyada Ermənis-tan qurmaq istəyirdi; onlar qalib gəldi. Oğlan:39 4 ay davam edən hadisələr bizim Mərkəzi Komitənin ideoloji şö”bəsinin dişsizliyindəndir. Siz Balayanın kitabı çıxanda dediniz ki, tədbir görəcəyik. Nə tədbir gördünüzə H.Borovik “Pozisiya” verilişini çəkəndə sizinlə görüşməyibə R.Mehdiyev: Yox! Oğlan: Deməli, sizin nüfuzunuz yoxdur. Cavab verəydiniz. Özünüz ba-carmırsınız, bacarıqlı jurnalistlərimiz var, onlara yazdıraydınız. (Sürəkli alqışlar). Bahar bayramını niyə keçirmirikə Şıxəli Qurbanovu fiziki öldürdülər, Müslümzadəni mə nəvi. (Alqışlar). B.Vahabzadə (20.03): Bu gün büro olacaq. Burada deyilənlər orada müzakirə ediləcək. Xəlil, qəzəbli baş lazım deyil bizə. Milləti qırğına vermək olmaz. (Xəlil Rza ilə mübahisəsi düşdü). Novruz bayramını Cəfər Cəfərov dayandırmadı. Cəbhə yaratmayaq. əsəbiləşib əsədovun yanına gəldim. Mənə çoxlu sənəd göstərdi. Moskvaya çox müraciət ediblər. Ancaq birini bilirsiniz, birini yox, ürəyi çox açmaq olmur. Burda deyilərin 70 faizindən çoxu ilə razıyıq. Gürcüləri özümüzə düşmən edəkə Bu Borçalı muxtariyyəti məsələsi nədirə Dərbənd məsələsi... Meydanda tək qalaqmıə Emosiyaları cilovlayaq. Siz bayıra çıxanda emosiya ilə danışsanız axşam bizi nə gözləyirə Sumqayıt baş versinə Yenə balalar tankın altında qalsınə Mənsur: Torpaq alanın torpağını almalı, cəza verənə cəza verilməlidir. Yaşasın azadlıq! Bir kişi qərar layihəsi oxudu: - Küçə adları (Avakyan, Şaumyan və başqa -yan lar) dəyişdirilsin. Krunk “Komitet revolöüionnoqo upravleniə Naqornoqo Karabaxa”40 deməkdir. Ağamalı Sadiq (“Ulduz” jurnalının işçisi): - Ermənistandakı azərbaycanlılara maddi yardım göstərək. Ermənistandan gələn oğlan: Ayın 2-sindən dərdimizi Bakıda MK-ya demişik (200-dən çox adam). Dedilər tədbir görəcəyik. Ancaq heç nə yoxdur indiyədək. Kim tədbir görəcəkə Qaradağ rayonundan bir nənə: Səbrli olun, ayıq olun. Püstə əzizbəyova: İçinizdən 11 nəfərlik komissiya yaradılsın. Onlar təklifləri işləyib hazırlasın. Nurəddin Quluyev (artist): Proqram qəbul edilsin.: 1. Ermənistanda yaşayan azərbaycanlıların bugünü və taleyi. 2. Gürcüstandakı azərbaycanlıların taleyi. 3. Qarabağ məsələsi bütün ali məclislərdə Azərbaycanın xeyrinə həll edilsin.

4. Mərkəzi mətbuatda jurnalistlərə yer verilsin. 5.Azərbaycanın birləşməsi məsələsi gözdən keçirilsin. - Azərbaycan dili Xətayi dövründəki kimi dövlət dili olsun. - Ağanbeqyanın “Humanite”dəki çıxışı dövlətə xəyanət kimi qiymət-ləndirilsin. - Siyasi Büroya tələblərimiz çatdırılsın. 20.30-da camaat ayağa durdu. 20.33. D.Gədəbəyli: Onlar (ermənilər - ə.T.) kimi ağıllı olun. Heç yerdə iz qoymurlar. Ağıllı millətlər həmişə qalib gəlir. Siz Bəxtiyar müəllimə söz qaytarırsınız. Biz sizə inana bilərikmiə 20.37 İlyas İsmayılov (prokuror): Ağıllı söz emosiya ilə deyiləndə eybəcər hala düşür. Bugünkü yığıncağımız qanunsuzdur. Niyə elə düşünürsünüz ki, respublika rəhbərləri Qarabağın vəziyyə-tini düşünmürlərə Qarabağda kütləvi işdənçıxarma olub. İndi istintaq gedir. Gərək bir-birimizə hörmət edək. Xeyri şərdən seçə bilmiriksə işimiz uğurlu olmaz. Qadın ona sual verdi: DQ-da işə çıxmayanlara qarşı nə tədbir görülübə Cavab: Cinayət tərkibi yoxdur, işdən çıxara bilərlər... Qızın sualı: Niyə Tanzaniyada daxma uçanda xəbərimiz olur, Sumqayıtdan xəbərimiz yoxdurə Cavab: Düz deyirsiniz. 20.51. Tofiq Bayram: Biz haqqımızı tələb edirik. Rəhbərlərdən tə minat alaq: DQ-da anarxiyaya son qoyulacaqmı, Ermənistandakı azərbaycan-lıların taleyinə qayğı göstəriləcəkmiə 20.56. S.Tatlıyev: Çoxlu təkliflər oldu. Gecə səhərə kimi işləyəcəyik. Sizin təklifləriniz bu gecə Moskvaya çatdırılacaq. Bəxtiyar müəllim getdi, niyəə Hamımız bir nöqtəyə vurmalıyıq. 20.59. Hamı dağılışmağa başladı. 21.22-də camaat Ali Sovetin qarşısından dağıldı. Saat 21.49. N.Nərimanov prospektində provokasiya. Ayın 17-sində televiziyada “Publisist” studiyası: S.Tatlıyev, R.Mehdiyev, İ.İsmayılov, Anar, F.Köçərli, İlqar Qasımov. Ayın 18-ində həmin verilişin təkrarı oldu. 1988, mayın 19-undan 20-sinə keçən gecə, saat 4.10-9.21. 18 MAY 1988. Lenin meydanı. Mitinq. Şüarlar: "Tələblərimiz həyata keçirilsin!". "Ucalsın elin səsi, Qarabağın şikəstəsi!". "Dağlıq Qarabağ azərbaycanlıları azadlıq istəyir!". "Doloy "KRUNK"!". "Koroğlu qeyrətli, Babək hünərli yaşa, yaşa , Azərbaycan!". "Biz millətçi deyilik, beynəlmiləlçiyik!". "Ne dadim toptat sovetskie zakonı i konstitutsiyu!". "Şuşa - tsentr Karabaxa!". "Prekratit izdevatelhetva nad azerbaycaskim narodom!" "Yaşa Azərbaycan". "Xankəndi". "Karabax bıl, yest i budet naşim!" "Mixail Serqeeviç! Ostainovite massovıy şovinistiçeskiy psixoz v NKAO!." "SSRİ vahid dövlətdir, onu parçalamağa yol vermərik! ". 100-dək artıq şüar var. O sıradan bunlar da: " Azərbaycan abidələrini qoruyaq!". "Azərbaycan dili dövlət dili olmalıdır!". "Boykot TV peredaçe "Pozitsiya!" "NKAO - neotdelimaya çast Azerbaycana!". "Yaşasın Lenin milli siyasəti!". "Erməni şovinizminə, onun tərəfdarlarına ölum!". "Prekratith antityurkskuyu politiku!". "Polojit konets besçinstvam v Erevane!". "Aqambeqyanları, Balayanları. Muradyaiları Sumqayıtda gedən məhkəmənin müttəhimlər kürsüsünə!".

"Ermənistanda yaşayan 200 min azərbaycanlıya muxtariyyət!". "Səbrimiz tükənib!". "Mı za reşenie Politbüro KPSS !". "Prizıvaem prekratitv demaqoqiyu vokruq NKAO ". "Dosta - dost, düşmənə - düşmən!". "Qarabağdan əl çəkin". "Torpaqdan pay olmaz!". "Şuşa Qarabağın mərkəzidir!". "Yaşasın qədim Xankəndi!". “Dağliq Qarabağ bir vilayət kimi ləğv edilsin! ". "Aqanbeqyana - na skamyu podsudimıx!". "Za 70 let v Armenii bılo pereimenovano svışe 300 azerbaycanskix qeoqrafiçeskix nazvaniy!. "Vosstanovit sovetskuyu vlasth v Karabaxe!. "Natsistskomu kursu Balayana - net!". "Vernite Nizami rodinu k 850-letiyu GƏNCİ!". "Millətçiliyə ar olsun!". "Vremya" - pokaji nas, "Pravda" - pişi o nas ", Saat 9.42-də meydana, 10.14-də tribunaya çatdıq. Əzizə Cəfərzadə sakitliyə çağırdı. Sonra Mənsur danışdı erməni millətçilərindən. 10.20. Tofiq Bayram: Bu nümayişimizlə Azərbaycan xalqının birliyini, gücünü nümayiş etdirməyə yığışmışıq. Azərbaycana dair şerini oxudu. 10.24-də helikopter (vertalyot) uçdu. Dənizin üstündə dövrə vurub yenə gəldi. Saat 10.25-də ən azı 50 min adam var. 10.29. Ədilə Namazova (akademik): Azərbaycan xalqı mərd xalqdır. Biz sizinlə həmfikirik. Çox ağıllı, çox inadkarlılıqla hərəkət etməliyik. Qarabağ bizimdir, onu heç kəsə verməyəçəyik! Torpaq hissi, vətən hissi, ana sevgisi çox yüksəkdir. Yaşasın bizim Azərbaycan torpağı! 10.31-də Heydər Əliyevin və Leninin portretləri göründü. 10.32-də yenə helikopter (vertolyot) gəldi. 10.33. Bəxtiyar müəllim gələcək. Hələlik isə şair Qabil danışır. (Nüsrət Kəsəmənli aparır yığıncağı). Azərbaycan xalqı ağıllı və döyüşkən xalqdır. 10.35-də yeni bir güclü axın gəldi (soldan). 10.36. N.Kəsəmənli mitinqin tələblərini oxudu: 1. Mətbuatda ünvanımıza yağdırılan böhtanlara son qoyulsun. 2. Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilsin. 3.Göyçə, Gorus, Masis azərbaycanlılarına dəyən zərər ödənilməlidir. 4. Vazgen, Aqanbeqyan, Balayan və başqa ekstremistlər cəzalandırılmalı və bu haqda məlumat verilməlidir. 5. Balayanın "Oçaq” kitabı... 6 ................................. 7. Ermənistanda dəyişdirilən Azərbaycan adları özünə qaytarılsın, SSRİ Ali Sovetinin fərmanı ilə təsdiq edilsin. 8. Stepanakert və Sumqayıtdakı məhkəmə prosesi əsassız sayılsın. (Gurultulu, sürəkli alqışlar). 9. Peşkəş edilmiş torpaqlar geri qaytarılmalıdır. Gəliri Azərbaycan xalqına verilsin. 10. Borovik üzr istəsin. 11. Kevorkov məhkəmə məsuliyyətinə çəlb edilsin. 13. "Krunk"la elaqəyə son qoyulsun! 10.42. Məmməd İsmayıl: Srağagün Ali Sovetə tələblər vermisiniz. Biz onlara əməli cavab gözləyirik. Ermənistanda və başqa yerlərdə azərbaycanlıların taleyi bizə əzizdir. Bağırov Moskvaya gedib. Məsələlərdən biri Ermənistandakı azərbaycanlılara muxtariyyət verilməsidir. Bakıdakı küçələrə layiqli adlar qoyulmalıdır - Elmlər Akademiyasında bununla bağlı komissiya yaradılıb. Biz tələb edirik, "Kommunist" qəzetinin mövqeyini tənqid edirik.

10.46-da sağdan çox böyük izdiham gəlib qoşuldu. Məmməd İsmayıl: Eşq olsun bu birliyə! 10.47. Prof. Nurəddin Rzayev: Azərbaycan xalqının sabahı olan gənclərimiz! Biz intizamlı olmalıyıq. Çünki Sumqayıtda da nümayişdən sonra hadisələr baş verdi. (10.49-da yenə helikopter (vertolyot). 10.50-də Bəxtiyarı gəclər çiyinlərində izdihamdan keçirib gətirdilər (çox böyük coşqunluq vardı). 10.51-də: "Bəxtiyar müəllim mikrofon qarşısındadır!".(Sürəkli alqışlar, "Bəx-ti-yar!"). Bəxtiyar: Mən sizin hamınızı öpürəm. Sevinirəm ki, mənim millətim haqqı uğrunda mübarizə apara bilir. Ancaq xahişim budur ki, özümüzü xalqımızın adına layiq aparaq. Bağırov yoldaş Moskvadadır. Tələblərimiz 70-80% ödəniləcək. Son dərəcə xahiş edirəm: qeyri millətlərin başından bir tük də əskik olmamalıdır. 10.54. Tağı Xalisbəyli: Azərbaycan xalqının monolit birliyinə sşq olsun! Bu birliyi biz yaratmışıq. Var olsun bu birlik! Azərbaycan gənclərinin müraciətini oxuyuram. 200 ilə yaxındır Azərbaycanın şimalını cənubuna həsrət qoyublar. Unutmayın ki, aramızda qızışdırıcılar var, sakit olun. Yaşasın Azərbaycan xalqının monolit birliyi! Azərbaycan türklərinə eşq olsun! Rədd olsun daşnak partiyası! Balayan, Dəmirçiyan, Ağanbeqyan və başqaları cəzalandırılmalıdır. 10.59. Nüsrət Kəsəmənli: Biz heç bir millətçi iş görmürük. Xankəndindən gələn Əhmədov: Əziz balalar, müdrik atalar, sevimli analar, bacılar! Sizə Qarabağdan salam gətirmişəm! Sizin hər bir hərəkətiniz orada bizə baha başa gələ bilər. Azərbaycan xalqı qəhrəman xalqdır. Stepanakertin yaxınlığındakı Kərkicahan kəndi Xankəndi olsun. (Etirazlar). (11.03-də yeni bir böyük dəstə sağdan gəlib qoşuldu). "Krunk" məhv olmalıdır. Yaşasın Azərbaycan xalqının birliyi! 11.04. N.Kəsəmənli: Bu mitinqdə başqa yerlərdən də gələn var. Cənubdan olan Ədaləti Babək (həkim): Yoldaşlar! Sizə Cənubi Azərbaycan xalqından salam gətirmişəm. (Xalq: "Təb-riz", "Təb-riz!"). Əsl azərbaycanlısınızsa erməni millətçiləri qarşısında öz təmkininizi göstərin. Ağsaqqallarımıza eşq olsun! Sizinlə ölümə də getməyə hazıram! ("Təb-riz", "Təb-riz!"). Erməni daşnakları kimi özünüzü aparmayın. Deyirik, yoldaş Bağırov, Seyidov, Tatlıyev, Həsənov, xalq sizinlədir, siz də xalqla olun! (Alqışlar). *** 11.09. Elan. Dəmirdəkilər yanaş-yavaş düşsünlər. Birinə bir iş olsa rəng verərlər. 11.10. Yeni bir dəstə (az) qoşuldu. Şuşadan Rəfiqə Yusifova: Qeyrətinizə qurban olum! Şuşadan ətirli salam gətirmişəm! Dağlıq Qarabağın bütün abı-havası buradadır. Xahişim var: ayın 14-15-ndə Şuşada nümayiş edib öz torpağımızı tələb edib, müraciət etdik. Şuşada 3 ayda bir hadisə olmadı. Ona görə elə edin ki, dilimiz gödək olmasın bu gün. Şər mədəniyyətini qoruyaq. 1. Rədd olsun xalqlar arasında nifaq salan ekstremistlər! 2. Dağlıq Qarabağın muxtariyyəti ləğv edilsin! (Alqışlar). 11.16. Zakir Fəxri: Biz Azərbaycan TV-nin dünənki verilişini alqışlayırıq. Azərbaycan Kommunist Partyası rəhbərliyinin fəaliyyətini alqışlayırıq! 11.17. Əhmədov: İntizamınız qarşısında baş əyirəm. Siz Babəkin övladlarımız. Azərbaycan müharibədə neftin 95% verirdi. Biz tələb edirik: millətçilər cəzalandırılmalıdır. 11.22. Şuşadan gələn Xavər Qasımova: Şuşadan sizə salam gətirmişəm. İndiyədək olduğunuz kimi, indidə belə təmkinli olun. Xahiş və tələblərimiz budur ki xalqları bir-birinə savaşdıranlar cəzalandırılsın! Yaşasın Qarabağ!

Sov. İKP-nin qərarı Ermənistandakı azərbaycanlılara da şamil edilsin Azərbaycanda nə qədər erməni rəhbər varsa Ermənistanda da o qədər azərbaycanlı rəhbər işçi olmalıdır. 11.06. Şahmar Əkbərzadə (fit səsləri ucaldı nəüçünsə): - Mən sizin monolit birliyinizi öpürəm! Unutmayın ki, siz Babəkin ruhu ilə bura yığışmısınız. Sumbatlara ar olsun! Sumbatlar iradəmizi qıra bilməz. Biz Üzeyir bəyin yurduna yadları qoymamalıyıq. Biz Dağlıq Qarabağda işdən çıxarılmış azərbaycanlıları sizin gücünüzə geri qaytaracağıq. Zori Balayanları cəzalandıracağıq. SSRİ birliyinə yad toxumlar səpən şərəfsizlərə ar olsun! (11.31 Yeni bir böyük dəstə sağdan birləşdi) Yaşasın vahid Azərbaycan! 11.32. Bir qadın: Mən vətən müharibəsi iştirakçısıyam. Əslim Şuşa qalasındadır. Vaqifin, Üzeyir bəyin yurdu özümüzündür. Zeynəb Xanlarova: Əzizlərim! Mən öyrənmişəm mikrofon qarşısında oxumağa. Bu xalqla mikrofon da olacaq, mahnı da olacaq Mən Qarabağla bağlı yeni mahnılar oxuyacağam. Bu yaxınlarda ABŞ-dan gəlmişəm. Oradakı azərbaycanlılar sizə salam yetiriblər. Deyiblər ki, siz orada möhkəm durun, burada biz də canla başla hazırıq. (Oxudu) Bir qonaq gəl bizlərə Qarabağın maralı Azərbaycan maralı 11.38. Raykom Xəlil Xəlilov: 16-sında nümayişdəki tələblərimizə baxılıb. Bağirov yoldaş onlarla bağlı Moskvaya gedib. Tələblərinizin hamısına baxılacaq! Xahiş edirəm ki, buradan dağılışanda hamı iş yerinə sakitliklə getsin. (Fit). Mən demirəm ki, gedin. Deyirəm ki, gedəndə intizamlı olun. Sumqayıtdakı hadisələrdən nəticə çıxarmalıyıq. 11.42. Şair katib (?): Niyə partbilet yandıran (ermənilər) cəzalandırılmır? 11.43. Aydın Məmmədov (alim): Bu gün biz birliyimizi göstərməyə gəlmişik. Heç kəsin torpağını istəmirik. Başqasının ocağını uçurub, özümüzə ocaq düzəltmirik. Hər bir xalq öz babalarına uyğun yaşamalıdır. Bugünkü birlik təsadüfi yaranmayıb. Siz bizi bütün dünyada təmsil etməlisiniz. Sizin simanızda xalqımıza eşq olsun! 11.47. Ermənistanın Kalinin rayonundan Əhliman Gülməmmədov: Yaşasın Ermənistanda yaşayan azərbaycanlılar! Biz partiya rəhbərlərimizin dalında durmuşuq. "Cəlaloqlu" "Stepanavan" olub. Ermənistandakı azərbaycanlılara muxtariyyət verilməlidir! Sağ olun! Sağ olun! 11.48. Həsən Turabov: Bu gün Azərbaycan xalqının bayramıdır. Azərbaycan xalqının birlik bayramıdır. Dram teatrı artistləri də sizin qarşınızdadır. Ancaq çox intizamlı olmalıyıq. Hərcmərcliyə yol verə bilmərik! Yaşasın Azərbaycan torpağı! (11.51-də sağdan çox böyük izdiham gəlib qoşuldu.) 11.52. Süleyman Tatlıyev. (Fitlər). - Əziz həmyerlilərim. Srağagün bu meydanda, Ali Sovetdə olarkən tələblər irəli sürüddü. Bu gün də lazımi məsələlər irəli sürüldü. Bu məsələlər Sov.İKP MK-da, bizdə həll olunur. Sizi əmin edirəm ki, bizi Qarabağdakı hadisələr narahat edir. Ermənistanda baş verən hadisələrə gəlincə Azərbaycan xalqına qarşı olan bütün hörmətsizliklər bizə məlumdur. SSRİ prokurorluğu iş aparır. 11.56. Tələbə Nüşabə Hacıyeva: Biz buraya tələblərimizi irəli sürməyə gəlmişik. Tələblərimizə cavab eşitmək istəyirik, onlar ödənilməyincə buradan getməyəcəyik. 11.59. Bütün kütlə: "Bəx-ti-yar!". Bəxtiyar: Mənim övladlarım! Mənim balalarım! Sizin istər srağagünkü, istər bugünkü tələblərinizi Razumovskinin müavini Savçenko Moskvaya çatdıracaq. Gəlin əməyimizi puça verməyək. Əziz övladlarım. Mədəni xalqıq. Mədəniyyətimizi saxlayaq. Bu, kifayətdir. 40 illik yaradıcılığımda mənə qarşı olan hücumlara baxmayaraq Azərbaycana aid yazmışam, yenə yazacağam. 12.03. Gədəbəydən gələn 96 yaşlı kişi: Siz salamat alasınız. Sizin qırılmamağınızı arzu edirəm. 12.05. Ermənistandan deputat Xuraman Əkbərova (Səslər: "Lazım deyil!"):

- Mənim doğma xalqım, millətim! Məni eşidin. Moskvaya getmək istəyirdim. Siz də çox saq olun ki, halımıza belə yanırsınız. Dağlıq Qarabağdakı hadisələrdən sonra mayın 11-indəki hadisədən yəqin hamınızın xəbəri var. Ölüm hadisəsi olmayıb - evlar yanıb. Elə etməyin ki, xalqımızın adı pis çıxsın. "Gunəş" komitəsindən salam gətirmişəm. Tələblərimizi Moskvaya aparıram. Bunlardır: 1. Ermənistandakı 200 minlik azərbaycanlılara muxtariyyət verilsin. 2. Kənd və rayonlarımızın keçmiş adları qaytarılsın. 3. Millətçilər ifşa olunsun! 12.11-də izdihamdan bir oğlan çiyin üstündə söz istədi. İzdiham tələb etdi ki, ona söz verilsin. İğtişaş düşdü (bir neçə dəqiqəlik). Tələbə Xuramanı istəyir. 12.28. Bir qadın tələblər irəli sürdü: - Müslümzadə işə qaytarılmalıdır. - Ermənistandakı azərbaycanlılara azadlıq verilməlidir. Mənim iki oğlum var, onları bu xalqın yolunda qurban verərəm. Yaşasın Azərbaycan! 12.34. Kütlə: "Bəx-ti-yar!". Bəxtiyar: Əziz övladlarım, mənə qulaq asın. Elə etməyin ki, bu gözəl işimiz peşmançılıqla qurtarsın. Bu torbanın içində sizin tələbləriniz var, onlarla tanış oldum. Onlara əməl olunacaq. Biz vahid bir mərkəz yaradacağıq. Hemən mərkəzin başında mən duracağam. (Kütlə: "Bəx-tiyar!"). Sizin tələblərinizi yerinə yetirməyə çalışaçağıq. Kevorkov kimi alçaqlar xalqın arasına nifaq saldılar. Ağanbeqyanlara, Balayanlara cavab yazmışıq, yenə yazaçağıq. Mən 40 ildir ki, Azərbaycan dilinin dövlət dili olmasına çalışmışam, yenə çalışacağam. 12.39. Dəmir Gədəbəyli: And için! And için! Aid için! Azərbaycan xalqının torpağını, qeyrətini heç kəsə verməyəcəyik! El bilir ki, sən mənimsən. Yurdum. yuvam, məskənimsən! (Bu bəndi sonadək, 2 dəfə təkrar edir). (Sürəkli alqışlar). Ağıllı sözü qışqıra-qışqıra deməzlər. (Şer söylədi). Gunəş altda qızmış başlar məni eşitsin: Azərbaycan xalqı bu gün yaranışını sübut etdi. Aranızdakı provokatorlardan uzaq olun. Bununla da izdihamımızı qurtaraq. 12.43. Qadın: Mənim mükafatım sizin namusunuz, qeyrətinizdir. Soruşurlar ki, mən harada yaşayıram? Mən Azərbaycanda yaşayıram. Mən sizəm. Bizə uçuz elüm yaraşmaz. Biz ermənilər kimi özümüzü pula satmırıq. Türklər bizim qan qardaşlarımız! Yaşasın müsəlmanlar! 12.47. Qadın danışmaq istədi. 12.49. Nurəddin Quliyev (artist): Siz kiməsə inanmalısınız. Sakit olun. Heç kəs sizin qeyrətinizə şübhə etmir. Ancaq elə etməyin ki, xalqımızın adı tarixə ləkəli düşsün. Bu cür hay-küylə heç nə etmək olmaz, heç kəs torpağınızı almır və ala da bilməz. Həqiqi kişiyiksə kişiliyimizi qoruyub saxlamalıyıq. 12.54. Qadın: Xahiş edirəm Koroğluya, Babəkə ləkə gətirməyək. Narahat olmayın. Qadınlar dalınızda dayanıb. (Guya Könül adlı bu qadın özünü azərbaycanlı kimi qələmə verən erməni idi; onu sonra ifşa etdilər - adı Rita imiş – Ə.T.) 12.55. Nurəddin: Siz düşmənlərimizin əlinə fürsət verməyin. Bu boyda iş görmüsünüz, onu bir qısa anda məhv edə bilərsiniz. 13.10-da yavaş-yavaş dağılmağa başladı izdiham. 14.31-də Cümşüd Nuruyevlə meydandan çıxdım. Meydanda 1000-dən artıq adam qaldı. Bütünlükdə 800 mindən artıq adam var. Bu, indiyədək olmayan bir hadisə - bütün millətin birliyinin yarandığı ilk böyük, əzəmətli çıxışdır. 18 MAY 1988. (Ardı) 16.44. Mərkəzi Komitənin qarşısında nümayiş (1-2 min iştirakçı). 16.50-də dağılışdı. Dağlılar çox idi - Müslümzadənin adamları. Gündüz saat 12-də Lenin meydanında aranı qatmaq istəyən bir qədeş: Oğraşlardır ermənilər, onları doğramaq gərəkdir. Hökumət evinin alınmasını təklif edənlər də vardı.

Gecə televiziya ilə mitinqi göstərdilər. *** Həmişə olduğu kimi bu gecə də "Kommunist" nəşriyyatına gedib qəzetlərin sabahkı nömrələrini götürdüm ki, gətirib yataqxanada uşaqlara paylayım. (Yataqxanamızın sakinləri zarafatla deyirlər ki, sən bizi qəzetləri bir gün qabağdan oxumağa vərdiş etdirmisən). Nə isə, sabahkı "Molodyoj Azerbaydjana"nın başı bəlalı oldu. Belə ki, qözetin 58-inci (10426-cı) nömrəsində 1-inci səhifədə "Azərinformun məlumatı" dərc edildikdən sonra bütün tiraj yığışdırılıb məhv edildi. Uşaqlar həmin nəşrdən məna 5-6 nüsxə tapıb verdilər. Gecə evdə bu variantla həmin məlumatın yeni variantını müqayisə etdim. Birincisi, məlumat çox qısaldılıb; başlığı 4 sütun boyunca böyüdüblər, "Yeni xətt " adlı məlumat da əlavə olunub - ixtisarın yerini doldurmaq üçün. İkincisi isə, ilk variantda Bakıda ayın həm 16-sı, həm də 18-ində mitinqlər keçirilməsi göstərilsə də yeni nəşrdə yalnız 18-i saxlanılıb. Mitinqlərin çoxminli alması, onları gənclərin, tələbələrin, ziyalı nümayəndələrinin və əmək kollektivlərinin keçirməsi mətndən çıxarılıb. Üçüncüsü, Ermənistan SSR-nn Ararat rayonunun bir sıra yaşayış məntəqələrində yerli əhali arasında toqquşmalar baş verməsi haqqında (mayın 11-ində) məlumat bütünlüklə götürülüb. Məlumatın sonundakı "Qəbul edilən qərarlar haqqında ictimaiyyətə vaxtaşırı məlumat veriləcək" cümləsi də atılıb. Azərinformun bu məlumatını başqa qəzetlər dərc etməyib. "Molodyojka"nın bu nömrəsində 1-inci səhifənin ətəyində Nəcəf Adiloğlunun "Mı v otvete za çesth naroda" ("Xalqın şərəfinə görə cavabdehik") adlı çox dəyərli məqaləsi də verilib. 21 MAY 1988. Bu gün Azərbaycan KP MK-nın plenumu oldu. Plenum "səhhətinə gərə pensiyaya çıxması ilə əlaqədar olaraq" K.M.Bağırovu birinci katiblikdən azad edib onun yerinə Ə.X.Vəzirovu qoydu. Plenumda Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sov.İKP MK katibi Y. K. Liqaçov və eyni vəzifəli K.P.Razumovski iştirak etmişlər. 9 İYUN 1988. Lenin meydanı. Mitinq. Saat 10.15-də gəldik. Kürsüdə: T.Orucov, S.Rüstamxanlı, S.Ələkbərov, N.Fətəliyev, Tağı Xalisbəyli, R.Behrudi, Hatəmi, Xəlil Rza, Şirməmməd Hüseynov, Elçin, Aydın Məmmədov, Əfrand Daşdəmirov, Rafiq Zeynalov. Şüarlar: "Azərbaycan dili dövlət dili elan edilməlidir" . "3000 evsiz faciədir" (2 yerdə). "Molçanie – eto traqediya". (Susmaq faciədir). "Ermənistandakı azərbaycanlıların təqib olunmasına son qoyulsun". 25-30 min adam var. Saat 10.55-də mikrofon quruldu. Şəhərin havası hislidir (zavod hisi). 7-8 min adam (sonra 25-30 min). Ermənistandan gələnlər var. Söhbətimiz oldu. Fuad Həsənov bizi gördü, dedi ki, sirk vermirlər ki, dağılın gedin! Camaat 3 dəfə oturdu (oturaq tətil). Əsgərlər və milislər meydanı əhatə etmişlər. Saat 11.10. Aydın Məmmədov təbrik etdi yığışmaq münasibətilə: - Biz ağıllı olmuşuq. 11.12. Nemət (fəhlə): Biz tələblərimizi hissə qapılmadan irəli sürək. Xalqı qırğına apara bilmərik. Ermənistandan gələnlərin bəzisi yerləşdirilsin, qalanların hamısı yerinə qaytarılsın. (Şer söylədi uzun-uzadı). (hay-küy). "Millət yoludur. Haqq yoludur tutduğumuz yol... ". 11.18. Aydın: Məgər biz bilmirik ki, torpağımıza qəsd olunur? Nəhayət, ağıllı olmaq vaxtıdır. 11.19. Şirməmməd Hüseynov: Azərbaycan Kommumist Partiyası Mərkəzi Komitəsinin I katibi Bağırov da, Arutyunyan da Moskvadadır, Poqosyanı da ora çağırıblar.

Gəlin bura yığılanlar adından Sov.İKP-yə müraciət edək ki, bizi Ermənistandakı azərbaycanlıların taleyi, Dağlıq Qarabağ Muxtar Vilayətindəki hadisələr narahat edir, buna birdəfəlik son qoyulsun. Mətbuatda xaş-a məlumat verilməlidir görülən işlər haqqında. Bizim xalqın qeyrətini, namusunu bilirlər. Yeri gələndə sözünü deməyi, iş görməyi bacardığını da bilirlər. Bizi provokasiyaya çəkənlər çoxdur. Bütün gücümüzü, diqqətimizi məsələlərin əsaslı həllinə yönəldək. 11.24. Tağı sözü "həmişə xalqın önündə gedən Xəlil Rzaya verdi: Azərbaycanın torpağı Xətai dövründə 2.800.000 kv. km-ə çatırdı, indi isə 86,7 min kv. km-dir. Dərbəndi, Borçalını, Zəngəzuru, haramı bizdən alıblar. Kim edib? Şaumyanlar, Mikoyanlar, Stalinlər, Xruşşovlar, Brejnevlər xalqımıza qəsd ediblər. Heydər Əlirza oğlunun dövründə 250 min Azərbaycanlının köçürülməsi səssiz təşkil olunub. Böyük adamlarımızın (Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev) adını ləkələyiblər. İqrar Əliyev Vestnik Drevney İstorii jurnalında pantürkçü adı ilə ziyalılarımızı ləkələyib. Milli statistikamız yoxdur. Neftdən bizə 2,6 faiz şey çatır. Hər il Əfqanıstandakı müharibəyə 5 milyard manat sərf olunub. Bəs Azərbaycana nə qədər xərclənib? Ancaq bizim jurnallarımızın həcmi, nəşriyyat imkanlarımız azaldılır. Azərbaycanın taxıl anbarı olan Cəlilabad taxıl anbarından üzüm anbarına çevrilib. Rədd olsun radiasiya! Dönün bir havaya baxın. 1945-46-da Cənubda milli hökuməti kim boğdu? (Yerdən: "Stalin"). Bu qara-güruhun biz ağzını cırmalıyıq! Yaşca rus xalqı kiçik qardaşımızdır. Türk mədəniyyətindən bəhrələnib. Rus xalqının özü pis vəziyyətdədir. Ziyalıların maaşı artırılmalıdır. Mənim evimdə altı nəfir var. 5-i ağır xəstədir. Deməli, Azərbaycan xalqı genosid içindədir! (Alqışlar). Biz ruslaşdırmanın geniş təsiri içindəyik. Frunzedə, Alma-Atada və s. yerlərdə milli tərkib aşağı düşür. Sosializm, kommunizm pərdəsi altında hücum var. "İzvestiya". "Kom. pravda", "Literaturnaya qazeta", "Moskovekmye novosti" və başqaları antiazərbaycan kampaniyası aparır. Sumqayıt heç zaman səda olmayıb, Sumqayıt əks-sədadır. Sumqayıt o vaxt baş verib ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi iflic olub. Xalqın iradösnii yerinə yetirə bilməyib. (Alqışlar). Boşqab dibi yalayanları vəzifədən atmalıyıq! Z.Balayanlar, Kalutikyanlar, Aqanbeqyanlar cavab verməlidirlər. Sumqayıtdakılar Mərkəzi Komitəyə soxulmuş boşqab dibi yalayanlardan üstündür. Biz tələblərimizi yerinə yetirmək üçün fabrik və zavodlarda işi dayandır-malıyıq! (Alqışlar). Biz ona nail olmalıyıq ki, nəinki bugünkü, hətta Stalin, Bağırov dövrü didərginləri yerlərinə qaytarılsınlar. Tələblər: 1 .Azərbaycan dili sözdə yox, işdə dövlət dili səviyyəsinə qaldırılmalıdır. Azərbaycan Konstitusiyasının 73-üncü maddəsindəki ilk cümlə yerinə yetirilsin. 2. Azərbaycan türkcəsini bilməyənlərin vəzifədə qalması qeyri-qanuni sayılsın. 3. Gədəbəy, Tovuz, Laçın, Naxçıvan və s. yerlərdə verilmiş, xəlvəti satılmış ərazilər geri qaytarılsın. 4. Ermənistanda azərbaycanlıların milli töhqirə məruz qalmasına son qoyulsun. Onlara muxtariyyət verilsin. 7. Əskəranda erməni gülləsi ilə öldürülən Bəxtiyar və Əlinin qanı alınsın. 8. ...................................... 9. Dərbənddə yaşayan azərbaycanlılara muxtariyyət verilsin, mətbuatları açılsın. 10. Milli statistika yaradılsın. Kimə nə qədər verib nə qedər aldığımız deyilsin. 11. Çap həcmi 3 qat artırılsın. 12. Araz çayının hər iki sahilini bipləşdirən Azərbaycan devleti yaradılsın. Sonra şer dedi: "Birləşdirməyincə Azərbaycanı, özümü özümə haram demişəm". ("Təb-riz", "Təb-riz ).

Bu şer Məryəm Həsənovanındır. Ona mətbuat azadlığı verilsin. Vahid Azərbaycan bərpa edilincəyədək milli-mədəni əlaqələr yaradılsın. – Xudafərin körpüsünün dağıdılmasına yol verilməsin. 17. Azərbaycana xəyanət etdikləri üçün Şaumyan və Mikoyaiın adına küçələr, rayonlar, heykəlləri götürülsün. 18. Arvadı qeyri millətlərdən olanlar vəzifədən götürülsün. - Məhv olsun ölü, təslimçi mətbuat! - Azərbaycanda 68 ildən bəri yeridilən ruslaşdırma siyasətinə son qoyulsun! - Ruslaşmış azərbaycanlılara salam verməməliyik. - 24 mart 1988 tarixli qərara yenidən baxılsın. Dağlıq Qarabağdakı tikintilərdə tək ermenilər yox, azərbaycanlılar da işqirak etməlidir. - Badaraçay dəryaçası Ağdam və başqa rayonlar üçün təhlükəlidir. Orada yeni açılan nəşriyyat çoxdilli olmalıdır. - Sərhəd zonalarına getmək üçün vəsiqələr, icazələr ləğv edilməlidir. - Təyinatla Xankəndinə göndərilənlərə iş verilsin. - Adımızı (millətimizin türk adı – Ə.T.) güllələyiblər - Stalin güllələyib, Bağırov kömək edib. Ancaq biz yalnız Azərbaycan türklərindən kömək gözləyirik. - Qayıtmaq istəməyənlər (Ermənistana) Dağlıq Qarabağda yerləşdirilsin. - Poğosyan və Ko ifşa olunsunlar. - Türk dünyasına, türk ağacına xaç qoymaq istəyi ifşa olunsun. - Bakı və paytaxt televiziyasındakı verilişlər mütəxəssislər tərəfindən aparılsın. - Yaltaq ziyalılar ifşa olunsun. - Moskvaya gedən rüşvət yolları kəsilsin. - 106 No-li avtobusu, opera teatrını partladanlar məhkəməyə cəlb edilsinlər. - Adlarımızı erməniləşdirənlər cəzalandırılsın. - "Narodnaya prosveta" - (Bolqarıstanda türk) nəşriyyatını bağlayanlara ar olsun! - Rədd olsun daşnakçı H.Borovik və onun "Movqe"yi. - Xarici banklardakı kimin pulu varsa müsadirə edilsin. - 27 min partbilet yandıranlar (ermənilər – Ə.T.) ifşa olunsun. Məhəmməd Tantəkin Hatəmidən damışdı: Güney Azərbaycandan gələndir. ( "Təb-riz!". "Təbriz!"). Səttar xan, Xiyabani, Taqı Ərani, Pişavəri inqilabçı olublar. Cənubi Azərbaycan dörd dəfə ayağa qalxıb. Azərbaycan Kommunist Partiyasının başçısı Sergey Miron Oğlu Kirovun ruslaşdırma siyasətini bilmək üçün onun fəaliyyəti diqqətlə öyrənilsin, Azərbaycan Dövlət Universitetindən onun adı götürülsün. 12.02. M.Tantəkin: - Ermənistandan gələn qardaşlarımızı qorumaqdan ötrü bura yığışdığınız üçün çox sağ olun! Bizdən torpaq alınmasının tarixi çox qədimdir. Rusiya Türkiyədə Ermənistan yaratmaq istəyirdi. Türklər yol vermədilər. İndi siz haqsızlıq qarşısında durursunuz. Bakıda 19 fevral, 16 may, 18 may nümayişləri oldu. Tələblər irəli sürmüsünüz. 22 maddədən ibarət tələblər tərtib edib MK-ya təqdim etmişəm: 1 - DQMV-də qayda-qanun yaradılsın. 2. Qovulan azərbaycanlılar öz yerlərinə qaytarılsın, onların təhlükəsizliyi təmin edilsin. 3. Ermənistandakı Azərbaycanlılara muxtariyyət verilsin. Əgər buna razı olmasalar DQMV ləğv edilsin. 4. Ermənistandakı yer adlarımız bərpa edilsin. 5. Sumqayıtı DQMV-lə bağlı fitnə-fəsad törədib. Sumqayıtdakılar xalq qəhrəmanlarıdır. 6. Azərbaycanın həqiqi milli gəliri haqqında məlumat verilməlidir. 7. Bu statistikaya uyğun respublika büdcəsi artırılmalıdır. 8. Pambıq, üzüm, tütünçülük məhdudlaşdırılıb, maldarlıq inkişaf etdirilməlidir. Abşeronda əhaliyə torpaq verilsin. 9. Ərzaqla respublika təmin edilsin.

10. Azərbaycan gənclərinin başqa respublikalara axması pislənsin, onlara burada şərait yaradılsın. 11. Konstitusiyada dəyişikliklər edilsin. Azərbaycan dili həqiqətən dövlət dilinə çevrilsin. 12. Bahar bayramı - bayram, həmin gün - istirahət günü kimi qeyd edilsin. 13. Xalqımızın ilk "türk" alı bərpa edilsin. Ermənistanda ermənilər deyiblər ki, adınızı gizlədirsiniz. Biz fəxr edirik ki, türkük! 14. Uşaqlara ərəb-fars dilləri öyrədilsin 15....................................... 16........................... 17. Qədim şəhər və kənd adlarımız bərpa edilsin. Xalq qəhrəmanlarının heykəlləri ucaldılsın. Küçələrə onların adları verilsin. 18. Bakı şəhərində azərbaycanlıların pasport məhdudiyyəti götürülsün. .........…………. 21. Xalqımıza düşmən olanlar vəzifədən götürülsün. 22. Nümayiş iştirakçılarına qarşı olan tədbirlərə son qoyulsun. Keçən nümayişdən bugünədək tələblərimizə əməl olunmayıb. Erməni təcavüzü qaşısında dəyanətlə durmalıyıq. Komissiya keçək dəfə heç nə etmədi. Yeni komissiya tələb edirik. 1. Xəlil Rza 2. Tağı Xalisbəyli 3. Firidun Cəlilov 4. Bəhmən Sultanov 5. Sona Qədirova 6. Sevil Cahani 7. Sabir Rüstəmxanlı 8. Xudu Məmmədov 9. Ne mət Pənahov 10. Rüstəm Behrudi 11. əbülfəz əliyev 12. Bəxtiyar Şahverdiyev (“Oğuz”) 13. Mikayıl Mirzəyev 14. Nurəddin Quluyev 15. Tantəkin Hatəmi 16. Fərman Kərimzadə. Fədakarlığınız üçün sağ olun. İndi isə gedək, məsələləri həll edək. SƏNƏD “Yaratdığım dönük, xəyanətkar komissiya ətrafımdakı bə zi gəncləri tərəflərinə çəkmək yolu ilə 14.11.1988 tarixinə qədər Bakıda nümayişlərin, mitinqlərin təşkilinə, keçirilməsinə mane olmuşdur. Dövlət bu işdə komissiyaya əlindən gələn yardımı etmişdir... Dövlət 1988-ci il 11 sentyabra təşkil etdiyim nümayişi komissiyanın əlilə pozdu, məni də tutdular. Tutulmağımla ilgili olaraq “Hatəmi, Hatəmi!” deyə-deyə küçələri dolaşan 147 adam da həbs edilir”. (Hatəmi Tantəkin. Acı həqiqətlər. - “Milli qurtuluş” qəz., 4 sentyabr 1993). 12.13. Xəlil Rza: Siz bu gün mədəni bir qüdrətlə gəlmisiniz. Biz sizin tələblərinizi çatdıracağıq. (Şe r söylədi:“Azadlığı istəmirəm qram-qram”...). Dağıla-dağıla birləşək! 12.22-də mitinq dağılmağa başlandı. İlhami Cəfərovla söhbət: Katibləri, ispolkomu58 çıxarmaq istəyəndə K.Bağırov deyib ki, obkom-la razılaşmaq gərəkdir. Niyaz Hacıyev59 də camaata deyib: Hökumətə camaat inanmır. 11 iyun 1988. Təxminən 30 minlik nümayiş keçirilib. T.Orucov və H.Seyidov camaatla danışıb. Şmidt küçəsi ilə Ermənikəndə yürüş edilib. Xutorda milis işçisi İsmayılov öldürülüb, bir uşaq yaralanıb. Camaatı Bakıxa-nov küçəsində dayandırıblar.

SƏNƏD “... 1988-ci ilin iyunun 11-də Bakıdakı Vorovski60 qəsəbəsində milis serjantı Fazil İsmayılovu öldürən Aleksandr Aqabekyan qaçıb aradan çıxa bilmişdi. ... Fazilin qanı yerdə qalmamışdır. Üç gün əvvəl A.Aqabekyan Yerevanda tutulmuşdur”. (“Kommunist” qəzeti, 16 iyul 1989). 12 iyun 1988. Şəhərdə gecə səhərədək qışqırıq, hay-küy oldu. 13 iyun 1988. Lenin meydanı. Mitinq. 17.07-də çatdıq. Kürsüdə: əbdürrəhman Vəzirov, Atabaxan61 , Tatlıyev, Ziya Bünyadov, Elçin, Sahib ələkbərov, Lidiya Rəsulova, hərbçi və b. Mitinqi MK-nın yeni birinci katibi ə.Vəzirovun özü çağırdığı üçün meydanda hər iki dildə çoxlu şüarlar görünürdü: “Dadim otpor provokatoram!”. “İnanırıq: ağıl və düşüncə üstün gələcək!”. “DQMV-də Sovet hakimiyyəti bərpa edilsin!”. “Araqarışdıranlar xalq qarşısında cavab verməlidirlər!”. “Zəka qalib gələcək!”. “Net daşnakskomu gkspansionizmu!”. “Obespeçitğ konstituüionnıe prava azerbaydjanskoqo naseleniə v Armənskoy SSR i NKAO!”. “Karabax bıl, estğ i budet azerbaydjanskim!”.62 “Bizim işimiz haqq işidir!”. “Səbrimiz tükəndi!!!”. “Ağanbeqyanları, Balayanları, Muradyanları Sumqayıtda gedən məhkəmənin müttəhimlər kürsüsünə!”. “Ermənistan SSR-də yaşayan azərbaycanlıların təhlükəsizliyinin tə min olunmasını tələb edirik!”. “Karabaxu - mir i pokoy!”. “Polojitğ koneü proizvolu v NKAO i Armənskoy SSR”.63 “Erməni millətçiləri öz cəzalarına çatmalıdır!”. “Erməni millətçilərinə ar olsun!”. “Bakılılar Lenin beynəlmiləlçiliyi ideallarına sadiqdirlər!”. “Fitnəkərlara bizim aramızda yer yoxdur!”. “Pozor tem, kto razjiqaet mejnaüionalğnuö roznğ!”. “Sredi nas net mesta provokatoram!”.64 “DQ Azərbaycanın olub, var və olacaq!”. “Yaşasın Lenin milli siyasəti!”. “DQMV-dəki hadisələr yenidənqurmaya ziddir!”. “Erməni millətçilərinə ar olsun!”. “Torpaqdan pay olmaz!”. “Dağlıq Qarabağda Azərbaycanın nüfuzu bərpa olunmalıdır!”. “Rədd olsun provokatorlar və araqızışdıranlar!”. “Siloy bratstva mı nepobedimı!”. “Dadim reşitelğnıy otpor podstrekateləm i provokatoram!”. “Podstrekateley i zaçinhikov besporədkov - k otvetu!”.65 “Azərbaycanlılar və ermənilər! Qarabağın başı üstündəki qara buludları dağıdaq!”. “Qarabağ bizimdir!”. “Ana torpaq müqəddəsdir!”. Fuad Musayev açdı. 18.00. Məmməd Hüseynov (inşaatçı): - Erməni xalqı hər yerə yayılıb, bizi hövsələdən çıxarmaq istəyir.

1 sotluq da torpaq verməyəcəyik! Hər şeyi itirə bilərik. Ağıllı adamlarımızı, dostlarımızı itirə bilərik. 18.02. Vəzirov: - əvvəlcə şərtim var. 2 gün qabaq Pakistandan qayıtmışam. Bir sua-lım var. Qorbaçovla görüşdük. Dedim ki, Azərbaycan xalqının oğluyam. Alqış-lar lazım deyil. Özüm xahiş etdim ki, sizi yığsınlar. Torpaqdan pay olmaz! Səbr olsa, intizam olsa Vəzirovun qüvvəsi min dəfə çox olacaq. Səbr, e tibar. Bu oldu, bir yerdə işləyəcəyik. Traqiçeskie sobıtiə v Sumqaite i Askerane... (Sonra Ali Sovet Rəyasət Hey ətinin rusca qərarını oxudu və rusca danışmağa başladı). 18.30-da danışıb qurtardı. Mitinqin qurtardığını bildirdi. Tribu-na boşaldı. Adamların bir hissəsi dağılışdı. ancaq əsas kütlə meydanda qaldı. *** “Hatəmi danışsın”. Ortada yalnız “Ana torpaq müqəddəsdir” şüarı görünür. Dağılışan camaat yenidən yığışmağa başladı. “Bəx-ti-yar!”. Gah “Ha-tə-mi!”, gah “Və-zi-rov!” istədilər. “Mik-ro-fon!”. İki-üç dəfə oturdular. Ziya Bünyadov qayıtdı. 18.48. Ziya Bünyadov: - Sakit! əvvəla, burada yığışanlara salaməleyküm. Məni tanıyırsınızə - Yox! - Ziya Bünyadovam. (Alqışlar). əgər söhbət etmək istəyirsinizsə dayanaq, səs-küy salmaq istəyirsiniz-sə dağılaq. Mən də sizin kimi təşvişdəyəm. (Dostluqdan danışanda “Bəx-ti-yar” etməyə başladılar). Bəxtiyar gedib e zamiyyətə. Şəkiyə. Bir adam göndərin. 18.58. Şərqşünas Mənsur əliyev. Erməni millətçilərinin təcavü-zündən danışdı. Yaxşı eşidilmirdi səsi. Çox ucadan danışırdı. Tələblər: 1. DQMV ləğv edilsin. (Sürəkli alqışlar). 2. Ermənistandakı azərbaycanlıların hüquqları bərpa edilsin. 3. Sumqayıt məhkəməsi hələlik dayandırılsın. (Alqışlar). 4. Ermənistandan qovulan azərbaycanlılar Stepanakertdə yerləşdiril-sin. Belə edilməsə Bakıdakı ermənilər çıxarılsın. (Sürəkli alqışlar). 5. Heç bir quruculuq işi görülməsin (ə). 6. Baksovetdəki millətçi ünsürlər işdən qovulsun. 7. Nümayəndələr geri çağırılsın (ə). 8. Bərpa işləri dayandırılsın (ə). Ayın 17-sində saat 10-da Ali Sovetin binası qarşısına də vət edirəm. 19.09-da o qurtardı. 19.12. Bəxtiyar Vahabzadə gəldi: Mən sizi çox gözəl başa düşürəm. Sizin duyğularınız mənim hissimdir. Siz əmin olun ki, siz hamınız mənim övladlarımsınız. əgər bir qarış torpaq verilsə mənim cənazəmin üstündən olacaq. Qarabağda əcdadımızın qəbri var. Xəstəyəm. Qızdırmadayam. Vəzirovla mənim söhbətim olub. Tələblərinizi vermişəm. Ancaq e tiraf edim ki, hamısını yox. “Qayğı” fondu yaradılacaq. Novruz bayramı milli bayram olacaq. Ermənistanda yaşayan azərbaycanlılar üçün şərait yaradılmalıdır, mən də sizinlə şərikəm. Mən də acizəm. Mən də vuruşmaq, çarpışmaq ilə nail oluram. Bu mənim sizin qarşınızda son danışığımdır. Bu hökumət nümayən-dələri xahişlərinizi yerinə yetirməsələr bir də qarşınıza çıxmayacağam. Ayın 17-sində Ali Sovetin sessiyasından sonra bir də görüşərik. 19.21-də dağılmağa başladılar. “İsmayılovun66 qatilinə ölüm!”.

Bu gün şəhərdə Vəzirovun göstərişi ilə milislər nümayişçiləri rezin dəyənəklə döyüblər. Şmidt zavodunda tə tildir. Bir qız Osipyan küçəsinin ad lövhələrini sökdürüb. Ermənilərin üstünə gedən adamları “Dostluq” kinoteatrının yanında dağıdıblar. SƏNƏD “İyunun 13-də Azadlıq meydanında dövlət özü mitinq təşkil etdi... Mitinq bitincə dövlət başçıları tribunanı tərk etdilər. Amma xeyli adam meydanda qalıb mitinqi dövlət əleyhinə davam etdirdilər. Həmən bu gün axşam hərbçilərlə mitinqçilər arasında şəhərin içində toqquşma çıxdı. Qəzəblənmiş mitinqçilər erməni adlarına küçələrin lövhələrini qırıb-tökdülər. Bünyad Sərdarov və bə zi başqa zavodlarda fəhlələrin erməniləri zavodlar-dan qovması bu ayda baş vermişdir. Ardınca bə zi rayonlarda xalq erməniləri Azərbaycandan çıxartmağa başladı və bu aksiya 1990-cı il 13-14 yanvar Bakı olayına qədər davam etdi. Türklərin Ermənistandan çıxarılmasına cavab olaraq 1989-cu ilin axırlarında və 1990-cı ilin yanvarında ermənilərin Bakıdan çıxarılmasının başında rəhbərlik etdiyim Milli Qurtuluş Partiyası getmiş-dir”. (Hatəmi Tantəkin. Acı həqiqətlər. - “Milli qurtuluş” qəz., 23 avqust 1993). 14 iyun 1988. İnstitutda (bütün institutlarda)67 yığıncaq keçirildi. Dünənki yığıncaq haqqında rə y öyrənildi. Raykomdan Musa gəlmişdi (tə limatçı). Paşa, Söhrab, mən, Şamil müəllim, Cahangir müəllim, Aydın müəllim, Məmməd danışdıq. 22 iyun 1988. Tovuzda ermənilərə qarşı iğtişaşlar başladığını dedilər. Bir-iki gün qabaq Yevlaxda çaxnaşma olub. Bünyad Sərdarov zavodunda baş mühəndisə və başqa 400 erməniyə qarşı (“qovulsunlar!”) tə til. 24-ünədək Azərbaycana Ermənistandan 12 min adam gəlib. 25-ində Qazax-Ağstafada iğtişaşlar olub. Laçın və Kəlbəcərdə Stepanakertə ərzaq aparan ermənilərin qabağını kəsiblər (sədri atıblar). İyun-iyul 1988. Bu günlərdə Qazax, Tovuz, Ağstafa və Yevlaxdan sonra təlaş növbəsi Şamaxı və Gədəbəyə çatıb. Böyük Qaramuradda (Gədəbəy) iki ermənini zəhər aparanda tutublar. Şınıxda ermənilərin tikdiklərini söküb, özlərini döyüblər. Şamaxıda da nümayiş edən ermənilərlə toqquşma olub. 01 iyul 1988. Keşiş Hiloyanda bomba tutulub. (Aydın Məmmədov mənə dedi). 4-5 iyul 1988. Türk alimləri ilə birgə bizim institutda “Kitabi-Dədə Qorqud” mövzusunda kollokvium keçirildi. (Orxan Şaiq Gökyay, Osman Sərtqaya, Bəhaəddin Ögəl, əhməd ərcilasun, Tuncər Gülənsoy, Fikrət Türkmən, Asim Sakaoğlu iştirak edirdilər). Ermənilər Moskvadan bu tədbiri pozmağa çalışıblar, nail olmayıb. 04 iyul 1988. Bir-iki gündür ki, Qazaxda iğtişaşlar davam edir. Katib Murad Aşurovu çıxarmaq istəyirlər. (Bütün Ermənistandan olan katiblər kimi o da xalqın dərdlərinə baxmır). Erməniləri təmizləyiblər. Milyonçu Simonun evini (maşın ehtiyat hissələri satan) yandırıblar, başını da əziblər. Bir uşağı öldürüb. Qoşunlar var. Borçalılılar silahlı yardıma gəlmək istəyiblər, yolu kəsiblər. Yevlaxdan da erməniləri təmizləyiblər. Evlərini alıblar. (Yeni tikilən evləri Ermənistandan gələnlərə verməmək üçün). Şamxor və Xanlarda, Gəncədə də təmizləmələr gedir. 06 iyul 1988. “Vremya” dedi ki, Yerevanda Zvartnots hava limanında toqquşma olub. Həkimə müraciət edənlər var. Şəhərdən dəhşətli reportaj verdilər.

07 iyul 1988. “Vremya” Zvartnots təyyarə limanındakı hadisələrdən danışdı. Yerevanda vəziyyəti normallaşdırmaq üçün görülən işləri dedi. 36 nəfər yaralanıb. “Amerikanın səsi”: Xaçik Qazaryan ölüb. 08 iyul 1988. Mən baxmamışam, “Vremya” çox pis veriliş verib; bizimkiləri günahlandırıblar. Görünür, ruslar ermənilərlə bizi qarşılaşdırmaq, Zvartnotsun günahını bizim üstümüzə tökmək istəyirlər. 09 iyul 1988. “Vremya”da Masisdə zəhərlənənləri göstərdilər. (guya azərbaycanlılar zəhərləyib). Yerevanda vəziyyətin gərginliyindən danışdılar. 10 iyul 1988. Mərkəzi televiziyanın II proqramı ilə “Dörd gün Dağlıq Qarabağda” verilişinin təkrarı oldu. Yataqxana qonşularımızdan gah Cümşüd Nuruyevgildə, gah əvəz İbrahimovgildə baxdım. Şuşalılar, Mikayıl Heydərov, Poğosyan və b. danışdılar. 11 iyul 1988. Axşam televiziyanın I ümumittifaq proqramı ilə “Baxış” (“Vzqlyad”) verilişində ə.Vəzirov danışdı. Respublikada ictimai-iqtisadi-siyasi vəziyyətə toxundu. Qurtarana yaxın Qarabağ hadisələrindən danışdı. Danışığını çox kəsmişdilər. 12 iyul 1988. Bu gün “İzvestiya”da ə.Qazıxanovun yazısı çıxdı. Son günlərin ən ciddi məqaləsi! (Qorbaçov Polşadadır. “Pravda”da çıxanda isə Yuqoslaviyada idi). 13 iyul 1988. Axşam “Vremya”da DQMV prokuroru danışıb. Deyib ki, sessiyada bircə mən danışa bilmədim. Sonra əhalidən tutulan silahlardan danışıb. 10-dan çox qumbara, 200-dən çox avtomat patronu, iki lüləsikəsik tüfəng, tapança … Rafiq Zeynalovla “Dalğa”nın xüsusi buraxılışında İlqar Qasımovun söhbəti. “İzvestiya”nın yazısını (Qazıxanovun) qəzetlərimiz verib. Yerevanda, deyilənə görə, xeyli komsomolçu biletini cırıb. Bugünkü “Komsomolskaya pravda”da üstüörtülü yazıblar. 14 iyul 1988. Bügünkü “Molodyoj Azerbaydjana” çox yaxşı yazı verib. “Kommunist” və “Bakinski raboçi”də isə D.P.Quluyevin yazısı çıxıb (DQMV-nin tarixinə dair). Bu gün qəzetlərdə “DQMV Xalq Deputatları Soveti sessiyasının 1988-ci il 12 iyul tarixli qərarını ləğv etmək haqqında” Azərbaycan SSR Ali Soveti Rəyasət Hey ətinin 12 iyul 1988-ci il tarixli qərarı dərc edilib. Qərarda deyilir: “DQMV-nin Azərbaycan SSR-in tərkibindən birtərəfli çıxması haqqında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti sessiyasının 1988-ci il 12 iyul tarixli qərarı qanunsuz hesab edilsin və bu qərar... ləğv edilsin”. 15 iyul 1988. Gərginlik davam edir. 16 iyul 1988. “Vremya”da ermənilərin televiziya müxbirlərinə müsahibə vermədik-ləri göstərildi. “Molodyojka”da Nəcəf Nəcəfovun ə la yazısı çıxıb. Hələ bu ilin başlanğıcında “Sovetskaya türkologiya” jurnalının redaktor müavini Aydın Məmmədov mənimlə əsgər Quluyevə demişdi ki, aşkar etdiyiniz 37-ci il qurbanları olan dilçilərimiz haqqında material-ları verin, “Naslediye” (“İrs”) rubrikası altında dərc edək. İlk materialı mən verdim - Xalid Səid Xocayev haqqında. Jurnalın 3-üncü nömrəsində dərc edilib.68

17 iyul 1988. “Vremya”da ermənilərdən tutulan silahı göstərdilər. 18 iyul 1988. Üç gündür ki, rayonlara və rayonlardan avtobus işləmir. Bu gün SSRİ Ali Soveti Rəyasət Hey ətinin iclasıdır. Axşam nəticəni demədilər. Gecə mətbəəyə getdim, orada da ottiskləri yığmışdılar. Dedilər ki, qərar mətbuatda dərc ediləcək. Bu gün Yerevanda işləyiblər. Camaat deyib ki, kefimiz yaxşıdır (“Vremya”). 19 iyul 1988. Qərar dərc edilmədi (yalnız mə lumat verildi). Gecə “Vremya”dan sonra 2 saat yarım hesabat verildi. (Gec verməkdə yəqin ki, əsgərləri yerləşdir-mək üçün vaxt qazanırdılar). 8 saat çəkən, 2 dəfə yarım saatlıq fasilə ilə davam edən yığıncaqdan xeyli kəsib verdilər. Ermənilər xuliqanlıq ediblər. Tatlıyevin çıxışını dörd dəfə kəsiblər. Qromıko ortaya çıxıb deyib ki, erməni yoldaşlar, siz AS Rİ-nin iclasındasınız. Raisa Maksimovna Azərbaycandan olan hey ətə deyib ki, Mixail Sergeyeviç sizi sevir, ona arxa durmaq gərəkdir (Akademiyanın prezidenti E.Salayev C.Qəhrəmanova söyləyib). Ali Sovetin yığıncağında Rəsul Həmzətov satqınlıq edib, ermənilə-rə tərəf durub. Vəzirov mayın 13-ündə verdiyi sözü (“siz sakit dursanız mənim qüvvəm on qat artacaq, əksinə olsa on qat azalacaq”) yerinə yetirdi. Qorbaçov bizim adam oldu. Verilişin təkrarı saat 23-də oldu. 20 iyul 1988. Demək olar ki, hər gün Yerevan və Stepanakertdən verilişlər verirlər (“Vremya”). Oralarda tutulan silahları göstərirlər. Daxili işlər naziri Vlasov, müstəntiqlər və b. qanun pozanlara qarşı görülən tədbirlərdən danışıblar. Bu gün “Vremya”da göstərdilər ki, dünən Yerevanda nümayiş və mitinq olub. Arutyunyana söz verməyiblər. Onun qulağının dibində şeypur çalırdı-lar. Camaatdan çoxlu butulkada partladıcı maddələr tutublar. Evi qazla partlatmaq istəyiblər, qarşısı alınıb. 21 iyul 1988. Ermənistanda Mərkəzi televiziyanın müxbirlərinə müsahibə vermirlər. Ona görə də Spitaka gedib orada işləyən, tə til etməyən bir fabrikdən müsahibə götürüblər. Beketov mehmanxanadan danışırdı, deyirdi ki, bizə qarşı çox pis münasibət var. 22 iyul 1988. “İzvestiya” “Qarabağ” komitəsi haqqında yazı verib. “Vremya”da Ermənistan turizm idarəsinin rəisi deyirdi ki, gəlib-gedən yoxdur. Elə etmək olmaz ki, bir xalq bayram etsin, o biri yasda olsun. 24 iyul 1988. “İzvestiya” Paruyr Hayrikyan- Ermənistan SSR-in SSRİ-dən ayrılması üçün çalışan adam haqqında yazı verib. Onu SSRİ-dən qovublar. 25 iyul 1988. Bu gün Stepanakert işləməli idi. Görək nə olarə 78,5% adam işə çıxdı. Azərb. KP MK-da vilayət partiya bürosu üzvləri ilə Vəzirov görüşüb. Sov. İKP MK, SSRİ AS RH qərar qəbul ediblər (A.İ.Volski). 18 avqust 1988. Cümşüd Nuruyev: Bu gün Stepanakertdə nümayiş keçirmək istəyiblər, ancaq general qoymaq istəməyib. Generalı döyüblər. Bundan sonra əsgərlər dəyənəklə camaatı dağıdıb. Xeyli adamın qol-qıçı sınıb. 22 avqust 1988. Bu gün Azərbaycan SSR Ali sovetinin Rəyasət Hey əti “Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin keçirilməsi qaydasının pozulməsına görə məs uliyyət haqqında” fərman qəbul edib. Bu fərman SSRİ Ali Soveti Rəyasət Hey ətinin “Yığıncaqların, mitinqlərin,

küçə yürüşlə-rinin və nümayişlərinin keçirilməsi qaydası haqqında” 27 iyul 1988 tarix-li fərmanı əsasında qəbul edilib. 04 sentyabr 1988. Axşam fəhlə Ne mətgil bizim yataqxanaya gəlmişdilər. Sabah Vəzi-rov onları qəbul edəcək. 05 sentyabr 1988. Hüseyn əsgərovla partkomda söhbət etdik. Bakıda nümayişə çıxan-ları dağıtmaq üçün 700 nəfərlik xüsusi alay hazırlanıb. Keçən dəfə BK-da müşavirədə hərbi qüvvə işlətməyə çağıran kondi-sioner zavodunun direktoru deyib ki, ordumuz Qarabağda uşaq-muşağın qabağını alaydı ki, indi iş Moskvaya düşməyəydi. Stepanakertdə qayda yaradaq. 9 sentyabr 1988. Frunze şəhəri (Qırğızıstanın paytaxtı). “Bişpek” (Frunzenin əski adıdır)69 mehmanxanasında qalırıq. V ümumittifaq türkoloji konfransına gəlmişik. Bu gün “Kəsrəviçilik elmi konsepsiya yox, siyasi doktrinadır” mövzusunda mə ruzə etdim. Türklərin (Azərbaycanda və bir çox yerlərdə yaşayanların) əslində sonradan - XII yüzillikdən türk dilini qəbul etmiş qədim farslar olduğunu sübut etməyə çalışan Kəsrəvinin və istər İrandakı, istər Sovet İttifaqındakı, istərsə də dünyanın başqa ölkələrindəki kəsrəviçilərin irəli sürdüyü tezislərin elmilikdən uzaqlığını faktlarla göstərəndən sonra bu nəzəriyyənin elmə yox, aparteid siyasətinə xidmət etdiyini açmağa çalışdım. Açığı, Orta Asiya mühitində mənim dediklərim çox da cəsarətlə qarşılanmadı.70 Halbuki mənim “Azərbaycan filologiyası məsələləri” top-lularındakı bu mövzuda məqalələrimi Azərbaycan ziyalıları yaxşı qiymət-ləndirirdilər. Bircə Yakutiyadan professor Pyotr Sleptsov mənə xəlvətcə bir qeyd yazıb ötürdü; oxudum ki, rusca “Sizin çıxışınızın ruhu mənim çox xoşuma gəldi. Biz manqurt deyilik!” yazıb. MəQALə ÇİNGİZ AYTMATOV: “AZəRBAYCANI SEVİRəM!”71 Köhnə Pişpekdən, bugünkü Frunzedən ayrılanda, deyəsən, sevinc payı hamıdan çox mənə düşdü. əslində belə də olmalı idi - elmi işçi sevincimin üstünə jurnalist fərəhi də gəlmişdi... Sentyabrın 7-dən 9-dək keçirilən Ü ümumittifaq türkoloji konfransında iştirak etmək üçün ölkənin ən müxtəlif guşələrindən gəlmiş üç yüzdən artıq alim deyəcəyini demiş, eşidəcəyini eşitmişdi. Yığıncağın son günü, sentyabrın 9-u isə gözlənilmədən əsl bayrama çevrildi; konfrans çərçivəsində keçirilən “Manas” dastanı üzrə ümumittifaq simpoziumunun iştirakçıları “Manas” böyüklüyünün və onu yaradan xalqın əlyetməz dühasının şahidi oldular. Akademiya akt zalının səhnəsində qurulmuş döyüşçü yurtunun içində bardaş qurub əlində komuz (Dədəm Qorqudun qopuzu) bahadır Manasın igidliklərini öyən manasçılar: akın, SSRİ xalq artisti Estebes Tursunəliyevin, adi kolxozçu, yarım milyon misradan çox “Manas” mətnini yazdırıb, “hələ bu nədir ki, bu dastanı gecə-gündüz dayanmadan iki aya danışıb qurtararam” deyən Kaaba Atabəyovun, atası azman manasçı Sayakbay Karalayevin müəllimi olmuş Şaabay əzizovun gah ucalan, gah enən, gah gurlayan, gah inləyən oxumaları, şaman ehtizazlı oyunları zalı əfsunlamışdı. Bu bənzərsiz səhnənin və bütövlükdə dünya ədəbiyyatının ən böyük örnəklə-rindən biri olan “Manas”a dair simpoziumun müəllifi hamımızın dünya şöhrətli yazıçı kimi tanımağa öyrəşdiyimiz görkəmli alim, akademik Çingiz Aytmatov idi. Həmin Çingiz Aytmatov ki, qırğız xalqının hər bir dərdinə əlac axtaran müdrik ağsaqqal olduğunu, özünə bitib-tükənməz el sevgisi qazandığını bu üç-dörd gündə öz gözlərimizlə görüb qulağımızla eşitdik. Mən Çingizistana - yazıçının ana yurduna yola düşməzdən qabaq “Odlar yurdu” qəzeti məhz bu böyük insandan müsahibə almaq kimi ümidsiz arzusunu mənə bildirmişdi. ...Fasiləyə çıxanda ona yaxınlaşıb müsahibə üçün on dəqiqə vaxt ayırma-sını xahiş etdim. Dedi ki, günortadan sonrakı yığıncaq qurtaranda gələrsiniz. Deyilən vaxtda yaxınlaşdım. Ancaq rəsmi adamların, avtoqraf alanların, şəxsi işinə yardım diləyənlərin əlindən onu qoparmaq

mümkün idimiə! Nə isə, belə ümumi axında söhbət edə-edə akademiyanın prezidentinin kabinetinə çatdıq. Onu ən azı 15-20 dəqiqə gözləməli olacağımı bildirdi. Yarım saatdan sonra Qırğızıstan KP MK-nın katibi, Ali Sovetin Rəyasət Hey ətinin sədri, Nazirlər Soveti sədrinin müavini, akademiyanın prezidenti və başqa rəsmi şəxslərlə birgə içəridən çıxdı. Ümidim tamam kəsildi. O isə həmin yoldaşlarla xudahafizləşib mənim yanıma gəldi (söhbətimizi qurtarıb aşağı düşəndə gördüm ki, heç kəs getməyib, hamı onu gözləyir). Mən “Vətən” Cəmiyyətimiz və onun orqanı “Odlar yurdu” qəzeti haqqında mə lumat verəndən sonra dedim ki, biz - Azərbaycan ziyalıları Sizi özümüzün mə nəvi dayağımız sayırıq, Odlar yurdu isə Sizi özünün yazıçısı bilir. Düşüncələriniz bizim üçün ağsaqqal öyüdü yerində olduğundan Sizə üz tutmağı zəruri saymışıq. Rəsmiyyətlə yox, ürəkdən gələn bir səmimiyyətlə söylədi ki, bunu aydın duyur, hiss edir və o da öz növbəsində Azərbaycan xalqına dərin məhəbbət bəsləyir. əyləşdik. Müsahibəyə başladıq. Söhbətimiz bu cür oldu. SUAL: - Siz Azərbaycan xalqını necə tanıyırsınız və onu gələcəkdə necə görmək istərdinizə CAVAB: - Azərbaycan xalqı da başqa xalqlar kimidir; onun öz problemləri, öz qayğıları, irəliləyiş və geriləmələri var. O, yüksək milli mədəniyyətə malikdir. Mən onun işıqlı gələcəyinə də inanıram. Başqa sovet xalqları ilə yaxın dostluq, əməkdaşlıq sayəsində böyük quruculuq proqramı həyata keçirilə bilər. Mən Azərbaycanı sevirəm! SUAL: - Siz tez-tez xarici ölkələrdə olursunuz. O yerlərdə bizim millətin nümayəndələri ilə görüşürsünüzmüə CAVAB: - Belə görüşlər bə zən olur; tutalım İranda, yaxud Fransada - Parisdə. Xoş söhbətlər də edirik. Ancaq onlar adətən ümumi şəkildə olduğundan sizə konkret kiminləsə görüşümdən danışmağa çətinlik çəkirəm. Həmvətən-lərinizlə sıx ünsiyyət yarada bilməməyimin bir çətinliyi var - həmin azərbaycan-lıların çoxu rus dilini bilmir, mən isə, tutaq ki, fransız, yaxud fars dillərini. SUAL: - Bildiyiniz kimi, Azərbaycan iki hissəyə bölünmüş ölkədir. Tarixin bu ədalətsiz hadisəsinə münasibətiniz və Azərbaycan xalqının birləşməsi mümkünlüyü haqqında fikrinizə CAVAB: - Bu suala cavab vermək çətindir, çünki söhbət keçmişdə baş verən hadisədən getsə də biz əslində bugünün gerçəkliyindən danışırıq. Bu gün isə beynəlxalq müahidələrlə təsdiqlənmiş sərhədlər var, dövlətlər arasında münasibətlər var, suverenlik anlayışı var. Ona görə də bu baxımdan gələcəyi qabaqlayıb müəyyən fikir söyləmək asan deyil. Ancaq, ideyaya görə, ayrılmış hər hansı xalq birləşmək istəyirsə öz iradəsini, arzusunu bildirə bilər. Bu, sırf siyasi məsələ olduğundan onun incəliyinə varmaq istəməzdim. SUAL: - “Vətən” Cəmiyyətimizə arzularınızə CAVAB: - Cəmiyyətin xaricdəki həmvətənlərlə mədəni əlaqələr yaratmaqda rolu böyükdür. Tarixi şərait üzündən eyni qandan, eyni candan olan adamlar ayrı düşüb. Gərək onlar birbirlərini heç vaxt gözdən itirməsinlər. Bu insanlar arasında onları birləşdirən daimi ünsiyyət körpüsü olmalıdır. “Vətən” Cəmiyyəti məhz bu körpü rolunu bacarıqla yerinə yetirməlidir. SUAL: - “Odlar yurdu” qəzeti oxucularına ürək sözünüzə CAVAB: - “Odlar yurdu” qəzetinin okurmandarına! Alıskı jerlerde jaşaqan türkdildüü boordaş eldere bakıt jana jarık daqdır kaalaym. Ç.Aytmatov. 9 / IX. 88. - “Odlar yurdu” qəzetinin oxucularına! Uzaq yerlərdə yaşayan türkdilli qardaş ellərə baxt (xoşbəxtlik) və işıqlı təqdir (tale) arzulayıram. Ç.Aytmatov. 9 / IX. 88 . ədalət TAHİRZADə, Azərbaycan SSR EA əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri namizədi. (“Odlar yurdu” qəzeti, sentyabr 1988, N: 18). 20 sentyabr 1988.

əlyazmalar İnstitutunda iclas. Bu mə lumatlar verildi. 18-ində Yerevan və Stepanakertdə mitinqlər olub. Stepanakertdə 30-40 minlik. Daşnak partiyasının və Estoniyanın da bayrağını asıblar. Xocalı qədim mədəniyyətli Azərbaycan kəndidir. İçindən 5 yük maşını keçib. İçində qatlama çarpayılar olub. Altını yoxlamaq istəyiblər. Maşında Ermənistanla bağlı şüarlar olub. “Jiquli”də olan bir erməni maşına minib qaçıb mitinqə. Oradan hücum ediblər Xocalıya. əsgərlər qarşısını almağa çalışıblar. Yenə 300 nəfər özünü bura çatdıra bilib. Yaralanan 25 nəfərdən 21-i erməni, 4-ü bizdəndir. Estoniya, Latviya və Moldaviyadan gələn nümayəndələr çıxış ediblər. Bayrağı dəyişməyi tələb edirlər. SSRİ-dən ayrılmaq istəyirlər. Dünən axşam saat 8-də Vəzirov Dzerjinski klubunda görüşü keçirib. Poğosyan deyib ki, hər yerdə, hər işdə azərbaycanlılardan ayrılmalıyıq. O, insanlıq simasını da itirib. Sessiya qərar çıxarıb ki, 1 nəfər gəlmə (Ermənistandan) azərbaycan-lını Dağlıq Qarabağa yazmaq olmaz. Bunun üstündə Şuşanın katibi Niyaz Hacıyevin davası düşüb. Onu da bunun üstündə işdən çıxarıblar. Oktyabrın 1-inədək dərsləri saxlayıblar. Yerevanda rusca oxuyanları döyüblər. Rusları qanundankənar e lan edirlər. Manuçarov qəbir daşı düzəldən sexin müdiridir. Moskvadan gəlib yoxlayıblar. Milyonlarla yeyinti aşkar ediblər. Camaat onu tutmağa qoymur. Erməni ölülərini qəbiristanlığa qoymayıblar ki, Manuçarova söz deyiblər. Stepanakertdə beş ev (4-ü azərbaycanlı, 1-i erməni) yanıb, Xocalıda da evlər yanıb. Vəzirov Qorbaçov, Yakovlev və Liqaçovla söhbət edib. Deyiblər ki, sərt qərarlar qəbul edəcəklər. Yerevanda 4 dəfə, Stepanakertdə 2 dəfə əsgəri qüvvəni artırıblar. Yenidən partbiletləri, komsomol biletlərini yandırırlar. Gündə 8-10 dəfə uçan Yerevan-Stepanakert təyyarə marşrutu var. İndi 4-ə endiriblər. Aeroport deyir ki, planım kəsirdə qalıb. Bakının ən ucqar guşəsinə 10 dəqiqə - yarım saatdan sonra əsgəri qüvvə gələ bilər. Mitinq olsa silah işlədiləcək (Vəli Məmmədov deyib). Srağagün dahi şairimiz Məhəmmədhüseyn Şəhriyar rəhmətə gedib. 21 sentyabr 1988. Dünən Vazgenə Qırmızı əmək Bayrağı ordeni verdilər. “Vremya” gös-tərdi. “İzvestiya” da mə lumat verib. 22-27 sentyabr 1988. Stepanakertdə, Ermənistanda işləmirlər. Stepanakertdə azərbaycan-lıların evlərini yandırırlar (400 ev yandırılıb, qarət edilib). Azərbay-canlıları zorla köçürürlər. Dünən (26-sında) Stepanakertdən institutun müəllimi Zabil müəllim institutumuza zəng vurub, əbülfəzi axtarıb. Telefonu Möhsün götürüb. Zabil deyib ki, indi qapıda maşın dayanıb, mənə deyiblər ki, köç. Köçürmək istəyənlər erməni milisləri ilə rus əsgərləridir. Hərbi vəziyyətdən istifadə edirlər. Bəli, ruslar böyük fırıldaq işlədirlər. İki-üç gün qabaq Ağdam gəncləri Sadıq Murtuzayevin yanına gedib deyiblər ki, daha sənə inanmırıq. Artıq bizim qarşımızı saxlaya bilməyəcəksən. “Litqazeta” Heydər əliyevə qarşı fitnəkar yazı verib (21.IX.1988). Mənsurgili72 300 manat cərimə ediblər. Bu gün (27) saat 5-in yarısında Fuad Musayev əbülfəz bəygili qəbul etməlidir. (Stepanakert hadisələri ilə, azərbaycanlıları köçürməklə bağlı olaraq). Bugünkü qəzetlərdə (“Bak.rab.”, “Vışka”) Midhət Abbasovla dəstəsinin Mənsurgilə qarşı yazısı verilib. SƏNƏD “Çənlibel Təşkilatı. 22 sentyabr 1988-də Şəhriyarın qırxını tutmaq üçün 100-ə qədər çənlibelçi Təzəpir məscidinə toplaşmışdıq. Tə ziyədən sonra “Şəhriyar, Şəhriyar!”, “Azərbaycan,

Azərbaycan!”,”Qarabağ, Qarabağ!” şüarları verə-verə şəhərin küçələrində keçərək dənizkənarı bulvara gəldik. Bulvarda milislər məni, Mənsur əlisoyu, Yaşar Türkazəri tutdular”. (Hatəmi Tantəkin. Acı həqiqətlər. - “Milli qurtuluş” qəz., 4 sentyabr 1993). 1-18 oktyabr 1988. 2-6 oktyabrda Şmidt adına73 maşınqayırma zavodunun fəhləsi Ne mət Pənahov aclıq e lan edib. 3-ündə həmin zavodun fəhlələri tə til edib. Respublika prokuroru İlyas İsmayılov Ne mətə söz verib ki, onun tələblərini ödəyəcək. Ayın 14-ündə qadınlar (Şərqiyyə xanım və b.) MK-nın qabağına gediblər (100-ədək qadın) Qarabağ məsələsini həll etmək üçün. Mətbuat tam susur. Ramiz Mehdiyevin dövründəkindən də pis vəziyyət yaranıb. Şayiələr gəzir ki, Qarabağı Rusiyaya verəcəklər. Z.Bünyadov QÜFKİ-də,74 APİ-də görüşlərdə çıxış edib ki, Poğosya-nın qardaşı Stavropol mafiyasının başçısıdır, Qorbaçovu hakimiyyətə onlar gətirib; Volski ermənilərə rəğbət bəsləyir, heç bizimkilərlə görüşməyib; Volski Ağanbeqyanın dostudur, onunla bir yerdə kitablar yazıb... Ayın 14-ündə Xudu Məmmədov Üzeyir bəyin ev-muzeyində Xalq Cəbhəsi yaradılan vaxt vəfat etdi. Ayın 17-sində dəfn etdilər (2-ci Fəxri xiya-banda). İzdiham çox böyük idi. Ancaq mətbuat, radio, televiziya onun ölümünü xalqa bildirmədi, qorxdu ki, dəfn mərasimi nümayişə çevrilər. SƏNƏD “Mən Xalq Hərəkatı Cəbhəsinin sənədini yazıb tamamlamışdım. Zərdüşt əlizadə Azərbaycan Xalq Cəbhəsinin proqramını müzakirə etmək üçün 15 oktyabr 1988-də Ü.Hacıbəyovun ev muzeyində yığıncaq çağırdı. Burada mən və tərəfdar-larım da iştirak edirdik. Zərdüştə təklif etdim ki, Xalq Hərəkatı Cəbhəsini birlikdə yaradaq. O mənimlə həmkarlıq etməkdən boyun qaçırtdı. Qabağımda oturmuş Xudu Məmmədov ürək səktəsindən keçindiyindən, yığıncaq yarımçıq kəsildi”. (Hatəmi Tantəkin. Acı həqiqətlər. - “Milli qurtuluş” qəz., 4 sentyabr 1993). Ayın təxminən 12-sində səhər tezdən 200-ədək camaat (arvad-uşaq da vardı) bizim institutun qarşısından ötüb şüarlar qışqıra-qışqıra MK-nın qabağına keçdi. Stepanakertdən qovulan azərbaycanlılar idilər. Evləri-ni yandırıblar orada (320 ev). MK vəziyyəti düzəltməyə acizdir. “Litqazeta” Heydər əliyevə qarşı yeni yazı buraxdı (yəhudi Vaksber-qin). Azərbaycana qarşı hücum siqnalıdır. “Kommunist” və “ədəbiyyat və incəsənət” onu yenidən nəşr etdi. Görünür, Vəzirov əliyevlə çarpışmanı, xalqı tutdurub-qırdırmağı daha üstün tutur. 24 oktyabr 1988. Deyirlər, dünən Mərkəzi Komitənin qarşısında nümayiş olub. Bu gün Elmlər Akademiyasının XVIII partiya konfransı oldu. Burada ədəbiyyat İnstitutunun müraciəti (Dağlıq Qarabağla bağlı) oxundu. SƏNƏD “24 oktyabr 1988-də tikinti materialları naziri Arif Mənsurov məni və Mənsur əlisoyu yanına də vət etdi. O bizi öz maşınında şeyxülislam Allahşükür Paşazadənin yanına gətirdi. Söhbət zamanı Paşazadə dedi ki, bə zi bədxah adamlar xalq içərisində məni DTK-nın polkovniki kimi qələmə verirlər. Ona dedim: “Siz buna öz hərəkətinizlə əsas verirsiniz. Ermənilər vətənimizə təcavüzə başlamış-lar. Katolikos I Vazgen xalqını bu təcavüzkarlığa təhrik edir. Siz isə dini rəhbər kimi xalqı erməni təcavüzünə qarşı cihada səsləmək əvəzinə ermənilərə qardaşlıq e lan edirsiniz; xalq sizin haqqınızda başqa nə düşünə bilərə”. (Hatəmi Tantəkin. Acı həqiqətlər. - “Milli qurtuluş” qəz., 4 sentyabr 1993). 15 noyabr 1988. Topxananın qırılmasını Moskvanın göstərişi ilə dayandırıblar. (Tağı Xalisbəyli Söhraba dünən zəng edib deyib). əsgərlərlə milis (erməni milisi) üz-üzə durub. Dünən axşam Tanrıverdi Paşayev dedi ki, ermənilər əsgər yaşlı bütün cavanlara tə lim keçib döyüşə hazırlayırlar.

“Varlıq” cəmiyyəti (26 oktyabrda yaranıb) bir sıra xırda cəmiyyətləri birləşdirdi. Artıq 3-üncü həftədir ki, dalbadal hər həftənin 3-üncü günü EA-da (yuxarı bina) mitinq keçirilir. Biri də bu gün. Həmid Herisçi açdı: - Tarix İnstitutu hadisələri qeydə almır. Elmi konfrans keçirilməlidir. Xatirələrinizi gətirin. “İsmailiyyə”nin adı qaytarılsın. İsmayılın heykəli qaytarılsın. Topxana meşəsinin qırılması haqqında teleqram vuraq. “Kommunist” qəzetindəki (Ermənistanın) “Vodorozdel” məqaləsinə e tiraz teleqramı göndərək. 1918-də Yerevanda 100 min azərbaycanlı qırılıb. Seymin materialla-rında əks olunub. Xəlil Rza: - “Vodorazdel” məqaləsinə hamı cavab verməlidir. Armen Ohanesyan xal-qımızı təhqir edib. Niyə Akademiya rəhbərliyi yoxdur buradaə Lalayan bir gündə Bakıda 10 min azərbaycanlı qırıb. Biz Şəhriyarın yox, 20 sentyabrda daşnakların məzarı üstünə gül-çiçək qoyuruq.75 (İrtica illərini saydı. Dedi ki, irtica bu gün də davam edir). Şaumyan, Mikoyan, Qalstyan bandaları bizi genosid edib. 40 min türkazər SSRİ-yə səpələnib. Mətbuat ölüdür. Mətbuat azadlığı uğrunda mübarizə aparın. (Nazim Hikmətin şe ri ilə dedi: Arxanızdan təpəcək Azərbaycan xalqı!) Ali Sovet nümayəndəsi Nəcəf müəllim dedi ki, sizin konstitusiya ilə bağlı təklifiniz Moskvaya göndərilib. Mənsur əliyev: -Bütün Sovet İttifaqında konstitusiya layihələri mətbuat və radioda müzakirə olunur. Ali Sovet niyə susurə Müstəqil respublika deyilikə Təklifimiz niyə Moskvaya göndərilirə 1. Ali Sovetin son bir ildəki fəaliyyəti qeyri-kafi hesab olunsun. 2. Volski Ağanbeqyanın kəbinli arvadı olduğu üçün onun fəaliyyəti dayandırılsın. Xocalıya niyə gəlmədiə 3. Sumqayıt iştirakçıları niyə Moskvada mühakimə edilirə Mətbuat xalqımızı təhqir edir. Ermənilər 1918-də Bakıda 3 gündə 30 min azərbaycanlı qırdılar. Mirzəhüseyn (dağlı): - Qarabağ haqqında bütün mə lumatlar məndə var. İngilis də, alman da, Hitlər də, Suslov da nə deyib - məndə var. Sumqayıtda ölənləri bir dəqiqəlik sükutla yad edək. (Etdik). əbülfəz əliyev: -Niyə bura mikrofon verilməyibə Biz öz Akademiyamızda mikrofon ala bilmiriksə Poğosyanın qulağını necə kəsə bilərikə Biz bugünkü dərdi unudur, sabah yeni dərd gözləyirik. 20 min qaçqın necə olduə Heç kəs onun sayını bilmir. Qaçqının sayını bilmirik, ölənin sayını bilmirik. Bayrağımızı atıblar, deputatları yığıncağımıza gəlmir. 4 gün bizə vaxt verib ki, Topxanının tarixi abidə olduğunu sübut edin (Poğosyan). Poğosyanla bacara bilmiriksə sabah çox şey ortaya çıxacaq. DQMV ləğv olunmalıdır. Poğosyan və bandası götürülməlidir. E lan etməklə Xalq Cəbhəsi olmaz. Ayrı-ayrı cəmiyyətlər birləşib cəbhə yaradılmalıdır. Siyasi şüurumuz Afrikadakı zəncilərinkindən qat-qat aşağıdır. Gözəl, böyük alimlərimiz var, ancaq vətəndaşlıqları yoxdur. Yubiley, bayramlar keçiririk... Azərbaycanın dövlət strukturu zəifdir. Ona görə yuxarılar aşağıları barmaqla hədələyir. Cinayətin bir qolu biz ziyalıların boynundadır. İnşaat Mühəndisləri İnstitutundan dosent Rəhim Qazıyev: - “Partiya ilə xalq yekdildir” şüarı bizim respublika üçün deyil. Bir lotu, fırıldaqçı bir rayondan götürülüb başqa rayona qoyulur. Dünən ağzında “Marlboro” siqareti olan komsomol işçisi Zərdaba, k/t rayonuna rəhbər göndərilir. Belələri bizim halımıza yanacaqmıə Qanunlar yalnız bizim respublika üçündürmüə Beynəlmiləlçilik yalnız bizə qalıbmıə Nazirlər Sovetində, Ali Sovetdə milli qanlı adam yoxdur. Xudu müəllimin dəfninə bizim tələbələri buraxmadılar, qapıları bağladılar. Nə qədər “səbirli”, nə qədər “ləyaqətli” olmalıyıqə

20-30-50 nəfərlik hey ət seçilsin, respublika rəhbərliyi qarşısında məsələlər qoyaq. İllərlə bura yığışsaq xeyri yoxdur. ənvər Gəncəliyev (əzizbəyov r-nu; ermənistanlı): Bizim tamahımız yerindədir. Ermənilər deyirlər ki, azərbaycanlılar hücum etsələr qabaqla-rına pul tökərik, başları qarışar. Cermuxda 1.052 nəfər yaşayırdı, qaçıb 1.051 nəfər, qalıb 1 nəfər. “Köçkünlər”, “qaçqınlar” yox, “didərginlər” olmalıdır. Yalandan Nazirlər Soveti mə lumat verir ki, camaat Ermənistan SSR-ə qayıdıb. Yalandır! Dağlıq Qarabağdan iki dəfə artıq torpaq qoyub gəlmişik. Orada çobanlıq, nökərçilik edirik. Baş vəzifəmiz məktəb direktoru-dur. ənvər əliyev: Bu gecə Topxananı projektor işığında qırıblar. Oğullarımız bir sot yer artıq alanda tutub basırlar. Respublika proku-rorunu sabah saat 12-yə buraya də vət edirik. Qoşunlar içki ilə məşğuldur. Xocalıya hücum edirlər, əsgər susur. Meşəni qırırlar, əsgər susur. Prokuror gəlməsə şənbə günü yeməyimizi götürüb pay-piyada Şuşaya gedək. Qorxmaz (universitetin tələbəsi): “Yurd” birliyi məni və Bahəddin Həziyevi vəziyyəti öyrənmək üçün Şuşaya göndərir. N.Fətəliyev dedi ki, gedin arayış gətirin ki, xarı bülbül dünyada yeganədir. Srağagün də, dünən də, bu gün də meşəni qırırlar. Dünən prokuror da gəldi yığıncağımıza. İ.İsmayılov dedi ki, sübut edin ki, meşə qırılır. Ermənilərin ultimatumunun vaxtı bu gün saat 12də qurtarır. Sonra istə-diklərini edəcəklər. Müəllimlərimiz, professorlarımız bizi susdurur. _______________________(ə): əsas düşmən Moskvadır. 1) DQMV ləğv edilsin. 2) Dərbəndəcən torpaqlarımızı alıb geri qaytaraq. Biz Vəzirovla vuruşsaq öz aramızda dava düşəcək. Onunla birləş-məliyik. əsas düşmənimiz rus şovinizmidir. 200 ildə rus bizdən nə qədər oğurlayıb, hamısını qaytarsın. Peyğəmbərin millətinə sataşmaq olmaz. Hərbçilər adalarımızda radiasiya yaradırlar. Yoxlanılmalıdır. Səfurə (ədəbiyyat İnstitutu): Akademiyanın qüvvələrini birləş-dirək. İş görmək gərəkdir. (Vərəqə verdi, Mirzəhüseyn oxudu). Beytulla Şahsoylu: Danışıqdan qorxmayaq. Siyasi şüurumuzu yüksəl-dir. Sevil Cahani (evdar qadın): 63 deputatımız var. Onlar nə iş görürə Onlar öz hüququnu müdafiə edə bilmirsə mənim nə hüququmu müdafiə edəcəkə 10 nəfərdir bizi idarə edən, yoxsa xalqə Deputatlar xalqın səsini yuxarı çatdırmalıdırlar. Stadiona çağıraq deputatları, xalqla görüşsünlər. Yürüş yox, tə til lazımdır. İşləməsək heç nə olmaz. Qaz da kəsilməlidir, Mingəçevirin işığı da. Erməni malı almamalıyıq. Erməniləri qovmaq olar, özü də sakitcə - onlarla ünsiyyəti kəsməliyik. Niyə bizə mitinq, nümayiş etməyə icazə vermirlər? *** Məmmədağa Sultanovla söhbətdən: 50-ci illərdə Rza şah Pəhləvi SSRİ-yə gəldi. Stalindən 10 ton külçə qızıl (kontributsiya) aldı ki, sizin qoşunlar bizdə olub, yerbasdı (kontributsiya) verin. Cənubi Azərbaycandan qoşunları çıxarmağa Beriya göstəriş verdi. Stalin biləndə etiraz etmədi, çünki Azərbaycanın birləşib bütöv və böyük dövlət olmasını ağası Stalin və dostu Mikoyan kimi o da qətiyyən istəmirdi. İKİNÇİ BÖLÜM ON DOQQUZ GÜNÜN DASTANI (17 noyabr - 5 dekabr 1988) 17 noyabr 1988. Bir dәstәnin (2-3 minlik) qarşısını B.Sәrdarov küçәsindә milislәr aldılar. Sonra Baksovetin qarşısından bir dәstә gәldi, onlara qoşuldu. İran konsullutunun qarşısında qabağını kәsdilәr.

Axın milisi itәlәdi, "Kommunist küçәsinә yönәldi. Xalq Tәsәrrüfatı İnstitutunun uşaqları da onlara qoşuldular. Sabirin heykәli qarşısında milislәr avtobusla yolu kәsdilәr. Nümayişçilәr oturdular. ADU-nun rektoru Yәhya Mәmmәdov Әnvәr Әliyevlә danışmaq istәdi, boşa çıxdı. Rektorun yanında Çәlil Nağıyev, Tofiq Rüstәmov(Sonralar "Xalq qəzetinin redaktoru) da vardı. Çәlil müәllim tәlәbә başçılarını "bişirmәyә" çalışdı, bir şey alınmadı. MK-nın şöbә müdiri Rafiq Әliyev gәlmişdi. Universitetin tәlәbәlәrinә başqa institutunkular (Politexnikin) da qoşulmuşdu. Akademiyanın (İsmailiyyәnin) qapısı aqzında dayanan milislәr çamaatı qabaqa buraxırdılar. Sabir meydanının Hüsü Haçıyev küçәsi ilә kәsişmәsindә әli dәyәnәkli, dәbilqәli әskәrlәr düzülmüşdü (yәqin başta yerlәrdә dә vardı). Düzülmüş avtobusların birindәn kamera ilә çamaatı çәkirdilәr. Oturanlar "A-zər-bay-çan!", "a-zad-lıq!" şüarları deyirdilәr. Saat 11-in yarısında Söhrabla birgә meydanı gәzişdik. Dәyәnәkli әskәrlәri avtobuslara doldurmuşdular. Küçәni kәsәn avtobusların arxasında dikinә dә avtobus qoymuşdular ki, çamaat onları aşıra bilmәsin. Bir qadın bir kişivin üstünә qışqırıb dedi ki, bu, ermәnidir, keçәn defә ermәnini müdafiә edirdi. O çıxarıb sәnәdini, pasportuvu göstәrdi. Familiyası Haçıyev idi, adı da bizimki. (Qadın ensiklopediyada işlәyirdi). Hәimin kişi ilә söhbәt edәndә MK-da tәlimatçı işlәyәn Yaşar Әlәskәrov mәni çaqırdı. Çamaatın yğışmasının sәbәbini soruşdu. Dedim ki. Topxananın qırılmasıva etiraz edirlәr. Dedi ki, Vәzirov işlәyir dә, bununla nә etmәk olar? Dedim ki, Vәzirov açizdir. Elә bununla hәr şey etmәk olar. Aeroporta gedәçәyini söylәyib aralandı. Saat 11-ә qalmış BK-nın I katibi Fuad Musayev, 26-lar rayonunun I katibi Vәli Mәmmәdov vә başqaları gәldilәr. Şüar: "Tələbələri buraxın!". Saat 11.05-dә avtobusları götürdülәr. Camaat AHİŞ-in binasının qarşısıva toplaşdı. Nizami muzeyinin yaninda yenә avtobuslarla yolu kәsmişdilәr İçәrişәhәr darvazalarınin, Sabir döngәsinin qarşısını isә milis cәrgәlәri tutmuşdu. Qışqırdılar: "Yol ve-rin!”. 11.20-dә Vәli Mәmmәdov danışmaqa başladı: Sәrhәddәn o taya qonşu respublikada istәyirlər ki, aramıza çaxnaşma düşsün. Gәlin hәrәkәtimizlә sübut edәk ki, biz tәşkil oluna bilirik Bayraqı ortaya kәtirin. Çamaat (tәlәbәlәr) mikrofov tәrәfә gәlmәdi. Saat 11.30-da məçbur olub Lenin meydanına getmәyә razılıt verdi (V.Mәimәdov). Camaat artıq muzeyin qarşısındakı sәddi yarıb Lenin meydanına axışmışdı. 11.55-dә böyük bir izdiham Lenin meydanindakılara gәlib qoşuldu. Şüarlardav biri: "Trebuem predstavitelstva Az.SSR v OON"? Әnvәr Fәtulla Hüseyiovdav (ŞDİŞ-niv rәisi), Fuad Musayevdәn (BK) xahiş etdi ki, tribunadakılar (MK-nın işçilәri vә başqaları) düşsünlәr. Şüarlardan biri: "Topxana azad edilsin!”. Saat 12.13. Әnvər Әliyev. Mitinqi açdı. Tәlәblәri oxudu: - Bu gün Aqanbeqyanin ivtervüsünün bir ili tamam olur. F.Hüseyvov, döyülәn, qol-qıçı sınan, tutulan yoldaşlarımız (7 vәfәr nümayişdә tutulub onlar) bura gәtirilsin. Onlardav üzr istәvilsin. İki tәlәbimiz var: 1) DQMV-dә Azәrbayçan hakimiyyәti bәrpa edilsin; 2) Topxana meşәsi azad edilsiv. Yalnız bayrağa baxın, bayraq bizi idarә edәçək. Biz burada bәlkә 24 saat, bәlkә dә 48 saat oturaçaqıq. Yemәk dә gәlәçәk, paltar da. Çamaat oturdu. 12.20. Vəli Məmmədov danışmaq istədi, camaat hay-küylə qoymadı. Camaat oturdu. (“Rədd ol!”, “rədd ol!). Ənvər: Əyləşməyə gəlmişik! 12.22. V.Məmmədov yenə danışmaq istədi, qoymadılar. (Fit, hay-küy). Ənvər: Oturmayanlar bizdən deyil. Hamı otursun. Tutulanlar gəlsə ondan sonra işimizi davam etdirərik. 12.33. Ənvər: Fətulla Hüseynov söz verdi ki, Əbülfəz Əliyev və Sabir Rüstəmxanlı (onlar nümayəndə seçilib) ilə danışıq aparılacaq. ***

Yazıçı H.Abbaszadə, şairlər X.Rza, F.Mehdi, T.Bayram da buradadırlar. Mücahidlərdən isə Firidun Cəlilov, Rüstəm Behrudi, Səfər Alışarlı, Hatəmi, Mənsur, Nemət və başqaları. Xəlil Rza tribunada oturub, yəqin ki, şer yazır. Saqqalı ona xüsusi nuranilik verir. *** Söhbətlərdən: Azərbaycanda adambaşına 55 min manat gəlir düşür (sərvətimizlə). Ancaq nə alırıq? 13.03. Ənvər: Heç kəs düşünməsin ki, təkik. Yarım saatdan sonra yemək gələcək. Tələblərimiz ödənilməyincə burada oturacağıq. Allah da bizə təzyiq göstərə bilməyəcək. (Meydanda 100 min adam olar). 13.07. Ənvər: Yoldaşlarımız gəlir. Gurultulu alqışlarla qarşılayaq. (Hamı qalxdı, alqışlar). 13.11. Qənimət Zahidov: Fəxri xiyabanın yanında anlaşılmazlıq oldu. Ancaq bizə qarşı zor tətbiq olunmayıb. Heç kəsə kobudluq edilməyib. 13.14. Ənvər: Mitinqi davam etdiririk. Tələbləriməz bircə-bircə oxuyuruq. Böyük daşlardan yapışmışıq. 17 NOYABR TARİXINDƏKİ MİTİINQİN TƏLƏBLƏRİ 1) İqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq edilməlidir (Az.SSR). Telviziya birbaşa translyatsiya verəcək ki, Topxanada nə işlər görülür. Birbaşa əlaqəmiz var. 2) Ağdam şəhərində qadağan saatı 24 saata ləğv edilməlidir. 3) DQMV-də partiya və sovet organları buraxılmalidir. Orada azərbaycanın hüquqi, siyasi və iqtisadi bərpa edilməlidir. 4) Noyabrda açılan sessiyada iştirak edəcək CCRİ AS-nin 63 deputati bu haqda məlumat verməlidir. Əks halda onların Azərbaycana qayıtması məqsədəuyğun deyil. Axşam caat 6-yadək vaxt vermişik... (Bu cümlənin hansı məqsədlə verildiyini xatirlamıram) 5) Burada oturub gecələmək şərtilə 24 saata şərtimizə əməl olunmasa numaiş qyri-müəyyən vaxtadək uzanacaq. Azərbaycan xalqi bizimlədir. Kiminsə danişmağına, çıxışına eytiyac varmi? (“Yox!”). Çox danişmişıq, indi iş vaxtıdır... Qorxmaz, Elman Fərəcov (tələbələr, ADU) nümaişin təşkilində Ənvərlə bərabər fəal iştirak edirlər. (“Yurd” təşkilatı). Təxminən 2-yə 10-15 dəqigə işləyəndən sonra meydanda sərbəstlik yarandı. Camaatdan istəməyən getdi (yəqin ki, yemək üçün), meydan seyrəkləşdi. Hər halda, 70-80 min qaldı. Hamı sakitcə durub dəstə-dəstə söhbət edirdi. Çox sakitlik idi. Milislər də qayğısız idilər. 13.45. Ənvər: Çap üçün (makinada) son dəfə oxudu tələbləri. -Ağdamda komendant saatının ləğv edilməsi, bizə deyildi ki, məqsədəuyğun deyil, çünki belə olsa Xocalıdakı tikintilərimiz dayana bilər. Ona görə tələbin bu bəndini ləğv edirik. (Hacıbabayeva Ruziyəni əsgər dəyənəklə döymüşdü. Xəstəxanaya düşüb. Ənvər dedi ki, gedirəm onu çıxarma-ğa). 13.55. Ənvər: Qızı gətirəcəklər. F.Hüseynov söz verib. Təzə məlumat var ki, Azərbaycan televiziyası bu hadisələri işıqlandıracaq. Topxananın qırılması isə davam edir. (Camaatdan gələn tək-tük tələbləri oxudu). 14.00. Başqa bir oğlan: Biz bu nümayişi o vaxt dayandıra bilərik ki, Azərbaycan televiziyası tələblərimizi xalqa elan etsin və nümayişi göstərsin. (Qeyd olunmayan vaxtlarda fasilə olub). Saat 15.00-də bayraq yenə qalxdı. Tribunaya doldular. Mikrofon yox idi. 15.10. Ənvər: 15 dəqiqədir ki, partiya və hökumət nümayəndələri ilə söhbət edirik. Yenə əvvəlki kimi, bizi sakitləşdirib yola salmaq istəyir-lər. Dağılışaqmı? (“Yooox!”). Əlavə çıxışa ehtiyac varmı? (“Yoox!”). (Tələbləri yenidən oxudu). Tələblərimiz yerinə yetirilənədək oturub gözləyəcəyik. (Alqışlar). Bir tələb: “Ermənistan SSR-də Göyçə Muxtar Vilayəti təşkil edilsin”. Bizim də arzumuzdur bu, çalışmalıyıq. Burada yanımızda dayananlar heç beş qəpiklik də şey satmağa razı olmadılar. Uşaqlı qadınlar getsinlər, izazə veririk. Bir tələb: “Pasportumuzda dəyişiklik edilsin, azəri türklərinin adı bərpa edilsin”. Hər şey yaxşı gedir. Oturaq. Əlavə çıxışlara heç bir ehtiyac yoxdur.

Ermənistandan Qarabağa 40 maşın tikinti materialı göndəriblər. Bu işimizdən sonra saxlayıblar. 15.18. “Azərbaycan” mehmanxanası tərəfdən gələn böyük bir dəstəni (4-5 minlik) alqışlarla qarşıladılar. Tələbələrdir. 15.40. Ənvər: Yeni gələn yoldaşlar üçün qısa məlumat verək. Bayrağa baxın: qalxıbsa danışmaq olar, endirilibsə heç kəsi dinləməməli. (Sonra tələbləri yenidən oxudu). 16.30. Camaat “te-le-vi-zi-ya” deyib televiziya nümayəndələrini (çəkmək üçün) tələb etməyə başladı. 16.40. Yeni bir dəstə gəldi. Hamı bir yerdə “Qa-ra-bağ!”, “A-zər-bay-can!”, “Top-xa-na!” qışqırır. *** “Odlar yurdu” qəzetində işləyən Rəhbər Bəşirli xəbər gətirdi ki, Stepanakertdə bu gün ruslara qarşı güclü nümayiş keçirilir. Ermənistandan ən azı 80 min azərbaycanlı çıxarılıb bu 9 ayda. 16.55. Ənvər: Nümayiş təşkil edənlər istəyirlər ki, onu sonadək uğurla aparsınlar. Əlavə şüarlara ehtiyac yoxdur. Bura türk qətiyyəti ilə gəlmişik. Bizə məlumat gəldi ki... Orada bizim adamlar var inanılmış, onlar tez-tez məlumat verəcəklər. Bunu (tədbiri) heç kəsin dağıtmağa ixtiyarı yoxdur. On bir nəfərlik heyətimizlə bu saat danışıq aparılır. Belə təklif var ki, nümayəndə heyətini Vəzirov qəbul etsin, axşam televiziya ilə nəticəsi haqqında məlumat verilsin. Biz Qarabağa sülh marşrutu ilə getməliyik. Bunu Azərbaycan televiziyası, mərkəzi televiziya da göstərməlidir. Bizə qüvvə lazımdır. Yeməyimiz yoxdur. Hazır olmalıyıq. Ermənini hamı tanıyır. Erməni ermənidir, biz isə türkük. 17.20. Nemət: Artıq-əskik hərəkətə yol verməyək. Qoy partiya və dövlət tərəfindən bizə bir nəfər gəlib desin görək nə tədbirlər görülür. 17.22. Naim Fətəliyev (danışmaq istədi, fitə basdılar): Topxanada iş aparılmır. 17.25. S.Rüstəmxanlı: İki yol var: ya bizim MK-nın əlindən heç nə gəlmir, ya da bizi aldadırlar. Biz belə xəyanətləri çox görmüşük, nəcibliklə də cavab vermi-şik. Məsələ burasındadır ki, bu iş uzun illər boyu hazırlanmış düşmən-çilikdir. Erməniləri dəli edən odur ki, biz indiyədək dözmüşük. Xalqın bir lideri, bir təşkilatı olmalıdır. Niyə bizim başçılar bu təşkilatı, Xalq Cəbhəsini yaratmağa qoymurlar? Bu cəbhə xalqın mənafeyi naminə hər şeydən keçməlidir. Kürsü qəhrəmanlarına inanmayın. Yalnız xalq yolunda can qoyanlara inanın. DQMV-də vəziyyət də o vaxt düzələr ki, Ermənistan oradan əl çəksin. Bizim böyüklərimiz bunun öhdəsindən gələ bilmir. Ona görə də təklif edirəm ki, bu cəbhəni yaradaq. Azərbaycan televiziyası bizi aldatdı. Bizim orqanlar torpağımızı qoruya bilməsələr xalq özü qoruyacaq. Əgər tələblərimizə əməl olunmasa tətil edilsin. 17.40. Tağı Xalisbəyli: Təklif edirəm - Sisyan yolu, Laçın yolu bağ-lanmalıdır. Qazax yolu bağlanmalıdır. Unutmaq olmaz ki, xalqımızın ən-ənələri var. 17.41. Ənvər: Heç kəsə qulaq asmırıq. Qurtardı! Tələblərimiz qüvvə-sində qalır. (Əyləşdilər). *** Meydanda tonqallar qalamışlar. Böyük bir dəstə “Qarabağ” (“Qarabağ, can Qarabağ, ana yurdum!”) mahnısını oxuyur (xorla). 17.55. Nemət 6 nəfər partiyadan, 16 nəfər komsomoldan çıxarıldı. Bizi sizin mütəşəkkilliyiniz xilas etdi. Biz bu gün də mütəşəkkil-liyimizi göstərək. Qadınlar dağılışsın. *** Meydanda “Azərbaycan” mahnısını oxuyurlar (xorla). Qaranlıq tam düşür. İndi lampaların işığında yazıram. 18.00. Bir oğlan (qarabağlı) çox gözəl səslə “Qarabağ şikəstəsi” oxuyur. Camaatın çoxu onun başına toplaşıb. Tribunanı boşaltdılar. Bayrağı meydana endirdilər. 18.30. Sabir adlı birisi dedi ki, MK-dan heç kəs bizi saymayıb. Mikrofon tələb edək. Qoy rəhbərlərimiz də gəlib bizimlə birgə gözləsinlər. 19.20. Camaata havayı yemək (kolbasa, pendir, yumurta) payladılar. Günorta da belə etmişdilər.

Ənvərgil Vəzirovla söhbətə getdilər. 19.25. Çox böyük (15-20 min) dəstə gedib camaata qoşuldu. Böyük ruh yüksəkliyi yarandı. 20.07. Böyük bir dəstə də gəlib qoşuldu. Qoca qadınlar ayaq üstə durub gözləyirlər. Qızlara mən də, başqa yoldaşlar da getməyi təklif etdik. Cavab verdilər ki, elə şey yoxdur, sabaha kimi burdayıq. 20.26. Xəbər gəldi ki, institutların axşam şöbəsinin tələbələri böyük dəstələrlə Hüsü Hacıyev küçəsindən gəlirlər bizə qovuşmağa. 20.35. Çox böyük bir dəstə gəldi. Deyəsən, həmin tələbələrdir. Eşitdik ki, Stepankertdəki nümayişdən sonra yenə Xocalıya hücum olub. Əsgərlərə çörək verdilər. Arada meydana göz yetirdim, artıq bütün meydan dolub, camaat birucdan gəlir. Saat 9 olmasına baxmayaraq heç kəs getmir. 21.47. Xəliyəddinlə meydanı gəzişməyə çıxdıq. 5 nəfər kor bir dəstə-də durmuşdu. 22.30. Şüarlar (transparantlar) gətirdilər: “Rədd olsun Araz boyu tikanlı məftillər!”, “30 milyonluq azəri xalqı, azadlıq naminə birləşin!”. Divarlara yapışdırmışlar: “Ankara - Bakı”, “Camaat, fəal olun!”, “Vətən cəbhəsi”, “Gedənlərə ar olsun!”. Şüarlar qışqırırlar: “Sum-qa-yıt!”, “Təb-riz!”, “Xan-kən-di!”, “Mus-ta-fa-yev!” (İmam), “A-zər-baycan!”. 22.37. Bir oğlan şer deyir. Hər misrasını camaat xorla təkrar edir. Nəqəratı belədir: “Gedir əldən gözəl yurdum Qarabağ”. 22.46. Ənvər: 6 nnəfərin iştirakı ilə Azərinform məlumat hazırladı. Vəzirov dedi ki, Qarabağ məsələsi yaxın vaxtda həll ediləcək. (“Ya-lan-dır”). Deputatlar müəssisələrdə olacaq. “Zaman” xəbərlər proqramından sonra bu yığıncağımız, tələbimiz haqqında məlumat veriləcək. Topxanadan söhbət getdi. SSRİ DİN qüvvələri maşınların qabağını kəsib material gətirməyə qoymurlar. *** Fitə basdılar. “Ha-tə-mi” qışqırırlar. *** “Səhərəcən buradayıq. Heç kəsə söz verilməyəcək”. *** “Qə-ti ca-vab!”. 22.55. Tələbə Qorxmaz danışmaq istədi, qoymadılar. “Ha-tə-mi!” qışqırırlar. 22.59. Hatəmi: Azərbaycan xalqı rəhbərliyinə inanmamalıdır, öz taleyimiz uğrunda mübarizə aparmalıyıq. Mən sizi dəvət edirəm ki, bazar günü 10 qat bundan artıq qüvvə ilə bura toplaşaq. Mən Xalq hərəkatı, onun rəhbərliyi adından xahiş edirəm ki, saat 12-də evlərə dağılaq. SƏNƏD “Xalq Hərəkatı Cəbhəsinin fikrini, iradəsini ifadə edərək 16 noyabr Sabir bağı mitinqindəki çıxışımda Azadlıq meydanına 20 noyabra mitinq elan etdim. Dövlət məhz bu mitinqi pozmaq məqsədilə Ənvər Əliyevin, universitetin Yurd cəmiyyətinin əli ilə Gənclər Meydanı mitinqini təşkil etdi... Mitinq iştirakçıları Gənclər Meydanından Azadlıq meydanına getmək fikrinə düşməsinlər, ya gedə bilməsinlər deyə dövlət hər ehtimala qarşı burada başqa hazırlıq da görmüşdü: Həmkarlar İttifaqının binası ilə Nizami Muzeyinin arasını əsgəri qüvvələrlə kəsdirtdirmişdi. Mənim başçılığımla Xalq Hərəkatı Cəbhəsinin üzvləri və başqa gənclər əsgərlərin müqavimətini, sırasını pozaraq qaçış halında Azadlıq meydanına götürüldük. Beləliklə, dövlətin təşkil etdiyi 17 noyabr mitinqinin noxtası onun əlindən çıxdı və nəinki Azərbaycan tarixində, dünyada eşi-bərabəri bulunmayan əzəmətli Meydan epopeyası başladı. Meydana gələrək tribunaya qalxdım. General Kamil Məmmədov nə qədər çalışdı... tribunadan düşüm, düşmədim. Ənvərgil meydana gəlib çıxana qədər burada qaldım. Ənvər gəlib deyəndə ki mitinqi biz təşkil etmişik, biz də aparacağıq, “buyurun aparın” deyib tribunanı onlara tərk etdim”. (Hatəmi Tantəkin. Acı həqiqətlər. - “Milli qurtuluş” qəz., 10.1993). 23.03. Nemət dağılmağa çağırdı: - Nümayişi təşkil edənlər gedir. Biz gedirik. 23.20. Camaat kütləvi şəkildə dağılışmağa başladı. 1-2 dəqəqədən sonra geri qayıtdılar. 23.30. Hatəmi, onun yanında bir oğlan (dünən Akademiyadakı mitinqdə peyğəmbərdən danışan) durmuşdular. Oğlan yenə danışırdı. Dini motivlər güclü idi. “Düşmənimiz birdir Moskva. Radiasiyanı ölçmək üçün Türkiyə-dən adam çağıraq”.

23.40. Bir qız da bu biri tribunanın qarşısına camaatı topladı. 00.02-da meydandan çıxdıq. *** Bugünkü “Kommunist”də milis starşinası Fazil İsmayıl oğlu İsmayılovun Qırmızı Ulduz ordeni ilə təltif edilməsi (ölümündən sonra) haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı dərc edilib. Ordenin “xidməti borcu yerinə yetirərkən mərdlik və fədakarlığa görə” verilməsi göstərilsə də əsl səbəb aydın deyil. 18 NOYABR 1988. Gecə meydanda 21 adam qalıb. Səhər saat 9-a 20 qalmış Lenin meydanına çatdım. 8.42-da meydanda min nəfərə yaxın adam var (əsasən tələbələr). İçində qızlar da var. Gözlərindən yuxu tökülür. “Rədd olsun Araz boyu tikanlı məftillər!” və “30 milyonluq azəri xalqı, azadlıq naminə birləşin!” şüarları axşamkı şuxluqla durur. Yeni şüar da gördüm: “Ermənilərə qarşı milli cəbhə yaratmaq!”. Uzun ağ parçaya “Öldü var, döndü yox!!!” yazılıb divara vurulub, yumruq şəkli də çəkilib. Meydanda tonqal yerləri qaralır. Havada 12 dərəcə isti var (uzaqdakı buruqdan - bulvardakı görünür). Bir çox tələbələr adyallara bürünüblər. Sağ tribunanı milislər (əsgər milislər) tutub. Soldakı iki tribuna-da isə camaat oturub. Ənvərlə görüşdüm. Dedi ki, yoldaşlarım Vəzirovun ya-nına qaçdılar. (Hatəminin dəstəsi sol tribunanı tutub). 9.03. Xarici Dillər və Tibb İnstitutlarının tələbələri gəldilər. Xarici dillərin tələbələrinin çoxu qızdır. 9.11. Fuad Musayevə dedim ki, camaatın təhlükəsizliyini təmin etmək üçün baş tribunanın qarşısında iki cərgə milisin durması məsləhətdir. Dedi ki, yaxşı təklifdir. 9.17. Bir oğlan Azərbaycanın bayrağı altında şüar dedi (2 dəfə): “Bu gecə burada qalan bacı və qardaşlarımıza eşq olsun!” (“Ura!”). 9.20. “Elektroştamp” zavodunun fəhlələri gəldilər. 7 No-li tikinti idarəsinin fəhlələri gəldilər. Gələnləri həmişə olduğu kimi alqışlarla qarşıladılar. 9.40. APİ-nin tələbələri gəldilər. 9.45. Etibar Quliyevlə (Dilçilik institutu) söhbət etdik. Dedi ki, Vəzirov Pagosyana heçnə edı bilmir. O ona deyir ki, səni ataram bayıra. Cavabında: “Ti tolko poprobuy” eşidir. Dünən Vəzirov bizim nümayəndələrlə görüşündə deyib ki, Ermənistan-da MK bu saat sıradan çıxıb. Hakimiyyət “Qarabağ” təşkilatının əlindədir. Moskva işləyir. (Dünən gedib sonra qayıdan dəstəni B.Vahabzadə aparırmış). 10.00. Meydanda 20-25 min adam var. 10.15. Bir böyük dəstə “Azərbaycan”, bir böyük dəstə isə eyni vaxtda “Abşeron” mehmanxanası tərəfdən gəlir. “Azərbaycan” tərəfdən gələnlər: politexnikin və universitetin bütün tələbələri (çox böyük izdihamdır, ucu görünmür; 10.15-də gəlib qurtardı). “Abşeron” tərəfdən gələnlər: l.Şmidt zavodunun fəhlələri (1.000 nəfər olar). 10.25. İnşaaat Mühəndisləri İnstitutunun təxminən 1.000 nəfərlik tələbəsi gəldi. Əllərində şüar: “Türk millətinə eşq olsun!” (Üstündə qırmızı ay-ulduz). XTİ-nun tələbələri də gəlib. 10.34. AZİ-nin çoxminlik tələbələri gəldi. Rus Dili İnstitutunun çoxminlik tələbələri gəldi. 10.36. 20 No-li orta məktəbin 9-10-uncu sinif şagirdləri (100-ə yaxın) gəldilər. 10.40. XTİ-nun 100-200 tələbəsi gəldi. 10.43. Xarici Dillər İnstitutunun, Politexnik İnstitutun tələbələri gəldilər (çoxminlik). Ayrı-ayrı, dəstə-dəstə adamlar arası kəsilmədən gəlir. Bütün tribunalar (4-ü də) dolub. Ancaq əsas, baş tribunada rəsmi adamlar yoxdur. Tribunalarda oturanların çoxu qızlardır. Bu gün camaatın qarşısını milis kəsməyib. Hətta “Azərbaycan” meh-manxanasının yanında maşın qoyub, maşınların meydana girməsini saxla-yıblar. İlk dəfə olaraq Akademiya rəhbərlərindən Nəriman Quluyevi burada gördüm. Partkom Zakir, həmkarlar Fərid, Budaq Budaqov da buradadırlar. Əbülfəz Əliyevi dövrəyə alıb nə isə danışırlar. 11.00. Meydanda 100 mindən çox adam var. Qışqırırlar: “Və-zi-rov!”, “mik-ro-fon!”.

11.05. Şüar çıxdı: “İşləmirik, oxumuruq, tətil edirik!”. Başqa şüarlar: “Ölərik əldən əgər getsə vətən”, “Torpaqdan pay olmaz!”, “Tələblərimizi yerinə yetirin!”, “Bizi ermənilərin ayağına verənlərə ar olsun!”, “Topxanaya toxunmayın!”. 11.15. Mikrofon gətirdilər. 11.16. Tibb İnstitutunun tələbələri gəldilər. Şüarlar: “Yaşasın müstəqil Azərbaycan!”, “Yaşasın Vahid Azərbaycan!”, “Topxana milli qeyrətimizdir!”, “Vaqif kimi elinizi sevin!”, “Fəhlə sinfi, mübarizəyə!”, “Sumqayıt qəhrəmanlarına eşq olsun!” (Azərbaycanın bayrağı üstündə yazılmışdı), “Qarabağın muxtariyyəti ləğv edilsin!”, “Azərbaycan torpağında yalnız azərbaycanlılar yaşamalıdır!”. Bir karikaturada isə uzun xaç və eybəcər bir baş təsvir olunub. Başa doğru bir yumruq uzanıb. Bunların altında yazılıb. “Ara, Vazgen, nöş belə oldu?”. 11.28. Ənvər: qüvvə saxlamalıyıq. Bizim hökumətimiz, partiyamız da bizi müdafiə edir. İşimiz haqdır. 11.33. “Və-zi-rov!”. 11.35. Qorxmaz (tələbləri yenidən oxuyur): Biz 24 saat vaxt vermişdik. İndi bir saat vaxtımız qalıb. Tələblərimiz ödənilməsə oturaq nümayiş günlərlə davam edəcək. 11.45. Əbülfəz Əliyev: - Qarşımızda üç problem var: 1) Ermənistan SSR-dən didərgin düşənlərdir. Bəlkə də ağacları yox, 10 minlərcə insanın taleyini düşünməliyik. 2) Ermənistan SSR-in özündə yaşayan azərbaycanlıların təhlükəsiz-liyi, mədəni-milli varlığı müdafiə olunmalıdır. 3) Dağlıq Qarabağ məsələsidir. Bizə qarşı iftiralar başlayıb. Bütün gücümüzü, ağlımızı toplayıb onlarla mübarizə etməliyik. Xalqımız özü hər şey həll edəcək. Tələbimiz: radio və televiziyamız laqeyd qalmasın. Xalq bütöv olmasa heç nə həll edə bilməz. 11.50. Nemət: - Sabir Rüstəmxanlıdan xahiş edirik ki, hardadırsa tribunaya çıxsın, bizə kömək etsin. Bizi başa düşün. Yuxarıdan onlar, aşağıdan siz bizi sıxırsınız. Bir-birimizə inanmasaq heç nə edə bilmərik. Bizə qarşı İttifaqda nifrət yaradılıb, onu aradan qaldırmalıyıq. Heç bir artıq hərəkətə yol verməməliyik. Bizə inanmırsınızsa kimə inanmalıyıq? Siz bizi fitə basanda biz kiminlə vuruşaq? Biz son damla qanımıza qədər verməyə hazırıq. Etiraz etməyi bacarmalıyıq. Artıq xalq yalançı milli qəhrəmanları qəbul etmir. Mən Nemətəm, məni heç kəs ala, sındıra bilməz! (Alqışlar). (Tofiq Fikrətin “Yaşa, ey sevgili millət, yaşa, var ol! “misralı “Millət şərqisi” şerini söylədi). Qabaqlar 5 azərbaycanlının bir yerə toplaşması mümkün deyildi. İndi fəxr edirəm ki, bu qədər xalq birləşib. Biz fitnələrə cavab verəcəyik. Müqəssirləri cəzalandıracağıq. Milli Cəbhəni elan etməklə yaranmır. Deputatları, direktorları, raykomları özümüz seçməliyik. Biz öz hüquqlarımızı qanun çərçivəsində qorusaq bizə heç nə edə bilməzlər. Bizi yalnız ölüm xalqdan ayıra bilər. 12.05. Ənvər: Şuşadan bizə teleqram gəlsə (Topxana ilə bağlı) oxuyacağıq. Öləcəyik, dönməyəcəyik - Qarabağda Azərbaycan hökumətini bərpa etmək üçün. Bakıya Qəhrəman şəhər adı verilsin. Müharibədəki fədakarlığı-mıza görə şəhərimiz buna layiqdir. Sağ olsun burada camaata yeməklə yardım edənlər. Tələblərimiz qüvvəsində qalır. 12.07. Nemət: Qoyulan vaxtdan 7 dəqiqə keçib. İndi yenə cavab gözləyirik. Təklifləri oxudu: “Familiyalarımızın sonunu asanlıqla dəyişə bilək”, “Azəri türkləri adı qaytarılsın”. 12.23. Qorxmaz: Qosplanın işçiləri 500 manat pul yığıb. Onları “Qayğı” cəmiyyətinin hesabına keçirmək gərəkdir ki, camaata yemək alıb versinlər. İndi heç kəsə söz verilməyəcək. Çox söz demişik. İndi iş görməliyik. 12.25. Əbülfəz. Təklif oxudu: “Diqqətli olun, aradakı fitnəkarları ya aradan çıxarmalı, ya da sakitləşdirməli”. Şüarlara fikir verin. Bizə gələn bütün təkliflər bir yerə yığılacaq. Onları ümumiləşdirib həm yerli orqanlara, həm də Moskvaya nümayiş adından göndərək. Birliyə gediriksə bir-birimizi tənqid etməyək. Ziyalılarımızın ardınca danışmayaq. 12.30. Bütün meydan dolub (mayın 18-ində olduğu kimi). 500 m

adam var. 12.35. “Və-zi-rov!”. 12.43. Sabir Rüstəmxanlı: - Mən sizin düzlüyünüzü alqışlayıram. Sizin qarşınızda baş əyirəm. Bu birlik olmasa heç bir iş görə bilmərik. Bizim böyük, şərəfli tariximizi kiçik güzgüdə göstərib, xalqımızı dünyada təhqir ediblər. Bizi uzun illər elə tərbiyə ediblər ki, özümüzü tanımamışıq. Bizim ovaxtkı tələblərimizdən çoxuna əməl edilməyib. Dil haqqında tələbimiz vardı. Ancaq aydın oldu ki, nazirlərimizin çoxu ana dilindən iyrənir. Kəndçiyə rusca məktub göndərən nazir həmin gün işdən çıxarıl-malıdır. Yenə kəndlinin başına dərman tökülür. Sumqayıtın hər 4 uşağın-dan biri xəstədir. Kəndləri gəzmişəm, hər şey bərbaddır. Xalq olmasa onun hökuməti də olmaz. Xalq miskin olsa onun hökuməti də pis gündə olar. Bu gün Azərbaycanın 2 imperiya arasında parçalanmasının 160 ili-dir. Bunu niyə mətbuatımız qeyd etmədi? Keçdi Sibir xofu. Azərbaycanda 30 mindən çox açılmamış arxiv var. Dünya bilməyir ki, biz ayrıyıq. Bizi müstəmləkə siyahısına da salmayıblar. Qorbaçovun yanındakılar onun siyasətini təhrif edirlər. Azərbaycana uzanan yad əllər kəsilməlidir. DQMV-də Ermənistan ev tikirsə Azərbaycan hökuməti Göyçədə, Borçalıda ev tiksin. Niyə Azərbaycan tələbələri yayda gedib başqa yerdə işləməlidir? Bakıda fəhlə çatışmır, tələbələr bunu özləri həll etsinlər. (Yemək gətirdilər). Məktəbimizin proqramlarını özümüz hazırlamalıyıq. Dünən mitinqdən sonra sizin iradənizlə Vəzirovun yanında olduq. Mən nümayişlərin əleyhinə deyiləm. Dünən bura gəlməsəydik mətbuat heç nə yazmazdı. Topxanada iş dayandırılmaq üzrədir. Qoy var olsun Azərbaycanın birliyi! 13.00. Nemət. (Tələbləri oxudu). Söz verilir Abdulla İbrahimova - hökumətin nümayəndəsinə. A.İbrahimov: Əziz balalar, hörmətli həmvətənlər! Əvvəl öz adımdan müraciət edirəm. Mən Qarabağda olmuşam. Siz ki bu işə qoşulmusunuz, sizə eşq olsun! Siz bizə lazımsınız. Mən elan edirəm ki, bütün dörd tələb həyata keçirilə bilər və əmin edirəm ki, keçiriləcək. 13.05. Nemət: İndi dağılaq. Tələblərə əməl olunmasa gələn şənbə ümumazərbaycan tətili edərik. Nemət bunu deyəndən sonra mikrofonun səsini kəsdilər (13.06) və gö . Nemətgil dağılmaq təklifi ilə məsuliyyəti boyunlarından atdılar. 5-6 min nəfər getsə də camaat yerindən tərpənmədi. Çox adam oturdu. (Vəzirovu tələb edirlər). 13.20. “Azərbaycan” mehmanxanası tərəfdən çox böyük kütlə gəlib camaat qovuşdu. Rulon kağızı açdılar ki, camaat üstündə otursun. 13.25. Bir oğlan baş tribunadan bayraği yelləməyə başladı. Camaat alqışlayır, bir yerə toplaşır. 13.40. “Azərbaycan” mehmanxanası yanından “A-zər-bay-can!” qışqıra-qışqıra böyük izdiham gəlir. Qabaqlarında milis maşını gəlir. Bakı Elektrik Maşınqayırma Zavodunun fəhlələridir. Əllərində Azərbaycan bayrağı. Öndə qadınlar. Camaat mikrofon tələb edir. 13.50. B.Vahabzadə: Bura gəlmişdən o kişinin (yani Vəzirovun – A.T.) yanında 20 dəqiqə danışdıq. Dedim ki, millətə nə deyim? Dedi ki, biz Topxanada heç nə tikməyə qoymayacağıq. Verilməyəcək və qoyulmayacaq. Aman günüdür, birliyimiz pozulmasın. Rəhbərliyimizlə özümüz arasında ayrılıq yaratmayaq. Hamımız eyni olaq. 13.58. Molla: Əssalaməleyküm. Culfanın Camaldın kəndindən Əliyəm. Cavid adına üzümçülük sovxozunun fəhləsiyəm. (Camaat ona qulaq asmayıb “Və-zi-rov!” qışqırmağa başladı). Dövlət planlarını hər ay 100-200 faiz yetirmişəm. (Fitə basdılar. Şerini oxudu): Vətənin haradır deyə bilməzsən, İstərsən öləsən, ölə bilməzsən. Qarabağ çörəyin yeyə bilməzsən... (Fitə basdılar. Əl çəkmədi, şeri sonadək söyləmək istədi).

14.05. Tağı Xalisbəyli: Mən bu gün öyrənmişəm. Topxanada qırğın davam edir. Rədd olsun yaltaqlar! Torpaqlarımızı hərraca qoyublar. Onlar uğrunda mübarizə aparmalıyıq. Ermənistandan gələnlər çadırlarda yaşayırlar. Hardadır rəhbərlik? Hardadır vicdan? (Camaat Vəzirovu tələb edir). Ali Sovetin şöbə müdirinin sözünə inanmamalıyıq. Hanı Nazirlər Sovetinin sədri, MK-nın katibləri? Bu gecə də burada yatmalıyıq. 14.09. Saqqallı qoca kişi: Vəzirov bura gəlməyənə kimi getməyəcəyik. Bu bizim son sözümüzdür. 14.10. Tağı: Nə qədər sizi aldadanlar, satanlar vardısa bura burax-mışdılar. Məni isə milis saxlamışdı. Çünki bilir ki, mən xalqın oğluyam. 14.12. N.Həsənəliyev: Mən Fəxri xiyaban haqqında məqalə yazdım, indi məni izləyirlər. Kəndlərimiz it günündə yaşayır. Qarabağa həddən artıq qayğı göstəri-lib, onlar qudurublar. Bayrağımız var, onu sayan yoxdur, rəhbərliyimiz var, onu sayan yoxdur. İndiyədək Sumqayıt hadisəsi hallanır, ancaq indiyədək deyilmir ki, Qriqoryan 6 nəfər erməni öldürüb. Məhbuslarımızı öz respublikamıza tələb edirik. Susmaq pislənilsin. (Tribunada qalmaqal düşüb). 14.15. Tağı: M mikrofonu götürdüyüm üçün narahatdırlar. Sumqayıt-da ölənlərin xatirəsini yad edək. Yaşasın Azərbaycan xalqı! 14.19. Tələbə: Səbrimiz tükənib. Bu gün hər bir azərbaycanlı oğul və qızı and içməlidir ki, bizi heç kəs parçalaya bilməz. Biz Vəzirovun müsbət və yaxud mənfi cavabını eşitməmişik. Onu gözləyirik. 14.22. Sevil Cahani (evdar qadın): Bizi saymırlar. Camaat işləyə bilmir, oxuya bilmir, yaşaya bilmir. Axşam bir cür deyib, indi camaata “dağılın” deyənlər hanı? Yalançı liderlərə baxmaq istəyirəm. İnanmayın yalançı liderlərə. Tüpürün onların sifətinə! Özünüzsünüz lider, hamınızsınız lider! 14.25. Tağı: sizi bura gətirənlər aranızda yoxdur. Gəlin dağılaq, bazar günü saat 10-adək gözləyək. Heç nə olmasa yenə yığışaq. İndi isə dağılışaq. 14.28. Nemət: Mikrofonu bağladıq. Vəzirovu gözləyirik. 14.46. İnşaat və Politexnik İnstitutlarınun tələbələri böyük izdihamla gəldilər. 15.10. S.Rüstəmxanlı: Azərbaycan televiziyası ilə tələblərimiz haqqında məlumat verilsin. Bizə o icazəni verdilər ki, bizim möhkəm Xalq Cəbhəmiz olsun. Burada müxtəlif qruplar, dəstələr var. Bizi ayırmaq istəyirlər. Mübarizə bu gün də var, sabah da, birisi gün də olacaq. Qüvvəmizi qoruyaq. 15.21. B.Vahabzadə. (Xalq Cəbhəsinin başçılığını öz boynuna götürdü). Gəlin dağılaq. 15.25. Bir ara qarışıqlıq düşdü. Bir “erməni” kamera ilə şəkil çəkirdi. Onu tutub apardılar (Məmmədov Nadir imiş). 15.32. Tələbə Qorxmaz: Provokasiyaya uymayın. Qoyun çəksinlər. Yaxın buraxın. 15.39. B.Vahabzadə: Siz Məmmədov Nadir Cəmil oğlunu döymüsünüz. O, Tarix İnstitutunun əməkdaşıdır. “Molodyoj Azerbaydjana” qəzetinin sifarişi ilə şəkil çəkir. Erməni bilmisiniz? Kaş erməni olaydı. (Gülüşdülər). Belə şey olanda bizim sərəncamımıza gətirin. 15.48. Meydanda ən azı 100 min adam var. Xorla “Və-zi-rov!” tələb edirlər. Vəzirov isə xalqa etina etmir. Heç bir partiya və dövlət rəhbəri xalqı saya salıb gəlmir. Bəli, tələbələr aylarla burada dursa yenə xeyri yoxdur. Bircə şey aydındır - yalnız fəhlələrin dayanması, tətil öz hökmünü yeridə bilər. Qız uşağı. Şer oxudu (Nemətin qucağında): “Vətəni sevməyən qana boyansın!”. “İgidlər məskəni, igidlərik biz. Vətən həsrətiylə vurur qəlbimiz!”. (Sürəkli alqışlar). 16.12. Əbülfəz: Sözü verək Fəraməz Məmmədov yoldaşa, nümayişçilərin adından danışsın. Fəraməz Məmmədov (kinostudiyanın operatoru): Təklif edirəm ki, referendum keçirək. Hamımız burada imza edək ki, öz respublikamda muxtariyyət olmasını istəmirəm, respublikada hər sahə respublikanın özünə həvalə edilsin. Tağı: Sumqayıtdan xəbər gəlib ki, 100 min nəfər belə imza toplayıb.

16.17. İsmayil Təriqpeyma (ADU, hüquqşünas). 16.22. Yəhya Məmmədov (ADU, rektor): Biz fəxr edirik ki, övladlarımız bizdən qabaqda gedir. Biz sizinlə fəxr edirik. Biz arxayınıq ki, siz bizdən də yaxşı işləyəcəksiniz. Bu 9 ayda biz sizi yaxşı tanıdıq. Mən yarım saat qabaq Vəzirovun yanında olmuşam. Çox iş görülür. Deyəcəksiniz ki, həmişə vəd verilir, iş görülmür. Vəzirov neçə gündür gecə-gündüz işləyir. (Fitə basdılar). Bir həftə vaxt verin, sonra bir də gələrik. Mən universitet, respublika tələbələrinə müraciət edirəm. (Fitə basdılar). 16.28. Əbülfəz: Bilirsiniz ki, Ağdamda “Dayaq” cəmiyyəti yaradılıb. Onun işçisinə söz verək. 16.20. “Dayağçı”: Biz dünən işinizi eşidib bura gəlmişik. Zeynal Məmmədov, Telman Allahverdiyev, Xuraman Abbasova məni bura göndərəndə xahiş etdilər ki, deyim: son on beş gündə Xocalıda, Malıbəylidə, Meşəlidə və b. aparılan işlərdən xəbəriniz olsa çox razı qalarsınız. 452 manatlıq Qarabağ əhlinə yardım göstərmişik. Gəlin birləşək. 16.32. Nemət: Mütəşəkkilliyimizin pozulması məğlubiyyətimizdir. Xahiş edirik, yalvarırıq, dağılın. 16.35. Tağı: ünvan yazılmalıdır. (“Və-zi-rov!”). 16.39. Hatəmi: Dünəndən Vəzirovu tələb edirsiniz. Ancaq o gələ bilmir, çünki onun başçı kimi müstəqilliyi yoxdur. (Mikrofondan araladılar). 16.40. Dəmir Gədəbəyli: Əziz xalqım... (Fitə basdılar). 16.48. Xəlil Rza. (Danışmaq istədi, qoymadılar). (“Ha-tə-mi!”). 16.51. Xəlil Rza: İki gündür ürəyimi iftixar hissi bürüyüb. Tonqal-ların işığından keçmişəm. (Yeni şerini oxudu. Hatəminin mərkəzi tutmuş dəstəsi sonadək oxumağa imkan vermədi). 17.01. Dəmir Gədəbəyli. Yeni tələblər irəli sürdü: 1) DQMV-də komendant saatı gücləndirilsin. 2) DQMV-nin rəhbəri ruslardan olsun. 3) Sumqayıtlıların mühakiməsi dayandırılsın. 4) DQMV-ə Ermənistan SSR-dən gələn bütün maşınlar dayandırılsın. 5) Mərkəzi mətbuatda çıxış etmək üçün nümayəndələrimizə imkan yaradılsın. 6) Vəzirovdan tələb edilsin ki, ətrafındakı durğunluq dövrü mafiya-sını ləğv etsin. 17.05. Oğlan: Bir gün yatmışıq, beş gün də yatacağıq. Nə qələm-kağızdır? Təklifimizi bildirmişik. MK qeydə alsın. 17.10. X. Rza. Yenə tələbləri oxudu: 1) Makinalar azərbaycanca olsun. 2) Azəri torpaqlarını daşnaklara satanlar məhkəmə qarşısında cavab versinlər. 3) Əsgəranda Bəxtiyarla Əlini öldürənlər də Sumqayıt məhkəməsinə tələb edilsin. 17.12. Nemət danışdı. Camaat onun danışığini yarımçıq kəsib arxasını tribunaya sarı yerə oturdu 17.17. Bir oğlan: Vəzirov təzə gələndə söz verdi ki, torpaqdan pay olmaz. Ancaq olub. Dağlıq Qarabağ bizimlə iqtisadi, siyasi əlaqəni kəsib. Əgər rəhbərlik bacarmırsa biz Stepanakertə yürüş təşkil edək, aeroportu bağlayaq. 17.20. Başqa oğlan: Bakı bu gün saat 8-dən ölü şəhər elan edilməli-dir. Fəhlələr də bizə qoşulmalıdırlar. (15 dəqiqə fasilə). (Camaat geriyə axışıb yolu kəsdi). 17.46. Uşaqlar kağızdan xaç düzəldir, sonra yandırırlar. Qaranlıq tam düşüb. Poğosyan Dadaş Asanova nota ilə vaxt verib: Sübut edin ki, Topxana tarixi abidədir. Şüar: “Vəzirov, utanma, çıx bayıra!”, “Bakı bu gün saat 8-dən ölü şəhər elan olunur. Heç kəs işə çıxmasın!!!”. 18.50. B.Vahabzadə və başqa “cəbhəçilər” aşağı düşdülər. Camaat: “Və-zi-rov!” ( bir çoxu “Və-zir-yan!” deyir). Qatlama çarpayıni havaya qaldırdılar, camaat (gecə meydanda qalmaq istəyənlər) ruhlanıb alqışladı. Bir dəstə xorla “Vaz-gen eş-şək” oxuyur. 18:55. AZİ-nin tələbələri böyük izdihamla gəldi (çoxminlik). Aramsız olaraq Vəzirovu çağırırlar. 19.12. Xorla oxunan bayatı:

Əzizim olmayaydı, Saralıb-solmayaydı. Bakı yaxşı şəhərdir, Erməni olmayaydı. 19.17. Xarici Dillərin tələbələri gəldilər. Soldakı 1-inci tribuna ehtizaza gəlib. “Və-zi-rov” çağırırlar. “Armənskiy druq - xuje vsəkoqo vraqa” (bir tarix kitabından. Yazılıb, asılıb). 19.28. Gələn yeni dəstəni alqışladılar. 19.30. Yeni gələn dəstəni alqışladılar. Elə ailələr var ki, hamısı gəlib. (“Sum - qa - yıt!”). Xocalıda 42 erməni ölüb. Əksəriyyəti dustaqlıqdan buraxılanlardır. Şüarlar: “Poğosyan məhkəməyə cəlb olunsun!!!”, “Qalx ayağa, Azərbaycan”, “Sumqayıt vətənpərvərlərinə azadlıq!”. 19.55. Tribunaya çıxıb birisi “Qarabağ şikəstəsi” oxudu. Neməti fəhlələr əllərində qaldırmışlar. Yaxşı eşitmirəm. Ancaq hiss edirəm ki, dağılışmağa çağırır. 20.00. “Tə-til!”, “tə-til!”. 20.04. Gəələn yeni dəstəni alqışladılar. Velosipedə Azərbaycan bayrağını taxıb meydanı gəzdirirlər. 20.15. “Azərbaycan” mehmanxanasından Hökumət evinin sağ qurtaracağı-nadək adamla dolub. Ancaq kütlə əsasən meydanın yarısından qabaqda topla-şıb. 20.20. «Azərbaycan» mehmanxanası tərəfdən 10-15 minlik izdiham gəldi. 20.35. Mürsəl Həkimov (professor) meydanda camaata danışır: Müsəlmanlar sünnət olur, banka qoydurur, qan çıxardır, baş çapır, nəticədə qanı dəyişir. Ancaq erməni bunların heç birini eləmir. Qanı qalır içəridə, vurur beyninə, ona görə də başdan xarab olur. Köpək uşağı qızlarını, arvadlarını yanımıza göndərib bizi bu günə salıblar. İndi qızışıb üstümüzə gələnlər öz biclərimizdir. Bizi tanı-mırlar. 20.45. Mikrafonla Zeynəbin mahnısını verirlər. (“Dünyanın xoşbəxti mənəm dünyada”). Qurtaran kimi: “Və - zi - rov”. 21.00. Meydanda təxminən 100 min adam qalıb. Çoxlu bayraqlar dalğalanır. Mikrofon istəyirlər. Hava çox gözəldir. Deyəsən qalanların çoxu sabahacan qalmaq fikrindədir. 21.20. Camaat qızışıb. Hiss olunur ki, idarəolunmaz vəziyyət yara-nır. (Və-zir-yan!”). Meydanda iki yerdə böyük tonqal qalamışlar. Camaat ətrafına toplaşıb. 21.35. Nə qədər başısoyuqluq! İki gündür ki, respublikanın başçıla-rı xalqın üzünə çıxmır. Camaat qızışır. Doğrudanmı onların nəsə edəcəyini gözləyirlər?! Xəliyəddin Xəlilov mənə danışır: Xudu Məmmədov öləndə orkestrlə basdırmaq istəyirdilər. Nemət Rafiq Zeynalova (MK katibi) dedi ki, dədən öləndə orkestrlə basdırarsan. Onunla da orkestri yığışdırdılar. 21.45. Tribunada Ənvər, Nemət və başqaları. Camaat əl çalır, uğuldayır. Rəhbərləri görmək istəyir. Sol tribunalarda hatəmiçi gənclər ehtizaza gəlib yırğalanırlar. 21.50. Ağdamdan gələn 2 nəfər əllərində yemək soruşdu ki, qatar gedir, camaata yemək gətirmişik, kimə verək? Dedik ki (Xəliyəddinlə), apar tonqalın yanına. 22.03. Tribunada dava düşdü. 22.16. Böyük bir kabel çarxını yandırıb ondan tonqal düzəltdilər. Kim tapıb sürüyüb gətirmişdi, çox qəribə idi. Dövrəsinə xeyli adam yığışıb. 22.20. Gəlin yeni izdihamı alqışlarla, hay-küylə qarşıladılar. 22.50. Şüar mənliyi ilə oynamaq olmaz!”. Qadınlar qazanlarda yemək gətirib verirlər. 23.00. Meydanda 50-60 min adam qalıb. Tribunaların hamısı doludur. Uşaqlar baş tribunanın səkisində oturub bayraq yellədirlər. Bu gün bayraqlar xeyli çoxalıb. Nümayişçilərin içində qadınlar da çoxdur. Artıq hamı dəstə-dəstə toplaşıb söhbət edir. B. Vahabzadənin “kol-kos qırılıb” deyə yalan söyləməsini qınayırlar.

22.30. “Azərbaycan” mehmanxanası tərəfdə camaat qaçışdı. Bəlli oldu ki, 2 turisti erməni bilib döymək istəyiblər. (Şəkil çəkmək istəyirmişlər). Nümayişçilərin içərisində içən adamlar da var. Bəzisi deyir ki, maraqlı deyil. Mikrofon işləsəydi yaxşı olardı. Xəliyəddinlə gəzdik. Camaat seyrəlib. 30-40 min qalar. 24.00. Meydanda 10 min adam qalar. Tonqalın ətrafında qalmışlar. *** Bu gün “Kommunist” qəzetində Ş.Cəmşidov və F.Əliyevin “Topxana hünər abidəsidir” məqaləsi çıxıb. Həmin qəzetin bugünkü nömrəsi “SSRİ Ali Soveti Rəyasət Heyətin-də” başlıqlı məlumatda yazır: “1988- il noyabrın 16-da Estoniya SSR Ali Sovetinin sessiyasında bu respublika Konstitusiyasının 74-cü maddəsinə aid belə bir düzəliş qəbul edilmişdir ki, Estoniya SSR-in ali hakimiyyət orqanları SSR İttifaqının qanunvericilik və başqa aktlarının tətbiqini müəyyən hallarda dayandıra bilər və ya bunun hədlərini müəyyənləşdirə bilərlər”. 19 NOYABR 1988. 00.09. Meyddanda işığı söndürdülər. Qaldıq küçə işığının umuduna. Fit göyə ucaldı. Azərbaycanın bayrağı üstündə ay-ulduz dalğalanır. Dünən (18.11.1988) referendumda 250 min imza toplanıb DQMV-nin ləğvi üçün (Rüstəm Behrudi dedi). 01.02. Şayiə gəzir ki, camaatı əsgərlər götürəcək. Universitetin tələbələri dağılışmışlar. 01.25. 18 yerdə tonqal var. Əsgərləri (milis əsgərləri) 4 avtobusa doldurmuşlar. Nemət, Firidun Cəlilov, İsmayıl Təriqpeyma və başqa “cəbhəçi”-lər camaatı dağılışmağa çağırırlar. Ancaq hamı etiraz edir. 02.05. Ənvər camaatı toplayıb saat 6-yadək dağılışmağı təklif etdi. Razı olmadılar. Xorla oxumağa başladılar: “Evə gedən - erməni!”. Ələnib qalan 2-3 min adam tonqal başında oturub - bəziləri asfaltın üstündə altına qəzet salıb, bəziləri taxta yeşiklərin üstündə. Bir-birinə söykənib yeşiyin üstündə uzananlar da var. SƏNƏD “Ənvər Əliyev və dostları mitinqi gün yarım idarə edə bildilər. (Sonrakı günlərdə gələnək şəkli alacaq birinci gün meydanda qalmağın əsasını onlar qoydular). Özlərinin təşkil etdirdiyi mitinqin əngələ dönüşdüyünü görən dövlət adamları tribunanın altındakı deputat otağında Ənvərə nə demiş, nə təpinmişdilərsə o, Sabir Rüstəmxanlı, Nemət Pənahov ikinci gün günortadan sonra meydanı dağıtmaq istədilər. Çıxış edib qoymadım. Əgər mən meydanı dağıtmaq məsələsində öz yükümü bu adamların yükünün üstünə qoysaydım ümumiyyətlə “meydan hərəkatı” deyilən şey, onun Nemət Pənahov adlı “qəhrəmanı” ola bilərdimi?.. Ənvər Əliyev sıradan çıxdıqdan sonra meydan iki gün ancaq Hatəmini tanımışdır. Bir vaxtlar nümayişlərin, mitinqlərin təşkilini pozan adam kimi xatirələrdə qalan və bu işi indi də davam etdirəən Nemət isə tribunanın qarşısında duran gənclər tərəfindən butulkaya, çürümüş meyvəyə basılır, tribunadan qovulurdu”. (Hatəmi Tantəkin. Acı həqiqətlər. - “Milli qurtuluş”qəz., 10.1993). 03.00. Gecə sabahadək qalan qızlarımızın adları: Muradova Gülnarə, Həsənova Badam (ADU), Vəfa Abdullayeva (Tibb İn-tu), İradə Məhərrəmo-va, Yunisova Sürəyya, Süleymanova Sədiqə, Zərnigar Barxu, Məmmədova Könül (Politexnik İn-tu) (200-dən çox idilər - səhərəcən qalanlar). 03.10. Qarmon, nağara gətirdilər. Qabaqca “Qarabağ şikəstəsi” çalındı, sonra başqa havalar. 03.31. Xalıq Xalıqovun meydanın yaxınlığındakı çayxanasında çay içdik. Nümayişçilərə qulluq etmək üçün gecə-gündüz işləyir. Elə təxminən bu vaxt yağış yağmağa başladı. Ancaq heç kəs yerindən tərpənmədi. 03.50. K 58-97 AD nömrəli ağ “Jiquli”nin sürücüsü (Fazil) qatıq, şor, çörək gətirmişdi. 04.00. U 08-49 AQ (“Jiquli”; Əcəlov Mehman, Kamran Osmanov) alma, armud, nar gətiriblər. Kamran dedi ki, iki gündür meyvə daşıyıram. 04.05. A 08-56 AQ (“Jiquli”; Mehdiyev Vahid, Navahı kəndindən; 110 km uzaqdan) isti çörək gətirib. T 33-00 AQ, “zaporojets” yemək gətirib.

04.15. Tələbələr mübahisə edirdilər. Xəliyəddinlə birgə qulaq asdıq. Nə qədər ağıllı, mədəni mübahisə idi! Deyirdilər ki, xalq hələ başçısızdır. Düzdür, ortada bir-birini tənqid edən başçılar çoxdur, ancaq nə Nemət, nə Hatəmi, nə Bəxtiyar Vahabzadə, nə Sabir Rüstəmxanlı və başqaları hələ başçı deyil. Xalq özü əsl başçını öz vaxtında yetirəcək. Onlar Nemətin də, Hatəminin də mənfi və müsbət cəhətlərini obyektiv dedilər. Deyirlər ki, Nemət mübarizdir, ağıllıdır, fəhləni ardınca apara bilir, ancaq təzyiqə uyur. Hatəmi isə barışmazdır, güzəştə getmir, ancaq siyasi savadı azdır və çıxış yolunu dində görür. Maraqlı idi ki, meydandakı saysız-hesabsız yeşiklər (yandırmaq üçün) haradandır. Öyrəndik ki, “Jiquli”lərdə gətiriblər. Gətirilən bütün şeylər sürücülərin öz xərcinədir. 04.22. 26-lar rayonun I katibi Vəli Məmmədovu bir dəstə gənc arasında söhbət aparan gördük. Hadisələrin axarının pis məcraya yönələ biləcəyindən ehtiyat etdiyini bildirir. Başqa böyük bir dəstədə oğlanlar yığışib kişi lətifələri danışırlar. Başqa bir dəstədə ADU-nun hüquq müəllimi İsmayıl Təriqpeyma (“cəbhəçi”) söhbət aparır, xalqın öz mənəvi varlığını qorumağın amillə-rindən, şərtlərindən tələbələrə söz açır. Hər dəstə, hər tonqal başı bir auditoriyadır. Yuxu qaçmış gözlər-dəki marağı, həvəsi görmək, qızların kişi duruşuna, davranışına tamaşa etmək çox xoşdur. Xəliyəddin üstü açılan uşaqların üstünü örtür ki, soyuqlamasınlar. 04.36. Narın çisək başladı. Gecə yarısı (saat 2-də) iki “turist” (çekist) gəldi, onlarla mən, Paşayev Tanrıverdi söhbət etdik. Adamların məqsədi və əhval-ruhiyyəsi ilə maraqlanırdılar. 05.00. Meydanda 1500- adam qalmışdı (200- qız). Hamı dəstə-dəstə tonqalların ətrafına toplaşmışdı. 05.11. Camaat tək-tək, qoşa-qoşa şəhərdən gəlməyə başladı. 05.40. Əbülfəz axtara-axtara tribunaların ucundakı qüllələrə baş çəkdik. Pillələrin üstündə balaca uşaqlar yan-yana, iç-içə kələm kimi yat-mışdılar. Üç-dördünün üstündə bir adyal vardı. 05.50. Tağı maşını gəldi (nömrəsini bilmədik), dedi ki, lazımdırsa taksilər bu gün işə çıxmasın. Cavab verildi ki, hələ işləyin, siqnal gözləyin. Köməyə gələn maşınlar: K 86-05 AQ (Jiquli) K 62-68 AJ (Jiquli) R 04-57 AQ (Jiquli) Ö 96-36 AQ (“Zap) AQTs 68-38 (tranzit “Jiquli”) 06.00. Hamı oyanıb. Çisək yağış yağır. 11 dərəcə isti var. Hamı tonqallar ətrafına yığışıb. İsfəndiyar Coşğun da buradadır. 06.20. 18-51 AQL (“İkarus). Sürücü saxladı. Dedi ki, sizi hara aparım? Sonra dedi ki, salona mikrofonla deyirəm ki, nümayişə gələnlərə havayıdır. Bir oğlan dedi ki, Bakıxanov-Şmidt küçələrinin kəsişməsində, Ermənikənddə, Zavağzalnı küçələrində BTR-lər durmuşdu. Dünən yox idi. Gecə düzüblər. Lətifə: İt SSRİ-dən ABŞ-a gedir. Deyirlər sizdə qlasnostdur, orada niyə yaşamırsan? Deyir ki, qlastnost belədir ki, zəncirimizi uzun ediblər, bir də deyirlər ki, nə qədər hürürsünüz hürün. Ancaq yeməyə şey yoxdur. (Firidun Qədirov). 07.00. Hava işıqlanmağa başladı. Yağış güclənib. Adamlar hiss edilməyəcək qədər çoxalıb. Gecə ikən tələbələr meydanın zir-zibilini təmizlədilər. T.Paşayev doğru dedi ki, nə KQB işçiləri, nə də milislər bu şəraitə tab gətirdi. Doğrudan da, onların heç biri indi gözə dəymir. Nemət və başqa başçılarla gənclər birləşib bugünkü hərəkət xəttini müzakirə edirlər. SƏNƏD “Deputatlar otağında xeyli dövlət adamı vardı. Onlardan yadımda qalanı bunlardır: Fuad Musayev, general Kamil Məmmədov, Tofiq Bağırov, polkovnik Fətulla Hüseynov, Vəli Məmmədov, podpolkovnik Eldəniz Əliyev. Maraqlı idi ki, adi adamlardan Araz Əlizadə, İsmayıl Təriqpeyma, hələ meydan qəhrəmanına döndərilməmiş Nemət Pənahov da onların arasında idilər... General Kamil Məmmədovun: “Meydanı dağıtmaq lazımdır” sözü ağzından çıxıb qurtarmamışdı ki, Nemət məni tərbiyəsizcəsinə təhqir edib dedi: “Bu bişərəf qoymur dağıdaq”. “Məni buraya gətizdirmisiniz ki, bu ağızdan xarab uşağa təhqir etdirəsiniz?” dediyimdə general Nemətə acıqlandı: “Keç otur yerində, ağzını da təmiz saxla”. Sonra mənə sarı döndü:”Hatəmi,

Bakıda bir hadisə baş versə əvvəl sən cavabdehsən, sonra mən. Gəl mitinqi dağıt”. Ona dedim: “Mitinqi dağıtmaq fikrində deyiləm. Əksinə, istəyirəm bütün Azərbaycan işi dayandırıb mitinqə çıxsın”. (Hatəmi Tantəkin. Acı həqiqətlər. - “Milli qurtuluş” qəz., 10.1993). 08.00. Axşamki camaatdır. Gedənlər də var, gələnlər də. Tonqallar azalıb. Yağış zəifləyib. Bəli, bu gecə də macərasız ötdü! 08.25. Dəniz limanının fəhlələri ilk qaranquş kimi gəldilər. Gəmiləri yola salmaqdan imtina ediblər (30-40 nəfər olar). Dünən səhər tezdən buvaxtacan vur-tut bircə saat oturduğuma görə ayaqlarım sözümə baxmır. Evə yollanıram. 19 NOYABR 1988. (Ardı) Evdə bir neçə saat dincələndən sonra yenidən nümayişə qayitdım. “28 aprel” metro stansiyasəndan çıxıb Lenin meydanına gələndə gördüm ki, küçə ilə metroya sarı çoxlu adam gəlir. Elə bildim ki, mitinq dağılıb, ancaq yetişəndə baxdım ki, belə deyil. Dolaşdım. 250-300 min adam olardı. Mən gələndə mikrofon susmuşdu. (Çıxışları öyrənib sonra yazaram). Yeni şüarlar: “Əl çalmayan - erməni”, “Qarabağın muxtariyyətini ləğv etməli”, “Yaşasın Azərbaycan xalqının monolit birliyi!”. Bayatılar: Arazı ayırdılar, Qan ilə doyurdular. Mən sizdən ayrılmazdım. Zor ilə ayırdılar. *** Ay uyruğu-uyruğu, Vazgenin var quyruğu. Vazgen bir oyun eylər, Özünü qoyun eylər. Mikrofon sussa da camaat mağazada satılan gücləndirici ilə danışır. Şerlər oxuyur, fikirlərini bildirirlər. Qız bir məktubu oxudu. Bu gün “Molodyoj Azerbaydjana” qəzeti məqalə verib. Ona minnətdarlıq bildirildi. 16.52. Mikrofon quruldu. Sabir Rüstəmxanlı: - Fasilə götürdük ki, camaatdan gələn məktubları saf-çürük edək, mitinqin müraciətnaməsini oxuyaq. Dünən qadınlar zəng edib deyirdilər ki, nümayişçilərə necə kömək edək? Məktubların çoxunda ana dili məsələsi öndədir. Bir çox qeyrətsiz idarə rəhbərləri buna etinasız yanaşırlar. Siz niyə dözürsünüz? Fəhlələr özləri bununla məşğul olsunlar. Niyə dünyanın böyük dili qoz qabığına soxulsun? Müəllimlərin konfransında tələb edilib ki, yığıncaq Azərbaycan dilində olsun. Siz də belə edin. Moskva komissiyaları Azərbaycanı yoxlayır. Məktubda təklif var ki, Azərbaycan da Moskvanı yoxlasın. Moskvadan gələnlər kiminsə cibinə göz dikib gəlirlər. Pislənilsin. Azərbaycan kəndlərində başçılar, nazirliklərdə milli prinsiplər pozulur. Bizə xəyanət edənlərə də vəzifə verilir. 16.58. Əzim İsmayıllı (Gürcüstan SSR): Bu gün sizi təbrik edirəm. 2 gündür ki, aranızdayam. Gürcü xalqı həmişə bizi müdafiə edib, edəcək. Heç bir şayiə sizi çaşdırmasın. Onlarla dostluğu pozan deyilik. Bu ayın 13-ündə Gürcüstanda keçirilən yığıncaqda dil məsələsinə toxunublar. Milli Cəbhə yaradıblar, azərbaycanlılar da var. Gərək Azərbaycanda da belə olsun. 17.00. Sabir: Balaca elan. Məmmədova Mehparə itib. Anası onu gözləyir. Tapan tribunaya yaxınlaşsın. Bakı Neft Texnikumunun tələbəsi Eldar Qasımovu qovublar. Kim nümayişlə bağlı məktəbdən, işdən qovulsa bizə müraciət etsin, tədbir görək.

17.03. Qarabağdan kişi: Qarabağda qırılan meşə üçün erməniləri 2.700 m cərimə ediblər. Azdır. Məhkəməyə verilib. Onları məcbur etməlidirlər ki, oranı əksinlər. Qıranlar həbs edilsin. Ermənistandan gələn tikinti materialları dayandırılsın. Komentant saatı ola-ola gecə işləyiblər Topxanada. Var olsun Azərbaycan xalqı! Sabir (17.05). Məktublar: 1) Sumqayıtla bağlı məhkəmə dayandırılsın, Azərbaycana verilsin, xalqın iştirakı ilə keçirilsin. 2) Xalq tələb edir ki, Qorbaçov Azərbaycana gəlsin, Qarabağdakı vəziy-yəti özü görsün. 3) Sumqayıtdan məktublar gəlib. Sumqayıtda zəhərli zavodlar yenə tikilir, əhalinin qayğısına qalınmır. 200 milyonluq tikinti gedir. O dayandərəlmasa Sumqayıt cavanları işi dayandıracaqlar. “Sum-qa-yit!” 4) ADU hüquq tələbələri: bizi sizışdirirlar. Ağırdir ki, bizim hüquq işçiləri Erməstandan gələnlərdən rüşvət alırlar. Ar olsun!1 Ermənistandan gələnlər yalnız DQMV-də yerləşdirilsin Milli gələrinin heç olmasa 50% xalqa qaytarılsın. Arada gəzib pul yığanlara heç nə verməyin. Ermənistan SSR-də azərbaycanca verilişlər ləğv edilib, bizdə də ermənicələr ləğv edilsin. (Alqışlar). Bu tələblər çoxdur. Oxumaqla o demək deyil ki, 1-2 həyata keçə-cək. Təkcə nümayişlə yox, gündəlik işimizlə buna çalışmalıyıq. Nümayiş iştirakçılarının Azərbaycan hökumətinə son tələbini irəli sürürük. (“Və-zi-rov”). Gəlin bir-birimizə hörmət edək və inanaq. Mən heç bir işdə sizə xəyanət etmərəm. Nümayiş iştirakçılarının Azərbaycan hökumətinə müraciəti: Son vaxtlar Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzü davam edir. Ermənistanda, Dağlıq Qarabağda Azərbaycan xalqı dözülməz məhrumiy-yətlərə düçar olub. Azərbaycanın suverenliyi pozulub. 19 noyabr mitinqinin iştirakçıları aşağıdakı tələbləri yerinə yetirməyi xahiş edir: 1) Topxananın qırılması barbarlıq aktı hesab edilsin, cinayətkar-lar cəzalandırılsın. 2) Kooperativin işi pislənib işimizə dəxalət kimi qiymətləndiril-sin. 3) Bu hadisə ilə bağlı Azərbaycan Ali Soveti Ermənistan Ali Soveti-nə etiraz etsin. 4) SSRİ Konstitusiyası layihəsi maddələri Azərbaycan respublikası-nın suveren hüquqlarını məhdudlaşdırdığı üçün Azərbaycan SSR Ali Soveti SSRİ Ali Sovetinə qəti etiraz etsin. Biz üç gündə öz gücümüzü göstərdik. Gələn bazar gününə kimi vaxt verək. Tələblər ödənilməsə gələn bazar günü yenə bura yığışaq. (“Və - zi - rov!”). Görülən iş haqqında Azərbaycan televiziyası vaxtlı-vaxtında məlumat verəcək. Biz dağılırıq ki, bir də toplaşaq. (Baş tribuna boşaldı). 17.00. Camaat dağılmadı. (“Və-zi-rov!”.) Sol tribuna: “Gedənlərə ar olsun!”,“Evə gedən-erməni”, “Evə gedən Vazgendir!”. 17.25. Yavaş-yavaş dağılmağa başladılar. Qalanlar Vəzirovu tələb edirlər. 2-ci sol tribunada 2-3 yaşlı iki balaca uşaq da onlara qoşulub əl çalır. Gedənlər yavaş-yavaş qayıtmağa başladı. Qalanlar yerdə oturdular. Yağış kəssə də yer su idi. Buna baxmadılar. Bir çox gənclər “Qarabağ” siqaretinin üzünü qoparıb döşlərinə emblem kimi yapışdırıb. Xalq başa düşür ki, vədlər çoxdur, yerinə yetirilən işlər isə az. Azərbaycan radio və televiziyası, mətbuatı (“Molodyoj Azerbaydjana”dan başqa) xalqın üç günlük məşəqqətinə göz yumub. Bəs sonra nə edəcək? Heç bir rəhbər xalqı sayıb qabağa çıxmadı. Belə olduqda rəhbərliyə inanmaq mümkündürmü? Azərbaycan SSR-in ən azı 22 bayrağını saydım. Ortada bir bayrağı uzun ağaca (təxminən 10 m) keçirib dalğalandırırlar. Şeypur çalanlar da var. 17.40. “Və -zi- rov” çağırışları yenə ucaldı. Yenə qəzetdən xaç düzəldib yandırmağa başladılar. Ortada tonqal qalandı. 17.45. Sol tərəfin işıqlarını söndürdülər.

18.05. 13-47 AQP (PAZ) avnjbusu tonqal qalamaq üçün odun gətirdi ( bu gecə 5-6 dəfə gəlibgetdi). Meydanda 6 yerdə tonqal qalandı. Tribunalarda tək-tək şüarlar söyləyir, şüarçıları alqışlayır, “ura” edirlər. “A-zər-bay-can” qışqırırlar. 18.15. Şüarlar: “Aclıq elan edən yoldaşlara Bakı fəhləsi səs versin!”, “21-i hamı tətilə!”. Körpə bir uşaq qışqırır: “Evə gedən - erməni”. 18.35. Söndürülmüş projektorları yandirdilar. Meydanda 100 minə yaxın adam (tələbə) qalıb. Tonqallar çoxalıb. Ölkənin bir çox rayonlarından – Qarabağdan, Ermənistandan maşınlarla adam gəlib. Onlar, deyəsən, getmək fikrində deyil. Mütəllim dedi ki, dağılışmaq gərəkdir, çünki, Fətulla Hüseynov (Bakı Dİİ, rəis ) deyib ki, bu gecə dəyənəklə döydürəcəm. Onun belə deyib-demədiyini mən bilmirəm, ancaq onu bilirəm ki, tələbələr bu gecə də dünənki qədər qalsa heç kəsə əl vura bilməyəcəklər. 2 sol tribuna doludur. Sağ tribunanın isə birində bütün yerlər tutulub (ancaq basabas yoxdur), 2cisində adam azdır. Meydanda isə “Azərbay-can”dan “Abşeron”adək səpələnmişlər. Daha çox mərkəzi tribunanın qarşı-sında sıxlıqdır. Burada aclıq edən tələbələr oturub (bir-birinə söykənib). Üstlərinə adyal salıblar. İstəyirəm ki, onlarla söhbəti gecə yarısına saxlayım, ona görə burada onlar haqqında susuram. 18.55. Camaatdan böyük bir dəstə ayrılıb (təxminən 10 min nəfərlik) “Azərbaycan” mehmanxanası tərəfə keçdi. Elə bildik ki, cavanlar Ermənikənd tərəfə yürüşə başladılar. Həyəcandan ürəyim düşdü. Tez ora qaçdım. Bəlli oldu ki, birisi (sərxoş) deyib ki, mən erməniyəm. Onu qulaqlarından asmaq istəyiblər. Milislər işə qarışıb qoymayıblar. Camaat da tamaşa üçün axışırdı. Ancaq çoxlu gənc (mən də onların içində) tapıldı ki, camaatı geri qaytarmağa çağırdı. Dedi ki, aranı qızışdırırlar, fitnəyə uymayın. Qolu güclü gənclər iki sıra (ələlə tutub) çəpər çəkdilər (mən də), milis yaranan dəhlizdən həmin adamı keçirib maşına apardı. Bir azdan camaat meydana qayıtdı. Yəqin ki, bu hadisə şüurlu şəkildə təşkil edilmişdi ki, nümayiş dağılsın, ya da nümayişçilərin xüliqanlıqla məşğul olması haqqında ələ tutarqa düşsün. (Sonra bəlkə də dəyənəkləri işə salmaq olar). Yaxşı ki, camaat təhlükəni sovuşdurdu. 19.10. Meydanda 100 minə qədər adam var. Hamı söhbət edir. Dünənki kimi bu gün də sol tərəfdəki 1-inci tribunada oturanlar xüsusi fəallıq edir, ehtizaza gələrək, yırğalanaraq bayraqları yelləyir, aramsız əl çalır, “Və-zir-yan” qışqırır, şer (mahnı) oxuyurlar: “...Bakı gözəl şəhərdir, erməni olmayaydı”. 2-ci tribunada isə, deyəsən, Maştağadan olan gənclər antierməni, antivazgen ruhlu meyxanalar oxuyurlar. Üç gecə yatmayan, yorğun olan, əldən düşən bu tələbələrin qüvvəsinin tükənməsinə sanki heç işarə də yoxdur. Meydana kiçik arabalarda (zavodlarda işlənən) odun, taxta daşıyır-lar. 19.35. Yaşıl, üstündə ay-ulduz olan iki islam bayrağı tutmuş dəstə meydana girdi. Alqışlara başladılar. Yaşıl bayrağın birini baş tribunada bərkitdilər, o biri isə sağdakı 2-ci tribunanın ortasında dalğa-landırıldı. Camaat onları sürəkli alqışlarla qarşıladı. Bir azdan “mik - ro - fon” tələbi meydanı bürüdü. “Ha-tə-mi” çağırırlar. Onsuz da, bayraqları görən kimi başa düşdüm ki, bu, M.Hatəminin dəstəsinin işidir. CƏNƏD “Üç rəngli milli bayrağımızın meydana kim, kimlər tərəfindən gətirilməsi məsələsi... çox dumanlandırılmışdır. ... Bayrağı meydana 19 noyabrda günortadan sonra Bədən Tərbiyəsi İnstitutunun tələbəsi Salman Hüseynov gətirmişdi. Fəqət bayrağı meydanda dövlətin şərxatasından qoruyan və çoxaltdıran Hatəmi olmuşdur. Komsomolçular Dövlət İqtisadiyyat İnstitutunun birinci kurs tələbəsi Elşad Ziyadovun əlindən bayrağı alıb cırmaq istəyi-rdilər. Komsomolçular qovur, Elşadla Salman təngənəfəs, rəngləri ağarmış şəkildə bayrağı burdan-ora, ordan-bura qaçırırdılar. Onları yanıma səsləyib bayrağı qızılbaşların əhatəsinə aldırdım. Qızılbaşların qorxusundan komso-molçular bayrağa yaxın düşə bilmədilər. Beləliklə, üç rəngli müqəddəs bayrağımız 70 ildən sonra öz doğma Bakısının qoynunda əzəmətlə dalğalanmağa, xalqı bir bozqurd olaraq milli mücadiləyə səsləməyə başladı... Xalq Hərəkatı Cəbhəsinin Bəxtiyar Tuncayda 4.500 manat pulu vardı. Ona göstəriş verdim ki, bayraqdan 4 dənə də düzəltdirib gətirsin. Tuncay tapşırı-ğımı ləyaqətlə yerinə yetirdi...

Məhdudluğundanmı, yoxsa dövlət tərəfin öyrətməsindənmi, Nemət bayrağın meydandan yığışdırılmasını tələb etdi. Ona qulaq asan olmadı. Bunun şahidi çoxdur. Türk bayrağının meydanda qaldırılması Teymur bəy Əliyevin, islam bayrağının qaldırılması isə hələ Çənlibel dövründən mənimlə siyasi yaxınlıq edən dağlı Əbdülün (Hacı Əbdül Əbdülovun Ə.T.) xidmətidir”. (Hatəmi Tantəkin. Acı həqiqətlər. “Milli qurtuluş” qəz., 18.1993). Mərkəzi tribunaya gənclər doluşdular (ancaq heç tələbəyə oxşamır-lar). Milislər onların bura çıxmasına, islam bayrağının dalğalandırılma-sına etiraz etmir, bəlkə də şərait yaradırlar 19.50. Tağı Xalisbəyli, Xəlil Rza baş tribunaya çıxdılar. Yaşıl bayrağı götürtdülər. Hərçənd bir az gecikdilər, çünki Hatəminin bu təşəbbüsü dövlət orqanlarının əlinə bəhanə verməkdən başqa bir şey deyildi. O, dünən ona söz verilməməsinin, uzaqlaşdırılmasının heyifini deyəsən, xalq hərəkatından alır. Soldan böyük bir dəstə gəldi. (Mən sağ-solu üzümü Hökumət evinə yönəldib müəyyənləşdirirəm.) 20.02 Bir gənc yanaşıb dedi ki, I gün ümumrespublika tətilidir, hamıya çatdırın. Bu gün dörd zavod (L.Şmidt adına, BEMZ, B.Sərdarov adına maşınqayırma və başqa biri), dəniz limanı işləməyib. Tələbələr “tətil” qışqırırdılar. “Və-zir-yan” səsləri kəsilmir. 20.10. Böyük bir dəstə tələbə gəldi (Politexnik, İnşaat Mühəndisləri). Meydanda təxminən 110 min adam var. Bugünkü ruh coşğunluğu dünənkindən yüksəkdir. Hava çox gözəldir. Buludlu olsa da quru, mülayimdir. Asfalt da quruyub. Bu üç gündə sanki rəhbərlərinin ürəyi yanmayan xalqa Allahın rəhmi gəlmişdir. Sanki Bakının həmişə ilin bu vaxtında qılınc kimi kəsən küləyini başqa yerə köçürmüşlər. Bulvardakı qülləyə baxıram: havanın istiliyi indi də 11 dərəcədir. Sanki möcüzədir - üç gündə eyni temperatur. 20.50. 59-50 AQL (Kamaz) içməli su gətirmişdir. 20.55. Yenə böyük bir dəstə aralandı camaatdan. Bəlli oldu ki, bir erməni camaatın arasına girib. Casus kimi bilib döyüblər. Milis tez aradan çıxardı. Camaat yerinə qayıtdı. 21.00. Meydanda 90-100 min adam qalmışdır. Sol tribunaların yuxarısında - ucadandanışanlar olan yerdə çoxlu uşaq toplaşmışdır. Gördüm ki, onlar elektrik cihazlarını qurdalayır. Camaatı yara-yara qabağa keçdim. Hay-küy sakitləşəndə qışqırıb dedim ki, aşağı düşün, sizi cərəyan vurar. Sağ olsunlar, düşdülər. Ancaq gördüm ki, soldakı 1-inci tribunada çoxlu təsadüfi adam var, onlara dirijorluğu isə yerdə duran iki sərxoş oğlan edir. Əlbəttə, belə yerdə heç kəsə bir söz demək, əl vurmaq mümkün deyil - heç nədən xəbəri olmayan kütlə o saat ora cumur. Baş tribunanın qarşısında böyükraq bir dairə düzəltmişlər. Burada aclıq elan edən tələbələr oturmuşdur. Camaat hamısı böyük dəstələr halında toplaşmışdır. Bir dəstədə birisi Qarabağa aid şerlərini oxuyur, başqa dəstədə biri tütəkdə Qarabağa dair havaları gözəl təranələrlə çalır. Vaxtlı - vaxtında çörək, yemək paylayırlar. Tonqal ətrafında xorla oxunan mahnıdan: Biri: Qarabağ Xor: Vətənimdir. Biri: Azəri Xor: Millətimdir. Biri: Erməni Xor: Eşşəyimdir. Baş tribunadan mikrofonu tamam götürdülər. Hökumət evinin sol tərəfində divara yapışdırılan sənədlər: “Biz tələb edirik:

1) Azərbaycan Ali Soveti bizim indiki mitinqimizə icazə verib onu qanuniləşdirsin və dövlətimizin banisi V.İ.Leninin adını daşıyan bu meydanı xalqımızın iradə və arzularını bildirmək üçün daimi yer elan etsin. 2) Ali Sovet xalqın istəklərini eşidib hökumətə çatdırmaq üçün daimi nümayəndə təyin etsin. Bu tələblərin tərəfdarları, dəftərə imza atın!”. Divar yazıları: “Heç bir vicdanlı azəri erməni satıcısına, ustasına bir qəpik də artıq pul verməsin!” TÜRK, MÜSAVAT, İSLAM “Xalqın müzakirəsinə verilmiş SSRİ Konstitusiyası layihəsində (119- maddə, bənd 13) müttəfiq respublikaların suverenliyi təhlükə altına alınır. Buna görə də həmin bəndin bu şəkildə qəbul olunmasını tələb edirk: “SSRİ Ali Sovetinin reyasət heyəti müttəfiq respublikanın Ali Sovetinin xahişi və ya icazəsi ilə SSRİ-nin müdafiəsi mənafeyinə uyğun olaraq ayrı-ayrı yerlərdə və ya bütün ölkədə hərbi, yaxud fəvqəladə vəziyyət elan edir, lazım gəldikdə müvəqqəti olaraq xüsusi idarəetmə formaları tətbiq edir”. “Vətəndaş! Çox günlük mitinqin nəticəsi olaraq Azərbaycan Xalq Cəbhəsi yaradılır. Cəbhənin proqramı qəzetlərdə dərc olunacaq. Yerlərdə (müəssisələrdə, məktəblərdə, idarələrdə və s.) özəklər yaratmaq üçün aşağıdakı nömrələrə müraciət edin: 39-43-42 Zərdüşt Əlizadə 94-27-29 Emin Əhmədov. Müvəqqəti təşəbbüs komitəsi.” “Azərbaycan xalqına müraciət: Problemlərimi həll edəcək yeganə qüvvə xalq birliyi - Azərbaycan Xalq Cəbhəsi ola bilər. Tələblər: 1. Respublikanın Ali Sovetindən Azərbaycan Xalq Cəbhəsinin rəsmi qeydə alınmasını tələb edək! Respublika qəzetləri Azərbaycan Xalq Cəbhəsinin layihəsi-ni müzakirə üçün dərc etsin! 2. Dağlıq Qarabağda Azərbaycan SSR hökumətinin icazəsi olmadan aparılan bütün təsərrüfat işlərinə son qoyulsun! Hər gün saat 21-dən 22-yədək Az.TV ilə Dağlıq Qarabağda baş verən hüquqi, təsərrüfat və idarəetmə sahəsində baş verən pozuntular haqqında dəqiq məlumat verilsin! 3. Konstitusiyada nəzərdə tutulmuş dəyişikliklər respublikanın suveren-liyinə təhlükədir! SSSRİ Ali Sovetinin sessiyasına gedən deputatlarımızdan tələb edək ki, fəaliyyət proqramlarını elan etsinlər və seçicilərin iradəsini rəhbər tutsun-lar. Azərbaycan Xalq Cəbhəsinin müvəqqəti təsis komitəsi.” “Layihə Azərbaycan Xalq Cəbhəsinin Proqramı (9 səh., makinada ) El gücü - sel gücü”. Azərbaycanca yazılmış mətn divara vurulmuşdur. 22.20. Sağdaki tribunada xor: “Hamı gəlib burdadır Vəzir oğlan toydadır.” Başına qırmızı lent bağlayan gənclər bu gün peyda olmuşdur. (Hatəminin adamları). 22.50. “Və-zir-yan” (təkrar-təkrar). Hay-küy, qışqırıq. 22.52. Sol cinahın da, sağ cinahın da işığını söndürdülər. Fit, hay-küy, “Və-zir-yan”. Meydanda 50-60 m adam var. Səs-küy əlindən qulaq tutulur. Sanki qorxurlar ki, səs kəsilən kimi hamı dağılıb gedəcək. 22.56. İşıqları yenidən yandırdılar.

23.45. Şin zavodunun fəhlələri gəldilər. Tribunadakılar alqışlar-la “Şin za-vod” sədaları ilə qarşıladı. Yeni şüar: “Xo-ca-lı!”, “tə-til!”. “Azərinform rəhbərliyinə ar olsun!” 00.00. Meydanda 25-35 min adam olar. Camaat yavaş-yavaş dağılışır. “Burda qalan var olsun! Evə gedən, ar olsun!”. “Burda qalanların canını Allah sağ eləsin!”. “Burada qalanların balalarını Allah saxlasın!”. *** Bugünkü “Kommunist” “Azərinformun məlumatı”nı dərc edib. Mitinqlər haqqında ilk rəsmi məlumat burada gedib. Məlumatda deyilir ki, Azərbaycan KP MK 2000- ilədək mənzil probleminin həllinə dair proqram hazırlayıb. “Eyni zamanda qeyd edilmişdir ki, müəyyən qüvvələr (mitinqlərdəki - Ə.T.) xalqın təbii həyəcanından və kədərindən fəndgirliklə sui-istifadə edirlər, Topxanada baş vermiş hadisələrlə bağlı qeyri-sağlam ehtirasları və emosiyaları coşdurmağa, millətlərarası ədavəti qızışdırmağa rəvac verirlər”. 20 NOYABR 1988. 00.20. 49-35 AQS maşını odun, taxta gətirdi. (“Qarabağ!” ). 00.40. Yeni şüarlar: “A-zər-bay-can!”, “Azəri türklərinə eşq olsun!”, “Sumqayıt qəhrəmanlarına azadlıq!”. 01.31. AZİ-nin tələbələri gəldilər (qabaqlarında milis maşını). 01.55. Xəliyəddindən eşitdim ki, AZİ-nin rektoru İ.İsmayılovu tələbələr döyüblər (dünən, 19.11.88); nümaişə gəldiyinə görə iki tələbənin qovulmaq haqqında əmrini verib. Ancaq sonra yuxarının göstərişi ilə instituta bərpa edib. Döyülmə prosesi buna görə baş verib. Həmin tələbələrdən biri dünən tribunaya çıxıb mitinqdə deyib ki, bizi institutdan qovub yenidən bərpa edən rektora ar olsun! 02.20. Meydanda təxminən 10 mindən çox adam var. Yatanlar tək-tükdür. Əksəriyyət tonqallar ətrafında ayaq üstə söhbət edir, gəzişir. Şüarlar, çəpiklər, alqışlar kəsilib. Bir neçə yerdə bayraqlar dalğalanır. Tələbələr ayıq-sayıq durublar ki, ermənilər araya fitnəkarlıq salmasınlar. Araya təsadüfən girən erməniləri döyüb qovlayıblar. Milislər yığışıb gediblər. Sağda qarmon və klarnetin müşayiəti ilə bir oğlan (yəqin ki, qarabağ-lı) çox gözəl oxuyur. Böyük bir dəstə yaranıb onların ətrafında. Başqa yerdə mağaza müdiri Akifin (N.Nərimanov prospektində “EA” stansiyası ilə üzbəüz) qardaşı sazda yaxşı havalar çalır. Ona diqqət yetirdim ki, bütün oxunan və çalınan mahnılar ya Qarabağa aiddir, ya da qəmlidir. Deməli, onlar kefə yox, ciddi işə gəldiklərini yaxşı anlayırlar. 02.35. 40-08 TZL (ZİL) maşını yemiş gətirmişdi satmağa. Şübhələn-dilər, satmağa qoymadılar. 02.38. Bugünkü “Kommunist” qəzetini gətirib payladılar. Ş.Əkbərza-də və İ.Rəhimlinin “Xalq sözü - haqq sözü” adlı yazısı çıxıb mitinqimizdən. (Kimdirsə dünən axşam da gətirib “Molodyoj Azerbaydjana” qəzetini payla-mışdı). “Kommunist”dəki məqalə (mitinq haqqında) “Molodyoj Azerbaydjana”da Nəcəf Nəcəfovun (redaktor) gözəl yazısından sonra ikinci məqalədir. Yağış çisəməyə başladı. 03.07. Meydan döyüş düşərgəsinə bənzəyir - hər yanda tonqallar yanır. Adamlar gəzişir. Bir maşına nəsə oldu. Camaat ora axışdı. Nə qədər “geri qayıdın” qışqırdıqsa xeyri olmadı. Aradan bir az keçəndən sonra Nemət tribunaya çıxıb ucadandanışanla müraciət edib dedi ki, camaat, 4 günlük əməyimiz hədər gedə bilər. Meydandan heç yana tərpənməyin. Hamınız bir yerdə olun. İkincisi də, içərinizdə içənlər var. Çox xahiş edirəm ki, hamı səhəri ayıq qarşılasın. İçmək cinayətdir. Onun sözlərini alqışlayıb bununla da həmrəylik bildirdilər. Kişili-qadınlı hamı bu fikrə tərəfdardır. “Qadın” demişkən, gecəyə qalan təxminən 7-8 minlik nümayişçinin 500-600 nəfəri qız, qadındır. 03.20. Bir “Volga” yağışdan islanmamaq üçün camaata polietilen örtüklər payladı. 03.50. İnşaat Mühəndisləri İnstitutunun 50-yədək tələbəsi gəldi. Alqışlarla, “A-zər-bay-can” payı ilə qarşılandılar. Əllərində şüarlar: “Fəhlələr! Tətilə!!!”, “Tələblərimiz yerinə yetirilməlidir. Öldü var, döndü yox!”, “DQMV-ə verilmiş muxtariyyət ləğv edilsin!”.

04.24. Şuşadan gələnlər oldu. Dedilər ki, Topxanada iş dayanmayıb. Dünən Qubadlı yolundan gələndə 28 maşın özləri sayıblar. Vəzirovun qəbulunda olublar. Maşınların üstünə erməni bayrağı vurublar. 06.52. Canlanma . “A-zər-bay-can” qışqırıqları başlandı. “Düşərgə” “istirahət” halından “döyüş” halına keçməyə başlayır. 07.46. Yeni şüarlardan: “Əsarətdə olan Zəngəzur sizinlədir!”. 09.27. İlk dəstə yanımızdan keçib gəldi. 11.30. “Qalx ayağa Bakı fəhləsi.”, “Fəhlələr, tətil!”, “”İşı çıxan erməni! Aclıq edən tələbələr Allahverdiyev Frımız *(XTİ, IV kurs) Əliyev Akif (AzNKİ,.II kurs) ........................... Cəmi 7 nəf 20 NOYABR 1988. (Ardı) 250-300 min adam 18.35. S.Rüstəmxanlı: Azərinform hadisələri təhrif edir; burada azərbaycanlılar işləməlidir. Mətbuatımız təhrif edir. Bu gün televiziyada hind filmləri göstərilib. Nurəddin Rzayev: Biz hələ çox çarpışmalı olacağıq. Bu, 2-3 yığışmaqla həll edilməz. (Fitə basdılar). F.Rəhmanzadə: Qulaq asmağı da bacaraq. (Fitə basdılar). 18.45. Nemət: Məktub gəlib ki, əsgərlər erməniləri müdafiə edir. Bilirik. (Qışqırıqlar). Z.Bünyadov: Qarabağa gedənlərin siyahısı. (Kəsdilər). S.Rüstəmxanlı: Gələn həftəyədək bizə qəti söz deyilməsə nümayişçi-lərin böyük hissəsi Topxanaya gedib, özümüz oranı qoruyarıq. Nemət: Ora gedəcək 15 nəfərin heç birinə inanmıram. Onları mən seçəcəyəm: 1) Sabir Rüstəmxanlı 2) Əbülfəz Əliyev 3) İsa Qəmbərov 4) Ağamalı Sadiq 5) Ziya Bünyadov 6) Bəxtiyar Vahabzadə 7) Xəyyam Musayev (l.Şmidt zavodunun direktoru) - onu özümüz seçmişik. 8) ADU-nun tələbələrindən 1 nəfər. Dəqiqləşdirərik, sonra elan edərik. 18.55. Sabir: Tələb edirik ki, DQMV-nin xain rəhbərliyi buraxılsın. Ora muxtariyyət lazım deyil. Dünən sorğu keçirildi. Az hissəsini müəyyən-ləşdirmişik. 20 mindən çox adam buna razıdır. Bu iş davam etdirilsin. Bu, təkcə DQ məsələsi deyil. Ordu yolu kəsib. Haradansa uzanan əllər xalqımızı təhqir edir. Bu əllər kəsilməlidir. 18.55. Aydın Məmmədov: Danışmaq çox çətindir. Xalqımızın bu illər boyu ən gözəl idealla-rını bura gətirmisiniz. Bura toplaşmağımız təsadüfi deyil. Hökumət evi-nin qarşısına yığışmağımız təsadüfi deyil. Sizə minnətdaram. Mənim uşaqlarım da sizin sıranızdadır. Mən SSRİ-nin müxtəlif regionlarında olmuş, xalqımız haqqında iftiraları eşitmişəm. Xalqımız təndirdə bişmiş xalqdır. Eşq olsun birliyinizə! Bu gün xalqın birliyi konkret işlərlə təsdiqlənməlidir. Hətta öz mətbuatımız da tələblərimizi təhriflə göstərir. Gücümüzü indiyədək göstərə bilməmişik. Biz bu gün bura yığışmaqla təkcə bugünümüzü yox, gələcəyimizin təhlükəsizliyini də qoruyuruq. Azərbaycanın sərvəti neft halında sorulur, əməyi tər halında gedir. Bu gücü konkret işlərə, DQda Azərbaycan hökumətinin bərqərar olmasına yönəltməliyik. Siz bu gün fəhlə, ziyalı liderinə qulaq asırsınız - bu, şəhərimizin ənənələrinə uyğundur. Adi bir təklif edirəm: xalqın iradəsini ifadə etmək üçün mərkəz yaradılsın, rəhbərliklə xalq arasında əlaqə yaratsın. Əlbəttə, bu gün ən vacib məsələ budur. 15-20 nə

Topxanaya getməsinə ehtiyac yoxdur. Bu gün DQ-da partiya işi qısa vaxtda müzakirə edilməli, orada rəhbərlik kənar edilməlidir. Belə olmasa qaz da, çörək də kəsilməlidir. Bunun üçün bir mərkəz seçilməlidir. Bu gün bir-birimizi dinləməsək, günahlarımızdan keçməyi bacarmasaq tarix bizi bağışlamaz! 19.05. Sürücü Abbasov: Qaz, işıq, hamısı kəsilsin. Qoy camaat rahat yaşasın. Rəhbər işçilərin bəzilərinə ar olsun! Neft, qaz, işıq Ermənistana verilməsin! (Alqışlar). “Kə-sil-sin!” - sürəkli. Sumqayıtlı həkim Cəfər: Şəhər birləşmiş xəstəxanası şöbəsi-nin baş həkimiyəm. Pul qoyub hadisələri tərədənlər Mirzəyan, Balayan, Kevorkyanlar olub. İndiyədək pis olmuşuq onlara qarşı, çünki onlara hər cür yaxşı şərait yaradıb yaxşı vəzifələr vermişik. Tələb: Sumqayıtda bundan sonra kimya sənayesi tikilməsin. Dünyada elə bir şəhər yoxdur ki, orada 13 kimya zavodu, 3 xlor, 2 divinil zavodu olsun. İndi divinil zavodu tikilir. O, iki alüminium zavoduna bərabərdir. Belə getsə bizim nəslin gələcəyi olmayacaq. Tələb edirik ki... Erməni kimdir ki, Qarabağda zavod tiksin?! Rəhbərlər eşidirlər: heç bir rəhbər işçinin icazəsi yoxdur ki, xalqın xəbəri olmadan zavodlar tikdirsin. Sumqayıtda hər gecə 350 kub metr zəhər havaya buraxılır. Qasım Gül balığın neftdən baha olduğunu sübut etmişdi. İndi biz balığa, kürüyə həsrətik. Xəzər ona görə yuxarı qalxır ki, onun üstünü neft tutub, o, buxarlan-mır. Bəsdir bizi Məndeleyev cədvəlində olmayan maddələrlə zəhərlədilər! Niyə Sumqayıtda xalqa faydalı istehsalatlar yaradılmasın? Divinil sexi tikiləndə “Azərbaycan gəncləri” redaksiyasına, MK-ya getdim, məni qovdular, az qala xalq düşməni adlandırdılar. (M.Arazın şerini oxudu: “Nizamına baş əymədi Nizami”). İsa Qəmbərov: - Eşq olsun xalqımıza! Dörd gün üç gecədir ki, buradayıq və tələblərimiz ödənilənədək burada qalacağıq. Ona görə getmək istəmirik ki, 1) tələblərimiz ödənilməyib, 2) bura qayıtmağımız çətin olacaq. Gəlin çıxış yolu axtaraq. Şuşaya getmək gərəkdir. Yeganə yol Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etməkdən ibarətdir. Respublikanın suverenliyini qorumaq üçün mütləq Xalq Cəbhəsi yaradılmalıdır. Xalq Cəbhəsinin mahiyyətini başa düşməliyik. İstəyirik yaxın 5-10 qəzetlərimizdə XC-nin nizamnamə layihəsi dərc olunsun. Müzakirə ediləcək. Müəssisələrdə XCnin dayaqları, özəkləri yaradılmalıdır. Sonra təsis qurultayı keçiriləcək. Xalqımızın rəhbəri həmin qurultayın seçdiyi orqanlar olacaq. Dərdimiz yalnız Dağlıq Qarabağ deyil, qüvvəmizi yalnız bura yönəltmək istəyənlər var. Layihə dərc olunmasa bilin ki, bizə imkan vermirlər. Sabir: Gəncədən məktub var ki, Kirovabad alüminium zavoduna əlac edilsin. Sumqayıtdan deyilənlər bura da aiddir. 19.30. Fəhlə Müslüm: Bismillahirrəhmanirrəhim. Valideynlər, ağsaqqallar adından, 9 balam, 7 nəvəm adından sizi təbrik edirəm! Sizin hərəkətiniz bizə yalnız xeyir verəcək. Dağlıq Qarabağ rəhbərliyini mühakimə etmək gərəkdir. Dünən bura türk flaqını gətirmişdilər. Bizim heç kəsə ehtiyacımız yoxdur. Təmkinli, təmkinli, bir də təmkinli! Əlhəmdüllillahi - rəbbül aləmin! 18.35. Sabir: Aclıq elan edənlər var. Onlar etirazlarını bu cür bildirib. Onlara minnətdarıq. Hüquqşünas Vəliyəddin Məmmədov: Genosidi bizimlə - Sumqayıtla birləşdirirlər. Türk deyiliksə, o niyə bizim ayağımıza yazılır, türküksə 1937-də adımızı niyə aldılar? 1924 - 38-inci ildə xalqımıza qarşı törədilən cinayətlər üçün cavab verilməlidir. Onların uşaqları yaşayır. Bizim mübarizəmiz Dağlıq Qarabağdan daha geniş olmalıdır. (Alqışlar). 18.40. Yəhya Məmmədov (ADU-nun rektoru): Bu gün 3-üncü dəfə danışıram. Bu cür tələbələrə, müəllimlərə, fəhlələrə “eşq olsun” deyirəm. [Nümayiş iştirakçıları arasından 100-200 nəf komissiya (Xalq Cəbhəsi əvəzinə) yaratmaq təklif etdi. Fit]. Şair Qabil: Sumqayıtdan Bakıya gələn maşınların qabağını kəsir-lər. Buna son qoyulmalıdır. Bu mitinqimizdən Özbəkistan, Qazaxıstan, Türk-mənistan, Qırğızıstan, Başqırdıstan - SSRİ-nin bütün türk xalqları xə-bər tutsun.

Sabir: Bu meydan hələ belə izdiham görməyib. Hələ heç vaxt xalqın taleyi belə geniş qoyulmayıb. Qoy bu ruh təkcə bir yerdə olanda yox, işimizdə olsun. Mitinq bağlı elan olunur (saat 19.50). *** Yeni şüarlar: “Hamı ümummilli tətilə!”, “Rədd olun, ermənilər!”, “Sabah hamı tətilə!”, “Ermənistana verilən qazı, nefti, işığı kəsək!”. Bir çoxları getdi. “Tə-til!” (aramsız). Oturdular. Meydanda çoxlu köşklər qurulub (yemək, yağışdan qorunmaq üçün). “Sabah hamı tətilə!” (sürəkli). “Azərtürk”. “Erməni eşşəyimdir. Eşşəyimə minirəm, Qarabağa gedirəm!”. “Tələbə, Həmişə çalır qələbə!”. 21.00. Salyut atmağa başladılar (bulvarda) - 25 yaylım atəşi açıldı. 22.07. Zərdüşt Milli Cəbhənin mahiyyətindən səsucaldanla danışır. “İşə gedən Vazgendir!”. 22.52. Çox böyük bir izdiham “tə-til!”, “tə-til!” qışqıra-qışqıra gəldi. Bu gün, görünməmiş mütəşəkkillik var. Yemək-içmək, odun vaxtlı-vaxtında gəlir. Görünür, meydan artıq vahid mərkəzdən idarə olunur. Camaatda böyük nikbinlik və qələbəyə umud var. (Dünən süst umud vardı). Bugünkü şüarlar daha savadlı və birməqsədlidir. “Və-zir-yan” çıxış-ları nadir eşidilir. “Qarabağ!”, “tətil”, “Azərbaycan”, “Sumqayıt”, “Azəri türkü” gündəlikdən silinməyən şüarlardır. Hava əladır. Göy üzü gündüzkü yağışdan sonra tərtəmiz olub. Vəzirov televiziya ilə çıxış etməlidir. Xalqda böyük ruh yüksəkliyi, misilsiz coşğunluq var. Deyəsən, bu gecə qalanlar daha çox olacaq. Bir neçə yerdə musiqi çalınır. “Tətil tələblərimizə cavab almaq üçün yeganə vasitədir!” “Qeyrətli xalqım, oyan!”. (Transparantlar). 23.00. Vəzirovun çıxışını radio ilə meydana ötürməyə başladılar (azərbaycanca). (23.10-da qurtardı) 23:40 Yazılar “Bu gün bütün Türkiyə və Təbriz radioları bizim milli tətildən danışır”. “Xalqa edilən zülmə qarşı aclıq elan edirik. 17.11.1988”. “Yoldaşlar! Sabah tətil edilməsini tələb edirik. Tətili nəqliyyatın dayandırılmasından başlamaq lazımdır. Nəqliyyat işləməsə işçilər işə gedə bilməz. Sabah tezdən avtobus parklarını və metronun çıxışlarını tutun”. “Bir görəydim ayrılığı kim saldı? (Şəhriyar)”. 23.45. Boş tribunanın qarşısında B.Vazabzadə, N.Rzayev, T.Xalisbəyli gənclərlə söhbət edir. Yazı: “Əhmədov Əhməd İmani oğlu. 1964-cü il. Noyabrın 18-də SSRİ Xalq Məhkəməsi ermənilərin təkidi ilə güllələnmə cəzası verılıb. Balama kömək edin! Valideynləri. Sumqayıt şəhəri”. 21 NOYABR 1988. Bu gecə heç kəs yatmayıb. 01.00. Meydanda 50 minə yaxın camaat var. Ertədən meydanın aşağısında böyük çadır qurub içinə işıq da çəkmişlər. Qabaqkı günlərə baxanda bu gecə maşınlar da sıx, fasiləsiz olaraq girir, azuqə, odun gətirir. İri bir samovar qoyulub, çay verilir. Bir tərəfdə maştağalılar ermənilərə qarşı meyxanalar söyləyir, o biri tərəfdə bir uşaq “Qarabağ şikəstəsi” oxuyur. Aclıq edən (17.XI.88-dən) uşaqların vəziyyəti pisləşmişdi. “Təcili yardım” gəlmişdi. Güllələnmə verilmiş Əhməd Əhmədov haqqında bir neçə yerdə məlumat yazılıb vurulmuşdur. ***

Tonqalların sayı-hesabı yoxdur. Onlar bütün Lenin meydanına yayılıb. Bir çoxunun yanında milis işçiləri də qızınır. Onlar xalqla çox səmimi olublar. *** Klarnet və qarmondan ibarət dəstə çalmağa başladı, ancaq qoca bir kişi gəlib dedi ki, musiqi çalmaq ayıbdır. Bu gün matəmdir - sumqayıtlı oğlumuza güllələnmə veriblər, biz isə toy edək? Oğlanın - Əhmədin əl ilə çəkilmiş böyük şəklini baş tribunanın qarşısından asmışlar. Birisi baxıb dedi ki, yazıq, 24 yaşında güllələnmə veriblər. Bir oğlan həmin adama qayıtdı ki, yazıq niyə olur? O, igid oğuldur. Biz onunla fəxr edirik, o da fəxr etsin ki, arxasında bu xalq durub onu müdafiə edir. *** 32-67 AQS (odun), 50-14 AQS, 44-24 AQP - hərə bir şey gətirib. (Üçü bir yerdə gözümə dəydi. Onsuz da gəlib-gedən maşınların sayı-hesabı yoxdur). Dünən axşam (20.XI) meydanda 6 erməni ifşa etdilər. Birisindən 54 min manat pul tutmuşlar. Nizami mətbəəyə gedib “Kommunist” qəzeti gətirdi. 02.50. APİ və XTİ-nun tələbələri (10 min) gəldilər (bütün şəhəri dolaşıb). “Sum - qa - yıt!”. Boyunda lövhə: “Vazgen kaput!”. Cavanlardan çoxunun qışqırmaqdan səsi batıb. 05.00. Meydanda 30 minə yaxın adam var. Qalib Hidayətovla birgə təbliğat aparırdıq tonqal ətrafında. Arazın (3-üncü sinif şagirdi), 8 yaşlı şagirdin “Rədd olsun ermənilər” plakatını Qalib müəllim göstərdi. 6.35. İlk dəstə (100 nəfərlik) gəldi (tələbələr). 7.20. İkinci dəstə (tələbə qızlar; kooperativ texnikumu) “Qa-ra-bağ” qışqıra-qışqıra gəldi. Hamı fəhlələri intizarla gözləyir. Deyəsən, onlar tələbələrə xəyanət edirlər. Çünki iş vaxtı çoxdan keçib. Yanımızdan ötən avtobusların içi doludur, hamısı da işə gedir. 7.40. Əbülfəz yanımdan keçirdi. Görüşdük. Ayaq üstə çətinliklə dururdu. Üzünü də tük basmışdı. Bu gecə vur-tut bircə saat yatıb. Da-nışmaqdan səsi tamam tutulub; boğazından gələn fışıltı ilə sözü birtəhər başa salırdı. Ümumiyyətlə, “inqilabçı”ların bir çoxunun səsi batmışdı. *** Yeni yazılardan: “Türk qardaşlarımız həmişə bizimlədir. Azər.Türk”. (Üstündə bir neçə yerdə ayulduz). 70 yaşlı Əli “Cabbar” 4 gecədir buradadır. (Qəzəlləri var). 8.05. Bakı dənizçilik məktəbinin kursantları (içlərində ruslar da var) - papaqlarını göyə ata-ata gəlib çatdılar (200 nəfər). 8.10. İlk fəhlə nümayəndələri: Nərimanov adına corab toxuculuq kom-binatı (hamısı qızlar). 8.20. Metro tikintisi fəhlələri. 8.30. İşaat Mühəndisləri İnstitutu. 8.33. 26-lar mətbəəsi işçiləri. 8.35. Montin, Zaqfederasiya zavodu. Stroydetal. Vaqon təmiri zavodu. 8.45. APİ-nin tələbələri. 8.50. Azərittifaqın tikiş kombinatı. 8.55. Ən böyük birləşmiş kollektiv (hər halda, ilk): Əhmədli radio zavodu, Bakı ixtisaslaşdırılmış avtomobillər zavodu, Lenin adına kombinat. 9.00. “Bakı fəhləsi” zavodu (hamısı). 9.03. Şüşə zavodu (bütün kollektiv). Tağıyev kombinatı (bütün kollektiv). L.Şmidt adına zavod (hamısı). 9.12. 5No-li tikiş fabriki. 9.16. “Neft daşları”. “Ulduz” zavodu (hamısı). 9.25. JBİ-4 (Sənaye Tikintisi Nazirliyi). Azərbaycan nəqliyyat idarəsi. Azərelektroterm. Konserv zavodu. Bakı kondisionerlər zavodu (hamısı). Qlavbakstroy. 9.32. Rabitə Nazirliyinin avtobazası.

9.35. 2-ci taksomotor parkı. 9.37. Şin zavodu. Kamvol kombinatı. BMZ. Elektroştamp. 9.40. Elrktrosentralit 9.41. Birləşmiş qüvvə (nəhəng, təxminən 20-30 min). 9.45. Uzaqdan üstüaçıq “KamAZ” maşınında əllərində bayraq fəhlələr dayanıb, camaat qarışqa kimi kabinaya (!) dırmaşıb. Arxada İZDİHAM! (80 minlik). Podşipnik, Əzizbəyov, Kamvol kom., “Ulduz”, BMZ, Elektrotexnika, Soyuducular, Şampan zavodları. 9.57. Kalinin adına zavod. 10.00. Dəmir-beton zavodu. 10.12. Keşlə dəmiryol stansiyası. 3-üncü avtobaza. Şəhər nəqliyyatı dayanıb. İşləyənləri də camaat saxlayıb. 10.20. Hövsan NPO. 10.25. 50 minlik izdiham (birləşmiş). 10.35. Maşınqayırma zavodları. (Gələnlər çoxdur. Siyahını yarımçıq saxladım). *** 10.45. 1 milyonadək adamvar. Televiziya işçiləri gəldilər. (2 yerdə kamera qoydular). Sıxlıqdan ürəyi gedənlər oldu. 11.20. Əzizə Mustafazadə Vaşinqtonda müsabiqədə qalib çıxıb (xəbər verildi). 11.35. S.Rüstəmxanlı: Tələblərimiz ödənilməsə ümumrespublika tə-tili elan edəcəyik. Bizə düşmən olan ermənilərin hamısı işdən götürül-məlidir. (Xalqımızın faciələrindən danışdı). Xalq Cəbhəsi bundan sonra yaradılacaq. “Yaradılıb” deyilməsi yalandır. İlk növbədə hər şeylə azərbaycanlılar özləri təmin olunmalıdır. Fəhlə bizdəndir, bizə çirkab qalır. Belə getsə Azərbaycan səhraya çevrilə-cək, balalarımız çirkab içində boğulacaq. Sumqayıtda hər 4 uşaqdan 3-ü xəstədir. Bu muxtariyyət heç kəsə lazım deyil - 2 xalqı düşmən edir. Tonqalların başında qalanların qarşısında baş əyirəm! Asayiş yaradanların da qarşısında baş əyirəm! Analarımız, bacılarımız yemək gətirirlər, qayğımıza qalırlar. Belə millət basılmazdır, ölməzdir. Göy çəkilməyincə, yer yarılmayınca Azərbaycan millətinə ölüm yoxdur! 11.50. Nemət: - 4.050 erməni təkidi ilə (iclasda 1 nəfər azərbaycanlı olub) Əhmədova ölüm hökmü verilib. Nümayişə görə hökm gizli saxlanılıb. (“A-zad-lıq!” - sürəkli). (Aclıq elan edənlərin keçməsi üçün camaat içində dəhliz yaradıldı). Əhmədovun da faciəsi xalqımızın 200 illik faciəsinin nəticəsidir. Tələblərimiz yerinə yetirilməyincə Azərbaycan ölü olacaq, heç kəs işə çıxmayacaq. (Alqışlar). Milli bayraqdan (Müsavatın bayrağından) başqa bütün bayraqlar götürülsün. 4 gecə-gündüz burada qaldıq, şəhərdə ən adi hadisə baş vermədi. Deməli, sübut etdik ki, xalqımız mədənidir. Sumqayıt da uydurmadır. Şaumyana, yadellilərə heykəl qoyulanda pul tapırlar, ancaq Cavidə, Koroğluya yox. “Qayğı” cəmiyyətini boykot etməyə çağırıram. Bu cəmiyyət bu 4 gündə camaata nə qayğı göstərib? M.Bağırov Stalin dövrünün qurbanıdır, Əliyev Brejnevin göstə-rişlərinin qurbanıdır, Vəzirov da müstəqil olmasa sabah onun da taleyi belə olacaq. (Alqışlar). Konstitusiyadan kənar bizə heç nə gərək deyil. 70 ildə xalq özü öz övladlarının (balalarının) qəniminə çevrilir. Bunun qarşısını almalıyıq. 12.20. Sabir: meydan hələ bu qədər izdiham görməyib. (Düzdür, Azərbaycanın rayonlarından gələn maşınların qabağını kəsiblər. Əbəsdir. Xalq öz iradəsini bildirəcək. İdarələrdən ana dilimizi bilməyənlər rədd olsunlar! Ana dili Azərbaycanın bütün idarələrində aparılsın. Azərbaycan məktəblərinə münasibət dəyişməli, ən yaxşı məktəblər onlara verilməlidir. 12.25. Mahmud İsmayılov: 10 aydır ki, iztirab içindəyik.

SSRİ AS RH qərar çıxardı ki, DQ Azərbaycanın tərkibindədir. Əslində indi o, Azərbaycanın deyil. (Konstitusiya layihəsindən danışdı). Ermənistan Azərbaycanın daxili işlərinə qarışır. Qəti tədbirlər görülməlidir. Hər gün mitinqə yığılmağa ehtiyac yoxdur. 12.36. Yazıçı Nürəddin Babayev: Beş gün qabağ Şuşadaydım. Cavanlar deyirlər ki, səbriməz tükənib. Bizə nəsihət verməyə gəlmisinizsə, gəlməyin. Topxanada xadisə baş verəndə Bolskinin yanına getdim (deputat Abbasov deyir), sərxoş idi. Dedim ki, Moskva nünayəndəsi kimi tətbir görün. Dedi ki, “idite i naydite obşiy yazık s armyanami”. Stepanakertdə Sovet hökuməti yoxdur. Onu bərpa etmək görəkdir. 12.32. Koondisioner zavodunun fəhləsi: Fəhlələrin adından danışıram ki, tələblərimiz edənilməyincə fikrimizdən dönməyəcəyik. 12.38. N.Kəsəmənli: Ermənistan SSR-ə gedən qaz, elektrik, neft kəsilsin. (Alqışlar). (“Kə-sil-sin!”). Azərbaycandakı ermənilər getsin Ermənistana! (Sürəkli alqışlar). Reklamlar azərbaycanca olsun, ermənicə verilişlər götürülsün! (Alqışlar). 12.43. Tağı xalisbəyli: “Müsəlləh əsgərəm mən də bu gündən!”. Eşq olsun birliyimizə! Aclıq elan edənlərə xalq adından təşəkkür edirik. (Alqışlar. “A-zər-baycan!”). 12.45. Firidun Şuşinski: Millət qəhrəmanı olmaq üçün sizi aldadırlar, deyirlər ki, Topxanada iş dayandırılıb. Ancaq orada iş dayandırılmayıb. Məqsədləri pansionat deyil. Onlar şəhər salmaq istəyir-lər. Bu məsələ 1929-ci ildə qalxmışdı. Onlar burada Ermənistan SSR-dən 50 min adam gətirib şəhər salmaq istəyirlər. Mən 20 il bundan qabaq yazmışdım ki, Qarabağı almaq cəhdi aradan qaldırılmayıb. Bunun üstündə 8 il məni incitdilər, çap olunmağa qoymadı-lar. Qarabağı vermək Xan qızı Natəvanın namusunu verməkdir. Azərbaycan xalqının “türk” adı özünə qaytarılmalıdır. Familiyamız qaytarılmalıdır. “Əli” Əlidir, ”yev” nədir? Stalini Moskvada ifşa edirlər, ancaq onun “velikorus şovinizmi”nə toxunmurlar. Çünki sərf etmir. Dünən Topxanaya 73 maşın gəlib. İş dayanmayıb. Ora 50 min erməni dığası yerləşdirmək istəyirlər. 13.00. İlqar: Vertolyotla televiziya çəkiliş aparıb. Bu axşam baxacaqsınız. 13.01. B.Vahabzadə: Alqışlayıram birliyinizi! Əsas tələbimiz budur ki, DQ-da Azərbaycan hökuməti bərpa edilməli-dir. Dilimiz hakim dil olmalıdır. Sizə daha böyük vəhdət arzulayıram. 13.37. Araz Əlizadə: DQMV Deputatlar Soveti buraxılsın, MV partiya bürosu buraxılsın. Muxtariyyət ləğv edilsin. 1 həftə ərzində Azərbaycan xalqının rəy sorğusu keçirilsin və Ali Sovetimiz qərar qəbul etsin. Ermənistandan gələn azərbaycanlılar Dağlıq Qarabağda yerləşdirilsin. Konstitusiyanın 119-uncu maddəsi ləğv edilsin. 13.40. Qabil: səhərəcən qalan qızlarımızın solmuş çöhrəsi-ni görəndə ürəyim ağrıyır. Poğosyan, Vazgen, Ağanbeqyan kimilər xalqımıza bu əzabı verib. İdarələrdə dövlət dili Azərbaycan dili olsa öz qadınlarımız da erməni qadınları, başqa qadınlar kimi vəzifə başında oturar. Dəmir deyir ki, səsim ona görə bərk çıxır ki, məni özümkü döyür. 13.45. Məmməd İsmayıl: Azərbaycan televiziyasının rəhbərliyi bu yığıncağı xalqa göstərmədən qorxur. O, efirə verilsin. (Meydandan Azərbaycan bayrağı sancmış “Jiquli”lər keçir). Biz Cənublu, Şimallı, Qarabağlı birik. 13.50. Firidun Abbasov (rəssam): Xalq Cəbhəsi xalqın birliyi deməkdir. Xalqla hökuməti birləşdirən qüvvə yoxdur. Pambığı xaricə 25-30 dollara satırıq, bizim qadınlar isə 5 qəpiyə yığır. (13.55-də çisəkləməyə başladı). Gəncədə erməni, rus kilsəsi işləyir, Şah Abbas məscidi isə muzey-dir. Ermənistandan nə qədər azərbaycanlı qovulubsa Azərbaycandan da o qə-dər erməni qovulacaq. (Alqışlar). Xalq Cəbhəsi bunu edəcək. 13.58. Həqiqət Cavadova: Qadınlarımız bu gün kişilərimiz-lə çiyin-çiyinədir. Uşaqları ana dilimizdə oxutmaq gərəkdir. DQMV-də muxtariyyət götürülməlidir.

14.02. Professor Ələsgərov: Yeni konstitusiya layihəsində muxtar respublikanın hüquqları məhdudlaşdırılır. Öz sözümüzü deməliyik. Ali Sovet deməlidir ki, DQ-da heç bir idarə forması olmayacaq. Ali Sovet növbədəngənar sessiya çağırıb DQMV-ni ləğv etməlidir. Sumqayıtın əsl mahiyyəti açılmayıb. Niyə 5 nəfəri öldürən Qriqoryan Moskvaya aparılmayıb? Məhkəmə Bakıya qaytarılmalıdır. Xocalı caniləri cəzalandırılmalıdır. Sov.İKP Siyasi Bürosunda türk xalqları təmsil edilsin! (Vaxtilə 3 nəfər vardı). 14.08. Qabil: ermənicə “Kommunist” qəzeti dayandırılsın. DTK-da, DİN-də, başqa yerlərdə işləyən ermənilər işdən çıxarılsın. Bizi özünə düşmən elan edən ermənilər çox yerdən təmizlənsin. Türkiyə ilə birliyə çalışmalıyıq. (Sürəkli alqışlar). 14.11. Gültəkin ana: Təmkinli olun. Millətimə qurban olum! (Sürəkli, sürəkli alqışlar). 14.12. Tələbə Kərimov: And için! 14.15. Ermənistandan gələn kişi: Ermənistandakı azərbaycanlılar adından sizə minnətdaram. 14.16. Sabir: Aramızda yad vardı. Camaat özü ifşa etdi. Şəhərdə hər şey yaxşıdır, şayiələrə inanmayınız. 14.17. Mədinə Güıgün: Eşq olsun qeyrətinizə! 14.20. Firuz Mustafayev: Nemət Ali Sovetə deputat seçilsin. Laptev deputatlıqdan geri çağırılsın. Azərbaycan müəssisələrindən Semyonov, İvanov kimi familiyasını dəyişmiş ermənilər çıxarılsın. 14.22. Akademiyadan kimsə: DQMV-dəki qoşunlar ancaq erməniləri azərbaycanlılardan qoruyurlar. Milli suverenliyə nail olmalıyıq. (Danışmağa qoymurlar). 14.27. Vəfa (uşaq). Şer oxuyur (keçən dəfə söylədiyi). 14.30. Nemət: Üç nəfər aclıq elan edib. Onların tələbi ödənil-məyincə buradan getməyəcəyik. Üç gəncimizin taleyinə çarə axtarılsın. Tələbimiz budur: DQMV-də Azərbaycan SSR hökuməti bərpa edilsin. 14.33. Sabir: Təklif var ki, tətiləməz davam etsin. 15 dəgigədən sonra qətnaməmizi oxuyacağıq. Dövlət nümayyəndəsi də qarşımızda çıxış edəcək. *** Deyilənə görə Qarabağda maşınların nömrələridə dəyişəb, Ermənistanın nömrəsi qoyulub. Hökümət evinin çinikləri də nümayişçilərlə dolub. Təkcə 2 cinikdə 1.000-dən çox adam var. *** 14.58. Süleyman Tatlıyev də tribunada göründü. Camaat onu şiddətli hay-küylə rədd etdi. Sabir: Uşaqların əllərində müxtəlif şüarlar var. Onlar böyük işimizə ləkə gətirə bilər. Gəlin Azərbaycan hökumətinin rəhbəri S.Tatlı-yevə qulaq asaq. (Camaat qəti rədd etdi). 15.00. Aydın Məmmədov qətnamə layihəsini oxuyur: 1) Yaranmış təhlükəli şəraitdə DQMV partiya komitəsinin bürosu buraxılsın. Poğosyana layiqli partiya cəzası verilsin. 2) DQMV-də muxtariyyət adı altında SSRİ-nin birliyi təhlükəyə alınır; DQMV ləğv edilsin. 3) DQMV barəsində mərkəzi mətbuatda və televiziyada Azərbaycan xalqının tələb və arzularının işıqlandırılmasını tələb etmək haqqında respublika təşkilatları qarşısında məsələ qoyulsun. 4) Azərbaycan dilinin, Azərbaycan tarixinin, Azərbaycanın mənəvi varlığının təmin edilməsi üçün fəhlə kollektivlərinin, başqa kollektiv-lərin seçdiyi, Nemətin başçılığı ilə komissiya yaradılsın. 15.07. Aclıq elan edənlərdən Fəraməz Allahverdiyev: Beş gündür aclıq etmişəm. Tatlıyev desin görək niyə bizim aclığımızın səbəbini xalqa çatdırmırlar? Nəyə görə xalqın tələbi Vəzirovun icazəsi ilə televiziyada göstərilmir? Biz 4 nəfər yox, 7 milyon nəfərik. Biz sizik, siz də bizsiniz. (Alqışlar). Tələblərimiz bütün ölkəyə, dünyaya bildirilsin: 1) Topxanada işlər dayandırılsın. 2) Ermənistan SSR KP, Ali Sovet, NS işlərimizə qarışmağı dayan-dırsınlar. 3) Nə vaxta qədər bizim şəkillər divardan asılacaq? İsmayılov da tutulub. O, 2 il Əfqanistanda da adam öldürüb. Bəs MK-nin hansı rəhbərinin oğlu Əfqanıstanda vuruşub? Nəyə görə məhbuslarımızı Moskvaya məhkəməyə aparsınlar? İsmayılovun 15 ili, Əhmədovun güllələnmə hökmü ləğv edilsin. Onlar xalqı müdafiə məqsədi ilə adam öldürmüşlər. Biz onları alqışlayırıq! 4) Respublika MK, AS, NS xalqın teləblərini yerinə yetirə bilmir-lərsə, xalqla dil tapa bilmirlərsə istefa versinlər. Bilirlərsə niyə bu beş gündə bura gəlib xalqdan hal-əhval tutmurlar? Xalqa xalqın bacarıqlı oğulları rəhbərlik etsinlər. (Sürəkli alqışlar).

DQMV-nin ləğvi konstitusiyaya ziddir. Bəs Ermənistan SSR DQMV-ni Ermənistana qatmaq istəyəndə konstitusiyanı pozmadımı? SSRİ AS RH iclasında da konstitusiya pozuldu. Məsələnin müzakirəsi özü konstitusiya-nı pozub. Qarşınızda söz verirəm: ölənəcən, DQMV ləğv edilənəcən aclığımı davam etdirəcəyəm. Mən buradakı qızlarımızın, oğullarımızın qeyrətinə, anamın ağ birçəyinə and içmişəm ki, əhdimi pozmayacağam. Bu andı mən poza bilmərəm! (Camaatın çoxu qəhərlənir). Emosiyaya uymayaq. Kiçik işdən böyüyə doğru uğurla addımlayaq. (Sürəkli, lap sürəkli alqışlar). “Eşq olsun!” (sürəkli). 15.25. Nemət: pis vəziyyətdən çıxarmaq üçün hökumət nümayəndəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi haqqında çıxış etsin. Tatlıyev danışsın. (Etirazlar). 15.28. Kimimsə: cinayət törədənlər Azərbaycan SSR Ali Məhkəməsinə verilsinlər. “Kommunist” qəzetindəki “Torpaqdan pay olmaz, ancaq veriblər” adlı məqaləni oxuduq. Azərbaycan torpağını satanlar cəzalandırılsınlar. 15.30. S.Tağı: Xalqın çox gözəl ənənəsi var - ağsaqqallara hörmət ediblər. Sizin bura toplaşmağınız işimizə köməkdir. Bütün məsələlərdə tələblərinizlə rəhbərliyimiz həmrəydir. Məqsədlərimiz uyğun gəlir. Qətnamədə gözəl məsələlər irəli sürülüb. Rəsmi şəkildə bildirirəm ki, bu məsələlər həll olunmasa sonra bizim respublikaya rəhbərlik etməyə mənəvi haqqımız yoxdur. Mən MK Bürosundan gəlirəm... (İki nəfərin qabaq sıralarda ürəyi xarab oldu, fasilə yarandı). 15.41-də davam etdi: Dağlıq Qarabağ vilayətinin rəhbərliyi haqqında məsələ qoyulub ki, onlar işdən xaric edilsinlər. 2-cisi, qovulan azərbaycanlı didərginlər Dağlıq Qarabağda yerləşdiriləcək. (Alqışlar). Bizim respublika rəhbərliyinin tələbi ilə Suxarev (SSRİ baş prokuroru) vilayətdədir. 5-6 tutulub. Topxana da əsgərlərlə əhatə edilib. İş getmir. Qoyulan məsələlər haqlıdır. Qarabağ bizim olub, bizimdir, bizim olacaq. Aramızda araqızış-dıranlar var. Onlar istəyir ki, Ermənistandakı hadisələr burada da təkrar olunsun. (“Ya - lan - dır!”). 15.48. Sabir: Moskvaya nümayəndə heyəti aparacaq. Televizi-ya bizim nümayişimizi xalqa göstərəcək. Gəldiyimiz təmkinlə, səbirlə də dağılışaq. Mübarizə heç vaxt qurtarmır. Bacılarımız, qardaşlarımız əziyyət çəkməsin deyə dağılışaq. Kim istəsə qala bilər. Bununla da mitinq bağlı elan edilir. 15.52. Nemət: Gəlin aclıq elan edənlərdən xahiş edək, yalvaraq ki, aclığa son qoysunlar. Bununla da mitinqi bağlayırıq. (Camaat dağılmağa başladı). (“Evə gedən - erməni!”). Şərəf lövhəsinin (Lenin meydanının solunda) üstündə: “...ənlar, rədd olun Azərbaycandan”. (Şaumyan və başqa “yan”ları lövhədən pozublar, içində “Salyan” da gedib). *** Gündüz mitinq qurtarandan sonra ayaqlarımın yorğunluğunu çıxarmaq üçün evə getdim. Yolda institutumuzun qızlarından Gülnarə, Nərgiz, Lalə qabağıma çıxdı. Onlarla birgə instituta sarı yollandıq, çünki nəqliyyat işləmirdi. Həm də maaşımı ayın 17-sindən indiyədək almağa vaxt tapa bilməmişdim. İnstitutda mühasibi tapmadım. “Bakı soveti” stansiyasına gəldim. 177 No-li marşruta xeyli adam dayanmışdı, ancaq maşın yoxdu. Metroya düşdüm ki, bəlkə tez ola. Burada da az qala yarım saat gözləyəndən sonra (metro da bir neçə saat işləmədiyindən rejimi pozulmuşdu) bir qatar gəldi. Ancaq o qədər basabas oldu ki, minə bilmədim. Oturacaq yerlər hamısı tutulmuşdu. Qınayan olmasaydı yerə oturardım. Nə isə, gələn növbəti qatara güclə minib “28 aprel” stansiyasında düşdüm, oradan geriyə - “Elmlər Akademiyası” stansiyasına da zülmlə gəlib çatdım. Bayıra çıxanda gördüm ki, ayaq üstə dura bilmirəm. Bir maşına oturub özümü güclə sürüyüb evə saldım. Öyrəndim ki, Nailə də Həmidi götürüb mitinqə gedib. (Gecə oyana, gündüz də evə qayıtmamağımdan narahat olub). Paltarımı soyunub uzandım (təxminən axşam saat 6-nın yarısında). Bir də televizorun sesinə oyandım. Gördüm Nailə də gəlib. Uşaqlar yatıb. (Məni oyatmasınlar deyə Nailə yatdırmışdı). Ayağa durmaq istədim, bacarmadım - sanki dabanlarıma iynə batırdı. Uzandığım yerdə televizora baxdım.

Gecə saat 1-in yarısında aktual mövzuda söhbət kimi televiziya gündüz meydanda çəkdiklərini göstərdi. Bütün mitinqdən 10-15 dəqiqəlik veriliş verildi. Ermənilərə qarşı kəskin münasibətli tələblər irəli sürülən çıxışlar kəsiləb götürülmüşdü. Sonra Republika prokuroru İlyas İsmailov danışdı. Ltlb ki, meydana toplaşmış oğul və qızlarımızın qeyrətini alqışlayıram. Bütövlükdə mitinq çox sakit , mütəşəkkil keçir. Heç hadisə baş verməyib. Ancaq şəhərdə bəzi vətəndaşlar nəhqir edilib, sürücülərə təzyiq göstərilib ki. Onlar sərnişinləri düşürsünlər, metronın qapıları kəsilib. Belə işlər xalqımızın işinə ləkə gətirir. (Başqa sözlə, o, tətilçiliyl ləkə adlandırdı). Verilişdən sonra bildirdilər ki, sabah “Zaman” xəbərlər proqramından sonra S.Rüstəmxanlı, N.Kəsəmənli, Aydın Məmmədov müsahibə vverəcək və Topxanadan reportaj veriləcək. Veriliş qurtaran kimi geyinib evdən çıxdım. İstəyirdim ki, taksiya oturum. Bu vaxt Politexnik İnstitutunun yataqxanalarından beş nəfər tələbənin də meydana getdiyini görüb onlara göşuldum və söhbət edə-edə Lenin meydanına (yaxud camaatın dediyi kimi, Tonqallar meydanına) çatdım. *** Bugünkü “Kommunist” qəzeti “Xalq sözü” rubrikasında E.Qədirov və Q.Piriyevin “Qəti tədbirlər gərəkdir!” başlıqlı çox geniş, fotolarla bəzədilmiş məqaləsini dərc edib. Böyük fotoda izdiham da təsvir olunur. 22 NOYABR 1988. 02.15. Meydana çatanda gördüm ki, təxminən dünənki qədər (30 min) adam saysız-hesabsız tonqalların başına toplaşıb. Soldakı qoşa tribunalar tələbələrləs doludur və onlar coşğunluqla “Qa-ra-bağ”!, “A-zər-türk!” qışqırırlar, “Domsovetdə bir kişi var, yoxsa yox?” oxuyurlar. Yeni şüarlar yazılıb divarlara yapışdırılmışdır: “Ümidimiz Xalq Cəbhəsinədir”, “Bütün azəri türkləri, birləşin!” (qarşısında oraq-çəkic şəkli), “Azərbaycanın sərvətləri xalqımızın olmalıdır!”, “Televiziya işçilərinə ar olsun!”, “Ana dilimiz dövlət dili kimi bərpa edilsin!”, “Sumqayıt qəhrəman şəhərdir!”, “Əhmədovun məhkəməsinin ümumxalq müzakirəsinə verilməsini tələb edirik!!!”, “İki gözümüz - biri Bakı, biri Təbriz!”, “Biz Babəklər nəsliyik. Azərbaycana eşq olsun!”, “Babək övladlarına eşq olsun!”. Bir şəkil vardı: dörd cərgə tikanlı məftillərin üstündən “yox!” mənalı çarpaz xətt çəkilmiş, məftillərin solunda “Bakı”, sağında “Təbriz” yazılmışdı. Meydana girəndə maraqlı bir hadisə ilə qarşılaşdım. Dörd uşaq bir balaca itin boynuna qırmızı lent, xaç bağlayıb meydanda gəzdirirdi. Deyirdilər ki, Vazgen intervü verməyə gedir. Bir kişi dedi: “Bir köpə-koğluna görə yazıq iti niyə incidirsiniz?”. Sol tribunanın qabağında izdiham vardı. 03.35. Ağdamlı Elvin: Qarabağ ”vahiməli, qorxulu bağ” deməkdir. Birisi yerdən Ziya Bünyadovun adını çəkdi. Elvin də dedi ki, vallah, dədəmin goru haqqı tanımıram. Ayə, Azərbaycan televiziyası ermənicə konsert verir, mən onu haradan tanıyıram?!. Oğlan ermənilərə qarşı təbliğat aparır, deyirdi ki, erməniyə salam verib əl uzadanda görürsən ki, barmağının biri əskik gəlir. Ağdamda qəbiristanlıqda mənim qonşularım Natəvan, Pənah xan, Xəlil xandır. Ayə, ermənin kimi var? Bəs niyə yatmışıq? Yatmayan təkcə Vəziryandır, turetski kasetlərə baxır. Sonra “Vəziryan - erməni” qışqırmağa başladılar. Dəmir yolu texnikumunun tələbələrinin böyük dəstəsi meydana girdi. Meydanda çoxlu maşın var. Camaata xidmət edən bu maşınların bir çoxunun üstündə Azərbaycan bayraqları sancılmışdır. (Bura gələndə gördük ki, çoxlu maşın, üstündə bayraq dalğalana-dalğalana, siqnal verə-verə şəhəri dolaşır, tələbələrə ərzaq aparır). Xorla meyxana: Ay can alan, can Qarabağ bizimdir, Olsa da üsyan, Qarabağ bizimdir. Tökülsə lap qan, Qarabağ bizimdir. Ölsə də Vazgen, Qarabağ bizimdir. *** Dünəndən baş tribunanın ön cəkisinə Babəkin büstünü qoymuşlar. Sol tribunanın ciniyində mikrofon dinamiklərinin üstündən isə Şəhriyarın portreti asılmışdır.

Uşaqlar özləri meydanın zibilini təmizləyir, kürəklə bir yerə yığırlar. Dünən də, bu gecə də işıqlar söndürülmədiyindən meydan aydınlıq-dır. Hava çox gözəl, ulduzludur. 11 dərəcə isti var, yüngül külək əsir. Belə küləkdə isə tonqalların tüstüsü adamın gözünü çıxarır. 4.05. Tribunalardan “Bakı - Təbriz” sədaları ucaldı. İki oğlan əllərin-də Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı meydana girdi. Ümumiyyətlə, belə bayraqlar get-gedə çoxalır. Yatanlar meydanda, demək olar ki, yoxdur. Dünən gecəki kimi bu gecə də yatanlar, qurulmuş çadıra girib orada uzanıblar. Camaatın içində çoxlu qız, qadın, qoca kişilər var. Dünən gecə bir qadın 1-2 yaşlı körpəsi ilə səhərə qədər tonqalın yanında oturmuşdu. Bu gecə onu görmədim. Heç kəs meydandan dağılışmaq fikrində deyil. Eşitdiyim söhbətlər elə bu haqdadır ki, lap bir ay da olsa burada duracaq, tələblərimizin ödə-nilməsini gözləyəcəyik. 4.20. Aclıq elan edən uşaqlardan xəbər tutdum. Onlar çadırda yatıb (4 nəfər). Gündüz çıxış edən Fəraməzin halını soruşdum. Çadırın ağzında durub heç kəsi içəri buraxmayan tələbələr dedilər ki, hələ ki, yaxşıdırlar. Rəylərini dəyişməyiblər (aclığı davam etdirirlər). 8 yaşlı qız Vəfa (şer söyləyən qız) da aclıq elan edibmiş. Üç gündür ki. atası ilə meydandan getmir. Gəzə-gəzə meydanın aşağısındakı bağçaya girdim. Tonqallar irəliləyə-irəliləyə bura da çatıb. Tələbələr iri tənəkə dəmirləri baş başa çatıb komacıq düzəltmiş, küləyin qabağını kəsmişlər. Beş-alpı yerdəki bu "koma"ların hərəsində 5-6 "mücahid" var. Gördüm ki, birində yataqxanamızın sakinlərindən kimyaçı Sahib, Mütəllim, Nazim (qarabağlı oturublar. Yanlarındakı bilyard stolunun üstündə əsgər paltarlı gənc yatıb, biri isə yerdə (asfaltda) karton kağızın üstündə uzanıb, üstünə də karton salıb. Bu etibarsız “yorğan-döşək”, görəsən, onu xəstələnməkdən saxlaya biləcəkmi? Camaatın yeməklə təchizatı işində ən çox fərqlənənlərdən biri Bayıl dustaqxanasının rəisidir. Ancaq ilk yardımı meyxanaçı Nizami edib (“Bakı gözəl şəhərdir, ermənilər olmasa” da onun yadigarıdır). Zaur Rzayev, Yaşar Nuruyev, qarmonçalan Aslan və b. da belə hərəkət edib. Taxıl məhsulları naziri 1.000 manat verib. *** Yeməkləri yoxlamaq üçün komissiya yaradılıb. Hansı maşın gəlsə təşkilat, yaxud şəxs qeydə alınır, yemək yoxlanır. Olmuş hadisə (Şəmsəddin Umudov danışdı): Şahbuz rayonunun Nurs kəndində sonuncu erməni Qriş olub. 1988-in mayında köçürüblər. Qonşusu soruşub ki, ay Qriş, bu evlərdə nə edirsən? Deyib ki, bu otaqda yatırıq, bu otaqda yemək yeyirik. Qonşusu deyib ki, sən yatan otaqda eşşəyi bağlayacağam, yemək otağında isə inəyimi. Qrişi döyüb yola saldılar. Sonra şikayət etdi ki, evimi aldılar. Raykomdan yoxlamağa gələnə dedilər ki, bir ermənidən ötrü kişinin eşşəyini incidəcəksiniz? 6.50. “Qarabağ” qışqıra-qışqıra gələn bir dəstə qız camaatın yuxusunu qaçırdı. *** Meydanın ortasında kabab çəkib camaata paylayırlar (bu gündən). Biskvit fabrikinin işçiləri Mehrəliyev İsmayıl, Rzayev Cavanşir öz şəxsi xərclərinə bu işi görürlər gecə saat birdən indiyədək (yəqin sonra da davam edəcək). Güzdəkli Əliyev Babəli pulsuz çay verir. 8.15. “Əhmədova azadlıq!”. Ə.Əhmədovun yeni böyük portretini parça üstündə çəkib tribunada Lenin heykəlinin pastamentində Azərbaycanın gerbi ilə yanaşı asıblar. Karikatura: Eybəcər kişi (erməni) şəkli, altında “fitnəkar” sözü. Qanlı bir əl Qarabağın üstünə (xəritədə) uzanıb. Ələ xəncər batırılıb. Kənarında: “Çək əlini, daşnak!”. Şüarlar: “Nə vaxta qədər? Hökumət, xalqa cavab ver!”, “Sərdarovçular (B.Sərdarov adına zavodun fəhlələri - Ə.T.) xalqın tələblərini müdafiə edirlər”, “Azərbaycandan ermənilər çıxsın”, “Möhkəm durun, qardaşlar!”, “Azad bir millətik, Qarabağı vermərik!”, “Azəri yurduna göz dikənlərin gözü tökülər!”, “Ədalətsizliyə son qoyulsun!”, “Respublika hökuməti bir iş görməyincə tətil davam edəcək”, “Qəti qərar gözləyirik!”, “Qarabağ, sənə muxtariyyət heç yaraşmır...”. Bu gün orta məktəb şagirdləri kütləvi şəkildə gəliblər (ilk dəfə). Alınlarına üstündə “Qarabağ” sözü yazılmış qırmızı lent bağlayanlar da az deyil. 9.05. Dünənki hadisədən nəticə çıxarıb bu gün tezdən “təcili yardım” üçün dəhliz hazırlayıblar. 9.25. İlk dəfə olaraq rayonlardan nümayəndələr gəldi. İlk “qonaqlar” Cəlilabad və Pushkindən (indiki Biləsuvar) idi. Yeni gələn şüarlardan:

“Qonşu torpaqlarına göz dikənlərə ar olsun!”, “Azərbaycanlılar, susmayın! Susmaq razılıq əlamətidir”, “Ermənilərin özbaşına-lığına son qoyulsun!”, “Əhmədova azadlıq!”, “Topxana bülbülləri susmayacaq!”, “Azəri xalqına eşq olsun!”, “Erməni zəhmətkeşlərinə Sumqayıt borusu!!!”, “Ciddi siqnal: ermənilər, Bakını tərk edin!”. 10.00. Meydanda 800 minə yaxın adam var. Sağdan və soldan gələnlərin ardı-arası gəsilmir. Hər iki mehmanxanadan turistlər baxırlar. 11.00. Nemət başında 4 uşaq, Azərbaycan bayrağını yellədir. Oradan “A-zər-bay-can” qışqırırlar). Sol və sağ cinikləri tutmuş uşaqları düşürməyə, dinamikləri təmir etməyə xeyli vaxt getdi. *** “Azərbaycan televiziyasına və ona mane olanlara ar olsun!”. Dünən Türkan və Maştağa kəndlərindən meydana piyada yürüş təşkil ediblər. Səhər alaqaranlıqdan çıxıb, axşam saat 6-da çatıblar (15 mindən çox). Bəziləri ailəli idilər. Z.Xanlarova Leninqraddan gələndən sonra “İnturist”i mitinq işti-rakçıları üçün işlədib (yemək hazırladıb). 12.00. Havaya fişəng atdılar (niyə?). Bu gün səhər tezdən Marksın heykəli yanına BTR-lər, əsgərlər töküblər (erməniləri Xutorda qorumaq üçün). 12.15. Xalq Neməti tələb edir. Deyəsən, onu içəridə saxlayıblar, ciddi söhbət aparırlar. Tribunadakı 2 oğlan camaata əl edir ki, “Nemət” çağırın. Camaat uğuldayır. 12.25. Nemət tələblərə baxmayaraq tribunaya çıxmır. Adamlarda təş-viş və həyəcan duyğusu yaranıb. Kəsilməyən “Ne-mət” çağırışı okean dalğaları kimi gurlayır. 12.30. Eynəkli birisi mikrofona yanaşdı, camaat fitə basdı. Hamı Neməti çağırır. 12.35. Nemət gəldi (hamı alqışla qarşıladı). Mikrofon işləmir. Hamı “mik-ro-fon” qışqırır. 12.40. Nemət çıxıb tribunanın səkisində oturdu, ayaqlarını meydan tərəfə salladı. Əlində kağızlar var. Mən camaatın ortasında olduğum üçün onun nə dediyini eşitmirəm. 12.43. Nemət səsucaldanla danışır: Bir neçə nəfər də aclıq elan etmək istəyir. Buna yol verməməliyik. Bizə sağlam adamlar gərəkdir. Burada hələ çox duracağıq. 12.45. Vəli Məmmədov (katib) danışmaq istədi, camaat fitə basdı, “rədd ol!” deyə qışqırdı. Bu səslər altında da danışmaq istədi. “Rədd ol” səsləri aramsızlaşdı. V.Məmmədovun səsi eşidilməz oldu. Hamı “Ne-mət” qışqırır. O, getməyə məcbur oldu. Nemət gəldi, alqışladılar. 12.48. Nemət gedəcək. Tələblər edəniləndən sonra hamı bir nəfər kimi evə dağılışacaq. Əhmədovun atasına söz veriləcək. Yalnız respublika-nın, bir də milli bayraqdan savayı yerdə qalan bayraqlar götürülsün. Bir millətin bir bayrağı olar. Şəhərdə maşınların qabağı kəsilməsin. Bizə zorla gətirilənlər lazım deyil. Buna ehtiyacımız yoxdur. İnstitut müəllimlərindən işdən çıxarılan, pravası alınan olub. Bunlar xırda işlərdir, sonra həll edərik. Məni siz seçmisiniz, mən sizinləyəm. (Alqışlar). Mən kimə söz verdim, qulaq asın, kimə söz vermədim, danışmağa qoymayın. (Tribunada xeyli adam var. Katib Rafiq Zeynalov da içlərindədir). Ən adi səhv, ən adi hissiyyat bizi məğlubiyyətə apara bilər. Demişəm, yenə deyirəm, mən sizinləyəm. Öldü var, döndü yoxdur! Əhmədovun atası, yoxdursa xalası oğlu çıxsın bura. Bütün zavodlar buradadır. Neftayırma zavodlarında da xalq qeyrəti varsa bizə qoşulsun. İstəməyənləri məcbur etmirik. 13.00. Kamal Abdullayev: 1) Poğosyanın çıxarılması haqqında Qorbaçova məlumat verilib. O bizim deputatları qəbul edəcək. Biz onlara nə deyək? 2) Ermənistanda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək üçün Ermənistana nota verilib. Bizim partiya rəhbərlərimiz kişi kimi söz verirlər ki, oradan gələnləri Dağlıq Qarabağda ermənilərin arasında yerləşdirəcəyik. Topxana ilə bağlı heç birimizdə dəqiq fikir yoxdur. Şuşanın katibi Vaqif Cəfərov Şuşadan xüsusi sizə müraciət edəcək. Ziyad Səmədzadəyə söz veririk. 13.05. Z.Səmədzadə (fitə basıldı): Dediklərinizi sizinlə bölüşürəm. 12 milyard manat milli gəlirimiz var. Azərbaycanın sərvətləri imkan verir ki, xalqımız yaxşı yaşasın. Xozraşşota keçə bilərik. Elektrik enerjisi kəsilsin. Azərbaycanda 24 milyard kvt/saat enerji istehsal edilir. Ermənistana artıq enerji verilmir. (Uzatdı, camaat fitə basdı).

Kamal: Sumqayıtla bağlı partiya rəhbərliyi bildirdi ki, Suxarevin qarşısında məhkəmənin Bakıya qaytarılması barədə təklif qaldırılacaq. Gözləyək, görək Suxarev nə deyəcək? 13.10. Nemət. Məktub üzrə tələb etdi ki, and içək ki, mitinqdən sonra heç bir hadisə baş verməsin. Firidin Səməndərov (ADU, hüquqşünas): Azərbaycan ayaq altındadır. Bu gün bayrağımız Dağlıq Qarabağda tapdalanıb. Təxminən 30 kv. km torpaq itirmişik. Buna son qoyulmalıdır. Dağlıq Qarabağ məsələsinə düzgün siyasi qiymət verilməyincə bu hadisələr davam edəcək. 50 ildir ki, Ermənistanda millətçilik dövlət siyasəti səviyyəsinə qaldırılıb. Ona görə də 18 iyul tarixli qərar yarımçıqdır. Dağlıq Qarabağ-dakı rəhbərlər həbs edilməli idi. Bəsdir stoldan bərk tutub əsmək! Volskinin dəstəsi qovulmalıdır; o, qayda-qanun yaratmır. DQ-ın muxtariyyəti ləğv edilməlidir. Ya da Ermənistanda, Gürcüstanda bizimki-lərə muxtariyyət verilsin. 13.20. Nemət Ancaq dünən Əliyevi ölümə aparanlar bu gün Vəzirovu aparmaq istəyirlər. Biz saray şairlərinə yol verməməliyik. 13.35. Kamal: Məlumat gəlib. Azərbaycan hökumətinin Ermənistana verdiyi tələb qəzetlərdə dərc edilsin. Biz sizinlə and içdik ki, heç kəsin burnu qanamasın. Bu birliyin simvolu kimi bu meydanda heykəl qoyulmalıdır. Bu günü balalarımız xatırlasınlar. 13.40. Valid Sənani Vaqif Cəfərovun telefonla yazılmış çıxışını verdi: Topxanadakı işlər dayandırılmışdır. İşlərə yol verilmir. Sov.İKP MK və SSRİ AS RH-nin vilayətdəki nümayəndələrinə məlumat verilib. Stepanakertdə davam edən tətillərə görə hələ də gərginlik qalır. Bakıdakı mitinqin tələblərini ədalətli sayırıq. 13.45. Tribunadakıların çoxu getdi. Beləliklə, Ali Sovetin növbədənkənar sessiyasının çağırılması məsələsi ustalıqla aradan çıxa-rıldı. 13.55. Qaradağdan xeyli fəhlə gəldi (səhər 8-dən oradan çıxıblar). Maşın verməyiblər, məcbur olub piyada gəliblər. 14.50. Uğultu. Baş tribunada televiziya kameraları qoyulub. Tribuna dolub (A.Məmmədov, K.Abdullayev və b.). Mikrofonda danışmaq istəyirlər. Fit, uğultu. A.Məmmədov: Kimi istəyirsiniz danışsın? Kütlə: Neməti. A.Məmmədov: Nemət sizdən qabaq mənim qardaşımdır. Siz inanmırsınız ki, bizə heç kəs təsir göstərə bilməz? Kütlə: Yox! Sonra bir kişi və bir qadın danışmaq istədilər. Camaat fitə basdı. 15.00. Nemət gəldi, alqışlarla qarşıladılar. Ancaq ona hələ söz vermirlər. Trubuna doludur. Öz aralarında nəsə mübahisə, müşavirə edirlər. Deyəsən, Nemət tələb edir ki, oradakılar tribunanı (özü “turbina” deyir) tərk etsin. *** Nümayiş də, tətil də qanuni hesab edilib. 15.30. Nemət: Hamı bir nəfər kimi turbinanı tərk etsin. Bu gün məlum olub ki, Qriqoryan Lidiya “Əliyeva Lalə” adı ilə camaatı Xutora erməniləri qırmağa çağırırmış. Belə şayiələrə uymayın. Nəqliyyat Nazirliyi bildirib ki, bu nümayişlər olduqca nəqliyyat pulsuz işləyəcək. 15.35. Söz verirəm Sabir Rüstəmxanlıya: - Dəvət olunmamış adamlar bura gəlməsinlər. Mübarizəmiz davam edir. Altı gündür Azərbaycan xalqı öz taleyi uğrunda çarpışır. Bu yolda axıra kimi dayanacağıq. Dərdli deyingən olar. Çox gileylər edər. Əlavə heç bir söz-söhbətə inanmayın. Özgə pasportu ilə aramıza girən fitnəkarlar var. Çörək zavodları, xəstəxanalar öz işlərini davam etdirsinlər. Kimin camaatın qarşısına çıxmağa üzü varsa onları çıxış etməyə çağırıram. MK-da komissiya yaradılıb, irəli sürülən bütün təkliflərimiz müzakirə ediləcək. Mən tək-tək bizim yoldaşlara söz verəcəyəm. 15.40. Teymur İsmayılov (məişət işisi): Nəcib işinizi təbrik edirəm. Xalqımızın gələcək günləri haqda düşünürsünüz. Qoyun ərzaq istehsal edən müəssisələrimiz işləsinlər. Biskvit, süd, qənnadı fəhlələri varsa boş vaxtlarında gəlsinlər. 15.44. Sabir: Nümayişə gecikməyimizin bir səbəbi də Azərbaycan televiziyası idi. Dünənki veriliş ümumxalq hərəkatımıza təhqir idi. Hərəkatı multfilmə döndərmişdilər. Kütləni lal-dinməz təqdim etmişdi-lər. Qoy Azərbaycan televiziyası xalqın səsindən qorxmasın. İkinci dəfə bu gün televiziyanı yoxlayırıq. Yenə etimadımızı doğrultmasalar kameraları bura buraxmayacağıq.

15.50. Nemət: Birbaşa translasiya edilsin - bunu hamımız tələb edək. Turbina boşaldılsın, konkret tələblərimiz göstərilsin. Korlar cəmiyyətindən kişi: Hər şey yaxşı olacaq. 15.55. Sabir: Tam yarım saatdan sonra Azərbaycan televiziyası translyasiyaya başlayacaq. (Xalqın iradəsi ilə). 15.55. Əbülfəz Əliyev (səsi batıb): - Kim bizi bu günə salıb və biz niyə beləyik? Təqsir Moskvadan bizə edilən rəhbərliyin düz olmamasındadır. Əhməd Əhmədovun məhkəməsi əsassızdır. Üç nəfəri ayırıb Moskvaya aparmaq düz deyil. Onların işi Bakıya qaytarılsın. Bir ana yazır ki, əgər bu təklifimizə baxılmasa oğlanlarımızı əsgərliyə göndərməyəcəyik. Azərbaycan dövləti suveren hüququnu itirmişdir. Azərbaycan respublikası dünyadakı bütün azərbaycanlıları himayə etməlidir. Təklif edirəm ki, Televiziya Komitəsinin sədri Elşad Quluyev işdən götürülsün. 16.01. Mirəli Seyidov: Akademiyamız sizin tələblərinizlə razıdır. Sizinlə addımlamağa hazıram. Mən özümlə daşnak partiyasının çap etdiyi xəritəni gətirmişəm. Bu xəritədə Xəzərdən Qara dənizədək Ermənistandır. Bu gün biz zəiflik etsək onlar deyəcək ki, Naxçıvan da bizimdir, Azərbay-can da bizimdir. Zəngəzur bizimdir. 18-19-un ildə Bakıda, Şamaxıda 100 mindən artıq azərbaycanlılar qırılıb. Hər il mart ayını Matəm ayı adlandıraq. Əlbir olaq, ağılla işləyək. 16.07. Sabir: Bircə cümlə deyilməlidir ki, Qarabağ qədim Azərbaycan torpağıdır, ona görə verilə bilməz. Yığışıb təsdiq etməliyik. 16.07. Ağsaqqallar adından Məmməd kişi: Culfa zəhmətkeşlərindən sizə salam gətirmişəm. Niya burada soruşan yoxdur ki, ay mənim məzlum xalqim, bura niyə yiğışmısınız? Bu məni kədərləndirir. Ancaq sevinirəm ki, xalq haqlarını tələb edir. Ermənistana niyə deyilmir ki, ay həyasız, niyə işimizə qarışırsınız? Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz! Biz Vətəni sevirik, onu qorumağa hazırıq. Yaşasın birlik! Yaşasın sülh! 16.11. Sabir: Təzədən çıxışıma başlayacağam, çünki birbaşa translyasiya başlayacaq. Aşağı 2 yoldaş gedib baxsın, verilmirsə çıxışları kəsəcəyik. 16.14. Camaat veriliş üçün əl çaldı. Sabir: - 6 gündür ki, Azərbaycanın igid oğul və qızları, ağsaqqalları Bakının bu baş meydanına yığışib taleyimizi müzakirə edirik. Düzdür, başlıca səbəb Topxanadır, ancaq daha böyük dərdlərimiz var. Erməni millətçiləri hadisələrdən istifadə edirlər. Qoy bütün Azərbaycan xalqı bilsin ki, siz nə tələb edirsiniz. Dünənki televiziya verilişi nə idi? Eşq olsun sizin iradənizə! Bu meydanda xalqdan gizlədilən heç nə yoxdur. Bizim hərəkatımız çox vaxt təhqir olunur. Günah çox vaxt bizim üstümüzə yıxılır. Bu, mətbuatımızın ikiüzlü siyasətinin nəticəsidir. “Qa-ra-bağ!” (sürəkli). Qoy xalqımız eşitsin, siz də eşidin. Qarabağ tarix boyu Azərbaycanın olub. İndiki Ermənistan SSR-in torpaqlarının çoxu da Azərbaycanın olub. İndi bizim qalan torpaqlarımızı onlar istəyirlər. 16.22. Nemət Pənahov: - Qoy prinsipal mübarizəmiz xalqa çatsın. Xalqımız parçalanıb. Qarabağa uzanan xain əlləri kəsməliyik. Qoy dünya səsimizi eşitsin. Sumqayıt hadisəsinin ermənilər tərəfindən ssenarisinin hazırlanması ifşa edildi. Beş gündə burada heç bir hadisə baş verməyib. Ermənilər bizi ifşa edirlər. Biz isə özümüzü müdafiə edə bilmirik. Mətbuat, televiziya günahkardır. Erməni fitnəkarları yenə aramıza soxulub. Buna Azərbaycan xalqının oğulları yol verməyəcək. Azərbaycan Mərkəzi Komitəsindən tələb edirik Dağlıq Qarabağ buraxılsın, Sumqayıt hadisəsinə düzgün qiymət verilsin; ona Sumqayıt məhkəməsində obyektiv baxılmalıdır. Hərdən deyirlər ki, kimsən ki, xalqın adından danışırsan? Moskvaya çatdırılsın ki, xalqımız özü taleyini həll etsin. Neçə ki xalqın tələbləri həyata keçirilməyib, Ermənistanla əlaqələr kəsilsin. Tələblərimiz ödənilməyincə ümumazərbaycan tətili elan edilib. Hamı bir nəfər kimi mütəşəkkil olmalıdır. Tələblərimiz həyata keçməyincə Azərbaycan ölü elan olunur. 16.30. Qulu Xəlilov:

- Böyük birliyinizin qarşısında baş əyirəm. Biz evimizdə rahat yata bilmirik. Biz torpağımızı qoruyuruq. Dünən bu böyük izdihamı televiziya-mız verməyib. Onlara ar olsun! Ermənistanın Moskvada, Moldaviyada satqın nümayəndələri var. Tələblərimizdən biri budur ki, Əhmədovun ölüm hökmü ləğv olunsun! Topxanada yenə hadisələr gedir. Əgər Topxanada yenə də ermənilər tikintini dayandırmasa oraya yürüş təşkil edilsin. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilsin. Zori Balayanlar, Silva Kaputikyanlar, Ağanbeqyanlar havaxt cəzalanacaq? Xalqlar arasına ixtilaf salanlar cəzalandırılsın. 16.35. Qadın diktor - Xalidə: - Həftədən yuxarıdır ki, siz Azərbaycan televiziyasından narazısı-nız. Üzr istəməyə hazırıq. Ancaq verilişləri birbaşa hazırlamırıq, Mərkəzi Komitədə baxılır. Bu gün Azərbaycan Televiziyası kollektivi qərar qəbul edib: erməni dilində verilişləri ləğv etmişik. (Alqışlar). 16.39. Aydın Məmmədov: - Bu gün burada hər söz danışmaq olar. Ancaq məsələ burasındadır ki, başqa respublikada bizə baxanlara da bildirmək istəyirəm ki, biz bu meydana döyülə-döyülə, söyülə-söyülə gəlmişik. Suyumuzu, çörəyimizi böldüyümüz adamlara qüdrətimizi göstərməyə gəlmişik. Hansı yolla olursa-olsun xalqa qarşı çevrilmiş muxtariyyət ləğv olunsun! Biz mart ayından bu yana hər təhqirə dözmüşük, hər cür ləkələrə dözmüşük. Bəsdir, Kaputikyan, bəsdir, Poğosyan! Bizim Bakı bizim üçün zirzəmilərdən ibarət olub. Lakin bu gün MV partiya təşkilatı bu dostluğa zidd gedirsə buraxılsın. Biz xalqımızın mənafeyini dünyanın hər yerində müdafiə etməyə hazırıq! Sizin iradəniz həyata keçənədək burada qalacağıq. 16.45. Sabir- Xəzərdə neft fantan vuranda 5 dəqiqədən sonra Moskva eşidir. Bəs 5 günlük hadisələrimizdən niyə soraq vermir? Bir neçə saat qabaq müğənni Zurufçu zəng vurub ki, bütün Avropadakı azərbaycanlılar sizinlədir. Ali Sovetə müraciət edirəm. Ali Sovet bu gün NKAO-nu ləğv etmək üçün növbədənkənar sessiya çağırsın. Poğosyan daşnak kimi ifşa olunmalı-dır. 16.55. Nüsrət Kəsəmənli: - Tələblərimiz 10 dəfə, 100 təkrar olunsa da xeyri yoxdur. Nəticə olmalıdır. Müharibə caniləri Nürnberqdə mühakimə olundu, bəs sumqayıtlılar niyə Moskvada mühakimə edilir? Onlar da Bakıda, ya da Sumqayıtda mühakimə edilsinlər. Torpaq yolunda xalq ölümə hazırdır. Azərbaycan hökuməti xalqla birgə, onun istəyinin önündə olmalıdır. 16.58. Niyaz Hacıyev (Şuşada I katib işləyib): - Biz daşnakların dabbaqda gönünü tanıyırıq. Poğosyan həbs edilmək yerinə birinci katib qoyuldu. Azərbaycanlıların sayı vilayətdə aşağı düşdü. Qəsdən Stepanakertdən keçib-gəlirəm. Orada sovet hakimiyyəti yoxdur. Onlar gəmimizdə oturub bizə ağalıq edirlər. Köhnə rəhbərliyimiz buna gərək şərait yaratmayaydı. İndi bəzi adamlar yeni rəhbərlikdən şikayətlə-nirlər. Ancaq əsl hakimiyyət Moskvadan gələn nümayəndələrdədir. Niyə biz Əfqanıstanda qayda-qanun yarada bilirik, öz torpağımızda yox? Mən daşnakların Sumqayıt hadisəsinin səbəbkarları kimi cəzalan-dırılmasını tələb edirəm. Yaşasın Azərbaycan xalqı! 17.04. Nemət: Mənə çoxlu yazırlar ki, ali məktəblərdən, zavodlardan tətilə gələnləri qovublar. Onları qovanlara ar olsun! 17.05. Acclıq elan edənə (Fəraməz Allahverdiyevə) söz veririk: Dünən mən dedim ki, məni onsuz da televizorda verməyəcəklər. Ona görə ki, istədilər ki, bizi xalqdan ayrı salsınlar. Jurnalist idi, yoxsa kimsə, soruşdu ki, bununla siz Nemətin ardınca getmirsiniz ki? Aclıq elan edənlər: Zülfüqarova Aidə - 3 gün qabaq (APİ) İsgəndərova Əlavə - 19 noyabrdan Quluyev Elşən - 20 noyabrdan Nuruyeva Əliyev Akif - tələbə Allahverdiyev Fəraməz -mən, 17-sindən. Bizim institut - XTİ xalqın institutudur. Tələblərim: 1) Topxanadakı işlər dayandırılsın.

2) Azərbaycan SSR-lə Ermənistan SSR arasında əlaqələr bugündən dayandırılsın (neft, qaz). 3) İsmayılov, Əhmədov haqqındakı hökmlər ləğv edilsin, obyektiv qiymət verilsin. 4) Dağlıq Qarabağ Muxtar Vilayətində muxtariyyət ləğv edilsin. Bu muxtariyyət olduqca xalqlarımız arasında düşmənçilik olacaq. Mən isə bunu istəmirəm. Xalqı öz ardınca apara bilmirsə dövlət xadimləri istefa versinlər. Mərkəzi Komitə xalqın səsini eşitmirsə o nəyə lazımdır? Sizi axıradək mübarizə aparmağa çağırıram. And içirəm ki, sonadək mübariz olacağıq. (Sonra Şəhriyarın şerin-dən iki misranı söylədi: ... Ey məğrur Bakımız, Azərbaycan!). (Sürəkli alqışlar). 17.13. Sabir: Hamımız biriksə aclıq elan etməyə ehtiyac yoxdur. (Xalqı sakitləşdirir). Şəhərdə siqnal verə-verə maşında gəzənlər var. 17.15. Vəli Məmmədov (raykom katibi): Şəhərdə bu gözəl hisslərimizi korlamaq istəyənlər var, bədxahlarımız var, onlar işimizi ləkələmək istəyirlər. Mübarizəmiz davam etməlidir, ancaq mübarizə formaları dəyişsin. Kollektivlərdə yığışıb müzakirə edək, qərar çıxarıb yuxarı göndərin. Qələbəmizi sona yetirmək üçün bir xahiş edirəm, hamımız vəhdət təşkil etməliyik. Mən sizinlə fəxr edirəm. Yaşasın qələbəmiz! 17.19. Ə.Cəfərzadə: Biz inandıq ki, hamınız qeyrətlisiniz. Halal olsun ananızın südü sizə. Siz bizlərə, böyüklərə yaxşı dərs verdiniz. Halal olsun sizlərə! Əhməd Əhmədovun ölüm cəzasının ləğv edilməsini tələb edirik. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilsin. Ekstremist ziyalılar mühaki-mə edilsin. 17.25. Sabir: Ümumxalq Cəbhəsinin yaradılmasından söhbət gedirdi. 17.26. Həkim dövründə tikilib. 17.30. Sabir: Nümayişimiz hadisəsiz baş versə nümayiş etdirəcəyik ki, Sumqayıt bizim iş deyil. 17.32. B.Vahabzadə: Danışmaq yox, konkret iş görməliyik. Mən yazmışam Ermənistan SSR Ali Sovetinə, surəti SSRİ AS RH-inə. Ermənistanda azərbaycanlılara şərait yaradılsın, yoxsa Azərbaycan SSR-də Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilsin. (S.Rüstəmxanlı təklifi səsə qoydu, kütlə razı oldu). 17.35. Sabir: Hər gün rəhbərlərimiz görülən işlər haqqında məlumat verirlər. Hər gün addımaddım irəli gedirik. Lent qurtardı. Hava qaralıb, televiziya daha göstərə bilmir. 17.38. Həsən Həsənov (MK katibi). (Küyə basdılar). Hamı oturdu. 17.41. Nemət: Yerdən tələb var ki, bu translasiya “Vremya”dan sonra yenidən təkrar verilsin. 17.44. Xəlil Rza: Birinci tələbim - böyük tələbim odur ki, Mixail Sergey oğlu Qorbaçov Azərbaycana gəlsin. 31 milyonluq Azərbaycan xalqı Moskvaya gedə bilməz, ancaq o bura gəlsin. Aclıq edənlərin ayağına başçılarımızdan heç kəs gəlməyib. Gəlsin və görsün ki, Sumqayıt adlı cəhənnəm var. Gəlsin və görsün ki, 40 min türkazər necə bölüşdürülüb SSRİ-yə. Qazax, Laçın, Kəlbəcər, Gədəbəy, Tovuz torpaqlarını satanlar niyə məhkəməyə cəlb olunmayıblar? Niyə televiziya işimizi işıqlandırmır? 17.48. Həsən Həsənov (katib): - Hal-hazırda xalqımız böyük imtahan verir. Siyasi mədəniyyət, ağıl hesabına hər şeyi həll etməyə qadirik. Biz sizin hamınızla bir yerdəyik. Bütün dünyadakı azərbaycanlıların qəlbi bizimlə birgə vurur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunda dərdlə-rimiz müzakirə edilir. Gəlin birlikdə məsələlərimizi müzakirə edək, görək hansı yolla getməliyik. Mən and içirəm ki, B.Vahabzadənin müraciəti-nin Moskvaya göndərilməsinə çalışacağam. DQMV-nin rəhbərliyinin vəzifədən çıxarılması büroda müzakirə edilib və qərar çıxardıq ki, onlar uzaqlaşdırılsın. Plenum bu qərarı təsdiqləməlidir. Bir çox rəhbərlərimizin qeyrətsizliyi üzündən ana dilimiz layiq olduğu yeri tutmur. MK-nın bürosu qərara aldı ki, B.Vahabzadənin rəhbərli-yi ilə Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycan dili dövlət qanunları dili kimi qəbul edilsin. Bizə elə oğullar lazımdır ki, Azərbaycan xalqının beyinlərə yeridilmiş tarixini yox, əsl tarixini yazsın.

Xalqımızın bu ağır günlərində qəhrəman oğullarımız burada durub. Onlar öz rəylərini bildirsinlər. Sağ olun, var olun! (Sürəkli alqışlar). 19.59. Sabir: bizə çatdırdığı qərarlar qələbəmizdir. Qələbəyə bu cür addım-addım getmək gərəkdir. Sizin iradənizlə tariximiz üçün çox böyük işlər gördük. Qəbul olunmuş qərarlara görə sizə borcluyuq. Hamınızın qarşısında baş əyirəm. 18.00. Tofiq Bayram: El gücü sel gücüdür. Gəncənin adı özünə qaytarılsın. Sabir: Ali Sovet bu haqda qərar çıxarıb. 18.03. Fatma xanım (ana): Zavoda gedin, işləyin - yaylıq atıram, diz çökürəm, yalvarıram. (Fit, qışqırıq). “Tə - til!” (sürəkli). Müzakirəyə başladılar. *** Axşam televiziyada “Vremya”dan sonra nümayiş iştirakçıları-mızdan meydandan birbaşa müsahibələr götürdülər. Sonra studiyada Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Aydın Məmmədov, İsa Qəmbərov çıxış etdilər. Gecə saat 1-ə işləyəndə televiziyada dedilər ki, mühüm xəbər gözlə-yirik, proqramı izləyin. Ancaq 1-ə qalmış, dedilər ki, xəbəri almamışıq, sabah elan edəcəyik. Feyzi ilə evdən çıxıb Tonqallar meydanına yollandıq. Yolda Mətləb (aspirant) rast düşdü, o da bizə qoşuldu. Dedi ki, bu gün Gəncədən gəlirəm. Orada da iki gündür ki, nümayiş gedir. Orda bir erməni öldürüblər. Naxçıvanda, başqa rayonlarda da kütləvi nümayişlər keçirilir. 23 NOYABR 1988 Feyzi, Mətləb və mən meydana çatanda (saat 01.30 dəq.) burada 50 mindən çox adam vardı; bu mehmanxanadan o mehmanxanaya qədər uzanan tonqalların ətrafında böyük dəstələrlə toplaşıblar. Əllərində bayraq olan azərbaycanlı əsgərlər də var burada. Öyrəndik ki, televiziyada deyilən mühüm xəbər" odur ki, sabah Bakıda komendant saatı elan ediləçək. "Molodyoj Azerbadjana" qəzetinin redaktoru Nəcəf Nəcəfov fəhlə Nemətlə söhbət edir. Deyəsən, komendant saatını müzakirə edirlər. Sonra eşitdim ki, Nemət deyib ki, əsgərlər gəlsə də heç yerə tərpənməyəcəyik: öldü var, döndü yox! Nemət artıq xalq başçısı sayılır. Onu nümayişçilər sıx əhatə edirlər və beləcə də meydanı gəzir, adamlar arasında təbliğat aparır ki, mətin olun, dözümlü olun, bizə heç kəs bata bilməz. Meydanda bir neçə yerdə odun, taxta dağ kimi qalanmışdır. Hamı özü gəlib, aparıb tonqal qalayır. İki oğlan tonqallara bir-bir baş çəkir, deyir ki, Ermənikəndin adı bu gündən "Azərkənd" olur, Ermənikənd bazarı isə "Nəsimi bazarı" adlandırılır. Hər tonqalın fədailəri “A-zər-kənd” çığırırlar. “Azərbaycan musiqiçilərinin Xalq Cəbhəsi” yazılmış çadırda camaata çay-çörək paylayırlar. Tələbələr çox sayıqdırlar. Hər kəsə çox diqətlə yanaşır, erməni olub-olmadığını bilmək üçün sənəd tələb edirlər. Məni dünən 5-6 dəfə (qeydlər etdiyim üçün şübhələnirdilər) saxlayıb sənəd soruşdular. Deyilənə görə, Sov.İKP Siyasi Bürosunun üzvü, Sov. İKP MK katibi Medvedev Bakıya gəlib. Nizami qəzet üçün mətbəəyə getdi. Bir azdan qayıdıb gəldi ki, yolda tanışımla görüşdüm, dedi ki, nəşriyyatı da, telestudiyanı da əli avtomatlılar əhatə edib. Heç kəsi içəri buraxmırlar. Burada vərəqələr nəşr edirlər. Səhər 8-də komendant saatı elan olunacaq. 04.40. Bir yoldaş söylədi ki, komendant saatı haqqında xəbər şayiədir və onu camaatı dağıtmaq üçün Nüsrət Kəsəmənli ilə Aydın Məmmədov buraxıblar. Yəqin ki, gələcək bunun doğruyalanlığını göstərəcək. Dedilər ki, Naxçıvanda bu gündən (daha doğrusu, dünəndən) hərbi vəziyyətdir. Sədərəklilər dəmir yolunu söküb Yerevan qatarını saxlayıblar. 05.11. Maştağalı Kazım Arif tribunadan meyxana deyir. Vətənpərvər şerlərdir. 05.20. T 38-69 AQ nömrəli “Jiquli” gəldi. Yiyəsi ağdamlı Şahin adlı rəssam oğlandır (Bakıda yaşayır). Camaata ərzaq gətirib. Maşını yenicə rənglədib. Qabaq kapotunun üstündə “Bakı”, qabaq şüşəsində “Qarabağ”, arxa şüşəsində “Ağdam”, arxa kapotda “Şuşa”, kənarlarda “Azərbaycan” sözləri yazılıb, Azərbaycanın bayraqları çəkilib. Maşın gəlinə bənzəyir. Əlvan rənglərlə bəzənmiş maşın vətənpərvərlik mücəssəməsidir.

06.00. Komendant saat haqqında hərə bir söz danışır. Yeni fikir odur ki, saat 9-da olacaq. Meydanda 30 minə qədər adam qalıb. Komendant saatına əslində heç bir əsas yoxdur. Zərdüşt Əlizadə dedi ki, ermənilər kütləvi şəkildə Moskvaya şikayət ediblər ki, həyatımız təhlükə altındadır. Sonra, bayraqlı maşınlar sürətlə gedəndə 2 adam vurub. Deyirlər ki, Vəzirov dünən bu hadisələrlə bağlı Moskvaya gedib və qayıdıb. Konstitusiya layihəsinin 119-uncu maddəsini dəyişdirmək üçün imza yığırlar. Mən 800-üncü adam oldum. Heç kəsin meydandan dağılmaq fikri yoxdur. Deyilənə görə, dünən Moskvada Puşkin meydanında 11 min azərbaycanlı nümayiş edib. Təbrizdə Səttar xan xiyabanında dünən 600 mindən artıq adam bizimlə həmrəylik nümayişi keçirib. *** “Ağaclarımızı kəsənin sol qulağını kəsərik!” (Andranikin də sol qulağını kəsiblər). 07.16. Xor: “Harda gördün erməni, vur başına şilləni”. Söhbət komendant saatı olanda nə etməkdən gedir. Əsas fikir odur ki, əsgərlər gəlsə müqavimət göstərməyib dağılışmaq, evdə tətil etmək gərəkdir. 1 ¹-li internat məktəbin şagirdləri bugünkü yığıncağın ilk qaranquşları oldu. Onlar böyük ruh yüksəkliyi yaratdı, çünki komendant saatının olmamasına inamı artırdı. Xor: “Öldü var, döndü yox”, “Biz ölərik, Qarabağı vermərik”. 08.10. Nemət ucadandanışnla tribunadan camaatı (tələbələri) nizam-intizama çağırdı. *** 10.30. İşə gedib gəldim. Maqnitafonda “Qarabağ şikəstəsi” oxudurlar , “Sumqayıt” sözünü də lentə artırmışlar. Əliheydə Qarayev adına neftayırma zavodu də bu gün tətil edib. Ölən milis serjanti Fazil İsmayılovun da böyüdülmüş fotosunu gül-çiçəklə bəzəyib tribunadan asmışlar. (1 milyona yaxın adam var. Azərbaycanın çox yerindən gəliblər). 11.11. “Mikrofonfon” tələbi başlandı. Şüarlar: “Xalq hökumət üçün deyil, hökumət xalq üçündür”. “Axdın ciblərinə yadın, özgənin! Adın Odlar yurdu, odun özgənin!”, “Azərbaycan dil - dövlət dili”, “Babək, Koroğlu qeyrətli oğullar, ayağa qalxın!”, “Bizim dilənçilərə veriləsi torpağımız yoxdur!”, “Topxanadan əlinizi çəkin!”, “Dağlıq Qarabağdan əlinizi çəkin!”, “Dağlıq Qarabağın muxtariyyəti ləğv edilsin!”, “Mətbuata ar olsun!”, “Balaxanı neftçiləri sizinlədir”. Müsavatın və Türkiyənin bayraqları, Atatürkün fotosu da var nümayişçilərin əllərində. Divara karikatura yapışdırmışlar: “Al!!!” (Keçəl Vazgenə qarşı bir yumruq uzanmış, baş barmaq iki barmağın arasından qabağa çıxmışdır. Biləyə Azərbaycan SSR-in bayrağı lent kimi bağlanıb). Şəkililər kəsib-paylamaq üçün bir maşın qoyun gətirib. 13.22. Nemət: - Mən yalnız özümə cavabdehəm. Mən sizinləyəm. Qoy bunlar (rəsmi adamlar) iclası aparsınlar. Əgər siz onlarla razılaşsanız mən də razıyam, olmasanız mən də sizinləyəm. Çox ehtiyatlı olun. Yeməyi ancaq mərkəzdən götürün. Heç kəs şayiələrə uymasın. İclası Vəli Məmmədov aparacaq (26-ların birinci katibi). Xalqın taleyi məsələsi var burda. Ayrıayrı adamlar öz taleyini düşünməməlidir. Ar olsun xalqa qarşı çıxanlara! Bu gün xalqın taleyi sizin - xalqın özün-dən asılıdır. Xalq yoxdursa mən kiməm? Mən xalqın oğluyam! 13.35-də vertolyot gəldi-keçdi. 13.35. Vəli Məmmədov: Bir qayda danışaq, işimiz yaxşı getsin. Fit çalınmasın. (Sonra nəsə dedi, fit çalındı). Bəs biz demədik fit çalmaq qadağan olundu? (Yenə güclü fit çalındı). (Çoxlu ürəyi gedənlər olur, uşaqlar itir. 670 min məktub alınıb camaatdan tribunaya). 13.51. Dəmir Gədəbəyli: Mənim böyük xalqım! Bu gün sənin taleyin həll olunur. Bizim başçılarımız 7 gündür ki, sizinlə maraqlanmır. Moskva Vəzirovu pis vəziyyətdə qoyub, o sizin üzünüzə çıxmağa utanır. Moskva bilməlidir ki, Azərbaycan xalqı oyuncaq deyil.

Eşq olsun Nemətə! Onun çıxışlarını alqışlayıram! And içirəm ki, bu yoldan dönməcəyik! (Alqışlar). 14.00. Şeyülislamın müavini Sabir Həsənov: Peyğəmbərimiz deyib ki, Vətəni sevmək imandandır. Bura toplaşmağımız böyük imanla bağlıdır. Elə bilməyin ki, bizim idarə dərdlərinizdən kənarda qalmışdır. Mən milyonluq dindarlar adından, buradakı ağsaqqallar adından sizi əmin edirəm ki, tələbləriniz haqlıdır. Allah-taaladan arzu edirəm ki, qədəmləriniz yorulmasın. Arzu edirəm ki, arzularınız yerinə yetsin. Peyğəmbər buyurub ki, şeytanın ardınca getməyin, çünki o sizin aşkar düşməninizdir. Bu gün qəlbində, ürəyində islam məhəbbəti olan hamını səbrə çağırıram. Allah-taala buyurub: Allah-taala səbrlidir. Fitnəkarlıqdan özünüzü qoruyun! Sizin bu meydanda qalanlara can sağlığı, işə qayıdanlara iş avandlığı arzu edirəm. Vəssalamu əleykum və rəhmətullahu və bərəkatuhu. (Sürəkli alqışlar). 14.06. V.Məmmədov: Söz verilir Dövlət Aqrar-Sənaye Komitəsinin taxılçılıq şöbəsinin rəisi Matvey Radayevə. 14.09. M.Radayev (azca danışdı): Siz yaxşı bilirsiniz ki, mən rusam. Dərdinizə, sərinizə şərik olmağa gəlmişəm. İsmayıllının İvanovka kəndində doğulmuşam. Ata-babalarım İvanovkada 200 ildən artıq yaşayıb. Biz hamımız Azərbaycan xalqını ürəkdən sevirik, çünki o, qonaqpərvərdir. Mən də öz səsimi sizin səsinizə qatıb deyirəm: Dağlıq Qarabağda sovet qayda-qanunları yaratmağın vaxtı çoxdan çatıbdır. Bizə işləmək lazımdır. Bu gün axırıncı gün olsun. (Fit). 14.13. Hatəmi: Səsim batıb. Bu günlər ərzində... sizi həyəcanlandırmışlar. Əlinizdə böyük silah var, ondan möhkəm yapışın! (Tətili nəzərdə tutur). V.Babanlı: Sizə eşq olsun! 14.25. Həkim: Bizdə orada ərzağı qəbul etmək üçün yer ayrılıb. Camaata qutularda yemək paylansa heç nə götürməyin. “Qardaş” sözünü aradan götürək. Bəsdi daha sevgi (ermənilərə aiddir)! 14.26. Fəhlə İsfəndiyar Coşğun: Azəri türklərinin bu birliyini alqışlayıram! Neçə gündür ki, tətil elan etmişik. Poğosyanın quldur dəstəsi məhkəməyə verilsin! Əhmədova azadlıq verilsin! Dağlıq Qarabağda Azərbaycan hökumətinin suveren hüququ bərpa edilsin! 14.30. Mövlud Yarəhmədov: 20 ildir ki, Azərbaycan-Dağıstan ədəbi əlaqələrini öyrənirəm. Dağıstan xalqları Azərbaycan xalqını sevdiklərin-dən onu özündən ayırmayıblar. Ədalətli tələblərinizə tərəfdar çıxıram. 14.37. Vəkillik edən Məmmədov (Əzim?): Ali Sovet sessiya çağırıb DQMV-ni ləğv etsin. Poğosyan həbs edilsin. Ermənistandan didərgin düşənlər Dağlıq Qarabağda yerləşdirilsin. Azərbaycan KP qurultayı, plenumları Azərbaycan dilində aparılsın. Bakıda Azərbaycan məktəblərinin sayı artırılsın. Sumqayıt işləri geri qaytarılsın. Əhmədovun işinə yenidən baxılması SSRİ Ali Soveti RH-dən xahiş edilsin. Qorbaçovun Bakıya gəlməsi xahiş edilsin. Bir bəndlik şer söylədi. (Alqışlar). 14.45. Rəfiq Zəka: Bu gün bütün Azərbaycan xalqının imtahan günüdür. Biz Azərbaycan türkləriyik. O türklər ki dünyaya Füzuli verib, Nizami verib. İndi bizdən torpaq istəyirlər. Əsrlər boyu erməni daşnakları iftira yayıblar. 1915-də genosid olmayıb. Sumqayıt “genosid”i kimi. Kirovabad “Gəncə”, Stepanakert “Natəvan” olsun. Daşnaklar Hadini, Firidun bəy Köçərlini öldürdülər, Cavidi öldürdülər. Ü.Hacıbəyovu öldürəcəkdilər Nərimanovun məktubu olmasaydı. Bir neçə gün qabaq Ağanbeqyanın Qorbaçova, yenidənqurmaya qarşı çıxışını “Amerikanın səsi” radiosu verdi. (Sonra “Lənət” şerini oxudu: “bir sürü daşnaklara lənət!”. Hər dəfə “lənət” sözünə çatanda camaat “lənət”i xorla təkrar edir). (Alqışlar). 14.49. Cəbrayıl Əhmədov (veteran): Siz bura toplaşıb öz arzunuzu bildirirsiniz. Mənim 85 yaşım var. 18-inci il əhvalatının şahidiyəm. Bu hadisələrdən hər iki millət əziyyət çəkdi. (Boş-boş sözlər danışdı, fitə basdılar). 15.00. Fərman Kərimzadə: Bu gün də dərdimizdən danışmır mərkəzi mətbuat. Kim ki xalq uğrunda ölüb, onlar Azərbaycan müqəddəslərinin siyahısına salınsın. İliçin katibi Tahir Əliyev, Şuşada Niyaz Hacıyev xalq uğrunda çalışıblar, onlar işlərinə qaytarılsın. 15.04. Bi dəstə oğlan əllərindəki uzun ağaca bağlanmış meymun kuklasını camaatın içində gəzdirir. Meymunun ağzında siqaret var, əllərinin arasına “Vazgen” yazılmış kağız qoyulub. 15.06. V.Məmmədov: Ermənistanda AS-nin sessiyası keçirilib. Yəqin ki, bizə hörmətlə bir şey deyilməyib. Bu oyunlarla bizi əsəbiləşdirmək istəyirlər. Gərək təmkinli olaq. Respublikanın bir çox yerlərində həyəcan-lar, gərgin vəziyyət var. Bu vəziyyət müəssisələrdə müzakirə olunsun.

15.10. Aqronom Alıpaşayev: İntizamlı olaq. (Fitə basdılar. Meydanın 19 günündə intizamsızlıq adına bir ciddi şey baş berməmişdi!) 15.12. V.Məmmədov. (Danışmaq istəyir, fitə basırlar). - On dəqiqə tənəffüs. 15.19. Nemət: Mən öz qərarımı oxuyuram. Vəziyyət ağırdır. Gəncədə, Naxçıvanda vəziyyət gərgindir; ölüm olub, komendant saatı elan edilib. İndi bizdə də etmək istəyirlər. (Sənəd oxuyur). “Bakı şəhəri əhalisinə müraciət (Bunu gizli şəkildə çıxarıb gətiriblər). Bakı şəhərində qadağan saatı qoyulur. Tətillərin keçirilməsi..., 21-dən 6-ya dək nəqliyyat vasitələrinin gediş-gəlişi..., qoşunlara müqavimət göstərilməsi qadağandır. Bakı şəhərinin komendantı”. İndi qulaq asın. Mən yalnız özümə cavabdehəm. Yeddi gündür ki, öz MK-mızı birliyə dəvət etmişik. Dinc nümayişdə heç vaxt komendantski ças tətbiq olunmur. 10 ayda niyə Yerevanda komendantski ças elan etmədilər? Bizdə öldürülən İsmayılovun qatili niyə tapılmadı? Dinc nümayişdə komendant saatı tətbiq edilsə bunu işğalçılıq siyasəti adlandıracağıq. Heç kəs onlara müqavimət göstərməsin. Belə olsa bütün Azərbaycanı ölü elan edirik. Rədd olsun xalqın tələbini nəzərə almayanlar! Əliyalın xalq tankla vuruşa hazır deyil. Əgər xalqın bu gün bu mütəşəkilliyi pozulsa bizim üçün sonra çətin olar. Rədd olsun işğalçı qoşunlar! Necə olur ki, Qazaxıstanı bir günə sakitləşdirən Rusiya imperiyası doqquz aydır bizi qırğına çəkmək istəyir? Bu tələblər həyata keçirilməyincə vicdanı olan bir nəfər evdən çölə çıxmasın, işə çıxmasın! (“Tətil”, “tətil!”). Bizim sila-hımız yoxdur. Qeyrəti olan Bakının küçələrinə çıxmasın. Yaşasın Azərbaycan xalqının birliyi! (Alqışlar. “Tətil”, “tətil!”). And içirik: heç bir fitnəkarlığa yol verməyəcəyik! (“And içirik!”) . And içirik: mübarizəmizi davam etdirəcəyik. (“And içirik!”). (Tofiq Fikrətin həmişə söylədiyi şerini əzbər söylədi). (Alqışlar). Biz başa düşməliyik ki, xalqı havayı yerə qırğına apara bilmərik. Bu gün dünyanın 32 milyon azərbaycanlısının gözü bu meydana dikilib. Lazım gəlsə BMT-yə müraciət edəcəyik. “Vətən” cəmiyyəti qardaşlarımızı tora çəkməyə çalışır. Qoy birbaşa Cənubla əlaqə yaransın. Qoy dünya miqyasında cavab verilsin görək niyə bu xalq parçalanıb? “Qayğı” cəmiyyətini də tənqid etmişdim. Bu gün “Qayğı” cəmiyyəti Ermənistandan gələnlərə yardım etməyib. Bu cəmiyyət Çernobıla yardım etmək üçündürmü? Azərbaycan, 200 milliard manat sərvəti olan Azərbaycan xalqı niyə bu gündədir? Niyə nazirliklərimiz Moskvadan asılıdır? Biz suverən dövlətiksə niyə 200 nəfərlik komissiya, Özbəkistanı dağıdan komissiya indi respublikamıza yönəlib? Xalq özü öz taleyini həll etməlidir. Ağanbeqyan çıxış edəndə 5.000 imza toplayıb Moskvaya məktub göndərdim ki, bu iki xalqı vuruşdurmayın. Moskva niyə susdu? Z.Balayanın kitabına İ.Qəmbərovun cavabını dərc etməyə niyə qoymadılar? Qoy indi dövlət adamları gəlib sizə cavab versinlər görək komendantsri ças elan edirlər, yoxsa xalqın tələblərini yerinə yetirirlər. Aclıq elan edənlərdən xahiş edək ki, yalvaraq ki, saxlasınlar. Bizə sağlam adamlar gərəkdir. (“Nemət!”, “Nemət!”). 15.46. Əhmədovun xalası oğlu: Əhmədovun atası 28 il fəhlə işləyib, əmək veteranıdır. Anası da zəhmətkeşdir. Əsas cinayəti fevralın 29-unda olub. İşdən gələndə olub. Onu “təşkilatçı” adlandırıblar. Axı işdə olan adam necə təşkilatçı ola bilər? Vəkil Yaşin dünən Əhmədovdan tam əlini üzüb, Bakıya qayıdıb. Məhkəmədə təkcə vəkil olub. Atası, anası, bacısı, qardaşı iştirak etməyib. Əhmədovla birgə Azərbaycan xalqının mənafeyi də tapdalanıb. Guya bu, Azərbaycan xalqının qabaqcadan hazırladığı cinayətin tərkib hissəsi-dir. Əgər hökumət vaxtında tədbir görsəydi Sumqayıt qırğını da olmazdı. Qoy ədalət zəfər çalsın! (Sürəkli alqışlar). 15.55. Nemət: Xutorda öldürülən milis işçisi İsmayılovun ata-anası çıxıb desin görək qatil tapılıbmı? İkincisi, qoy oğulları Əfqanıs-tanda vuruşan valideynlər toplaşsın. Komendant saatı elan olunsa qoy qoşunları rədd etsinlər.

16.00. V.Məmmədov: Biz həqiqətən komendant saatı istəmiriksə mütəşəkkil toplaşa bildiyimiz kimi yığıncağımızı mütəşəkkil də sona verməliyik. Nemət bəzi ağıllı sözlər dedi, ancaq bəzi atmaca sözlərlə özünü rəhbərliyə qarşı qoydu. (Fit, etiraz, “rədd ol!, “rədd ol!”). 16.02. Nemət: Havayı söz lazım deyil. Qəti söz deyin. Qoy bizə qəti söz desinlər. Belə şaiyə yayılır ki, mən naxçıvanlıyam, Əliyevin adamları mənə pul veriblər . (Nemət “Əliyevin adamları” ilə əlaqəsi olduğunu sonralar etiraf edti: “91-ci ilə qədər mənim Heydər Əliyevlə heç bir əlagəm olmayıb (...). Sadaca olaraq , 88-ci ilin meydan hərəkatından öncə Bakının indiki meru R.Allahverdiyev gəlib mənə onun düşdüyu vəziyyətdən danışdi...” [“Press Fakt” qəzeti, 17-23 yanvar 1997, No-02 (111)]). Biz artıq hərəkətə yol versək Vətəni bakılı, şəkili, naxçıvanlıya bölənlərə haqq qazandırarıq. Qoy gəlib bizə cavab versinlər görək tələblərimizlə bağlı nə ediblər. Hissə qapılmaya yol verməyək. Xalqın taleyi ilə oynamayaq. Yaşasın Azərbaycan xalqının birliyi! Ura! (“Ura”). Düşmən fitnəsinə uymayacağıq! And içirik! (“And içirik!”). Bu xalq hərəkatı xalqın sözüdür. Qoşulan qoşulsun, qoşulmayanlara ar olsun! (“Ar olsun!”). Bununla mən yorulmuşam, istirahətə gedirəm. 16.07. V.Məmmədov. Danışmaq istədi. (Fit. Camaat əyləşdi. Yenə fit). 16.12. Camaat hamısı oturdu. Aclıq elan edənlər tribunaya qalxıblar. Ancaq mikrofon kəsilib. (“Mik-ro-fon!”). Dünən şəhərdə hər yerdə BTR olub, bu gün isə tank (təkərini deşmək olmasın deyə). 16.18. Aclıq elan edən oğlan (XTİ-nin tələbəsi): -Mən sizin simanızda Qaçaq Nəbinin qaçaqlarını görürəm. 1905-cı ildə erməni... Biz yalnız və yalnız Nemətə inanırıq. And içirik ki, yalnız onun ardınca gedəcəyik. Eşitdik ki, Bakıda komendant saatı elan etmək istəyirlər. Təqsirimiz nədir? Şəhriyar demişkən, ya tamam yanıb kül olacağıq, ya da ayağa qalxacağıq. Mən Nemətə ilk və son dəfə yalan dediyim üçün üzr istəyirəm: mən ona demişdim ki, mikrofon gələn kimi aclığı kəsəcəyəm. Ancaq deyirəm: biz aclığı davam etdirəcəyik. Rədd olsun işğalçı qoşunlar! (Bir az fasilə). Yoldaşlar, qoşunlar saat 8-də Bakıdan çıxarılsa saat 9-da aclığı kəsəcəyik - yalnız sizin xatirinizə, xalqımızın birliyinin xatirinə! Ancaq stoldan qorxan hökumət bilsin ki, biz mübarizəmizi davam etdirəcəyik. (Alqışlar). 16.27. Nemət: Bütün dərdlərimizi demişik. Qoy indi gəlib cavab versinlər. Qoy mikrofon kəsilsin. (Aclıq elan edənləri camaat içindən alqışlarla yola saldılar). 16.30. Sumqayıtlı həkim (həmişə danışan): Düşüncəli olaq. Bu işi Moskva düzəldib, Moskva da əlac etsin. 16.34. İsa Qəmbərov: - Son 7 gündə Azərbaycan xalqı böyük siyasi məktəb keçmiş, siyasi liderini yetişdirmişdir. Nemət hazır siyasi liderdir. Mən hamınızı onun ətrafında birləşməyə çağırıram. Mən “Amerikanın səsi” radiostansiyasından xahiş edirəm ki, bizim hərəkatımızı düzgün qiymətləndirsin. Biz Azərbaycanın suveren hüquqla-rı uğrunda mübarizə aparırıq. Bizim hərəkatımız haqqında yanlış təsəvvürlər var. Biz, azadlıqdan, demokratiyadan, bu imkandan istifadə etməliyik. Bəlkə də komendant saatının nəticəsində buradan dağılaq. Bura qayıtmaq üçün yeganə yol Xalq Cəbhəsinin yaradılmasıdır. O, aşağılardan yaradılmalıdır. Biz ilk bura yığışanda bizə dedilər ki, dağılışın, tələblərinizə əməl edərik. Artıq 7 gündür ki, buradayıq. Bəs hansı tələbimizə əməl olundu? Bizə çoxlu ağıllı təkliflər gəlib. Onların içində bir maraqlısı var. Ermənistanla iqtisadi əlaqəni kəsmək haqqında. Müəssisənin əmək kollektivi şurası bunu qərara alsa müəssisə onu yerinə yetirməyə borcludur. Mən sizi buna əməl etməyə çağırıram. 16.40. Yəhya Məmmədov (ADU rektoru) camaatı təmkinli olmağa çağırdı. 16.43. Nemət: Mənə aşağıdan məktublar gəlir ki, sənin başından bir tük əksik olsa aləmi dağıdarıq. Bizə tək-tək adamları yox, bütün xalqı müdafiə etmək gərəkdir. 17.00. Alma, kalabasa və siqaret (üç maşında) paylayırlar. Bərk basabas düşüb. 21-38 AQO (alma və s. gətirən maşın).

18.00. Camaatın böyük əksəriyyəti meydandadır (təx. 700 min nəfər). Nemət hökumət üzvləri ilə komendant saatı haqqında danışıq aparır. “Topxanada iş gedir, Bakıda nümayiş gedir” (xorla). 18.50. Nemət aşağıdan baş tribunaya çıxdı. Onu görən xalq gurultulu alqışlarla qarşıladı. 18.55. Elan verildi ki, 30 ucadandanışanın hamısı sındırılıb (7 gündə). Ehtiyat hissələri yoxdur. Uşaqlar oradan düşsünlər, bir də qalxmasınlar. 19.30. Nemət: Qoy vəziyyəti S.Rüstəmxanlı, B.Vahabzadə başa salsınlar, təhlil etsinlər. Bu gün Azərbaycanın müqəddəratı həll olunur. 19.31. Xəlil Rza kimi oğulların görünməz yaralarını öpürük. Bizə sağlamlar gərəkdir. Qazax, Laçın, Gədəbəy torpaqlarını altdan satanlara ar olsun! “Ar olsun” azdır, onları məhkəməyə vermək lazımdır. Onlar məhkəmədə cavab verməlidir! Bizim sıramızda çoxlu işsizlər, evsizlər, çörəksizlər var. Onların deyilənlərlə təchizatı bu gecə həyata keçirilsin. Azərbaycan milli hərəkatını işıqlandıran materiallar mətbuatda verilsin. Bizim işimizin qızğın vaxtında xanəndəni oxudurlar. Azərbaycan xalqına xidmət etməyən “Azərbaycan” dərgisi qapadılsın. Azərbaycan SSR-in nümayişləri məhdudlaşdıran qanununa lənət! Türkazərcə bilməyənlərin vəzifədə qalması qeyri-qanuni sayılsın! Nersisyan kimi adamlar rədd olsun! Ermənistandan bizə dinamit və s. şeylər gətirilən yollar qapadılsın. Sizi Xalq Cəbhəsi yaratmağa çağırıram. Onun hər yerdə dayaq nöqtələ-ri olmalıdır. Belə dəstələr mənə bəllidir. Onlara alqış! Vətən cəbhəsində birləşsinlər. “Molodyoj Azerbaydjana” qəzetinin igid redaktoru Nəcəf Nəcəfova eşq olsun! Daşnakçılığın kökləri Parisdədir, Moskvadadır. Biz onun köklərini kəsməyə and içirik. (“And içirik!”). Mənə pıçıldayırlar ki, korlar cəmiyyəti aclıq elan edib. Eşq olsun başda Kərim Faiq olmaqla açıq gözlü korlara! (“Eşq olsun!”). Qarabağdan, Sədərəkdən... gələnlərə eşq olsun! Düşmən bizi qanlı qisasla hədələyir. Bakıya bəlkə də tanklar girəcək. Biz hamımız çəkiləcəyik öz evimizə. (Fit). Biz keçirik dinc nümayişə, dinc tətilə. (“Tə-til!”, “tə-til!”). Biz hökumətə iki həftə vaxt veririk; gələn bazar yox, o biri bazaradək. Sizi ümumazərbaycan tətilinə çağırıram. Neft verməməli, qaz verməməli! Evdə oturacağıq. (“Tətil!”, “tətil!”). 20.07. Kimsə: bir nümayişlər tarixində, heç bir millətin tarixində belə mübarizə forması olmamışdır. 20.10. Nemət: Ağsaqqallarımız gəlsin. Biz söz danışmışdıq. Sözümüzə də əməl etməliyik. Qoy Bəxtiyar, Sabir vəziyyəti təhlil etsinlər. Sonra baxaq görək nə edirik. Çox gərgin vəziyyətdir. 20.14. Tağı Xalisbəyli: And içirəm ki, bu nümayişi burda deyil, evdə keçirək. Mən günahı boynumdan atıram. 20.15. Nemət: And içmişik, geriyə yol yoxdur. Onsuz da, tətil ümumazərbaycan tətili elan edilib. Qeyrəti olanlar qoşulsunlar. 20.15. Sabir Rüstəmxanlı: - Bu gün də danışmaqdan səsimiz də dəyişib. Bu yeddi gündə o qədər tələb vermişik ki, sonsuz. Burda nə qədər adam varsa o qədər dərd var - Azərbaycan dərdi. Bu xalq qılınc meydanlarında çox vaxt qələbə qazanıb, ancaq ağıl meydanlarında bizi çox aldadıblar. Biz universitet keçmişik bu meydanda. Üzümüzü sizə tuturam. Siz bizə inanmısınız. Biz də sizə inanmalıyıq. Qaymaq bağlayan vaxtı xalqımızın üzünü yığıblar. Heyf, ağsaqqallarımız azdır. Bu meydan mənim, Nemətin meydanı deyil. Bəlkə də o ağsaqqallar xəstədir, kimdənsə qorxur. Mən heç şeydən qorxmuram. Bir fəhlənin və bir yazıçının umuduna qalan xalq onlara inanmalıdır. Biz geri çəkilmirik. Son anadək mübarizəmiz davam edəcək. Mən geri çəkilmirəm. Mən qorxmuram nüfuzumun itməyindən. Heç vaxt xalqımın mənafeyindən əl çəkmərəm. Bizim hərəkatımız şəhərin əsəblərini tarıma çəkib. Biz bu gün buradayıq - sabah evdə ola bilərik, işə çıxarıq - əlimizi ağdan-qaraya vurmaya bilərik. Gərək bu meydana yad çəkmələr dəyməsin. Mən xalqın qarşısında nüfuzumu itirməyə hazıram. Ancaq cəsarətlə deyirəm: biz tətili davam etdirməliyik. Əgər vaxtında hökumət bizə cavab versəydi belə olmazdı.

“Tətil” nə deməkdir? Bakının bütün müəssisələrində iş dayandırılmalıdır. Biz zavodlarda, evlərdə oturub işi dayandıracağıq. Sizin vicdanınıza, mənə inanmısınızsa, üz tuturam. Sizin birinizin burda burnu qanasa mən öz vicdanım qarşısında əzab çəkərəm. Hərbi vəziyyət dünən olmalı idi. Mən söz verdim ki, xalqımızı oradan dağıdarıq. Xalq mənə inanar. Mənə etiraz edənlərin sayı azdır. Dünyaya sübut etməliyik ki, biz yığıla bildiyimiz kimi dağıla da bilərik. Biz Bakını ölü şəhər elan edirik. Qoy neft zavodları dayansın. Təyyarələr dayansın, görsünlər ki, Bakı nefti nə deməkdir. Elə dalğalar var ki, onun altından üzüb keçmək lazımdır. 20.36. Aydın Məmmədov: Mən danışmağa naşı deyiləm. Ancaq indi çox çətinlik çəkirəm. Bu gün artıq söhbətlərə ehtiyac yoxdur. Bütün vicdanımla bir həqiqəti deməliyəm: biz lazım olan anda qərar çıxara bilmədiyimizə görə çox uduzmuşuq. Mən şəxsən özüm nə qədər həyatım varsa tələbləriniz uğrunda vuruşacağam. Bunu yalnız ölüm dayandıra bilər. Əziyyətdən, qorxudan əl çəkməliyik. Bu deyilən sözlərə inanın. Bizim Nemətlərimizə düzgün qiymət verməyənlərə öz gücümüzü göstərək. 20.43. Vurqun Əyyubov: Qardaşlar, gəlin bugünkü vəziyyətimizi düzgün qiymətləndirək. Neftayırma zavodları, Neft daşları dayanmalıdır. And içək ki, sabahdan tətil edəcəyik. 20.43. Kamal Abdullayev: Xalqın arzusu da var, ürəyi də var. Nəyəsə inanmalıyıq. Burada bir heykəl qoysunlar ki, gələcəkdə də bu işimizi xatırlayaq. Biz kişiliyimizi sübut etdik, tətilin də müxtəlif formaları var. Bəsdir emosiyalar. Biz tətilin o biri formasından da istifadə edə bilərik. Yaşasın Azərbaycan mütəşəkkilliyi! Hərbi vəziyyət, yaxud xüsusi vəziyyət qoyular, qoyulacaq da. Biz gərək sakitcə tətilin bir formasından başqasına keçməyi bacaraq. 20.54. Baalaca qız çox yaxşı şer söylədi. 20.55. Nüsrət Kəsəmənli: Bizim bir faciəmiz var ki, bu 7 gündə nə qədər adamımız xəstə olub, əsəb xəstəliyinə tutulub. Biz bu tədrici ölümdən xilas olmalıyıq. Biz elə yola düşmüşük ki, geriyə yol yoxdur. Vəziyyəti başa salırıq. Əliyalın heç nə edə bilmərik. Biz tətilə hazırıq. Sabah işə çıxmırıq. Tətilə keçəcəyik. O vaxtadək ki, DQ-ın muxtariyyəti ləğv ediləcək. Bir nəfər də işə çıxmasın. Ancaq dağılırıq. 21.00. Nemət. (“Tətil, “tətil”). - Məktub gəlib ki, Yəhya Məmmədovu tutublar? Ancaq o burada çıxış edib, yenə də edəcək. 21.05. Y.Məmmədov: Məni xalq seçib, xalq da çıxara bilər. Mən sizi hər şeydən qabaq qələbə münasibəti ilə təbrik edirəm! Nə qədər ki tələblərimiz yerinə yetirilməyib, mübarizə aparacağıq. Mən gecə-gündüz burada sizin yerinizə duraram. Sizdən xahiş edirəm, diz çökürəm, gəlin xalqımızın adını uca tutaq. 20.05. Nemət: - düşman başımızın üstünü alıb. Bu gün hərbi vəziyyət elan edilib. 12-yədək burada kim qalsa qan su yerinə axıdılacaq. Biz dövlətimizə də inamımızı itirdik. Bakıya hərbi hissə yeridilirsə bizə belə hökumət lazım deyil. Xalqın üzünə çıxmayan Ali Sovet bizə gərək deyil. Tanklarla vuruşmaq bütün Azərbaycan xalqının məğlubiyyəti olar. Öz dövlətimizin razılığını almadan hərbi vəziyyət elan edə bilməzdilər. Ancaq xalqın tələbini yerinə yetirməkdənsə üstümüzə ordu çağırdılar. Tələblərimiz yerinə yetirilməyincə illərlə də olsa evdə oturacağıq. Gəncədə üç rus əsgəri öldürülüb. O, qızğındır, qudurğandır. Qanımı-za susayıb. Divin canı şüşədə, göyərçindədir. O divin göyərçini bizim əlimiz-dədir. Bütün Bakı neftini, fəhləsini iki həftə dayandırsaq həmin div məhv olacaqdır. Bizim dərdimiz tək Qarabağ deyil. Bütün dünya azərbaycanlıları gözünü bizə dikib. And içirik Babəkin, Koroğlunun xatirəsinə, Nəsiminin imanına, xalqımızı salamat saxlayacağıq! Şeyx Məhəmməd Xiyabaninin sözünü sizə çatdırıram: “Bir xalqın müstəqilliyi yoxdursa o, kölədir”. Bu gün düşmən bayraqları ucaldırıq. Bu xalqın sərvəti hanı? Cavidin heykəli üçün xalqdan pul yığırıq. Son damla qanımızadək övladlarımızı yalnız bu ruhda tərbiyə etməliyik. Bizim düşmənlərimiz o qədər bişərəfdirlər ki, əliyalın xalqın üstünə tank yeridir. İşə çıxmayacağıq. İllərlə də olsa! (21.20). Bir qadın: Sizi aldadırlar. Yerinizdə möhkəm durun! Başqa qadın: Məndən qabaq danışan qadın dəlidir, başı xarabdır, ona inanmayın. Nemət: - Öldü var, döndü yox! (Camaat təkrar etdi).

(Əsgərlərə qalmasın deyə bütün odunları yandırmağa başladılar. Bir neçə yerdə böyük tonqallar qalandı). (“Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan” misrası ilə başlanan Şəhriyar şerini söylədi. “Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!” misrasını xüsusi vurğu ilə dedi və “Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan” misrası ilə bütün içini, duyğularını açdı). Məktub almışam ki, Nemət televiziyada çıxış edib bunu desin. Mən o məsuliyyəti boynuma götürmürəm. Hökumətə iki həftə vaxt veririk. İki həftə bütün Azərbaycan üzrə tətil elan edirik. İşə çıxan ziyalılar, fəhlələr biqeyrətdir, bişərəf-dir. Xalqa qoşulmayanlara ölüm! Bu quruluşu quran sağ olsaydı yanımıza gələrdi. Ancaq onun qurulu-şunda bizim qarşımıza çıxan olmadı. Mənə yazıblar ki, düş xalqın içinə, inanmayanlar da sənin ardınca getsin. Mən düşürəm sizin içinizə. (“Ne-mət!”, “Ne-mət!”). 21.35. Xalq Neməti çiyninə alıb. İzdiham “Azərbaycan” mehmanxanasına doğru yönəldi. Onu “Ne-mət”, “Ne-mət” qışqıra-qışqıra gurultulu, sürəkli alqışlarla müşayiət edirlər. 21.45. Camaat yarısı getdi, yarısı qaldı. Tribunalar yerindən tərpənməyib uğuldayır, guruldayır. SƏNƏD “Qoşun meydanı əhatə edəndən bir az sonra respublika komissarı general Ə.Qasımov meydanda göründü. Görüşüb ikilikdə söhbət etdik. Məni arxayın etdi ki, qoşundan meydana xəta gəlməyəcək. (Ə.Qasımovun dediyindən apaydın görünür ki, qoşun Nemətin meydanı dağıda bilməsinə səbəb, amil, kənardan yardımçı olmaq məqsədilə buraya göndərilmişdir, başqa niyyətlə yox). O belə deməsə idi həmin gün meydanın dağılmasına bəlkə mən də tərəfdar olacaq, hazırda və gələcəkdə Azərbaycandakı siyasi olayların gedişi, istiqaməti, milli mücadiləmizin taleyi, olsun ki, başqa şəkil alacaqdı”. (Hatəmi Tantəkin. Acı həqiqətlər. - “Milli qurtuluş” qəz.,18 sentyabr 1993). Dostum Bəhram Zeynalovla meydandan çıxıb, “28 aprel” metro stansiyasına getdik. İçəri girib pul xırdalamaq istədik. Dedilər ki, metro havayıdır. (Taksinin də üstündə “tətilçilər üçün” yazılmışdı və yəqin ki, pulsuz idi, çünki dünən elan etdilər ki, Avtomobil Nəqliyyatı Nazirliyi bizimlədir və nəqliyyatı pulsuz işlədəcək. 23.00. Evə çatan kimi televiziyada Az. SSR Ali Soveti RH-nin sədri Süleyman Tatlıyevin Bakıda hərbi vəziyyət elan edilməsi haqqında qərarı oxuduğunu gördüm. (Bu gün Ali Sovet növbədənkənar sessiya çağırmalı idi ki, Dağlıq Qarabağda muxtariyyəti ləğv etsin, ancaq təəssüf ki, doğma Ali Sovetimizə bu, müyəssər olmadı. O, muxtariyyəti qorumaq üçün doğma Bakıda gündə beşcə saatlıq qadağan vaxtı müəyyənləşdirdi). Yaxşı ki, S.Tatlıyevdən sonra televiziyada Anarın “Üzeyir ömrü” adlı 2 hissəli filmi göstərildi. Burada Şuşadan, Qarabağdan çox danışılır. Deməli, doğma rəhbərliyimiz Qarabağı bizdən heç də az sevmirmiş!.. *** “Kommuist” qəzeti bu gün 3-üncü səhifəsini mitinqlərə həsr edib. Başda S.Rüstəmxanlının mikrofonla danışan fotosu, onun yanında isə meydandakı camaatın geniş təsviri verilib. Dünənki televiziya ilə birbaşa translyasiyadan da danışır. Eşitdiyimizə görə, Yerevanda da mitinqlərdir. Bəli, biz burada bu cür qızışırıq, ermənilər isə Yerevanda... 24 NOYABR 1988. KP Mərkəzi Komitəsinin qarşısında toplanış. Əsgərlər əhatə edib. 11.53. Rafiq (“Ləğv olunsun!”). Bu rəhbərlik möhkəmləndiriləcək. (“Muxtariyyət ləğv edilsin!”. Kütləvi uğultular, etiraz). Biz başqa tələblər də almışıq, onlar üzərində də ciddi iş gedir. (“Yalandır!”). Biz elə bilirik ki, sizin bu hərəkatınız MK-mıza, Vəzirov yoldaşa köməkdir. Sakitcə, təmkinlə işə qayıtmaq gərəkdir. (“Tə-til!”, sürəkli). (“Kommunist” küçəsindən bir dəstə gəldi, izdiham onları alqışladı). Bəzi yoldaşlar Bakıdakı hərbçilərin götürülməsini tələb edirlər. (“Rədd olsunlar!”). Biz gərək elə sakit olaq ki, onlar tezliklə getsinlər. (“Rədd ol!”, sürəkli). B.Vahabzadə haqqında şayiə yayılıb. O, sağ-salamatdır! (“Bəx-ti-yar!”).

12.03. Getdi. Mikrafonu da götürtdü. (“Mik-ro-fon!”, sürəkli). Yerdən deyirlər ki, xalqın səsini eşitmək istəmirlər, ona görə də sözlərini deyib gedirlər. N.Kəsəmənli MK-nın giriş qapısı ağzında bir neçə nəfərlə durub söhbət edir. Camaat gah onu, gah da mikrofonu tələb edir. Tatlıyevin axşamkı televiziya danışığı xalqı çox narazı salıb. Söhbətdən. Meydanda kabab paylayan restoran işçiləri deyirdilər ki, yeyin, nuş olsun! Sizin pullarınızdır bunlar. İndiyədək siz bizi saxlamısınız, indi də biz borcumuzu qaytarırıq. (Təəssüf ki, bu sözləri vəzifəli milyonerlərimiz nadir halda deyir). *** R.Zeynalov gedəndən sonra MK qarşısında camaat içində başsızlıq yarandı. Biri təklif edirdi ki, gedək Tonqallar meydanına, başqası deyirdi ki, oranı tanklarla kəsiblər; içəridən çölə buraxmırlar, çöldən isə içəri girməyə qoymurlar. Biri deyirdi: oturaq. Üçüncüsünün ağzından başqa avaz gəlirdi. Heç kim nə etmək lazım olduğunu bilmirdi. 12.31. “Azərbaycanfilm” işçiləri böyük dəstə ilə gəldilər. Əllərində böyük şüar: “Azərbaycanfilm” qəti qərar gözləyir”. *** 13.15. Tonqallar meydanındakı vəziyyəti öyrənmək üçün “Neftçilər” prospekti ilə Hökumət evinə doğru yollandım. Prospekt boyu hərbi maşınlar düzülüb. Hamısı “00” nömrələri ilə başlanır, məsələn; 00-01 VQ (Hamısı VQ, DE idi). Əskərlərin əlində avtomat, qranatatan, rezin dəyənək, əyinlərində qalın zirehli plaş, başlarında dəbilgə və əllərində plastik şüşədən qalxan... “Neftçilər” prospektindən Kirov (indiki Bülbül) prospektinin tininədək 42 tank saydım. Çoxunun yanına adamlar toplaşıb söhbət edir. Əsgərlər çıxıb tankın üstündə oturub. Gördüm ki, biri fıştırıqda “Mənsuriyyə” çalır. Soruşdum ki, qarabala, bizimkisən? Dedi ki, sizinkiyəm, ancaq mənə çox danışmaq olmaz. Elə bu vaxt praporşik ona nəsə dedi (yəqin söhbətini kəsməyi tələb edirdi). Başqa bir tankda bir özbək və bir çeçen var idi. Soruşdum ki, bizim məqsədimizi bilirsinizmi? Dedilər ki, yox, ermənilərlə niyə dava edirsiniz? Başa saldım. Əsgərlər dedilər ki, acıq. Elə bu vaxt bir oğlan əlində dolu yeşik yaxınlaşdı və onlara ötürdü. Açdılar, içində kağız torbalara doldurulmuş yemək vardı. 13.45. “Neftçilər prospektində - “Azərbaycan” mehmanxanasının yanında böyük dəstə toplaşıb. Girişi iri maşın kəsib. Maşının üstündə bir oğlan xalqı təmkinə, birliyə çağırır. Bulvardan tutmuş hər yanı əsgərlər tutub. Birtəhər getdik içəri. Dünən gündüz hər kv. metrə 10 adam düşüb. MEYDAN Gecə meydanda təxminən 30-40 min adam qalıb. Bəhmən Sultanlının (ADU-nun fizika müəllimi) söhbəti: Tanklar içəri girməsin deyə adamlar Hökumət evinin dörd yanına toplaşmışdılar. Haradan tank səsi çox gəlsə tez ora cumurdular. Maşın-maşın Əlibayramlıdan, Gəncədən, Salyandan, Cəlilabaddan (piyada) adamlar yemək gətiriblər. Gecə Dədə Qorqud tonqalları yandırılıb, ətrafına Xətayi dəstələri yığışb. Gecə saat 2-də gəlib “Abşeron” mehmanxanası qabağından Əfqanıstanda qulluq edənlər (hərbi paltarda - seçilmək üçün) bir cərgə əl-ələ düzüldülər. Biri qabağa yeriyib rus əsgərlərinə dedi ki, biz əfqanlarıq. Nümayiş dincdir. Keçirsiniz, gəlin keçin üstümüzdən. Onların arxasında yenə qolqola tutmuş, intizamla dayanmış cərgə durmuşdu. Üçüncü cərgə isə diz üstə dayandı. Tanklar vəziyyəti belə görüb geri qayıtdılar. Qadağan saatı sona yetən kimi - saat 5-də meydanı alqış səsləri bürüdü. Vəli Məmmədov saat 6-ya işləmiş gəlib Bəhmən Sultanlıya deyib ki, Bəhmən müəllim, mən bu xalqın qarşısında diz çökürəm. Dünən onları dağıtmaq istədik, mümkün olmadı. (Ağlayıb). *** 14.00. Tonqallar meydanında 500-600 min adam var. 14.07. Nemət baş tribunaya çıxdı. Bir azdan havada hərbi vertolyot göründü (adamları çəkirdi). 14.30. Bəhman müəllimlə birgə arxa tərəfdən baş tribunaya daxil olduq. Nemət, Əbülfəz Əliyev, Xəlil Rza, Hatəmi, Mənsur Əliyev, Tağı Xalisbəyli və başqaları buradadır. (Amalya Pənahova, Zəlimxan Yaqub, Əhmədiyyə Cəbrayılov və b.da). Xəlil bəy söylənəcək təklifləri yazırdı. Mən də dedim ki, “Tonqallar meydanı” adlandırılsın durduğumuz bu Lenin meydanı. Dəftərinə yazdı.

14.50. «Azərbaycan» mehmanxanası tərəfdən yol açıldı. Böyük dəstələr əllərində bayraqlar, şüarlar meydana gəldilər. Şüarlardan görünür ki, onlar MK-nın qarşısında toplaşanlardır. Nemət tribunanın səkisinə çıxıb ucadandanışanla dedi ki, televiziya işçilərinə yol verin, onlar gəlib çəksinlər. Xalqımızın bu qələbəsi çəkilib tarix üçün saxlanılmalıdır. *** Dünən Gürcüstanda da 500 minlik nümayiş olub. Stalin və Beriya ilə bağlı gürcü xalqının təhqir edilməsinə son qoyulmasını, suveren hüquqlarının bərpasını tələb ediblər. Moskva 8 gündür ki, susur, televiziyada Bakıdan bir dəqiqəlik belə veriliş verilməyib. 15.05. Nemət səkiyə çıxıb dedi ki, dünya tarixində ilk dəfə olaraq 8 gecə-gündüz nümayiş keçiririk. Bu birliyi, mütəşəkkilliyi qorumağa and içirik! (“And içirik!”). Telestudiyanın əməkdaşları çəkirlər. 132No-li məktəbin direktoru Aliyə Təhmasib MK-nın qarşısından gələn camaatın üstünə tank yeriyəndə (onların qarşısını almaq üçün) özünü atıb tankın qabağına. İki körpə qız və bir oğlan da belə edib, tanklar yoldan çıxıb, onları buraxıb. Əhməd Əhmədovun atası Mirimani də tribunada idi. Deyirdi ki, bizi məhkəməyə buraxmırdılar. Moskvadan bu gün gəlmişəm. 15.36. Nemət - Şuşadan gəlib Topxana meşəsinin vəziyyəti haqqında televiziyada məlumat verən oğlan da buradadır. 16.06. Tez-tez ürəyi keçənlər olur. Ona görə də Nemət camaatdan xahiş etdi ki, qabaqda çox sıxlıq olduğundan hamı dənizə doğru beş addım çəkilsin. Camaat çəkildi. Nemət bərk yorğundur. Elə tribunanın beton pilləkanın üstündə uzanıb yatdı. Uzanan kimi də yuxuladı. Üstünü örtdülər, altına palto saldılar. Kino operatoru fürsəti buraxmayıb şəklini çəkdi. Meydanda camaata mer-meyvə, ərzaq paylayan üç maşın gəzir, ikisi İsmayıllı rayonundandır. PAZ avtobusunun qarşısına “İsmayıllı rayonu”, “QAZ-51” markalı maşının üstünə isə “İsmayıllı sovqatını qəbul edin” yazılmışdır. Maşınlardan savayı, qutular da düşürürlər. Deməli, təşəbbüs idarənin yox, ayrı-ayrı adamlarındır. İsmayıllının Topçu kəndindən olan Şükür Rəhimov da meydandadır. Sovqatı gətirənlərdəndir. Görüşüb söhbətləşdik. Dünən Tonqallar meydanı mehmanxanadan-mehmanxanaya və tribunadan bulvaradək dolmuşdu (1 milyondan çox adam). Sumqayıt “cani”si Yavər Cəfərovun (əsli Cəlilabaddandır) anası Elmira xanım da buradadır. 17 yaşında uşaq guya 7 nəfəri öldürüb. Ananın dediyinə görə, Sumqayıt müstəntiqləri Dəmirov, Arif Babayev, Yaşar Məmmədov Əhməd Əhmədovu döyüb üç qabırğasını sındırıblar. Onun oğlunu toka veriblər. İlham İsmayılovun (3-üncü “cani”) isə əlini qazda yandırıblar. Onların dırnaqlarını çıxarıblar. Döyüblər ki, bir-birinin üzünə dursunlar. 16.25. “Və-zir-yan!”, “mik-ro-fon!” (aramsız). Bir milis işçisi söyür: “Oğraşlar bir mikrofon nədir ki, onu vermirlər,”. 16.31. Nemət(A.S.Puşkin)”. Şüarlar: “Stepanakert televiziyasının verilişləri məcburi dayandırılıb”. Xor: “Domsovetdə yatdılar, Qarabağı satdılar” (geniş yayılan mahnılardan). Dəvəçidən gələn ərzaq maşınını Saray postunda saxlayıb buraxmırlar. Oğlan xahiş etdi ki, bu xəbəri Nemətə çatdırın. Ali Sovetin qərarı ilə işığı meydanda kəsiblər. Mikrofon da vermirlər. Gədəbəydən gələn beş maşın kartofu da saxlayıblar. Görünür, bu hal başqa rayonlarda da olub. İstəmirlər ki, hərəkat geniş yayılsın. 16.45. Mikrofon gətirdilər. 16.46. Nemət çıxıb sakitliyə çağırdı: Mən xalqımın bu qüdrəti qarşısında diz çökürəm! (Nemət hər dəfə əlini yuxarı qaldıranda sağ qolunun altında pencəyinin söküyü görünür). 16.50. Şəkili Əhmədiyyə Cəbrayılov (Fransanın milli qəhrəmanı): - Baş əyir sizə, sağ ol deyirəm. Mən faşistlərə qarşı vuruşmuşam. (Sonra özünün döyüş yolundan danışdı). Bu gün mən də məyusam. Əgər biz dava-şava istəyiriksə onu burada yox, Stepanakertdə edərik. Biz torpağımı-zı tələb edirik. Ancaq bu gün tanklar bizi mühasirə edib. Balalarımız niyə bizə qarşı durub? İmperialist ölkələrdən burnunu ölkəmizə soxan daşnaklar yox edilsin! Muxtariyyət ləğv edilsin! Biz erməni xalqı ilə dost olmaq, qardaş olmaq istəyirik. (Fit). Təmkinlə, vüqarla iş görmək gərəkdir. Sizə can sağlığı arzulayıram. (Alqışlar). 17.03. Nemət:

- Ey Azərbaycan xalqının qəhrəmanları! Mən sizə yanımda duran qəhrəmanı təqdim edirəm. O, təvazökarlıq edib özü haqqında heç nə demədi. Biz Əhmədiyyə Cəbrayılovla fəxr etməliyik. Vətənin çiyninə yük olanlara ar olsun! Vətəni çiynində aparanlara eşq olsun! Eşq olsun rayonlarımızdan bura piyada gələnlərə! Mənə məktublar gəlir. Deyirlər ki, lazım gəlsə kolxozun mal-heyvanını kəsib burada paylayacağıq. Burada şerə, aktyora ehtiyac yoxdur. Burada siyasi vuruşdur. Onlar xalqa bu gün kömək etmək istəyirlərsə işimizə mane olmasınlar, yayındır-masınlar 4 təklifimizdən (DQMV ləğv edilsin; vəziyyət düzəlməyincə Ermənistanla iqtisadi əlaqələr kəsilsin; Sumqayıt məhkəməsi Sumqayıta qaytarılsın; Əhmədovun ölüm hökmü ləğv edilsin). Biz suveren dövlətik. Lenin indi sağ olsaydı tüpürərdi indiki dövlət başçılarının üzünə! O, xalqın içində olardı. Ar olsun belə diktatorlara, rəhbərlərə! (“Ar olsun!”). Xalq heç vaxt qılıncla qələbə əldə edə bilməz. Təyin olunmuş depu-tatlar, təyin edilmiş rəhbərlər bizə gərək deyil. 8 gündür Azərbaycan xalqı öz rəhbərlərini görmək istəyir. Mən onları yenidən xalqla görüşə çağırıram. Gəlməsələr istefa verməlidir-lər, xalq onları yenidən seçməlidir. (Sürəkli alqışlar). “Və-zir-yan!”, “is-te-fa!” (sürəkli). İndiyədək xalqı dostluğa, qardaşlığa çağırırıq. Doğrudan da qardaş-lıqdırsa Vyetnamın dərdini çəkirik, ancaq Təbrizlə əlaqəmiz yoxdur, orada tökülən qanlardan xəbərimiz yoxdur. And içirik ki, xalqın bütün tələblərini həyata keçirməyincə, MK xalqla birləşməyincə burada dayanacağıq. Yenə qulaq asmasalar qoy xalqı versinlər tankın altına. Generallara üz tutub deyirəm: xahiş edirəm bizim torpaqdan çıxsınlar. Tankla xalqın üstünə çıxmasınlar. Biz heç artıq hərəkətə yol verməyəcəyik. Biz suverenlik uğrunda mübarizə aparırıq. Mən sizsiz heç nəyəm. Bu gün hər bir azərbaycanlını müdafiə edəcəyik. Məktublar gəlir ki, filan raykom bizi tətilə buraxmır. Buradakıların qarşısı tankla kəsilib. Biz qeyrəti olanları çağırırıq. Heç kəsi zorla gətirməyə ehtiyac yoxdur. Gec-tez neft zavodları da bizə qoşulacaq. Onlarda Vətən qeyrəti yoxdursa yaylıq bağlasınlar başlarına. Kimin imkanı varsa burada çoxlu çadır qursunlar ki, gecələr oturaq. Tələblərimiz ödənilməyincə buradan getməyəcəyik. Biz yenə tələb edirik ki, Ali Sovet ya tələblərimizi yerinə yetirsin, ya da kişi kimi desin ki, bacarmırıq, istefa versinlər. (“İstefa!”). Bütün qazax xalqı bizimlədir. Ayın 26-sında Amerikada yaşayan azərbaycanlılar bizimlə həmrəylik nümayişi keçirəcəklər. Öldü var, döndü yox! (Kütlə coşğunluqla təkrarlayır). Eşq olsun aclıq elan edənlərə! 17.30. Bütün meydan: “Və-zir-yan!”. 17.31. Moskvadan teleqram gəlib ki, Moskvada hərəkatımız haqqında heç nə bilmirlər. Niyə xalqımızın səsini gizləyirlər? Ar olsun onlara! 17.32. Ağamalı Sadiq: Yaranmış siyasi şərait göstərir ki, Azərbay-can milli hərəkatı qələbə ərəfəsindədir. Bir çox xalq şairlərimiz, yazıçılarımız, saray məddahı burada yoxdur. Siz sakit olsanız rus ordusu sizə atəş açmayacaq. Siz təcavüzə keçmək istəsəniz bütün Azərbaycan xalqına qarşı xəyanət etmiş olarsınız. Xalq tələb edir ki, Ali Sovet təcili növbədənkənar sessiya çağırıb DQMV-ni ləğv etsin. Yoxsa istefa versin... (“Tə-til!”). 17.41. Aclıq elan edən Fəraməz: - Biz çox böyük qələbə çaldıq, çünki yerli hökumətin razılığı ilə üstümüzə göndərilən tanklardan qorxub qaçmadıq. DQ haqqında Sov. İKP və SSRİ AS RH-nin builki qərarı geri götürülməlidir. (DQ-la Nax. MSSR-i müqayisə etdi, başqa faktlar gətirdi). Bizim üstümüzə qoşun göndərilib. Deməli, partiya və dövlətimiz xalqı saymır, onu başa düşmür. Mən tələb edirəm ki, ali orqanlarımız istefa versin. Biz Nemətin, Xəlil Rzanın və b. ardınca getməliyik. Biz demişdik ki, işğalçı qoşunlar Bakıdan çıxsa aclığı dayandı-rarıq. Ancaq hökumət bizi eşitmədi. Ona görə də aclığı dayandırmırıq. Biz məqsədimizə çatacağıq. Əzilmişik, əyilmişik. Ancaq səbrlə, təmkinlə. Şəxsən mən meydanı tərk etməyin əleyhinəyəm. Getsək, bura tutulacaq, satqınların təhriki ilə camaat işə çıxarılacaq, hərəkatımız pozulacaq. Vahid Azərbaycan millətinə eşq olsun! (Sürəkli, gurultulu alqışlar).

(“Öldü var, döndü yox!”). 19.55. Nizami Ş. dedi ki, mətbəədə erməni erməni şriftlərini təkdülərzibil qabına. 19.55. Birisi: - Xahiş edirəm Xudu Məmmədovun ruhu qarşısında diz çökək. (Oturdular). Neməti tək qoymaq olmaz. 19.00. Cümşüd Nuruyev. Azərbaycan SSR AS RH-nə müraciəti oxudu: Xahiş olunur ki, növbədənkənar sessiya çağırıb DQMV-nin ləğvi haqqında qərar qəbul etsinlər. 150 deputatın imzası olmazsa sessiya çağırıla bilməz, ona görə də aranızda deputat varsa xahiş edirəm tribunaya çıxıb imza etsin. 18.02. Cənubi Azərbaycandan bir nəfər: Bizim işimiz çoxdur. Bu hərəkat hələ bir addımdır. Biz bir bayraq altında öz milli hökumətimizi qurmalıyıq. Biz Araz adlı sərhəd tanımırıq. Dünya kommunistləri, İran kommunistləri beynəlmiləlçilikdən danışırlar. Ancaq tankları xalqın üstünə yeritmək beynəlmiləlçilikdir? Yaşasın Azərbaycan xalqının birliyi! (Alqışlar). 18.07. Əbülfəz Əliyev: - Qazaxıstandan xəbər almışıq ki, qazax xalqı Oljas Süleymenov başda olmaqla hərəkatımızı bilir və müdafiə edir. (Alqışlar). Dünən Təbrizdə bizimlə həmrəylik üçün nümayiş keçirilib. (Sürəkli alqışlar). Bir məktubda deyilir ki, Xarici İşlər Nazirliyi xaricə hərəka-tımız haqqında məlumat vermədiyi üçün pislənilsin, ona ar olsun! (“Ar olsun!”). Əfqanıstanda vuruşmuş əsgərlər üstümüzə gələn tankları saxladılar. Onlara eşq olsun! Respublika televiziyası ilə dünən xalqımızı “xuliqan” adlandıran şəxsə (S.Tatlıyevə - Ə.T.) ar olsun! (“Ar olsun!”). 18.12. Babək Məmmədov: Azərbaycan televiziyası ermənicə veriliş-ləri dayandırıb. DQMV-dəki televiziya da hələlik dayandırılıb. Çıxarı-lan veriliş yerinə Cənubi Azərbaycanda yaşayan qardaşlarımız üçün veri-liş yaratmışıq. Şamxor rayonundan təklif gəlib ki, deputatlarının yerinə Nemət Pənahovu deputat göstərmək istəyirlər. (Sürəkli alqışlar). Gəncədəki Ramiz Bağırlı və Naxçıvandakı Nurəddin Mustafayev orada qoşun yeritməyə şərait yaradıblar. Onlara ar olsun! 18.15. Nemət: Şad xəbər. Neft Daşlarından xəbər almışıq: 5.000 ad işi dayandırıb. 18.20. Kimsə (Az. TV “Hünər” verilişinin aparıcısı): Azərbaycanın cənub rayonları bizimlədir. Onlar Moskvaya DQ-ın ləğvi üçün çoxlu məktublar göndəriblər. “A-zər-bay-can!” (sürəkli). 18.23. Ali Təhmasib: Neçə gündür bu meydan hünər meydanına, qəhrəmanlıq meydanına çevrilib. Sizin yorğun ayaqlarınıza bütün qadınla-rımız adından əhsən deyirəm, min əhsən! Mən Az. SSR AS-nin bütün deputatlarını sessiya çağırmağa dəvət edirəm. İlk səsi mən verirəm! (Alqışlar). (Abşeron meyvə tingliyinin maşını ərzaqla meydana girdi). 18.25. Nemət: Yerdə iki qurbanlıq qoyun var. Onları kəsib gəlirəm. Ağ qoyunu tribunadan xalqa göstərdilər, bununla kəsməyi əvəz etdilər). 18.28. Nemət (Şəhriyarın “Azərbaycan” şerini söylədi). - Şəhriyar, Xudu Məmmədov bu günümüzü görmədilər. Onların xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Onların xatirəsini yaşatmaq üçün son damla qanımızadək vuracağımıza and içirik! (“And içirik!”). 18.32. Jurnaist Məmməd: Doqquz gündür ki, (əslində 8 - Ə.T.) t irəli sürülüb, ancaq heç birinə əməl olunmayıb. Ancaq məddahlar bizi aldatmaq istəyiblər. Mən tələb edirəm ki, nümayiş komitəsi yaradılsın. Bizi aldadan Süleyman Tatlıyev başda olmaqla Ali Sovet, Həsən Seyidov başda olmaqla Azərbaycan hökuməti buraxılsın. (Alqışlar). 18.36. Nemət: Şad xəbər: Neftayırma zavodu da işi dayandırıb, “Ozon” zavodu da. 18.39. Səfər Alışarlı rus əsgərlərinə rusca müraciət etmək istədi, camaat qoymadı. Sonra nümayiş komitəsi üzvlərinin siyahısını oxudu. Dedi ki, axşam saat 8-də 26-lar bağının yanına toplaşsınlar. 18.42. Mikrafon kəsildi, tez də bərpa edildi. Abid Tahirov danışmaq istəyir.

18.45. Nemət: Elan: əlində diplomat olan ermənilər var aramızda. Onları tutub bura gətirin (birini tutdular). Gətirin, ancaq vurmayın. Tam sakitliklə. Azəri qeyrəti olan ona əl vurmasın. (Camaat arasına basabas düşdü. Sonra məlum oldu ki, azərbaycanlıdır - Fuad). 19.00. Nemət xahişi ilə Səfər Alışarlı əsgərlərə rusca müraciət etdi: Biz sosializmə qarşı mübarizə aparmırıq. Biz ordumuzun düşmənləri deyilik. Biz dostluq, qardaşlıq uğrunda çalışırıq. Biz suverenlik uğrunda mübarizə aparırıq. Əgər kimsə sizi təhqir etsə xahiş edirik ki, bizə deyin, eləyənlərin cəzasını özümüz verəcəyik. Siz də camaata qarşı nəzakətli olun. 19.06. Sumqayıtlı birisi: Sumqayıt zəhmətkeşləri bütün bu günlərdə sizinlədir. (“Sum - qa - yıt!”, sürəkli). (Xalqı birliyə çağırdı). 19.15. Nemət: General bizə deyib ki, xalqa rusca və azərbaycanca müraciət edin. Xalq and içsə biz qoşunu çıxaracağıq. İndi o bura gəlsin, biz and içək ki, şəhərdə heç bir şuluqluq olmayacaq . Bundan sonra kim əmr etsə də onlar qoşunu şəhərdə saxlamayacaqlar. (Sürəkli alqışlar). 19.22. İmam Mustafayev (“Qayğı” cəmiyyəti): Mən çox həyəcan keçirirəm, ona görə də ola bilsin ki, sərrast danışa bilməyim. Sizin hərəkatınız göstərir ki, Azərbaycan xalqı öz taleyini özü həll edə bilər. Rəhbər öz xalqından ayrıla bilməz. 8 gündür xalq yığışb, gəlib sizə cavab verməli idilər. Mən sizin bütün təkliflərinizlə razıyam. Azərbaycan mətbuatı, radiosu, televiziyası, Moskva televiziyası xəbər verməlidir sizin tələblərinizi. Mənə inanırsınızsa nümayəndələrinizi verin, gedək, hökumət qarşısında tələbləri qoyaq. (Fit. “Öldü var, döndü yox!”). 19.35. Sabir Rüstəmxanlı: - Çox böyük tarixi günlərdir. Biz tarix boyu belə milli birlik görməmişik. Neçə gündür ki, bura Azərbaycanın hər yerindən, hər guşəsindən məktublar, teleqramlar gəlir. Buradadır onlar. Yolda qoyulan sədləri qırıb bizim hərəkatımıza qoşulur, bizə kömək edirlər. Eşq olsun birliyimizə! Mən dünən özümü geri çəkilməyə məcbur olan ordunun sərkərdəsi kimi hiss etdim. Bu acizliyimi boynuma alıram. Mən sonra teleqramları oxudum. Onları göz yaşları axıtmadan oxumaq mümkün deyildi. Siz bilirsiniz ki, bura yığışmaqla nə qədər böyük iş görürsünüz?. Bizə vurulan teleqramların, məktubların hamısı Azərbaycan dilindədir. Bütün Azərbaycan bu gün birdir, yumruq kimidir. Bu birliyi qoruyub saxlamalıyıq. Bu meydanda 1000 nəfər də, 100 nəfər də qalsa kənar adamları özünə çəkə bilər. Ona görə xahiş edirik ki, meydanda mümkün qədər az adam qalsın, daha mətin adamlar qalsın. Düşməndən də öyrənmək gərəkdir. Görün qonşularımız nə yazır. Bu birlik, bu möhkəmlik düşmənlərimizi sarsıdıb. Görün nə deyirlər öz mitinqlərində: Moskva həmişə azərbaycanlıların əli ilə erməniləri aradan götürmək istəyir. Bizim mitinq Azərbaycandakı kimi deyil - onlar dəlilik dərəcəsindədirlər. Biz də dəli olsaq Qarabağı itirə bilərik (guya tapıblar ki, itirsinlər). Gəlin bütün çıxışlara diqqətlə qulaq asaq. Gəlin bu günləri açıq alınla başa vuraq. Nəsə bir iş olsa bu günlərin heç bir qəhrəmanı olmayacaq. Hamımız da tarix qarşısında üzüqara qalacağıq. Teatr meydanındakı mitinqlərində bütün erməni oğrularına müraciət ediblər ki, bu gün heç kəs oğurluq etməyəcək. (Gülüşmə). Biz dünən danışdıq ki, buradan gedənlər işləməsin. Ancaq bu gün bir çox müəssisələrdə oldum, gördüm işləyirlər. Tətil hələ davam edir. Biz özümüz iş vaxtını deyəcəyik. Bir neçə dəqiqədən sonra Bakı şəhərinin komendatı Tyaqunov yoldaş radio şəbəkəsi ilə sizə müraciət edəcək. Xahiş edirik qulaq asasınız. Radioda. General-polkovnik Tyaqunovun xalqa azərbaycanca müraciə-ti: Bəzi adamlar ictimai nəqliyyata mane olur. Bakı şəhərinin sakinləri müraciət edib təhlükəsizliyin təmin edilməsini xahiş ediblər. (Sonra xüsusi vəziyyətin tələblərini dedi). Bu tədbir məcburiyyət üzündən qəbul edilib. 19.58. Sabir Rüstəmxanlı: Bu müraciət bizim Ali Sovetin sədrinin xalqa müraciətindən çox mədəni, səmimidir. Bizimkinin elə ilk cümləsindən deyilir ki, guya bura xuliqanlar toplaşıb. Heç bizim ali məqsədlərimizdən bircə kəlmə də deyilməyib. Camaatımız bu dəqiqədən başlayaraq sakit-sakit dağılışsın. İş yerlərində olanda da kütləvi şəkildə Moskvaya teleqramlar vurun, qətnamələr göndərin ki, Moskva niyə göz yumur, iki xalqın vuruşmasına şərait yaradır! 20.01.Nemət: Ağayev Novruz Kubinkadandır, arvadı çağırır ki, evə gəlsin. Sonra xalqa müraciət etdi: 1) Eşq olsun bu birliyə!

2) Eşq olsun bizimlə birgə olan qeyrətli milis işçilərinə! (Sürəkli alqışlar). 3) Camaatdan xahiş edirəm ki, evdən çıxanda sənəd götürün. Yorğunları, gecə-gündüz burada qalanları əvəz edək. Əsas kütlə burada qalmalıdır. 20.07. Camaat yavaş-yavaş dağılışmağa başladı. Qubadan gələn maşın meydandadır. “Qubalılar sizinlədir”. 20.10. Nemət Tofiq Fikrətin “Millət şərqisi” ilə mitinqi bağlayacağını söylədi və şeri dedi. Yaşasın Azərbaycan xalqının birliyi, ura! (“Ura”). 20.18. A-zər-b -can!”, “tə-til”. Camaat dağılışmağa üz tutdu. Türkcə şüar: “Azerbaycan halkına eşk olsun!”. Ordubad rayonu Dırnıs kəndi (Əbülfəz Əliyevin doğulduğu Kələki kəndinin qonşusudur) uşaqları çadır qurmuşlar. Allahverdiyev Baxşəli, Qərib, Bəhrul (üç qardaş), Əhmədov Hüseyn, Əhməd, Xaliq, Talıb Rzayev qardaşları, İbrahim Hüseynzadə - “Savalan” cəmiyyətinin üzvləri. Camaata qulluq üçün yaradıblar. Birinci böyük çadırı da bunlar düzəldib. “Min il kölə kimi yaşamaqdansa bir il ağa kimi yaşamaq yaxşıdır” sözləri ağ bir parçada yazılıb, oğlan sinəsinə vurub gəzir. 20.50. Böyük bir konteyner Lənkarandan ərzaq gətirib gəldi. Qutqaşendən (indiki Qəbələ) də bir maşın gəlib. 50 minlik qoşun girib Bakıya. Sağ divarda təqvim düzəldilib. “Noyabr” yazılıb, altından mənim bu qeyd vərəqlərim boyda ağ kağızlara aşağıdakı rəqəmlər yazılıb sıra ilə düzülüb: 17, 18, 19, 20, 21, 22, 23, 24. Milis kapitanı dedi ki, bu gün 8 erməni tutub təhvil vermişəm. Söhbətdən: Peraşki paylayan ermənini tutublar (qorxusundan qıraqda paylayırmış). Peraşkinin içində iynə, saxsı qırığı tapıblar. Camaat üzünə tüpürürmüş, o da silirmiş. 22.10. «Azərbaycan» mehmanxanası tərəfdə əlisilahlı əsgərlər sıra ilə düzülmüşlər. Şərəf lövhəsi ilə Hökumət evi arasındakı yolu isə (sağda) dəniz qüvvələri kəsmişdir. Əsgərlər cərgəsinin qarşısında tələbələr bir-birindən 10 metr aralı iki cərgə düzülmüşlər. Bu vəziyyət “Azərbaycan” mehmanxanasının qarşısında da belədir. Bir polkovnik 2 radist əsgərlə meydana girdi. Camaat onları əhatə edib söhbətə başladı, yığışmağımızın səbəbini başa saldı. 22.17. Əfqaıstanda vuruşmuş döyüşçülər hərbi formada gəlib baş tribunanın qarşısından keçdilər, əsgər cərgəsinin qabağında düzülməyə getdilər. Şüarlar: “Diz üstündə yaşamaqdan ayaq üstə ölmək yaxşıdır”, “Əqrəbi vaxtında öldür, gün gələr vurar səni”. Söhbətdən: Tramvayda yazılıb: “Satqınlara (işə gedənlərə - Ə.T.) xidmət edirik!”. Bəzi taksilərdə isə bunları oxudum: “Tətilçilərə xidmət”. 22.49. Etibar Quluyevlə söhbətdən: Dünən Yardımlının katibini xalq öldürüb. Cəlilabadın katibini isə ölümcül yaralayıblar. Yardımlıda tətil məsələsi qalxanda katib deyib ki, üstünüzə tank yeridərəm. Cəlilabad-da dava tətil üstündə olub. Bu saat dövlət hərbi çevrilişdən çox qorxur. Məlumata görə, tele-studiyada hər otaqda iki əsgər var. Bu gecə “Amerikanın səsi” radiosu hərəkatımızdan danışıb. Deyib ki, milyona yaxın adam milli məsələlərlə bağlı olaraq gecə-gündüz nümayiş edib. Gecəni 70-75 min əhali əsgərlərin əhatəsində keçirir. Tonqalların sayını müəyyənləşdirmək mümkün deyil, artıq bulvarda da ocaqlar alovlanır. Başı lentlilər kütləvi şəkildədir. Qızılbaşlara bənzəmək ideya-sını irəli sürən Hatəmi özü də qırmızı lent vurub. *** Bu gün “Kommunist”də “Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri S.B. Tatlıyev yoldaşın müraciəti” dərc edilib. Burada deyilir: “Dövlət nahaq qan tökülməsinə biganə qala bilməz. Bununla əlaqədar Bakı, Naxçıvan və Kirovabad şəhərlərində bu il noyabrın 24-də saat 00-dan xüsusi vəziyyət elan etmək və saat 22-dən səhər saat 5-dək qadağan saatı qoymaq qərara alınmışdır”. 25 NOYABR 1988.

00.20. Elan: “Qadağan saatının 22-dən başlanmasına baxmayaraq camaa-tın evlərinə getməsinə etiraz edilmir”. (Fit, qışqırıq). 00.25. Şərəf lövhəsinə yapışdırılmış şüardan: “Erməni sənətkarla-rına iş gördürən ermənidir”. 00.45. Təbriz radiosu bu gecə deyib ki, 800 minlik Bakı zəhmətkeşlə-ri zülmün zəncirini qıraraq nümayişi davam etdirirlər. Akademiya işçiləri, Aspirantlar yataqxanasının sakinləri: Sahib Məmmədov, Qurban Mehdiyev, Mütəllim Abbasov, Rayət İsmayılov, Mətləb Məmmədov, Nazim Həsənov, Famil Məmmədov, mən bulvarda oturub hadisələri müzakirə edirdik. Həmin söhbətdən: Bakıya əsgər dəvət etmək ideyası Maqsud İbrahimbəyova məxsusdur. İki-üç gün qabaq söhbətdə deyib ki, orada 3-4 savadsız uşaq hoqqa çıxarır. Dəyənək yeyən kimi ağıllanarlar. Onda bu söz qəbul edilməyib. Ancaq tezliklə Fuad Musayevin təkidi və tələbi ilə büro qərara alıb ki, qoşunu çağıraq. *** “Bi-Bi-Si” radiosu bu gecə bizdan danışıb, deyib ki, dünya tarixində ilk dəfə 800 min adam komendant saatı vaxtında nümayiş keçirmiş, qoşunla nümayişçilər arasında heç bir toqquşma baş verməmişdir. *** Meyxanaçılıq kütləvi şəkildə yayılıb. Kazımın dəstəsi “Vayenni, saldat qova bilmir bizi” qafiyəsi ilə uzun-uzadı meyxana söyləyir. Rayonlardan gələn qadınlar, qızlar da “bizimki”lərlə bir yerdə gecələyirlər. 6.00. Qadağan saatından 1 saatdır ki, keçib. Ancaq əsgər zəncirləri çəkilməyib. Hava çox soyuqlaşıb. Külək qalxıb. Dəstə-dəstə yığışb oxuyurlar: Hava yaman soyuqdur, Ermənilər toyuqdur. Hava yaman bürküdür, Ermənilər tülküdür. Bunlar bizim dəstədir, Ermənilər xəstədir. Azərbaycan ağadır, Erməni qurbağadır. Divar “təqvim”ində yeni tarixlər göründü. “24” və “25” rəqəmləri qara kağız üstündə ağ rəqəmlərlə yazılıb. Qara rəng hərbçilərin bizi əhatə etməsi ilə bağlıdır. 7.53. Baş tribunanın yanındakı iki tribuna dolub. Tələbələr müxtəlif mahnıları xorla oxuyurlar: “Biz ölərik, meydanı tərk etmərik!”. “Vəziryanı verərik, Qarabağı vermərik!”. “Ay can alan, can Qarabağ bizimdir, Güllü-gülüstan Qarabağ bizimdir!”. Bir az bundan qabaq xəbər gəldi ki, əsgərlər meydana girmək istəyirlər. Tez Cümşüd Nuruyev və başqa yoldaşlarla birlikdə “Abşeron” mehmanxanasına tərəf duran əsgərlərin səfinə doğru getdik. Bura çoxlu əsgər toplaşıb. Meydan boyu Lənkəran, Quba və başqa rayonlardan gələn şəxsi maşınlar düzülüb əsgərlərin yolunu kəsib, yalnız ərzaq maşınları-nın keçməsi üçün 10-15 m keçid saxlayıb. Tələbələr tez bu keçiddə 2-3 cərgə durdu. Təbii ki, biz də onların arasında idik. Bir xeyli gözləyəndən sonra gördük ki, əsgərlər yavaş-yavaş çıxıb gedirlər. *** Cümşüd bir məktub oxudu. Dünən - 24.XI.88 tarixində Moskva və Xətayi prospektlərinin kəsişdiyi yerdə 98-05 nömrəli 011 markalı, sümük rəngli “Jiquli”ni əsgərlər saxlamışlar. Bu zaman onlardan biri əlindəki dəyənəklə maşının kapotunu əzib. Bunu gözləməyən sürücü maşını qeyri-iradi irəli sürüb. Arxadan iki əsgər maşına atəş açıb. Sərnişinlərdən 3 nəfər yaralanıb, maşının dal və qabaq şüşələri qırılıb, təkərlərini güllə deşib. Ağır yaralanan sürücünü Semaşko adına xəstəxanaya aparıblar. Hadisə yerinə gəlmiş Nərimanov rayon avtomobil müfəttişliyinin işçilərindən biri - mayor bu işin düzgün oluğunu söyləyib və xəstələrin sonrakı taleyi ilə də maraqlanmayıb. Şahidlər (Heydərov Rəcəb Əli oğlu - Razin qəsəbəsi, Sülh küçəsi, ev 63a, mənzil 59) respublika prokurorluğundan tələb ediblər ki, bu haqda cinayət işi qaldırılsın.

FASİLƏDƏN SONRA. 16.50. Hatəmi, Nemət danışandan sonra Şirməmməd Hüseynova söz verildi: - Mən ayın 9-undan 23-ünədək Türkiyədə oldum. Öyrənməyə çalışdım ki, görək xaricdə, Türkiyədə bizdən nə yazırlar. Türkiyə mətbuatı, radio və televiziyası bizdəki hadisələri çox geniş işıqlandırır. Türklər deyirdilər ki, biz sizin haqqınızda məlumatı amerikapərəst erməni mənbələrindən alırıq. Niyə bizimlə əlaqə saxlamırsınız? Bizə dedilər ki, Bakıya çatdırın: biz azəri türklərinin arxasında durmuşuq. (Alqışlar). “Türküstan” kitabının son cümləsini oxuyuram: “Türküstan olmasaydı, Azərbaycan olmasaydı Türkiyə də olmazdı”. Türkiyədəki ağsaqqallarımız və Türkiyə ağsaqqalları bizə nəsihət də göndəriblər. Dedilər ki, biz daşnakları yaxşı tanıyırıq, onların avantü-rasına getməyəsiniz. Çalışınız siyasətlə, ağılla qələbə çalın! 16.57. Nemət aclıq elan edənlərdən xahiş etdi ki, dayandırsınlar. Bütün Korlar Cəmiyyəti aclıq elan etmişdi. Mənim sözümlə dayandırdılar. 16.59. Aclıq elan edən Rafəddin: Bizim xalqımızı Topxana meşəsi kimi qırıblar. Biz bir olmalıyıq. Mən Lənkərandanam. Gəlin yerlipərəst-lik etməyək. 17.00. Fərəməz: - Əgər bizə mənəvi qüvvə vermək istəyirsinizsə bizə “aclığı dayandı-rın” deməyin. Manqurdlar yetişdirirdilər. Xalqımızı manqurd ediblər. Bu gün manqurd papağı əlimizdədir, onu yerə çırpmaq gərəkdir. Biz artıq 9 gündür aclıq elan edirik. Bugünədək heç kəs hökumət adamlarından bizimlə maraqlanmayıb. Mən mənimlə maraqlanmayan hökumətə inanmıram, ona nifrət edirəm! Dünənədək mən çox şeyə inanırdım. Ancaq dünən Moskvada “Vremya”da deyildi ki, Bakıdakı komendant saatı ermənilərlə azərbaycanlılar arasın-da toqquşma nəticəsində qoyulub. Bu sözləri deyən Moskvaya nifrət edirəm! Mən o partiyaya nifrət edirəm ki, dünyanın hər yerindən xəbər verir, öz içindən isə xəbər vermir. Biz öz milli gəlirimizin 97 faizini şovi-nistlərə veririk. Mən Tatlıyevə nifrət edirəm! Belə nadürüstlər bizə lazım deyil. O dedi ki, biz işi bacarmasaq istefa verəcəyik, ancaq sabahısı gün üstümüzə işğalçı qoşun göndərdi. Demək istəyirəm ki, Mərkəzi Komitə, AS, NS-nin hakimiyyətini etiraf etməyək. Nümayiş komitəsi yaradaq və hakimiyyəti xalq özü idarə etsin. BMT-yə, YUNESKO-ya xəbər verin ki, biz aclıq elan etmişik. Nifrət olsun belə imperializmə! Tfu bu imperializmə! Koreyanı, Vyetnamı parçalayan imperializm! O, çürükdür. (Məmməd Araz şerindən beyt dedi). Yaşasın Azərbaycan varlığı! Öldü var, döndü yox! (Xorla təkrar). 17.15. Kimsə: Qarabağ vətəndaşları nümayişə, tətilə buraxmırlar. Onlara ar olsun! Biz aclığı o vaxt kəsəcəyik ki, tələblərimiz yerinə yetirilsin! Var olsun Azərbaycan! Vəli Məmmədov danışmaq istəyir, qoymurlar. (15-20 də fasilə). 17.30. Xəlil Rza: Dağlıq Qarabağ faciəsi 70 il qabaq başlayıb... 17.50. Nemət: Xəzər neft gəmiləri bizimlə həmrəy olaraq dayanıb! (Mikrofon yuxarıdan kəsilmişdi, əldə düzəldilən mikrofonda danışır). O, xalqın ki müstəqilliyi yoxdur, onun gələcəyi yoxdur. 18.06. Türkmən: Azərbaycan xalqını öpürəm. Bütün türkmən xalqı sizinlədir. Sözünüzün üstündə axıradək durun. Azərbaycanlılarla türkmən xalqı dostdur, qardaşdır. 18.07. Nemət: - Metrodur, nəqliyyatdır, ərzaq məhsulları mağazalarıdır - işləmə-lidir. Tutulan adamların hamısının siyahısını göndərin. Tutulanların, işdən çıxarılanların hamısını bütün Azərbaycan müdafiə etməlidir. 35 teleqram gəlib Azərbaycanın rayonlarından, Xuraman Abbasovadan - sizinləyik! Bu gün Azərbaycan SSR AS-dən fövqəladə sessiya çağırılmasını tələb etmişəm. Başqa deputatlar da belə etməlidir. Sizi bir daha bağrıma basıram. Xəlil Rza (məktub oxuyur): İvanov Vadim, Arzumanyan Arsen, Nersisyan və başqaları vəzifələrindən azad edilsinlər. Daşnak Stepan Şaumyanın alçaq əməlləri ifşa edilsin, adına küçələr, heykəlləri ləğv edilsin. Aclıq elan edənləri alqışlayırıq. Ancaq çıxışlarında bəzi notlar ifratdır. Kondisioner zavodunun fəhləsi:

- Nemət 9 gündür ki, bizə nəsihət verir. Xəlil Rza Xalq Cəbhəsinin əməkdaşlarının adlarını sadaladı. - Azərbaycan, dustaqlarının sayına görə dünyada birinci yeri tutur. Nemət Gürcüstandan gələnə söz vermək istədi. 18.20. Gürcü (rusca): - 2 həftədir Bakıdayam. Mən Moskvada işləyirəm. Moskvaya getməkdən imtina edirəm. Biz qardaşıq. Əsgərlər dedilər ki, sən get, mən dedim ki, yox, mən onlarlayam. (“Gür-cüs-tan!” - sürəkli). Sizdən xahiş edirəm ki, sakit olaq. Bizi heç kəs müdafiə etmir. Yalnız intizamla qələbə çala bilərik. Əfqanıstanda vuruşan əsgərləri gətirmək gərəkdir ki, buranı qorusunlar. (“Gür-cüs-tan!” - sürəkli). Burada sizinlə sonadək olacağam! (Sürəkli alqışlar). (Gürcü nəsə dedi). (Alqışlar). (“Gür-cüs-tan!”). 18.30. Qadın: belə qəhrəmanlığınız mənim 60 yaşlı ürəyimi 15 yaşlı qıza çevirib. Bəxtiyar müəllimə dünyalarca ömür arzulayaq. Azərbaycan dilinə ikinci həyat verib. *** Polkovnik (istefada olan) Rizvan Zeynalov camaat arasında iş aparır, onların qolunu soyudur. Görünür, belələri çoxdur. 18.35. Qız: Biz də Mərkəzi Komitəni pisləyirik. Ancaq H.Əliyev vaxtından qalmış mafiya dəstəsini ləğv edək. Biz öz rəhbərlərimizin familiyasının sonuna -yan şəkilçisi artırmaqla yalnız düşmənləri özümüzə güldürərik. Gəlin tələbə ordusu yaradaq, Xocalıda böyük şəhər salaq. Nemətdən möhkəm yapışaq. 18.40. Keşləli meyxana deyən Niyaz “İt kimi peşmandı özü daşnakın” qafiyəsi ilə meyxana dedikcə camaat əl çalır. “Şöhrəti var, şanı var Azərbaycanımızın” qafiyəsi ilə başqa meyxana dedi: Kim tanımır qardaşımız Neməti, Ayağa qaldırıb bütün milləti. (Alqışlar). 18.50. Məmmədov Mürsəl (uzaq yerdən gəlib): Burada danışanlar hamısı siyasi cəhətdən savadlı olsunlar. Biz bura xalqın dərdini dinləməyə gəlmişik, meyxana eşitməyə yox. (Fit, hayküy). Burada danışanlar bəzi siyasi səhvlər buraxır. (Fit, qışqırıq, “aşağı düş”). Demək istəyirəm ki, bəzi danışıqları liderlərimizin adına çıxmayaq, yoxsa məğlub olarıq. Alma-atalı azərbaycanlı: Alma-ata camaatı da sizinlədir. Mən də sizinlə burada oturacağam. 19.00. Molla: Balalarımıza Allah can sağlığı versin. Heyvanlardan ən murdarı milçəkdir. Onu nə qədər qovursan gedib qayıdır. Ermənilər də elədir, qovursan getmir. 19.05. Birisi: Biləcəri dəmir yol stansiyası dayandırılsın. Ermənistan SSR-ə tərəf heç nə getməsin. Kimi işdən qovsalar mənə müraciət etsinlər. 19.07. Nemət Tofiq Fikrətin “Millət şərqisi” ilə çıxışını qurtardı. 19.10. Qadın (Sevil): Ağdamdan məktub gətirilib. “Krunk” Azərbaycan-dakı ermənilərə yazıb (rusca): “Biz öz istəyimizə çatırıq, az qalıb. Bizim dalımızda Vazgen, Moskva durur. Şayiə yayın ki, Vəzirov bizim adamdır. Arutyunyanla o, Moskvanın casusudur. Qarabağ çoxdan satılıb. Bunlara kütbeyin müsəlmanlar inanacaq. Bakıda, Kirovabadda, Naxçıvanda, Şəkidə və başqa yerlərdə öz başçıları-mızı itirmişik. Stepanakert, 10 noyabr 1988. Krukçular”. 19.15. Kimsə erməninin Qorbaçova məktubunu oxudu. (Ulitsa Avakəna 15, Akopyan). Yazıb ki, həyatımız təhlükədədir. Bizi Sumqayıtla hədələyirlər. 19.16. Səfər: Adımıza çoxlu teleqramlar gəlir. Bildirirlər ki, rayonlarda gecə-gündüz mitinqlər keçirilir. (Sonra rus əsgərlərinə dünənki müraciəti yenə oxudu). 19.18. Aclığı dayandıran qadın (2 ¹-li çörək məhsulları zavodu) aclığı dayandırmağa çağırdı. 19.20. Nemət: Mən gedirəm dincəlməyə. Mübarizəmiz axıradək var. Eşq olsun Azərbaycan xalqının birliyinə! 19.25. Sabir Rüstəmxanlı:

- Moskvanın bizə baxan gözü kordur. Bizi Yerevanla tərəzinin eyni gözünə qoyurlar. Biz gərək özümüzü qoruyaq. Sevilin oxuduğu məktubdan nəticə çıxaraq. Mənim ürəyimdə heç bir vahimə, qorxu yoxdur. Ordu da sakitdir. Rayonlarda isə vəziyyət çox gərgindir. Qubadlıda, Zəngilanda xalqımıza qarşı xəyanətlər olur. Bizim müdafiə cəbhəmiz yoxdur. Rayonlarda millətin öz arasına nifaq düşür. Raykomlara nifrət edənlər binaları yandırırlar. Kimisə vəzifədən götürmək istəyən mafiyalar öz istəyinə görə xalqı parçalamaq istəyir. Qoy sabahdan məktəblərimiz işləsin. Qoy xalqımız Qorbaçovu, Raisa Qorbaçovanı respublikamıza dəvət etsin. Görsünlər ki, 200 erməniyə görə 2 xalq arasında qırğın yaratmaq istəyirlər. Dünən “İzvestiya” qəzetində hərəkatımızı təhrif edən xırda xəbər verilib. “Kommunist” nəşriyyatının işçiləri həmin nömrəni çap etməyiblər. Siz bu meydana gəlirsiniz, ancaq başqa millətdən olanlar işləyir, zavod dayanmır. Siz onları da həmrəyliyə çağırın. Şəhərdə qadağan saatı olsa da çox yaxşı əhval-ruhiyyə var. Xalq sübut edib ki, ordu ilə həmişə mehribanıq. Təsadüfi adamlardan onları qoruyun. 19.40. Vəli Məmmədov 24.XI.88 tarixli 26-lar rayon partiya-təsərrüfat fəalları yığıncağının qətnaməsini oxudu: Ekstremist qüvvələrin (ermənilərin) təsiri ilə Azərbaycanda həddən artıq gərgin vəziyyət yaranmışdır. Respublika Ali Sovetinin növbədənkənar sessiyası çağırılsın və aşağıdakıları müzakirə etsin: 1) Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi haqqında. 2) Vilayətdə vəziyyəti son dərəcə kəskinləşdirdiyi üçün DQMV partiya təşkilatının buraxılması haqqında. 3) Vəziyyət müəyyənləşdirilənədək vilayətdə beynəlmiləl tərkibli təşkilat bürosu yaradılması haqqında. 4) Təxirə salınmadan Poğosyanı məsuliyyətə cəlb etmək üçün SSRİ prokurorluğuna tələb verilməsi haqqında. 5) Ermənistan SSR-dəki azərbaycanlılar üçün muxtariyyət yarat-maqdan ötrü Ermənistan SSR Ali Soveti və Azərbaycan SSR Ali Sovetinə müraciət edilməsi, əks halda, DQMV-nin ləğv edilməsi haqqında. 6) Ermənistandan gələnlərin DQ-da yerləşdirilməsi haqqında. 7) Dağlıq Qarabağda həyata keçirilməli tədbirlərin əməli işlə həyata keçirilməsi. 8) Topxana meşəsinin qırılması ilə bağlı izdihamlı şəhər mitinqi iştirakçıları ilə yığıncaq həmrəydir. 9) Yığıncaq iştirakçıları şəhər mitinqi iştirakçılarına müraciət edib deyirlər: fitnəkarlara uymasınlar. Qoy Azərbaycanda bütün millətlər dinc yaşasın. Bu qərar mətbuatda dərc edilsin. Ruslar da var deyə bu qətnaməni rusca oxuyacağam. 19.58. S.Rüstəmxalı mitinqi bağladı. *** Şüvəlan, Zığ, Türkan kəndlərinin adları yazılmış parçalar asılıb. Çadırlar xeyli çoxalıb. “Bakı şin zavodunun Xalq Cəbhəsi”, “Ordubad rayonunun Xalq Cəbhəsi”... lövhələri asılıb. Dağ kimi taxta, odun qalaqlanıb. Bir gün qabaq acıqlananda odunları yandırdıqları üçün odundan korluq vardı, ancaq bu gecə bolluqdur. Hökumət evinin gündoğanında dayanmış bu əsgər cərgəsindən günbatandakı o əsgər cərgəsinədək və bulvaradək tonqallar yayılıb. Rayonlardan ərzaq gətirən külli miqdarda maşınlar var. Əgər qabaqkı kimi onların nömrələrini yazmalı olsam gərək böyük bir dəftər elə buna tutam. Bu gündən bir şey aydınlaşdı: bizim hərəkat ümumazərbaycan hərəkatına çevrilib. Qubada 22-24.XI-də, Xaçmazda da həmin günlərdə nümayişlər keçirilib. “Xaç” sözü ilə olduğuna görə Xaçmazın adını dəyişib “Xəzər” qoymaq istəyirlər. İndiyədək Qubadan 12 “KamAZ” maşın gəlib (ərzaq gətirib). Yaşar Nəcəfov 17-24 A nömrəli maşının (KamAZ) üstündə gəlib. Bu maşın bu gün 3-üncü dəfədir ki, gəlir. Maşın sifariş verirlər, idarə onlardan pul almır. Ancay Saray postunda qabaqlarını kəsiblər. Rayonlararası avtobuslar işləmir. *** Bu gün 500-600 min adam iştirak edib. (Əsgərlərin olması öz təsirini göstərir). Şəkililər dünən Şəkidən erməniləri qovlayıblar. ***

Mənə bərk soyuq dəyib. Öskürəndə sinəm dağılır və sürəkli öskürək məni əldən salır. Səsim də batıb. Bu gün dostum Bəhram Zeynalov qalın yun jaketini əynindən çıxarıb zorla mənə geyindirdi, ancaq bunun da xeyri olmadı. Tanışlar təkidlə evə getməyimi məsləhət bilir. Getməyə utanıram. Artıq 9 gün ayaq üstə olduğumdan dabanlarımdan da bərk sancı qalxıb. Ayaq üstə dayanmaq mənə getdikcə əziyyət verir. Ona görə də, axırı, bu gecə evdə yatmaq qərarına gəldim. Həm də daha mənə meydanda ehtiyac yoxdur - bu gecə həmişəkindən daha çox adam qalmışdır. Saat 22-də evə çatdım. “Vremya”da Bakı nümayişini 9 günün başında ilk dəfə göstərdilər (1-2). Meydandakı izdihamın ümumi panoramı yaradıldı, S.Rüstəmxanlı çıxış edəndə göstərildi (Nemət və T.Xalisbəyli yanında dayanmışdılar). Deyildi ki, Bakıda narahatlıqdır. Səbəb Dağlıq Qarabağ hadisələridir. Sonra Yerevan göstərildi. Orada da bugünədək komendant saatı qoyulub. Küçələrdə tanklar durmuşdu. Ancaq həmişə mitinqlər keçirilən Teatr meydanı boş idi - hər tərəfdə tanklar vardı. Görünür, həmişə pulla meydana gələn erməni nümayişçiləri Bakıda-kı zorla dağıdılmaq istənilən, ancaq hər zorakılığa dözüb, nəyin bahasına varsa bura gələn, əsgər cərgələrini yarıb keçən mitinqçilərdən fərqli olaraq əsgərlərin gəlməsinə bəlkə də sevinmişdilər ki, axır ki, canımız bu nümayişlərdən qurtardı! “Vremya”dan sonra “Dalğa” oldu. Burada Bakıdakı nümayişlər haqqında aparıcı Osman Mirzəyev akad. Püstə Əzizbəyova ilə söhbət etdi. Daha gerisinə heç cür baxa bilməyib yuxuladım. Nailə dedi ki, sonra Müşərrəf Akay (Tezcan) da oxuyub. Beləliklə, Azərbaycan milli suverenlik hərəkatının 9 günü tamam oldu. 26 noyabr 1988. Saat 10-da qəzet köşklərində qəzetlər satılıb qurtarmışdı. 11-in yarısında Hökumət evinin yanına çatdım. Hər tərəfdən tanklar əhatə etmişdi... Bir nəfər də içəri buraxılmırdı. Deyirdilər ki, saat 12-də MK xalqa cavab verəcək, o vaxt buraxacaqlar. Bu vəddə nikbin bir şey tapmadığımdan gecə evə getməkdə səhv etdiyimi başa düşdüm. Hökmən meydanda qalmaq lazım idi ki, içəridəki əsl həqiqəti biləydim. Xalqın iztirabları, təşvişi ilə mən də yaşayaydım. 11.00. Görək nə olacaq? Hələ ki, içəri girmək üçün yollar, üsullar axtarıram. 11.06. Meydandayam! “Elm” qəzeti redaktorunun vəsiqəsi içəri keçməyi-mə kömək etdi. Hamı ucadan xorla oxuyur: “Öldü var, döndü yox!”. Leninin portretini də tribunada qoydular. Meydanda təxminən 15 min adam var. Bunlar əsl mücahidlərdir - mənim kimi can ağrısından bezən fərarilər yox! Eşq olsun ürəyində millət alovu bir an da sönməyən bu ərənlərə, azmanlara! 11.11. «Azərbaycan» mehmanxanası tərəfdə əsgərlər kütlənin təzyiqinə davam gətirməyib dağıldılar. Xalq onları yarıb böyük izdihamla içəri girdi. Meydan sol tərəfdən doldu. “Abşeron” mehmanxanası tərəfdə də xeyli adam toplaşıb. Ancaq hələlik onlar sədləri yara bilmirlər. Meydanda aramsız “Azərtürk” və “Öldü var, döndü yox!” sədaları yüksəlir. Mikrofon tələb edirlər. Tribunada həkimlərdən başqa heç kəs yoxdur. “Nemət” çağırışları güclənir. Yeni şüarlar və çağırışlar: “Xalq Cəbhəsinin ətrafında birləşin!”, “Allahu əkbər! İslam dininin düşmənlərinə ölüm!”. “İdman” i/birliyi xalqla birlikdədir!”, “Bakı əlvan metalların emalı zavodu Razin filialı”, “VNİİOLEFİN”, “Azərbaycan həkimləri sizinlədir!”, “Naxçıvan MSSR İliç rayonunun Sədərək kəndi nümayişdə” (3 gündür buradadır), “Bibiheybət əhli sizinlədir!”, “Füzuli rayon zəhmətkeşləri sizinlədir!”, “Bakı dəri və xəz məmulatları fabriki sizinlədir!”, “Ağdam 2711 No-li avtokalonu”. Qadağan saatının qurbanları sizinlədir!", "Bakısənayetikinti nəqliyyatı istehsalat avtomobil nəqliyyat birliyi sizinlədir!, "Montin zavodu. Son nəfəsimizəcən varıq, çünki biz Babək, Şah İsmayıl övladlarıyıq!, "Bakı dəzgahqayırma zavodu sizinlədir!, "Lənkəranlılar sizinlədir!", "Biz astaralılar sizinləyik, "İliç rayon Kərki kəndi sizinlədir!". "Gücümüz birlikdədir". "Əlibayramlılar sizinlədir", "Biləcəri lokomotiv deposunun işçiləri sizinlədir! "Xəzər dəniz neft donanması sizinlədir!". "Saatlı rayonunun azəri türkləri sizinlədir!". "Qutqaşen rayonunun səhiyyə işçiləri sizinlədir!", "Volodarski fabriki sizinlədir". "Laptevin deputat mandatı ləğv edilsin!", “NQDU Leninneft sizinlədir!”, “Azərbaycan xalqının hüquqları bərpa edilsin!”, “Rədd olsun erməni millətçiləri!!!” (böyük transparant), “Masallı”, “VAZ sizinlədir!”, “Qeyrətli Azərbaycan xalqına eşq olsun!”. Dini ifadələr də (“bismillahirrəhmanirrəhim”) yazılıb divarlara vurulub. İşi Biləcəri yarımçıq, Şirvan stansiyası tam dayandırıb.

11.20. «Azərbaycan» mehmanxanası tərəfdən də “cəbhə” yarıldı, camaat içəri keçməyə başladı. Baş tribunada Babəkin daha böyük ikinci tunc büstü qoyulub. 11.50. Camaat arasında kağız gəzirdi ki, meydanı tərk etməyək, yoxsa axşam əsgərlər dolacaq. Dünənki hadisələrdən. Tələbələr “Azərbaycan”, “Abşeron” mehmanxanalarına, Hökumət evinin iki qülləsinə Azərbaycanın bayrağını sancıblar. Baş poçt idarəsinin üstündəki bayrağı isə birbirinin çiyninə çıxan 4 tələbə antena dirəyinin başına sancıb. Dünən Babəkin büstünün altında yazılıb: “Babam, ruhun şad olsun, övladların ayılıb!”. *** 12.04. Mikrafon gəldi. S.Rüstəmxanlı da tribunaya çıxdı. Xalq onu alqışladı: “Mübarizəmiz davam edir. Onuncu gündür. Onduquzuncu gün də olacaq – gələbəmizədək”. 12.07. Nemət: Tofiq Fikrətin “Millət şərqisi” - yığıncağımızın himni ilə mitinqimizi açırıq. And içirik ki, mübarizəmizdən dönməyəcəyik! (“And içirik!”). Bu gün çalışacaqlar ki, meydan boşaldılsın. Ona görə yorğunlar getsin, yeni qüvvələr gəlsin. Siyasi səhvlərə yol vermədən, artıq şüarlar irəli sürmədən iş görməliyik. Dövlət adamlarını özümüzdən uzaqlaşdırmağa, onları söyməyə çalışmayaq. Çalışaq ki, onlar da bizimlə olsunlar. Körpə uşaqlara bu meydanda ehtiyac yoxdur. Qoy orta məktəb, texniki peşə məktəbləri müəllimləri bura gəlməkdənsə məktəblərdə hərəkatımızı öyrətsinlər. O tərəfdə - Cənubi Azərbaycanda tonqallar yandırıb bizimlə həmrəy olduqlarını bildirirlər. Gürcüstanda, Ermənistanda da türk qardaşlarımız bizimlədir. Artıq bu toplantımız nümayiş, mitinq deyil.. Bu, Azərbaycan xalqı-nın milli hərəkatıdır. Öz millətimizə başqa yad familiya qoymaq bizə ayıbdır. (“Vəziryan”ı nəzərdə tutur - Ə.T.). ki, Əliyevə qarşı təbliğat edirlər. İndi Əliyev meydanı deyil. Burada xalqın taleyi həll olunur. (Alqışlar). 12.20. Sabir: - Bizim söhbətimizə baxmayaraq bir iş məni narahat edir: burada yalnız Azərbaycan respublikasının indiki və Azərbaycan Demokratik Respublikasının bayraqları dalğalanmalıdır. “Müsavat” sözündən vicvicəyə düşmək gərək deyil. Burada islam bayrağı da var. Bizə ləkə vururlar; deyirlər ki, panislamizm yayırıq. Türk bayrağı var; onlarla əlaqəmiz olmaya-olmaya işimizə ziyan vururuq. Bu bayraqdan sonra, olan əlaqələrimizi də kəsəcəklər. Ümumazərbaycan Xalq Milli Hərəkatı adından bəzi məsələlər üzərində düşünək. Bütün icraiyyə komitələrinə qərar göndərilməlidir ki, öz familiyalarımızı dəyişək, adam adında yaşaya bilək. Biz öz taleyimizə laqeyd olmuşuq. Mütiliyə, köləliyə, ətalətə dözmək olmaz. İndinin özündə də gec deyil. 8 günlük təzyiqimizdən sonra “Vremya” nümayişimizi göstərdi. Amma belə təklif də almışıq ki, aclıq elan edən 5 azəri gəncinin taleyini Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinə xəbər verək. Razıyam. Ancaq gərək biz bütün milləti yumruq kimi birləşdirməyi bacaraq. Aramızda çoxlu cəmiyyətlər var. Onlar hamısı hərəkatımızın tərkib hissəsidir. Hərəkatı-mız getdikcə genişlənir. Sərhəd rayonlarının camaatı ayaq üstədir. Bütün Azərbaycan barıt çəlləyi üstündədir. Buna yol verənlər məsuliyyət daşıyır. Bu gün bir nazir mənə dedi ki, öz tabeliyimizdəki müəssisələrdən İttifaq müəssisələrinə heç nə göndərməməyə göstəriş vermişəm. Poçtlar, məktəblər işləməlidirlər. O gün oğlum tribunaya dırmaşırdı. Dedim ki, düş, hələ sənə ehtiyac yoxdur, birimiz burdayıq. Əgər respublika AS-i xalqın həyatına acıyırsa DQ ləğv edilməlidir. Dünən DQMV partiya komitəsi plenum keçirib. Orada nə Volski olub, nə Moskvanın nümayəndəsi. Orada oyuncaq hökumət yaranıb. DQMV-nin ləğvini gözləməyib oranın partiya bürosunu buraxmalıyıq. Kevorkov niyə vəzifədə işləməlidir? Poğosyan canidir. İndiyədək “çoxminli” deyirdik, indi isə “çoxmilyonlu” deməliyik, milli hərəkatımızın adından müraciəti (M.S.Qorbaçova) oxuyuruq: Azərbaycanda partlayış vəziyyəti yaranmışdır. Ermənistan SSR-də azərbaycanlıların vəziyyəti çox pisdir. DQMV-də azərbaycanlıların evlərinin yandırılması adi hala çevrilmişdir. Erməni ekstremistləri bilməlidirlər ki, Azərbaycan xalqı heç kimə heç vaxt öz torpağının bir qarışını da verməz. Azərbaycan xalqı çox səbirlidir. O, doqquz aydır ki, partiyanın çağırışı ilə dözür, gözləyir. Erməni ekstremistləri bütün Azərbaycan millətinə, türk xalqlarına qatı nifrət təbliğ edirlər. Onlara qarşı mərkəzdə etiraz olunmur, hətta bəzi dairələr onlara havadarlıq edir.

Dağlıq Qarabağda əslində yerli dərəbəylik yaranıb. Topxanada Azərbaycan xalqının haqqına zidd olaraq sənaye obyekti tikilir. Tələb edirik: 1) Arutyunyan başda olmaqla Ermənistan KP işçilərini, hökumət işçilərini konstitusiyaya, partiya intizamına dəvət etməli. 2) Erməni millətçiliyinə mərkəzi hökumətin son qoymasına nail olmalı. 18 iyul tarixli qərara əməl etməyən DQ partiya işçilərini cəzalandırmalı. 3) DQ-da sovet hökumətini bərpa etməli. Əmək sabotajına yol verən DQMV partiya rəhbərliyini cinayət məsuliyyətinə cəlb etməli. 4) DQMV özünü doğrultmur. Bu, iki xalq arasında düşmənçiliyə səbəb olan hadisələr yaratdığı üçün məqsədəuyğun deyildir. 5)........................... 6) “Zvartnots” iştirakçıları cinayət məsuliyyətinə cəlb olunmalıdır. 7) “Sumqayıt hadisəsi” ciddi nəzarətə alınsın, ölüm hökmləri ləğv edilsin. Sizi mühakimə edilən gənclərə qarşı rəhmdil olmağa çağırırıq. 8) Ermənistanda, DQ-da baş verən hadisələrə partiyanın mövqeyinə qiymət vermək üçün mətbuata, televiziyaya göstərişlər verilsin, erməni millətçiliyinə qəti sədd çəkilsin. 9) Noyabrın 24-ündə Bakıda, Gəncədə, Naxçıvanda gözlənilmədən xüsusi vəziyyət yaradılmışdır. Bu iş əhalinin ləyaqət və mənliyinə toxunur. Azərbaycan xalqı bunun üçün heç bir əsas verməmişdir. Biz 18 iyul tarixli qərarların həyata keçməsini tələb edirik. Ermənistanın Azərbaycanın daxili işinə qarışmasına qəti etiraz edirik, yoxsa sonrakı hadisələrin qarşısını almaq olmaz. Sov. İKP işçilərinin erməni millətçilərinə liberal münasibəti bizə qətiyyən aydın deyil. Ermənilər öz başçıları ilə birgə demokratiyaya, yenidənqurmaya qarşı çıxır, dövlətimizin vahidliyini dağıtmağa çalışırlar. Biz Azərbaycan xalqının çoxgünlük və çoxmilyonluq iştirakçıla-rı adından sizi bu hadisələrin qarşısını vaxtında almağa çağırırıq. Hələ ki, gec deyil, hələ hadisələrə nəzarət olunur. Yoxsa sonrakı hadisələr üçün Azərbaycan xalqı məsuliyyət daşımır. 12.50. Nemət: 1) Pulu yalnız mənim göstərişımlə yığın 2) Həkimlər, ərzağı, suyu tez-tez yoxlayın: aramızda düşman əli var. Biz SSRİ Konstitusiyasının layihəsində olan suverenliyimizi məhdudlaşdıram maddəyə etiraz edirik. Bura gələnlərin hamısı tankı yarıb gəlib. Bacarmayanların gəlməsi lazım deyil. Adımdan xəbər yayılır ki, guya mən işə çıxmağa çağırıram. Belə deyil. 12.55. Xudu Xuduyev (fəhlə): Bütün hörmətli adamlarımız eyni şeyi təkrar edir. Hamımız Nemət qardaşı seçmişik, onun səsinə qulaq asmalıyıq. Arada gəzərək xalqı parçalamaq istəyənlərin şəxsiyyəti müəyyənləşdirilməlidir. Oxumaq, çıxış vaxtı keçib, iş görmək gərəkdir. Yaşasın Nemət! 13.00. Nemət: Mənim şairlərə, alimlərə, yazıçılara söz verməməyim onlara hörmətsizlik kimi qiymətləndirilməsin. 13.03. Seyfulla İzzətdust (İran fədaisi) - Mən çox şadam ki, sizin qarşınızda təzim edirəm. Sanıram ki, 40 milyonluq Azərbaycan xalqı qarşısındayam. 9 aydır ki, erməni daşnakları Azərbaycan xalqının əsəbləri üstündə rəqs edir. Niyə Kremlin rəhbərləri qulağına pambıq tutub, gözlərini yumub? Haradadır Seyfülmüluklar, Zorinlər (Moskva TV-nin müxbirləri), qoy gəlib həqiqəti görsünlər. Artıq bıçaq sümüyə dayanıb. Əkər Moskva tədbir görməyəcəksə bizdən əl çəksin. (Alqışlar). 1945-də Cənubi Azərbaycanda qardaşlarımız inqilab edib hökumət yaratdı. Pişəvəri başçı idi. İranı ala bilərdi. Xalqı aldatdılar. Moskvanın tələbi ilə Bağırov onları aldadıb bura çağırdı, xalq parçalandı. Biz keçdik gəldik bu yana. 4 gün Naxçıvanda institutun həyətində bizə yer verdilər. Sabahı gün Pişəvəri dedi ki, biz bura yeməyə gəlməmişik, məşq etməliyik Bir müddət belə oldu. Sonra onu Kirovabad yolunda qəzaya saldılar. Maşında yalnız Pişəvəri öldü, niyə? Onun şoferi indi də Yerevanda sağdır. Tələb edirik ki, onun qatillərini tapaq.

İmam Mustafayev dedi ki, bunların ağzından Amerika iyi gəlir. Bizi incitdilər. Pişəvərinin oğlunu elə günə saldılar ki, buradan qovdular. Pişəvərini katastrofa salan Yemelyaiov, Sumbatov (AzSSR KGB rəhbər işçiləri) idilər. 300 tələbəmiz vardı hərbi məktəbdə. onlar vətənə getmək istəyəndə hamısını Qazaxıstana sürgün etdilər. 37 qurbanlarını öyrənmirik. Niyə bəs bunlardan danışmırıq? Keçək öz hərəkatımızdan. Mən özüm BEMZ-də işləyirəm. Hamı hərəkatımızın mahiyyətini başa düşmür. Hər gün işə gələndə Nərimanov rayon PK təlimatçıları fəhlələri hədələyir. Kamvol kombinatının direktoru Hümbətov Ramiz qız uşaqlarını hədələyir. Fəhlələrin bir çoxu ehtiyatlanır. Deyirəm xalq öz müqəddəratı-nı özü həll etməlidir. Belə olsa adamlar özü inadkar olacaq. Yaşasın Azərbaycan! Kaş Şəhriyar bir-iki ay da artıq yaşayaydı. O deyir ki, ya tamam yan, ya oyan, Azərbaycan! (“Azər-bay-can!”). Mənim 70-ə yaxın yaşım var. Belə hərəkatı heç yanda görməmişdim. Bunu təşkil edənlər var: başda Nemət (yerdən “can Nemət!”) və yoldaşları. Gəlin onu “Ne mət Babəkoğlu” adlandıraq. 13.20. Nemət: Kimi çox tərifləyirlərsə onu yıxmaq istəyirlər. (Gülüşmə). Bu hərəkat xalq hərəkatıdır, onu bir adamın adına bağlamaq olmaz. Nemət xalq zərrələrinin biridir. Eşq olsun Azərbaycan xalqının birliyinə! 13.21. Gəncədən gələn professor Bağır Bağırova söz veririk: Gəncə həmişə qeyrət, namus ocağı olub. Onlar nümayişimizi eşidən kimi tələblərinizi müdafiə etdilər və sonadək sizinlədir. Azərbaycana uzadılan əl biləkdən yox, dibdən kəsilməlidir. Biz çörək dilənçisi görmüşük, torpaq dilənçisi yox! Onlara ar olsun! Mən Gəncədən küçələrdə 6 yaşdan 60 yaşadək adamların əlində Azərbaycan bayrağını gördüm. Biz qələbə bayrağını sonadək aparacağıq. 13.25. Nemət: Bütün rayonların nümayəndələri bir yerə toplansın. İndi isə teleqramlarla tanış olun. Bu gün bu meydan boşaldılmamalıdır! 13.26. Ərəbistandan gələn. Ərəbcə “Yasin”in 3 ayəsini oxudu. Yaşasın həmrəylik. Sağ olun! 13.29. Nemət: Adımı türkləşdirirəm: Nemət Əhəd Pənahlı! 13.30. Teleqramlar (seçilmişlər): Ordubad rayonu, Ağdam 1 ¹-li musiqi məktəbi, Martuni r-n Əmirallar kəndi, Şahbuz rayonu, Qax, Ordubadın Ünüs kəndi, Laçın rayonu Bağadin kəndi: “Biz, 8-inci sinif şagirdləri sizə qoşuluruq. Bölünmüş ürəklə heç kəs yaşaya bilməz”. Teleqram: “Naxçıvan MSSR Pedaqoji İnstitutunun müəllimləri sizinləyik”. Şuşa sanatoriya kollektivindən, Naxçıvan Elm Mərkəzindən, Şamxorun Zəyəm kəndindən Maya bacıdan, Ağdam rayonu Cəhri kəndi, Leninqraddakı Azərbaycanlı gənclərdən: “Leninqraddakı Azərbaycan gəncləri sizinlədir”. Ağdamlı qızlardan: “Bakı, Lenin meydanı, Nemət yoldaşa! Sizə alqışlar!”. Mingəçevir, İliç-Dəmirçi, Ovançalaq kəndi, Bakı şəhər lombardı aclığı dayandırmağa çağırır (32 nəfər). Şamxor R.Əliyev ad. sovxoz, Puşkin və Saatlıdan, Qubadan Sultanov Qəribdən: “Moskvada Azərbaycan SSR nümayəndəliyinə! Paytaxt ictimaiyyətinə Azərbaycan milli hərəkatı haqqında məlumat verilsin”. Teleqramlar çoxdur. 13.37. Nemət: Akademik Saxarov ABŞ-da deyib ki, erməni xalqı yeni genosid qarşısındadır. Onlara özlərini müdafiə üçün qoşun hissələri yaratmağa icazə verilsin. Azərbaycandakı qoşun hissələri çoxaldılsın. Bununla bağlı: 1) Tələb edirik ki, Azərbaycandakı vəzifəli ermənilər işdən çıxarılsın; onların xəyanətləri indi də üstümüzdədir. 2) Adımızdan şayiə yayanlara ar olsun ki, guya biz camaatı işə çağırırıq. 13.40. Məmməd Arazın xalqa müraciətini Sabir oxudu: - Siz xəyanətə qarşı dayanmısınız. Erməni xalqını fəlakətə aparanlar bilməlidir ki, lazım gəlsə bizim qol gücümüz var. Bu hadisələrdə Bəxtiyar kimi müdrik ağsaqqallarımız, Nemət, Sabir, Əbülfəz kimi igidlərimiz var. Mən respublika rəhbərliyini sizi başa düşməyə, sizi isə onların nüfuzunu gözləməyə çağırıram. Son qələbəyədək möhkəm durun. 13.43. Çingiz Əzizi (Moskvadan): At minənindir. Aclıq elan edənlərin gözlərinə baxdım. Onların baxışları tanış idi. Sizin baxışlarınızdan da oxuyuram ki, bu haqq işdən geri çəkilməyin. 13.49. Sabir təşkilat komitəsinin üzvlərini saat 3-də zala çağırdı.

13.46. Nemət: Mən zalın əleyhinəyəm. Bəlkə də camaatı zala çağırıb aldatmaq istəyirlər. Xalqın taleyi bağlı otaqda yox, bu meydanda həll edilməlidir. Xalqın tələbinə cavab verilməyincə heç yana dağılışmırıq. Təşkilat komitəsini kim təşkil edib ki, mən bilmirəm? 13.50. Sabir: Bütün bu işləri bir adam dağ da olsa yerinə yetirə bilməz. Ona görə də təşkilat komitəsinə ehtiyac var. Biz istəyirik ki, yardımları sistemləşdirək. Xarici radiolar hərəkatımızı təhrif edən materiallar verirdi. Yoldaşlarımız xarici dalğalara çıxdı, müsahibə verdik. Dünəndən obyektiv, həqiqətə yaxın məlumat verməyə başladılar. 13.55. Nemət: Mən demirəm ki, hər şeyi özüm həll etmək istəyirəm. Sadəcə, Sabiri siyasi cəhətdən aldada bilərlər, onu kənara çəkə bilərlər. Gərək belə şeyə razı olmasın. Xalqın taleyi indiyədək saraylarda necə həll olunubsa bizə yaxşı məlumdur. Bu turbinada hər şeyi müzakirə edək, xalqın içində. Başqa yerə getməyəcəyik. Kim təşkilat komitəsi üzvüdürsə bura gəlsin. Bu, Sabirlə mənim parçalanmağım demək deyil. 14.00. Mikrofon bağlandı. Bir neçə gündür ki, ayaqyolu üçün bulvarda səyyar maşın qoyulub. Üstündə iki yerdə təbaşirlə yazılıb: “Vazgenin evi”. Fasilədə camaat bulvara da yayıldı. Yeni çadırlar qurmağa başladı-lar. 14.32. Divar “təqvim”ində “noyabr” ayının altında “26” da yazılıb, sonra “dekabr”, “yanvar” da əlavə olunub, altı boş qoyulub. 200-01-87 - “Nyu-York Tayms qəzetini Moskva müxbirinin Bill Kellerin telefonu. Deyilənə görə Cabrayıl rayonunda Xudafərin körpüsü yanında sərhəd məftillərini dağıdıblar. Dünan 10-11 radələrində (gecə) “Bakı” univermağı tərəfində əsgərə hücum olub azərbaycanlı pasportu ilə, sonra məlum olub ki, Sərkisyandır. (Məlumatı Rəhbər Bəşirliyə rəsmi bir yoldaş verib). İndiyədək 42 erməni araqarışdıran tutulub. Başqa bir erməni də tutulub; o da camaatı əsgərləri qırmağa çağırıb Bak. Sovetdə metro ilə üzbəüz (24-ü). 15.00. Ərəb tələbələri (ümumiyyətlə, xaricilər) baş tribunaya qalxıb, əllərini qaldıraraq həmrəyliklərini bildirdilər. “İzvestiya” qəzetinin 134 minlik nüsxəsi çap edilməmiş qalır (dünən və bu gün); mətbəə işçiləri tətil edib. Mirzə İbrahimov, Süleyman Rüstəm… 10 gündə bura ayaq basmayıb. Ancaq N.Xəzri və M.İbrahimov “Kommunist” qəzetinə müsahibə, şer veriblər. 15.16. 5No-li xəstəxama kollektivi gəldi. Şüarları: “Pravda” sussa da həqiqət susmamalıdır!”. 15.20. Meydanın ortasında 15 balaca uşaq valideynlərinin əhatəsində “ansambl” düzəldib “Qarabağ bizimdir”, “Bakı gözəl şəhərdir, ermənilər olmasa” oxuyur. 15.25. “Sumqayıt sizinlədir!”. (Maşın gəldi). Göyçay, Ağdam, Ağsu, Şamaxı, Masallı, Şəki və b. rayonlardan da ərzaq maşınları axır. 17.20. Nemət baş tribunaya çıxdı. Əsas mikrofon işləmədiyindən sonradanqoyma mikrofondakı danışığı eşidilmir. Söz-söhbətdən: Vəzirov deyib ki, gedirəm Moskvaya. Əgər “həri” dedilər - gəlirəm, demədilər Bakıya qayıtmıram. (Qədeşlərin söhbəti). Az. TV 2 gündür ki, tətil edir. Ən mühüm xəbərləri və kamera musiqisini verirlər. 17.35. Sabir: - Şamxor rayonu zəhmətkeşləri təklif veriblər ki, “İzvestiya”nın baş redaktoru Laptev deputat kimi geri çağırılsın. Başqa deputatlar da (Azərbaycandan kənarda işləyənlər) Azərbaycan xalqının ümumi rəyi ilə geri çağırılmalıdır. Vəziyyət çox gərgindir. Heç bir qüvvə, heç bir dövlət adamı xalq işi yolunda mənə təsir göstərə bilməz. Biri məndən soruşur ki, burada dəstə çoxdur, sənin də dəstən var? Dedim ki, mənim dəstəm xalqdır. Tək mən, tək Nemət bu hərəkatı idarə edə bilməz. Bu hərəkatı idarə etməyə ağsaqqallar gərəkdir. Zaman özü hər şeyi aydın göstərəcək. Heç kəs bütün ağırlığı öz üzərinə götürməsin. Bu saat Bakının komendantı cilov gəmirir. Özümüzü, gücümüzü labüd toqquşmadan qoruyaq. Biz bu hərəkatı itkisiz sonadək apara bilsək... İstəmirəm ki, yolun başlanğıcında aramızda pərənpərənlik düşsün. Fəhlə sinfinə qurban olum, ancaq fəhlə sinfi vaxtı ilə Nərimanova qulaq asırdı. Ziyalılara qulaq asmaq gərəkdir. Mən bəlkə də ziyalı adamam, barışdırıcı mövqe tuturam. Azərbayca-nın yaxşı ziyalı oğullarına eşq olsun! Bəzən mən tərəfkeşlik edir, yazıçılara, şairlərə çox söz verirəm.

Bu xalq hərəkatının mahiyyətini nə Moskvada, nə də başqa yerlərdə bilmirlər. Biz Bakıda, Moskvada maneələri qırmalıyıq. Mən bura uzanan barmaqları görürəm. Bizim MK-nın I katibi ilə, başqaları ilə davamız yoxdur. Demişəm ki, Moskvanın qarşısında bu qədər yumşaq olmayın. DQ partiya təşkilatı ləğv edilməlidir. Bunu bacarmasalar xalqı itirəcəklər. Xalqı itirən başçılar bədbəxtdirlər. Biz çox vaxt itirdik. Qoy bu əzəmətli binada oturanlar xalq qarşısında danışsınlar görək hansı dildə danışacaqlar? Onların içində nazirlər var ki, cib doldurmaqdan başqa işi yoxdur. Yığıbsa indiyəcən halalı olsun, ancaq bundan sonra xalqa xidmət etsin. Xalq var, rəhbər var. Xalq olmasa kimə katiblik edərlər? Katiblər xalqı kor günə qoyublar. Ata uşaqları, təcili komsomol məktəbi qurtarıb, partiya məktəbi qurtarıb təcili partiya işinə qoyulur, inəklə öküzü seçə bilmir. Xalqımız birləşib iradə göstərməli, belələrinə qarşı mübarizə aparmalıdır. Biz istəyiriksə gərək “yuxarı” ilə “aşağı”nı birləşdirək. Biz gedənin dalınca söyməyə öyrəşmişik. Respublika dolusu hörməti olan adamları itiririk. Biz bir olmağı öyrənək. Gedənlərin hamısı pisdir. Bəs kim yaxşıdır? Gözləyək, tədbirlərimiz həyata keçsin (tətillərimizi davam etdirməklə). İndiki şəraitdə öz gücümüzü, iradəmizi göstərək. Mən istəmirəm ki, gənclərimiz ordu ilə üzbəüz gəlsin. Mənə deyəcəklər ki, sən xalq hərəkatı-nı parçalamaq istəyirsən. Ancaq öz adımdan deyirəm. Gəlin ölçüb-biçək. Nemət “İzvestiya” qəzetinin müxbirinə intervü verir, gələcək. Qadınlarımız Azərbaycan KP MK-ya müraciət edib. Xalqımızın etibar etdiyi vətən... Xalqın səbrini sınağa çəkməyin. Siz xalqın tələblərinə tankla yox, haqla cavab verməlisiniz. Mitinq iştirakçılarına bütün analar öz südlərini halal deyiblər. 18.00. Əbülfəz yaradılıb. 2 bölməsi var - biri Lenin prospektində, biri isə dəniz kənarındakı böyük çadırda yerləşir. Xalq Cəbhəsini hər adam yarada bilməz (respublika üzrə). Ayrı-ayrı rayonların cəbhəsi olmaz. Məsələn, “Şamxor Xalq Cəbhəsi” nə deməkdir? Təxminən 600-700 ilk cəmiyyət Xalq Cəbhəsində birləşir, sonra 1000-2000 nəfər qurultay keçirilir. Xudafərinin hər iki tərəfində nümayişlər gedir. Şimalda 6000 adam, cənubda 700 adam var. Söhbət edirlər. Ortada əsgər durub. Onlara deyiblər ki, hərəkatımızı Cənubda müdafiə edin. Təbrizdə də nümayişlər başlayıb. Azərbaycan xalqının ən böyük idealı birləşməkdir. Bunun işıqları görünür. Bu gün burada məşq keçənlərə eşq olsun! 18.10. Bakı Baş Tikinti İdarəsinin fəhləsi Salamov: Gəlin həmrəy-liyimizi bərpa edək. Xalqın bütün ziyalılarını buradan uzaqlaşdırmaq olmaz. Fit çalmaqla Ziya Bünyadovu, İmam Mustafayevi buradan uzaqlaşdırmısınız. Bizə Ziya, bizə Bəxtiyar gərəkdir. Həsən Həsənov bizə “dağılın” dedi? Yaxud Tatlıyev yoldaş?.. (Fit). Deyin görək 10 gündə nəyə nail olmuşuq? Dünən deyildi ki, güclü qol, ağıllı baş da lazımdır. Bizim qolumuz var, ağıllı başımız yox! MK da, Ali Sovet də bizi müdafiə edir, ancaq onların təsiri azdır. (Fitə basdılar). Vazgen dünən bizi yenidən biabır edib. Niyə? Ona görə ki, xalqımız rəhbərlikdən, ziyalılardan ayrı düşüb. Gəlin sabahdan onları dəvət edək. 18.20. Leninqradlı (rusca): Mən öz gözlərimlə gördüm ki, xalq öz azadlığı, torpağı uğrunda vuruşur. Söz verirəm ki, əsl həqiqəti xalqa çatdıracağam. Sakit nümayişdir. Bəs niyə hökumət qoşunları bura yığıb? Torpaq sizindir, siz də ağalıq edin. Onun uğrunda vuruşurlar. Biz sizinləyik. Çox sağ olun (azərbaycanca). 18.22. Kimsə (rusca): Avtobuslar işləməlidir. Söz vermişik ki, tələblərimiz yerinə yetirilməyincə heç kəsi işə aparmayacağıq. Biz pulsuz işləyirik. Araz boyu Astara tətil edir. 18.25. Nəriman Həsənzadə: Sero Xanzadyan Koroğlunu “quldur” adlandırır. Ar olsun erməni yazıçılarına ki, Azərbaycan xalqının tarixini danırlar. İş o yerə çatıb ki, guya biz “Dədə Qorqud”u da ermənilərdən götürmüşük. (Şer dedi). 18.28. Aktyor Mikayıl Mirzə: Üç məlumat. “Amerikanın səsi” dünyaya bildirdi ki, Azərbaycanda böyük hərəkat başlanıb və onun başçısı 26 yaşlı Nemət Pənahovdur. (Sürəkli alqışlar). Hardandır bu güc? Nemətin ruhuna çökən güc sizin gücünüzdür, Babəkin gücüdür. 2-ci məlumat. Saxarov, təfriqəçilər, Vətənimizin birliyinə qənim kəsilənlər bildirib ki, erməniləri yenə qıracaqlar, onlara qoşun verilməlidir. 3-üncü məlumat. M.S.Qorbaçova deyiblər ki, bu hərəkat nə vaxt qurtaracaq? O da deyib ki, bu, perestroykadır, ona görə də bundan qorxmaq lazım deyil.

Nəinki on gün, on il də vuruşmalıyıq. Pişəvəri deyib ki, içində yuva salmış qorxunu ayaq altına salmalısan. Bu gün xalqımız bu qorxunu salıb ayaq altına. Gəlin bir bayatını bir yerdə oxuyaq. Akif Mehmet: O yaram, Köz-köz olub o yaram. Sənə yad bir göz baxsa Barmaq salıb oyaram. Mən Turan torpağıyam. Qulaq asın mənə: iki Nemət var. Onun biri bizim Nemətdir; onu Allah göndərib. Biri də Allahın Nemətidir. Torpaq müqəddəsdir, torpaq Allahdır, əbədiyyətdir. Versən quru yerdə qalarsan, kölə olarsan. (Anaların uşaq üstündə davasını söylədi). Torpaq - uşaq onu saxlayanındır. Torpaq, doğan ananındır, torpaq bizimdir. Topxana meşəsi yuxumuza girir. O bizim babalarımızın, gələcək balalarımızın qoluna vurulan baltadır. Sonra şer dedi: “Tfu zatınıza!” (3 dəfə). 18.40. Sürücü Elman Məmmədov: Sabahdan bütün sürücülər xalqı pulsuz daşıyacaq. 18.41. Sirus: - Niyə Ərdəbilin Neməti bu gün bura gəlmir? Qarabağ Azərbaycanın içinə qoyulan atom bombasıdır. Gəlin yaponların yolunu tutaq; o, Amerikaya dedi ki, mənə imkan ver, səni cani saymayacağam. İndi isə Amerikanı dizi üstə çökdürüb. Çoxları deyir ki, heç nəyə nail olmamışıq. Ancaq hamımızın bir yerə yığılıb bir sözü deməyimiz böyük nailiyyətdir. Şəhriyarı basdırdıq. Onun matəmində iştirak edə bilmədik. Bu dərd bizi iş görməyə qoymur. Mən bu tribunadan Pribaltika xalqları ilə həmrəyliyimizi bildirmək istəyirəm. Mənim fizik dostuma Pribaltikada deyiblər ki, 15 respublika arasında yalnız Azərbaycan öz başını saxlayıb Amerika səviyyəsinə çıxa bilər. Xəzərin nefti ilə Xəzəri məhv edirik. Neftimiz harada işlənir? O əsgərlərin tankları mənim neftimlə işləyir, paltarı mənim pambığımdan-dır. Xudatdaydım. Xalq bizimlə həmrəydir. Bir kilo buzlu ətlə Koroğlu yerişini yerimək olarmı? Yer əkmək qadağandır və s. qadağandır. Bu sərvətin, xəzinənin içində dilənçi yaşayı-rıq. Bəs deyilmi? Xudu Məmmədov dedi ki, elmimizin də qarşısına suallar qoyurlar ki, bunu etməlisən. Əsgərlərə rusca müraciət etmək istəyirəm ki, biz sizi yedirə bilərik. Ancaq bizim özümüzü yeməyə qoymurlar. Biz burada güclü oluruq, işdə isə acizləşirik. Vəzifələrdəki satqınları devirməliyik. Mən partbiletə od vurmaq üçün gəlmişdim. Əgər tələblərimiz yerinə yetməsə, bizə qarşı siyasət dəyişməsə yandıracağam. Fransada 84 faiz adam deyib ki, mən xoşbəxtəm. Bizdə isə 4 faiz özünü xoşbəxt saya bilir. Fəhlələr dedilər ki, 25 ildir Bakını tikirlər, ancaq evlərimiz yoxdur. Camaat türmədə qəzet buraxır, mən isə xalqın sözünü deyə bilmirəm. Ərzaq və tikinti tətil etməməlidir. 18.45. İlyas Bədəlov (BBTİ sədrinin müavini): Sizə səs veririk. 19.00. Səttar Vahabov: Hamınıza eşq olsun. Qazan daşır. Gəlin tələb edək ki, hökumət tələbləri yerinə yetirsin. Fabriklər, zavodlar öz işini dayandırsın. (“Tətil”). Sabir: Ayın 24-ündə “Vışka” qəzeti “Bakı fəhləsi” zavodunun fəhləsi adından müsahibə verib ki, zavod işləyir. Əslində zavod 4 gündür işləmir. 19.05. Pişəvarinin bacısı qızı Rəfiqə xanım: Gün o gün olsun ki, Vahid Azərbaycan birliyini bayram etmək üçün bura yığışmağımızı arzu edirəm. 19.08. Şu Əbülqasım Novruzov: Bu gün Şuşada böyük mitinq olub. Həmin mitinqdə Şuşanın ziyalıları çıxış edib. Bu gündən etibarən Topxanada iş dayandırılıb. (Vurnuxma, uğultu). 19.11. Sabir Azəri: Hamımız sizinlə həmrəyik. Niyə bu günə düşmüşük? Çünki həmişə susmuşuq. İlk günlər bizdə çaşqınlıq vardısa indi mütəşəkkillik var. Sizə təzim edirəm.

19.13. Mirəli Seyidov: İki gün qabaq burada çıxış edərkən “böyük Ermənistan” xəritəsini göstərdim. Dedim ki, indi ermənilər Artsax adlı respublika yaratmaq istəyirlər. Bu gün bir addım geri çəkilsək, onlar daha da qızışacaqlar. Biz soyuqqanlılıqla hər şeydən qabaq DQ-ın muxtariyyəti-nin ləğvini istəyirik. Bu gün onlara güzəştə getsək on il sonra başqa hoqqa çıxaracaqlar. Biz əlbir olsaq Qarabağ bizim olacaqdır. 19.20. Nemət: “İzvestiya” qəzeti müxbirinə hər şeyi demişəm. İndi isə aclıq elan edənlərin yanına getdi müxbir. 19.21. Əli kişi (ruhani): Quran bizim üstümüzdədir. Haqq bizimlədir. Biz heç kəsin torpağına girməmişik, heç kəsi də torpağımıza buraxmaya-cağıq. Əli Quranlı gəlmişəm. Quran arxanızdadır. Həmişə can sağlığı arzulayıram. Allah-taala Quran naminə bizə kömək olacaq. Torpaqlarımızı, dinimizi azad edəcəyik! 19.25. Əliyev Əhməd (ADU): Mübarizəni dayandırmayın. (Tələbləri saydı). 1) DQMV ləğv olunsun. 2) Poğosyan başda olmaqla daşnak partiyası cəzalandırılsın. 3) Fitnəkarlığın səbəbi olan “Krunk”, “Qarabağ” cəmiyyətləri, təşkilatları mühakimə olunmalıdır. Vazgenlər, Ağanbeqyanlar, Kaputikyan-lar cəzalandırılmalıdır. 4) Ermənistandan gələn azərbaycanlılar yalnız DQ-da yerləşdirilsin. (“Nemət”, “Nemət”!) Sizin etirazınız ən son həddir. Ancaq sağlamlıq da gərəkdir. 19.30. Mühəndis qız Abbasova: Biz hamımızı vətən oğlu saymalıyıq. Çünki aslanın erkəyi-dişisi olmaz. Tələb edirəm ermənilər torpağımızdan rədd olsunlar. Respublikamız təsərrüfat hesabına keçsin. Ana dilimiz olmasa nə birlik olar, nə də müstəqillik. Biz türkük, cinsimiz uludur. 19.35. Sabir: Hamınıza dözüm, səbr arzulayıram. Əmin-amanlıq pozulmasın. Azərbaycan xalqı öz gücünü bütün dünyaya göstərəcək. Mitinq bağlandı (19.36). Mehmanxanalardan həftədən çoxdur ki, xarici turistlər götürülüb. *** “Ermənisən, ölməlisən, vəssalam!” (yeni xor mahnısı). Böyük bir şüar: “Öz ana dilini bilməyən satqındır!”. “Günün ekranı”nda Bakı şəhər PK plenumu haqqında məlumat verildi. Sabah qərar dərc ediləcək. Vəzirov çıxış edib. Sonra bir neçə adamın DQ hadisələri haqqında fikri verildi. Hamı mitinq iştirakçıları ilə həmrəy olduğunu bildirdi. *** Bu gecə meydanda adam çoxdur. Ən azı 70-80 mun nəfər var. Çoxluğa səbəb budur ki, bu gecə meydanın əsgərlər tərəfindən alınması qorxusu var. Meydanda, bulvarda 250-300 tonqal olar. Bir çox yerlərdə dəmir sobalar qoyulub. Hökumət evi qarşısındakı (tuşundakı) fəvvarələrin (indi işləmir) dörd yanı bu gün çadırlarla dolub. Hərəkat getdikcə şaxələnir, qol-budaq atır. Dostum Bəhram Zeynalovla rastlaşıb yenə “düşərgə”ni gəzirik. Hər söhbət (danışıq hər yerdə birlikdən, milli təəssübkeşlikdən, Vətən taleyindən gedir), hər gördüyün mənzərə ürək açır. 21.30. BK plenumunda Vəzirovun çıxışı meydana radio ilə öz səsi ilə verildi. Topxanadan tikinti materiallarının aparılması xəbərini alqışladılar, işə çıxmaq təklifinə isə “tə-til” sözləri ilə cavab verdilər. “Böyük Vətən müharibəsi əlili İsmayıl İsmayılov haqq işi uğrunda aclıq elan edib. Buna son qoymaq üçün Xalq Cəbhəsi qəti tədbir görməlidir”. (88-55 AQ “Zaporojets”) 22.50. Meydanda (bulvarqarışıq) 200 minə yaxın adam var. Çadırlar meydanın ətrafını bürüyüb. Hər təşkilat, idarə özünə bir çadır qurub. Metro tikintisi işçilərinin çadırında qonşumuz Nəriman Əzməmmədovla çay içirik. Çox şən uşaqlardır. Deyilən hər rus sözü üçün 10 qəpik cərimə alırlar. Birisi gəlib dedi ki, Moskvadan yenə bizi göstərmədilər. Soruşdum ki, “Vremya” demədi? O saat məndən də 10 qəpik aldılar. Akademiya dal-dala iki çadır qurub. Birinin qapısı üstündə yazılıb: “Tərəqqi” cəmiyyəti. Azərb. SSR Elmlər Akademiyası”. Çadırın ağzında Azərbaycan Demokratik Respublikasının bayrağı dalğalanır. B.Sərdarov adına poladəritmə zavodunun fəhlələri də iri çadır qurmuşlar. Başqalarında olduğu kimi burada da oturmuşlar, dincəlir, söhbətləşirlər. Stolun üstündə siqaret, çay qoyulub. İstəyənlər alıb işlədir. Bir çadırda ciddi fikir mübadiləsi gedir, Türkiyəyə bizim, rusların və ermənilərin münasibəti müzakirə olunur.

“Abşeron” mehmanxanası tərəfdə şəxsi maşınlar əsgərlərin qarşısında yan-yana düzülüb (iki cərgə) tankların hər ehtimalla içəri girməsinə maneçilik üçün sədd düzəltmişlər. Burada içəri girən hər bir şəxsin pasportunu bizimkilər özü yoxlayıb buraxır. “Azərbaycan” mehmanxanası tərəfdə isə maşınlara ehtiyac olmadığından (burada meydana girən yolları bir neçə gündür ki, iri KamAZ maşınları kəsib) tank qorxusu da yoxdur. Ancaq tələbələr buna baxmayaraq növbətçilik təşkil edib əsgərlərdən 20 metr aralıda özləri bir cərgə düzülüblər. 23.50. Soldklı birinci tribuna həmişəki kimi yenə coşğunluqla dalğalanır. Bu hatəmiçi uşaqlardakı tükənməz coşğunluğa hamı heyran qalır. Onlar həm xorla oxuyur, həm də əl-ayaqla hərəkət edirlər. Çoxunun başında qırmızı lent var, (üstündə “Qarabağ”, yaxud “Azərbaycan” yazılıb). Qırmızı lent qızların da başında nadir şey deyil. Onu deyim ki, meydanda istənilən cür, istənilən əqidəli adam var. Həlledici kütlə, əlbəttə, xalq işinə bütün canını, qanını verməyə hazır olan gənclərdir. Bir hissə isə (çox az) yalnız maraq ucundan gəlib. Cüzi, əhəmiyyətsiz, 1-2% təşkil edən zümrə isə hansı məqsədləsə özünü bura soxanlardır. Onların da olmasını bütünlüklə təbii sayıram. Çünki bu, hərəkatdır və hərəkatda hər şey mümkündür. İki gün qabaq baş verən hadisəni indi də unuda bilmirəm. Gündüz maşınla camaata alma paylayırdılar. Bir qadın isə zənbilini çıxarıb yeşikdən almanı ora doldurmağa başladı. Mən tribunanın səkisində, yuxarıda idim, qadın isə aşağıda. Özümü saxlaya bilməyib dedim ki, yığ, yığ, bu almaları ki sən uşaqların boğazından kəsməyə qıyırsan, onları sənin goruna tökəcəklər. Arvad altdan yuxarı mənə baxa-baxa qaldı (elə bilirdi ki, onu heç kəs görməyib). O qədər əsəbiləşmişdim ki, qadının sifətinə belə baxmağa iyrəndim və tez oradan uzaqlaşdım. Bilmədim ki, almaları apardı, ya yox. Deməkdə məqsədim budur ki, bu cür təsadüfi adamlar da içəri düşür. Ancaq bu gecə adamlara yemək və adyal, döşək gətirən, odunu dağ kimi meydana qalayan 100-dən çox maşını görəndə həmin qadının varlığı qətiyyən hiss olunmur. Bu gecə adyallılar da çoxdur. Kimsə bir maşın təzə adyal göndərib. Bir çoxları iki nəfər bir adyalın altına sığınır. Tonqal ətrafın-dakıların çoxu üstünə adyal atıb. Bu milli qurtuluş hərəkatının iştirakçıları arasında qızları, qadınları xüsusi göstərmək gərəkdir. Onların kişiliyi döşü ulduzlu, deputat nişanlı, fəxri adlı, yüksək titullu bir çox “ziyalı”lara örnək olmalıdır. Evləri əsasən Hökumət evinin arxasında olan bu manqurdlar xalqın içinə düşməyə qorxurlar (birdən MK xəbər tutar!). Yəqin ki, onlar bura toplaşanlara vəhşi, “çuşka” kimi baxır, ürəklərində onları söyürlər... 27 NOYABR, 1988. 00.25. Yataqxana qonşum Nərimanla birgə bulvarı gəzirik. Əsgərlə-rin yanından ötdük. İki əsgərin qalxanına gül sancılmışdı. Yəqin ki, camaat vermişdir. Yazıq əsgərlər komediya iştirakçılarına bənzəyirlər. Boş-boşuna saatlarla ayaq üstə dururlar. Nəyə çağırılıblar, nə iş görürlər? 01.25. Çadırların (irili-xırdalı) sayı 100-ü keçib. Nərimanla birgə bir neçəsində olduq. Demək olar ki, hamısında diskussiya gedir. Onlarda uzanıb yatanlar da var, çay içənlər də. Minlik lampalar çadırların içini gündüz kimi edib. Camaat yeməkdən korluq çəkmir. Ancaq xoşa gəlməyən şey odur ki, çörək çox atılır. Hara baxsan qalaq-qalaq yığılmış çörək görürsən. Meyvə də artıqlıq edir. Son iki gündə meydanı yaxşı təmizləmirlər, ona görə zibil çoxalıb. Gecə saat 2-nin yarısı olmasına baxmayaraq tribunadakı uşaqların (tətilçilərin) qışqırtısı, şüar çağırmaları dayanmayıb. “Azərtürk”, “Qarabağ”, “Azərbaycan” oxumaları ən uzaqdan eşidilir. Bu günlərin əlamətdar səciyyələrindən biri: hamı bir-biri ilə son dərəcə mehribandır, dalaşanlar, demək olar ki, yoxdur. Qızlara xüsusi ehtiram var. Görəsən, öz millətinə sevgi bu hərəkat qurtarandan sonra da yaşayacaqmı? Bu suala həyat özü düzgün cavab verəcək. *** Aclıq elan edənlər: 17.11.1988. Allahverdiyev Fəraməz Novruz oğlu. İliç r-nu. Xalq Təsərrüfatı İnstitutu, IV kurs. 19.11.1988. Nuruyev Rafəddin Mikayıl oğlu. 1963. Lənkaran rayonu. İnşaat texnikumu, III, kurs axşam şöbəsi, neftçi-fəhlə. 19.11.1988. İsgəndərov Əlağa İsgəndər oğlu. 1969. Zəngilan rayonu, XXI qurultay adına gəmi təmir zavodu, qaynaqçı. 20.11.1988.

Quluyev Elşən Əlişəfi oğlu. 1964. Qobustan qəsəbəsi, Bakı dərin özüllər zavodu, qaynaqçı, kommunist. *** Bu qeydlər aclıq elan edənlərin çadırı üstündə yazılmış, hər adamın fotosu da vurulmuşdur. Çadırda bu şüar da var: “Bizim qidamız - sizin gücünüzdür, sizin gücünüz - birlikdir!”. Aclıq elan etmişik: 17 / 18 / 19 / 20 / 21 / 22 / 23 / noyabr / 24 / 25 / 26 / 27 2.30. 4 yerdə meyxanaçılar dəstəsi “işləyir”. Biri Neməti təriflə-yir, meyxana deyir, birisi Qorbaçovu “tərifləyir”, birinin qafiyəsi “Bakı gözəl şəhərdir - ermənilər olmasa”dır, o birisi isə yenə siyasi mövzuda hər şeydən, hər yerdən danışanlardır. İlk günlər işləyən çayxana dayanıb, çünki çadırlarda çay verilməsi onu aradan qaldırıb. Meydanın aşağısındakı ağaclıqlar başdan-başa tonqallar və çadırlarla doludur. Çadırlarda yatanlardan başqa fəvvarənin çökəyində divarın dibinə qısılıb yatan nə qədər tələbə var! Xor: “Ermənisən, ölməlisən, vəssalam!”. “Harda gördün erməni, vur başına gülləni!”. 3.00. Tonqalların sayı gözəyarı 500-ə çatıb. Uşaqların əyləncə yeri olan attraksionda uşaqlar “futbol” oynayırlar - köhnə bir vedrəni top ediblər, oyuncaq maşınların elektriklə hərəkət etdiyi meydançanı isə stadiona çeviriblər. Uşaqların çoxu altına vur-tut bircə karton salıb, yaxud taxtanın üstündə uzanıb. Çoxunun üstü açıqdır. bəzən də beş-altısının üstünə bircə adyal örtülüb. Qızlar oğlanlara, oğlanlar qızlara qısılıb, oturduqları yerdə tonqal başında yuxulayıblar. Bu on gün onları bacı-qardaşdan da əziz edib, doğma-laşdırıb. Şahmat oynayanları da, axır ki, gördüm! 3.20. “Jiqulinin” üstündə əl televizoru quraşdarmışlar. Çox adam toplaşıb baxır. Moskvadan xəbərlər verirlər. 6.00. Çadırlara girib dedilər ki, hamı meydana toplaşsın, tanklar içəri girə bilər. Soldan sağa üç tribuna doludur, dördüncüdə də on-on beş adam var. İndi aparıcılıq 2-ci tribunaya keçib. Saat 5-ədək bir saniyə belə fasilə vermədən oxuyan 1-inci tribunanın uşaqları indi süst düşüb. Səhər-səhər gördük ki, bir sürü qoyun gətiriblər. Dəvəçidən ağ balıq (nərə balığı), 2 maşın toyuq (20 min manat da pul) gətiriblər. Maşın-maşın ət də gəlir. Ancaq ən fəal iştirak edən Quba rayonudur. Oradan gələn maşınların, demək olar ki, ardı-arası kəsilmir. Lənkəranlılar da hərəkatımıza çox dərin məhəbbətlərini sıx-sıx gələn refrijeratorlarla göstərirlər. *** Erm. SSR-də Meğri rayonunda ermənilər dəmir yolunu partladıblar ki, Naxçıvana qatar getməsin. İndi Naxçıvana yalnız gündə 4 dəfə təyyarə işləyir. *** Tətil edən fabrik və zavodlar (neft zavodlarından başqa hamısı): kondisioner zavodu, soyuducular zavodu, şin zavodu, BEMZ, “Ozon” zavodu, “Ulduz” zavodu, B.Sərdarov adına zavod, poladtökmə zavodu, Tağıyev kombinatı, radiozavod, gəmi təmiri zavodu, kamvol kombinatı, 7-ci dövlət diyircəkli yastıq zavodu. *** Hüseyn Quluyev adlı qoca bir kişi (69 yaşı var, Qaradağ, Sahil qəsəbəsi, əsli Vedidəndir) camaatı tələbləri yerinə yetirilənədək nümayişi davam etdirməyə çağırdı. Cavabında: “Biz ölərik, meydanı tərk etmərik!” (xor). 6.50. Bayatı (xorla): Əzizinən get, qayıt, Qarabağa get, qayıt. Əhməd ilə fəxr edir Bizim doğma Sumqayıt. 7.50. Döşündə Şax İsmail Xətainin şəkli vurulmuş (rəmz kimi) gənclər görünməyə başladı. Geologiya İnst-un labaratoriya müdiri Adil Bağırov öz işçilərini nümaişlərə buraxmayıb. Çoxlarının isə maaşını yazmayıb. Yazı “Vizantiyskaya oslovitsa: “Armyanskiy druq xuje vraqa”(“İstoriə çeloveçestva”, 1895, t. V, str.60)”. 21.45. Camaat meydana çağırdılar ki, əsgərlər gələ bilər. Tələbələr oxuyurlar (xorla):

“Ay camaat, getməyin, Meydanı tərk etməyin!” 22.00. Əsgərlər “Abşeron” mehmanxanası tərəfdə 2 cərgə düzüldülər. *** Yeni şüar: “Bir millət özünü tanımayınca hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. N.Nərimanov”. (Təx. 1 m. eni, 20 m. uzunu). 22.15. “Azərbaycan” mehmanxanası tərəfdə əsgərlər bir cərgədir. Ancaq sıx dayanıblar. Onların qarşısında tələbələr də az dayanıb. “Abşeron” mehmanxanası tərəfdə isə onların qarşısına qalın sədd çəkilib. Tanklar Üzeyir Hacıbəyov küçəsində dayanıb. Burada “əfqan”larla söhbət etdik. Dedilər ki, təşvişə düşməyə əsas yoxdur. Ərzaq maşınlarını içəri buraxmırlar. Görünür, hərəkatı aclıqla boğmaq istəyirlər. Ərzağı buraxmamaqda bəhanə o olub ki, guya meydanda zibil çoxdur və xəstəlik üçün şərait var, gərək əsgərlər girib təmizləsin. Ancaq tələbələr tez özləri qayda, səliqə yaradıblar. Elə indi də tribunaları bir-bir boşaldıb təmizləyirlər. Bu gecənin transparant və şüarları: “Dağıstan sizinlədir!”, “Rəssamlar sizinlədir!”, “Dəvəçi rayonunun Lenin adına sovxozunun əməkçiləri sizinlədir!”, “Boradigah zəhmətkeşləri bakılılarla həmrəydirlər”, “Marneulidəki azəri xalqı sizinlədir!”, “Kənd Əhmədli sizinlədir!”, “Pirallahı adasının neftçiləri sizinlədir!”, “Kirovabad zəhmətkeşləri. Biz sizinləyik!”, “Tikinti nazirliyi 2 ¹-li evlər idarəsinin işçiləri və sakinləri sizinlədir!”, “Şirvan dəmiryolçuları nümayişçilərin səsinə səs verir. Qeyrətli Azərbaycan xalqına eşq olsun!”, “Ermənistan SSR-də sıxışdırılan azərbaycanlıların insan hüquqları qorunsun!” (30 metr uzunluqda, sol ciniyin qarşısını tutmuşdur), “Biz Nemətlə fəxr edirik!”, “Bakı təcrübə və yüngül metal konstruksiyaları zavodu sizinlədir!”, “Sumqayıtlılar sizə dayaqdır!!!”, “Babək rayonu sizinlədir!”, “Qədim Beyləqan zəhmətkeşləri sizinlədir!”, “Füzuli zəhmətkeşləri sizinlədir!”, “Mı - za perestroyku!”(rusca yeganə şüar), “Neftçala hamılıqla mitinqə!”. “İdrakı sönük başçıların qəfləti ancaq, Etmiş, edəcək milləti əllərdə oyuncaq!”, “Gürcüstan azəriləri sizinlədir! Qaraçöp mahalı”, “Bakı Aqreqat İstehsalat Birliyinin kollektivi xalqın səsinə səs verir”, “Dayanıb bir dağ təki, dağlar qoynunda Şəki, kömək edirik, nümayiş edin təki!”, “Bərdəlilər sizinlədir!”, “Ələt deposu sizinlədir!”, “Kirov rayon zəhmətkeşlərinin tələbi: Nersisyan (I katib- Ə.T.) rədd olsun!”, “Astaralılar sizinlədir!”, “Qanımızı verərik, Qarabağı vermərik! Türkan”, “Əziz bakılılar! Qarabağın zümrüd tacı məğrur Şuşadan sizə Topxananın minnətdarlığını gətirmişik!!!”, “Kəlbəcər rayonu Keşdək kəndi nümayişdə”, “Şamaxı rayonunun Məlhəm kəndi sizinlədir”, “2708 No-li avtomobil dəstəsinin kollektivi sizinlədir” “Biz sizə verdik yanar qaz, Hardan bilək olacaqsız yaramaz? Ay Zorbalayan, çölpotası, qulaq as! Bilmirsiniz torpaqdan pay olmaz?!”, “Sabirabad sizinlədir!”, “Ordu şəhərdən çıxsın!”, “Neft daşları inşaatçıları sizinlədir!”, “Ramana kəndi sizinlədir!”, “Biz sizinləyik! BTMP-5” (taksomotor parkı), “Eşq olsun azəri xalqının birliyinə! İsmayıllının Lahıc kəndi sizinlədir!”, “Xocalı sizinlədir! Düşmən basqını zamanı Qarabağ torpağını qeyrətlə qorumuş 7 nəfər həbsdən azad edilsin!”. 23.20. “Amerikanın səsi” radiosuna qulaq asdıq. “Nyu-York tayms” və “Vaşinqton post” qəzetlərinin Azərbaycan hadisələri haqqında yazdıqlarını şərh etdi. “Krasnaya zvezda” və “İzvestiya” qəzetlərinə, Gerasimovun dediklərinə əsaslanan bu qəzetlər yazıblar ki, Gəncədə 6 adam ölüb: 4 əsgər, 2 azərbaycanlı. Gəncənin I katibi Ramiz Bağırlı və Naxçıvanın I katibi Nurəddin Mustafayev işdən götürülüblər. Bakıda hərbi vəziyyət elan edilsə də hökumət qüvvələri nümayişləri dayandırmağı bacarmayıblar.

Nümayişçiləri qəzəbləndirən əsas məsələlərdən biri azərbaycanlı gənc Əhmədovun işinə Moskvada baxılıb ona güllələnmə verilməsidir. Estoniyanın qanun layihəsinin SSRİ Ali Sovetinin iclasında pislənməsindən də danışdı. “Krasnaya zvezda” qəzetinə əsasən Naxçıvan və Gəncədə 70-dən çox erməni evinə basqın cəhdindən danışılıb. Sonra tətillərin davam etdirilməsindən danışdı. 23.35. Gecə mənimlə mənimlə yoldaş olan yataqxana qonşum Əvəz İbrahimovun deməsinə görə, Gəncədən erməniləri köçürməyə başlayıblar. Maşınla getməyə qorxurlar, ona görə vertolyotla köçürlər. İndiyədək 7 mini gedib. Onun başqa məlumatı: ayın 24-ündə eşitdim ki (dostumdan), NS sədri Həsən Seyidov Natiq Əliyevə (neft məsələləri ilə məşğul olan birliyin rəisi) zəng vurub, Ermənistana benzin göndərilməsini 30 faiz artırmağı tələb edib. Cavabında isə eşidib ki, ora ayrılan plan artıqlaması ilə ödənilib, indi benzin yoxdur. Həm də bu işlə mən məşğul olmuram - respublika neft topdansatış bazasının rəisi Mustafayev Əlişə müraciət edin. Natiq Əliyev deyib ki, zavod dayanmaq üzrədir (tətilə görə). H.Seyidov qayıdıb ki, tətil olar, əsgərləri göndərib işlədərik. (Bu da xalqın Ermənistanla iqtisadi əlaqələri kəsmək tələbinə cavab!). Təəssüf ki, məlumatların nə qədər doğru olduğunu yoxlamaq imkanım yoxdur. *** “Abşeron” mehmanxanası tərəfdə gərginlik azalıb, əsgərlər yenə bir cərgədir. Meydandakı təxminən 200 min adam ocaqlar ətrafında yığılıb söhbət edir. Hava çox gözəldir. 23.58. Masallıların çadırında oturduq - Əvəz müəllimlə birgə. “Kommunist” nəşriyyatında tez-tez gördüyüm milis işçiləri də içəridədir. Təxminən 600 nəfər Masallıdan Bakıyadək piyada gəlib (235 km). Masallı uşaqları: Davudxan, Azad Məmmədov, Natiq Salmanov, Əlibala Quluyev, İsgəndər Şirinov. Ayın 23-ündən Astara, Lənkəran, Masallı rayonlarının hər birində nümayişlər başlayıb. İndiyədək davam edir. Yalnız gündüzlər olur mitinqlər. Çağırışçıları əsgər getməyə qoymurlar (vəziyyət aydınlaşana-dək). Birbaşa translyasiyayadək Bakıdan ötəri xəbərləri olub, ancaq vəziyyəti bilməyiblər. Masallının camaatı ayın 23-ündə saat 4-də yığışb, Bakıya yürüş təşkil edib, Cəlilabad, Puşkin, Salyan rayonlarından keçib. Təxminən 7 min nəfər olub. Qaradağa kimi gəliblər (Salyandan buracan maşınla). Qaradağdan yenə piyada Bayılacan gəliblər. Burada 3 cərgə əsgərlər qabaqlarını kəsiblər. Dağılıb pərakəndə gəliblər. Çadırlarını bu gün qurublar. Camaat kəndləri keçib gəldikcə qadınlar yola çıxır, əsgər yola salan kimi xeyir-dua verirdilər. İki dəfə seyid çıxardılar ki, camaatın qabağını saxlasın. Məqsədimizi bilən kimi bu aldadılmış seyidlər də dedilər ki, cəddimiz sizə kömək olsun. Qadınlar sifətlərini cırırdılar. *** “Aclıq elan edirəm. 23 noyabr. Əliyev Vaqif Yusif oğlu. 2-ci qrup Sovet ordusu əlili. Hərbi xidməti daşnak məskəni Kanakerdə keçmişəm. 7No-li dəmir-beton zavodunda xalqımın qəhrəman oğlu Hüseynbala Əliyevin əvəzinə işləyib maaşını 25 may 1985-c i ildən may 1988-ci ilədək sülh fonduna, sonra isə indiyədək “Qayğı” cəmiyyətinin fonduna keçirirəm... Aclıq günləri: 23, 24, 25, 26, 27”. (Çadır üstündə yazı). Aclıq edənlərin çadırında yazılar: Qolunda var qüvvətin, Arzum var olsun mətin. El yolunda baş qoyan Qazanar el hörmətin. *** Dağ başında qara bax, Üstün alan sara bax, Aləm cənnətə dönsə Mənə xoşdur Qarabağ. *** Bu gün çox gözəl hava olduğundan camaat gəzişir.

28 noyabr 1988. (12-ci gün) 01.50. Bir neçə yerdə böyük dəstələr var. Bir dəstədə maştağalı oğlanla dağlı oğlan meyxana deyir. Arada məzəli hərbə-zorbaları ədəbdən qırağa çıxsa da səmimiliyinə görə hamının xoşuna gəlir, onları güldürür. Başqa bir dəstədə gədəbəyli oğlan saz çalır. Yanında duran yaşlı kişi “Duman, salamat qal, dağ, salamat qal” şerini (M.Araz) aşıq havası üstündə oxuyur, hər zənguləsindən sonra “sağ ol”, “yaşa” alqışları göyə ucalır. Üçüncü bir dəstədə bir tələbə, gəncləri narahat edən əxlaq məsələlə-rindən, səmimilik duyğularından, Nemətin mərdlik və mübarizliyindən danışır, fikirlərinə uyğun mübariz şerlər söyləyir (adı, deyəsən, Sadaydır, çünki bir şerdə “Sadayam” işlətdi). Uzaqdan “Qarabağ şikəstəsi”nin təranəsi ucaldı. Bir dəstədə ermənilərin və bizim mübarizəmizin başlıca oxşar və fərqli xüsusiyyətləri təhlil mövzusudur. Bir böyük dəstədə gənclər növbə ilə Vətən, yurd, sevgi haqqında şerlər söyləyir. Böyük bir dəstədə qızlar oturmuş, oğlanlar ayaq üstə dayanmışlar. Qarabağlı oğlan “Qarabağ şikəstəsi” oxudu. Qurtaran kimi alqışlarla yanaşı “Qa-ra-bağ” sədaları ucaldı. Oğlan sonra “Qaçaq Nəbi”ni oxumağa başladı. *** 2.02. Elan (radio ilə): Cəbrayılov Zakir üç gündür evə gəlmir. Oğlun olub. Qonşularınız səni burada gözləyirlər. *** Qonşu dəstə yalnız qızlardan ibarətdir. Qızıl dişli qəşəng bir qız “Heydərbabaya salam” poemasını oxuyur. Bir cavan oğlan deyir: “Oxu, səsinə qurban”. Ümumiyyətlə, bu on bir gün bəlkə də neçə-neçə sevgi ocağına köz qoyub. Dəniz qırağında yeniyeni qoşa gənclər görünür. 2.10. Tribunaların üçü də (soldan sağa) doludur. Yenə soldan 1-inci tribunanın hatəmiçi “sakin”ləri coşğunluqla “Qa-ra-bağ” qışqırırlar. Ancaq kütlədən boğuq səs çıxır; o qədər çığırıblar ki, əksəriyyətinin səsi batıb. 2.13. Üç nəfər oğlan mənimlə Əvəz müəllimdən sənədlərimizi göstərməyi xahiş etdi. Pasportlarımızı göstərdik. “Əfqan” qeydlərimə də baxdı. Vəsiqəmi oxuyub “bağışlayın” dedi və getdilər. *** Çox sevindiricidir ki, bu günlər yerlipərəstlik təzahürləri, qeybətlər, dalaşmalar minimuma enib. *** Bir oğlan qara papaq qoymuş, üstünə “Allahu əkbər” (ərəbcə) yazılmış ağ lent bağlamışdır. 2.27. Xəbər verildi ki, Kirov rayonunun I katibi Nersisyanı vəzifədən azad ediblər. Onun bürosunun 70 faizi ermənilər imiş. Sənəd tərtib edib birini Moskvaya, o biri üzünü bizim Mərkəzi Komitəyə göndərib ki (büro adından), bu hadisələrin əsas təşkilatçısı Azərbaycan Dövlət Universitetidir. 4.15. “İzvestiya” qəzetini biz masallılıların çadırında olanda gətirdilər. Nemətlə müsahibə çox eybəcər şəkildə verilmişdir. Guya meydanda Xomeyninin portreti də olub. Həm də Nemət Sumqayıtı Azərbaycan xalqı üçün rüsvayçılıq adlandırıb və s... 5.00. Uzaq güllədən saat 5.00 görünən kimi alqış səsləri ucaldı (qadağan saatı bitdi). 5.20. Moskvada əsli-nəsli qədim olan itin yiyəsinə mənzil verəndə 20 kv. metr artıq yer verilir. Bizdə isə yazıçılara, alimlərə belə güzəşt edilmir (Qalib Hidayətzadənin söhbətindən). 5.30. Qalib Hidayətzadənin söhbətindən: Dünən saat 11.20-də respublikanın bütün qəzet-jurnal redaktorlarını Bakının hərbi komen-dantı çağırıb: “Sbor u vxoda”. Bundan sonra mətbuata da ciddi hərbi senzura qoyulacaq. *** 6.00. “Yurd yeri romanının müəllifi Məmməd Orucla tanış olduq. Qalib təklif etdi ki, 1948-də Ermənistandan sürgün olunan 100.000 azərbaycanlının geri qaytarılmasını Qarabağa əks məsələ kimi qoymaq gərəkdir. M.Oruc dedi ki, o torpaqlarə bizə indi kimdir qaytaran? Əvəz müəllim: Onlar qayıtmaqdan qorxurlar, ona görə bu məsələləri qaldırmırlar. 6.55. Uşaqlar dəstə ilə əllərində bayraq gəzə-gəzə camaatı dağılış-mamağa çağırırlar. Xorla oxuyurlar: “Ay camaat, getməyin,

Meydanı tərk etməyin”. 7.45. Səhərin açılması ilə adamlar dağılışırlar. Gecəni burada keçirən adamlardan 50-60 m qalmışdır. Uşaqlar süpürgəçilərə meydanı təmizləməkdə kömək edirlər (3-üncü dəfə təmizlənir dünəndən bəri). Çiyinlərindəki adyallar rəngbərəng çalardadır. 7.55. Bir dəstə gənc, qalanları ruhlandırmaq üçün “Öldü var, döndü yox” oxuya-oxuya meydanı dolaşır. 8.05. Bir oğlan hamıya xəbər verdi ki, qoşunlar Bakıdan çıxır. 8.25. Bir oğlan ütülmüş donuz başını (bir qulağı kəsilmiş) ağaca keçirib boynundan “Vazgen” yazıb asıb və camaat içində gəzdirir. 8.35. “Şərəf lövhəsi”ndə Azərbaycanın gerbindəki neft buruğunun başından asılmış şəkil: “Sən gecəni meydanda keçirmisənmi?”. (Koroğlu bu sözləri müsavatın bayrağı üstündə yazır. Bayraq isə molbertin üstündədir). *** İlk dəstə gəlməyə başladı (35No-li məktəbin şagirdləri). 9.00. Qalib, Əvəz müəllim, mən “Bakı Soveti”metrosundan düşüb “Bakı soveti”ndən çıxdıq. Komendant”ımız” dünən əmr vermişdi ki, metrolar (“26-lar”, “Bakı soveti”, “28 aprel”) bağlansın. Deməli, dünən verilən əmr bu gün pozulursa qoşunun saat 12-də getməsinə bəlkə də inanmaq olar. *** Dünəndən bəri meydanda divarlara Lenin, Qorbaçov, Marks və Engelsin portretləri vurulub. Əli və Bəxtiyarın portretləri də asılıb. Yeni şüarlar, yazılar: “70.000 balakanlı sizinlədir!”, “D. Bünyadzadə adına gəmi təmiri zavodu”, “Bakıda qadağan saatının davam etməsinə əsas yoxdur və tezliklə ləğv edilsin!”, “Sumqayıt məhbuslarına azadlıq!”, “İsmayıllı rayon Diyallı kənd zəhmətkeşlərindən hədiyyə”, “İskra” zavodu sizinlədir!”, “Sumqayıt məhkəməsi prosesi Azərbaycan SSR-ə qaytarılsın və obyektiv şəkildə respublika hökuməti tərəfindən baxılsın”, “26 Bakı komissarı zavodu sizinlədir”, “Bu tələblər yerinə yetirilməyincə Azərbaycan SSR ilə Ermənistan SSR arasında iqtisadi əlaqələr kəsilsin!”, “F.Dzerjinski adına zavod”, “1 ¹-li ayaqqabı fabriki sizinlədir!”, “Novxanı sizinlədir!”, “Şamaxı rayonu Ərəbqədim kəndi sizinlədir!”, “Nord” elm-istehsalat birliyi”, “Gədəbəy zəhmətkeşləri sizinlədir!”. *** Saysız-hesabsız erməni aeroportdan uçaraq Bakıdan çıxır. Azərbaycan təyyarə vermir, ona görə Ermənistan gündə 11 təyyarə göndərir Bakıya. Bura qədər boş gəlir, buradan adam doldurur. Müəssisələrdə erməniləri işdən kütləvi şəkildə çıxarmağa (öz ərizələri ilə) başlayıblar. Dünən marşrut taksinin sürücüsü dedi ki, parkımızdakı 60 erməninin hamısı ərizə verib. Karikatura: Vazgen əqrəb şəklində əllərini Qarabağa uzadıb, Azərbaycandan isə bir barmağı irəli çıxmış yumruq ona yönəlib. Şüarlar: “Azərbaycan xalqının tələbləri yerinə yetirilsin!”, “Lezqi milet həmişə sizinlədir!”, “BDDÖZ (Bakı dərin dəniz özülləri zavodu - Ə.T.) həmişə sizinlədir!”, “S.M.Kirov adına zavod”, “Azərsənayerabitə zavodu sizinlədir”, “1 ¹-li Bakı metal fabriki”. *** 500 erməni Manuçarovun evini qoruyur. Respublika prokuroru sanksiya verib onu tutmağa, əsgərləri də ələ alıb. Atışma olub, Manuçarovu qaçı-rıblar. *** 15.40. Nemət camaatı yara-yara (ona üç-dörd nəfər yol açır) tribunaya çıxdı. Kiminsə təzə kurtkasını geyib. Baş tribunanın səkisinə çıxıb camaatı salamladı, camaat da onu alqışladı. Tribunada onun silahdaşları - “əfqan”lar əl-ələ verib dövrə vurmuşlar. [Mütəllim dedi ki, paltarı hansı fabriksə xüsusi onun üçün tikib. Neməti (eləcə də Sabiri və Xəlil Rzanı) aradan götürmək üçün Yerevandan 100-dən artıq təxribatçı göndəriblər. Ona görə Neməti 5 nəfər qorucu gözləyir]. Bir çox adamlar onu intizarla görmək istəyir, necə adam olduğunu bir-birindən soruşurlar. Bir oğlan iftixarla dedi ki, mənə oxşayır, arıqdır. ***

Ermənistandan azərbaycanlıları kütləvi şəkildə çıxarmağa başlayıblar (Göyçədən). Gədəbəyə gətiriblər. “Sovet Ermənistanı” qəzetini bağlayıblar. *** “Nord” elm-istehsalat birliyinin adı yazılmış dirəyə qırmızı rəngli böyük qadın ləçəyi bağlanmışdır. *** 16.00. Əldə kağız gəzməyə başladı ki, “Türkiyə nümayəndəsi gələcək, dağılışmayın!”. Dünən Sabir Rüstəmxanlı və Ziya Bünyadov yadda qalan çıxışlar edib. Z.Bünyadov: Bütün tələblər haqlıdır. 155 nəfər deputatın yazılı razılığını alsanız 450 deputatın adından tələb edib sessiya keçirmək olar. Yaxın günlərdə “Azərbaycan Gəncləri” qəzetində Sumqayıt haqqında yazım çıxacaq (“Poçemu Sumqayit”, Elm). Sumqayıtda hadisədən 1 həftə qabaq əmanət kassasından pulları götürüblər, evlərini ermənilərin hamısı sığorta etdirib, 1 gün qabaq video-kameralar quraşdırılıb. Z.Bünyadov 26-ların tarixinin səhv olduğunu deyib. Şaumyanın, Əmiryanın daşnaklığını söyləyib. Sabir Rüstəmxanlı deyib ki, Ermənistanda 18 min azərbaycanlı qalıb. ADU-nun hüquq fakültəsi dekanı Firidun Səməndərov: Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək hüquqi cəhətdən mümkündür və lazımdır. Teleqramlar Azərbaycanın az qala bütün rayonlarından və Oryol şəhəri sakinlərindən gəlib (həmrəylik). *** 16.05. Uzaqdan qatı bir tüstü göründü. Bəziləri təşvişə düşdü ki, deyəsən, zavod yanır. 16.40. Qalib Hidayətzadə ilə birlikdə Lenin prospektindəki 5 ¹-li binada yerləşən nümayiş komitəsi qərargahına getdik. Könüllü növbətçilər ciddi yoxlayırdılar. Komitənin sədri Firidun Cəlilova xəbər yolladıq ki, onu görmək istəyirik. Bir azdan adam gəldi ki, içəri keçə bilərsiniz. Keçdik. İçəri dopdolu idi. Tanışlardan: Firidun Cəlilov, Cümşüd Nuruyev, Aydın Məmmədov, Tağı Xalisbəyli, Fəzail Ağamalıyev və b. Hamısının da döşündə komitənin rəmzi təsviri. Çox bərk məşğul idilər. Otaq dolmuşdu. Firidun Cəlilov Fəzail müəllimə dedi ki, komitənin bürosunda müzakirə etmək üçün Qalib müəllimin təklifini yazıya köçürün. Qalib müəllim dedi ki, tələblərimiz günü-gündən əriyir. Biz bundan sonra ən yaxşı halda ermənilərin tələblərinə “yox” cavabı verəcəyik. Onları susdurmaq üçün 1948-50-ci il Ermənistandan köçürülmüş 100 min azərbaycanlının yaşadığı torpaqları geri istəməliyik. Azərbaycan səhralarında Stalin-Mikoyan-Bağırov genosidi nəticəsində həlak olmuş azərbaycanlılara abidə qoyulmasını tələb etməliyik. Razılaşdılar və yazdılar. *** 17.30. Meydanda təxminən 400 min adam var. Adamın azlığına səbəb rayonların yollarının kəsilməsidir. Rayon maşınlarını da şəhərdən çıxarıblar. Ərzaq maşınları xeyli azalıb, özü də onları içəri buraxmırlar. İsmayıllı rayonunun Topçu kəndindən gəlmiş, 11 il qabaq bu kəndin orta məktəbində direktorum olmuş Şükür Rəhimovla görüşdüm. Bu işlərin necə qurtaracağından narahatdır. Deyir ki, gecəgündüz fikrim yalnız bu meydandadır. SSRİ DRTVK (radio-televiziya verilişləri komitəsi) sədrinin müavini Suxarev dünəndən Bakıdadır və Azərbaycan televiziyasına əslində o, nəzarət edir (Qalib Məsimovun sözündən). Azərbaycan radiosunun xəbərlərindən: Poğosov familiyalı erməni əlində Azərbaycan bayrağı UAZ maşınını sürətlə sürürmüş (azərbaycanlı adı ilə). 17.40. Vəlı Məmmədov yığıncağı açdı: Əli Bayramlıdan belə teleqram gəlib ki, əlibayramlılılar Bakıya nümayişə gələndə avtobusla toqquşublar, 4 nəfər həlak olub. (Fit, hay-küy). Nemət gələr. 11 gün danışıb, 12-ci gün də danışar. Vacib məlumat var. Şəhərimizin həkimləri dəstə-dəstə etiraz edirlər ki, meydanda natəmizlik var. Oqtay Həsənzadə (səhiyyə nazirinin müavini) danışacaq. (Sürəkli fit, hay-küy). İsanın atası: Nemət bir dəqiqəliyə gəlsin. Sabir də, Əbülfəz də gəlsin. (Fit). Ağsaqqala qulaq asmayana ar olsun! Qoca kişi: Xalqı qırğına aparmayın.

Aclıq elan edən tələbə (Ağdamlı, APİ-nin tələbəsi): Bu gün birləşək. 36 təşkilatımız var. Birləşdirək. Alimləri fəhlələrdən ayırmayın. Yaşasın alimlərimiz. Püstəxanıma “ar olsun” demək olmaz. EA-nın işçisi: Sizin tələblərinizi Moskvaya göndəririk. Gəlin fikirləşək, görək xalqımızın keçmişi necə olub, indi necədir və gələcəkdə necə olacaq. (Sürəkli fit). Biz hər gün Bakıda 25 milyon manat itiririk. Bu pula nə qədər xəstəxana, məktəb tikmək olar. (Qəti etirazlar, sürəkli uğultu, fit). 18.01. Qadın: dediklərinizi biz də deyirik. İmkan verin, danışaq. “Nemət”, “Nemət!” (Sürəkli). İcazə verirsiniz danışım? (“Yox”). 18.05. Əhməd Əhmədovun vəkili də (Məmmədov Mais) danışmaq istədi, qoymadılar. - Əhmədovun şəklini vurmusunuz ora, ancaq abır-həyanızı saxlayıb qulaq asmırsınız? Mən camaata söz verirəm ki, Əhmədovu güllədən qurtaracağam. Bunun üçün mənə deputatların məktubu və sizin imzanız gərəkdir. 18.10. Nemət: - Sakit! (Xalq sakit oldu). Ey Azərbaycan xalqı! Mən sizin qarşınızda baş əyirəm! Sizə dəfələrlə demişəm ki, mənsiz bura çıxanlar aranı pozmağa çalışırlar? Kimdir ziyalılarla əlaqəni kəsmək istəyən? Mən demişəm ki, alim öldü, aləm öldü. 200 adam təbliğat aparır ki, Nemət ziyalıları təhqir edir. İkibaşlı oyun oynayanlar bizə xəyanət etmək istəyirlər. Bilin ki, bu gündən meydanı boşaltmağa çalışacaqlar. Milli azadlıq hərəkatımız başlanıb. Dünən məndən intervü alıb mənim adımdan böhtan yazıblar. Ar olsun belə mətbuata! Televiziya aclıq edənləri yeməyə çağırır. Ar olsun belə televiziyaya! Bu gün bu meydan Çaldıran meydanı olmalıdır. Öz xalqının üzünə çıxmayan Tatlıyev xalq adından Estoniyanı boğur, ona bu haqqı kim verib? Ar olsun onlara! Azərbaycan Kommunist Partiyası və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi sabahdan bizə cavab verməlidir. Yoxsa belə dövlət bizə gərək deyil. Konstitusiyaya əsasən SSRİ-dən çıxmalıyıq. Rədd olsun köləlik! Əgər yenə belə fitnəkarlıq etsələr, xalqı parçalamaq istəsələr, sabahdan mikrofonu dəniz kənarına keçirəcəyik. (Məmməd Arazın “Azərbaycan” şerini söylədi: “Ey daşlaşan, dumanlaşan ulu babam...”). Bu gün içimizə uzanan xəyanət əli budur. Şeyx Məhəmməd Xiyabininin ölümündən qabaqkı son nitqini səsləndirmək istəyirəm. Fonoqram səsləndi (artist Həsən Turabovun səsi ilə) musiqinin müşayiəti ilə. 18.30. Belə nümayişlərdə iştirak etməyən Barat Nuruyev və EA-nın başqa gəncləri camaat içində göründülər. Fonoqram davam edir (18.35). “A - zər - bay - can!”. 18.36. Nemət: - Elə bil ki, bu sözlər bu gün üçün yazılıb. Şaumyan 30 min azərbaycanlını məhv edib, indi ona heykəl qoymuşuq. Azərbaycanın bütün düşmənlərinə heykəllər qoymuşuq. Birinci Pyotrun vəsiyyətlərini bilirsiniz. İndi mən bilmirəm ki, leninizmdir, yoxsa pyotrizm." Biz bütün kölə zəncirini rədd edən xalqları alqışlayırıq. Bu, birləşmiş dövlətlər təşkilatıdır, yoxsa millətlər təşkilatı? Gərək səsimizə səs versinlər. 11 gün keçə-gündüz xalqımız ayaq üstə durub. Bəs niyə başçılarımız qabağa çıxmır? Sosializm bayrağı altında faşizmə qarşı mübarizə aparmalıyıq. Ya iki günə cavab verməlidirlər, ya da SSRİ-dən ayrılacağıq. Vaxtilə Qulam Yəhyanın əli ilə demokratik hökuməti boğdular. İndi isə Qulam Yəhya fədai generalı kimi tanıdılır. Mən rus ziyalılarını, əsgərlərini həmrəyliyə çağırıram. Ayrikyanlar (sovet dissidenti - Ə.T.) SSRİ-dən çıxarıldı. Poğosyanlar, Balayanlar. Kaputikyanlar isə qorunur. Niyə doğru deyəni qovuruq, niyə əsgərlər Topxananı bürüyüb aranı qarışdırırlar? Xalq öz taleyini həll etməlidir. Bəsdir" Moskvadan göndərilənlər! And içək ki, iğtişaş olmadan mübarizəmizi sonadək aparacağıq! "Bakı közəl şəhərdir, ermənilər olmasa" kimi şüarlar yox, "yaşasın azadlıq", "birlik" kimi şüarlar deməliyik. Bəziləri deyir ki, qorxmalıyıq, hələ tezdir. Ancaq qorxmamalıyıq. "Mus-mus" yerinə "Mustafa" deməliyik."

Bütün Azərbaycanın ürəyini ermənilər tutublar. Biz onlara inanmırıq, onlar xaindir. Bıçağı soxacaqlar ürəyimizə. Rədd olsun ermənilər! Bunların işdən azad olunmalarını tələb edirik: Ayriyan (yerdən: “ölüb”), Qriqoryan, Becanyan, Ohanesyan, Ayrapetov, Sarkisyan, Qazaryan, Melkumyan, Ohanesyan, Kevorkyan, Kasparyan, Petrosyan, Traxtanov, Arzumanyan, Hambarsumyan, Aseryan, Ohanesyan, Bunyatyan, Vartapetyan, Kasparyan, Haykazyan, Qriqoryan, Yegizarov, Ohanyan, Ohanov, Səfəryan, Ulubabyan, Şahnazaryan… ( 11 iyul 1988 tarixli “Kommunist” qəzetindəki siyahı). Onlar vəzifələrindən buraxılmalıdır. Əlavə 400 nəfər erməni MVD işçisi bizimkilərə imkan vermir. Arvadı erməni olanları da saysaq deyə bilərik ki, Azərbaycan xalqının taleyi onların əlindədir. Onlar sarmaşıq toxumu kimidir. Bugündən tələb edirik: Azərbaycan xalqının suverenlik hüquqları bərpa edilməlidir. Qoşunlar çıxarılmalıdır, yoxsa SSRİ-dən çıxmalıyıq. O xalqın ki azadlığı yoxdur, onun gələcəyi yoxdur. Yaşasın azadlıq! Qələbə bizimdir! Sabah tezdən keçəcəyik dəniz kənarına, qabağımıza çıxmayan MK-nı tanımayacağıq. Öz hökumətimizi yaradacağıq. Bu, Azərbaycan xalqının ən şərəfli tarixidir. Rayonlardan da xəbər gəlir ki, aclıq elan edənlər var. Azərbaycan xalqı hüquqlarını almayınca işə çıxmayacaq. Ya olum, ya ölüm! (3 dəfə xalqla birgə təkrar etdi). Azərbaycan SSR Ali Soveti deputatlarından vicdanı olanlar varsa qol çəksinlər, Əhmədovun dalınca göndərək vəkili. Səsimizi maqnitofona yazırlar. Əcəb edirlər. Yadınızda saxlayın - bir dənə qurban xalqı yüz il yaşadır. Ölmək məhv olmaq deyil. Heç nədən çəkinməyəcəyik. Yolumuz azadlığadır. Yaşasın Azərbaycan xalqının birliyi! Vəli Məmmədova böyük hörmət edirəm. Biz yaxşı işçilərə də nifrət etmişik. Ancaq o, yaxşı oğullardandır. Vəziyyətini başa düşürük. Ancaq Vəli müəllim özünü gülünc vəziyyətə qoymasın. Hamımız bir yerdə öləcəyik. Xalqla gələn bəla toy-bayramdır. 19.10. Vəli Məmmədov: Yaxşı ki, Nemət Ş.M.Xiyabanini yada saldı. (Əli Tudənin “Qurban gətirdim” şerini söylədi). Bu şerlə sizə ümiddən nişan gətirmişəm. Gün o gün olsun ki, biz Təbrizə gəzməyə gedək! (Alqışlar). Neçə gündür burada şüarlar deyirik. Ancaq məsələnin qoyulma üsulu da var. Məsələn, Cənubi Azərbaycan məsələsi. Qabaqca qohumların əlaqəsi, sonra mədəni əlaqələr, daha sonra birləşmək gəlir. Yaxud Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi. Gərək oturaq, yığı-şaq, müzakirə edək. Görək nə nəticə verəcək? Aləm bizə baxır. Gərək sözümüzə fikir verək. Bəzən elə caymaqlar olur ki, Qarabağ yaddan çıxır. Biz çıxılmaz vəziyyətə, tilsimə düşmüşük. Mən sizi ağıla, birliyə çağırıram! 19.20. Nemət: Mən bəlkə də artıq-əskik danışdım, üzr istəyirəm. Ancaq niyə adicə bir mikrofon verilmir, əsəbiləşirik? Bunu niyə problemə çeviririk? 19.20. Qadın: Əhsən bizim Həcərlərə, əhsən bizim Nəbilərə! Bütün Azərbaycan xalqı sizinlədir. Torpaq bizimdir, bizim də olacaq! Ancaq səbirlə iş görməliyik. 19.21. Başqa qadın: İndi ikitirəlik salmaq bizim xeyrimizə deyil. 19.25. Həkim: Meydanda zibil, köhnə yemək xəstəliklərin çoxalmasına gətirib çıxarıb. 19.26. Vəkil: Əhmədov Əhmədin şəklini asmaqla ona kömək etmək olmaz. O cinayəti etməsinin səbəbi dərindir. Adamöldürənlər yoxdur. Onu təşkilatçı kimi ittiham edirlər. Məgər Moskvanın Ali Məhkəməsinin prokuroru səsinizi eşidir? Yox! Ancaq mən bilirəm ki, nə edəcəyəm. 19.30. Dürrə Məmmədova (Kosmodemyanskaya): Bir yerdə qələbəyə doğru gedək. (Adamlar getməyə başladı). 19.30. Artist Nurəddin Quluyev: Biz o halda qələbə çalacağıq ki, verdiyimiz anda sadiq olaq. Biz heç bir xalqla düşmən deyilik. Hamıya bunu göstərməliyik ki, qonaq qarşılamağı da, düşmən qarşılamağı da bacarırıq. Yaşasın Azərbaycan xalqının birliyi! (19.33). *** Axşam evə getdim gecələməyə. Hədsiz yorğunam. 29 NOYABR 1988.

13.00. Yataqxana qonşularəm Nazım və Qurbanla birgə aerokassaya gəldik baxmağa. İşəri adamla dolu idi. Bayır qapının birinin ağzı yalnız ermənilərlə dolmuşdur. Qapıda rusca yazı vardı: “6 zal – prodaja biletov tolko na Yerevan”. Burada 200-300 erməni vardı. Gələndə “Elmlər Akademiyası” metro stansiyasındakı aerokassanın qarşısında da çoxlu adam yığışmışdı. Deyilənə görə, aeroportda da erməni əlindən tərpənmək mümkün deyil. 13.10. Zorge küçəsində poliklinikaların yanından keçirik. Birinin qapısı ağzında qırmızı pillə üstündə yazılmışdır: “Tətilçilər, tibb işçiləri sizinlədir!”. Başqa bir poliklinikanın pəncərəsində kağız yazılıb vurulmuşdur: “Tibb işçiləri tətilçilərə xidmət edir. Yaşasın Qarabağ!”. Ü.Hacıbəyov küçəsində rus əsgərləri bir erməninin (köçən) ev şeylərini maşına yükləyirlər. *** Srağagün Azərbaycan televiziyası ilə akademik Firidun Köçərli çıxış edib. Camaatda şair Qabilin çıxışı nə qədər məhəbbətlə qarşılanmışdısa Firidun Köçərlinin çıxışı o qədər etiraz doğurmuşdu. F.Köçərli dindarların mitinqdə çıxışını ələ salmış, ümumiyyətlə, çıxış edənlərin savadsız olduğunu demişdi. *** Yerevana dekabrın 27-sinədək biletlər satılıb qurtarıb. *** İçəri dünən gecə odun buraxmayıblar. İndi də tək-tük odun keçirmək istəyənləri qoymurlar. İkiüç oğlan əlində şirə balonu içəri keçmək istəyirdi. Bizim növbətçilər qoymadılar, dedilər ki, əsgərlər onsuz da sındıracaq. 13.25. Meydanda adam azdır - 200-250 min olar. Meydan təmizlənib. Bu gün Akademiyadakı 143 ¹-li poçtun müdiri, erməni Davidova Karinanı işdən çıxarıblar (əsasən qadınlar). Camaatın Moskvaya vurduğu etiraz teleqramlarını ötürmürmüş. *** Hava səhərdən çisəkli-yağışlıdır. İndi isə buludlar parçalanıb. *** 14.00. “XXII qurultay adına neftayırma zavodunun çadırında olduq. Tətil edirlər, ancaq çalışırlar ki, xarici ölkələrə cərimə verməsinlər. Çox mübariz əhval-ruhiyyəli kollektivi vardı. 1989-u il üçün Ermənistana neft göndərilməsinə etiraz edirlər. Dedilər ki, zavod tezliklə tamam dayanacaq, çünki tankerlər neft daşımır. Bir döyüşkən qız dedi ki, 17 ermənini zavod əmək kollektivi şurasının qərarı ilə işdən azad etdik. (Bu üsulu ilk dəfə S.Rüstəmxanlı irəli sürmüşdü). Beləliklə, Bakının ən böyük sənaye müəssisəsi keçən V gündən (25 noyabrdan) tətilə qoşulub. *** “Zaqfederasiya” zavodu Xalq Cəbhəsi özəyinin çadırı üstündə yazılıb: “Azadlıq küçəsi, No-5”. *** Bu gecə çadırlar az qala ikiqat artıb. hər çadırın qarşısında onun məxsus olduğu rayonun, kəndin, müəssisənin, zavodun və b. adı yazılıb. Meydanın cənubu artıq çadırlarla başdan-başa örtülüb. Ermənistanlılar danışırlar ki, Ermənistandan getmək çox qorxulu olub, ermənilər yolda maşının qabağını kəsib yandırır, dağıdırlar. Ağsu rayonunun çadırındakılar deyirlər ki, Ağsu, Şamaxı, İsmayıllı rayonlarında erməni kəndlərini kütləvi şəkildə boşaldırlar. Şamaxının və İsmayıllının I katibləri bu işdə fəal iştirak ediblər. Tapşırıblar ki, nə edirsiniz edin, ancaq ölüm olmasın. İndi erməniləri Mərəzəyə yığıb oradan yola salırlar. *** İki gün qabaq Kirov rayonunda bir erməni öz evini yandırıb qaçıb. ki, guya bizimkilər edib bunu. 15.00. Əsgərlərin yanında durmuş növbətçi oğlanla söhbət edirəm - odunu içəri buraxmamağa əmr verilib, ərzaq da buraxmırlar. Bununla camaatı dağıtmaq istəyirlər. Yeni Suraxanı kəndinin çadırında söhbət edən qoca bir kişi deyir ki, heç kəs bura yeməyə gəlmir, ac dolansaq da duracağıq. Bir orta yaşlı kişi onun sözünə qüvvət verib dedi ki, odun da verməsələr kürək-kürəyə söykənib qızınacağıq, özümüzü yumruqla isidəcəyik, ancaq buradan getməyəcəyik. Ermənilərin kütləvi getməsindən söz düşəndə dedilər ki, Yerevana biletin qiyməti 300 manata, Moskvaya isə 150 manata qalxıb. Gərək sakitliklə çıxıb getsinlər. Öldürmək, döymək olmaz. Bir oğlan dedi ki, bazarda, çörək mağazalarında onlara yemək satılmır. (Bu hərəkat, deyəsən, genişlənib).

Bəli, bu gün mənə aydın oldu ki, erməniləri Azərbaycandan çıxarmaq uğrunda kütləvi, geniş hərəkat başlanıb. Bu, Ermənistandan bizimkilə-rin çıxarılmasına cavabdır. Əgər fevral-iyun aylarında onların bu hərəkətinə laqeyd yanaşdıqsa, indi xalq heç bir vədə, beynəlmiləlçilik çağırışına qulaq asmaq istəmir; o, ermənilərə nifrət edir, onlara inanmır. 15.35. Radio ilə: Prokurorluğun verdiyi rəsmi məlumat. Dövlət əmlakını külli miqdarda mənimsədiyinə görə Stepanakert inşaat materialları kombinatının sabiq direktoru Manuçarov həbs edilmişdir. Cinayətkar dəstənin başqa üzvləri də həbs edilmişdir. (“Ura!”). *** 96-25-53 (Hacı Əzim Əzimov) (Şaumyana aid sənədlər var). *** İngiliscə şüar: “To restore the soviet power in upland Karabakh”. “We uphold a just cause!”. Türkcə: “Dağlık Karabağda Sovyet Hakimiyeti berpa edilmelidir”. *** 16.35. Zığ kəndindən çadırında kağız üstündə karandaşla yazılıb: “Ermənin yaxşısına lənət”. Çadırın üstündə Türkiyənin bayrağı dalğalanır. Boynuna qırmızı lent bağlamış qurbanlıq qoyun var. Yəqin ki, axşam kəsib camaata paylayacaqlar. *** Çadırları da içəri keçirməyə qoymurlar. Ona görə bir neçə çadır əsgər sırasından bayırda, “Abşeron” mehmanxanasına tərəf qurulmuşdur. 17.00. Qobustan qəsəbəsi sakinlərinin çadırı yanında bir qoçu kəsib ağacdan asmışlar. Boynu lentli bir çöngə ilə qoyun isə növbə gözləyir. *** Yeni şüarlar: "Bakı nümayişçilərinə Qəbələ (Qutqaşen) hədiyyəsi", "Əli bəy Huseynzadə, Əliağa Kürçaylı, Xəlil Rza ( Salyan rayonu nəzərdə tutulur) yurdundan gəlmişik!, Qorbaçov, biz səni gözləyirik. 17.30. Bir oğlanın başında qırmızı türk fəsi var (ortası qotazlı). Zavodların (tətilə çıxan) sayı xeyli artıb. Ona görə daha onların adlarını göstərmirəm. Bu gün işləməyən zavodlardansa işləyən zavodların adını sadalamaq daha asandır. Adamları hər iki mehmanxana tərəfdən əsgərlər, sonra isə bizim uşaqlar diqqətlə, yalnız pasportuna görə yoxlayıb buraxırlar. Meydanda 350-400 min adam var (təkcə çadırlarda 20-30 min) nümayişçi olar). Qalanların hamısı fəhlə və ziyalılardır. Vəzifəli adamlara rast gəlməzsən. Döşündə “Qızıl ulduz”, “Oraq və çəkic” ordenləri, Ali Sovet deputatının nişanı olan bir nəfəri də görmədim. Akademiklər, SSRİ xalq artistləri, xalq şairləri, xalq yazıçıları və b. yoxdur bu adamlar arasında. Şairlərdən Qabil, yazıçılardan Yusif Səmədoğlu, alimlərdən Kamil Vəliyev gecələr də meydanda olur. Bir neçə dəfə rejissor Eldar Quluyevi görmüşəm. 17.45. Hava bərk soyuqdur. Dostum Qorxmaz Məmmədovla birgə gəzişirik. Tribunalarda əvvəlki coşğunluq yoxdur. Doğrudur, soldakı 1-inci tribuna yenə “formadadır”, ancaq bütövlükdə coşğunluq get-gedə azalır - deyəsən, uşaqlar gündən-günə yorulur. Xor: “Biz ölərik, Ne”məti tək qoymarıq!”. Soldakı 2-ci tribunanın arxasında boş qalan yerdə samovar qoyublar. Qızlar buradan tribuna sakinlərinə çay verir, onları qızdırırlar. *** Camaat odunu paltarlarının altında xəlvət keçirir içəri. 18.00. Hava tamam qaralıb. Bu gün mikrofon verilməyib. Camaat yerindən tərpənmir. Şüarlar eşidilir: “Əhmədova azadlıq!”, “A - zər - bay - can!”, “Qa - ra - bağ!”, “Sum - qa - yıt!”, “Nemət!”. Hökumət evinin divarları və qarşıdakı, meydanın dəniz tərəfindəki iki dəmir qurğunun məhəccərin üstü qırmızı və ağ parça üzərində yazılmış şüarlarla doludur. Tribunaların qarşısından təxminən 15 metr aralı sahə boya-boy boşdur. Camaatın qarşısını qadınlar kəsib - onlar uzun skamyalarda oturub. Çoxusunun dizinin üstünə qatlanmış adyal salınıb. Arxalarında isə camaat ayaq üstə durub. Meydanın işıqları yandırıldığı üçün hamı bir-birini yaxşı görür. 18.10. Radio ilə təcili məlumat: SSRİ Səhiyyə Nazirliyi və respublika SN bildirir ki, meydanda epidemiyanın yayılması üçün təhlükə son həddə çatmışdır. Ona görə epidemiyanın bütün

Bakıya yayılmaması üçün qadın və uşaqların meydanda qalması qadağandır. (Təkrarı fitlə, uğultu ilə qarşılandı). “Öldü var, döndü yox!”, “Biz ki varıq, xəstəlikdən qorxmarıq!” (xor, sürəkli). (Soyuq havada epidemiya yayılması mümkün deyil). 18.15. Aclıq edən oğlanlardan biri boşaldılmış meydançadan keçir. Hər yandan “eşq olsun!” sədaları ucalır. Bir oğlanla əyninə əsgər şineli geymiş qızın qoltuğunda olan bu oğlan hansı dəstənin qarşısından keçirdisə bu səs ucalır. Deyəsən, oğlan camaata ruh verməkdən ötrü gəzir. 18.20. Biz soldakı 1-inci tribunada tələbələr arasındayıq. Uzaqda sağdakı (üzbəüz) dəmir qurğu üzərinə bu şüarlar (hərəsinin uzunluğu 20-30 m ) bağlanılır: “Kirovabad şəhəri dahi şairimiz Nizami Gəncəvinin adını daşımalıdır!”, “Azərbaycan SSR-in suveren hüquqları təmin edilsin!”, “Gələcəyimiz naminə Azərbaycanda olan kimyəvi zavodlar ixtisar olsun!”. Göy parça üzərində ağ rənglə yazılan bu şüarların məzmunu üslubca qüsurlu olsa da səliqəsindən bilinir ki, peşəkar rəssam (yəqin ki, tələbə) əlindən çıxıb. Özüm əl çalmaq istəyəndə gördüm ki, bu soyuqda əl çalanda adamın əli sızıldayır. Deməli, əl çalanlar məhz bu səbəbdən azalıbmış! 18.30. Meydan sağdan və soldan yavaş-yavaş “əriməyə” başlayır. Xor: “Qurban olum Qarabağın daşına, Daşı düşsün erməninin başına!”. Bir dəstə qadın qabaqdan keçib getmək istədi. Xor: “Ay camaat, getməyin! Meydanı tərk etməyin!”. Çağırışa baxmayaraq onlar getdilər. Xor: “Ermənilər getdilər, Meydanı tərk etdilər!”. 18.40. “XVI əsrdə azəri türklərinin Səfəvi dövləti” xəritəsi (əldə çəkilmə) baş tribuna qarşısına qoyulmuşdur. 18.49. Şərgşunaslıq İnstitutunun elmi işçisi Çeşmazərlə söhbət edirdik. Qorxmaz soruşdu ki, niyə Demokrat Partiyasını Tudə partiyasından ayırmırsınız? Cavab: Bunu KQB istəmir. Mən 6 il DP katibi olmuşam. Mən katib olanda partiyanı Qulam Yəhya əlimdən aldı, məni Kamçatkaya, Sibirə göndərtdi. DP-nın məhvinə o, qol çəkdi. İndi qəbri Bakıda, Fəxri xiyabandadır. Bir qız soruşdu ki, indi Cənubla birləşmək mümkündürmü? Cavab: Yox. Birincisi, ona görə ki, xalq hələ bu fikrə hazır deyil. İkincisi də, Cənubda bizə “Rusiyət” deyirlər ki, bu da vəziyyəti mürəkkəb-ləşdirir. 18.55. Nemət böyük bir dəstə ilə gəldi “əfqanlar”ın əhatəsində. Baş tribunanın sağından milislər onu yuxarı buraxmadılar. Sol tərəfdən qayıdıb gəldi. Yarıya kimi qalxdı yuxarı. Tribunadan 2-3 nəfər təhlükəsizlik əməkdaşı çıxıb onunla nəsə danışıq apardı. “Ne-mət!”, “Ne-mət!” (sürəkli). 21.30. Meydanın özündə təxminən 10-15 min adam var. Lap yeni şüarlar: “Var olsun xalqa qoşulanlar!”. “Bəsdir fəraq odlarından kül ələndi başımıza, Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!”, “Qanımı verərəm, Qarabağı vermərəm!”. 21.40. Salyandan gəlmiş 80 yaşlı Kərimova Kiçikxanımla söhbət etdim. Həmrəylik üçün bura gəlmişdir. Gecəni də burada qalacaq. Meydanı hərlənən dəstəyə qoşulub “Qarabağ” qışqıraqışqıra getdi. 22.35. 6 maşın gəldi (içi dolu əsgər), dolanıb “Azərbaycan” mehmanxa-nası tərəfə keçib ötdülər. Camaat bunu görüb təşvişə düşdü. Hamı tez əsgərlər tərəfə axışdı. Bir azdan həyəcanlar yatdı. Camaatda, bir növ, başıpozuqluq yarandı. “Təşviqatçı” jurnalının müxbirləri Şaiq və Məmməd şikayətlənirlər ki, niyə belə başsızlıq yaranmağa qoyublar? Bu fikrə gətirən səbəblərdən biri bu

gün mikrofonun verilməməsi və nümayiş komitəsi üzvlərindən heç kəsin camaat içinə çıxmamasıdır. Yoldaşlar deyirlər ki, bu meydanda 13 gündür ki, Azad Azərbaycan hökuməti mövcuddur. Bu meydanda tam demokratiya hökm sürür. Camaatın böyük əksəriyyəti Nemətin dünənki çıxışından əsasən narazı qalıb; SSRİ-dən ayrılmaq, leninizm - pyotrizm və sosializm - faşizm kimi bənzətmələrin hələ çox tez olduğunu söyləyirlər. Düzdür, Nemət özü də dünən dedi ki, mikrofon verilmədiyinə görə hirslənib belə sözlər dedim, ancaq, hər halda, bu sözlərin ciddi deyilmədiyini düşünmək yanlış olardı. Mən bir şeyi hiss edirəm ki, xalq hərəkatını içəridən parçalamaq üçün güclü təbliğat aparılır. Dünən Nemət onu nüfuzdan salmağa çağıran gizli bir təlimatı oxudu. Camaatın içində də mən məhz mitinq üçün gəldiyinə inanmadığım bir çox adamı görürəm. Dünəndən Sabir, Əbülfəz və Xəlil Rza tribunada görükmür. Deyəsən, Nemətlə onları ayrı sala biliblər. Əslində Nemət özü də buna şərait yaradır. Mən ona hörmət bəsləyirəm; hərəkatın son dərəcə mütəşəkkilliyin-də, camaatın ideyaca mətinləşməsində onun rolu hədsizdir. Həm də əqidəsindən onu döndərmək, ələ almaq çox çətin, daha doğrusu, qeyri-mümkündür. Ancaq dünəndən hiss etdim ki, onda böyüklük hərisliyi, həvəsi yaranır və özünü Xiyabaninin, Səttar xanın yerində hiss edir. Bu hiss indi reallıq ölçülərini məhv etdirməklə yanaşı özünü də fəlakətə apara, xalq hərəkatını uçuruma yuvarlada bilər. Mənim də, ziyalılarımızın çoxunun da arzusu budur ki, Sabirin zəkası, təfəkkürü ilə Nemətin mətin-liyi ayrı düşməsin. Hamı hərəkatımızın taleyi üçün təşviş keçirir, 13 günlük zəhmə-tin, əziyyətin bəhrə verməsini arzulayır. İndiliksə meydanda dayanmışıq, tələbələr əsgərlərə “psixi təsir” göstərmək üçün “Qa-ra-bağ!” qışqıra-qışqıra meydanı dörd dolanırlar. Bir müşahidəmi də yazmaq istəyirəm. Qızlarımızın başında kələğa-yılar çoxalıb. Özü də bu yaylıq onlara çox yaraşır! Xor: “Ermənilər çuşkadır, Bizimçün iqruşkadır!”. Əsgərlər girən gecəsi (24-ünə keçən gecə) bəzənmiş 38-69 AQ, “Jiquli” (rəssam Şahinin maşını) tankın qabağına keçmişdi ki, içəri girmək istəyirsinizsə məni basıb keçin. Bu maşın hər gün camaata yemək gətirir. Sürücü gecələr onun içində yatır və maşını həmişə sağ tribunanın qarşısında saxlayır. Bu gecə əmrlə odunsuz qaldığı üçün meydanda tonqalların sayı xeyli azalıb. Əksinə, çadırların sayı ölçüyəgəlməz dərəcədə artıb. Onların hamısının içində isə dəmir sobalar qoyulub. Meydanın cənubu, ortadakı fəvvarənin dörd yanı və sol-sağdakı bütün ağaclıqlar (dənizədək) çadırlarla dolub. Çadırlardan kiçik şəhər yaradılıb. Onu da hökmən deməliyəm ki, hər tonqal başı, hər çadır təbliğat mərkəzinə çevrilib. Ziyalılarla fəhlələrin çox maraqlı söhbətləri olur. Mən bu 13 gündə bir dəfə də olsun şəxsi söhbət eşitmədim. Hamı istisnasız olaraq Azərbaycanın taleyi ilə bağlı mövzuda danışır. Alimlər, jurnalistlər, yazıçılar və başqaları öz bildiklərini həvəslə fəhlələrə çatdırırlar. Bu gecə mən yataqxana qonşum Qorxmazla birgə poladəritmə zavodunun çadırında oldum. Çay içəndən sonra söhbətimiz alındı. Qorxmaz fəhlələrin Cənubi Azərbaycanla birləşmək imkanımız, ruhanilərə, dinə münasibət, Azərbaycanın gələcəyi və s. haqqında suallarına çox geniş və əhatəli cavab verdi. Mən isə milli birliyin yaranması üçün dilə sevgini dinə pərəstiş səviyyəsinə qədər qaldırmağın zəruriliyini dedim və dil sevgisi ilə bağlı bir çox faktlar gətirdim, uşaqları ana dilində oxutmağa çağırdım. Söhbətimiz fəhlələrin çox xoşuna gəldi. Bütün çadırlarda belə söhbətlər gedir. Çadırların əksəriyyətində yemək-içmək axşamüstü boldur. Deyəsən, özlərinin də ac qala biləcəyini duyan əsgərlər qoyunların və yeməyin içəri keçirilməsinə liberal yanaşıblar. Təkcə Ağsu rayonunun çadırı yanında 8 qoyun cəmdəyi təmizlənib ağacdan asılıb. Əmircan kəndinin, musiqiçilərin çadırları yanında da qoyunlar şaqqalanıb və camaata kabab verilir. Bakı komendantının əmri ilə şəhərə rayon maşınları buraxılma-dığına, ərzaq maşınları geri qaytarıldığına görə indi Bakı kəndləri bu boşluğu doldururlar. Zirə, Hövsan, Zığ, Pirhəsən, Əmircan, Yeni Suraxanı və başqa kəndlərdən gələnlər çox qeyrətlə camaata yemək verir. Çay, çörək, yemək, demək olar ki, bütün çadırlarda az və ya çox dərəcədə var. Kim hansı çadıra istəsə girib qonaq ola bilər. Böyük lövhədə şer bəndi:

“Mən bu meydana qədəm qoymamışam şöhrət üçün, Mal üçün, izzət üçün, şövkət üçün, sərvət üçün. Yaradıb haqq məni öz millətimə xidmət üçün, Hazıram canı fəda etməyə bu niyyət üçün. Məhəmməd Biriya”. 30 NOYABR 1988. 00.10. Sol tribunanın qarşısında ortada bir oğlan əlindəki ağaca bağlanmış iki bayrağı (Azərbaycanın) yellədir, ətrafda isə oğlan və qızlar "Azərbaycan", "azərtürk" oxuya-oxuya yallı gedirlər. 00.15. Radio ilə meydana xəbər verildi ki, Nemət xalqı, guya rus xalqını təhqir edir. Camaatı hərbi vəziyyətdə küçəyə çıxmağa çağırır. Onu köhnə rəhbərliyin adamları öyrədib. Nemət deyir ki, hökumət yoxdur. O, xalqı qırğına çağırır. (Danışan Tibb İnstitutunun aclıq elan edən tələbəsidir). Azərbaycanı müxtəlif torpaqlara bölmək gərək deyil. Xalqı qırğına aparmaq istəyir Nemət. Biz birləşməliyik. (Veriliş televiziyada gedir). Nemət bir sözü beş dəfə təkrar edir. Əsas işimiz o idi ki, Topxanada işi dayandırdıq. (Fit, "sat-qın!", "Ne-mət!" – sürəkli). (Veriliş yalnız Nemətin mənəvi məhvinə həsr edilib). Meydanda külli miqdarda pul yığılıb, hanı o pullar? 00.55."Ne-mət!", "Ne-mət!". Tonqal ətrafında söhbətlər oldu. Heç kəs eşitdiyinin həqiqiliyinə inanmırdı. Birisi dedi ki, bu gecə də yatmamaq üçün bir şey lazım idi, o da oldu. 00.57. Nemət gəldi camaatın içinə. Tofiq Fikrətin "Millət şərqisi"ni əzbər dedi. Sonra bildi ki, mikrofon quraşdırılıb, danışmaq üçün getdi dəniz tərəfə. *** Bir oğlan: Gedin Nemətə deyin ki, mingəçevirli Qismət deyir ki, onun yolunda can verməyə hazırıq. Zəng vurmuşam, sabah mingəçevirlilər burada olacaq. (Radioda, televiziyada danışan: Zeynalov Namiq - ağdamlı. ATİ, IV kurs. 6 il həbsdə yatıb). 01.25. Nemət: - Mənə gündüzdən bu komediyanı xəbər vermişdilər. Bu gün mikrofo-nu ona görə vermədilər ki, mən onları ifşa edə bilərdim. Xalqın birliyini pozmaq üçün belə iftiraya əl atdılar. Ziyalı xalqın siması, ziyalı xalqın düşünən beynidir. Mən ziyalıla-rı yox, ziyasızları tənqid etməliyəm. Telestudiyanın bütün işçiləri bu verilişə qarşı çıxsa da veriliş efirə getdi. (Şer dedi). (Mikrofon çox pis işlədiyi üçün çox sözünü eşitmədim). Sabir yazıçıdır, sadəlövhdür. Əgər bilmək istəsəniz Xudu Məmmədovun ürəyini "Qayğı" cəmiyyəti partlatdı. O, kiməsə yardım etmək istəyirdi. Başçıları bu gün pis vəziyyətə düşüb. "Vətən" cəmiyyətini tənqid etdim. Elçin də səhv edir. (Şer dedi. İti hafizəsi varmış!). Bizim xalqı necə olursa-olsun məhv etməyə çalışırlar. Pambıq tarlaları, kimya zavodları analarımızı analıqdan məhrum edib. (Şer söylədi). İndi bütün Azərbaycan xalqı səsimizə səs verib. Düşmən Azərbaycan xalqının bu birliyindən qorxub. Düşmən bu birliyi pozmağa çalışır. Biz and içirik ki, bu birliyi pozmayacağıq. ("And içirik!"). (Məmməd Arazın "Azərbaycan" şerini söylədi). Danışan bişərəfin qrup yoldaşı buradadır, söz ona verilir. 01.48. Tə

: Televiziyada danışan Namiq türmədə olub, alverçilik-lə məşğuldur. Yaxşı ad çıxarmışdı. Aclıq elan edib. Dünən onu Volodarski adına fabrikin yanında yemək yeyən görüblər. Bizim adımızdan istifadə edib. On gündür ki, yox idi burada. Deyirdi ki, orada sıxlıqdır, nə var orada? Deyirlər meşə çaqqalsız olmaz. Ar olsun belə çaqqallara! 01.51. Hatəmi: Tətil, nümayiş davam edir. Neməti sıradan çıxarmaq üçün nümayiş komitəsi yaratdılar. İndi də belə çirkin fitnəkarlığa əl atdılar. DQMV-ni ləğv etməyincə buradan çəkilməyəcəyik. Tarix İnstitutu tariximizi qəbiristanlığa çevirmişdir. Xalqın öz tarixindən xəbəri yoxdur. Azərbaycan xalqına zərbəni zərbə üstündən vurmuşlar. Mən hamını Nemətin ətrafında daha sıx birləşməyə çağırıram. Azərbaycan xalqının mübarizəsinə eşq olsun! 01.57. Nemət: - Bizim mübarizəmiz dörd ildir ki, gedir. Şmidt (indiki Səttar xan) zavodunun bütün fəhlələri mənim ətrafımda birləşib. İndiyədək mənə ev, vəzifə, institut, pul təklif ediblər. Bir qadına 7 min manat pul verdilər ki, məni ləkələsin. Qadın dedi ki, mən sizin kimi fahişə deyiləm. Biz tətil üçün ərizə vermişdik. Fuad Musayev dedi ki, xalqımızın mənəviyyatı yoxdur nümayiş üçün. Mən dedim ki, ayrı-ayrı adamların mənəviyyatı olmaya bilər, xalqa isə bu sözü demək olar? Sonra məni çayxanada tutdular. Məni Kirov rayonuna apardılar, halbuki Nərimanov rayonunda tutulmuşdum - Fətulla Hüseynov üzr istədi. Ayın 2-sində rəsmi aclıq elan etdim. Onda üzümə iki nəfər şahid durğuzdular ki, mən guya camaatı Sumqayıt qırğınına çağırmışam. Sonra məni 300 manat çərimə etdilər. Kollektiv tətil etdi. Nərimanov rayonunun I katibi mənə dedi ki, sizin iş Əliyevlə bağlıdır. Bəzi zəif adamları qısma-boğmaya saldılar. Dedilər ki, Nemət aclıqdan əl çəksin. Partiyadan, işdən qovulanları bərpa edəndən sonra aclığı dayandırdım. Xalqla birləşdiyi üçün Rəfail Allahverdiyevi işdən çıxardılar (H.Əliyev dövründə Bakı İH rəhbəri). Naxçıvanda Nurəddin Mustafayevi - xalqın üstünə tank yeridəni xalq çıxara bilmir. Xalqla yaxınlaşanlar onlara lazım deyil. Düşünən beyni olan ziyalılarımız təqib altındadır. Müəyyən fəhlələrin zəif yerindən yapışacaqlar ki, o fəhlə maaşsız necə dolanacaq? Ancaq onu bilməliyik ki, bu gün Azərbaycan xalqının taleyi həll olunur. Min cürə fitnə ilə araya qarışıqlıq salmaq istəyəcəklər. Biz iqtisadi blokadaya almalıyıq. Ehtiyacı olanlar çəkinməsinlər, desinlər, biz onları darda qoymarıq. ("Öldü var, döndü yox"). Sabahdan təşkilati işi gücləndirməliyik. "Əfqan"lardan xahiş edirik ki, yumruq kimi birləşsinlər. İdmançılar, həkimlər, iqtisadçılar... öz dəstələrini yaratsınlar. Bu gün qeyrət günüdür. Bu gün xalqın müqəddəratı həll olunur. Azərbaycan xalqının milli gəliri 142 milyard manat olduğu halda büdcəsi 3 milyard manatdır. Xahiş edirik ki, tarixçilər bu hərəkatın salnaməsini yazsınlar, kameralar çəksinlər. Bu, xalqın ən şərəfli tarixidir. Bu gün düşməni mənim dünənki çıxışım vahiməyə salıb. Ya əsl sosializm, əsl leninizm olmalıdır, ya da hamımız pasportlarımızı təhvil verib SSRİ-dən çıxmalıyıq. (Alqışlar). Bu gün rus xalqı da bizimlədir. Pribaltika xalqları, gürcülər, qazaxlar, estonlar səsimizə səs verib. Ya bu xalq öz hüquqlarını bərpa etməlidir, ya da iki gündən sonra pasportlarını təhvil verəcək. And içirik! (“And içirik!”) (Şer dedi). (Nemət ortada durub, qabağında bir oğlan, arxasında bir oğlan dayanıb. Üç oğlan da əllərində meqafonları tutub). 02.25. Ağamalı Sadiq: Özünüz görürsünüz ki, bizi necə parçalamaq istəyirlər. Çoxları elə bilir ki, bu hərəkat kortəbiidir. Deyirlər ki, bir fəhlə başçılıq edir. İndinin fəhləsi 70 il qabaqkı deyil. Nemət Allahın verdiyi Nemətdir. Hərəkat kortəbii deyil. Qələbəmiz çox da uzaqda deyil. Televizorda deyildiyi kimi, guya biz rusa qarşı çıxırıq. Ancaq biz yalnız öz azadlığı-mızı istəyirik.

Allah sizə yar olsun. Öz birliyinizlə azadlığın dadını görəcəksi-niz. Sizi Nemətin ətrafında birləşməyə çağırıram. İnsan dünyaya bir dəfə gəlir. Ancaq xalq yolunda gedən baş min il yaşayır. 02.30. Kimsə (Politexnik İnstitutun dosenti): Bu bizim xalqın taleyində gözlənilən gündür. Artıq hərəkətlərə yol verilməsin. Yalnız birlik yolu ilə qələbəyə getmək olar. Azəri türkləri olduğumuz halda bizi "farslaşmış türklər" adlandırırlar. Akademik Ziya Bünyadovun xidmətləri çox olsa da Azərbaycan xalqının tarixində əyintiyə yol verib. Sumqayıt hadisəsini yaratmazdan qabaq düşmən Qafan hadisəsini yaratdı. Didərginləri “qaçqın” adlandırdıq. Erməni qadını azərbaycanlı qadın kimi qələmə verib cavanları qızışdırıblar. Qriqoryanın adam öldürməsindən niyə danışmırlar? Faktları yığıb dövlət məhkəməsini fakt qarşısında qoyarlar. Sumqayıtda türmə qapısını açdıran da erməni olub. 02.45. Kimsə: Televiziyadakı çıxış 13 günlük hərəkatımıza xəyanətdir. 02.47. Xatirə: Yoldaşlarım və ağdamlı qızlar adından deyirəm ki, Namiqə ar olsun! O, provokatordur. Biz söz veririk ki, onu bura gətirəcəyik. (Qız ağlayır). ("Ar olsun!"). 02.49. Nemət: Pərt olmayın. Koroğlular olan yerdə Keçəl Həmzələr də olmalıdır. Belə bişərəflər heç vaxt birliyimizi sarsıda bilməyib və bilməyəcək. Biz bilirik ki, o fitnəyə qarşı bütün Azərbaycan xalqı ayağa qalxacaq. And içirik ki, bu birliyimizi pozmayacağıq! ("And içirik!"). Bu gün ürəyində Vətən eşqi olanların hamısı bir bayraq altında birləşməlidir. Yaşasın Azərbaycan xalqının birliyi! Yolumuz azadlıqdır! Öldü var, döndü yox! Kim istəyir gəlsin danışsın. (02.54). 02.55. Qadın: Bizi sizinlə gecəli-gündüzlü 13 gündür ki, buradayıq. Biz dörd tələb etmişdik və and içmişdik ki, bu tələblər ödənilməyincə buradan getməyəcəyik. Sizə bir məlumat oxumaq istəyirəm. Tibb İnstitutunun tələbəsi Namiq Zeynalov qabaqcadan hazırlanmış ssenari üzrə hərəkatımızı yerə vurmağa çalışdı. O, cinayətkardır. Nemət Pənahlıya böhtan atıb. İki gün aclıq edən adamın tribunaya buraxılması bizim günahımızdır. Biz xalqa arxalanmalıyıq. Mən qardaşımız Nemətin səsinə səs verirəm. Mən deyirəm: "Biz ölərik, Neməti tək qoymarıq!". (Xorla təkrar). 03.02. Kimsə. Şer söylədi. Sonu: "Müstəmləkə vətənim var". 03.07. Dəmir Gədəbəyli: Tənbəki bol olanda hamı qəlyan çəkir. Buranı başqa xalqları təhqir tribunasına çevirməyək. Boşboğazlıq lazım deyil. Bir-birimizin ayağını basmayaq... 03.15. Məni tutub apardılar qeydlər etdiyim üçün. "Şəxsiyyətimi müəyyənləşdirib" buraxdılar. Qayıdanda bir kişi danışırdı. Kişi: Biz qüvvələrimizi parçalamamalıyıq. Böhtanlara baxmamalıyıq. Deyirdilər ki, guya Ermənistanda əsgərlərə gül-çiçək veriblər, ancaq hiylədir. Bizdə isə həqiqətən qardaşlıq yaranıb. Biz sovet xalqları hamımız erməni daşnaklarına qarşı mübarizə aparmalıyıq... 03.30. Məni yenə tutub apardılar. Bu vaxt yığıncaq da dağılışdı. 03.35. EA işçisi olan bir yoldaşın dediyindən: Dünən institutumuzda iclas çağırılıb. Təklif oldu ki, Nemət savadsızdır, fəhlədir, hərəkata rəhbərlik edə bilməz, ona görə də camaat içərisində təbliğat aparıb onun nüfuzunu öldürmək gərəkdir. Ancaq 2-3 nəfər ciddi etiraz etdi ki, elə ermənilər də bunu istəyir. Təklif keçmədi. Bu məqsədli yığıncaqlar bir çox müəssisələrdə də keçirilib. Deməli, buaxşamkı fitnəkarlıq təsadüfi deyilmiş. Aclıq edənlərin çadırına vurulmuş 4 fotodan 1-inin yeri boş qalmışdı - o da Namiqin fotosunun yeri idi. Xor: "Babək, Koroğlu, Ermənilər it oğlu". 06.00. "8 km qəsəbəsi 6No-li bina Xalq Cəbhəsi sizinlədir". (Belə "xalq cəbhələri" çox idi). Maarif Xalıqovla gəzişirik. Bir şeyə diqqətimi yönəldir: əsgərlər avtomatların başına süngü də taxıblar. Meydan boyu səpələnmiş seyrək tonqallar xəsisliklə yanır. On - on beş dəqiqə qabaq Maarif müəllimlə birgə Qaraçuxurun çadırından çıxdıq. (Bu çadırda oturub bir az dincimizi

alırdıq). Burada nümayiş komitəsi yaratmaq istəyən iki dəstə bərk mübahisə edirdi. Ağız deyəni qulaq eşitmirdi. Yeni komitənin nə məqsədlə yaradıldı-ğı mənə aydın deyildi, ancaq onu bilirəm ki, hərəkatın rəhbərliyini əməlli-başlı parçalaya biliblər və deyəsən, Neməti "siyasi hakimiyyət"dən də uzaqlaşdırmaq istəyirlər. Ancaq fəhlələr ona çox dərindən inanırlar. 06.12. Camaat meydana çağırdılar ki, adam az qalıb. 06.20. Me (cənublu) başçılığı ilə "Öldü var, döndü yox" oxuya-oxuya meydanı dolaşır. Bir şey də müşahidə etdim: bu gecə heç yerdə meyxanaçılar gözə dəyməyib. Səbəbini deyə bilmərəm. *** Xor: "Ay camaat, qışqırın, Meydanı qızışdırın!". Bu gecədən "Azərbaycan" mehmanxanası tərəfdə - meydanın cənubunda uşaq oyunları meydanı da "inqilabçı"ların sərəncamındadır. Uşaqlar çadır parçaları ilə kəsib burada iki "otaq" düzəldiblər. Oyun maşınları-nı qırağa düzüblər. 7.30. Tonqal qırağında Salyandan gələnlərlə söhbət etdim. Bu gecə saat 9-da gəlib çatıblar. Salyandan Ələtəcən piyada gəliblər, oradan Bakıya isə yük vaqonunda (təx. 500 ). Yolda əsgərlər, milis işçiləri dəfələrlə qabaqlarını kəsib saxlamaq istəyiblər, xeyri olmayıb. Deyirlər ki, Salyandakı beton zavodunu və b. zavodların hamısını saxlayıblar. 7.41. Ne-mət!”, “Ne-mət!” (sürəkli). Təxminən saat 9-a qalmış Qorxmazla birgə meydandan çıxıb evə yollandıq. Yolda iki yerdə tanklar camaatın qarşısını kəsmişdi (Ü.Hacıbəyov küçəsində), halbuki başqa günlər təkcə APİnin qabağında tank dururdu, özü də buradan heç nə soruşmamış buraxırdılar, "Cənub" mehmanxanasının altındakı qəzet köşkündə növbədə çox dayandıq, bizə 2-3 adam qalmış qəzet qurtardı. "26-Bakı komissarı” (Sahil) metrosu ilə "Bakı Soveti"nə gəldik. Buradakı qəzet köşkünün qarşısına xeyli adam toplaşmışdı; qəzet hələ gəlməmişdi, camaat gözləyirdi. Hamı axşam televiziya ilə çıxış edən tələbə Namiq Zeynalovu lənətləyir, onun qanının halal olduğunu söyləyirdi. Nə isə, qəzet gəldi və camaat növbəyə düzüldü. 3-4 dəqəgədən sonra bir papaq havada fırlanıb bir az aralıda yerə düşdü. Bəlli oldu ki, bir qoca erməni heprimi (“Yefrem” adından yaranan bu sözü Kafya nənəm rəhmətlik “əntərləşmiş qoca erməni kişisi” mənasında işlədirdi) növbəsiz qabağa soxulub, papaq da onundur. Erməni nəsə donquldandı, camaat başladı onu bayıra dartmağa. Üstünə söyüşlər sel kimi yağdı. O sözlərin heç birini bir batman balla da yemək olmazdı. Axırı, erməni qəzet alıb bayıra çıxdı və dedi ki, papağımı gətirin. (Papağı isə bu vaxt köşkün damına atmışdılar). Camaat onu dolamağa başladı. Yandan ötən bir rus uşağı çıxıb papağı düşürdü. Qoca erməni erməniləri söyməyə başladı. Dedi ki, mən də onlara nifrət edirəm. Qorxmaz bu vaxt çox canfəşanlıq göstərdi, dedi ki, bu sözlərini yaz ver, mən dərc etdirəcəyəm. Sıramızda bir hərbçi mayor da vardı (azərbaycanlı), erməni üzünü ona tutub rusca dedi ki, mən də sənin kimi mayoram, görürsən ki, məni təhqir edirlər, niyə susursan? Camaat tez yerindən dedi ki, mayor sənin keşikçindir? Bu vaxt bir rus əsgəri və praporşiki camaata yaxınlaşdı. (Sonra bəlli oldu ki, onları xəlvətcə bir rus qadını çağırıb; rus özü də qəzet almaq üçün bayaq növbəyə durmuşdu). Hərbi komendantlığın nümayəndələri olan bu şəxsləri görən kimi qoca erməni qışqırmağa başladı ki, bəs kömək edin, mən də mayoram, məni təhqir edirlər. Praporşik soruşdu ki, papağınızı kim atıb? O boylandı, papağını tullayan getdiyi üçün onu tapmadı və birdən Qorxmazı göstərdi ki, bununla başqa bir cavan oğlan atıb (təki kimi isə ilişdirsin!). Qorxmaz qabaqca bu həyasızlıqdan özünü itirdi, sonra isə praporşikə dedi ki, mən heç nə etməmişəm. Camaatın hamısı praporşikin üstünə düşdü ki, bu oğlanın heç bir təqsiri yoxdur. O, sözə baxmayıb Qorxmazı komendantlığa aparmaq istədi. Bu vaxt cavan bir oğlan vəsiqəsini göstərib (yəqin ki, DTK əməkdaşı idi) dedi ki, bu oğlanın heç bir təqsiri yoxdur. Əksinə, “kişi”nin özü provokatordur, araya dava salmaq istəyir, onun sənədlərini yoxlayın. Bundan sonra praporşik həmin ermənini qabağına salıb apardı. Mən gördüm ki, camaatda ermənilərə qarşı nifrət elə coşub-daşır ki, bunun qarşısını artıq heç nəylə almaq mümkün deyil. 14 günlük xalq hərəkatının nəticələrindən biri də, bax, elə budur! (Erməni bizi qırır, biz isə sadəcə nifrətlə təsəlli tapırıq!..).

30 NOYABR 1988. (Ardı). 16.30. Qorxmazla birgə Lenin meydanına gəldik. Həmişəkindən az adam var. Təxminən 250300 min (ça birgə) nümayişçi olar. İndiyədək mikrofon verilməyib. B.Vahabzadə ilə Nemət boş tribunaya qalxsa da mikrofonu açmayıblar. Meydanın cənubundakı bir avtobusun üstündə “inqilabçı”lar özləri mikrofon quraşdırıblar. B.Vahabzadə çadırlardadır (Nemətlə). Ancaq hələ heç kəs danışmağa təşəbbüs göstərmir. Dəmiryolu vağzalında - Sabunçuda Ermənistandan gəlmiş çoxlu azərbaycanlı var. Əksəriyyətini döyüb, təhqir ediblər. 17.50. Qaranlıq düşüb. Ancaq hələ meydanın işıqlarını yandırmayıblar. Noyemberyan rayonunun Ləmbəli kəndinin əhlini dünən köçürüblər. Azərbaycanlı bir qadın dedi ki, ermənilər Ermənistandan gələnlərin əlində nə varsa (qulağının sırğasına, barmağının üzüyünə kimi) hamısını alıb buraxıblar. 18.00. Nemət. “Millət şərqisi”ni oxudu. (Alqışlar). - Artıq 14-üncü gündür ki, Azərbaycan xalqı bir nəfər kimi öz hüquqlarını müdafiə edir. Milli simasını itirmişlər bizi rüsvay etmək istəyirlər. Biz and içirik ki, hərəkatımızı parçalamağa qoymayacağıq! (“And içirik!”). Bu gün Azərbaycan xalqının düşünən başlarını aradan qaldırmaq istəyirlər, ancaq buna nail olmayacaqlar. Bizə fitnələr, böhtanlar atırlar. Bu gün Bəxtiyar müəllim gəlib ağlayır. Onları sadəcə olaraq qorxudurlar. İstər daxili, istər xarici düşmənlərimizlə mübariz olacağıq. (Alqışlar). Erməni ekstremistlərinin, mafiyasının əlində olan mərkəzi mətbuat Azərbaycan xalqına hücuma keçib. Birliyimiz düşməni qorxudub. Heç nə bizim sıralarımızı poza bilməyəcəkdir! Biz, xalq artıq heç kəs tərəfindən idarə olunmuruq. “Satqın ziyalı” deyəndə Azərbaycan xalqının birliyini məhv etmək üçün çalışan Tibb İnstitutunun tələbəsi kimilərini nəzərdə tuturam. (“Ar olsun!”). Bu gün Bəxtiyarımız, Sabirimiz var. “Parçala, hökm sür” siyasətini bu gün də həyata keçirmək istəyirlər. Bəxtiyar müəllim ağladı, mənim taleyimdən qorxdu. Eybi yoxdur. Biz qurbanlardan qorxmamalıyıq. Bu gün Azərbaycan xalqı məğlub olsa yüz ildən sonra özünə gəlməyəcəkdir. Tariximizi İqrar kimilər saxtalaşdırır, məhv etmək istəyirlər. Kim ki namusla xalqa xidmət etmək istəyir, onlar xalqın içindədir. Bu gün bizi heç nə və heç kəs məhv edə bilməz. Öldü var, döndü yoxdur! (Təkrar). Bizim mübarizəmiz birgünlük, ikigünlük deyil. Erməni fitnəkar-lığına yalnız birliyimizlə qələbə çala bilərik. Ar olsun Azərbaycan xalqının adından danışan Tatlıyev kimi adamlara! Bir nəfər kimi bir bayraq altında birləşməliyik. Rayonlarda hərəkatımızı parçalamaq üçün təbliğat aparırlar. İşləməyən fəhlələrin ailələrinə kömək edəcəyik. Təbliğatlara uymamalıyıq. Bu gün bir nəfər kimi birləşməsək məğlub olacağıq. (Alış-lar). (“Tə-til!”, “tə-til!”). Bu gün də yerliçilik adı altında hərəkatımızı parçalamaq istəyib-lər. Dünən televiziyanın bütün işçiləri etiraz etsə də verilişi buraxdılar. Biz tankların qarşısına gülçiçəklə çıxmışıq. O tankların üstümüzə yeriməsinə imkan verməyəcəyik. Köləliyi qəbul etməməliyik. Xalq özü taleyini həll etməlidir. Bəziləri deyir ki, on gündə nə etmişik? Bu on gündə yüz illik yolu keçmişik. On gündə bir yumruq kimi birləşmişik. Bugünün ölüm-dirim mübarizəsi dayanmaqdır. Bəs onlar niyə tualeti təmizləmirlər? Biz tətillə öz sözümüzü deməliyik. (“Tə-til!”, “tə-til!”). Gündə bu meydana yüzlərcə teleqram gəlir, onların hamısını oxuyaq? Bütün tələbləri oxuya bilmərik və yerinə yetirə bilmərik. Vətəni itirmək hər şeyi itirməkdir. Azərbaycan iki imperiya ara-sında parçalanıb. Sonra Göyçə mahalı, Dərbənd... başqa yerlərə paylanıb. Biz Lenin prinsiplərini, sosializmi, beynəlmiləlçiliyi öz həqiqi mənasında başa düşməliyik. (18.25. Nəsə bir qarışıqlıq düşdü qabaq tribunalar tərəfdə. Danışığın çoxu eşidilmədi). Namiq cinayətkardır, həbsdə yatıb. Tibb İnstitutunun tələbələri hamısı bir nəfər kimi qol çəkib ki, institutda ya o oxumalıdır, ya biz. 18.30. Çeşmazər danışdı: Mən Cənubi Azərbaycandanam. 43 il qabaq Cənubda hökumət yaratmışdıq.

(Arxada əsgərlər nəsə qarışıqlıq saldılar, heç nə eşidilmədi. Deyəsən, tribunaları tutmaq istəyirlər). 18.35. Bakı poçt idarəsi rəisi Ağarzayeva (baş mikrofondan): Moskvaya külli miqdarda teleqramlar göndərilir. Onlar birbaşa elektron-hesablama maşınları ilə verilir. Xalqın işi ilə həmrəyik. (Çeşmazər öz danışığını kəsdi). 18.40. Camaat meydan içində dağılışır ora-bura. Çıxışlar kəsildi. Bu çıxış, həmrəylik göstərdi ki, xalqın Nemətə münasibəti dəyişilməz qalır. 18.55. Camaat dağılışmağa başladı. (“Ne-mət!”, “Ne-mət!”). Söhbətdən: Rusların bu hərəkat əsnasında ermənilərin tərəfinə keçməsinin bir səbəbi də (xaçdan başqa) respublikada Azərbaycan dilinin rus dilini sıxışdırmasıdır. Azərbaycan dilinin genişlənməsində onlar özləri üçün təhlükə görürlər. 19.15. «Azərbaycan» mehmanxanası tərəfdən adamları əsgərlər içəri buraxmırlar. Vəziyyətlə tanış olmaq üçün Qorxmazla “Abşeron” mehmanxana-sı tərəfə getdik. Burada çox böyük basabaslı növbə vardı. Bir azdan burada iki tərəfdən giriş yolu açdılar. Ona görə də camaatın axını gücləndi. Boşalmış meydan indi dolmağa başladı. (Televiziyada Namiq Zeynalovla müsahibə aparanın adı Nicatdır). *** “Kommunist” qəzeti bu gün “Qərar ləğv edilmişdir” başlıqlı xəbərlə xalqı muştuluqladı: “Azərbaycan SSR Nazirlər Soveti... “Əsgəran rayonunun Şuşikənd kəndində Ermənistan SSR-in “KanAZ” zavodu pansionatının tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” DQMV XDS İKnin qərarını (1 noyabrda verilmiş! - Ə.T.) etmişdir”. Bəli, bundan sonra Topxanaya zaval ola bilməz!.. 01 DEKABR 1988. 14.20. Bütün avtobuslara və başqa nəqliyyat vasitələrinə camaatı işə çağıran maqnitofon lenti verilib. 96No-li avtobusda bu lentə qulaq asdıq. Lentdə bir oğlan deyir ki, işə çıxmamaqla yalnız özümüzə ziyan vururuq. Bunu ermənilər də istəyir. Nailə (yoldaşım) və qonşumuz Çimnazla (Əvəz İbrahimovun yoldaşı) birgə Üzeyir Hacıbəyov küçəsinə çatanda gördük ki, hər yanı tanklar tutub, heç kəsi buraxmırlar. Mən onları “taleyin hökmünə” buraxıb, gecikməmək üçün özüm təkcə keçmək istədim. Arxayın idim ki, redaktor vəsiqəsi mənə kömək edəcək. Ancaq iki-üç yerdə nə qədər çalışdımsa buraxmadılar - yalnız xüsusi buraxılış vərəqəsi olanları buraxırdılar. Kitab evinin altı tərəfində xeyli adam toplaşmışdı. Mən də əlacsız onlara tərəf getdim və birdən kütlə əsgər cərgəsini yarıb keçdi, mən də onların içində. Meydanda adam çox az idi - axı heç kəs tankı kənara itələyə bilməz! Mən gələndə meydanda 100 min adam olardı. Nemət səsucaldanla danışırdı (Maştağa avtobusunun üstündə). Səs çox pis eşidilir. Hökumət evinin divarlarına vurulmuş şüarların çoxu götürülmüş-dür; kim edib - bilmirəm. Qalanların çoxunu isə külək gecə yıxıb, əyib, laxladıb. Onların çoxu oxunmaz olmuşdur. Açığı, onların zavallı görkəmi mən kövrəltdi. Camaatın azlığı da 15 günlük şuxluğu yox etmişdi. Nemətin danışığ nda da həmişəki döyüşkənlik yoxdu. Bir azdan “Azərbaycan” mehmanxanası tərəfdən “Qarabağ!”, “Azərbaycan” sədaları ucaldı və əsgər səddini yarmış böyük bir kütlə meydana girdi. Bu, camaatda ruh yüksəkliyi yaratdı. Mən bu qeydləri aparan vaxt - saat 15.48-də artıq Tonqallar meydanı həmişəki görkəmini alır burada azı 250-300 min a var (çadırlar tərəfdə isə ən azı 50 min). 4 tribunanın hamısı tələbələrlə dolub, yenə “azərtürk”, “Qarabağ”, “Azərbaycan” və başqa şüarlar xorla oxunur, erməni mövzusunda beytlər deyilir. Bu gün meydana heç bir yeni şüar gətirilməyib. Mətbuatın, televiziya və radionun təbliğatı öz işini görüb - camaatın mübarizliyi hiss olunacaq qədər zəifləyib. Ancaq bu heç də o demək deyil ki, xalq vuruşdan əl çəkmək fikrindədir, əksinə, bir çox topalarda işi dayandırmamaq təkliflərinə çox sərt cavab verilir. Bu gün meydana yığışanlar macəra axtarmaqdan tamam uzaq adamlardır və bura niyə gəldiklərini çox yaxşı bilirlər. Onları dağıtmaq çox çətin olacaq.

“Dağıtmaq” deyəndə səhər qəzet alarkən nümayiş komitəsinin üzvü, qonşum Cümşüd Nuruyevlə etdiyim söhbət yadıma düşdü. O dedi ki, bu gün saat 3-də camaatı dağıtmağa təşəbbüs göstərəcəyik. Dedi ki, DQ-da büro buraxılacaq. Qaradağ rayonunun I katibi Bolotin ora I katib qoyulacaq, sonra isə bir azərbaycanlı və bir erməni katib də qoyulacaq, beynəlmiləl heyət Qarabağı idarə edəcək. Poğosyanın tutulmasına isə Qorbaçov razılıq verib. Yığılan pullara gəlincə (meydanda) Cümşüd bildirdi ki, nümayiş komitəsi həmin pulları Ermənistandan gəlmiş azərbaycanlılar üçün Dağlıq Qarabağda binalar tikməyə verməyə razılaşıb. Nemətlə komitənin münasibətini soruşanda dedi ki, Nemət hamını rədd edib, Sabir Rüstəmxanlını “60 faiz satqın” adlandırıb (deməli, onun fikrincə, yerdə qalanlar yüz faizli satqındır). Ancaq biz onunla birik. (Doğrusu, bu birliyə mən özümü heç cür inandıra bilmədim). Komitədəki naxçıvanlılar belə Nemətdən üz döndərib (təkcə XTİ-nun müəllimi Fəzail Ağamalıyevdən başqa). Cümşüd televiziyada danışan tələbə Namiq Zeynalovun sözlərinə haqq qazandırdı (təkcə pul məsələsindən başqa) və mən bu rəyi bütövlükdə nümayiş komitəsinin fikri kimi qiymətləndirdim. Deməli, əslində Nemət tək qalıb. Onunla yalnız şair Ağamalı Sadiq və bir də Rəsul Ələkbərov (pulyığan) var. (Əlbəttə, işi yaxşı bilmədiyim üçün bu düşüncəmdə yanlışlıq da ola bilər). Cümşüdlə söhbətdən, avtobusdakı maqnitofon lentindən, axşam televiziyada İnşaat Mühəndisləri İnstitutunun 4 tələbəsi ilə aparılan müsahibədən (N.Zeynalovun çıxışı ruhunda), Hökumət evi ətrafındakı blokadadan sonra mənə aydın oldu ki, Nemətin vəziyyəti çox ağırdır. Meydanda bu sətirləri yazan vaxt gördüyüm xalqın isə ondan üz döndərəcəyinə heç cür inanmaq olmur. Hər halda, ən pis vəziyyətdə də ən azı 5 min nəfər onunla sonadək dayanacaq ki, bunun özü də az deyil. İndi isə Nemətin çıxışı haqqında. O, saat 14.40-dan 15.20-yədək danışdı (mən gələnədək nə qədər danışmışdı - bilmirəm). Yenə xalqı birliyə, iftiraçılara uymamağa, tətili davam etdirməyə çağırdı. Dedi ki, bu yarım ayda xalqın birliyini yaratmaq, bütün Azərbaycan rayonlarını ayağa qaldırmaq böyük qələbəmizdir. O, bir uşağı avtobusun üstünə qaldırıb dedi ki, bizim - Azərbaycanın gələcəyi, bax, bunların əlindədir. O, respublikalarda təsərrüfat hesabına keçilməsinin mahiyyətindən danışdı və dedi ki, indi bunu dilənçi payı, kölə payı səviyyəsində etmək istəyirlər. Ancaq biz tələb etməliyik ki, milli gəlirimizin 75 faizi özümüzə qalsın. Naxçıvanın Şahtaxtı kəndindən çıxan mərmər üçün bizə 250 manat verən Moskva onu 2.500 manata satır, eləcə də pambıq, üzüm, neft kimi sərvətlərimiz o cür. Gərək respublika özü taleyini həll edə bilsin, istəyəndə pambıq əksin, istəyəndə üzüm və s. Nemət sonra millətlərarası münasibət məsələsinə toxundu, dedi ki, ermənilərə biz nifrət bəsləməməliyik. O, çox yazıq xalqdır, qalıb fanatik-lərin əlində. Ruslar özləri də azadlıq istəyirlər. Biz öz suverenliyi uğrunda mübarizə aparan bütün xalqlara, millətlərə hörmətlə yanaşırıq. Daha sonra Nemət ona gələn bir məktuba cavab verdi. Aşağıdan bir qadın yazırdı ki, bizə 26-lar rayonunun I katibi Vəli Məmmədov nümayişə gəlməyi qəti qadağan edib. O, həmişə millətdən, qeyrətdən dəm vurur, bəs niyə xalqın qarşısını kəsir? Nemət dedi ki, mən Vəli Məmmədovu katibliyindən qabaq da tanıyırdım. O, həqiqətən xalqın ən qeyrətli oğlanlarından biridir. Mənim yaşda olanda N.Nərimanov haqqında kitab yazıb. Ancaq nə etsin? Yuxarıların əmri var. Onun vəzifəsi odur ki, sizi bura qoymasın, sizin vəzifəniz isə odur ki, əsgəri yarıb içəri girəsiniz. Xalqın qarşısını heç kəs kəsə bilməz. Sonra Nemət mikrofon quraşdırılacağını və bu vaxt daha geniş danışacağını bildirib üstünə “Maştağa sizinlədir!” lövhəsi vurulmuş 28-38 A nömrəli avtobusun üstündən yerə düşdü. Mən də çadırlar tərəfə getdim. Burada insan qarışqa kimi qaynaşır. Fəhlələr işə çıxmayacaqlarını bildirirlər. Deyirlər ki, ermənilər doqquz ay çıxmayıblar, ölüblər? Onlar sağ qalıbsa, biz də ölmərik. Öz aramızdır, deyəsən, onlara Nemətin bayaqkı sözləri də ruh verib. Nemət isə son iki gündə televiziya və mətbuatda haqqında çox səs-küy qaldırılan pul məsələsinə toxunub dedi ki, “Qayğı” cəmiyyəti də, “Vətən” cəmiyyəti də elə vəziyyətdədir ki, dövlətdən icazəsiz bir qəpik də xərcləyə bilmir. Rəhmətlik Xudu Məmmədovu da partladıb öldürən elə “Qayğı” cəmiyyətinin bu günə düşməsi oldu. İndi də istəyirlər ki, bizim yığdığımız pula əl atsınlar. Ona görə qarınlarına ağrı dolub. Səhərdən 200-dən çox adam mənə deyib ki, Nemət, səni pul üstündə ilişdirəcəklər. Mən heç kəsdən pul almamışam. Bu pulu hamı könüllü şəkildə verib. Mən heç kəsin də adını

çəkməyəcəyəm ki, sonra onlara ilişməsinlər ki, bu pulu haradan almısınız? Mən bu pulların dövlət ixtiyarına keçməsinə qoymayacağam. Ondan tətilə çıxan adamların ailələrinə, Ermənistandan gələn didərginlərə kömək edəcəyik. 16.35. Çadırlar tərəf dolub. (Çadırlar şəhəri). Meydanda isə 400 minə yaxın adam var. Görünür, camaat mühasirəni əsaslı şəkildə yarıb. 18.35. Nemət avtobusun üstünə çıxdı camaat ora axışdı. - Fitnələrlə uymayın. Namiqin adından “Moskovskiye Novosti” qazeti yazır ki. Nemət provokatordur. Bəli bunu edən rusdur. Z. Balayanın, S. Kaputikanın kitablarını çap etdirən ruslara ar olsun! Vağzaldan gələn azərbaycanlılar qırğın yaratmaq istəyir. Uymaq olmaz. Dövlət xalqla birləşməyincə buranı tərk etməyəcəyik. Xalqın iradəsini qırmaq, burada qırğın yaratmaq istəyənlər bilsinlər ki, xalqın qan yaddaşı ilə qaçaq hərəkəti olar. Azərbaycan televiziyası, Azərbaycan Mərkəzi Komitəsi xalqa xəyanətlə məşquldur. Bu iftiralardan əl çəkin. Azərbaycan televiziyası, Azərbaycan Mərkəzi Komitəsi xalqa xəyanətlə məşğuldur. Bu iftiralardan əl çəkin. Bu günlər odunu meydana daşımalıyıq. Biz ultimatum veririk: xalqla danışığa gəlin. Xalq Cəbhəsi təyin olunsun. Bir nəfərin başından tük əksik olsa nəticəsi pis olacaq. Onların yeganə məqsədi qırğın yaratmaqdır. Buna getməməliyik. Heç kəs işə çıxmamalıdır. İşə çıxanlara ar olsun! Biz tələb edirik: xalqın tələblərinə cavab verilsin! Bizim heç bir xalqla düşmənçiliyimiz yoxdur. Biz milli azadlığımız uğrunda mübarizə aparırıq. Bu, sosializmə ziddirsə biz belə sosializmi tanımırıq. Əgər dövlət xalqı saymır, onu tanımırsa biz də onu tanımırıq! Hamımız pasportlarımızı təhvil verməyə hazır olmalıyıq. (Alqışlar). (T.Fikrətin “Millət şərqisi”ni söylədi). (Alqışlar).(Ne-mət!”, “Ne-mət!”). Ya rus öz çəpişi olan erməninin ipini çəksin, ya da biz SSRİ-dən çıxmaq tələbini irəli sürürük! Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilsin!!! “Krunk” bağlansın! Sumqayıtın müqəssirlərinə bəraət verilsin! Ermənistandan gələnlər DQVM-də yerləşdirilsin! Ermənistanla əlaqələr kəsilsin! Artıq Ermənistanda azərbaycanlılar yaşaya bilməz. Ona görə Azərbaycanda da bir nəfər erməni qalmasın. Bakıdakı, Stepanakertdəki bütün ermənilər rədd olsun! Topxana cinayətində iştirak edənlər həbs edilməlidir. Dövlət tələblərin hamısını gözdən keçirməlidir. Hansının bu gün, hansının sabah yerinə yetiriləcəyini deməlidir. Yalnız bundan sonra buradan gedəcəyik. Nümayiş iştirakçılarının təhlükəsizliyi təmin olunmalıdır. Ermənistandan gələn azərbaycanlılar çəkilib onların vəziyyəti dünyaya göstərilməlidir. Xomeyni ekstremist deyil! Azadlığımızı müdafiə edirik. “Vətən” deyib bağıranların vətəndaş olmağa qeyrəti çatmır. Dubinka ilə xalqı qorxutmaq istəyirlər, çünki stollarından qorxurlar. Əgər xalqı qırğına versələr bilsinlər ki, onlar da yaşamayacaqlar. Yığdıqları rüşvət ömürlərinin sonunadək bəsdir. Əl çəksinlər. Onların ailəsi girovdur. And içirik ki, xalqın tələblərinə cavab verilməyincə buradan getməyəcəyik! (“And içirik!”). Odun verməsələr buradakı ağacları kəsəcəyik, Hökumət evini yandırıb qızınacağıq. [19.10. Araya birisi şuluqluq saldı (provokator)]. Əgər ordu sülhsevərdirsə heç olmazsa Ermənistandan gələn azərbaycanlıların təhqir olunmamasına şərait yaratsın. Konstitusiya hüquqlarımızın bərpasına çalışın. Üstümüzə hər cür iftiralar yağır. İftiraçılar isə mələk kimi göstərilir. Şəhərdə iğtişaşa yol verilməməlidir. Biləcəriyə əsgər yola salmaq gərək deyil. Gərək biz övladlarımızı çağırışa göndərməyək. (“Sa - bir”, “Sa - bir”). 19.25. Nemət düşdü yerə. 19.35. T 38-69 AQ (ağdamlı rəssam) maşını gəzir, üstündəki uşaq “Qa-ra-bağ!” qışqırır, camaatı ruhlandırır.

20.50. Masallıların çadırında oturmuşduq. Birdən meydanda qışqırıq qopdu. Hamı meydana qaçdı. Nə olduğunu heç kəs bilmirdi. Elə bildilər ki, əsgərlər meydana girmək istəyir. Camaat tez hər iki mehmanxanaya tərəf axışdı ki, əsgərlərin qarşısını kəssinlər. Bir-iki dəqiqədən sonra çoxu geri qayıtdı ki, heç nə yoxdur. Soldan sağa iki tribuna doludur, üçüncüsü yarımçıqdır, dördüncüsü isə boşdur. Meydanda təxminən 10-15 min adam olar. Odun olmadığından tonqalla-rın sayı hədsiz azalıb (15-20). Əslində adamların da gecə az qalmasına bu təsir edir. Düzdür, hava təmizdir, ancaq sazaqdır, adamın ağzından buğ çıxır. 21.05. Yenə hay-küy düşdü. Tank gurultusu eşidildi. Biz “Azərbaycan” mehmanxanası tərəfə qaçdıq. 718 və 710 nömrəli iki tank bulvardan gəlib “Azərbaycan” mehmanxanasının qarşısı ilə getdi. Ancaq kütlənin axışdığı-nı görüb dayanmadılar. Camaat onları fitə basdı. (Ağdamlı balasının “Jiquli”si də o saat hazır oldu ki, özünü lazım gəlsə tankın qabağına versin). “Əfqanlar” əl-ələ verərək sədd düzəltdilər. Dedilər ki, meydanı boşaltmamaq gərəkdir. Həm də hamı bu tərəfə axışmasın, yoxsa “Abşeron” mehmanxanası tərəfdən içəri girərlər. Bir dəstə tələbə “Qa-ra-bağ!” oxuya-oxuya meydanı dolaşmağa başladı. 21.25. Hökümət evinin kəsişməsində böyük gurultu yaratdılar (ki, camaatı qorxuya salsınlar). Təsirsiz qalmadı - ikibir, üçbir gedənlər çoxalıb. “Azərbaycan” mehmanxanası tərəfdə arxada, Səməd Vurğun küçəsində fasiləsiz tank gurultusu eşidilir. Nə baş verdiyi, heyf ki, görünmür, ora getmək də mümkün deyil, çünki əsgərlər qabağı kəsib, əgər çölə çıxsam içəri girməyə qoymayacaqlar. Bəli, ölmədik, bu günü də gördük! Özümüz öz torpağımızda əsir kimi yaşayırıq. Dünya imperializminə sədaqətlə qulluq etmiş daşnak terrorçularının SSRİ-dəki hissəsinin tələbi ilə Bakıya göndərilmiş qoşun öz evimizdə bizə ağalıq edir. Bakıda (tək Bakıdamı?) milis sistemi, prokurorluq, poçt, maliyyə, televiziya, radio, mətbuat və b. hamısı hərbçilərin hakimiyyəti altındadır, əslində bütün hakimiyyət onların əlindədir. Çoxları deyir ki, Mərkəzi Komitə, Ali Sovet başçıları qoşunu özlərini qorumaq üçün çağırıblar, ancaq bunun bütünlüklə belə olduğuna inanmıram. SSRİ DTK sədrinin I müavini emənidir və yenidənqurma əleyhinə olan işlərə, deyildiyinə görə, o baxır. Bu qoşunlar da onun nəzarəti altındadır, Yerevana yəhudi (ermənilərin dostu) Samsonovun başçılığı ilə göndərilən (Bakıdan bir gün sonra) qoşunlar da. Onların paytaxtımıza gəlməsi üçün heç bir əsas yox idi. Şəhərdə heç bir qayda-qanun pozuntusuna yol verilməmişdi. Ancaq Azərbaycandakı, Ermənistandakı və SSRİ-nin başqa yerlərindəki ermənilər elə hay-küy yaratmışdılar ki, qadağan saatı qoyulan ilk gecə Bakıda camaatla görüşən general demişdi ki, bizi bura niyə göndəriblər? Burada ki heç nə yoxdur. Biz elə bilirdik ki, burada qarışıqlıqdır. Doğrudanmı qoşunlar aldanmışdı? Doğrudanmı Moskva aldanmışdı? İnanmaq çox çətindir. Bir erməninin burnu qanayan kimi televiziya, mətbuat ilə aləmə car çəkən Moskva, Tonqallar meydanındakı hadisələri yalnız 9-uncu gün, özü də “ənənəvi milli mübahisə” kimi təqdim edən Moskva aldan-mışdımı? “Bəli” demək mümkün deyil. Artıq iki gündür ki, Ermənistanın müxtəlif rayonlarından azərbay-canlılar Bakıya qatarla gəlir. Qulaqları, əlləri kəsilmiş, döyülüb başı-gözü əzilmiş, sinəsinə dağ çəkilmiş bu adamlar Bakının xəstəxanalarını doldurub. Ermənistandakı qoşunlar bəs nə ilə məşğuldur? Onlar buradakı kəndlərdən azərbaycanlıları köçürmək üzrə ixtisaslaşıblar. Ancaq əhali-nin salamatlığı, deyəsən, onların səlahiyyətinə daxil deyil; buna əməl etsələr Ermənistandan azərbaycanlıları təmizləmək olmaz axı! Bəli, Yerevan məhz Moskvanın əli ilə azərbaycanlıları öz doğma torpaqlarından kütləvi şəkildə, kənd-kənd qovur. Azərbaycanda, Bakıda isə əsgərlər erməniləri muzey eksponatı kimi qoruyur, onlara sataşanları cəzalandırır. Artıq yarım aydır ki, satqın ermənilər nə qədər çalışsalar da Bakıda bir fitnə-fəsad törədə bilmirlər. Xalqın dərrakəsi, birliyi Moskva ilə birgə onları da dəhşətə salıb. Moskva Özbəkistan ziyalılarını Telman Xorenoviç Qdlyanın əli ilə məhv etdi, “rəşidovşina” yaradıb özbək millətinin qaymağını sıyırdı. Qazaxıstanda isə 6 min qazax “kunayevşina”-nın qurbanı olaraq Qanlı Dekabr günlərində tank altında qaldı. Son vaxtlar Türkmənistanda “qapurovşina” yaradılıb. Azərbaycanda hələlik həyata keçirilməsi baş tutmayan “əliyevşina” isə, sözsüz ki, bizim xalqın ən yaxşı, ən qeyrətli oğullarının məhvi, ən yaxşı halda ləkələnməsi üçün nəzərdə tutulub. Doğrudur, H.Əliyevin vəzifəyə qoyduğu bir çox kadrlar xalqın həm maddiyyatına, həm də mənəviyyatına yaralar vurub, iş başına qoyduğu K.Bağırov kimilər xalqın heysiyyatını təhqir edib, ancaq onların hamısı “əliyevşina” olmadan, tək-tək hadisə kimi qiymətləndirilməlidir. Bəli, rus, erməni istəyir ki, “əliyevşina” adı altında, “əliyevşina” olmayanda isə komendant saatı vaxtı salınmış hər hansı şuluqluqla bizim xalqı qırğına versin. Heç şübhəsiz ki, onlar Xalq

hərəkatımızı “yenidənqur-ma düşmənlərinin işi” adlandıracaq və burada fəal iştirak edən layiqli ziyalılarımızı aradan götürməyə çalışacaq. Bunun üçün onlar hərəkatı hələlik içəridən parçalamağa, onu aclıqla, soyuqla, psixi təsirlə boğmağa çalışır, min cür ən alçaq iftiralar yağdırır, bu zaman respublikanın kütbeyin, rüşvətxor, xalqa yad, stolundan ötrü hər şeydən keçməyə hazır olan “başçı”larının köləlik xidmətindən bacarıqla istifadə edirlər. Bəli, bu gün xalqın taleyi həll olunur. Görək o özünün işıqlı, umudverici gələcəyi uğrunda mübarizə apara biləcəkmi? Yaxın günlər, aylar bunu aydınlıqla göstərəcək. 22.15. Meydana dönürəm. Ortanı doldurublar. Soldakı 1-inci tribuna həmişəki kimi “fəaliyyətdədir”. Doğrudur, artıq tribunanın yarısı boşdur, ancaq buradan şüarlar, təkbeytlər bir an da kəsilmir. Üç-dörd yerdə tələbələr böyük dövrə vurub oturub. Odun olmadığından tonqal yandırmayıblar. Soyuq olduğuna görə ortada qızlar oturub, onların arxasında isə oğlanlar ayaq üstə dayanıb ki, külək onları tutmasın. Həmişə meydanı dolduran, nəfəs almağa qoymayan tonqalların gur tüstüsü bu gecə havanın təmizliyini pozmaqda acizdir. Yalnız içində adam çox olan çadırlar istidir. “Abşeron” mehmanxanası tərəfdə iki maşından artıq odun olsa da onları götürmək mümkün deyil - orada əli silahlı, heç cür ipə-sapa yatmayan əsgərlər dayanıb. Bu tərəfdə isə uşaqlar çörçöp oduna “qızınırlar”. 22.55. Camaat yenə meydana çağırdılar. Bu dəfə qaça-qaça yox, aramla getdilər. Bəlli oldu ki, heç nə yoxdur. 23.10. Tank səsi eşidən camaat yenə təşvişə düşdü, bu dəfə “Abşeron” mehmanxanası tərəfə yüyürüşməyə başladılar. 02 DEKABR 1988. 01.42. Bir dəstə oxuya-oxuya meydanı dolanıb gedir: “Biz ölərik, Neməti tək qoymarıq!”. Əllərində “L.Şmidt adına zavod” yazılmış lövhə tutmuşlar. *** Hökumət evinin inzibati-təsərrüfat şöbəsinin rəisi Nazluxanyan Viktor Makekeviç işdən çıxarılıb. Hökumət evinin bütün hökumət telefonlarına qulaq asırmış (öz kabinetindən). *** Gecə dəfələrlə “həyəcan siqnalı” verildi, adamlar meydana yığışdı. Qalın yun jaketimi (dostum Bəhramın mənə meydanda verdiyi) unudub geyməmişəm. Ona görə də hava çox soyuqdur, üşüyürəm. Bir qədər EA Neft-Kimya Prosesləri İnstitutunun çadırında uzansam da soyuq kələyimi kəsdi. Odun vermədiklərinə görə tonqallar çox azdır. Salyandan gəlmiş 2-3 diribaş oğlan əsgərləri hansı yollasa “bişirib” içəri 3-4 tir keçirə bildi və böyük tonqal qaladılar. Mən də onun yanında durdum. Bir azdan bizim tonqal meydandakıların ən guru oldu və başımıza çoxlu adam toplaşdı. İki-üç saat burada durdum. Bu tonqal olmasaydı yəqin ki, mən donacaqdım. Onsuz da soyuqlamam canımdan çıxmayıb, döşüm düzəlməyib, öskürəndə az qalıram boğulam. Bu yandan yenə soyuqlasam işlərin xarabı çıxa bilər, qeydlərim yarımçıq qalar... 5.20. Hamı, daha doğrusu, böyük əksəriyyət meydana axışdı. Bir yerdə “Azadlıq” radiosuna qulaq asdıq. Deyir ki, Azərbaycanla Ermənistan arasında gedən bu mübarizədə 28 nəfər adam ölüb (millətlərini demədi). 6.20. Hərbi vertolyot (helikopter) meydanın ətrafında 15 dəfədən çox dövrə vurdu və bir dəfə isə meydanın üstü ilə uçdu. Sözsüz ki, camaata psixi təsir göstərmək istəyir (eyni zamanda adamların sayını dəqiqləşdirir). 8.00. Dilçilik İnstitutunun elmi işçisi Etibar Quliyevlə görüşüb söhbət etməyə başladıq. Yanımızda Akademiyada işləyən başqa adamlar da var. Söhbət el ağsaqqallarından, onların xalqın müqəddəratındakı rolundan düşəndə mən S.Rüstəmxanlının bu sözlərinə haqq qazandırdım ki, bir şairlə bir fəhlənin umuduna qalan xalq onlara inanmağa məcburdur. Onu da dedim ki, bizim xalq başsızdır, M.İbrahimov, S.Rüstəm, N.Xəzri kimi döşü ulduzlu, titullu şair və yazıçılarımızın, akademiklərimizin ayağı bu Meydana dəyməyib, halbuki onların əksəriyyətinin evi hökumət evinin arxasındadır. Ancaq onlar evdə oturub "Vətən, Vətən qışqıraraq qəzetlərə

müsahibə verir, şerlər çap etdirirlər. Onların xalq adından danışmağa mənəvi haqqı yoxdur. Bir oğlan mənə etiraz edib dedi ki, gəlin aDamların yalnız yaxşı cəhətlərindən danışaq. Söhbət tətildən düşəndə Etibar dedi ki, tətillər bizə sərfəli deyil və işə çıxmalıyıq, çünki respublikanın borcları çoxalır və sonra bu borcları bizə hökmən ödədəcəklər. Bu vaxt, Etibar demişkən, "xunveybin"lərdən biri (Çində Mao Tsze-Dun dövründə "mədəni inqilab"ı amansız terrorla həyata keçirən gənc maoçulara belə deyilirdi Ə.T.) ona yanaşıb dedi ki, çıx, get buradan, camaat içində təbliğat aparma. Etibar da hirsləndi, oğlana dedi ki. meydana senə görə gəlməmişəm ki, sənin sözünlə də gedəm. Bu oğlan aralandı. Aradan təxminən beş dəqiqə keçəndən sonra ətrafımızı 5-6 cavan “xunveybin” - Nemətin uşaqları tutdu. Hiss olunurdu ki, məqsəd Etibarı “zərərsizləşdirmək”dir; diplomatik söhbətdən sonra onu götürüb aparmaq, şəxsiyyətini müəyyənləşdirmək. Oğlanlardan davakar görkəmli biri sinəsini qabağa verib soruşdu ki, tətilin dayandırıl-masını niyə vacib sayırsınız? Etibar dedi ki, kapitalist ölkələrində tətil edəndə buraxılmayan məhsulun yerini başqa kapitalist doldurur və zərər yalnız sahibkara deyir, bizdə isə yalnız özümüzə. Ona görə də respublikanın bu borcunu daha da artırmamaq üçün işləmək gərəkdir. Oğlan soruşdu ki, bizim milli gəlirimizdən özümüzə nə qədər qalır? Etibar dedi ki, təxminən 3 faiz. Oğlan dedi ki, hazırladığımız məhsulun dəyərinin təxminən neçə faizi bizə çatır? Etibar dedi ki, qəpik-quruş. Oğlan dedi ki, bəs belə olanda mənim nə vecimədir ki, rus maşını mənim məhsuluma görə dayanıb? Əgər mənim əməyimin məhsulu rusa axırsa, əvəzinə qəpik-quruş alıramsa işləməyimdən işləməməyim yaxşıdır. Sonra oğlanla Etibar arasında ciddi “mübarizə” başlandı. Oğlan savadlı idi. Etibar da çox dəqiq cavablar verirdi. Bir azdan dörd yanımızı maraqlananlar əhatə etdi və çox maraqlı söhbət alındı. Etibarın cavabını camaat böyük inamla dinləməyə başladı. O, qısa vaxtda hamının inandığı, səlahiyyətli bir adama çevrildi və ona xalqın taleyi ilə, bu hərəkatla bağlı ən müxtəlif suallar verməyə başladılar. Sual-cavabdan biri yadımda qaldı. Bir oğlan soruşdu ki, bu hadisədə biz nə udduq, nə uduzduq? Etibar dedi ki, uduzduğumuz yalnız “Neftçi” komandasıdır - bu il güclülər dəstəsindən çıxdı, yerdə qalan çox şeyi udmuşuq. Ən başlıcası isə xalqın birliyi yaranıb. Bu söhbət saat 11-ə işləyənədək davam etdi. O vaxtadək camaatı da tək-tək içəri buraxmağa başladılar və mən də evə yollandım. Ancaq artıq yarım ay Cahangir müəllimi görmədiyim, həm də indiyədək maaş almadığım üçün Əlyazmalar İnstitutuna baş çəkməyi qərara aldım. Təxminən saat 12-də institutdan çıxıb qayıdanda gördüm ki, Bakı Soveti binası ilə XTİ arası adamla doludur. Öyrəndim ki, Ermənistandan dünən-srağagün gələn azərbaycanlılardır. Dünən və srağagün ərzində Ermənistandan kütləvi şəkildə gəliblər. Bəziləri heç paltarlarını götürə bilməyib. Çoxlu əzab-əziyyət veriblər. Çox adam danışır ki, beş yaşlı uşağın barmaqlarını kəsiblər. Fiziki cəhətdən şikəst hala salınmışlar da var.Dünən vağzalda Ermənistandan gələn qatarla Ermənista-na gedən qatar yanaşı düşüb. Bizimkilərin pis vəziyyətini görən camaat Ermənistana gedən qatardakı ermənilərə hücum edib. Əsgərlər işə qarışıb, qoymayıblar. Evə çatanda gördüm ki, vəziyyətim heç yaxşı deyil; əməlli-başlı xəstəyəm. Yatdım və bu gün meydana bir daha qayıda bilmədim. Sonra öyrəndim ki, Sabir, Aydın camaatı dağılışmağa çağırıb, Nemət isə deyib ki, elə şey yoxdur, sonadək dayanmalıyıq.Gecə guya silah olduğunu bəhanə edərək çadırları gəziblər, heç nə tapmayıblar. Bu gün mənim qeydlərim içərisində ən yarımçığıdır. (Bu gecə meydana fahişələri doldurublar, ancaq qarovulçular onları təmizləyib). 03 DEKABR 1988. Sağalmasam da meydana qayıtdım. 16.58. Nemət xalqa müraciət oxudu. Sonra qətnamə oxudu (Az.KP-yə, Az. AS RH-ə): 10 aydır ki, Azərbaycan xalqı məşəqqətli günlər keçirir. Dağlıq Qarabağ Muxtar Vilayətində yuva salmış daşnaklar xalqımızın ləyaqətini ləkələyirlər. Xocalı və Topxana hadisələri deməyə əsas verir ki, 18 iyul qərarı birtərəfli, ermənilərin xeyrinə həyata keçirilməyə başladı. Mitinqə başladıq. And içdik ki, tələblərimiz yerinə yetirilməyincə buradan getməyəcəyik. Bu müddətdə Azərbaycan Kommunist Partiyası tələblərlə bağlı iş görməmişdir. Tələblərimiz: Azərbaycan CCR-in konstitusiya hüquqları müdafiə olunsun. DQMV partiya orqanları buraxılsın, DQMV ləğv edilsin.

Ermənistandan gələnlər Dağlıq Qarabağda və aran Qarabağda yerləşdirilsin. Azərbaycan SSR-də vicdan azadlığı bərpa edilsin. Etibardan düşənlər buraxılsın. Mitinq, nümayiş azadlığı olsun. Xalq Cəbhəsi üçün şərait yaradılsın. Tətil edənlərə, nümayişçilərə divan tutulmaması haqqında zəmanət verilsin. Onların əmək haqqı dövlət hesabına ödənilsin. Televiziya və mətbuatda hərəkat obyektiv işıqlandırılsın. Tələblərimiz ödənilsə hərəkatı ayın 4-ündə dayandırmağa söz veri-rik. Xalqın hərəkatına böhtan atmaq ən azı bişərəflikdir. Kimsə artıq hərəkətə yol verə bilər, ancaq bunun üçün xalq cavabdeh deyil. 16 (əslində 17 – Ə.T.) gündür ki, mitinq davam edir, ancaq bu günlərdə bir oğurluq da olmayıb. Ancaq ofiser itləri (ziyalılar) yenə xalqa xəyanətlə məşğuldur. Məhz o cürə hərəkət edənləri (Namiq Zeynalov nəzərdə tutulur - Ə.T.) nəzərdə tuturam. Ağdam uşaqları, Tibb İnstitutunun uşaqları yanıma gəlib ağladılar ki, o bizə ləkədir. Fikir verilməməlidir. 2 noyabrda məni tutanda üzümə duran naxçıvanlı idi. Bişərəf elə hər yerdə bişərəfdir. Bu üç gün mənim ömrümdə ən xoşbəxt gün idi. Atam gəldi, dedi ki, təki Nemət kimi yüz oğlum olaydı, yüzü də xalqa qurban olaydı. Mən xalqımın və atamın qarşısında baş əyirəm. Qalaq burada. Erməninin evində kvartirant qalmaqdansa bu çadırlarda yaşamaq yaxşıdır. Burada durub gözləyək. Görək nə cavab verərlər. Versələr gedərik, verməsələr buradayıq. Ya onlara verən Allah, ya da bizə. (Gülüş, alqışlar). Neçə ki bizim şairlər Azərbaycanın azadlıq himnini yazmayıblar, bizim himnimiz Tofiq Fikrətin “Millət şərqisi” olacaq. Əgər mətbuatımız belə getsə, qəzet olmayacaq. Sarayla xalqı birləşdirməliyik. Biz buradan dağılmayınca Azərbaycan rayonları bizimlə həmrəydir. Ancaq biz kölə kimi dağılmamalıyıq. Kölə kimi dağılsaq yaşamağımızdan ölməyimiz yaxşıdır. Dövlətsiz xalq heç nə edə bilməyəcək, xalqsız da dövlət heç nə edə bilməyəcək. Yoxsa hər iki tərəf arasında ziddiyyət yaranacaq və hər ikisi üçün mənfi nəticələr verəcək. Min dənə sifətləri var. Zapas sifətləri var, hansı lazım olsa taxırlar. Lazım olan kimi yenidənqurmadan danışırlar. Niyə bu gün partiya, komsomol işçiləri xalqla bir yerdə deyil? Əgər bundan sonra da Stalin, Bağırov, Brejnev rejimi ilə getsək bu ölkə dağılacaq, ona görə xalqla dövlət birləşməlidir. (Sonra T.Fikrətin “Millət şərqisi”ni söylədi). (Alqışlar). Qətnamələr oxunub qəbul edilməyincə tətil və nümayişlər davam edir. Nemətin danışığ çox həvəssiz, daha doğrusu, ruhsuz idi. 17.58. S.Rüstəmxalı: General camaatımız haqqında yaxşı rəydədir. Bir məktubda deyilir ki, biz bu meydana şəkili, şirvanlı, lənkəran-lı, naxçıvanlı kimi gəlmişdik, ancaq azərbaycanlı kimi gedirik. Onaltıncı (əslində 17-ci - Ə.T.) gündür ki, buradayıq. Gərək gələcək mübarizəmizin yollarını düşünək. Bu, dünya tarixində elə bir xalq hərəkatı idi ki, heç bir fitnəyə baxmayaraq öz nüfuzunu qoruya bildi. Fəhlələr tələbələrə yaxınlaşdı, dövlətlə xalq yaxınlaşdı. Xalq hərəkatı Azərbaycan xalqının bütün yaxşı cəhətlərini üzə çıxardı. Bakıda ilk dəfə bu qədər silahlı qüvvə gördük. Əfqanıstanda xidmət etmiş əsgərlər vəziyyəti əllərinə aldılar. Xarkovlu kursantlar öz cüzi maaşlarından pul yığıb “Yardım” fonduna köçürüblər. (Alqışlar). Bizim hərəkatımız ermənilərə qarşı deyil, burada gürcü, rus, qazax və b. danışıb. Bütün xarici radiostansiyalar məlumat verib, BMT-yə xəbər çatıb. Heç bir pozuntu baş verməyib şəhərdə; hamı bizimlə həmrəy olub. Topxanada iş dayandırıldı. Bu bizim ilk qələbəmizdir. Ancaq Topxana bəhanədir. Başqa işlər də ola bilər. Manuçarovu və dəstəsini tutdular. Bu, ikinci qələbəmizdir. Poğos-yanı da məhkəməyə verəcəklər. Qorbaçovla görüşdə ermənilər deyiblər ki, xalqın üzünə necə çıxaca-ğıq, o da deyib ki, qazanı necə qaynatmısınızsa xalqın üzünə də o cür çıxın. Xalq hərəkatının nəticələrindən biri respublikada özünümaliyyə-ləşdirməyə keçilməsidir. Bu, dördüncü qələbədir. Beşinci qələbə isə birliyimizdir. Bu meydana kömək əli uzadanlara “sağ ol”, “var ol” deyirəm.

Xalqın irəli sürdüyü dil və s. ilə bağlı çoxlu tədbirlər yuxarılarda müzakirə olunur. Səhvlərdən də danışmalıyıq ki, gələcəkdə nəzərə alaq. Hazırlıqlı deyildik. Nümayiş komitəsini yalnız ayın 25-ində (8 gün sonra) yaratdıq. Ziyalı-fəhlə söhbəti də düz olmadı. Mən xəcalət çəkdim ki, tribunada belə ayrı-seçkilik getdi. Qüvvələr parçalananda gördüm ki, bəzi adamlar bundan istifadə etdilər. Hansı qruplarınsa hegemonluğundan danışıldı. Şəxsən belə fikirdə olmuşamsa mənə də ar olsun! Bu, demokratiyanın bizə verdiyi şəraitdir. Müxtəlif portretlər, bayraqlar oldu, onların bizə heç bir dəxli yoxdur. Əsas məqsədimiz Qarabağdır, Qarabağdır. Başqa heç bir şüarla əlaqəmiz yoxdur. Xalq hərəkatının əvvəlində hərə öz istədiyini deyir. Düzü yalandan seçmək çətin olur. Mənə elə gəlir ki, biz bu imtahandan “əla” qiymətlə, açıq alınla ayrılacağıq. Ermənistandan 75 mindən çox adam gəlib. Onlara kömək etməliyik. Dördüncü gündür ki, bizi yalançı vəziyyətində qoyurlar. Öz sözümüzü deməli, buradan getməliyik. Çadırları Ermənistandan gələnlərə bağışla-malıyıq. Nemət deyib ki, sabah da yığışacağıq. Ancaq sabah yollar bağlanacaq. Ona görə də mənə inananlar bu gün dağılışsın. (Fit, hay-küy). Mən sözümü dedim; kim istəyir getsin, kim istəyir qalsın. Mənim borcum idi bu sözləri demək. Sözü Vəli Məmmədova verirəm. (Fit). 18.28. Vəli Məmmədov. (Nə danışdısa eşidilmədi). 18.29. Nemət: - Onu bilin ki, burada kim fitə basılırsa mənim ayağıma yazılır. Sabirin xatirini qardaş qədər istəyirəm. O, çox iş görüb, ancaq birinci gündən eşitmişəm ki, buranı dağıdaq. Sabir qardaşımız ürəyiyumşaq adamdır, ona nə deyirlərsə gəlib deyir. Ancaq mən dedim ki, buranı tərk etmək xalqa xəyanətdir. Ancaq onu deyim ki, xalqın inandığı adamlarla xalqı qırğına vermək istəyirlər. Bizim zavod tətilə çıxanda qabağımıza Bəxtiyar Vahabzadəni göndərdilər. Sabir qardaşıma sual verirəm: əgər bir mikrofonu ala bilmirsənsə sabah tutulanları necə qurtaracaqsan? Əgər bu gün arxasında xalq dura-dura onu saymırlarsa sabah sayacaqlar? Bütün rayonların gözü bizdədir. Sonra bizə deməzlərmi ki, a bişərəflər, bəs niyə yığılmışdınız oraya? Əgər qorxa-qorxa döyüşə girirsə o ordu məhv olmalıdır. Əgər kölə kimi danışsaq deyəcəklər ki, 16 gün bağırdılar, axırı nə oldu? Nümayiş-lər gözümüzün qabağında deyil? “Vaxt” buna deyirdilər? Ermənistanda xalqımızı təhqir etdilər. Leninizmdən danışdım. Deyirəm: Lenin özü həbsdədir. Onun heykəli altında 4 tərəfdən həbsdəyik. Məgər leninizmdən danışmaq antisovetlikdir? Ziyalı söhbəti gedir. Mən xalq unimversiteti keçmişəm. Ziyalı 100 min verib universitetdən diplom alandır? Nəsiminin diplomu vardı? Nədən istəyirsiniz danışaq. Vəzirovla 8 dəfə görüşmüşəm. Hamısında da demişəm ki, Əliyevə çəpik çalıb onu məhv edənlər sabah da səni məhv edəcəklər. Biz 15 bayraq alanda ermənilər öz işlərini görürdülər. Vəzirovun yanındakılar onun düşmənləridir. Yaltaqlardır. Deyiblər ki, guya bura yığışanlar onu nüfuzdan salmaq istəyirlər. Vəzirova demişəm ki, siz Azərbaycan xalqının tarixində əvəzsiz bir şəxsiyyətə də çevrilə bilərsiniz, Bağırovlara da. Necə olur ki, katib vəzifədən çıxarılan kimi cəmiyyət ona düşmən olur? Əliyevə qarşı kim çıxış edib? Heç kəs. Bəs kim deyə bilər ki, sabah Vəzirova qarşı da bu sözlər deyilməyəcək? Bu gün biz fədaiyik. Kərbəla müsibəti islam aləmini 1400 yaşadır. Nəsimi ölümü xalqı 400 il yaşatdı. Eybi yoxdur, əlisilahsız xalqıq; qoy tankı versinlər, uzanacağıq meydana, qırılacağıq. Onu da deyim ki, bu elə ilk gündən belədir. Deyirlər ki, bu gün qıracaqlar, sabah qıracaqlar. Bu boyda xalqı görmürsən, gözlərin kordur, bircə dənə narkomanı, pozğunu görürsün? Bizə cavab verməsələr bilərik ki, dövlət yoxdur, partiya yoxdur, biz də öz başımıza çarə qılarıq. 18.50. Sabir: Nemətlə dialoqu davam etdirək. Mənim kitabımda bircə kəlmə də öyrətmə sözlər yoxdur. Nemət Vəzirovla 8 dəfə görüşüb, mən heç onun yarısı qədər də yox. Böyüklərlə görüşməyə aram yoxdur. Söhbət xalqın taleyindən gedir. Hər şeydən xəbərimiz var. Biz milyon girmişik meydana, yüz nəfər kimi tərk edə bilmərik.

Söhbət ondan gedir ki, Bakının ixtiyarını niyə başqalarına verək? Biz bura gələndə yalnız Qarabağla bağlı gəlmişdik. Söhbət ondan gedir ki, niyə aramızda intriqa salıb dağıtsınlar? Millətin gücü adamın çoxluğu ilə yox, başla ölçülər. Niyə belə olmalı idi ki, gəlsinlər bura, yüzlərcə oğullarımızı tutsunlar? Cabah xalqa başçılıq edənlər qalmayacaq. Xalqın dərdlərini həll etmək üçün Nemətləri, Vəli Məmmədovları (fit) qorumalıyıq. Gücümüzü qoruyaq. Vaxt verək. Burada elə oğullar var ki, kəndlərinə hücum var. Başları açılsın. 18.58. Aydın Məmmədov: Mərkəzi Komitənin qapılarını yalnız bu hadisələr gərginləşəndən sonra üzümüzə açıblar. Heç kəs məni qorxuda bilməz, heç nədən qorxmuram. Bir canım var, tanklar gəlsə də. Nemətin taleyi taleyimdir. Biz deyirik ki, Azərbaycanın suverenliyi uğrunda mübarizə aparırıq. Ancaq hansı yollarla? (19.01-də cənub tərəfdə mikrofon quraşdırıldı, camaatı Nemətçilər arxaya çağırdılar. Gəlin vaxt verək, tələblərimiz ödənilməsə yenidən toplaşarıq. 19.05. Nemət: Mən Sabirin, Aydın müəllimin bu 15 günlük hərəkəti-ni xəyanət hesab edirəm. (Uğultu). 19.06. Vəli Məmmədov camaatı dağılışmağa çağırdı. *** Camaat arasında, bir növ, çaşqınlıq yaranıb: kimə inanmalı? Meydandakı 100 mindən çox adam düşüncəcə müxtəlif bölümlərə ayrılıb. Ancaq daha çox (həlledici hissə) Nemətpərəstdir. Cəbrayıldan İsa adlı birisi (lallar, korlar kombinatında işləyir): Mənim qardaşım elmlər namizədidir. Moskvada müdafiə edib. 250 manat alır. Ancaq 6-cı sinfi qurtaran, 18 il yatan erməni ayda bizim sexdən 30 min manat aparır. 4-üncü gün dedim ki, əgər işə çıxsa onu doğrayacağam. Dünənki məlumat (“içəri silah keçirməyə çalışırlar”) o fakta əsaslanır ki, dünən gündüz bir erməni qadını əlində kiçik çamadan dolusu tapança keçirmək istəyəndə tutulub. *** 21.40. Əslən Ağdamdan olub Pirəköşküldə yaşayan 68 yaşlı Adilə Muxtarova ilə söhbət etdim. 4 gecə-gündüz bu meydandadır. Deyir ki, nə ərim var, nə də oğullarım. Onları əvəz etmək üçün gəlmişəm bura. Adyallara bürünüb tribunanın sement oturacağında əyləşmişdi. Dedim ki, çadırlara get, orada rahatlıqdır, razı olmadı. Dedi ki, bura yaxşıdır; 4 gündür öyrəşmişəm. Bu qadının qeyrətinə heyran oldum. 22.06. Bu qeydləri edə-edə əsgərlərin cərgəsinin qarşısından keçirəm (“Azərbaycan” məhmanxanası tərəfdə). İki oğlan qaça-qaça özlərini qadağan saatı qurtarana kimi içəri saldı. Ancaq bir qız (onlarla bir yerdə gəlirmiş) gecikdi, nə qədər çalışdısa buraxmadılar. Mən başçıları olan baş leytenanta yaxınlaşıb, redaktor vəsiqəmi göstərib xahiş etdim ki, onu içəri buraxın. Ancaq baş leytenant dedi ki, olmaz, vaxtdan 6 dəqiqə ötüb. Mən dedim ki, bizdə gecə yarısı qızın şəhərdə tək qalması adət-ənənəyə ziddir, ona köməklik göstərilməlidir. Ancaq baş leytenant heç cür razılaşmadı. Dedi ki, komendant Tyaqunovun əmridir ki, saat 10-dan sonra içəri heç kəsi buraxmayaq. Soruşdum ki, bəs burada qalıb nə olacaq? Dedi ki, bir azdan patrullar gəlib aparacaq. Gördüm ki, 5-6 dəgigəni belə güzəştə gedib insancasına yanaşmaq istəmir məsələyə və onu heç bir insanlıq duyğusu yerindən tərpədə bilməyəcək, ondan aralandım. Ancaq həmişə əsgərlərlə bir yerdə olub onların dilini yaxşı bilən, adamları girib-çıxan vaxt yoxlayan “əfqan” uşaqlardan birini tapıb göndərdim ki, kömək etsin, yoxsa qızı komendatura-ya apararlar. Sağ olsun, getdi və qızı gətirdi. Mənim də ürəyim rahat oldu. Ancaq qızlarla gələn oğlanları danladım ki, özünüz girib qızı bayırda qoyursunuz. Cavab verdilər ki, qız tələbədir, bizə bu yaxında qoşulub. Nə isə... 22.25. Hava dumanlıdır. Çox seyrək çisəkləyir. Meydanda bu 17 gündə ən az adam var - vur-tut 300 nəfər. Çadırlarda da uzaq başı 5 min nəfər olar. Dünən gecəki yoxlamadan sonra, deyəsən, camaatın ürəyinə qorxu düşüb. Bəlkə də tamam səhv edirəm. Ola bilər ki, Nemətlə Sabir və Aydının diskussiyası da dağılışmaq üçün əsas olub. Səbəb nədir - deyə bilmərəm, ancaq onu dəqiq bilirəm ki, 17 günlük mübarizənin alovları sönməkdədir. Əgər sabah onu gur yandırıb bu meydanla qalib kimi vidalaşmağı bacarmasaq sabah gecədən başlayaraq bizi məğlubiyyət, özü də acı məğlubiyyət gözləyir. Odunsuzluq üzündən meydanda uzaq başı 5-6 yerdə tonqal yanır. Hava da soyuqdur. Bəziləri bezikib, əsəb sistemləri pozulub. Bayaq Şərqşünaslıq İns-titutunun elmi işçisi Nüşabə xanımla söhbət edirdim. Deyirdi ki, işimiz uğursuzluğa gedir, çox uduzmuşuq. Ermənilər 100

minə yaxın adamımızı qovub, üç Qarabağ boyda yeri ələ keçiriblər. Rus da buna şərait yaradır. Başçılarımız isə tədbir görmür, xalqı saymır, əksinə, onu incidir. Həmin rəfiqəm deyir ki, umudsuzluqdan özümü öldürmək istəyirəm, son dərəcə bədbinləşmişəm. Bu arada Şərqşünaslıq İnstitutunun başqa elmi işçisi Nəsib Nəsibzadə də gəlib çıxdı və onunla Nüşabə xanıma təskinlik verdik ki, heç də hər şeyi uduzmamışıq. Qələbələrimiz də az deyil. Nə isə, Nüşabə xanımda tam nikbinlik yarada bilməsək də onun bədbinliyini alt-üst etdik. 22.41. Dünən Etibar uşaqlarla mübahisə edəndə bir oğlan da vardı - Yaşar Səfərov (zərgərlik zavodunun fəhləsi), gördüm ki, Etibarla dostlaşıb, bir yerdə gəzirlər söhbət edə-edə. Yaşar dedi ki, bu gün iki yerdə mikrofon qurulması qəsdən edilib və camaatı parçalamaq məqsədi güdür. 23.12. Tank səsinin gəlməsi ilə “Meydana!” qışqırığı eyni vaxta düşdü. Bir dəqiqənin içində meydan adamla doldu. Çox qəribədir - camaat düz tankın üstünə yüyürüşür! Tank “Azərbaycan” mehmanxanası tərəfdə geri dönüb getdi. 23.30. İki oğlan yanımızdan ötdü. Birinin çiynində oyuncaq qoşalülə tüfəng vardı. Əsgərlərin yanından gəlirdilər. Elə gəzirdi ki, həmin oğlan, elə bil, çiynində avtomat vardı. Əsgərə sanki demək istəyirdi ki, bu, yalançı tüfəng olsa da lazım gəlsə mənim nifrətim tüfəngdən də güclüdür. 23.40. Deyəsən, soyuqlama ilə yanaşı, həm də bərk qrip tutmuşam. Burnumun və gözümün suyunu yığışdıra bilmirəm. Hətta yazıları yazmağa çətinlik çəkirəm. Ancaq qeydləri yarımçıq qoymamağa son qüvvəmədək çalışa-cağam. Axı məhz bundan ötrü xəstə-xəstə meydana qayıtmışam !.. *** Bu gün SSRİ Nazirlər Soveti Azərbaycan SSRin və Ermənistan SSR-in böyük həyati əhəmiyyəti olan sənaye və nəqliyyat obyektlərinin işini təmin etmək tədbirləri haqqında qərar qəbul etmişdir. “Kommunist” qəzetində SSRİ Konstitusiyasında dəyişikliklər və ona əlavələr haqqında SSRİ qanunu dərc edilib. Bu yeniliklər SSRİ-də Xalq Deputatları Sovetlərinin sistemi haqqındadır. 04 DEKABR 1988. 01.00.Çadırda oturmuşduq. Birisi gəldi ki, ay camaat, meydana! Nemət deyir ki, qələbə çalmışıq. Hamı çıxdı, aclıq çəkənlərin çadırı başına toplaşdılar. *** Bir çox adamdan eşitdiyimə görə, televiziyada Namiq Zeynalovun müsahibəsi Mərkəzi Komitə katibi Rafiq Zeynalovun təkidi ilə onun kabinetində çəkilib. Bir milis ağzından qaçırıb. Dünən Yazıçılar İttifaqında R.Zeynalovu bu işə görə qəbul etməyiblər. 01.07. Əbülfəz: Bir neçə saat əvvəl KQB sədrinin özü və müavini ilə söhbət etdik. Azərbaycana 150 milyon ziyan dəyib. Nemət deyib ki, tələblərimiz ödənsin. Dedilər ki, üç siyasi səhv olub: ruslara qarşı çıxılıb, axırda “ermənilərə ölüm!” deyilib, ordu faşist ordusu adlandırılıb. Nemət sübut etdi ki, təkcə Daxili İşlər Nazirliyində 400-dən çox erməni var, oxuduğu siyahıdakılar həmçinin. Azərbaycan erməni mafiyası-nın əlindədir. Milli məsələ qoymuruq, xalqı əzən Azərbaycan rəhbərlərinə qarşı da çıxırıq. Nemət dedi ki, Z.Balayan yazdı, dəymədiniz. Başqası yazdı, dəymədiniz. Ağanbeqyan yazdı, dəymədiniz. Nemət ordu məsələsinə gələndə dedi ki, ordunu gül-çiçəklə qarşıla-dıq. Əliyalınıq, ancaq tələblərimiz ödənilməyincə meydanda qalacağıq. Bizə dedilər ki, tələblərinizi Vəzirova çatdırarıq, sabah bilərsi-niz. Nemətə deyiblər ki, səni 67-ci maddə ilə millətçilikdə ittiham edə bilərlər, çünki “ermənilərə ölüm” demisən. Tamamilə tərksilah oldular. Verdikləri kağıza qol çəkilmədi. Yolu başlamaq asandır, sona çatdırmaq igidlikdir. Heç kəsi təhrik etmirik. Kim istəsə qala bilər. Srağagün gecə çox adam çadırlarda oturmuşdu. Ancaq tələbələr əsgərlərə göstərmək üçün o soyuqda köynəkcək qaçışmağa başladılar. Gəlin möhkəmliyimizi işdə göstərək, yoxsa elə-belə “öldü var, döndü yox” qışqırmaq gərək deyil. Dağlıq Qarabağın muxtariyyəti elə-belə ləğv olunmayacaq. Ancaq tələbimiz qüvvədə qalır. Orada iki erməni, bir azərbaycanlı, bir rus katib qoymaq haqqında fikirləşirlər. Mafiyalar gördü ki, hərəkat onların mənafeyinə toxunur, onda hərəkata antisovet qiymət verməyə çalışdılar ki, qoy hökumət özü bizim cəzamızı versin.

Neçə günlər tələblərimizi eşitməyənlər, aclarımızı görməyənlər bir satqını tez tapıb ortaya çıxardılar. 1.25. Nemət KQB-də ona qarşı sürülən ittihamlara verdiyi cavablar-dan danışdı və Əbülfəz kimi o da söylədi ki, əməkdaşlar onun cavabları qarşısında tərksilah oldular. Sonra Nemət dedi ki, mübarizəmiz sonadək davam edəcək. Hərə özünə cavabdehdir, mən heç kəsi qalmağa dəvət etmirəm. Zorla saxlamaq istəmirəm. 6.15. Şəkidən erməniləri də onlara qoşulub). Ölənləri məsciddən götürüb abidə yanında basdırıblar - qəhrəman kimi. Avtomobil hissələri mağazasının müdiri, milyoner Karonun evini dağıdıblar. İki pulomyot yeşiyi (boş) tapıblar. Deməli, ermənilərə silah paylayıb. Tasalov (Tasalyan) soyadlı erməninin evindən bir dənə minomyot tapılıb. Yeşiyin üstündə “Stavropol” yazılıb. Karo öz anasının heykəlini Şəkidə ana abidəsi yerinə ucaldıb. Heykəli də uçurub stadionda dağıdıblar. (Zaqatalada milis idarəsini dağıdıblar). Demiçev gəlib Moskvadan. General maraqlanıb, görüb ki, banka, əmanət kassasına dəyilməyib. Təəccüb qalıb. Ermənilər evlərinin qazını açıq qoyublar ki, bir şey yandırsalar partlasın. Azərbaycanlılarda ərdə olan erməni arvadlarını da boşatdırdılar. (Çox təəssüf ki, bu deyilənlərdə nəyin gerçək, nəyin yalan olduğunu aydın-laşdırmaq imkanım yoxdur). 7.15. Camaat yenə həyəcan siqnalı ilə meydana çağırdılar. “Abşeron” mehmanxanası tərəfdən aramsız gurultu gəlir. Camaat qaçıb bu tərəfi tutdu. Əslində onlar “Azərbaycan” mehmanxanası tərəfdən gəlib burada dayanmışlar və 10 dəqiqədən sonra yenidən geri qayıdırlar. Geri qayıdanda camaat tez “Azərbaycan” mehmanxanası tərəfə qaçıb burada girəcək yolunu kəsdi. Üç oğlan əllərində Leninin portretlərini tutub. Qabaqda “əfqan”lar sıra isə dayanıb. 21 tank, sonlarında isə bir hərbi yük maşını yanımızdan ötüb “Azərbaycan” mehmanxanasının üstü ilə keçən küçəyə girib gözdən itdi. Çox güman ki, meydan boş olsaydı onlar buranı tutmaq istəyəcəkdi. Ancaq cavanların (onların içində xeyli qız, qadın da var) tank qabağı kəsməyə necə cəsarətlə getdiyini görəndə adamın ürəyi açılır. Nemət də (əynində palto) camaatın içindədir. *** Ermənistandan bir nəfər də azərbaycanlının maşınını, əmlakını sağ-salamat buraxmayıblar. Bütün maşınları yandırıb, əziblər. *** Vidadi Həsənov (Lökbatan) qolu qırmızılı, vətənpərvər oğlanlardan biridir. Tankın qabağına yüyürənlərin önündə gedir. Çadırda bizim yataqxanada qalan Bəxtiyar Məmmədov, qohumu Əsgərova Nəzakət (o da tankın qabağına çıxırdı) sabahadək qaldılar. Sahib Məmmədov, Əfzələddin Əsgərov və Vəli Nəbiyevlə Lökbatanın Dmitrov adına zavoduna (fəalı Məskən adlı oğlandır) məxsus çadırda oturmuşduq. Başqa yoldaşlar da vardı. Şəkili Qəzənfər xalqı mehribanlığa, inciklikləri unutmağa, xalqda yalnız müsbət keyfiyyətlər görməyə çağırır-dı. 8.30. Çadırda qızğın mübahisə gedir. Millətin birliyi problemləri müzakirə olunur. Ortaya qarışıq nikahlar məsələsi çıxır. Bu problemin mühümlüyündən danışılır. Məskənin söhbətindən: Dekabrın 1-ində APİ-nin akt zalına Ermənistandan gəlmiş adamları gətirdilər. Tyaqunov və onun müavinini də çağırdılar. İki qadının başını qırxmışdılar, birinin üzünə xaç çəkmişdilər. Təxminən 11-12 yaşlı oğlan uşağının barmaqlarını qapı arasında qırmışdılar. Şəkil çəkmək istədilər, Tyaqunov qoymadı. Dedi ki, ermənilərin vəhşiliyinə mən inanmırdım, indi inandım. Elə həmin gün o, Samsonova (Yerevanın komendantı) göstəriş verib ki, azərbaycanlıları Ermənistandan təhlükəsiz köçürsünlər. 8.45. “Həyacan siqnalı” verildi. Bəlli oldu ki, əsgərlər növbəni dəyişiblər. (Bu vaxt onlar çox göründü). 124 nömrəki BRDM (tankabənzər) “Azərbaycan” mehmanxanası tərəfdə girəcəkdə hazır dayanmışdır. Üstündə ucadandanışanlar da qurulmuşdur. Bir az aralıda - Üzeyir Hacıbəyov küçəsində isə bir dəstə əsgər toplaşıb. Şayiə gəzdi ki, saat 3-də Vəzirov çıxış edəcək (harada dəqiqləşdirilmə-di). 9.20. Qrip məni birtəhər edib, gözlərimi aça bilmirəm. Yaş hey süzülür. 9.45. Şəhədən bir oğlan gəldi. Pasportunu keçiddə girov qoyub gəlib ki, yarım saata qayıdıram. Dedi ki, heç kəsi buraxmırlar. Bizim uşaqlar dedilər ki, gedin, camaata deyin axışıb gəlsinlər.

Gecə qalanların çoxusu çıxıb gedib. Bu saat meydanda çox az adam qalıb (təxminən 220-250 nəfər. Çadırlardan xəbərim yoxdur). 10.00. Nemət camaatın içində gəzir, adamları ruhlandırır. Qızlar onu görmək, onunla söhbət etmək istəyirlər. Fotoaparatla şəklini çəkənlər də var. 10.03. Tyaqunov camaata müraciət etdi: Sov.İKP MK adından deyirəm ki, mitinqlər keçirilməsi qadağan edilib. Sizi meydanı tərk etməyə, qərara əməl etməyə çağırıram. Əks halda güc tətbiq olunacaq. Camaat meydanın mərkəzinə doğru axışdı. Müraciət yenə təkrar edildi. (Səs lentə yazılıb). (Fitə basdılar). 11.25. İndiyadək Tyaqunovun müraciəti 5-6 dəfə təkrar edilib (hər 15 dəqiqədən bir). Meydanın ətrafı milis dəstələri ilə gücləndirilir. Hökumət evinin yuxarı (şimal) hissəsində 5 “İkarus” avtobusu (içi dolu əsgər) durub. Azərbaycan xalq hərəkatı 18-inci gündə möhkəm məngənəyə salınıb. Meydanda təxminən 5000 qalıb. Tələbələr (əllərində Azərbaycanın bayraqları, Lenin və Qorbaçovun portretləri) “Azərbaycan” mehmanxanası tərəfdə Lenin prospektinin girişini kəsiblər və meydanda əsgərlərlə üzbəüz qalın cərgə düzəldiblər. Bəli, camaatın meydandan zorla çıxarılacağı göz qabağındadır. İçəri adam buraxılmır. Heç nə tapmasalar adamları kənardan tam təcrid edib ac-susuz saxlayacaq və bu cür “sülh” yolu ilə dağılmasına nail olacaqlar. Döyülmə ehtimalı daha çoxdur. Hər iki halda xalq mənəviyyatca əzilmiş, məğlub edilmiş halda tərk etməli olacaq meydanı. Bu isə, sözsüz ki, xalq hərəkatının son nəfəsi deməkdir. İndi aydın olur ki, axşam S.Rüstəmxanlının şuxluqla dağılmaq təklifi düzgün qərar imiş. Hər halda, indinin özündə də ən doğru yol əzilməmiş (ruhən və cismən) halda kütləvi şəkildə meydandan çıxmaqdır. Ancaq camaat hələ yerində möhkəm durub. Nemət dediyindən dönmür. Mən nümayiş komitəsi üzvləri ilə məsləhətləşmək, bu işə əncam çəkmək üçün komitənin qərargahına gəldim. Səfər Alışarlı, İsa Qəmbərov, Aydın Məmmədov və başqaları burada idilər. Onlar da vəziyyət qarşısında aciz idilər və öz fikirlərini Sabir vasitəsilə xalqa yetirmişdilər. 11.55. Qərargahdan qayıdarkən əsgərlər meydana dönməyə icazə vermədilər. İçəri keçmək istəyən beş-on nəfər də gözləyirdi. Pənahi Makulunun oğlu da onların arasında. 12.20. İki əsgər gəlib sənədlərimi yoxladı və nə yazdığımla maraq-landı. 12.25. Mikayıl Mirzəyev (artist): Azərbaycana 110 min əsgər yeridilib. Əfqanıstana isə 100 min aparılmışdı. (Nümayiş komitəsinin qapısı ağzında söhbət edirik). *** Saat təxminən 13.30-da gördüm ki, ayaq üstə dura bilmirəm: gözlərimin yaşı və burnumun suyu dayanmır. Ağzımı isti şərflə bağlasam da xeyri olmadı. Artıq gözlərimi aça bilmirəm. Yazı yazmağım isə daha mümkün deyil. Onsuz da, meydana buraxmırlar. Lenin prospektində daha iki tank səddini aşıb (Xaqani və 28 aprel küçələrinin tinində) 28 aprelə çıxdım və özümü taksiyə saldım. Evə çatıb yatağa düşdüm. Halım çox pis idi. Axşamüstü Ənvər Əliyev və Qorxmaz Məmmədov mənə baş çəkməyə gəldilər. Onlardan öyrəndim ki, mən gələndən sonra - saat 15-də camaat Ü.Hacıbəyov küçəsində əsgər səddini yarıb və meydana girib. Basabasda əsgərlərin dəyənəklərini əllərindən alıblar. Dəyənəkləri onlara qaytarmağı xahiş ediblər. 20-30 nəfar qaytarıb verib. Beləliklə, camaat bu gecə də orada qalıb. Təəssüf ki, xəstəlik yenidən meydana qayıtmağa mənə imkan vermədi. *** Srağagün (ayın 2-si) Asif Əsgərov dedi ki, Baksovetdə İran konsulluğunun qarşısında xeyli adam yığışıb, milis Kommunist küçəsi ilə Axundov bağı tərəfdən yolları kəsib. Adamlar azərbaycanca və farsca şüarlar söyləyib, İranda edam edilən 5000 məhbusun ölümünə etiraz olaraq Xomeyniyə lənət yağdırırdılar. (Sonra mitinqdə Məmmədəli Müsəddiqdən öyrəndim ki, ölənlər müxtəlif millətlərdəndir və sayı da azdır; bu edamların bizim hərəkatla bağlılığı yoxdur). *** Bu gün qəzetlərdə SSRİ xalq deputatları seçkiləri haqqında SSRİ qanunu və seçkilər haqqında SSRİ AS RH-nin qərarı dərc edilib. Seçkilər 26 mart 1989ildə olacaq.

05 DEKABR 1988. Səhər, çoxlu yaralanan. Sonrasından xəbərimiz yoxdur. Qaçanları da əsgərlər döyürdülər. Hamını mühasirəyə salıb, ad-familiyasını yazıb avtobuslara doldururdular və qabaqda avtomobil müfəttişliyi işçiləri, arxasınca biz getdik. Bizim avtobusun camaatı 26-lar bağının yanına çatanda dayanmağı tələb etdi. Bizə baxıb başqaları da dayandı. Nemət də sonadək qaldı, onu aradan çıxardılar. (16 əsgər basıblarmış meydana). Üç tank gəldi (Şərifzadə küçəsində), yolu açdı, tələbələrə dağılma-ğı əmr etdi. Ancaq bizim yataqxananın uşaqları bu tərəfdə, tələbələr isə qarşımızdakı bağçada dayanıb gələn maşınları geri qaytarırdılar. Mən vəziyyəti öyrənmək üçün ADU yataqxanalarının arası ilə - pilləkənlərlə üzüaşağı düşdüm. Universitetin qabağında tələbələr toplaşmışdılar, içəri girmirdilər. Akademiyanın yanından ötəndə gördüm ki, İnşaat İnstitutunun tələbələri Akademiyanın yanına gəlirlər. Politexnik İnstitutun tələbələri də dərsə girmirdilər. “Elmlər Akademiyası” metrosunun qarşısında da çoxlu adam toplaş-mışdı. İctimai nəqliyyat işləmir. Şəhərdə vəziyyəti daha yaxşı bilmək üçün metroya minib “Bakı soveti” stansiyasına çıxdım. Metronun qabağında böyük bir dəstə adam durmuşdu. Gənclər çox həyəcanlı idi. İnstitutumuza gedərkən gördüm EA-nın qabağından “tətil!” səsi gəldi. Yeyinlədim, gördüm ki, Xalq Təsərrüfatı İnstitutunun tələbələri Kommunist küçəsi ilə üzü Baksovetə gəlirlər. Saat 10-un yarısında onlar Mərkəzi Komitəyə doğru gəldilər. Filarmoniyanın tinində tanklar və 8 sıra əsgər yolu kəsmişdi. Camaat da tələbələrə qoşuldu. 2-3 min adam olardı. 132 No-li məktəbin şagirdləri pəmcərələrdən qaçıb gəlirdilər. Saat 10-da Kommunist (İstiqal) küçasi ilə geri qayıtmağa başladılar. Başçı yox idi. Düzdür Hatəminin silahdaşlarından həmişə döşündə yaşıl parça, üstündə aypara emblemi gəzdirən şair (Eldar İbrəhim) gedirdi, ancaq “Baksovet”in qarşısına çatanda nizamsızlıq yarandı. 10.15. Düz “Baksovet” metrosunun qarşısındakı küçadən təxminən 10 min nəfərlik izdiham gəldi. (XTİ-nun tələbələrinə demişdilər ki, dayanıb onları gözləyin; uzaqdan gələndə görmüşdülər). “Matəm” qışqırırdılar. 10.20. Hər iki dəstə Kommunist küçəsində qovuşdu. 10.25. Kommunist küçəsindən Hüsü Hacıyevə dönəndə gördüm ki, camaatın bir ucu Füzuli meydanındadır. Mərkəzi univermağın yanından ötəndə gördük ki, sağda, Nizami meydanında da adam toplaşıb. Daxili İşlər Nazirliyinin qabağından keçəndə içəri hücum etmək istədilər, cavanlar özləri qabaqlarını kəsdi. Artıq satqınlıq və xəyanətlərdən cana doymuş xalqın gözü qızmışdı. Başçı da yox. İntizamsız kütlənin əsgər əlində, tanklar altında məhv ola biləcəyini düşünəndə adamın qanı donur. Halım yenə pisdir. Allahdan onu arzulayıram ki, vəziyyətim camaatla sonadək gedə bilməyə imkan versin. Camaat küçələrlə getdikcə mağazaların bağlanmasını tələb edir, qıraqdan baxanların xalqa qoşulmasını tələb edir. Söhbətdən: Lenin meydanında əsgərlər camaatı döyə-döyə deyirmiş-lər: “Beyte sobak!” (yəni “itləri döyün!”). 10.35. Füzuli heykəlinin qarşısına çatanda gördük ki, camaat Ş.Qurbanov küçəsi boyunca azad qadın heykəlinə doğru axışır. Haraya gedir, bilən çox azdır (ümumiyyətlə, bilən varmı?!). Bir adam da yoxdur ki, söz soruşasan… Yol qırağında yaşlı qadınları neçə yerdə ağlaşan gördüm. 10.40. “Nizami” metrosu tərəfdən tankları qabağa verdilər. Bir rus zabiti tankın üstünə çıxıb tapançadan atəş açdı göyə. Camaat ora axışdı! Heykəlin çevrəsi büsbütün dolmuşdu. H.Hacıyev və Ş.Qurbanov küçəsindən gələn izdihamın sonu görünmür. Tikinti Sənayesi Nazirliyi binasının hər iki tərəfindəki küçə ilə yuxarı axışma başladı, çünki tanklar qorxudan çəkilib getdi. Böyük məktəbin (¹-sini bilmirəm) boyaboy şüşəbəndi şagird-lərlə dolu idi. Qubanov küçəsindəyik. İzdihamın qabaqdan da, arxadan da ucu görün-mür. Qapılar ağzında duranların çoxu qadındır və çoxu da ağlayır. Bir izdiham isə bizimlə paralel C.Cabbarlı küçəsi ilə gedir. Bir oğlanın hər iki əlində daş vardı. 35-40 yaşlı bu adama dedim ki, daşları at. Mənə hirsləndi ki, gecə qardaşım ölüb. Mənim yerimə sən olsan tüfəng götürərsən. Sonra məni “satqın” adlandırdı.

A.A.Bakıxanov küçəsində - körpünün yanında hər iki küçədən gələnlər birləşdi. Camaatın məqsədini anladım - dinc matəm yürüşü keçirmək. Ermənilərlə heç kəsin işi olmadan, zavodlara gedib işi dayandıraraq yürüş etməli, kütləvi tətil yaratmalı. Camaatın içində “Xutora!”, “Ermənikəndə!” kimi çağırışlar da eşidilir. Ancaq gənclər özləri onların cavabını verir. Söhbətdən: Nemətlə Hatəmini “təcili yardım” maşınında aradan çıxarıblar. Başqa birisi: Neməti səhər tutublar. 11.10. Volodarski adına tikiş fabrikinin qarşısına yığışb fəhlələri tətilə çağırırlar. Fəhlələr camaata qoşuldu. APİ-nin korpusundan tələbələri çıxardılar. Qadın şahid: 5-ə 15-dəqəgə işləmiş meydanda camaatın üzünə qaz buraxdılar və dəyənəklə döydülər. Bir qadının qucağındakı uşağın başına dəyənək vurub öldürdülər. Kimin adamı evə gəlməyibsə ya meyitxanadadır, ya da Bayılda dustaqdır. 11.20. L.Şmidt küçəsindən üzüaşağı düşərkən 15 dildə yazılmış “Yaşasın SSRİ xalqlarının qardaşlıq dostluğu!” lövhələri və bayraqları içərisindən ermənicə yazını və Ermənistan bayrağını qoparıb atdılar. 11.30. L.Şmidt küçəsində (Kamonun tini) atışma başlandı. Deyəsən, boş patron atırdılar. Opera studiyasının yanında bir qadının həyəcandan ürəyi keçdi. Qızlar ağlaşmağa başladılar qorxularından. Camaatın qabağını tanklarla kəsmişdilər. Rus əsgərləri göyə minlərcə güllə atdı. Sanki müharibə gedirdi. 11.35. Bir ağaca qara ləçək bağlayıb baş üstə qaldırdılar. Camaat küçəni kəsmiş tank cərgəsinin üstündən adlayıb keçdi! Küçə tüstü və barıt iyi ilə dolub. Tanklar ortadan çəkilməyə məcbur oldular! “Tətil!” səsləri göyə ucaldı. Xalq tanklardan güclü çıxdı! 11.40. L.Şmidt küçəsində Konservatoriyanın yanından keçəndə üstümüzdən vertolyot uçdu. Yəqin ki, izdiham haqqında məlumat toplayır. Bir dövrə vurandan sonra camaatın axınının istiqaməti ilə üzüaşağı, dənizə tərəf uçdu. 11.45. 28 aprel tinində tanklar yenə yolu kəsmişlər. Camaat 28 aprellə “Bakı” mehmanxanasına doğru axışdı. 15-61 AQS nömrəli “QAZ-51” yolu kəsmişdi. Çevrilib düzünə dayandı. Qoca kişi: Sürünməkdən ölmək yaxşıdır. 500 nəfərdən artıq adam tutulub. İşə çıxmayaq. Otumuz boldur. Ot otlayacağıq! Lenin prospektinin tinində dünəndən qalma tankların yanından keçib Lenin meydanına getmək istəyən bəzi gənclərə qışqırıb dedilər ki, tüpürək onun meydanına! Bizə daha belə qanlı meydan lazım deyil! Camaat əsl matəm içində gedir. İzdihamın nə dalını, nə qabağını görə bilirəm. Şüar qışqıranlar da yoxdur. Maşınlar yol boyu səkinin qırağında dayanıb. Heç birinin içində sürücü yoxdur, onları da düşürüb camaata qoşurlar. 11.58. Aerokassanın qarşısından keçəndə gördük ki, Yerevana getmək istəyənlərin qarşısında əsgərlər bir cərgə düzülüb onları qoruyurlar. 84-86 DE nömrəli maşın (üstü brezentli) içəri girmək istədi, qoymadılar. Aerokassanın qabağında duran ermənilərə xorla “oğraş”, “Vazgen”, “Armyane uyezjayte” və s. deyirdilər. Əsgərlərin avtomatlarına süngülər də keçirilmişdi. Binanın 2-ci mərtəbəsində (boyaboy balkonda) 2 əliavtomatlı əsgər durub hər hansı hücuma qarşı hazır dayanmışdı. 12.08. 28 aprel küçəsində körpünün altından keçib vaqon təmiri zavodunun yanından ötəndə fəhlələri tətilə çağırmaq istədilər. Dəmir darvazaları bərk bağlanmışdı. İçəridə əsgərlər vardı. Heç kəsi bayıra çıxarmaq olmadı. Uşaqlar zavodun pəncərələrinin şüşələrini qırmağa başladılar. 12.17. Gəldiyimiz Barinov küçəsində Lenin adına maşınqayırma zavodunun fəhlələrini işə çıxmağa çağırdılar. Darvazaları bağlamış-dılar. 12.20. Şaumyanın heykəlinin yanından keçəndə gördük ki, heykəli uçurmaq istəyirlər, ancaq qoymurlar. Heykəlin yan-yörəsindəki bütün mərməri dağıtmışlar. 12.25. Şaumyan xəstəxanasının (indi M.Əfəndiyev) qarşısından üzüaşağı çoxlu (20-dən artıq) tank və hərbi yük maşını keçdi.

Bir “Zaporojets” maşınının sürücüsü (azərbaycanlı) yerə düşüb bir oğlanın üstünə cumdu ki, niyə məni getməyə qoymursunuz? Tökülüşüb özünü döydülər, maşınını da əzib xəmirə döndərdilər. Bu küçədə zavod və fabriklər çoxdur. Mən onların hamısının adını yazmayacağam. Hamısının qapısı bağlı idi. Hamısına da gənclər gedib fəhlələri camaata qoşulmağa çağırırdılar. Ancaq camaata qoşulanları az gördüm, daha doğrusu, görmədim. 12.35. Bariniv küçəsinin Qara şəhərə - sağa tərəf dönən dirsəyi yanında nümayişçi sıraları seyrəlib. Mən özüm yorulmuşam. Deməli, başqa-ları da, qızlar, qadınlar və uşaqlar da yorulub. Ancaq heç kəs dayanmır. Mənimlə yanaşı təxminən 60 yaşlı bir qadın addımlayır, dünyanın bu vaxtında gənclərimizi, qadınlarımızı qırdıranları lənətləyir. Buna baxmayaraq izdiham yenə ucsuz-bucaqsızdır. Bəziləri deyir ki, Qorbaçov Nyu-Yorka gedib BMT-də insan hüquqları haqqında məruzə edəcək. Ora xəbər vermək, bu biabırçılığı ABŞ-a çatdır-maq gərəkdir. 12.50. VNİİOLİFİN İns-tun qarşısından keçəndə gördüm ki, bu küçənin o biri başında, lap uzaqda (Komsomol küçəsi) camaatın qarşısını kəsiblər. 13.02. Komsomol küçəsi ilə irəliləyir izdiham. Yenə camaatın qabaqdan və arxadan sonu görünmür. Qadın və qızların çoxu yorğunluğa dözə bilməyib səkilərin üstündə oturub. Camaatın əsas məqsədi neftayırma zavodlarını dayandırmaqdır. Bərk yorulmuşam. Hiss edirəm ki, yarım saat da gəzsəm ayaq üstə dura bilməyəcəyəm. 13.10. Başımızın üstündən yenə hərbi vertolyot (helikopter) uçdu. Dövrə vurub şəhərə tərəf qayıtdı. Əldən düşüb səkilərin üstündə düzülən camaat ayağa qalxdı, hamı fit çalıb yumruq göstərdi. Vertolyot yenə qayıtdı. Ə.Qarayev adına zavoda məxsus yaraşıqlı 2 mərtəbəli binanın damında əliavtomatlı 3 əsgər görünür. Xeyli adam içəri girib fəhlələri tətilə çağırmaq istədi, ancaq darvazalar bağlı idi. 13.15. Yenə vertolyot. 13.30. Bir ekskovator fit çala-çala, üstü adamlarla dolu, nümayişçi-lərin arası ilə sürdü. Hələ çalovunda 3 oğlan oturmuşdu. Deyilənə görə, zavodların hamısını silahlı əsgərlər qoruyur. Ona görə də onları dayandırmağın mümkünlüyü aydın deyil. 13.36. Gördüm daha gedə bilmirəm. Səkidə oturdum (XXII qurultay adına zavodun yanında). Zavod fit çalmağa başladı. Söhrabın söhbətindən: Meydanda qabaqca qadınlar düzülüb, sonra kişilər. Ancaq heç nəyə baxmayıb qadınları döyüblər, hətta ayağa qalxmağa qoymayıb tapdalayıblar. Meydana heç bir “təcili yardım” maşını buraxıl-mayıb. Başqa söhbətdən: Meydanda qarışıqlıq düşəndə balaca uşaqları bizim milislərə veriblər ki, aradan çıxarsınlar; onlar isə götürməyiblər. *** Bir nəfər oğlanın ürəyi getdi Maşın yox idi ki, onu aparsın. Cavanlar özləri ovxalamağa başladılar. 13.42. Ayağa durub camaata qoşuldum. 13.45. Zavodun yanından keçəndə uşaqlar məcbur etdilər ki, teplovoz fit verib fəhlələri çağırsın. (Ayın 3-ündə “Vremya” deyib ki, işə çıxmayanlar cinayət məsuliyyətinə cəlb ediləcək). 13.52. XXII qurultay adına neftayırma zavodunun giriş qapısı yanında xeyli adam toplaşıb. Fəhlələri işə çağırırlar. Lap içəridə əsgərlər durub. Zavodun yanında Nelson Stepanyanın xatirə lövhəsini böyük bir dəmirlə vurub dağıtmağa başlayırlar. O lövhəni o qədər bərk hazırlamış-lar ki, heç cür qopara bilmirlər. (14.12-də qopardılar). Zavodun qarşısında buranın bir işçisi ilə nümayişçi fəhlələrin davası düşdü - o, Neməti “fanatik” adlandırmışdı, buna görə. 14.07. “Jiquli” iki oğlan gəlib dedi ki, ay camaat, şəhəri əsgərlər tutub, sonra qayıtmağa qoymayacaqlar, geri qayıdın. Camaat razı olmadı, dedi ki, bizə zavodlar gərəkdir. Sizi də öyrədib göndəriblər. 14.15. N.Stepanyanın qırılmış barelyefini küçənin ortasına qoyub üzünə tüpürməyə başladılar. Bir ermənini tutub doyunca döydülər. Zavodun şüşələrini daşla qırmağa başladılar.

Küçə ilə üstü əsgərlə dolu tank gəldi. Tez camaat irəli qaçıb qabağını kəsdi, tank dayandı. Camaatın qabağı haradadırsa bilmirəm, arxadan gələnlərin də ucu görünmür. Şübhəsiz ki, bu anda Fəhlə prospektində bir milyondan çox adam var. Zavodların fəhlələri də camaata qoşulur. Qadınların bəzisi çəkmələrini çıxarıb şəpşəplə gedir. 15.04. Fəhlə prospektindəki “Nargilə” çayxanasının yanından sola - Yeni Əhmədli tərəfə dönürük. Camaat xeyli seyrəlib, çünki yorulanların çoxu yarımçıq dayanıb. Popov küçəsində adamlar lap səpələnib. Artıq maşınlar da asanlıqla hərəkət edir. 15.16. Radio zavodunun fəhlələri çıxıb camaata qoşuldu. 15.23. Əhmədli qəsəbəsində R.Rza küçəsinin tinindən Rahib Məmmədov küçəsi ilə üzüyuxarı Ukrayna dairəsinə tərəf qalxmağa başladıq. Adam çox az qalıb. Qabaqda bir maşın gedir, üzüm salxımına bənzəyir (adamdan). Birisi əlində qara qadın ləçəyindən bayraq düzəldib. Ardınca təxminən 15 min adam gedir. (Yığcam halda, “quyruqsuz”). (“Tə-til!”, “Tə-til!”). 26No-li binada 4-üncü mərtəbədə bir qadın yuxarı mərtəbəni göstərir, orada erməni yaşadığını deyirdi. Camaat qızışdı. Canlı-başlı, qırmızıyanaq bir oğlan “getdik bu oğraşları qırmağa!” deyib irəli cumanda onun qarşısını kəsdim. Camaat da məni müdafiə etdi. Oğlan qayıtdı. Bu binanın qarşısında adını bilmədiyim zavoda girib fəhlələrini çağırdı-lar. Bütün binalarda balkonlara çıxmışlar. Yerdən erməniləri hədələ-yirlər. 15.45. Ukraina dairəsinin yanındayıq. Yeni 4 ¹-li mətbəəyə tərəf çoxlu adam qaçdı. Qapıları, şüşələri sındırdılar, işləyənləri bayıra çıxarmaq istədilər. 14-08 AQA nömrəli çörək maşınını saxladılar. Çörək almağa başladılar. Sürücü heç nə demirdi. Bir qadın ağlaya-aylaya dedi ki, metronun “Neftçilər” stansiyasına çoxlu tank yeridiblər, ora getməyin, qırarlar. Ancaq camaat Ukrayna dairəsindən üzüyuxarı - “Neftçilər” stansiyasına doğru irəliləməyə başladı. Yeni-yeni adamlar qoşulurdu dəstəyə, çoxları isə dözə bilməyib sıradan çıxırdı. Mən özüm də təsvirəgəlməz dərəcədə yorulmuşam, ayaq üstə güclə dururam, ancaq hadisələrin sonunu görmək istəyirəm. Ukrayna dairəsinin yanındakı ilk binanın qurtaracağında çaxnaşma başladı. Bir ermənini döydülər. Hamı ora qaçışdı. Camaata deyirdim ki, şüşələri sındırmayın, xuliqanlıq olmasın. Cavab verirdilər: “Sakit dursaq da adımız xuliqan olacaq. 19 gün sakit durub axırda yenə xuliqan olmadıq?”. Camaata deyirdim ki, erməniləri döyməyin. Deyirdilər: “Onsuz da onlara görə adımız pis çıxacaq. Həm də onlar Ermənistanda döyəndə, öldürəndə yaxşı olur, biz edəndə pis?”. Cavab verməyə çətinlik çəkirdim. 16.00. Camaat içində 3 qadın ləzgicə danışırdı. Arxadan gələn bəzi cavanlar onlara şübhə ilə baxırdı. Tez onlara yanaşıb dedim ki, bizim dildə danışın, yoxsa sizi erməni bilib döyərlər. Tez dillərini dəyişdilər. 16.07. Qabağında “Gənclər üçün mallar” mağazası olan binanın pəncərəsindən ay-ulduzlu qırmızı bayraq yellənir. Camaat həddən artıq təmkinlilik göstərir, fitnəkar çağırışlara uymur. Tonqallar meydanının 19 günlük dərsi onları ağıllandırıb. 16.19. 74 No-li ATS-dən bir az yuxarıda üzərimizdən vertolyot uçdu. İşdən çıxıb küçənin hər iki tərəfindən əks istiqamətdə qayıdanlara deyirdilər: “Bizə qoşulmayanlara ar olsun!”, “işdən gələnlərə ar olsun!”. Söhbətdən: Səhər təxminən saat 10-da metronun “Gənclik” stansiyası yaxınlığında əsgərlər burada dayanıb avtobus gözləyən təxminən 200 nəfəri əhatəyə alıb dəyənəklə döyüblər. 16.42. Şəhər bazarının yanında bir erməninin sarı “Jiquli”sini darmadağın edib çevirdilər. Camaatın gözü artıq qızışmağa başlayıb. Nəticəsi qorxulu ola bilər. Camaatın ucu artıq “Neftçilər” stansiyasını ötüb. İndi 100 mindən çox adam var. 16.53. “Neftçilər stansiyasında izdiham dağılışan kimi oldu. Nizami raykomunun qarşısını bir cərgə əlisilahlı əsgər kəsib. Dakar meydanı da əsgərlərlə doludur. Camaat hər tərəfdən “amfiteatr”lardan baxır. 17.05. “Neftçiləri” ötdük. 4 tank qabağa gəlirdi (Əhmədli tərəfə), camaat geri qaytardı. Bu stansiyada adamlar xeyli parçalandı. Mən özüm artıq ayaq üstündə dura bilmirəm. Bəlkə də həyatımda ilk dəfə olaraq bu qədər piyada yol gedirəm. Zarafat deyil - 10 saatdır ki, fasiləsiz olaraq Yasamaldan burayacan piyada gəlmişəm.

17.07. Gördüm ki, yıxılacağam, səkidə oturdum. Ayaqlarımın altı yanır. Ayaqqablarımı çıxardım ki, ayaqlarım bir az nəfəs alsın. Cammat Neftayıranlar (indi Qara Qarayev) küçəsi ilə - mərkəzi küçə ilə qabağa getdi. 17.12. Yola düzəldim. Tətilçilər, nümayişçilər məndən xeyli aralı düşüb, onları “qovub” çatmağa gücüm yetəcəkmi? 17.25. Az qala qaça-qaça gəlib “Sevinc” kinoteatrının yanında nümayişçilərin “quyruğ”undan yapışdım. “Tətil!” qışqırırlar. 17.30. Neftayıranlar küçəsindən “Özbəkistan” küçəsinə döndük. 50 min adam olar. Hamı “tətil!” qışqırır. Deyəsən, “Əzizbəyov” metrosuna gedirlər, oradan da şəhərə. 17.35. Əsgərlər havaya xəbərdarlıq güllələri atdılar. Baxan olmadı. “Özbəkistan” küçəsindən sağa dönüb 15 addım gedəndə gördük ki, asfaltın üstündə tank təkərlərinin dairəvi yeri qalıb. Deməli, tank burada geri dönüb - camaatın təzyiqi ilə. 17.45. “Əzizbəyov” metrosunun yanındakı körpüyə çıxdıq. 17.55. Camaat "Әzizbzyov" stansiyasının yanından Moskva prospekti ilә şәhәrә doqru yönәldi. Qabaqda "salxım" ekskavator. Mәn daha yeriyә bilmirәm. Ona körә dә metroya düşmәyi qәrara aldım. Saat 18-dә metroda idim. Elmlar Akademiyası" stansiyasında -çıxdım. Kördüm ki, ayaqlarımı yerә basa bilmirәm. Yaxşı ki, tez taksi düşdü, minib evә gәldim. Ayaqlarımı isti suya qoydum, uzandım. Kördüm ki, hәr iki ayaqımın altı suluqlayıb. Xüsusәn saq ayağımda iki böyük suluq vardı. "Torba"ları iynә ilә yırtdım, su fәvvarә vurdu. Ançaq ayaq yorqunluqu öz yerindә, bir möçüzәyә mәәttәl qaldım -dünәnki müsibәt qripdәn mәndә әsәr-әlamәt qalmayıb. Әkәr bunu iәnә başqası desәydi inanmazdıi, axı qrip elә-belә xәstәlik deyil. Ola bilәr ki, aramsız tәrlәmәyim vә bәdәnimin fasilәsiz hәrәkәtdә olması xәstәliyi aradan çıxarıb. Bu keçә. "Aktual müsahibz" veriliiqondә İlqar Әlfioqlu Leyla Vәdirbәylini danışdırdı. L.Bödirbәyli dedi ki. aqıllı olun. xalqımızın adını batırmayın. "Künun ekrsşı "nda isә dedilәr ki, meydan antisanitariya vәziyyәtini aradan qaldırmaq üçün nümayişçilәrdәi tәmizlәnib. Өlәn yoxdur, 64 yaralanan var. Şayiә çıxıb ki, meydan qav lәkәlәri ilә doludur, ançaq gәlin, baxın, lәkәlәr hamısı oçaq yeridir. Sonra iki zabiti ("tәmizlәmә"dә iştirak edәv) danışdırdılar. Ovlar heç kәsi öldürmәdiklәrini dedilәr. (Bu kadrı sonra ayrıça kvstәrdilәr). "Vremya” SSRİ ALI Soveti Rәyasәt heyәtinin (bukünkü tarixli) qәrarını oxudu ki, hәr iki respublikada işdən kütləvi şәkildә çıxarılma hallarına qarşı an çiddi mübariza aparılsın. Müqәssirlәr inzibati, partiya çәzası alsınlar. hәtta çinayәt mәsuliyyötinә çәlb edilsinlәr, belәlәri hatda mәtbuatda yazsınlar. Ançat ortaya sual çıxır: körәsәn, Ermәvistavda hansı azәrbayçanlı hansı vәzifәlәrdә işlәyirmiş ki, onları kütlәvi şәkildә işdәv çıxaray-dılar da? Deiәli, bu tәrar Azәrbayçanın çanına zәli KYŞI darapşış ermәnilәri müdafiö etmәk üçundür. Yalnız vә yalnız bunun üçüv! “Vremya” hәmçinin Ermәnistanı vә Eçmiәdzindәki dünәvki mitinti ҝöstәrdi. Xanlardan gәlәn ermәni qadınınh! köstәrdi. Azәrbayçavdav danışanda isә Şaumyan (kәnd) rayonunda ermәvilәrlә azәrbaycavlıların mehriban yaşadıqını bir azərbaycanlıdan çıxardı. O dedi ki, raykom yaxşı işlәyib, ona görә buradan bir ermәni getmәyib. Sonra I katib Mirzәyev (ermәnidir) özü danışdı. Hamını yalnız ermәni vә yenә ermәni maraqlandırır. Deyәsәn, heç Ermәnistandan azәrbayvanlı qovulmayıb! Nә isә, hәr şey çox gözәl aydındır -Moskvanın danışmalı yerlәrdә susması, susmalı yerlәrdә isә dil boğaza qoymaması vә bunun sәbәblәri. "Vremya"daha sonra Vәzirovun bugünkü respublika fәallarının yıqıncağındakı çıxışınınv videoyazısı göstәrildi. Datlıq Qarabaqda Azәrbaycan hakimiyyәtinin bәrpasının gәlәcәyi haqqında heç nә demәdi. Poqosyanın adını belә çәkmәdi. Mitinqi ümumәn yenidәnqurma әleyhdarlarının fitvası kimi qiymәtlәndirdi. Bugündәn sonra sәrt yol tutaçağını anlatdı, yumşaqlıqdan, sәbirlilikdən әl çәkәcәyini bildirdi, ermәnilәri incidәnlәrә qarşı amansızlığın vacibliyivdәn danışdı, iş buraxmaqa qoymayan müәssisә rәhbәrlərini "əsl kommunist" adlandırdı,gördüyü işlәrdәn danışdı (müxtәlif proqramlardan) vә giley etdi ki, mitinqdә bu işlәrdәv danışılmayıb. O, mitinqdә üzüyumşaqlıq edәn böyük bir dәstә sistem işçisinin vәzifәdәv azad olunduğunu söylәdi, araqızışdıran mәtbuat orqanlarını çәzalandırdıqlalarını dedi. (Bir neçә saat qabaq Nizami gәlib dedi ki, "Molodyoj Azerbaydjana”nın redaktoru Nәcәf Nәcəfovu işdәn çıxarıblar.

Әgәr Vәzirov Nәcәfdәn başlayıbsa, demәli, o, Azәrbayçanın bütün aqıllı ziyalılarını mәhv edәçәk, әv yaxşı halda lәkәlәyәçәk!). Vәzirov, ümumiyyətlә, çox isterika ilә davışdı vә qışqırıqla sanki respublika әhalisini qorxutmaqa çalışdı ki, bir az oyay-buyay elәsәniz baş-közüvüzü vurub daqıdaçaqam. Hәr halda, çıxış mәndә yalnız xalqın taleyinә bәdbinliklә yanaşmaq duyğusu yaratdı vә belә başa düşdüm ki, ermәnilәr, ruslar bu iradәsiz adamın, marionetkanin әli ilә Azәrbayçanın bütöv yaxşı oqullarını aradan götürmәyә çalışaçaqlar. Nәcәf Nәcafovu işdәn çıxaran, Vaqif Hüseyvovu işә gәtirәn, onu büro üzvü edәn bir adam haqqında başqa söz demәk çәtindir!Tanrı özü bu uca xalqa - böyük vә amansız düşmәnlәrin pәncәsindә çırpınan, daim "ağsaqqal!" deyib ağlayan vә aqladıqca da ona rәsmi başçı tәyin edilmiş heysiyyatsız robotların, milli mәnlikdәn mәhrum marionetkaların aramsız qapazdarını, tәpiklәrini, “satqın”, "xuliqan", "alçaq", "yaramaz", "kütbeyin" söyüşlәrini yeyәn bu böyük xalqa kömәk olsun ! Amin! Amin! Amin! ÜÇÜNCÜ BÖLÜM Təqib. Tanklar arasında 06 DEKABR 1988. Dünən şəhərdə bir neçə yerdə erməniləri döyüblər, öldürülənlər də var. Ancaq bir neçə adam dedi ki, meydanda ayın 5-inə keçən gecə ölən olmayıb. Hər halda, bu haqda dəqiq heç nə bilinmir. Axşamtərəfi işdən çıxanda gördüm ki, Kommunist küçəsi ilə saysız-hesabsız tanklar Sabir bağı istiqamətində gedir. Küçələrin asfaltı tank təkərlərinin izindən ağappaq olub. Tanklar əhalini vahiməyə salır. Elə bil ki, qəsdən, camaata hədə-qorxu gəlmək üçün bütün əsgərlər onların üstündə oturur. Baksovetin qarşısı Ermənistandan gələnlərlə dolu idi. Ancaq bu dəfə əsgərlər giriş qapısını kəsib içəri adam buraxmırlar. Bu gecə Yasamalda - Şərifzadə küçəsində, bizim yaxınlığımızdakı çörək mağazasının arxası tərəfdəki üç erməninin evinə girən dağlılar on beş dəqiqənin içində erməniləri şil-küt edib, ev əmlakını dağıdıb, aradan çıxıblar. Əsgərlər gələndə heç kəsi tapmayıblar. Bu gündən şəhərdə sakitlikdir. Ancaq tək-tük hücumlar (ermənilərə) kəsilmir. *** Qəzetlərdə “Azərbaycan SSR-də və Ermənistan SSR-də vətəndaşla-rın konstitusiya hüquqlarının çox kobud surətdə pozulması haqqında” Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1988-inci il 5 dekabr tarixli qərarı dərc edilib. Qərarda deyilir: “Milli əlamətə görə vətəndaşların işdən qanunsuz çıxarılmasına yol verən müəssisə, idarə və təşkilatların, habelə partiya və sovet orqanlarının rəhbərləri şəxsi məsuliyyətə cəlb olunsunlar, hətta partiyadan xaric edilsinlər, tutduqları vəzifədən götürülsünlər, qanunla nəzərdə tutulmuş hallarda isə cinayət məsuliyyətinə cəlb edilsinlər”. Azərbaycanın adının birinci çəkilməsi də göstərir ki, qərar yalnız bizə aid olacaq. 07 DEKABR 1988. Bugünün ən mühüm hadisəsi odur ki, Ermənistanda 8 baldan güclü zəlzələ olub. (Sonra 10 bal deyildi). Minlərcə ölən var (dəqiq sayı bilinmir). Allah Ermənistan dağlarında çovğunda donub qırılan azərbaycanlı uşaqların, qocaların, haqsız yandırılan evlərin, uçurulan komaların, bütün haqsızlığın, ərşə dirənən zülmün heyfini aldı ermənilərdən. Bədbəxtliyə sevinmək rəzillikdir. Mənim xalqım heç vaxt heç kəsin faciəsinə sevinməyib. Ancaq axşam saat 8-də “Günün ekranı” bu xəbəri deyəndə universitetin və politexnik, inşaat institutların yataqxanalarından qulaqbatırıcı səslər, fit, hay-küy, çığırtılar ucaldı. ADU-nun qızlar yataqxanasından “Qa-ra-bağ!”, “A-zər-bay-can!” sədaları ucaldı (mitinqdə olduğu kimi).1

Dağlılar küçədə tonqal qaladılar. Birdən-birə bütün şəhərdə qopan hay-küy əsgərləri hürkütdü. Onlar səbəbini bilmədikləri üçün çaşıb qalmışdılar. Balkondan gördüm ki, iki tank Politexnik İnstitutun yataqxanaları yanında dağlıların qaladığı tonqallara tərəf yüksək sürətlə sürdü. Bir azdan yəqin ki, səbəbi öyrənib (sakitləşib) geri qayıtdılar. Bu gecə söhbət yalnız zəlzələdən getdi. Kirovakan, Leninakan şəhərləri, bir sıra rayonlar dağılıb. Azərbaycan Mərkəzi Komitəsi başsağlığı verdi. *** Bugünkü qəzetlərdə “Vətəndaşları daimi yaşayış yerlərindən getməyə vadar edən Azərbaycan SSR və Ermənistan SSR yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında” Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1988-inci il 6 dekabr tarixli qərarı dərc edilib. Adımız yenə birinci yerdədir!.. *** “Kommunist” sevimli artistimiz Ağasadıq Gəraybəylinin (1897-1988) ölümü haqqında başsağlığı verib. Allah rəhmət eləsin! 08 DEKABR 1988. Bu gün şəhərdə bütün söhbət Ermənistandakı zəlzələdən gedib. Axşamüstü şayiə çıxdı ki, Yerevanda da 8 bal zəlzələ olub bu gün (hələlik dəqiq heç nə bilinmir). Bu gün M.S.Qorbaçov Amerikaya səfərini yarımçıq qoyub qayıdıb (zəlzə-lə ilə bağlı olaraq. Ermənilərə olan hörmətinə bax.). 09 DEKABR 1988. Bu gün anamı görmək üçün kəndə getdim. Hərbi vəziyyət olandan bəri rayonlara avtobuslar işləmir, ona görə çox çətin vəziyyət yaranıb. Yaxşı ki, direktorumuz Qəhrəmanov Cahangir də rayona (Qəbələyə) gedəsi oldu. Onun maşınında yola düşdük. Getməmişdən qabaq institutda son hadisələrlə bağlı bəzi məsələləri müzakirə etdik. Əbülfəz Əliyevi və Akif Fərzəliyevi (əməkdaşlarımızı) işdən çıxarıblar. EA-nın başqa institutlarında da belə vəziyyət var (“Kommunist” qəzetində məlumat verilib). Mənimlə Söhraba isə direktor töhmət verib (nümayişlərdə fəal iştiraka görə). Əbülfəzin təqsiri onda görünür ki, o, Nemət Pənahovun ən yaxın adamlarındandır, onun məsləhətçilərindəndir (2 gündür ki, eşitdiyimə görə, Neməti də tutublar). Neməti isə əliyevçilikdə, millətçilikdə (ermə-nilərə qarşı), pul yeməkdə (yığılan pulları) ittiham edəcəkləri aydın görünür. Nə isə, Bakıdan çıxanda postlarda silahlı əsgərlər dursa da bizi yoxlamadılar. Kənddə atamdan eşitdim ki, bütün başqa rayonlarda olduğu kimi Qutqaşendə də 4 gün güclü nümayiş keçirilib. Ancaq burada təşəbbüsü yeni raykom Ramiz Əhmədov ələ alıb. Rayonda udilərlə çaxnaşmalar gözlənilib, hətta 400 nəfər Mirzəbəylidən keçib Nicə getmək istəyib, ancaq Ramiz Əhmədov onları qaytarmağı bacarıb; deyib ki, onlar silahlıdır, sizi qırarlar. Bir milis işçisi bir uşağı mitinqdə tutubmuş. Axşamüstü deyiblər ki, gəlin gedək milisdən uşağı azad edək. Böyük bir dəstə milis idarəsinə hücum çəkəndə yenə katib təkcə uşağı yox, o gün tutulanların bir çoxunu buraxdırıb və güclü münaqişənin qarşısını alıb. Nümayişlərin, mitinqlərin 4-üncü günü (24.XI) katib deyib ki, əgər rayonda hərbi vəziyyət olmasını, arvadlarınızı, bacılarınızı əsgər umuduna qoymaq, tank səsi altında yatmaq istəmirsinizsə sakitliklə dağı-lışmaq gərəkdir. Camaat da kəndlərinə qayıdıb. Nümayişlər vaxtı Bakıyla həmrəylik üçün 2-3 maşın ərzaq paytaxta göndərilib, camaat 22 min manat pul yığıb (təkcə 3 min manat şirə zavodu-nun direktoru verib), ancaq eşitdiyimə görə, bu pullar Bakıya getməyib, elə rayon İcraiyyə Komitəsinin sədrində qalıb... Dədəm rayonda da, Yevlaxda da (respublikada Bakıdan sonra ən güclü, mütəşəkkil mitinqlərdən biri burada olub) mitinqlərdə Dağlıq Qarabağı istəyən ermənilərə qarşı yazdığı şerini oxuyub. Xüsusən Yevlaxda onun şeri çox yaxşı qarşılanıb. Rayonda Soltannuxa və Mirzəbəyli kəndlərindəki erməniləri 6 avtobusda Ermənistana yola salıblar. Qazaxda 2 avtobusu dağıdıblar tamam, 4-ünü isə çox zədələyiblər. Burada deyiblər ki (özü də təkcə Qutqaşen avtobuslarına yox, Azərbaycandan erməniləri daşıyan bütün maşınlara),

ay biqeyrətlər, siz erməniləri elə aparırsınız ki, elə bil gəlin gedirlər, ancaq onlar bizimkiləri paypiyada, çılpaq, ayaqyalın yola salırlar, hər şeylərini də əllərindən alırlar. Qazaxlılar maşınlarda olan erməni əmlakını da dağıdıb, özlərini də döyüb yola salıblar. Qazaxlıların qəzəbli olması əsassız deyil. Onlar ermənilərin bizim xalqa etdikləri zülmləri daha yaxşı bilirlər. Mənim saysız-hesabsız şahidlərdən eşitdiyimə görə, əyninə əsgər paltarı geymiş silahlı ermənilər Ermənistandakı azərbaycanlı kəndlərinə girib əhalini qorxudub, çıxmaq üçün 35 dəqiqə vaxt veriblər. Camaat əyninə paltar geyinməyə belə vaxt tapmayıb. Mal-qara, ev-eşik yiyəsiz qalıb. Kişiləri döyüblər, qadınları olmazın təhqir ediblər. Deyirlər ki, dəmir borulara qadınları salıb hər iki tərəfdən qaynaq edib, onları içəridə diri-diri bu cür məhv ediblər. Körpə yaşlı çoxlu qızların başına fəlakət gətirilib (onların çoxu Qutqaşenə də gətirilib), oğlanların sünnətini qoparıblar (kütləvi halda). Burun-qulaq kəsmək, dağlamaq halları da kütləvi olub. “Əsgərlər” xilas etmək adı ilə kəndin qadınlarını maşına doldurub meşəyə aparıb orada fiziki və mənəvi əzablar veriblər, çoxusu meşələrdə, dağlarda başıpozuq qalıb həlak olub. Eşitdiyimə görə, Allahşükür Paşazadə Vazgenə zəng edib deyib ki, bu qırğını qurtarın. Bizim adamları öldürüb erməni qəbiristanlığında basdırırsınız ki, onlar tapılmasın. Heç olmazsa verin bu meyitləri öz adətimizlə basdıraq. “Belə şey olmayıb; öz işinlə məşğul ol” deyən Vazgenə A.Paşazadə Allahın qəzəbindən qorxmağı məsləhət bilib. Ancaq erməniləri heç nə dayandırmayıb. Onlar Yerevandakı məscidi də dağıdıblar, oradakı Quranları Eçmiədzinin qarşısında tonqalda yandırıb, bayram ediblər. Sonuncu “türk”ün Yerevan qeydiyyatından çıxması münasibətilə şadyanalıq düzəldiblər (üç gün). Bütün bunlar başa çatandan sonra dekabrın 7-sində zəlzələ baş verib. Və hamı deyir ki, meydanda (Tonqallar meydanında) Allahşükür Paşazadə erməniləri Allaha tapşırdığı üçün bu zəlzələ baş verib. (Allahşükür Paşazadə sonuncu gün - dekabrın 4-ündən 5-inə keçən gecə meydandakı tələbələrə, camaata üz tutub yalvarıb ki, buranı tərk edin. Tələbələrdən biri deyib ki, hamımızın yerinə kəlmeyişəhadəti oxu, biz bilmirik. Biz elə burada da öləcəyik. Şeyxülislam bu hadisədən təsirlənib, ağlayıb). Ermənilərin bizim camaata etdiyi zülmləri eşidən adam dəhşətə gəlir. Çox şeylər var ki, onu yazmaq mümkün deyil. Müharibədə faşistlər belə bu cür ən alçaq, iyrənc hərəkətlərə yol verməyiblər. Kütləvi sadizm, vandalizm, vəhşilik, insan sifətini bütünlüklə itirmək, sözün əsl mənasında qana yerikləmək tək-tək adamlara deyil, xalq həcmindəki adamlar toplusunda özünü aydın göstərib. Həyat göstərdi ki, erməni ilə türkün “qardaşlığı” əbədi pozulub və onların dost olması bir daha mümkün deyil. Ermənilər bizimlə yalnız bizi məhv etmək, bizə ziyan vurmaq, təxribat törətmək üçün üzdən dost görünməyə çalışacaqlar. Gərək bu fitnəkarlığa indiyədək çox sadəlövh, ürəyiaçıq olan xalqımız uymasın, aldanmasın!.. Diri-diri adamın başına mismar çaxan adamlarla “qardaşlıq” tutarmı?!. 10 DEKABR 1988. Bu gecə televiziyada “Aktual müsahibə” verildi. Ələkbər Abbasovun apardığı verilişdə Bakının komendantı M.A.Tyaqunov, BK-nın katibi Svetlana Qasımova, NS sədrinin müavini A.T.Rasizadə, respublika daxili işlər nazirinin müavini, Bakı şəhər DİŞ rəisi Fətulla Hüseynov, xalq maarif naziri Müslüm Məmmədov, Moskvadan gələn bir hüquq işçisi iştirak edirdilər. Tyaqunovun sifəti məndə ikrah hissi oyatdı. Sanki cəllada bənzəyirdi. Özünü məclisin əsl ağası kimi aparır, gözlərini süzdürə-süzdürə danışırdı. Dedi ki, bizim qoşunlar Bakıya zərurət üzündən gəlib, sovet adamlarının hüququnu, ləyaqətini qorumaq məqsədi güdür. (Aydındır ki, onu Moskvadan ermənilər göndərib və “sovet adamları” dedikdə yalnız ermənilər nəzərdə tutulur). S.Qasımova dedi ki, biz qoşunların Bakıya gəlməsinə çox şadıq. Sonra dedi ki, Bakıda nümayiş günləri heç bir hadisə baş verməyib, çünki partiya və sovet işçiləri həmişə xalqın içində olub (maşallah!). Tyaqunova nümayişlə bağlı tələblərin ali məktəblərdən, fəhlələrin işdən qovulması faktı ilə bağlı sual veriləndə dedi ki, bizdə heç bir hakimiyyət yoxdur (?!), biz hadisəni aşkar edirik, cəzanı isə sizin nazirlər (DİN, XMN) verirlər. Bəli, burada ilanın Seyid Əhməd əli ilə tutulmasının mexanizmi üzə çıxır! Deməli, Tyaqunov yaxşı adammış; o, nümayişçiləri döydürməkdən başqa heç nə etməyib, ancaq tələbələri, alimləri, fəhlələri işdən, məktəbdən qovan isə “əclaf” “Mamed”in özüdür! Rusun illər boyu yeritdiyi siyasət!

(Öz aramızdır, əslində Ermənistandan azərbaycanlıların təmizlənməsi elə rusun işidir - Türkiyə ilə qonşuluqda, lap sərhədin üstündə bu qədər azərbaycanlının olması onu da xeyli narahat edirdi. Yoxsa rus kor idimi ki, 10 ay boyunca bizimkilərin köçürülməsini, onların başına açılan müsibətləri görmürdü?!). Bəli, Tyaqunov bakıdakı erməniləri çox yaxşı qorudu. O, zəlzələdən sonra Bakıda yaşayan ermənilərə müraciət edib xahiş etdi ki, Ermənistan-da baş qarışıqdır, buradan getməyin. Bu müraciət öz təsirini göstərdi - erməni axını az qala dayandı. Ona bu televiziya verilişində sual oldu ki, qadağan saatı nə vaxt götürüləcək? Dedi ki, bizə ehtiyac qalmayanda -əgər sabah sakitlik olsa, sabah gedəcəyik. Bu sözdən başa düşmək olardı ki, əgər ermənilərin tam sakitliyi, təhlükəsizliyi təmin edilsə bizə ehtiyac qalmayacaq. (Ancaq ağlım kəsmir ki, SSRİ Dövlət Təhlükəsizliyi Komitəs vəziyyəti bu tezliklə təhlükəsiz saysın). Ayın 10-u bütün SSRİ-də matəm günü elan edilib. Matəmi mən Qutqaşendə dostlarımla muzeyin direktoru Xalis Məmmədov və qabaqcıl müəllim Həmzət Həmzəyevlə birgə qeyd etdim. Onlar Qutqaşenə 12 avqustda gətirilən ermənistanlı azərbaycanlıların faciəli vəziyyətlərindən də danışdılar. “Zaman”da Qorbaçovun Yerevandakı görüşlərindən söz açıldı. Ancaq kinolentləri yox, fotoları göstərdilər. Çox təəccüblü iş idi! Söz var ki, Ermənistanda Azərbaycandan gələn həkimləri, qanı və ərzağı qaytarıb, yalnız tikinti materiallarını, maşınları və nefti götürüblər, xəstələrini də bizim respublikaya buraxmırlar. Qorxurlar ki, onları zəhərləyərik, xəstələrini öldürərik. Adamın ürəyində nə qədər çirkab olarmış!!! 11 DEKABR 1988. Rayonlararası avtobus işləmədiyi üçün Bakıya getmək çox çətinləşib. Gecə Qutqaşendə Nəriman əmimgildə qalıb səhər Bakı tədarükü gördüm. Səhər-səhər televiziyada bir az “Dalğa”ya baxdım. SSRİ xalq artisti Arif Məlikov danışdı, Moskvada deputatlarımızın Qorbaçovla görüşü üzərində dayandı. (Burada o, Qorbaçova deyib ki, bu hadisənin günahı səndədir). Təmkinli olmağa çağırdı. Çox ağıllı bir cümlə işlətdi ki, artıq qardaşlıqdan danışmağa dəyməz, dostluq yaratmağa çalışmalıyıq... Ağdaşa gəlib oradan bir “Jiquli”yə oturdum. 20 manata danışdıq. (Həmişə Ağdaşdan Bakıya 15 manat alırdılar). Dörd yerdə qabağımızı kəsib pasportlarımıza baxdılar (birincisi Ağsu aşırımında, ikincisi Şamaxıda, üçüncüsü Müşfiq qəsəbəsində, dördüncüsü Xırdalanda). Bakı qeydiyyatında olmayan adamları və maşınları şəhərə buraxmırlar (şəhər “cinayətkar ünsürlər” çoxalmasın deyə!). Sürücümüz danışırdı ki, bir nəfər Qutqaşendən xəstə anasını müalicə üçün gətirib, onu də buraxmayıb geri qaytarıblar. Hər postu keçdikdə doğma torpağımda, öz respublikamda özümü qonaq sayırdım. Mən qonaq, əliavtomatlı, yanıtanklı əsgər isə yurdumun ağası idi!.. (Hələ Allah betərindən saxlasın). Gecə “Zaman”da Qorbaçovun Ermənistandakı görüşlərini verdilər. Gündüz eşitmişdim ki, onu burada çox pis qarşılayıblar, “Qarabağ!”, “Qarabağ!” qışqırıblar, hətta üstünə daş da atıblar, ona görə dünən lent yox, fotolar göstərilib. İndi isə lentə baxdıq. Əhali ilə görüşdə bir erməni ondan soruşurdu ki, alimlər niyə bizə zəlzələni qabaqcadan deməyiblər? Başqa birisi şikayətlənirdi ki, köməyə gələnlər işləmirlər, danışırlar. Sonra Qorbaçov mərkəzi televiziya və Ermənistan televiziyası üçün müsahibə verdi. Arvadı ilə yanaşı durmuşdu, hər ikisi, hətta onların arxasında dayanan N.Rıjkov da çox qanıqara idilər. Son sual Qarabağa aid idi. Qorbaçov həddən artıq əsəbiləşdi, dedi ki, bunlar necə adamdır, bilmirəm. Xalqın bu vəziyyətində də “Qarabağ!” deyirlər. (Onun müsahibəsini “Pravda” çap edib). Bu gün Leninakanda qəzaya uğrayan təyyarə haqqında məlumat verildi. Bakıdan uçubmuş: 9 nəfər ekipaj üzvü, 70 nəfər sərnişin həlak olublar. Deyilənə görə, Ermənistana kömək üçün Bakıdan hərbi komissarlıqlar tərəfindən təcili “sbor”la yığılan adamlarmış. Onu da eşitdik ki, ermənilər Azərbaycandan gələn tibb işçilərini və dərmanları geri qaytarıblar, bizə qarşı nifrətlə çıxış ediblər. Onu da eşitdik ki, yataqxanamızda qalan, nümayişin təşəbbüsçüsü və 2 günün aparıcısı Ənvər Əliyevi işdən (Coğrafiya İnstitutundan) çıxarıblar.

12 DEKABR 1988. Səhər işə gələndə DTK-nın köhnə işçisi, istefada olan polkovnik Mustafa Mustafayev dedi ki, köhnə yoldaşlarımdan eşitmişəm ki, Leninakanda mövcud olan hərbi silahların 40 %-i zəlzələ vaxtı yoxa çıxıb. (Burada Türkiyəyə qarşı güclü qüvvə yığılıbmış). Ancaq Mustafa müəllim “yoxa çıxmağı”n nədən ibarət olduğunu açıq demədi. Dünən və bu gün “Zaman” az qala başdan-başa Ermənistandakı zəlzələ-dən, ora gələn kömək haqqında məlumatlardan ibarət oldu. Eşitdik ki, yataqxanamızdakı Aləmi işə bərpa ediblər (o da nümayişlərdə çox iştirak edib). 13 dekabr 1988. Səhər eşitdik ki, bütün institutlardan qovulanlar bərpa edilib. Bu, görünür, bizim Akademiya prezidentinin plan xatirinə adamları cəzalandırmaq istəyindən irəli gəlib. Cahangir müəllim də Əbülfəzlə Akifin qovulması haqqında (eləcə də mənimlə Söhraba töhmət verilməsi haqqında) əmri ləğv edib. Bəli, deməli, 37-ci ildə də adamların çoxusu düşmən olduğu üçün yox, düşməni olduğu üçün bada gedirmiş! Bunu öz gözümlə gördüm. Allah eləməmiş o illər geri qayıtsa heç bir ziyalımız salamat qalmaz, hamımız bir-birimizi satıb məhv edərik! Axşam Ənvər bizə gəldi, dedi ki, məni təbrik edin, işdən çıxarmadılar. Cümşüd Nuruyev dedi ki, Ə.Vəzirov prezident Eldar Salayevə acıqlanıb, deyib ki, mən sənə adamları işdən qovmağı tapşırmışdım?! 26-ların I katibi Vəli Məmmədov da deyib ki, mən heç vaxt belə göstəriş verməmişəm. Deməli, bunlar yalnız öz xoşlarına gəlməyən adamlardan yaxa qurtarmaq, bir də, çox güman ki, camaatı Vəzirovdan narazı salmaq üçün belə avantüraya əl atıblar. Axşam N.Rıjkovun2 Yerevanda jurnalistlərə verdiyi müsahibə (daha doğrusu, mətbuat konfransı) televiziyada göstərildi. Belə bir sual da verildi ki, Azərbaycan Ermənistana kömək edirmi? Rıjkov çox əsəbiləşdi. Ermənilərin yaydığı bir çox şayiələrdən danışdı (Kirovakanda kimyəvi zavodların dağılması, zəlzələnin AES-ə də çatacağı, camaata çirkli su verilməsi, uşaqların Rusiyaya əbədi aparılma-sı və s. haqda) və dedi ki, belə vaxtda bu cür şayiələr yaymağın qarşısını ermənilər almalıdırlar. Azərbaycanla da bağlı şayiələr bu qəbildəndir. Azərbaycan zəlzələyə kömək edib. Sonra konkret faktlar saydı. Bu gün “Krasnaya zvezda” qəzeti yazıb ki, ermənilər Azərbaycandan gələn yardımı qəbul etməməyə çağırıblar. Sonra yazır ki, bunu “adam olmayanlar” (“nelödi”) deyə bilərlər. “Vışka” qəzeti isə ləyaqətsiz məqalələr seriyasını davam etdirir. Bugünkü nömrədə Dostəliyeva familiyalı bir müəllimənin belə yazısını dərc edib ki, ermənilərin Azərbaycandan getməsi bizim beynəlmiləlçiliyi-mizə, qonaqpərvərliyimizə ziddir və bunu mən özüm üçün təhqir sayıram. 14 DEKABR 1988. Səhər-səhər poçta gedib Şəhla Mümtazzadənin adından Elmira Qafarovanın (Nazirlər Soveti sədrinin müavini) və Anarın adına yazdığım ərizələri və anama yazdığım məktubu poçta salıb qayıdanda şair Məmməd Aslanla görüşdüm. Zəlzələ ilə bağlı şerini oxudu. Sonu təxminən belə idi ki, adam Allahın varlığına inanmalıdır. Sonra dedi ki, Kirovakanda çox yer dağılıb, ortada ada kimi yerdə bir məscid sağ-salamat qalıb, onu da paxıllıqdan dağıdıblar. Sonra dedi ki, Ermənistandakı bütün məscidlərin qapısını açıb ora donuzları buraxıblar, qəsdən murdarlayıblar. (Başqa birisindən isə eşitdim ki, itin boynuna Quranı bağlayıb şəhərə buraxıblar). Sonra dedi ki, Leninakan və Kirovakanda dağılmış binaların zirzəmilərindən çoxlu xarici silahlar tapılır və bu şəhərlərə adam buraxılmaması (axşam Rıjkov dedi ki, bu, şəhərlərdə adamın çoxluğu, iş görməyə mane olması ilə bağlıdır) həm də buna görədir. Sonra dedi ki, zəlzələ yanvar ayınadək Allahın ermənilərə göndərəcə-yi üç bəlanın birincisidir. İkisi hansıdırsa demədi. Səhər-səhər qəzetlərə baxdım. “İzvestiya” yazır ki, dekabrın 10-unda Yerevanda 100-dən 300ədək adam (bu vaxt Qorbaçov burada idi) küçəyə çıxıb Azərbaycandan gələn köməyi qəbul etməməyə çağırıb. Həmin 15 nəfər, o sıradan “Qarabağ” komitəsinin 6 üzvü “tutulub saxlanılıb”

(“zaderjano”). Ayın 11-ində bir dəstə tutulanları azad etməyə çalışıb, əsgərlərlə toqquşma olub, 12 əsgər yaralanıb. (Deməli, Qorbaçov gələn gün nümayiş olması, ona hörmətsizlik göstərilməsi yalan söz deyilmiş). “İzvestiya” eləcə də I səhifədə Vazgenin Leninakandakı böyük portre-tini də dərc edib. “Krasnaya zvezda”da “Araqarışdıranlar” adlı çox yaxşı yazı verilib. “Qarabağ”ın başçılarını xalqı Azərbaycana qarşı qaldırmalarından, “İzvestiya” yazan nümayişlərdən çox geniş söz açıb. Bu qəzet Leninakanda ölüləri soyanları əsgərlərin tutmasını göstərən fotonu (beş nəfər ölüsoyan üzü divara söykənib, əllərini qaldı-rıb) da dərc edib, həm də Bakıdan gedib qəzaya uğrayan İl-76 təyyarəsinin ekipajı haqqında yazı verib. Ölənlərdən belə yazıb: “69 voennoslujahix odnoy iz mestnıx çastey qrajdanskoy oboronı”3. Deyəsən, onların “sbor”a gedənlər olması həqiqətdir. (Yoldaşlar xəbər verdilər ki, ölənlərin içində 4 nəfər azərbaycanlı, yerdə qalanları isə ermənidir).4 “Pravda”da “Humanite” qəzetindən götürülmüş belə bir sitat var ki, ermənilərin bu millətçi çıxışları Sov. İKP rəhbərliyinə və şəxsən M.S.Qorbaçova qarşı yönəldilib. Qorbaçovun, dünən isə Rıjkovun qəzəbli çıxışları və bu gündən mətbuatın erməni millətçilərini kəskin tənqid etməyə başlaması da bunu göstərir. Axşam Qorxmaz Məmmədov dedi ki, nümayiş dağıdılandan iki gün sonra l.Şmidt adına zavodun yataqxanasını gecə saat 3-də əsgərlər mühasirəyə alıb, eyni vaxtda 8 qapını açıb Neməti və 8 yoldaşını tutublar. Gecə “Zaman”da N.Rıjkovun Vazgenin iqamətgahına gedib onunla söhbət etməsi göstərildi. Rıjkov şikayətləndi ki, bəzi adamlar vəziyyəti gərginləşdirməyə çalışır, şayiələr yayır, millətləri bir-birinin üstünə qızışdırırlar. Sözsüz ki, Vazgenin özünə qarşı yönəlmiş bu sözlərə onun verdiyi cavab kəsilmişdi. Ancaq o qabaqcadan ermənicə danışır, tərcüməçi isə ruscaya çevirirdi. (Əslində Vazgen rusca yaxşı bilir). Sonra Yerevanın komendantı general-leytenant A.Makaşov danışdı. Onu təzə qoyublar. Deyilənə görə, Samsonov (köhnə komendant) yəhudi, arvadı erməni imiş; o, azərbaycanlılara qarşı ermənilərin törətdiyi cinayətlərə rəvac verdiyi üçün Bakının komendantı Tyaqunovun əli ilə (?) işdən götürülüb və ola bilsin ki, işi tribunala da veriləcək (?!). Belə ki, Ermənistanın Quqark rayonunda 29 ¹-li tankdan azərbaycanlılara atəş açılıb və bir neçə adam öldürülüb. Qubadlının kəndlərinə hücum edib evləri yandıran ermənilərin də qarşısında tank gəlirmiş (azərbaycanlılar hücum etsə onlara “cavab vermək” üçün), ancaq ona ehtiyac olmadığı üçün heç bir “iş görməyib” geri dönüb, bununla ermənilərə quldurluq üçün şərait yaradıb. Həm də Tyaqunovun Ermənistana göndərdiyi əsgərlər və yurdundan xəbər bilmək istəyən azərbaycanlılar Ermənistanda təyyarədən yerə düşən kimi onları 500-ə yaxın əsgər qarşılayıb və geri qayıtmaq üçün on dəqiqə vaxt veriblər, əks təqdirdə təyyarəni partladacaqlarını deyiblər, buna hazırlaşmağa da başlayıblar. Kor-peşman qayıdanlar Tyaqunova vəziyyəti deyiblər, o da Samsonovla əlaqə saxlayıb, ancaq o deyib ki, bizdə belə fakt qeydə alınmayıb. Görünür, sonrakı vəziyyət Tyaqunova bəlli olub. Təəssüf ki, deyilənlərdən nəyin doğru, nəyin yalan olduğunu dəqiqləş-dirməyim imkansızdır. 15 DEKABR 1988. Bugünkü “Pravda” “ermənilərə qarşı” bir yazı verib. Azərbaycandan Ermənistana göndərilən zəlzələ ilə bağlı “təbrik” teleqramları ilə söhbətə giriş veriləndən sonra göstərilir ki, Dağlıq Qarabağda vəziyyət yenə gərgindir, azərbaycanlılar qorxularından işə çıxmır, Martunidə adamları silahla hədələyiblər, Ermənistanda 150-dən çox ölüsoyan tutublar, uçmuş bir binanın altındakı tunel təmizlənərkən 25 silah, o sıradan pulemyot, 12 avtomat, tapança və s. tapılıb. “Qarabağ” komitəsi üzvlərinin hərəkətləri həyəcan doğurur. İki millətin gələcəyi təşviş doğurur. Gərək qəti tədbir görülsün. Deməli, dünən Məmməd Aslan yalan demirmiş. Mustafa Mustafayev: Qorbaçovu Yerevanda daş-kəsəkdən, mitinq-nümayişdən savayı həm də “şan dğa!” (“it oğlu”) qışqırtıları ilə qarşıla-yıblar. Düzdür, rus heç vaxt erməninin tərəfini verməyəcək, ancaq, görünür, Qorbaçovun kefinə bərk dəydikləri üçün son iki gündə mətbuat onları tənqid etməyə başlayıb. Bir şey çox qorxuludur ki, yenə özlərini ermənilərə şirin salmaq üçün onlara qarşı görüləcək tədbirlərdən (həmişə olduğu kimi bu dəfə də) bizə də tətbiq edə bilərlər. Məsələn, bu günorta Azərbaycan radiosu dedi ki, “Uşaq aləmi” mağazasının zirzəmisində silahlar tapılıb, üç nəfər azərbaycanlı həbs edilib və mötəbər təşkilatlar belə güman edirlər ki, bu silah Lenin meydanında hazırlanan qırğın tədbirləri

ilə bağlıdır. (Başqa sözlə, Lenin meydanında olan bir çox adamları silahlı basqın hazırlamaq bəhanəsi ilə tutmağa hazırlaşırlar) ... Nə isə, hadisələr hələ qurtarmır, əksinə, indi-indi kamillik mərhələsinə yetişir. Məncə, Ermənistan SSRİ-dən ayrılmaq istədiyini bütün dünyaya bildirəndən sonra rus bizdən əl çəkib ermənilərə cumacaq və məhz bu vaxt bir çox məqamlarda aydınlıq yaranacaq. Ancaq o vaxtın gecikməsi üçün rus Qarabağ şüarının ortada mümkün qədər çox fırlanmasına çalışacaq. Ancaq erməni, Qorbaçovun üzünə ağ olursa, deməli, daha Qarabağ oyunu onu bezdirib və o, ciddi məsələ üzərində çalışır.5 19-29 dekabr 1988. Ermənistandan didərgin salınmış yurddaşlarımızın vəziyyətini öyrənmək, onların qovulması səbəblərini öyrənmək üçün Elmlər Akademiyasında mənim təşəbbüsümlə bir qrup yaradıldı, oraya müxtəlif institutlardan alimlər cəlb edildi və didərginlərin səpələndiyi, demək olar ki, bütün rayonlara Azərbaycan KP MK-nın razılığı ilə göndərildilər. Mənim özüm 10 gün (ayın 1929-u) Vartaşen və Qutqaşen rayonlarında oldum. Didərginlər bir qayda olaraq Azərbaycandakı erməni kəndlərinə köçüblər. Beləliklə, Qutqaşendə az olduğumdan (onlar əsasən “Qafqaz” turist bazasında yerləşdiriliblər) burada vur-tut son 2 günü qaldım. Vartaşendə isə keçmişdə ermənilər, indi türklər yaşayan bütün kəndlərdə oldum, iri bir dəftərdə onların söylədiklərini öz dillərindən yazıb imza etdirdim. Vəziyyətləri haqqında rayon təşkilatlarına məlumat verdim. Təəssüf ki, bizi göndərən partiya komitəsi işin nəticəsi ilə, demək olar ki, maraqlanmadı.6 *** Azərbaycanın bəzi rayonlarında (Lənkəran, Sabirabad, Yevlax və b.) baş vermiş xalq iğtişaşlarını yatırmaq üçün SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1988 tarixli qərarı ilə 24 dekabrdan başlayaraq Bakı şəhərində və 17 rayonda xüsusi vəziyyət və komendant saatı tətbiq olundu. Axşam saat 10-dan səhər saat 6-yadək həmin yerlərdə icazəsiz hərəkət qadağandır. 30 dekabr 1988. Bu gün Azərbaycan KP MK-nın plenumu olub. Təşkilat məsələsində S.M.Hüseynovun, İ.Ə.Məmmədovun və R.Ə.Mehdiyevin Azərbaycan KP MK-nın tərkibindən çıxarılması həll edilib (hər üçü Heydər Əliyevin adamı sayılır). Dekabrın 28-ində isə Bakı Şəhər Partiya Komitəsinin plenumu keçirilib. Burada M.R.Məmmədov I katib, A.M.Qolubev II katib, S.Ç.Qasımova katib seçiliblər. Həmin gün Bakı şəhər 47-ci partiya konfransı da olub. Ə.Vəzirov geniş çıxış edib. 15 yanvar 1989. Bugünkü qəzetlərdə “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiqi haqqında” SSRİ AS RH-nin 12 yanvar tarixli fərmanı dərc edilib. Burada deyilir: “1. Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxlamaqla DQMV-də müvəqqəti olaraq xüsusi idarə forması tətbiq edilsin. A.İ.Volski yoldaşın sədrliyi ilə Dağlıq Qarabağ Muxtar Vilayəti xüsusi idarə komitəsi yaradılsın... 2. Müəyyən edilsin ki,... xüsusi idarə komitəsi bilavasitə SSR İttifaqının ali dövlət hakimiyyəti və idarə orqanlarına tabedir, komitənin sədri isə vilayət XDS İK sədrinin hüquqlarına və vəzifələrinə malikdir... 3. ... DQMV ərazisindəki İttifaq və respublika tabeli müəssisələr, idarələr və təşkilatlar, habelə onların filialları, sexləri və digər struktur bölmələri Azərbaycan SSR Nazirlər Sovetinin rəyi nəzərə alınmaqla ... komitəyə tabedirlər... DQMV ərazisində prokurorluq və məhkəmələr... SSRİ baş prokurorunun, SSRİ Ədliyyə Nazirliyinin və SSRİ Ali Məhkəməsinin müəyyən etdikləri qaydaya əsasən fəaliyyət göstərirlər... 5. “Dövlət müəssisəsi (birliyi) haqqında” SSRİ qanununun 6-cı maddəsinin 2-ci, 3-cü bəndlərinin və 5-ci bəndi üçüncü abzasının və 7-ci maddəsinin qüvvəsi DQMV ərazisində müvəqqəti dayandırılsın... (Təbii ki, Azərbaycanın zərərinə olaraq - Ə.T.). 7. Bu fərman 1989-cu il yanvarın 20-dən qüvvəyə minsin”. Azərbaycan SSR AS RH bu fərmanı “bəyənməyi və buna tərəfdar olmağı” qərara alıb. Yanvarın 13-ündə - fərman imzalanandan bir gün sonra Azərbaycan partiya fəallarının yığıncağı oldu. Ə.Vəzirov DQMV-də XİK yaradılmasını alqışladı.

24 yanvar 1988. Dünən Tacikistanda güclü zəlzələ olub. Çoxlu dağıntı və insan tələfatı var. 27 yanvar 1988. Ayaz Mütəllibov bu gün Azərbaycan SSR Nazirlər Sovetinin sədri təyin edilib, Həsən Seyidov isə həmin vəzifədən çıxarılıb. 15 fevral 1989. Bizim yataqxananın sakini, EA Coğrafiya İnstitutunun elmi işçisi, Noyabr mitinqlərinin ilk iki gününün aparıcısı Ənvər Əliyevin işində və evində axtarış apardılar. İşdəki axtarışı eşidib axşam evə gəlmədi və gecə başqa yerdə qaldı. 16 fevral 1989. Səhər tezdən 39 ¹-li avtobusla işə gedəndə təsadüfən Ənvəri 17-88 AQL nömrəli “Latviya” maşınında 3 nəfərin tutub apardığını gördüm. 13 mart 1989. Keçən ayın sonlarından başlayaraq Azərbaycan Xalq Cəbhəsi təşəbbüs qrupu ilə ”Varlıq” cəmiyyəti arasında gedən danışıqlar bu ayın əvvəlində onların siyasi saziş bağlayaraq AXC Müvəqqəti Təşəbbüs Mərkəzini yaratmaları ilə nəticələndi. Həmin qurumun əlaqələndirmə şurasına hər cəmiyyətdən 5 nəfər olmaqla 10 üzv seçildi. Bu, dayaq dəstələri hələ ötən Noyabrda yaradılan AXC-nin təşkilat kimi qurulmasında mühüm addımdır. Bu gün isə AXC Təşəbbüs Mərkəzi “Varlıq”dan başqa “Çənlibel,” “Bakı Alimlər klubu” və b. təşkilatları da öz içinə aldı. AXC Müvəqqəti Təşəbbüs Mərkəzi bu gün qeydiyyata alınmaq üçün ərizə ilə respublika Ali Sovetinə müraciət edib. 16 mart 1989. Ənvər hələ “yatır”. Deyirlər Stepanakert yenə işləmir. 25 mart 1989. Dekabrdan bu yana qəzetlər hər gün Bakı şəhər komendantının məlumatlarını dərc edir. Bütün məlumatlar “millətlərarası ədavəti qızışdırdığına görə” həbs edilən azərbaycanlıların “cinayət”ini “ifşa etmək”dən ibarətdir. Bugünkü “Kommunist”də hüquq məsləhətçisi Fuad Ələkbər oğlu Ağayevin “cinayət”i haqqında danışılır. 26 mart 1989. Bu gün SSRİ xalq deputatları seçkisi günüdür. “Kommunist” qəzeti qırmızı çıxıb. Burada yazılıb ki, Azərbaycandan seçiləcək 63 deputatın 72,8%-i kommunist, 11%-i komsomolçu, 48,3%-i fəhlə, 16,9%-i kolxozçudur. Əsgəri gətirmək və Meydanı dağıtmaq məhz bu gündən ötrü lazım idi! 29, 31 mart 1989. EA-da yığıncaq. Balayanın, Poğosyanın deputatlığına, DQMV müəssisələrinin Krasnodar vilayətinə, Moskvaya, onlardan isə Ermənistan SSR-ə verilməsinə etirazlar. Tələblər verilib. 5 aprelədək vaxt verilib - Vəzirov EA-ya gəlsin. Onun işi qeyri-qənaətbəxş sayılsın. 05 aprel 1989.

Əsgərlər, milislər EA-nı əhatəyə aldı, Akademiyada işləyən heç kəsi içəri buraxmadılar. Bu gün yığıncaq olmalı idi. Dəyənəkli əsgərlər camaatı dağıtdı. 09 aprel 1989. 8-indən 9-una keçən gecə Tiflisdə qırğın oldu, rəsmi məlumata görə, 16 nəfər basabasda öldü. Şevardnadze və Razumovski ora gediblər. Qadağan saatı qoyulub. 11 aprel 1989. SƏNƏD “Sov. İKP Mərkəzi Komitəsindən, SSRİ Ali Sovetinin Rəyasət Heyətindən və SSRİ Nazirlər Sovetindən Aprelin 8-dən 9-na keçən gecə Tbilisi şəhərində Hökumət evinin qarşısındakı meydanda ekstremist, cəmiyyətə zidd ünsürlərin (seçdirmə mənimdir - Ə.T.) törətdikləri iğtişaşların qarşısının alınması gedişində bir qrup mülki şəxsə və hərbi qulluqçuya xəsarət dəymişdir. Basırıq nəticəsində 16 nəfər həlak olmuşdur...”. (“Kommunist” qəz., 11.04.1989). Bu gün Tiflisdə matəm günü elan edilib. “Aqroprom”un - SSRİ Dövlət Aqrar-Sənaye Komitəsinin (onu Qorbaçov yaratmışdı) ləğv edilməsi haqqında SSRİ AS RH-nin qərarı barədə məlumat dərc edilib. 14 aprel 1989. AXC Müvəqqəti Təşəbbüs Mərkəzinin əlaqələndirmə şurasının qeydə alınmaq xahişi ilə verdiyi ərizədən bir ay ötdüyü üçün Ə.Vəzirov Əbülfəz Əliyevi və əlaqələndirmə şurasının başqa üzvlərini qəbul edib. Vəzirov prinsipcə AXC-nin əleyhinə olmadığını bildirib. 15 aprel 1989. Ermənilər Daşbulaq kəndinə hücum ediblər (burada 37 türk, 150 erməni evi var). Hadrut rayonunun Tuğ kəndinə də hücum ediblər. Qarabağ kəndlərinə Ermənistandan muzdlular gəlib. Gecələr onlar camaata atəş açır, qorxudurlar. Kolxozlarda türkləri işdən qovurlar. Camaat 8 aydır işsizdir. İndi Mərkəzi Komitəyə şikayətə gələnlər var. Azərbaycan türkləri yaşayan kəndlərə heç nə verilmir (ərzaq və b.), istəyirlər camaat qaçsın. Şuşadan 2 nəfər Bakı ilə evini dəyişmək istəyib, Şuşada da evləri qalıb. Qocalar onlara deyib ki, gedirsinizsə gedin, ancaq buradakı eviniz yandırılacaq. 16 aprel 1989. Aprelin 14-ündə Gürcüstan KP MK-nın plenumu olub. I katib C.İ.Patiaşvili, Nazirlər Sovetinin sədri Z.A.Çxeidze istefa veriblər, onların yerinə G.Q.Qumbaridze və N.A.Çitanava qoyulub. 17 aprel 1989. Sumqayıtdayıq (Nailə ilə). Hər yarım saatdan bir hərbi təyyarələr sürətlə şəhərin üstü ilə şığıyır (cənubdan şimala). Saat təxminən 18 - 19.30 arasında 10-dan çox təyyarə uçdu. Nasosnıdakı hərbi bazaya uçurdular. Təxminən bir həftə qabaq Vəzirov fəhlələrlə görüşüb; televiziya ilə verdilər. Dedi ki, Qarabağ bizimdir. 15 aprel tarixli “Elm” qəzeti Ziya Bünyadovun məqaləsini (Saxarova qarşı) dərc edib. “Rodina” jurnalında (¹1-2) ermənilər indi də Naxçıvanı istəyirlər. Ayın 24-ü “genosid” günüdür. Ona görə təşviş var. İnstitutda iclas çağırıb dedilər ki, ehtiyatlı, sayıq olun, ermənilər silahlıdır. *** Novruz bayramı çox yaxşı keçdi. Televiziya çox gözəl qeyd etdi. Mətbuat da həmçinin.

*** “Azadlıq” radiosuna Əbülfəz bəy, B.Vahabzadə və başqaları telefonla müsahibələr veriblər. “Azərbaycan” jurnalının 1,2-ci nömrələrini satışa qoymadılar (erməni məsələsinə görə). Şuşada azərbaycanlıları sıxışdı-rırlar (müəssisələri bağlamaqla, vəziyyəti pisləşdirməklə və s.). *** Bu gün Ənvər tutulandan iki ay keçdi. Əslində istintaq qurtarmalıdır. Ancaq, deyəsən, 1 həftə də uzanacaq. Cümşüd telefonla dedi ki, onun maddəsini (188 - 3) dəyişəcəklər, ayın sonunadək işi bitirib məhkəməyə verəcəklər. 19 aprel 1989. Əlyazmalar İnstitutunda saat 12-də qeyri-rəsmi yığıncaq oldu. Əbülfəz bəy danışdı. O, Vəzirovla 2 dəfə təklikdə, keçən həftə təşəbbüs qrupu tərkibində söhbət edib. Əbülfəz: -Mən ilk dəfə Vəzirovla görüşəndə ona dedim ki, Ermənistandakı azərbaycanlıların vəziyyəti, Qarabağ problemi, mətbuatın mövqeyi və s. yoluna qoyulsun. Sonra noyabr-dekabr hadisələri baş verdi. Hadisələr göstərdi ki, Mərkəzi Komitə bəzi qüvvələr qarşısında bacarmadı, sözünə əməl edə bilmədi. Xalq hərəkatına pis qiymət verildi. Ancaq düzələcək. Qarabağ hadisəsində biz uduzduq. İndi respublikada 136 min qaçqın var; 2 min Rusiyada, bir neçə min Gürcüstandadır. Mərkəzi hökumət əfəllik etdi; ermənilərlə o vaxt bacarmaq istəmədi. Bütün Ermənistan indi quldur dəstələri ilə doludur. Qaçqınlara ümumilikdə 600 milyon zərər dəyib (100 minlərlə heyvan, əmlak və s.). Qaçqınları geri qaytarmaq üçün zor işlədilmir. Gürcülər 3-4 gün mitinqdən sonra qırğın verdilər. Bizdə isə 17 gündə (əslində isə 19 gündə Ə.T.) heç nə olmadı. Bizim hərəkatımızın, xalqı-mızın səviyyəsi sonra düzgün başa düşüləcək. İsmayıllıda, Xızıda qaçqınlara ev tikmək üçün 1,5 milyard manat vəsait ayrılacaq. “Yardım”da 17 milyon, “Qayğı” ilə birgə 30 milyon pul var. “Qayğı” öz funksiyasını yerinə yetirə bilmədi. Pulların üstünə daş qoyulub. Biz Xalq Cəbhəsi ideyasını müdafiə etdik. Vəzirov dedi ki, mən prinsipcə əleyhinə deyiləm, ancaq qorxuram sonra düşəsiniz mafiyaların əlinə, milli hökumət və s. şüarları irəli sürəsiniz. Dedik ki, belə olsa bizi mühakimə edə bilərsiniz. Proqramımızda belə şey yoxdur. İndi ermənilər yenidən baş qaldırırlar. Daşbulaq və Tuğda havaya güllə atıblar. Poğosyan Moskvada və Ermənistanda milli qəhrəman kimi tanıdılıb. Manuçarov və o, Moskvanın əli ilə götürülməlidir. Azərbaycan kəndləri Azərbaycanın rayonlarına verilməsini istəyir. Ermənilər görürlər ki, muxtariyyət dağılır. Volski ermənilərlə azərbaycanlıları barışdırmaq istəyib. Azərbaycanlılar Stepanakertə getməyib danışığa. Mən də dedim ki, gərək gedəydiniz, ancaq deyəydiniz ki, bir il qabaqkı vəziyyəti bərpa edin, sonra danışaq. Mənə elə gəlir ki, Ayaz Mütəllibov da, bəzi yoldaşlar da Qarabağ məsələsinə bərk girişiblər. 19-uncu il Qars müqaviləsinə görə Kərki kəndi (Ermənistandadır) Azərbaycanındır. Stalin gördü ki, Azərbaycanın iqtisadi, siyasi gücü artır, ona görə özü, Orconikidze, Kirov Qarabağ məsələsini qaldırdılar. Nərimanovun nüfuzunu da bununla qırmaq istədilər. Rıjkov deyib ki, ermənilərlə bacarmırıq, özünüz dil tapın Vəzirova dedim ki, seçkilərdə uduzduq. 98,5 faiz yalandır. Xalq narazıdır. Çox adam səsvermədə iştirak etməyib. Çox yerdə karandaş qoyublar. Dedi ki, sentyabr seçkilərində sizə bir neçə məntəqə verərik, nəzarət edərsinizö “Azadlıq” radiosuna müsahibələrimizi oxuyur (mənimkilər stolunun üstündə idi). Vəzirov dedi ki, onlar MKİ7 ilə bağlıdır, ehtiyatlı olun. Biz çıxanda məni saxladı, dedi ki, xahiş edirəm “Azadlığ”a müsahibə verməyin. Dedim ki, bizə respublika məlumat vasitələrində yer verin, orada danışmayaqö Sonra tutulanlardan danışdıq. Dedim ki, onların içində bir nəfər korrupsiya nümayəndəsini mənə göstərin. Qovulan tələbələri qaytarmağa söz verdi. Lənkəran Xalq Cəbhəsi nümayəndəsini “korrupsiyaçı” adlandırdı. Dedim ki, kasıbın biridir. (Sonra cəbhəçi mənə zəng edib dedi ki, katib yaxamdan əl çəkdi) Naxçıvan, Yevlax, Lənkəran, Qazax, Tovuz, Gəncə, Şəki və Bakı şöbələri var Təşəbbüs Qrupunun (Xalq Cəbhəsinin). Şəkidə “Ocaq”, Naxçıvanda “Yurd” cəmiyyətləri var. Sentyabrnoyabrda Xalq Cəbhəsi qurultayını çağırmaq istəyirik Ermənilər “Qarabağ”dan başqa “Naxçıvan” komitəsi yaradıblar. “Gəncə” komitəsi də yaradırlar. Onların bir sıra ziyalıları barışıq istəyir, çünki Moskvanın başı öz işinə qarışıqdır,

erməninin halına qala bilmir. Erməni də bizdən qorxur, ona görə hələlik sakit olmaq istəyir. Vəzirov əvvəlki Vəzirov deyil, indi xalqa tərəf əyilib. 13 may 1989. Mayın 11-ində M.Qorbaçov ABŞ-ın dövlət katibi Ceyms Beykerlə Kremldə görüşüb. Silahlar məsələsi müzakirə edilib. 14 may 1989. Bugünkü “Kommunist”də Azərbaycanın seçmə adamlarının (Q.Abbasov, P.Əzizbəyova, B.Bayramov, Z.Bünyadov, B.Vahabzadə, M.İbrahimov, E.Salayev və b.) Sov.İKP MK-nın baş katibi M.Qorbaçova məktubu dərc edilib. Burada deyilir: “Təəccüblənirik ki, DQMV-də zəruri tədbir kimi tətbiq edilmiş xüsusi idarə komitəsinin fəaliyyəti şəraitində müəyyən qüvvələrin millətlərarası ədavəti yenidən qızışdırmaq cəhdlərinin qarşısı qətiyyən alınmır... Azğın avantürist-lərin ağzından vurmaq vaxtı gəlib çatmışdır”. Ə.Vəzirov kompüterləşdirməyə ciddi fikir verir. 20 may 1989. Dünən N.İ.Rıjkov A.İ.Volski, Ə.X.Vəzirov və Ermənistan KP MK-nın I katibi S.Q.Arutyunyanla görüşərək “DQMV-də şəraiti sağlamlaş-dırmaq” məsələsini müzakirə edib. Burada mayın əvvəlində başlanan tətil hələ də gedir. 25 may 1989. Bu gün Moskvada SSRİ xalq deputatlarının I qurultayı açılır. “Kommunist” qəzeti ən böyük şiriftlərlə “İnqilabi yenidənqurma qurultayı” başlığı altında materiallar dərc edib. Bu gün M.S.Qorbaçov SSRİ Ali Sovetinin sədri seçildi. 28 may 1989. Bu gün şəhərdə 28 May bayramını qeyd etmək üçün xeyli adam nümayişə çıxıb. Çox təəssüf ki, onun iştirakçılarından heç kimi tapa bilmədim. SƏNƏD "1989-cu il majın 28-də "Azəpnəşp"in binasında "Çənlibel"in jığıncağı keçipilipdi. Mejdanın dağıdılmasından sonpa (1988, dekabpın 4-dən 5-nə keçən gecə) jenidən mitinqləpə başlamaq söhbəti ilkin olaraq çıxdı. Düşüncələp haçalandı; bəziləpi (adlapı bəllidip) mitinq keçipməjin indilikdə qopxulu olduğunu bildipəpək bu idejadan daşınmağa çağıpdılap. Başqalapı həpəkat başlamaq vaxtının çatdığını bildipəpək günü bu gün (28 maj günü) mitinq keçipməjə çağıpdılap. Mən ikinciləpdən idim. Bizim belə bip apqumentimiz də vapdı: Moskvada lYmumittifaq qurultayı keçipilipdi, Ə.Vəzipov da opada idi; onun Moskvada olması da mitinqin baş tutmasına imkan japadıpdı. Bizim dedijimiz keçməjəndə mən zaldan çıxdım. "Azəpnəşr"in tininə çatanda on beş ijipmi adamın Fəvvarələr bağından üzü juxapı qalxdığını göpdüm. Qabaqda gələn Jaşap Tüpkazəp əlində balaca, üç bojalı bajpağımızı tutmuşdu. Ondan azacıq apalıda Mənsup Əlijev gəlipdi. Onlap mənə çatanda: "Xaliq bəj,bizə qoşulupsan?" - dediləp. "Qoşulupam!" - dedim. Kommunist küçəsi ilə üzüjuxapı qalxmağa başladıq. Bupada həkim Jadigap Tüpkel gətipib mənə böjük bip bajpaq vepdi. Az keçmiş milisləp üstümüzə tökülüşdüləp. Milisləplə süpüpləşəsüpüpləşə MK-ja doğpu ipəliləjipdik. Milisləp bizi MK-ja jaxın bupaxmaq istəmipdiləp. Küçənin o üz-bu üzündən keçənləp bizə qoşulup, sıpalapımız dupmadan genişlənip, qapşısıalınmaz bip axın japanıpdı. Milisləp patsija ilə hapalapasa sopaq çatdıpıp, onlapa jeni-jeni kömək gəlipdi. Çox keçmədi Bakı Şəhəp Milis İdapəsinin pəisi Hofəl Kəpimov da gəldi. H.Kəpimovun gəlişi milisləpi xejli üpəkləndipib-aqpessivləşdipsə də gec idi - biz aptıq böjük bip axına çevpilmişdik. Heçə-neçə milis kopdonunu japıb MK-nın lap jaxınlığınadək gəldik, ancaq bupadakı milisin çoxluğundan MK mejdanına gipə bilmədik. Onda biz Çkalov küçəsi ilə aşağı düşüb Heftçiləp ppospektinə çıxdıq. Bütün jol boju milisləplə süpüpləşə-süpüpləşə Heftçiləp ppospektindən S.Vupğun küçəsinə çıxdıq (bupada milisləp Jaşapın bajpağını əlindən ala bildiləp). S.Vupğun küçəsindən Basin küçəsinə, Basin küçəsindən H.Hacıjev küçəsinə, bupadan Kommunist küçəsinə

gəlib jetişdik. Olduqca böjük, qapşısıalınmaz axın japanmışdı. Milisləp bizi bip də Filapmonijanın qapşısında saxlaja bildiləp. MK-dan olanlap bizi dilə tutub Filapmonijada danışıq keçipməjə çağıpdılap. Filapmonijada aldadıldığımızı göpüb MK-nın qapşısındakı mejdana axın etdik. Çətinliklə mejdanı tutub mitinqə başladıq. Bundan sonpa Kompaptija lidepləpi bizimlə danışıq apapmaq zopunda qaldılap. Yç, ja döpd adam danışığa getdi. 1988 mitinqləpindən tanıjıb inananlap zopla məni də danışığa göndəpdiləp. MK-dan danışıq apapanlap apasında MK katibləpi Telman Opucov, Rafiq Zejnalov, ideologija şö`bəsinin müdipi Rafiq Əlijev, tanımadığım başqalapı vapdı. Sonpadan pespublika ppokupopu İljas İsmajılov da gəlib çıxdı. Mitinqçiləp adından könüllü danışıqlapa gələnləp elə ilk anlapdan iç üzləpini göstəpib özləpinin ppoblemləpindən çıxış etməjə başladılap. Mən onlapı bip-bip susdupub jepində otupdandan sonpa T.Opucovla mənim apamda uzun süpən söhbət oldu. Bu bip söhbətdən çox ideja-sijasi döjüş idi. T.Opucov mənim gətipdijim faktlap, apqumentləp qapşısında gepi çəkilmək məcburiyyətindədə qaldı. Mən mitinq adından üç tələb ipəli süpüb çıxdım. Mitinqçiləp qapşısındaçıxış etdim, dejilən bip neçə gündə tələbləpimiz jepinə jetipilməsə onlapı, janılmıpamsa, ijunun 4-də jenidən mitinqə toplaşmağa çağıpdım. Gözlənilən günləpdə tələbləpimiz jepinə jetipilmədi. Dejilən gün səhəp Filapmonijanın bağına jığışmağa başladıq. Bupada mənə indijədək göpmədijim bip adam jaxınlaşdı, məni qıpağa çəkib kobud əlləpini göstəpdi: "Göpüpsən, -dedi, - ijipmi beş ildir Sovet hakimijjətinin əlindən metpoda zülm çəkipəm". Bundan sonpa özünü Fipuz Haşımov adlandıpan bu adam məni dilə tutmağa başladı: "Gəl mitinqi "Spaptak" stadionunda keçipək". Mən bojun qaçıpdım. F.Haşımov majın 28də könüllü danışıqlapa gedənləplə biplikdə adamlapı çaş-baş salapaq mitinqi "Spaptak" stadionuna keçipə bildi. Bupada mənə - mitinqin başında dupan kimsəjə çıxış etmək imkanı vepilmədi. Beləcə, biz kimləpin hansı sifapişləpi jepinə jetipdijini sonpalap bildik... Xaliq BAHADIR. 22 mapt 1997-ci il". 04 iyun 1989. “Spartak” stadionu. 11.05. Əllərində bayraq (Cümhuriyyətin bayrağı) olan dəstə “azərtürk” şüarları ilə gəldi. Adamlar 5 dekabrdan sonra ilk dəfə olaraq mitinqə toplaşırlar. Saat 10-a çağırılmışdı camaat. Dünən və bu gün səhər komendant elan verdi ki, olmaz, icazə verilməyib. Adam az idi. Axşam Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, Ali Soveti bildirdi ki, 18-20-ci illəri öyrənmək üçün Tarix İnstitutuna tapşırıq verilib. 11.30. Stadionda 2.500-3.000 adam olar. İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Cəmil Əlibəyov, Nəcəf Nəcəfov, Əbülfəz bəy, Tağı Xalisbəy-li, İsa Qəmbərov və b. camaatın arasındadır. Çoxlu milis işçisi var, ancaq adamlarla işləri yoxdur. Əsasən girəcəkdədirlər. Çoxlu milli bayraqlar var. Nəcəfin, Yusifin və bir çoxlarının sinəsində üçrəng toxunma parça asılıb, üstündə “Azərbaycan Xalq Cəbhəsi təşəbbüs qrupunun üzvü” yazılıb. 11.36. Bəy (Əbülfəz Əliyev), Mənsur Əliyev, Firuz Haşımov, İsfəndiyar Coşğun və başqa 4 nəfər meydançaya çıxıb mikrofonun yanına toplaşdılar. Eynəkli bir kişi dedi ki, şəhərdə komendant saatı davam edir. Gərək elə edək ki, qurultaydakı8 deputatlarımızın üzünə söz gəlməsin, şəhərdə hadisə olmasın. Bizim dərdlərimiz çoxdur, onlardan danışaq. Quruluşumuz-un əleyhinə heç nə deyilməməlidir, qonşu xalqlara, partiyaya nalayiq söz deyilməməlidir. 11.43. Mənsur Əliyev: Ən əvvəl sizi Azərbaycan xalqının tarixində, Şərqdə ilk Demokratik Respublika bayramı münasibəti ilə ürəkdən təbrik edirəm! (Uzun sürən alqışlar). Vətən uğrunda ölənlərin xatirəsini yad etmək üçün ayağa durun. (Durdular). Biz ADR bayrağının tarixi simvol kimi təsdiq edilməsini MK-dan tələb etmişik. 3-üncü, xalq işi uğrunda səhhətlərini verən Nemət, Ənvər, Siyamək, Bəxtiyar və başqa məhbusların azad olunmasını tələb etmişik və edirik. 11.48. Əbülfəz. Saqqal saxlayan Bəy dedi: Bir yaddaş kimi tarixi yaddaşı göz qarşısına gətirmək istəyirəm. (Xiyabani hərəkatından danışdı). Şeyx başda idi, ancaq hərəkat demokratik idi. Şərqdə ilk operanı Üzeyir bəy yazıb. Şərqdə ilk demokratiyanı da Azərbaycan yaradıb. Eşq olsun Azərbaycan demokratiyasına! (Sürəkli alqışlar). Azərbaycan xalqının 70 illik mübarizəsi demokratiya uğrundadır.

Bizim son çıxışımız da xalq hərəkatı idi. Onu bəzi qorxaq yazıçı-lar, filosoflar adi yığnaq etdilər, ona böhtanlar atdılar. Bütün demokratik hərəkatlardan sonra irtica hücuma keçir; bizdə də belə oldu. Biz demokratiya uğrunda mübarizə aparırıq. Yaşasın demokratiya! (Alqışlar). Mənə elə gəlir ki, dostlarımız, yoldaşlarımız həbsdən azad olunacaqlar. Gün o gün olsun ki, onları aramızda görək və bunu demokratiya-nın qələbəsi kimi qiymətləndirək. 11.57. Mənsur: 1828-ci ildə 2 dövlət arasında müqavilə bağlandı. Bu, soyu eyni olan xalqı iki yerə böldü. İsfəndiyar mikrofonu onun əlindən alıb dedi: leytenant Şmidtin (zavodun) fəhlələrinə eşq olsun! (Onlar qaçış yolunda əlləri bayraqlı gəldilər). (“Ura!”. Hamı ayağa durdu). (Mənsur da onların şərəfinə şüar dedi. Sonra Demokratik Respublika tarixindən danışdı). Daşnak, eser və başqalarının əlinə keçmiş Bakını geri qaytarmaq üçün Demokratik Respublika buranı paytaxt seçdi. Azərbaycan Demokratik Respublikasını Sovet hökuməti də tanımışdı (xarici ölkələr də). Milli ordusu vardı. Xalqını, onun torpağını qorudu. O, heç bir qırğına yol vermədən hakimiyyəti sovetlərə verdi. 12.10. İsa Qəmbərov problemlərimizin həlli yollarından danışdı: Son 4 ildə qazandığımız ən böyük nailiyyət xalqın birliyidir. Xalq Cəbhəsi-ni yaratmalıyıq. (Alqışlar). Onun təsis qurultayını çağırmalıyıq. Moskvadakı qurultayda deputatlarımız fəallaşmalıdır. Ən azı həftədə 1 dəfə mitinq keçirmək üçün “Spartak” stadionu bizə verilməlidir. 11-ində bura yığışaq. Məhbuslar, dostlarımız bu gün bizim aramızda olmalı idi. Arzu edirik ki, gələn həftəki mitinqimizdə bizim aramızda olsunlar. 12.19. Birisi: Əlimdə başımdan uca Demokratik Respublikanın bayrağı var. Həbsdə olan qardaşlarımızın da bu bayrağı tutmağa haqqı var. (“A-zad-lıq!”). Biz bununla bağlı MK-ya müraciət etmişik. Onun nəticəsidir ki, bugünkü qəzetlərdə məlumat var. Sabah Yevlaxdan Əhməd adlı yoldaşımızın məhkəməsi olacaq. Biz bu məhkəmənin əleyhinəyik. Sumqayıtlı Əhməd Əhmədova ağır cəza verilib. Onun atası aramızdadır (mollaya oxşayan kişi; iki-üç dəfə məhəccərə yaxınlaşmışdı). Ona ən yüngül cəza verilməsi üçün səsimizi ucaldaq. 12.24. İsfəndiyar: Yenidənqurma bizə 87-ci ilin 2-ci yarısında çatdı. Demokratiyanın ilk pioneri Hatəmi, onun yaratdığı “Çənlibel” cəmiyyətidir. Onun sədri Vurğuna söz verməzdən qabaq “Qayğı” cəmiyyətinin sədrinin müavini Tofiq Bağırovu dinləyək. (12.27). Bizim səsimiz uzun müddət özümüzdə qalıb. Bizim vəziyyətimiz Ali Sovetdə yaxşı vəziyyətdədir. Bizdə rus xalqına, partiyaya düşmənçilik yoxdur. Biz öz milli hüquqlarımızı tələb edirik. Bizim qurultayımızın nümayəndələri bilsinlər ki, xalq onların arxa-sında durub. 12.32. Vurğun (“Çənlibel”in sədri): Nemət, Hatəmi, Bəxtiyar və başqaları “Çənlibel”i yaratdıq. 12.36. İnşaat Mühəndisləri İnstitutunun dekanı Hüseyn müəllim: Dağlıq Qarabağ hadisələri dərdlərimizin heç bir faizi də deyil. 12.38. İsfəndiyar: Tələbələri buraxmayıblar. Rəhim Qazıyevə söz verilir: 28-ində biz Demokratik Respublika bayramını tələbə şəhərciyində qeyd etmək üçün ərizə verdik, ancaq yığıncaq keçirməyə icazə vermədilər. 12.42. F.Haşımov: “Sovetskaya kultura” qəzetində Ağamalıyevin Kirovabadın adının Gəncə olmasına aid yazısı çıxdı. İki gün sonra cavab verdilər ki, yox, biz kirovabadlıyıq. 12.47. Xudafərin körpüsü haqqında məlumat istənildi. İran da tikintiyə razılıq verib. 12.49. Əbülfəz Əliyev: Qorbaçov dedi ki, biz razı olmarıq ki, gürcü xalqı qadağan saatında yaşasın. Biz də tələb edirik ki, Azərbaycandan hərbi vəziyyət və qadağan saatı götürülsün! (Alqışlar, hamı ayağa qalxdı). 12.50. Mitinqin qətnaməsi oxundu. - Həbs olunanlar azad olunsunlar (adbaad yazıblar). Deputatlarımız da bunu tələb ediblər. (“Azad-lıq!”). - 28 May ADR günü kimi rəsmiləşdirilsin, onun bayrağı qəbul edilsin. - Ekoloji böhranlı şəhərlərin siyahısı tutulsun, Gəncə, Əlibayram-lı və b. bura aid edilsin. - Didərginlər Qarabağda yerləşdirilsin. - Xudafərin körpüsü haqqında müqavilə ləğv edilsin. - Hərbi vəziyyət bir həftəyədək götürülsün. - Tələblər qurultayda nümayəndələrimizə çatdırılsın. 12.57. Əbülfəz Əliyev: Azərbaycandakı bütün cəmiyyətləri birliyə çağırırıq. Pənah Hüseynova söz verək.

12.59. Pənah (qətnamə oxudu): - SSRİ Ali Soveti Ermənistan SSR hökumətinin Azərbaycan SSR-in daxili işlərinə qarışmasını rəsmi şəkildə pisləsin. - “Qarabağ” komitəsinin statusu ləğv edilsin. - İttifaq orqanları respublikamızın suverenliyi haqqında konsti-tusiya tələblərini yerinə yetirə bilmirlər. - Sumqayıtda ermənilərin fəaliyyətini, Ermənistanda Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəbini öyrənən komissiyalar yaradılsın. - Qurultayda Dağlıq Qarabağla bağlı Ermənistan deputatlarının çıxışlarına son qoyulsun. - Azərbaycan Demokratik Respublikasının yarandığı gün rəsmi qeyd olunsun. - AXC təşəbbüs mərkəzi rəsmi qeydə alınsın və ona qarşı böhtan kampaniyasına son qoyulsun. 13.10. Mitinq bağlı elan edildi. *** Bugünkü “Kommunist”də SSRİ xalq deputatları qurultayının yaratdığı “Hücum etməmək haqqında 1939-cu il tarixli Sovet - Almaniya müqavilə-sinə siyasi və hüquqi qiymət verilməsi üçün komissiya”nın tərkibi dərc edilib. Bu komissiya Pribaltika respublikaları deputatlarının tələbi ilə yaradılıb. Gürcüstan deputatları “1989-cu il aprelin 9-da Tbilisi şəhərindəki hadisələrlə əlaqədar halların təhqiqi üçün komissiya”, Özbəkistan deputatları isə “T.X.Qdlyanın başçılıq etdiyi SSR İttifaqı Prokurorluğu istintaq qurupunun fəaliyyəti ilə əlaqədar materialların yoxlanması üçün komissiya” yaratmağa nail olublar. Bizim deputatlarımız isə... “Kommunist” bir “Məlumat” dərc edib: ”Azərbaycandan SSRİ xalq depu-tatları humanizm mülahizələrini əsas tutaraq SSRİ baş prokurorundan və Azərbaycan SSR prokurorundan xahiş etmişlər ki, 1988-ci ilin noyabr və dekabrında icazəsiz mitinqlərin keçirildiyi dövrdə hüquqa zidd hərəkətləri ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər qrupu barəsində qət-imkan tədbirləri-nin dəyişdirilməsinin mümkünlüyünü nəzərdən keçirsinlər. (Azərinform)”. 6 iyun 1989. Bu gün “Kommunist” “1918-20-ci illər dövrünün bəzi məsələləri” başlığı altında səhifə yarımlıq böyük material verib. SİTA-nın 4 iyun tarixli “Dağlıq Qarabağ hadisələrinə dair” məluma-tında (neçə vaxt idi ki, bu başlıq qəzetlərdə görünmürdü) yazılır ki, DQMV-də gərginlik zəifləmir, tətillər davam edir, mayın 30-undan vilayət mərkəzində icazəsiz küçə yürüşləri və mitinqlər keçirilir. Hələ davam edən SSRİ xalq deputatları qurultayına təzyiq göstərilir. “Fərqanə vilayətinin bir neçə yaşayış məntəqəsində iğtişaşlar haqqında” SİTA məlumatında bildirilir ki, iyunun 3-4-ündə Özbəkistanın bu vilayətində özbəklərlə yanaşı Mesxeti türklərinin də yaşadığı bir neçə məntəqədə ekstremist ünsürlər millətlərarası zəmində iğtişaşlar törət-mişlər. İnsan tələfatı var. 8 iyun 1989 Bu gün şəxsi həyatımda ən mühüm hadisə baş verdi - 6-cı mikrorayonda aldığımız yeni mənzilə köçdük. 10 illik ağır yataqxana həyatı arxada qaldı! 10 iyun 1989. SSRİ xalq deputatları qurultayının qərarları ilə N.İ.Rıjkov SSRİ Nazirlər Sovetinin sədri, G.V.Kolbin SSRİ Xalq Nəzarəti Komitəsinin sədri, Y.A.Smolentsev SSRİ Ali Məhkəməsinin sədri, Y.G.Matveyev SSRİ baş dövlət arbitri, A.Y.Suxarev SSRİ baş prokuroru təsdiq ediliblər. Dünən görkəmli Azərbaycan sənətçisi Rəşid Behbudov vəfat edib. Doğrudur, bu haqda bugünkü “Kommunist”də Azərbaycan KP MK, AS RH və NS məlumat verib, ancaq çox qəribədir ki, qəzetdə onun şəkli ilə birlikdə rəsmi nekroloq yoxdur, halbuki təsadüfi adamlar haqqında da tez-tez belə nekroloqlar dərc edilir. Görəsən, səbəb nədir?... Bu gün Süleyman Rüstəm öldü.

11 iyun 1989. “Spartak” stadionu. 11.20. Adam azdır (1.000-ə yaxın). Bir dəstə gəldi əllərində şüarlar: “Mesheti türkleri, azeri türkleri sizinledir!”, “Azəri xalqı Məshəti türklərini qəbul etməyə hazırdır!”. Çox yerdə bayraqlar (milli) var. Meqafonla bir oğlan Mesxeti türkləri ilə həmrəylik duyğularımızı bildirdi, srağagün vəfat etmiş Rəşid Behbudov üçün kədərləndiyimizi dedi. Əbülfəzgil hələ gəlməyiblər. Tağı Xalisbəyli meqafonla dedi ki, bizə saat 10-u təyin edənlər yoxdur. Onlar bizə xəyanət ediblər. Sədərəkli bir oğlan getdi ki, ona ayrılıq salmamağı məsləhət görsün. 11.29. Stadionun girişində böyük bir dəstə göründü. Tribunadakılar ayağa durub onları alqışlarla, “a-zər-türk!” nidaları ilə qarşıladılar. (Hər böyük dəstə gələndə belə edirdilər). 12.02. Firuz Haşımov mitinqi açdı. (Yanında İsa Qəmbərov, Mənsur Əliyev, başqa 5 nəfər var). Dedi ki, həbsdəkiləri bizim tələbimizlə azad etmişlər. Sizi təbrik edirəm! Üzeyir bəy musiqisini dünyaya təbliğ edən Rəşid Behbudovun xatirəsini ayağa qalxıb bir dəqiqə sükutla yad edək. (Etdik). 12.07. İsa Qəmbərov: Özbəkistanda həlak olmuş qardaşlarımızın xatirəsini bir dəqiqə sükutla yad edək. (Etdik). Bu stadionda hər həftə mitinq keçirməyə icazə ala bilməmişik. Ona görə də mitinqləri nümunəvi keçirək. Həsən Turabov (deputat) gəldi, hamı alqışlarla qarşıladı. 12.10. Həsən Turabov: Dünən səhər 6-da nümayəndə heyətimizin yarısı Moskvadan qayıtdı, yarısı bu gün gələcək. Biz “Rossiya”, ermənilər “Moskva” mehmanxanasında qalırdıq. Bizə münasibət ilk günlər çox pis idi, istər türkdilli, istər Pribaltika nümayəndələrində. Bizə çoxlu zəng olurdu. Atmosfer çox əsəbi idi. Belə gözləmirdik. Ermənilər bütün nümayəndələrlə görüşüb təbliğat aparmışdılar. Ancaq İgityanın çıxışından sonra davaya hazır idik. Yığışdıq ki, özümüzü necə aparaq. Qərara gəldik ki, onlara o dəqiqə cavab vermək lazım deyil. Mən də danışmalı idim. Ancaq qorxduq ki, mən kobud danışaram, ona görə Mirzə müəllimi məsləhət bildik. Mənə 7 qrankalıq teleqram gəldi. Biz çox böyük bloka nail olduq. Ermənilər, Pribaltika, Gürcüstan, Moskva, Leninqrad nümayəndələri birləşib blok yaratmışdılar. Vaqif Cəfərovun seçkisində türk xalqları ilə slavyan bloku yarandı. Seçki qurtarmamış çöldə Poğosyanla İgityan dalaşdı. Seçkidən sonra isə Poğosyanla Balayan dalaşdı. Bayırda bizə dedilər ki, biz sizinləyik. İlk nailiyyət Vaqif Cəfərovun seçilməsi oldu. İkinci nailiyyət türk - slavyan birliyinin yaranması idi. Qurultayın yaxşı getməsi də bu blokun nəticəsi oldu. Yoxsa onlar qurultayı başqa səmtə yönəldəcəkdilər. Biz indi başqa məsələlər qoymalıyıq. Referendum keçirməliyik ki, 165 min qaçqın üçün Ermənistanda muxtar respublika yaradılsın. Siz elə fikirləşməyin ki, seçdiyiniz deputatlar özlərini nalayiq aparıblar, passiv olublar. Bizim əleyhimizə heç bir qərar qəbul olunmayıb. Özümüzə çoxlu dost qazanmışıq. Sonrakı qurultaylarda işimiz yaxşı olacaq. 12.24. Firuz Haşımov: Mirzə İbrahimov... (Onun əleyhinə çoxlu sərt ittihamlar irəli sürdü). 12.25. Mustafazadə Elman: O qüvvələr Ermənistanda qardaş qırğını törətdilər. Qurultayda bizim deputatlar müttəhimlər kürsüsündə oturmuş-dular, ermənilər prokuror idi, prezidium isə hakim. Şamama hansı dövrün qurbanıdır? Ucardan deputat var - rus dilini bilmir. Məni nə müdafiə edəcək? Xuraman qeyrətli qadındır, ancaq məni nə müdafiə edəcək? Deputatların 70 faizi geri çağırılmalıdır. Qoy xalqın qeyrətli oğulları Moskvaya getsin. Qorbaçov Anarı yox, 7 milyonluq xalqı təhqir etdi. Mirzə İbrahimov deməli idi ki, biz təhqir olunduğumuz üçün salonu tərk edirik. Nəyin bahasına varsa Ziya Bünyadovu deputat seçməliyik. (Uzun sürən alqışlar). 12.31. Mənsur Əliyev xalqın tarixinin təhrif edilməsindən danışdı. Lənət olsun belə tarixçilərə! (Həsən Turabov qızğınlıqla E.Mustafazadəyə nəyi isə başa salır. Deyəsən, deputatların mövqeyi barəsində mübahisə edirlər).

Biz bu gün Özbəkistanda özbəklərlə türklər arasında vuruşun şahidiyik. İnanmayın. Bu, beynəlxalq mafiyanın türk xalqlarını vuruşdur-maq cəhdidir. Yaşasın türkdilli xalqların tarixi birliyi! 12.38. İsa Qəmbərov: Mitinqin aparıcılığını öz üstümə götürürəm. Həsən Turabova minnətdarıq. Vaqif Cəfərovun seçilməsi və b. prinsipial qələbə deyil. İttifaq demokratik platformada olmalıdır. Deputatlar Azərbaycan xalqının dərdlərini deməlidir. İlk dəfə bütün dünyaya Dağlıq Qarabağ haqqında həqiqəti demək fürsəti verilmişdi, ancaq deputatlarımız bundan istifadə etmədilər. Özbəkistandakı hadisələr haqqında geniş məlumatımız yoxdur. Ancaq bir şey aydındır ki, bu hadisə cinayətkar Stalin dəstəsinin əməlinin nəticəsidir. Əgər qaçqınlar olmasaydı biz həmin türkləri qəbul edə bilərdik. Ancaq Fərqanə yaxınlığında hərbi düşərgədə yaşayan uşaqları respublikamıza gətirə bilərik. “Qayğı” cəmiyyəti də onlara qayğı göstərsin. 12.45. Həsən Turabov: Çoxlu suallar almışam. Onlara televiziya ilə cavab verəcəyəm. Ancaq indi birləşməliyik. Bizə dayaq lazımdır. İndi belə birlik hava-su kimi lazımdır. 12.46. Türk Seyfəddin (Özbəkistandan yenicə gəlib): Özbək xalqının heç bir təqsiri yoxdur. Eşidirəm ki, bazarlarda onları təhqir edirlər. Buna yol verməyin. Orada bir qrup ekstremistdir 100-dən çox uşaq ölüb, ancaq mətbuat yazmır. İmza toplanır Azərbaycan xalqından. Mən geniş ürəkli Azərbaycan xalqına minnətdaram. Sizə “çox sağ olun” deyirəm! 12.53. Mitinq iştirakçıları adından Qorbaçova müraciət oxundu: Özbəkistanda, Fərqanədə, Kokandda yenidənqurma düşmənləri iki qardaş xalq arasında qırğın törətmişlər. Vaxtında qəti tədbirlər görülməsə ağlasığmaz nəticələr verə bilər. Qardaşlıq, azadlıq və bərabərlik ölkəsində belə cinayətlərə yol verilə bilməz. 12.57. Firuz Haşımov Sevil Cahaniyə söz verdi. 12.57. Sevil Cahani: - Türk xalqlarına qarşı dünya miqyasında mübarizə başlayıb. Ermənis-tandan bizimkiləri çıxardırlar. Bolqariyada türkləri qırırlar. İndi də özbəklərlə türklər arasında qırğın yaradıblar. Aydın Məmmədov və dostlarının Oljas Süleymenovun, Rasputinin və başqalarının bizim xeyrimizə danışmasında əməyi olub. Deputatlarımızın İgityanı məhkəməyə vermək sözləri nə üçün idi? Xalqı aldatmaq üçün! Uzunqulağa minmək bir ayıb, düşmək iki ayıb. Bunu axıradək aparmalıyıq. Müxtəlif SSRİ “soyuz”larından bir nəfər azərbaycanlı seçilmədi, ancaq ermənilər seçildi. SSRİ Rəssamlar İttifaqı bizim Rəssamlar İttifaqının İgityanı deputatlıqdan geri çağırmaq təklifini eşitməsə bizim ittifaq SSRİ Rəssamlar İttifaqı tərkibindən çıxmalıdır. Deputatlarımız yaltaqlıq etdilər. Niyə qəbul olunmuş qərar (seçki haqqında) 3 saatdan sonra ləğv olundu? Niyə qeyrətsiz deputatlarımız man-datlarını Qorbaçovun qarşısına qoyub çölə çıxmadılar? (Ayağa qalxırlar, alqışlar). Biz onları seçməmişik. Biz onlara səs verməmişik. Bizim deputatlar təyin olunublar. Siyasət öz yerində, ancan öz hüququmuzu qorumadıq. Öz hüququnu qoruya bilməyən deputat xalqın hüququnu qoruya bilərmi? Bizə milli qüruru olan azəri balası lazımdır. Hansı deputatımızda isə qeyrət olmalıdır ki, mandatını qaytarsın. Balayanlarla, Poğosyanlarla danışa bilən Ziya Bünyadov deputat seçilməli-dir. (Alqışlar). Deputatlarımız deyirdilər ki, bizə söz vermirlər. Bəs niyə tarixçi-miz Püstə Əzizbəyova xalqımızın dərdindən danışmadı? Bizdə ölən qadınlar, uşaqlar yoxdurmu? Özbəklər pambığın ucuz alınıb xaricə valyuta ilə satılmasından şikayətlənir. Rıjkov cavab verdi ki, biz valyuta ilə pambığı xaricə yox, SEV9 ölkələrinə satır, valyuta ilə Misirdən uzun lifli pambıq alır. Belə isə biz niyə o pambığı əkirik? (Mənsur gəlib onun danışmasına mane olmaq istədi. Camaat qışqırdı ki, “qoy danışsın”. Mənsur dedi ki, sonra bizim tumanımızı əynimizdən çıxarırlar. Sevil danışdı). Ya Ermənistanda bizim üçün muxtariyyət yaradılmalıdır, ya da NKAO ləğv edilməlidir. 13.18. Şair İsfəndiyar Coşğun: - Ev-eşikli ermənilər üçün 450 mln. manat pul ayrılıb, ancaq 250 minlik didərginimiz əlayaqda qalıb. Xudafərin körpüsü ətrafında həyəcanlı vəziyyət yaranıb. SSRİ ilə İran arasında müqavilə bağlanıb. Niyə bizim tələblərimizə cavab verilmir? (Meydanın sağında çoxlu adam toplaşıb. Sol tərəfdə tribunalarda boşluq var. 5 min adam olar).

13.22. İsa: Mesxeti türkləri üçün pul yığmaq təklifi var. Buna razı deyilik. Rəsmi fond yaradılsın. (Bir məktubu oxudu. Yazılıb ki, olan oldu. İndi nə iş görməliyik, yol göstərin. Bunun üçün Ağdamdan gəlmişəm). Mən belə bilirəm ki, Xalq Cəbhəsinin yaradılması çox problemləri həll etməyimizdə kömək olar. 13.26. Tofiq Qasımov: - Xalq Cəbhəsində birləşməliyik. Biz Dağlıq Qarabağ haqqında Xalq Cəbhəsinin mövqeyini deputatları-mıza yazıb göndərmişik. Ancaq qeyrətli deputat tapılmadı ki, onu oxusun. İcazə verin burada oxuyum. (Oxudu. Çox yeri özündən deyirdi): - Ermənilərin respublikası olduğuna görə onlara muxtariyyət düşmür. DQ Azərbaycan respublikasının daxili işidir və ermənilərin mərkəzi hökumətin əli ilə iş görməsini qəti pisləyirik. SSRİ hökuməti müttəfiq respublikamızın suveren hüquqlarını qorumaq üçün öhdəliyini yerinə yetirsin. Xalq Cəbhəsi üçün telefonlar: 54-76-40 (Canbaxış), 39-34-16 (Qasımov Tofiq), 39-43-42 (Əlizadə Zərdüşt). Sizi qarşıdan gələn seçkilərdə (respublika Ali Sovetinə) fəal iştirak etməyə çağırıram. SSRİ Ali Sovetinə seçkilərdə buraxdığımız səhvlər təkrar olunmamalıdır. 13.35. Firuz Haşımov. Mitinqi bağlı elan etdi. *** “Bakı şəhəri xüsusi rayonu hərbi komendantının məlumatı Respublikanın paytaxtında vəziyyət dəyişməmişdir, sakitlikdir. Bununla belə, istirahət günlərində (iyunun 4-də və 11-də) şəhərin bəzi yerlərində gənclərin kiçik bir qrupu ictimai asayişi pozmağa cəhd göstərmişdir... ...Xatırladıram ki, şəhərdə xüsusi vəziyyət şəraitində müxtəlif kütləvi yığıncaqlar, mitinqlər keçirilməsi qadağan edilmişdir... Bakı şəhər xüsusi rayonunun hərbi komendantı, general-leytenant M.Kolesnikov”. (“Kommunist” qəzeti, 16,17.06.1989). 22 iyun 1989. Bu gün onbirinci çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkə-nar doqquzuncu sessiyası oldu. Süleyman Bayram oğlu Tatlıyevin “vəzifəsindən azad edilməsi haqqında xahişi yerinə yetirildi” və Nazirlər Soveti sədrinin müavini Elmira Mikayıl qızı Qafarova onun yerinə Azərbaycan SSR AS Rəyasət Heyətinin sədri qoyuldu. Bu gün Qazaxıstanda G.V.Kolbinin yerinə N.A.Nazarbayev I katib qoyulub. Qazaxıstanın Novı Uzen bölgəsində də iğtişaşlar baş verib, qafqazlıları qırıb qovlayıblar. 01 iyul 1989. Bu gün Sov.İKP MK-nın Baş katibi, SSRİ Ali Sovetinin sədri M.S.Qorbaçov Mərkəzi televiziya ilə çıxış etdi. Millətlərarası münasibətlər məsələsi üzərində dayandı. 05 iyul 1989. Sov.İKP MK-nın “30-40-cı illər dövründə və 50-ci illərin əvvəllərində olmuş cəza tədbirləri qurbanlarının xatirəsini əbədiləşdirmək haqqında” qərarı barədə bugünkü qəzetlərdə məlumat dərc edilib. Fərdi pensiyaçı Andrey Andreyeviç Qromıko ayın 2-sində 80 yaşında vəfat edib. 12 iyul 1989. “Stepanakert, 11 iyul (SİTA-nın müxbirindən). Dağlıq Qarabağ Muxtar Vilayətində gərginlik yenidən qızışdırılır. Millətlərarası düşmənçilik güclənir, əhalinin böyük qurupları arasında tez-tez

toqquşmalar baş verir, soyuq və odlu silah, əldəqayırma partlayıcı qurğular, yandırıcı maye ilə dolu şüşələr işə salınır”. (“Kommunist”,12.07.1989). 13 iyul 1989. “Azərinformun məlumatı. Mətbuatda xəbər verildiyi kimi, iyulun 11-də Stepanakert yaxınlığında (Kərkicahanda - Ə.T.) üç azərbaycanlıya odlu silahla basqın edilmiş, nəticədə onlardan ikisi öldürülmüş, biri ağır yaralanmışdır”. (“Kommunist”, 13. 07. 1989). 16 iyul 1989. Bugünkü “Kommunist” yazır ki, Tacikistanın İsfara rayonunda ayın 14-ündə taciklərlə qırğızlar arasında böyük toqquşma olmuşdur. Qadağan saatı tətbiq edilib. Azərbaycana təqribən 14 min Mesxeti türkü gəlib. Bugünün ən mühüm hadisəsi - AZƏRBAYCAN XALQ CƏBHƏSİNİN TƏSİS KONFRANSI keçirilib! Yığıncaqda 30 rayon şöbəsindən səsvermə hüquqlu 196, məşvərətçi səslə 240 nümayəndə iştirak edib. Bu məsələlər müzakirə olunub: 1) AXC Təşəbbüs Mərkəzinin hesabatı; 2) Azərbaycanda siyasi vəziyyət; 3) AXC Təşəbbüs Mərkəzinin mətbuat vasitələrilə əlaqəsi; 4) AXC Məramnaməsinin təsdiqi; 5) AXC Nizamnaməsinin təsdiqi; 6) təşkilat məsələləri. Bu məsələlərlə bağlı uyğun olaraq Tofiq Qasımov, Əbülfəz Əliyev, Leyla Yunusova, Zərdüşt Əlizadə, Sabit Bağırov və İsa Qəmbərov məruzə etmişlər. Konfrans adından bu qətnamələr qəbul olunub: 1) AXC-nin təsisi haqqında; 2) Azərbaycan SSR-in dövlət suverenliyi haqqında; 3) Azərbaycan SSR-in iqtisadiyyatı haqqında; 4) Azərbaycan Demokratik Respublikası haqqında; 5) DQMV-də xüsusi idarə forması haqqında; 6) Azərbaycan SSR-in bəzi yerlərindəki xüsusi vəziyyət haqqında; 7) siyasi məhbuslar haqqında; 8) türk xalqlarının müasir dövrdə vəziyyəti və vəzifələri haqqında; 9) SSRİ-də milli münasibətlər haqqında; 10) ölkədəki ictimai-siyasi vəziyyət haqqında. Azərbaycan KP Bakı komitəsinin katibi Svetlana Qasımovanın da iştirak etdiyi konfransda Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri namizədi Əbülfəz Əliyev AXC-nin sədri seçilib. Konfrans-da eləcə də aşağıdakı qurumlar yaradılıb: AXC İDARƏ HEYƏTİ: Bağırov Sabit, Qazıyev Rəhim, Qasımov Tofiq, Qəmbərov İsa, Əkbərov Sülhəddin, Əlizadə Zərdüşt, Yunusova Leyla, Məmmədov Etibar, Nəcəfov Nəcəf, Pənahov Nemət, Səmədoğlu Yusif, Ümidov Canbaxış, Hacızadə Hikmət, Hümbətov Ələkrəm, Hüseynov Pənah. AXC NƏZARƏT-TƏFTİŞ KOMİSSİYASI: M.Qəmbərov, Ş.Rəhimov, A.Salamov, B.Fərzəliyev, X.Xuduyev. AXC-nin REDAKSİYA HEYƏTİ: Ağamalı Sadiq, S.Alışarlı, T.Allahverdiyev,C.İsgəndərov, N.Nəcəfov, X.Hacıyev, Ə.Şükürov. AXC MƏŞVƏRƏT (Ağsaqqallar) ŞURASI: İsmayıl Şıxlı, Məmməd Araz, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Azad Mirzəcanzadə, Hüseyn Çəndirov, Yılmaz Verdiyev, Tağı Xalisbəyli. Konfrans Azərbaycan Xalq Cəbhəsinin Məramnamə və Nizamnaməsini təsdiqləyərək qəbul edib.

Təsis konfransı çox gizli şəkildə hazırlanıb. Üç yerdə keçirilməsi nəzərdə tutulub. Ağamalı Sadiqin təşəbbüsü ilə 8-inci mikrorayonda bir xeyir-şər evində kiçik toy məclisi adı altında işə başlayıb. Başqa millətlərdən olan qonşuların milisə zəng etməsi nəticəsində iki maşın milisi buraya töküblər. Sonradan Svetlana Qasımova da buraya gəlib, yığıncaqda bir qədər iştirak etdikdən sonra gedib. İdarə Heyətinin üzvləri əsasən Zərdüşt Əlizadə, İsa Qəmbərov və Leyla Yunusovanın hazırladığı siyahı əsasında seçilib (ayrı-ayrı namizədlər yox, siyahı səsə qoyulub). Konfransı İsa Qəmbərov idarə edib. AXC sədrliyinə Z.Əlizadə Yusif Səmədoğlunun, R.Qazıyev isə Əbülfəz Əliyevin namizədliyini irəli sürüblər. Əbülfəz bəyin tərəfdarları böyük üstünlük qazanıb. 5 iyun - 21 iyul 1989. Elmlər Akademiyasında mənim təşəbbüsümlə yaradılmış, 30-uncu illərdə repressiyaya uğramış alimlərimizin həyat və yaradıcılığını öyrənən komissiyanın məsul katibi kimi bu müddətdə Partiya Tarixi İnstitutunun və Elmlər Akademiyasının arxivlərində işlədim. (Akademiyadakı araşdırmalarımı dostum Əsgər Quluyevlə birgə aparmışam). İndiyədək adı bilinməyən bir çox alimlərimizin həyat və yaradıcılığı ilə tanış olduqdan sonra inandım ki, 40-ıncı illərdən sonrakı elmimiz əslində 20-30-uncu illər zəkasının üzərində yaranıb və repressiyalar nəticəsində məhv edilmiş çox görkəmli elm xadimlərimizin adı və xidməti hədsiz insafsızlıqla unutdurulmuşdur. Bunun başlıca səbəbkarlarından biri də həmin alimlərin əsərlərini və işlərini indi öz adına çıxmış bir çox bugünkü akademik və professorlardır. Ona görə də onlar 20-30-uncu illərin elmi irsini araşdırmağa indiyədək mane olublar. 21 iyul 1989. Deyəsən, SSRİ-də tətil hərəkatı başlayır. Bugünkü “Kommunist”də bildirilir ki, Kemerovoda 10 günlük tətildən sonra, nəhayət, 11 iri şaxtaçı mərkəzindən 9-unda vəziyyət normallaşıb; Vorkutada (Komi MSSR) 13 kömür şaxtasından 9-u ayın 20-sində dayanıb; Rostov-Donda iyulun 19-unda “Qukovokömür” birliyinin şaxtası tətil edir; Dnepropetrovskda iyulun 19-unda 11 şaxtanın hamısı tətilə qoşulub; Karaqandada iyulun 20-sində Abay və Şaxtinsk şəhərindəki 4 şaxtanın ayrı-ayrı briqadaları işi dayandırıb. (Stepanakert yaxşı nümunə göstərdi!). 23 iyul 1989. SƏNƏD Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin bəyanatı İyulun 19-da ABŞ senatı Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətindəki vəziyyətə dair qətnamə qəbul etmişdir. Qətnamədə kobud böhtanlar vardır və bunları yalnız və yalnız SSRİ-nin daxili işlərinə müdaxilə kimi qiymətləndirmək olar... ...Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti belə hesab edir ki, Amerika senatının bu cür çirkin hərəkəti yalnız bir məqsəd - DQMV ətrafında problemin lazımınca həllinə mane olmaq məqsədi güdür”. (“Kommunist” qəzeti, 23 iyul 1989). 29 iyul 1989. Azadlıq meydanı. Mitinq. 14.48. Nemət gəldi. Əl üstündə tribunaya qaldırdılar. Hamı alqışlar-la qarşıladı. Tribunadakılar öpməyə başladılar. Sirus danışdı, onun gəlişini alqışladı. ŞÜARLAR: “Xalqa demokratiya!”, “Rədd olsun təyin olunmuş deputatlar!”, “Naüionalğnomu samosoznaniö - da, naüionalizmu - net!”10, “Vətənin hər qarış torpağı namusumuzdur!”. *** 39-42 dərəcə isti var. Meydanda 10 mindən yuxarı adam toplaşıb. Dövrələmə əsgərlər, əllərində yalnız dəyənək var, əyinlərində köhnə paltar. Milislər də, onlar da gələnlərə heç bir maneçilik törətmirlər.

“Azadlıq” radiostansiyasının müxbiri qazax Almaz da gəlib. Çəkir. Nemətdən tribunada müsahibə aldılar. Nemət dedi: Cavad xan ruslar Gəncəyə gələndə demişdi ki, Gəncəyə bir yol var, o da mənim cənazəmin üstündən. İndi Qarabağa bir yol var - Azərbaycan xalqının meyiti üstündən. (Alqışlar). (Nemət çıxışına Tofiq Fikrətin “Millət şərqisi” ilə başladı). İsti idi, daha doğrusu, yoldaşımı evdə xəbər etmək, axşam yenidən meydana qayıtmaq üçün Qorxmaz və Feyzi ilə evə gəldim. Qayıdanda gördüm ki, camaat gələn şənbə yenə gəlmək şərti ilə dağılışıb. SƏNƏD 29 iyul 1989-cu il Bakı mitinqinin QƏTNAMƏSİ 1988-ci ilin əvvəlindən etibarən Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrin təhlili göstərir ki, hazırda bu regionun Azərbaycandan alınma-sına yönəldilmiş bir siyasət aparılır. DQMV-də xüsusi idarəçilik forması yaratmaqla Azərbaycanın suveren hüquq-larını pozan Sovet dövləti indi də Dağlıq Qarabağ üzrə yeni deputat komissiyası yaratmışdır. Bu komissiyanın işinin nəticəsi məlum olmasa da onun üzvlərinin verdiyi müsahibələrdən məqsədi aydın olur: Azərbaycandan yeni güzəşt tələb etmək, Dağlıq Qarabağın Azərbaycanla iqtisadi, mədəni və digər əlaqələrini zəiflətmək-lə erməni təcavüzkarlarının iddialarının həyata keçirilməsi üçün zəmin yarat-maq. Ermənistan SSR-in və İttifaq dövlətinin Azərbaycanın daxili işlərinə mütəmadi olaraq qarışmasının əsas səbəbi buna qarşı layiqli müqavimətin ol-mamasıdır. Respublikada xalqın birliyini yaratmağa çalışan bir sıra ictimai təşkilatlar, o cümlədən Xalq Cəbhəsi təsdiq olunmur, xüsusi vəziyyətdən sui-isti-fadə edilərək kütləvi repressiyalar aparılır, hər cür milli hərəkata millətçi-lik damğası vurulur. İş o yerə çatır ki, təkcə Azərbaycan Demokratik Respublika-sının bayrağını qaldırmaq üstündə məhkəmələr ittiham hökmü çıxarır. Belə çı-xır ki, Azərbaycan xalqı yenidənqurmanın vermiş olduğu imkanlardan istifadə edə bilmir. Başqa xalqlara azadlıq gətirən yenidənqurma bizim xalqımıza komendant saatı gətirib. Azərbaycanda hökm sürən irtica, xalqın respublikanın iqtisadi həyatında iştirakının nə dərəcədə məhdud olması seçkilər zamanı özünü qəti surətdə gös-tərdi. Xalqın istədiyi namizədlər irəli sürülmədi, deputatlar yenə də köhnə qayda ilə təyin olundular, seçkilərin nəticəsi dəhşətli dərəcədə saxtalaşdırıldı. Belə bir vəziyyətdə artıq xarici dövlətlər də Azərbaycanın daxili işlərinə qarışmağı özlərinə “borc” bilirlər. ABŞ konqresinin və Avropa parlamentinin Dağlıq Qarabağ haqda qəbul etmiş olduqları sənədlər Azərbaycana qarşı planlaş-dırılmış sui-qəsddə beynəlxalq daşnak qruplarının yeni addımıdır. Bütün bunları nəzərə alaraq, nümayiş iştirakçıları aşağıdakı tələbləri irəli sürürlər: - DQMV-də Xüsusi İdarə Komitəsi ləğv edilsin və Dağlıq Qarabağda Azərbay-canın hakimiyyəti bərpa olunsun. Respublikada hərbi vəziyyət və komendant saatı ləğv edilsin; - noyabr-dekabr xalq hərəkatının lideri N.Pənahlı və onunla bərabər cinayət məsuliyyətinə cəlb olunanlar barəsində qaldırılmış işlər xətm edilsin, onlara bəraət verilsin. Cənublu qardaşımız Rəhbəri Nasir Siyamək - üzərinə atılmış böhtanlar geri götürülməklə - azad edilsin. Onların müdafiəsinə qalxmış və 8 iyulda həbs olunmuş qardaşlarımız dərhal azad edilsinlər. Təqiblərə son qoyul-sun; - Azərbaycan Xalq Cəbhəsi təsdiq edilsin; - erməni lobbisinin təzyiqi nəticəsində ABŞ konqrensinin qəbul etdiyi qətna-məyə və Avropa parlamentinin müraciətinə SSRİ Ali Soveti öz qəti münasibətini bildirsin; - vətəndaşların seçki hüquqlarının kobud surətdə pozulmasında, seçkilərin nəticələrinin saxtalaşdırılmasında günahkar olan şəxslər qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə cəlb edilsinlər, yalançı deputatların vəkalətləri etibarsız sayılsın; - Azərbaycan Demokratik Respublikasının bayrağı, gerbi və himni milli simvol kimi təsdiq edilsin. Bir həftə ərzində tələblərimiz yerinə yetirilməsə və ya onların yerinə yetiriləcəyi haqda xalqa məlumat verilməsə biz yenidən bu meydana yığılıb ümumrespublika tətilinə başlayacağıq. ***

Bugünkü “Kommunist” SİTA-nın belə bir məlumatını dərc edib ki, 12 iyulda yaradılmış DQMVdə vəziyyəti öyrənmək üçün SSRİ AS-nin komissiyası 20-27 iyulda DQMV-də olaraq işini başa vurub. Komissiyanın ümumiləşdirdiyi materiallar və təkliflər SSRİ AS-nin müzakirəsinə veriləcək. 05 avqust 1989. Azadlıq meydanı. Mitinq. 50 mindən çox adam var. 16.56. Tribunada: Sirus, V.Hacıyev, Mirzəhüseyn (biblioqraf), Sevil Cahani, Ağamalı Sadiq və b. Qonaqlar: Amerikada yaşayan azərbaycanlı rəssam Araz (dünən televiziyada “Dalğa”da Hindistan səfərindən danışdı). Camaat onu tanıyıb “A-raz!” qışqırdı. O da kinokamera və fotoaparatla izdihamı çəkir. Tribunanın lap yanındayam. Qırx dərəcəyə yaxın isti var. Adamların xeyli hissəsi bulvar tərəfdə, ağacların kölgəsində dayanıb. Srağagün Vorovski qəsəbəsində11 dava düşüb. 2 erməni ölüb, 2 azərbaycan-lı yaralanıb, 1 erməninin evi yandırılıb. Biz də Marks heykəlinin12 yanına baxmağa getmək istədik, milislər məsləhət bilmədilər. ŞÜARLAR:“Neməti cinayətkar etmək demokratiyanı boğmaqdır”, “Siyaməkə azadlıq!” , “8-i iyulda həbs olunanlar azad edilsin!” (Mənsur və b.) , “Xalq Cəbhəsi ətrafında birləşək!”, “Xalq Cəbhəsi təsdiq edilsin!”, “Qarabağ qeyrətimizdir!”, “Bez Karabaxa, bez Şuşi, Azerbaydjan bez duşi!”, “Xüsusi vəziyyət ləğv edilsin!”, “Azərbaycanın suverenliyi qorunmalıdır!”, “Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbay-can!” . Milli bayraqlar (üçrəngli) əllərdə dalğalanır. Bir saçaqlısını bir ağköynək oğlan böyük coşğunluqla dırmaşaraq tribunada Lenin heykəlinin aşağısındakı Azərbaycan gerbinə bərkitdi. Bu dəfə meydanda əsgərlər gözə dəymir, ancaq sağdan və soldan milislər sıra ilə dayanıb. Camaat həm tək-tək, həm də dəstə ilə çox gəlir. *** 17.09. Hələ mikrofon verilməyib. Yusif Səmədoğlu və Nəcəf Nəcəfov da tribunada göründülər. Sirus mikrofonsuz danışır. Deyir ki, şəhər rəh-bərləri bura yığılmağımızdan narahatdırlar. Ancaq mən xalqımın zəkasına, ağlına inanıram. Sabah yenə bizi “narkomanlar”, “alkaşlar” adlandırmasın-lar, üstümüzə çirkab atmasınlar. Mən kiməm? Mən xoşbəxtliyə can atan Azərbaycan xalqıyam. (Alqışlar). (Hamı təkrar etdi). 17.18. “Mik-ro-fon!”. 17.23. Sirus: Mən bayaq generala dedim ki, siz yalnız Bakının həyətlə-rində görə bilərsiniz ki, bir yelləncəkdə rus uşağı, azərbaycanlı uşağı, yəhudi uşağı, erməni uşağı… (Camaatdan qışqırıq: “erməni yox!”, “erməni yox!”). Mən yuxarılara yaltaqlanmamışamsa sizə də yaltaqlanmayacağam; mən belə düşünürəm. (Alqışlar). 17.32. Bura mikrofon verilməsə mən bu mitinqin nə vaxt qurtarmağına zəmanət verə bilməyəcəyəm. (“Mik-ro-fon!”). *** Hökumət evinin yuxarı mərtəbələrindən birinin eyvanından bir kişi baxırdı. Camaat onu fitə basdı. Əksəriyyətin başında qəzetdən papaq var. Bəziləri başına ilk nömrəsi dünən çıxan “Səhər” qəzeti, “İdeal” əsəri, “Gənclik” jurnalı tutmuşdur. 17.38. Sirus: Vəzirov Buşdan, Tetçerdən böyük deyil, onları tənqid edirlər, biz də Vəzirovu tənqid edirik. Əgər Azərbaycan xalqı olmasa Vəzirov hansı xalqa I katiblik edəcək? 17.46. “Tə-til!”, “tə-til!”. Qadın çətirlərinin çoxluğundan bilinir ki, qadınlar çoxalır. 17.47. Mikrofon vermədilər, ancaq camaat özü (musiqi ansamblı) batare-ya tapdı, mikrofonu ona birləşdirdilər. Sirus mikrofonla danışmağa başladı: “Bez Karabaxa,bez Şuşi, U Azerbaydjana net duşi!”13. (Camaata dəfələrlə təkrar etdirdi).

17.52. Sirus: Nicat Xalq Cəbhəsində, xalq yolundadır. Xalqın yolunu kəsənlərə ar olsun! Qanmaq istəmirlər ki, xalq öz cəbhəsini yaradıb. Bizi bu gün bura toplayan Qarabağ hadisələridir. 17.56. Sirus: Sözü verirəm jurnalist qardaşım, “Molodyoj Azerbay-djana” qəzetinin keçmiş redaktoru (sürəkli alqışlar) Nəcəf Nəcəfova. Nəcəfi işdən ermənilər yox, özümüz çıxarmışıq, xalqdan qorxanlar çıxa-rıb. (Alqışlar) . 17.58. Nəcəf: Dağlıq Qarabağda bu yaxınlarda olmuşuq. Məni işdən çı-xaranda Mərkəzi Komitəyə teleqram getdi, xahiş etdilər. Çox sağ olun. Xalq Cəbhəsinin 6 üzvü, beynəlxalq İnsan Hüquqları Komitəsinin respublikada üzvü Yusif Səmədoğlu (7 nəfər) Qarabağda, Laçında, Kərkicahanda olduq. Qurultayın yaratdığı komissiyanın14 üzvləri ilə görüşdük. Onlara deyildi: 1) Azərbaycan xalqı Dağlıq Qarabağla bağlı bir çox məsələlərdə güzəştlərə gedib. Azərbaycan xalqı bir də güzəştə getməyəcək. Əgər bir də güzəşt olsa bunun məsuliyyəti komissiyanın üzərinə düşür. 2) Bu gün Azərbaycanda 200 min qaçqın vardır. Stalin dövründə isə 100 min gəlmişdi. Yenidənqurma dövründə belə iş olursa Stalin dövrünü niyə pisləyirik? Azərbaycanda 200 min nəfər canından bezmiş adam var. Bu təhlükəni Ali Sovet bilməlidir. 3) İndiyədək Azərbaycan respublikasının suverenliyi tapdalanır. Bun-dan sonra da belə olsa biz SSRİ-dən çıxmaq uğrunda mübarizəyə başlayacağıq. (Uzun sürən sürəkli alqışlar) . Şuşada da bizi belə qarşıladılar. Çıxış yolu nədədir? DQ-da erməni millətçiləri silahlanıb. Bu silah onlara Ermənistandan gəlir. Ola bilər ki, zəlzələyə kömək zamanı vertol-yotla, təyyarə ilə gətirilib. Bizim camaatımız isə əliyalındır. Laçında bir partlayış olub. Yerli əhali gələndə görüb ki, xeyli yerin ağacları partlayıb. Təxminən 200 kq partlayıcı maddə, xarici dərmanlar tapılıb. Kərkicahanda 250 azərbaycanlı, 53 erməni ailəsi var. Açıqdan-açığa silahlanıblar. Quşçular kəndində deyiblər ki, jurnalist gələcək. 60 əsgər gəlib, Sərvər Axundov adlı oğlanı 6 nəfər döyüb, Stepanakertə ötürüblər. Sonra görüblər ki, axtardıqları adam deyil. Kəndin 1 kilometrliyində atıb gediblər. Azərbaycanlıların haqqı tapdalanır, o biri tərəfə isə “gözün üstə qaşın var” deyən yoxdur. Onlar deyirlər də, edirlər də. Onların rəhbərləri ilə xalq arasında birlik var. Onlar silahlıdırlar. Bu üç səbəbə görə onlardan qorxurlar. Bizdə də belə olmalıdır. Rayonlarda...15 var. Biz bu yaxında çox güclü olacağıq. Bizdə elə şey var, o, ermənilərdə yoxdur. Bizim iqtisadi nüvəmiz var. Bu saat SSRİ-də haqq söz yox, bərk söz eşidilir. Ermənilər qışqıra-qışqıra yarım milyard aldılar. Biz yəni Kuzbasdan, Donbasdan da geriyik? Ancaq tətilə sabah, birisi gün başlamaq olmaz. Gərək komitələr yaradaq. Hər yerdə 3-5 nəfərlik tətil komitələri yaradılır. Başqa silahımız yoxdur. Vəsait yığılmalıdır. Tətil olsa Azər-baycandan kənara heç bir məhsul çıxmamalıdır. Ölkə hiss etməlidir ki, Azərbaycan var, çünki “Vremya” bu haqda heç nə deməyəcək. İkincisi də, qoy bahalıq olsun, bizi duysunlar. (Alqışlar). 18.18. Sirus: Mən müraciət edirəm rəsmi rəhbərliyə. Keçən dəfə dedik ki, onlar tələblərimizə əməl edəcək, burada çıxış edəcəklər. Xalqdan çə-kinməyin. Dünən sizin inanmadığınız məsələlər bu gün gerçəkliyə çevrilir. Dovşanın qorxusu olmasa donuzdan piyli olar, onu ayaqdan cəld edən canından qorxmasıdır. Biz Leninneftin, Əzizbəyovneftin neftini versək “Stinger” raketi, qırıcı təyyarələr ala bilərik. (Alqışlar). Bizi tapdalayırlar, əzirlər, özümüzə də “vəhşi” deyirlər. Amerika Naqasakiyə atom bombası atır, senat Sumqayıtda ölən erməni-lərə aid qərar çıxarır. Az qala zəlzələdən ölənləri də bizim ayağımıza yaz-maq istəyirlər. Biz fil qulağında yatmamalıyıq. Qarşıdan gələn seçkilərdə daha fəal olaq. Xalq Cəbhəsinin egidası altında seçkilər aparmalıyıq ki, sabah 98,5% ortaya çıxmasın. Xalq Cəbhəsi bizə hava kimi, su kimi lazımdır! 18.27. İsa Qəmbərov: Əziz bacılar və qardaşlar! Bir neçə aylıq fasilədən sonra bura yenidən yığılmağınız münasibətilə sizi təbrik edirəm. Hansı azərbaycanlı Xalq Cəbhəsinin əleyhinədirsə o, Azərbaycan xalqının əleyhinədir. Xalq Cəbhəsi ona görə gərəkdir ki, xalqımızın dərdləri çoxdur, bizə birlik gərəkdir. Qarabağ bizim birliyimizi yaradıb. Ancaq təşkilatda birləşməliyik. Başqa xalqlar öz dərdlərinə artıq çarə tapıblar. Ancaq Qarabağ fırıldağı bizə mane olub. Biz gərək elə vasitələr tapaq ki, Qarabağ problemi həll olandan sonra da bizə faydalı olsun.

Bu ilin martında Xalq Cəbhəsi yaranması haqqında MK-ya müraciətdən sonra Cəbhə yaranmağa başladı. XC yaranması haqda dünya xalqlarına 22 dildə müraciət etdik. Xarici mətbuat da bizi tanıyır, ancaq respublika-mızda onu tanımaq istəmirlər. (“Ar olsun”). Onun İdarə Heyəti var: burada sədr Əbülfəz Əliyev, üzvləri Yusif Səmədoğlu, Nəcəf Nəcəfov, Nemət Pənahov (alqışlar) və başqalarıdır. Cəmi 15 nəfər. Hamısı Azərbaycan xalqı yolunda canından keçməyə hazırdırlar. (“Eşq olsun!”). Ağsaqqallar şu-rasında B.Vahabzadə, S.Rüstəmxanlı, İ.Şıxlı və b. var. Nəzarət komissiyası, redaksiya heyəti var. Yəqin ki, sentyabr-oktyabr aylarında Xalq Cəbhəsinin qurultayı keçiri-ləcək. Ən layiqli övladları bu qurultaya göndərməliyik. Bizim ən böyuk vəzifəmiz Azərbaycanın iqtisadi, siyasi suverenli-yinə nail olmaqdır. Ancaq əgər bizə yenə etina edilməsə, yenə tapdansaq SSRİ-dən çıxmaq tələbini irəli sürəcəyik. (“A-azad-lıq!”). Başqa mühüm vəzifəmiz xalqı siyasi döyüşlərə hazırlamaqdır. İndi SSRİ-dən çıxmaq haqqında söz eşidiləndə hamı alqışladı, ancaq noyabrda Nemət belə söz deyəndə bir çoxları meydandan dağıldı. Deməli, xalqın siyasi şüurunda dəyişikliklər var. İndiliksə Qarabağ problemini həll etməliyik. Bizi hakimiyyətə can atmaqda günahlandırırlar. Biz hakimiyyətə can atmırıq, çalışırıq ki, hakimiyyətə xalq təəssübünü çəkən qeyrətli adamlar gəlsinlər. (Alqışlar). Qarşıdan gələn seçkilərdə fəal iştirak etməliyik. Hakimiyyət orqanları üzərində ümumxalq nəzarəti xalqın hüququ və vəzifəsidir. Bizim Proqramımızdakı bir məsələ də yuxarılarda narazlıq törədir - bu da rəhbər vəzifələrdəki şəxslərin Xalq Cəbhəsinin rəhbər orqanları-na seçilə bilməməsidir. Biz onlara deyirik ki, sizin vəzifəniz xalqa qulluq etməyə tam imkan yaradır. Qarşıdakı Ali Sovetimizin sessiyasına bəzi tələblərimiz var: 1) Azərbaycanın iqtisadi və siyasi suverenliyi Ali Sovetimizin səlahiyyətində olan məsələdir. 2) SSRİ qanunları respublikamızda yalnız respublika Ali Sovetinin təsdiqindən sonra həyata keçirilə bilər. Bundan başqa; 1) hərbi vəziyyət ləğv edilməlidir; 2) DQ-dakı Xüsusi İdarəetmə Komitəsini biz buranın tədricən Ermənistana verilməsində növbəti mərhələ sayırdıq. Belə də oldu. İndi qonşularımız prezident idarə forması yaratmaq istəyirlər. Biz də idarə komitəsinin ləğvini tələb etsək qonşularımıza kömək edərik. Bizim fikrimiz - komitə qalsın, ancaq onun rəhbərliyi azərbaycanlı olsun. (Alqışlar). Ali Sovetə təklif vermişik ki, Azərbaycan respublikası vətəndaşı-nın statusunu müəyyən edən komissiya yaratsın. İki ay vaxtımız var. Oktyabrda Ali Sovet DQ məsələsini müzakirə edəcək. O vaxtadək hazırlaşıb birləşməliyik. Hamınızı AXC ətrafında sıx birləşməyə çağırırıq! (Alqışlar). 18.58. Sirus: Əbülfəz bəy, xahiş edirik yuxarı qalxasınız. (Əbülfəz bəy sürəkli alqışlar altında camaatın arasından keçib yuxarı qalxır. Meydanda 100 minədək adam var). 19.05. Sirus: Bambılılardan xilas olmalıyıq! (Alqışlar). 19.05. Neftçi Məmmədə söz verildi: Yerevanın 2.500 illiyini qeyd etdilər. Bura Rəvan şəhərdir. Orada ermənilər yaşamayıb. (Tarixdən danışdı). Baksovet yaranandan sonra (1918-də) ermənilər 200-dən çox Azərbay-can kəndini dağıtdılar. Gülləyə heyfləri gəldi, adamları diri-diri xən-dəklərə basdırdılar. Şair qabaqda olmalıdır. Şair hamıdan qabaq ağlamalı, hamıdan sonra gülməlidir. Biz Bakını, Qarabağı ermənilərdən təmizləməliyik. Orda xalqımızın başına oyun açıblar, burada isə bunlar evləri satırlar. 19.17. Sirus. 19.24. Əbülfəz Əliyev: - Mən bu günə həmişə inanmışam. Gələcəkdə olsa da mən əminəm ki, xalqımız bir gün bu meydanda Cənubi Azərbaycanla birləşmək üçün yığışacaq. (“Təb-riz!”). Biz iqtisadi məsələlər dalınca qaçıb siyasətdən uzaq düşə bilərik. Qarabağ məsələsini kənardan ortaya atdılar. Bizi demokratiyadan yayındı-rırlar. DQ-da 54 azərbaycanlı kəndi var. Onları respublika təşkilatları üzrə bölməli, möhkəmlətməliyik. Qarabağa uzanan əllər kəsilməli, baxan gözlər tökülməlidir.

Azərbaycan torpağını Azərbaycan xalqının özü idarə etməlidir. Azərbaycan sənayesinin 93%-i İttifaqa baxır. Ayaz Mütəllibovdan soruşdum ki, səni 7 faizə qarovulçu qovublar? (Gülüşmə). O, ərizə verib Qosplana, Sitaryanları16 adlayıb keçməlidir. Suverenliyimiz yoxdur. Moskvadan kiminsə arvadının xahişi ilə respublikada vəzifəyə adam qoyulmamalıdır. Hərbçiləri heç bir respublika özxoşuna çağırmır. Onları yalnız Əfqanıstana, Anqolaya çağıran kimi dəvət edirlər. Qorbaçov dedi ki, hərbi vəziyyət gürcü xalqı üçün təhqirdir. Bəs bizə aid deyil? Guya Sumqayıtda hərbi vəziyyət aradan götürülüb. Ancaq əsgərlər bildiyini edirlər. Onlar 3-5 manat da alırlar. Bu meydanda baş verənlər Xalq hərəkatı idi, bütün Azərbaycan ayaq üstə idi. Noyabrda tələbələr şaxtada əsgərlərə göstərmək üçün meydanada köynəkcək qaçışırdılar. Mən o igid cavanların qarşısında baş əyirəm! (Alqışlar). Verdiklərimizi zaman-zaman geri alacağıq. Sizi bu günlərə səsləyirəm. (Alqışlar). 19.41. Sirus: Özfəaliyyətə yol verməyin. 19.46. Xarkovdan oğlan gəlib, onu dinləyək: Xarkovda fizika-riyaziyyat elmləri namizədiyəm. Nümayiş üçün gəlmişəm. Bu il daşnaksütun partiyasının 100 illiyidir. Onlar yubiley üçün Qarabağı almaq istədilər. Mənim sizə demək istədiklərim: qarşıdakı seçkilərdə fəal iştirak edin. Fəal alimlərimizdən Ziya Bünyadov, şair S.Rüstəmxanlı, Fəridə Məmmədova, Nəcəf Nəcəfov, İqrar Əliyev və başqa alimləri deputat seç-məliyik. Xalqımıza ağa yox, nökər gərəkdir. Cənubi Azərbaycanla birləşmək məsələsi indiki halda düzgün deyil. (Çaxnaşma, narazılıq, vurxunma). Onlar quldurlar, ancaq qulluqlarını başa düşmürlər. Xalq Cəbhəsinin adı dəyişib Xalq Partiyası qoyulmalı, ona Xətayinin adı verilməlidir. (Alqışlar). 19.54. Sirus: Bu onun fikridir. Əgər desələr ki, sən də, İsa da ermənisiniz, həyəcanlanmayın. Müxtəlif rəyləri dinləməyi öyrənək. 19.57. Fəhlə Köçəri: Yenidən bu Azadlıq meydanında toplaşmağınız münasibətilə sizi təbrik edirəm! 8 iyulda Mənsur Əliyev, Qardaşxan, Yaşar Məmmədov, İsfəndiyar Coş-ğun həbs olundular. Siyamək hansı zindanda yatırsa bilmirik. “Kommunist” qəzeti yazdı ki (keçən həftə), mitinqin iştirakçıları və rəhbərləri cəzalanacaq. Bəs bunu niyə “Qarabağ” təşkilatına demirlər? Ermənistanda S.Vurğunun, Aşıq Ələsgərin heykəlini uçurublar, ancaq minlərcə azərbaycanlını qıran Şaumyanın heykəlini saxlamışıq. Tutulan bütün yoldaşlar azad olunmalıdır. Neməti yenə sıxışdırırlar. Nemətin və başqalarının istintaqı dayanmalıdır. Bizim 18 günlük (əslində 19 günlük - Ə.T.) xalq hərəkatımıza nə adlar vermədilər? Ancaq quru palçıq divara yapışmaz. Mən tələblərimiz həyata keçməsə bu rəhbərin (Leninin - Ə.T.) ayaqları altında aclıq elan edəcəyəm. Göz qabağında. Yoxsa rəhbərimiz yenə deyər ki, aclar gündə üç dəfə tualetə gedirdi.17 Azərbaycan xalqına Azərbaycan xalqını sevən rəhbər başçılıq etməlidir. 20.10. Sirus: Xalq kölədirsə onun başçıları ikiqat kölədir. Biz onla-ra da kömək edirik. Xalq ayılıb, körpələr də ayılıb. Ələk tərpənməsə un ələnməz. 20.13. Hüquqşünas Fuad Ağayev: Mən sizə noyabr-dekabr hadisələrindən sonra başlanan repressiyadan danışmaq istəyirəm. Nemət, Siyamək, Bəxtiyar, Hatəmi və b. həbs olunmuşlar. Onlar Azər-baycanın suverenlik hüququnun tapdalanmasına etiraz ediblər. Ancaq onları “milli ədavəti qızışdıran” adlandırıblar. Biz ona necə dözə bilərik ki, Nemət məhkəmədə duracaq, Zori Balayan isə deputatdır? 67 yaşlı İsfəndiyar, 54 yaşlı Mənsur, Köçəri və b. Siyaməki azad etmək üçün MK qarşısına nümayişə çıxmışdılar. Onlara ad qoydular ki, müqavimət göstəriblər. 67 yaşlı İsfəndiyar 120 kiloluq milisə necə müqavimət göstərə bilər? Repressiya dozanqurdu ordusunun işidir. Hakim Azər Orucov hüquq qaydalarını kobudcasına pozur. İstintaqları bizim müstəntiqlər yox, Moskvadan gələn qrup aparırdı. Onların səviyyəsi çox aşağıdır. Semyonov və onun ətrafına toplaşan bir çox müstəntiqlərin cinayətini araşdıran istintaq komissiyası yaradılma-lıdır.

Lənkərana getmiş 200 tələbə geri qayıdıb. Onlar deyir ki, ya Şuşaya gedəcəyik, ya da heç bir toplanışa. Rektorluq isə pis yol seçib, onları işdən, institutdan qovmaqla hədələyir. Ar olsun onlara! (Tələbələrə Lənkə-randa çox pis baxıblar. Yeməklərindən qurd da, siçovul da çıxıb). 20.25. Sirus: Söz çıxdı ki, guya dünən iki nəfəri tutublar. Mən indi onlardan birinə söz verəcəyəm. 20.27. Xudadat Xuduyev: Dünən televiziya dedi ki, mən həbs olunmuşam. Ancaq yalandır. Xəlilov Hüseyn də (dosent) aramızdadır. Mətbuatın yalanı yenə davam edir. Qaradağ rayonunun ikinci katibi Əliyevdir bu yalan xəbəri yayan. Ancaq səbrli olun. 20.30. Sirus: Zaqatalada Xalq Cəbhəsinin iki təşəbbüsçüsü həbs edilib. Yəqin ki, mitinqimizin səsi ora çatacaq. Biz tankdan qorxmuruq, biz tüfəngdən qorxmuruq. Zaqataladakılar cinayət etməyiblərsə (buna inanıram) onlar buraxılmalıdırlar. Bunun üçün Moskva lazım deyil. 20.35. Etibar Məmmədov (Xalq Cəbhəsinin üzvü): -Mən keçən mitinqdə respublika rəhbərliyinə verilən tələblər üzərin-də dayanmalıyam. 1) Dağlıq Qarabağda Azərbaycanın suverenliyi bərpa edilməlidir. 2) Dağlıq Qarabağ hadisələrindən sonra həbs olunanlar azad edilməlidir. 3) Hərbi vəziyyət ləğv edilməlidir. 4) Yeni seçkilər keçirilməlidir. 5) AXC rəsmi olaraq qeydə alınmalı, onun fəaliyyəti üçün şərait yaradılmalıdır. Sonuncu tələb bu idi ki, tələblər yerinə yetirilməsə tətil ediləcək. Bir həftə keçir. Müslüm Məmmədov18 məndən onları şəxsən qəbul etdi, mətbuatda tələblərimizin əks olunacağını dedi. Ancaq yalan çıxdı. Biz deputatlardan heç nə tələb edə bilmərik. Onlar yuxarıdan təyin edilmiş manqurdlardır. “Azadlıq” radiosu B.Vahabzadənin deputatlara yazdığı tənqidi şeri öz səsi ilə verdi. Azərbaycana verilmiş 675 yerdən 200-dən yuxarısı ictimai təşkilat-lara aiddir. Deputatların seçilməsi üçün bu layihə gizlicə raykomlara göndərilib. Çalışmalıyıq ki, iki ildən az yaşayanlar səs verməsinlər, çünki indi respublikada 100 mindən çox hərbçi var. Onlar seçkidə komandir-lərinin göstərdiyi adama səs verəcəklər. Seçkidə fəal iştirak edin. Bülleteni cibdə saxlamaq düz deyil. Onsuz da, seçki bülletenini ikiqat artıq verirlər. 3.000 lazımsa 6.000 bülleten verirlər. Hamı səs verməli, istədiyini pozmalıdır. Bizim məğlubiyyətimizin bir səbəbi də hərbi vəziyyət idi. Hərbçilər toplaşmağa qoymadılar. Özümüz də passiv olduq. Bu seçkiyədək hərbi vəziyyət ləğv edilməlidir. Bu seçki xalqımızın taleyini həll edəcək. Bu dəfə də məğlub olsaq yeni-yeni məğlubiyyətlərə düçar olacağıq. Seçki komissiyalarının üzvlərinə nəzarət edin. Saxta protokolları işə düşməyə qoymayın. Ziya Bünyadov, Anar, fəhlə və başqa bir EA işçisinin seçkiqabağı kampaniyasında Z.Bünyadov seçkiyə buraxılmadı. Seçkiqabağı kampaniyanın ləğv edilməsinə çalışmalıyıq, bütün namizədlər səsə buraxılmalıdır. Namizədləri özünüz müəyyənləşdirin. İndi keçək tələblərimizə. Ultimatumumuzun vaxtı ötüb. Nə etməliyik? Sözü verirəm Sirus bəyə. 20.55. Sirus: Qarşınızda çıxış edənlərin əksəriyyəti Xalq Cəbhəsi fəallarıdır. Onların heç birinin çıxışından yorulmadığınızı hiss edirəm. Biz kimləri isə təhqir etməkdənsə öz dərdlərimizdən danışırıq. Moskvada səs verməyənlər bülleteni özlərində saxlayıblar. Mən buna inandım. Ancaq bizdə, sən demə, saxta bülletenlər verirlərmiş. Bəs mən səs verməsəm, ay Etibar müəllim, birdən mənim yerimə başqa bülleten verməyə-cəklər ki? Etibar: Bu asılıdır seçki komissiyalarından. Əgər özümüz seçsək onlar belə fırıldaq işlətməz. Sirus: Biz dünən şəhər rəhbərləri ilə danışdıq. Dedik ki, siz də azərbaycanlısınız, gəlin xalqı dinləyin. Ancaq onlar yenə yalançı çıxdı-lar. Bu, onların acizliyidir. Onların tankı, kürsüsü, möhürü varsa bizim də əllərimiz var. Sabah şəhərdə xunta hakimiyyət başına gəlsə mən Sirus evdə oturub on zavodu dayandırmaq iqtidarına malikəm! (Alqışlar). (“Tə-til!”, “tə-til!”). Güc bizdədir. Tətil mübarizənin ən güclü formasıdır. Nefti, pambığı saxlasaq onda bizi tanıyacaqlar. (“Tə-til!”, “tə-til!”). Mən toyda tamada deyiləm. Biz çalışmalıyıq ki, buradan gedənlər ürəklərində od aparsınlar. 21.06. Əbülfəz Əliyev:

-Başına gələn başmaqçı olar. Xalq Cəbhəsi adından pul yığmağa başlayıblar. Bizi böhtana sala bilərlər. Xalq Cəbhəsinin məsul nümayəndəsi olmadan heç kəsə pul verilməməlidir. Tətilə gəldikdə, hamı tətilə çıxmalıdır. Keçən dəfə zavodlar nümayəndə göndərdilər ki, guya tətildədirlər, ancaq özü işlədi. Bu dəfə isə heç kəs işləməməlidir (lazım olan müəssisələrdən başqa). Mütəşəkkil tətilə hazırlaşmalıyıq. Bizim qərarımızı gözləyin. 21.10. Sirus: Mətbuat öz sözünü deyə bilər. Nəcəfin işdən çıxarılma-sı çoxunu qorxutdu. İndi mətbuat işçisi Səfər Alışarlıya söz verilir. 21.12. Səfər: Latviyada qərar qəbul olunub ki, mitinqlər, nümayişlər üçün icazə almaq gərək deyil, bunun üçün respublika orqanlarına xəbər vermək kifayətdir. Mərkəzi mətbuat qızışdırıcı materiallar verir. Biz onlara teleqram göndərməkdən yorulmuşuq. Bizim yerli mətbuatın, xüsusilə rusca mətbuatın vəziyyəti ağırdır. Xalq Cəbhəsi qəzetinin 2-ci nömrəsi çıxacaq19, o, işi asanlaşdıracaq. 21.16. Sirus: Sözü verirəm Amerikadan gəlmiş qardaşımız Azərə. (Alqışlar). 21.17. Azər: Allahın nuru işlərimizdə bizə yar olsun! Ermənistanda baş verən hadisələri xarici jurnalistlərlə erməni dissidentlər çatdırır. Bu jurnalistlər təəccüblənirlər ki, niyə Azərbay-candan gələn yoxdur? Senatın qərar qəbul etməsinin bir səbəbi də odur ki, bizim səsimiz ora gedib çatmır. Bu işdə Sovet səfirliyi yardım etməlidir (yerdən: “Orada hamı ermənidir”). Yox, hamısı erməni deyil. Düzdür, Mikoyanın oğlu orada-dır, ancaq başqa millətlər də var. Amerikada biz Azərbaycan haqqında az bilirik. Biz əsasən “Nyu-York tayms”, “Vaşinqton post” qəzetlərindən bilirik. Nyu-York və ətrafında 150 mindən çox türkdilli xalq var. Los-Anjelesdə 500 mindən çox türkdilli xalq var. Mən Amerikaya qayıdanda dostlarımla Azərbaycan haqqında videofilm çəkib televiziyaya göndərəcəyəm. Xalq Cəbhəsinin də xəbəri olacaq. Sağ olun, qardaşlar! (Alqışlar). 21.27. Sirus: Fikrinizi meydandan keçən boş avtobusa yayındırmayın, diqqət Azərbaycanın taleyinə aid söhbətə yönəldilməlidir. (Qaranlıq düşüb. Yazmaq çətindir). 21.30. Ağamalı Sadiq. (Camaat yavaş-yavaş sağ tərəfdən dağılışmağa başladı). (Ümumi sözlər danışdı. Sonra B.Vahabzadənin deputatlara yazdığı şerdən bir parçanı oxudu). - Yaşasın narahat birliyimiz! Azərbaycan milisi, ayıq olun, birləşin xalqla! 21.37. Şuşalı bir oğlan (Ramiz Qənbərov?) : - Biz komissiyaya da demişik: Qarabağda, bütün Azərbaycanda erməni yaşamamalıdır! (Alqışlar). 21.38. Sirus: Hatəmi də, Xəlil Rza da, Sabir Rüstəmxanlı da buradadır. Əgər tələblərimizə əməl olunmasa gələn şənbə qəti tədbirə əl ataca-ğıq. Gələn həftə Xalq Cəbhəsinin iştirakı ilə “Aktual söhbət” televiziya-da olmasa tətilə başlayacağıq. 21.44. Yusif Səmədoğlu: Ömrümdə birinci dəfədir ki, bu kürsüyə çı-xıram. Sizin mütəşəkkilliyinizlə fəxr edirəm! Fəxr edirəm ki, Xalq Cəbhəsinin sıravi əsgəriyəm. Onun sizin birli-yinizə ehtiyacı var. Eşq olsun Azərbaycan xalqına! 21.46. Sirus: Bu gün ən böyük qələbəni qazandıq. Hərbi vəziyyət olsa da meydanda əsgər yoxdur. (Alqışlar). Biz hər yığıncaqdan-yığıncağa kamilləşir, mübarizə yollarını öyrəni-rik. Bizi “Spartak” stadionuna aparmaq istəyirdilər. Razı olmadım. Bura gələn qədəmlərinizə eşq olsun! Gələn 6-cı gün saat 5-də burada gözləməklə sizə “eşq olsun!” deyirəm. 21.52. Camaat mütəşəkkil dağılışmağa başladı. Yerə tökülmüş qəzet və kağızları da yığdılar, meydan tərtəmiz oldu. 12 avqust 1989. Azadlıq meydanı. Mitinq. Mitinqdə iştirak etmək üçün rayondan (Qutqaşendən)20 bacım Zinyətlə Bakıya gəldim. Saat 17.38-də meydana çatdıq. Adamlar toplaşmışdı. Sirus danışırdı. Sözü fizik Tofiqə21 verdi.

Tribunanın yanındakı sağ meydançada Mənsur Əliyevi, İsfəndiyar Coşğunu, Hatəmini oturan gördük. Burada Sabir Rüstəmxanlı, İsa Qəmbərov, Nəcəf Nəcəfov, Yusif Səmədoğlu, Xəlil Rza və b. AXC üzvləri var. Bir oğlan AXC bülletenini satır (2-ci nömrə), birini də mən aldım. Yenə əldəqayırma mikrofonda danışırlar. Meydanda 70-80 min adam olar. Hava isti olduğundan bir çoxları özlərini gölgəyə vermişdir. Ancaq meydanda duranlar səbrlə, təmkinlə, yerlərindən tərpənmədən natiqləri dinləyir. Çoxusu başını qəzetlə, çətirlə örtmüşdür (çətirlər azdır). Nədənsə, bu dəfə şüarlar da gözə az dəyir. 18.00. "Mik-ro-fon!". Şüarlar: "Xalq Cəbhəsi xalqın iradə ifadəçisidir!", "Respublikanın sərvə-ti Azərbaycan xalqının olmalıdır!" və b. Tribunanın hər iki küncündə Azər-baycan Cümhuriyyətinin 3 rəngli bayrağı (sarı saçaqlı) dalğalanır. Ancaq ümumiyyətlə, 6 yerdə (mən sol tribunanı görmürəm) milli bayraqlar ucaldılıb. Məni bir şey çox sevindirir ki, nisbətən baha (2 manat) olmasına baxmayaraq böyük basabasla AXC bülletenini alırlar. Məzuniyyətlər dövrü olmasına, şəhər əhlinin böyük qisminin və tələ-bələrin yoxluğuna baxmayaraq bu qədər əhalinin iştirakı onu göstərir ki, xalq öz taleyinə laqeyd deyil. Artıq bu dəfə çox yüksək şüurluluğun şahidi oldum. Yığıncağa nəzarət bu yol da yalnız milislərə etibar olunmuş, əsgər-lərdən qəti imtina edilmişdi. Milislər isə camaatdan arxayın olduqları üçün topatopa özlərinə söhbət edirdilər. Camaat onların olub-olmamasını hiss etmir. 18.14. Natiqlər tapdalanmış hüquqlarımızı müdafiə etməyə, mübarizə-yə qalxmağa çağırırlar. 18.15. AFR-dən gələn azərbaycanlı yazıçı İbrahim Dağyelini tribuna-ya çağırırlar. Yerlərdən "azər-türk!" çağırışları eşidilir. O gələnədək Sirus Ermənistandan qovulmuş azərbaycanlıların ərizə verdiyini (AXC-yə) söyləyib, onların faciəsinin tarixini yazmağı vacib saydı. Sirus: Saat 9-adək rəsmi dairələr tələblərimizə cavab verməsələr öz qəti fikrimizi bildirəcəyik. ("Tə-til!", "tə-til!"). (Çıxışları eşitməyənlər mikrofon tələb edirlər. Qoca bir kişi binadan baxanlara üzünü tutub söydü, veteran kitabçasını çıxarıb dedi ki, mən müharibədə qan axıtmışam, mikrofon verin ). Sirus: Siz öz qəzəbinizi mitinqin sonunda elan edəcəyimiz tətil saat-larında bildirərsiniz. O vaxt sizi ora-bura çağıranda deyərsiniz ki, mən iqtisadiyyat qaldıranam? Məni adam sayırdınızsa niyə meydana mikrofon vermirdiniz? 18.32. Xaliq Hacıyev Nemət haqqında danışdı: O, azadlığa buraxılıb, bu azadlıq şərtidir. Onun işləri artıq başa çatıb, bu günlərdə məhkəməyə veriləcək. Azərbaycan rəhbərlərinin ona qarşı hazırladığı, uydurduğu bütün böhtanlar boşa çıxdı. İndi onun haqqında yeni böhtanlar hazırlayırlar. 1962-nin noyabrın 22-sində İliç22 rayonunda anadan olub. Onun ailəsi çox kasıbdır. Bacıları çox kasıb ailələrdə ərdədir. Onun əynindəki şalvar bir neçə ildir ki, dəyişmir.O necə mafiya üzvü ola bilər? Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Xəlil oğlu Vəzirov Azərbaycan xalqının qeyrətli oğullarını siyasi mübarizə meydanından uzaqlaşdırmaq üçün kütləvi məlumat vasitələrindən riyakarlıqla istifadə edir. O bizimlə diskussiyalardan qaçır. Biz belə mükaliməyə hazırıq. Ancaq bağlı qapılar arxasında yox, televiziyada danışmaq istəyirik ki, sonra bizə böhtan atmasınlar. Nemət Azərbaycan KP-nin bürokrat MK-sı üçün son dərəcə qorxulu adamdır. 70 ildə ilk dəfə olaraq Azərbaycan xalqı siyasi mübarizəyə girişib. Bu gün demokratiya ilə bürokratiya üz-üzə gəlib. Nemət də bu mübarizənin başında duranlardan biridir. Ayaz Mütəllibov “Kommunist” qəzetinə verdiyi müsahibədə Azərbayca-nın suveren hüquqları uğrunda çalışanları ətraf mühiti qorumağa çağırır. Onlar xalqı aldadır, aldatmağa çalışırlar. Lenin deyirdi ki, siyasətlə bir ovuc adam deyil, bütün xalq məşğul olmalıdır. Biz bütün qüvvələrimizi birləşdirib Azərbaycan KP-nin bürokrat MK-sını istefa verməyə məcbur etməliyik. (Sürəkli alqışlar). Biz bu gün xalqımızın milli qəhrəmanı Nemət uğrunda, Qorbaçov uğrunda mübarizəyə qalxmalıyıq. (Sürəkli alqışlar). Nemət tutulmalı deyil, əgər o tutulmalıdırsa, onda Zori Balayanlar, Dadamyanlar, Kapitikyanlar tutulmalıdır. Nemətdən qabaq Azərbaycan torpağını hərraca qoyanlar məhkəmə kürsüsündə oturmalıdırlar. 18.53. Sirus: Nəsib Nəsibzadənin dissertasiyasında belə bir yer var: şah 1975-inci ildə Təbriz camaatı qarşısında deyib ki, Azərbaycan xalqı iri addımlarla irəliləyir. Bu sözü 1978-də Brejnev təkrar etdi. Bu sözlə xalqımızın başını piyləmək istəyirdilər.

Ruslarda ifadə var: “politika pryanika i knuta”. Bizə şirin qənd vermək istədilər, baş tutmadı, indi keçiblər qamçıya. Mən XC-nin mərkəzi orqanlarında deyiləm, ancaq onların son iclaslarında iştirak edirəm. Onların kollegial işi məni sevindirir. Əbülfəz, Nəcəf, Canbaxış və başqaları Əzizbəyov rayonuna gediblər. RPK rəhbərliyi onlara iclas keçirmək üçün bina verməyib. Onlar məcbur olub açıq havada yığıncaq aparıblar. Qoxmayın! Stalinlər bir də sizin başınızın üstünü ala bilməyəcəklər. Bu qorxu hissini özünüzdən qovun. Rəhbər qüvvələr də bunu başa düşürlər. Yəqin çoxları deyir ki, ay Stalin olaydı, siz də bu meydana toplanaydınız. Mənə məktublar gəlir ki, gedək filan yerə hücum edək, filan yeri alaq. Ancaq ağıllı olaq. 1917də bir quruluşu dağıtdıq, hələ düzəldə bilməmişik. (Gülüşmə). 70 ildə bizim məscidlərimizi dağıdıblar. Məscidlərlə birgə mənə-viyyatımızı dağıdıblar. (Əbülfəz tribunada göründü, onu sürəkli alqışlarla qarşıladılar). 19.08. Əbülfəz: - Bir dəqiqəlik sükut elan edək. Xudu Məmmədovu, Fərman Kərimza-dəni, ilk gülləyə qurban olan Bəxtiyar və Əlini, torpaq uğrunda həlak olanları yad edək. (Yad edildi. “Allah rəhmət eləsin!”). Bəxtiyar Vahabzadə sifariş göndərib deyib ki, nümayiş iştirakçı-larını mənim adımdan təbrik edin, onlara bildirin ki, mən həmişə xalqla bir yerdəyəm. (Alqışlar). Ağıllı adamı ağıla, təmkinlini təmkinə çağırmazlar. Mən də bu xalqı bunlara çağırmıram. Tadeuş Svitoçovski deyir ki, mən Azərbaycan xalqına təşkilat və birlik arzulayıram. Bax, bu, doğrudur. Bizə mikrofon verməyənlər də kimdənsə asılıdır. Gərək özümüz öz başımıza əlac edək. Bir fakültə açmaq üçün Moskva icazə verməlidir. Ayaz Mütəllibovun hüququ yoxdur. AXC tələb edir ki, suveren respublikanın başçıları da suveren olmalıdırlar. Bizim müstəntiqlərə inanmadılar, Moskvadan gələnlər kütləvi həbslərə, istintaqa başladılar, hamını 67-ci maddə ilə ittiham etməyə başladılar. Biz təsərrüfat hesabına keçməzdən qabaq bu maddənin qəbul edilməsinə çalışırıq: Azərbaycanın bütün yeraltı və yerüstü sərvəti Azərbaycan xalqınındır. 40 mindən artıq adamı (Cənubdan) aldadıb gətirdilər, dedilər ki, vahid Azərbaycan yaradacağıq. Onlar çəkilən kimi sərhədi bağladılar, dedilər ki, gedin kolxoza. Bax, bir də belə aldanmamalıyıq. Biz suveren olanda bütün bu dərdlərimizi həll edəcəyik. (S.Vurğundan bir şeoxudu): ... birləşməlidir, Vətən bir torpağa yerləşməlidir! Bürokratiya mətbuatda bizim mitinqləri ləkələməyə çalışır. Qəzet yazılarına baxanda belə təsəvvür yaranır ki, dövlət, partiya vəziyyəti düzəltmək üçün tədbirlər görür, ancaq AXC rəhbərləri aranı qarışdırmaq istəyirlər. Biz yenə tələb edirik: Azərbaycanın bütün şəhərlərindən hərbi vəziy-yət götürülsün! 19.27. Sirus: “Şuşa” qəzetinin 12 avqust nömrəsində DQMV-də yaşayan azərbaycanlıların Azərbaycan xalqına müraciəti dərc edilib. (Köçəri həmin müraciəti oxudu). Qanunsuz yaradılmış, ölkə tarixində ilk dəfə tətbiq edilən xüsusi idarə sistemi milli əlamətə görə bizi sıxışdırır. Volskinin ciddi qayğısı sayəsində erməni əhalisində firavanlıqdır, bizim kəndlərdə isə ərzağa, dərmanlara möhtacıq. Şuşa təhlükədədir. (Geniş, çox kədərli, həyəcanlı bir sənəddir. Camaatın içindəki orta yaşlı bir qadın ağlayır). “Bir ovuc ekstremist”in əlində bir ölkə aciz qalıb? Mərkəzi mətbuat isə il yarımdır ki, xalqımızı “vəhşi” adlandırır. 19.36. Sirus: Bu gün mətbuat xalqın yönəldilməsində həqiqətən çox böyük iş görə bilər. Cəmil Əlibəyovun meydan haqqında yazısı çapa buraxılmayıb, çünki o, Meydandakı hərəkatı “xalq hərəkatı” adlandırıb. Görün bizim ideologiya nə səviyyədədir! Mənə bir qeyd gəlib ki, bu gün şəhərdə qəsdən idman tədbirləri təşkil ediblər. 19.42. Ağamalı Sadiq: Mənim ağıllı, təmkinli və sahibsiz xalqım! AXC xalqı “aşağılar”a və “yuxarılar”a bölmək fikrində deyil. Ancaq birliyimizdən təşvişə düşən qüvvələr bu birliyi parçalamaq istəyirlər. Mülkiyyətin zorla ictimailəşdirilməsi bürokratiyanı yetişdirməli idi. Sosializm müasir quldarlıq cəmiyyətidir. (Alqışlar). Guya biz azad adamlarıq. Əslində isə zorla istismar edilən, öz vəziyyətini yavaş-yavaş dərk edən millətik. Vəfalı qullar və vəfasız qullar var. Biz vəfasız qullarıq. Vəfalı qullar isə aşağıların başını kəsməklə məşğuldur. 19.50. Sirus:

“Bez Karabaxa, bez Şuşi Azerbaydjan bez duşi”. (Camaat təkrar etdi). Xalq dilənçi vəziyyətindədir. Kimdir günahkar? 70 il xalqı bu vəziyyətdə saxlayan üsul-idarə. (20.00. Bəlli oldu ki, mikrofonu işə salmaq üçün cərəyan yoxdur. Camaat deyir ki, fəvvarələri işlətməyə cərəyan tapılır, mikrofona yox?). Bizim məftildən 50 metr kəsib aparıblar. Onlara ar olsun. Mən ərizə yazıb partiyadan və işdən çıxmışam. Mənim işdən çıxmağımla heç kəs maraqlanmayıb, ancaq “Azadlıq” radiosu 10 dəfə bu haqda danışıb. Bu gün bizə cərəyan vermirlər, mən görürəm ki, partiyadan çıxmaqda düzgün hərəkət etmişəm. (Sonra o, Azərbaycan KP MK-ya, 26-lar raykomuna, Yazıçılar İttifaqı-na yazdığı izahatı oxudu ). “Mən əmin oldum ki, üzvü olduğum partiya yoxdur, yalnız ayrı-ayrı şəxslərin dəstələri, mənafeləri vardır. Onların əməklərinin ağrısını camaat çəkir. Onu bu vəziyyətdən qurtaracaq bir qüvvə varsa, o yenə də başıbəlalı xalqdır. Bir yaradıcı ziyalı kimi mən həyatımın qalan hissəsini yalnız xalq işinə həsr edəcəyəm! (Alqışlar). 1982-ci ildən bəri Az. KP-yə hörmətimi itirmişəm. İmza: Sirus. 7 iyun 1989-cu il”. (20.13. Uca səsli mikrofonu qoşdular və iri dinamikləri tribunanın səkisi üstünə qoydular). Mən mikrofon gətirənlərdən soruşdum ki, siz kimsiniz, hansı təşkilatdansınız? Onlar dedilər ki, azəri xalqının oğullarıdır. (Alqışlar). Mehdi bəyin gözləri görmür, o, xalqın mübarizəsini ürəyi ilə duyur. O, “Azadlıq” radiosunda azəri balası Mirzə Xəzərlə xalqın dərdlərini dünyaya çatdırır. 20.16. Mehdi bəy: Əslin-nəslin bilməyən adama əsil-nəsilli adam demək olmaz. Xalqımızın adına olmazın böhtanlar deyildi. Mən hər gün 14-15 radioya qulaq asdım, görək azərbaycanlılar öz hüquqlarından danışacaqmı? Bizi 70 il boyunca ancaq ümumittifaq səviyyəsinə çıxmaq ruhunda tərbiyə ediblər, Moskvanı ortabab bitirən tələbə ADU-nu tərifnamə ilə bitirəndən üstün tutulub. Mən məhz haqsızlıqlara dözmədiyim üçün xarici radiolara üz tutdum. Azərbaycan xalqının çörəyini itirmək olmaz. Ermənilərə bizdən çox hörmət edən olmayıb. Çörək adamın gözünü tutar. (20.24. Artıq gün batıb. Sərin düşüb. Meydan da dolmağa başlayıb. Mikrofonun da səsi yaxşı eşidilir. Artıq 100 mindən artıq adam var). Keçən ilin iyulunda İngiltərənin baş naziri Marqaret Tetçer dedi ki, kim istəyir Azərbaycandan mənə zəng vursun. 7 milyonluq xalqdan bir kəs ona zəng vurmadı. Yəni bu qədər qorxaq olduq?! Respublikamız onlarca ölkə ilə iqtisadi əlaqədədir, ancaq heç bir ölkə ilə siyasi əlaqəsi yoxdur. 20.30. Sirus: Yerdən mənə kağız gəlib ki, artıq söz vaxtı keçib. Qarabağ əldən gedir. İşə keçmək vaxtıdır. Biz mübarizəni ağılla, təmkinlə aparacağıq. Bu gün qətl günüdür, sabah aşura günüdür. İmam Hüseynin başqa adı “Sərvəri-azadəqan”dır. Yəni bizim xalqımız İmam Hüseynin dəstəsindən gücsüzdürmü? Biz bütün azəri övladlarını birliyə çağırırıq. 20.33. Əfqanıstanda vuruşmuş Əhəd Səməd oğlu Basqallı: Nə üçün indiyədək Dağlıq Qarabağda konkret hadisələr haqqında qərar qəbul edilmir? Biz Əfqanıstan döyüşçüləri Dağlıq Qarabağda vəziyyəti nizama salmaq üçün həyatımızı əsirgəməyəcəyimizi bildiririk. (Alqışlar). Əks təqdirdə bu hadisələr respublikanın başqa regionlarında vəziyyəti pisləşdirə bilər. Biz, Əfqanıstandan gələn döyüşçülər xalq uğrunda döyüşə hazırıq. Yaşasın azəri xalqının birliyi! 20.38. Sirus: Böyük düşmənin qarşısında hökmən birləşməliyik. “Bu, bakılıdır, bu, salyanlıdır, bu, lənkəranlıdır” deyənlərdən özümüzü təmizləməliyik. Biz azadlığa can atan Azərbaycan xalqıyıq. Biz yuxarıları da birliyə çağırırıq. Onların çağırışımıza kar qalması nankorluqdur. Bizim bugünkü mübarizəmiz ölüm-dirim mübarizəsidir. Xalq həmişə qalib gəlir. 20.41. Naxçıvanlı, Şərur düzündən gələn qonaq: Nemət Pənahlının 70 yaşlı atasından sizə salam gətirmişəm. (Alqışlar). 9 avqust 1989-da Şərur torpağındakı nümayişlərdə Həcər övladı Çinar xanımdan sizə salam gətirmişəm. Mən bu gün bura baxanda noyabr günləri yadıma düşür. Bu gün Şah İsmayılın Kürü keçən ordusunu görürəm. Var olsun bu ordu! (Alqışlar). Bu gün Nemət yoxdur burada. Mən onun gəlməsini tələb edirəm.

(“Ne-mət!”, “Ne-mət!”). Bütün Naxçıvan bu gün ayaq üstündədir. Onlar kar başçılarımızdan sizin tələblərinizin həlli uğrunda mübarizəyə qoşulmuşlar. 29 iyuldan sonra biz Şərur torpağında tətil etmiş, Ermənistan iqtisadiyyatının belini qırmışıq. A.Mütəllibov, Dadaş Asanov, Heydər İsayev, Məmməd Abbas və b. Şərur XC ilə danışığa girmişdilər. Biz dedik ki, Kərki açılsın, dəmir yolunu açaq. Dəmir yolunu respublika rəhbərliyi yox, AXC açmışdır. Naxçıvanda da hamı ayaq üstündədir. 8 avqustda erməni daşnakları yenə qatarın qarşısını kəsmişlər. 3 gündür ki, Culfa dəmiryoçuları tətil edir. Lenin adına meydanda 30 mindən çox nümayişçi toplaşıb. Deputatların adına teleqram vurulub. Bu gün məlumat aldım ki, yığıncağa gəlməyən deputatları geri çağırmaq üçün imzalar toplanmağa başlanıb (Popov və b.). (Alqışlar). Oyanmış Azərbaycan xalqının yatmış rəhbərləri eşitsinlər ki, biz sosializmin, partiyanın əleyhinə deyilik. Biz, xalqa, cəmiyyətə xidmət edən cəmiyyət, partiya uğrunda çalışırıq. (Sürəkli alqışlar). 20.53. (“Ne-mət!”, “Ne-mət!”). Sirus: Rayonların birində bir əhvalat baş verib. Dağ rayonunda katib olan birisi özünə məhrəmlərin hamısını büro üzvü edib. Bir kənddə səyyar büro çağıranda otaqdan bir qoca kişi çağırıb katibi. O çıxan kimi qapını bağlayıb. Deyib ki, bala, sən bütün dələduzları bu otağa yığmısan. Mən gedib hökumətə deyim, gəlib bunları tutsunlar. (Gülüşmə). (20.56. Bir oğlan gəlib mənə dedi ki, sənin yazmağın camaatı qıcıqlandırır. Qaranlıq da düşür. Mən də dedim ki, narahat olmayın, Akademiyanın işçisiyəm). 20.58. AXC üzvü Pənah Hüseynov: Bu gün Ermənistanda zəlzələdən istifadə edib hərbi qulluqçuların yalnız respublikada qulluq etməsi haqqında qərar çıxarıblar. Gürcüstanda da milli hərbi qüvvələr yaradılır. Biz Ali Sovetdən tələb edirik ki, bizdə milli hərbi qüvvələr yaradılmasına şərait yaradılsın. Belə olmasa biz özümüz xalqa müraciət edəcəyik. Yoxsa biz silahlı qüvvələrlə qarşılaşa bilərik. 21.02. Sirus: Şahid olmusunuz ki, hər üç mitinqimizə uzaq ellərdən qonaqlar gəlir. Özü də qəribədir ki, biz dəvət etməyənlər gəlir, çağırdığımız rəhbərlər isə gəlmir. Bu gün isə Qazaxıstandan Rüstəm bəy gəlib. 21.05. Rüstəm bəy: Bizi o torpaqda tərbiyə ediblər ki, o torpaq bizim deyil. İlk zərbəni 1986-da Alma-Ata qəbul edib. Sizin hər hansı kiçik zərbəniz bizə də dəyir. Bu günlər türk tarixində ən böyük səhv olub - Fərqanə. Bu səhv Bakıda, Alma-Atada, Daşkənddə düzəldilməlidir. (“A-zər-türk!”). Biz hamımız Dağlıq Qarabağ probleminin ədalətli həllini gözləmişik. Ancaq heç bir komissiya xalqın torpağının taleyini həll edə bilməz. Siz öz mübarizənizlə Altayın, Aralın da problemlərini həll edirsiniz. Yalnız sadəcə Azərbaycan xalqı yox, türk Azərbaycan xalqı var, özbək xalqı yox, türk özbək xalqı var. Bizim azadlığımız üçün də sağ olun. (Son cümləni bizim dildə dedi). (Sürəkli alqışlar, “a-zər-türk!”). 21.10. Sirus: O xalq qələbə çalır ki, o, mübarizə etmək əzmində var. Rüstəm bəy düz dedi ki, biz Qarabağı saxlamaqla ölkəmizin başqa regionlarındakı Qarabağların da qarşısı alıncaq. 21.13. Etibar Məmmədov (mitinqin tələbnaməsini oxudu). Bizə yuxarıdan bildirilir ki, mitinqimiz də, tələblərimiz də qeyri-qanunidir. Bu haqda danışacağıq. 1) Xüsusi İdarəetmə Komitəsi ləğv edilməli, DQ-da Azərbaycanın suverenliyi bərpa olunmalıdır. 2) Nemət Pənahova, Siyaməkə, Qardaşxan Həsənova qarşı cinayət işi dayandırılmalı, tutulanlar buraxılmalıdır. 3) Hərbi vəziyyət götürülməlidir. 4) Təyin olunmuş deputatlar korpusunun səlahiyyəti geri çağırıl-malı, yeni seçkilər keçirilməlidir. 5) AXC rəsmi təsdiq edilməlidir. Hökumət xalqa qulluq edir, xalq hökumətə yox. Ali Sovetimiz də bizə qulluq etməlidir. Amerika azadlıq bəyannaməsində deyilir ki, xalq üsyan etmək hüququna malikdir. Bizim də tələbimiz tam qanuni tələbdir. Xüsusi İdarə Komitəsi Azərbaycan xalqının iradəsinin ziddinə tətbiq edilib. İlk belə komitə 1828-də yaradılıb - Azərbaycanı Rusiyaya birləşdirəndə. Xüsusi komitə yeni iş deyil, müstəmləkəçilik siyasətinin yeni təzahürüdür. Azərbaycan xalqının suverenliyi uğrunda mübarizə aparanların vətənpərvər olduğunu rəhbərlər başa düşmürsə xalqın onları başa salmağa gücü çatar.

8 iyunda bir dəstə vətənpərvər Azərbaycanın suveren hüquqlarının bərpasını və təqibin dayandırılmasını tələb etdi. MK onlara qarşı milis göndərdi. İndi 3 nəfər həbsdədir. Ali Sovet seçkilərə nəzarət etməli idi, bunu etməyib. Xalq Cəbhəsinin təsdiqi tələbi də tam qanunidir. Tam səlahiyyətə malik MK mövcud olsaydı XC-yə ehtiyac olmazdı. Onlar xalqın iradəsini ifadə etmirlər; Moskvadan təyin olunan manqurd xasiyyətli nökərlərdir. Biz birinci mitinqimizdə bu tələbləri irəli sürüb tələb etmişdik ki, bu tələblərimiz qəbul edilməzsə... (Xalq: “Tə-til!”, “tə-til!”). Bazar ertəsi bir günlük xəbərdarlıq tətili elan olunur. Tətil ancaq sənaye müəssisələrindədir. Bakının həyatı təmin edən müəssisələrin-dən başqa hökumət idarələrinə heç nə daşınmamalıdır. Biz tətilimizi mütəşəkkil keçirməklə bizi görməyən rəhbərlərə xalqın gücünü göstərməliyik. “Tə-til!”, “tə-til!”. Tətillər tətil komitələri olan yerlərdə keçirilməlidir. Dağıntıya yol verilməməlidir. Bazar ertəsi saat 6-da tətilin vəziyyəti müzakirə edilməlidir. Dağlıq Qarabağda yaşayan bütün azərbaycanlılar tətil edir. Naxçıvan tətil edir. “Tə-til!”, “tə-til!”. İndi isə sevimli şairimiz B.Vahabzadənin öz səsi ilə oxuduğu deputatlara aid şerinə qulaq asın. 21.32. Şer maqnitofonda oxuduldu. (“Eşq olsun!”, “Bəx-ti-yar!”). - Bəxtiyar müəllim özü Şəkidədir, xəstədir. Bizə salam yetirib. Əgər birinci gün də Azərbaycan hökuməti mitinq üçün şərait yaratmasa tətilin qeyri-müəyyən vaxtadək davam etməyəcəyinə zəmanət vermirik. 21.35. Mitinq bitdi. 150 mindən adam dağılışmağa başladı. 21.37. Sirus: Bu tətil haqqında qərarı da əslində xalq yox, Mərkəzi Komitə verib. O, xalqın səsinə qulaq asmadı, xalqın gözünə görünmədi. Bu Xəzər dənizi eşidir, onlar eşitmirlər, biz bunu istəmirdik. Bizi məcbur etdilər. Yerdən bir həftəlik tətil tələb edənlər də var, ancaq dünya tarixində 5 dəqiqəlik, yarım saatlıq tətil də var. Biz isə birgünlük haqqında qərar çıxardıq. Bu, ümumbakı tətilidir. Xalqın ümumi mitinqində qəbul olunub. Səbirli olun. Elə bilməyin ki, bu gün tətildir, sabah qələbə olacaq. Polşada 20 ildir ki, tətil gedir, indi-indi 80% səs qazanıblar. 21.43. Nemətin səsi ilə Tofiq Fikrətin “Millət şərqisi” oxuduldu. (Alqışlar). 21.46. Üzeyir bəyin “Koroğlu” operasından xorun sədaları, tribunalarda dayananların çəpikləri altında 150 minlik insan dənizi mərkəzi tribunanın qarşısında düz iki yerə bölünüb mütəşəkkil şəkildə sağa və sola axmağa başladı. Meydanda əl boyda belə kağız qırığı və başqa əşyalar qoymadılar. 21.48. Musiqi bitdi. Hamı dağılışdı. 14 avqust 1989. Bu gün Azadlıq meydanında keçirilən mitinqdə bugünkü birgünlük xəbərdarlıq tətilinin nəticələri müzakirə olunub. Görünür, tətil öz təsirini göstərib ki, yığıncaqda MK katibi Telman Orucov da iştirak edib, xalqın tələbləri ilə həmrəy olduğunu bildirib və AXC İdarə Heyətini MK başçıları ilə danışıqlara dəvət edib. 16 avqust 1989. Bugünkü “Kommunist” Aktyor evində “Azərbaycan ziyalılarının həmrəylik toplanışı” haqqında məlumat verib. Burada qərara alınıb ki, Qarabağa Yardım Komitəsi yaradılsın. Ə.Vəzirovla AXC başçılarının dünənki danışıqları, demək olar ki, nəticəsiz qurtarıb. 19 avqust 1989.23 Bakı. Azadlıq meydanı. Saat 17.30 dəqiqədə vağzalın qabağında bir ermənini ölüncə döydülər. Onu milis maşını ilə apardılar. Deyilənə görə, heç kim tutulmadı. 17.50-də vağzaldan AXC-nin hansısa rayon şöbəsi əlində Azərbaycanın milli bayrağı və şüarlar (“Azərbaycan Xalq Cəbhəsinə eşq olsun! Ona mane olanlara ar olsun!”) meydana tərəf gedirdi.

Dəstədə təqribən 500-ə qədər adam olardı. Getdikcə izdiham böyüyür. Hamı bir ağızdan “Qarabağ”, “azərtürk” deyərək qışqırır. Nərimanov XC-si ilə bərabər kondisioner zavodu işçiləri də gedir. Onların əlində “Daşnaklara ölüm!”, “Yaşasın azadlıq!” şüarları var. Dəstədən bir nəfər balkonlardan baxanlara qışqırıb dedi: “Bağışlayın oyatdıq, gedin, yatın”. Saat 18.00-də meydana çatdım. Hökumət evi milis ilə əhatə olunub. Hamı “Qarabağ” deyərək qışqırır. Meydanda 300 mindən artıq adam var. Saat 18.05. dəqiqədir. Hələ heç kim çıxış etmir. “Azon” zavodu “Alov” yazılmış şüar ilə dayanıb. Azərbaycanın milli bayrağı bir neçə yerdə görünür. Meydanın aşağı tərəfindən böyük bir dəstə gəlir. Camaat onları alqışlayır. Azərbaycanın milli bayrağı və üzərində “AXC-nin ətrafında birləşin!” şüarı var. Bu, AXC-nin Nəsimi r/n şöbəsidir. Başqa bir şüarda isə yazılıb: “Azərbaycanın mətbuatı, AXC-nin ətrafında birləşin!”. Yenə bir dəstə aşağı tərəfdən görünür. Bu, Nəsimi r/n “Fədai” dayaq dəstəsidir. Şüarı belədir: “AXC-nin təsdiqini tələb edin”. Mikrofonu işə salırlar. Yenə bir dəstə gəlir. Şüarları belədir: “AXC-nin təsdiqini tələb edirik!”, “Siyasi dustaqlara azadlıq!”, “Siyaməkə azadlıq!”, “Xalq Cəbhəsi ətrafında birləşək!”, “DQMV-dəki rus qoşunları, bəd niyyətinizdən əl çəkin!”. Meydanı videoya çəkirlər. Tribunada çoxlu fotoqraf var. İnşaat Mühəndisləri İnstitutunun riyaziyyat kafedrasının müəlli-mi Rəhim Qazıyev mitinqi açdı: Əziz yoldaşlar, icazə verin həmişə olduğu kimi mitinqimizi Ü.Hacıbəyovun “Koroğlu” operasının uvertürası ilə açıq elan edək. Saat 18.20-dir. Uvertüra çalınır, 500 minə qədər adam - böyük bir izdiham canlanmaya gəlir. Hamının üzündə qəzəblə bərabər sonsuz bir həyəcan, intizar var. Uvertüra camaatın alqışları altında qurtarır. Məlum olur ki, mitinqi Rəhim müəllim aparır. Rəhim: Əziz qardaşlar, ötən mitinq ərzində mitinq iştirakçıları-nın qoyduğu tələb yerinə yetirilməyib və bu gün də həmin tələbləri irəli sürəcəyik. Yenə də keçən dəfə olduğu kimi mitinq idarə olunacaq; yəni danışanlar hamısı xalqın elçiləri, xalqın öz içərisindəndir. Səs aparatını adı məlum olmayan xalq nümayəndəsi gətirib və heç razı da olmadı ki, adını elan edək. (Hamı həmin adamı alqışlayır. Öyrəndim ki, həmin adam Rauf Nəsirovdur). Əziz yoldaşlar, məramnaməmizi mitinqin axırında oxuyacağıq. Laçından, Naxçıvandan, Ağdamdan, Şuşadan gələnlərə də söz verəcəyik. Etibar Məmmədov sözünə belə başladı: - Əziz xanımlar və bəylər, biz keçən mitinqdə MK ilə dialoqa girəcəyimiz haqda sizə məlumat verdik və dediyimiz kimi, həftənin II günü Vəzirov yoldaş AXC-nin 5 nümayəndəsi: Y.Səmədoğlu, Əbülfəz Əliyev, İsa Qəmbərov, Zərdüşt Əlizadə və mənimlə görüşdü. Görüş 5 saat davam etdi. Vəzirov görüşü ictimaiyyətin nümayəndələri ilə görüş kimi saymağı təklif etdi. Fərqi olmadığına görə biz razılaşdıq, qoy olsun. Növbəti günü Y.Səmədoğlu, Zərdüşt və mənimlə 2 saatlıq görüşü oldu. Ertəsi günü saat 18.00-da Vəzirovla 15 dəqiqəlik bir görüşümüz də oldu. Dünən ictimaiyyətin 4 nəfəri ilə Vəzirovun daha bir görüşü olub və bilmirik nə qədər davam edib. Görüşlərdə bunlar haqqında danışılıb: 1) Fövqəladə vəziyyətlə əlaqədar olaraq növbədənkənar sessiyanın çağırılması barədə. Vəzirov dedi ki, sentyabrın 12-sində sessiya çağırılacaq və DQMV məsələsi qoyulacaq. Əziz yoldaşlar, bildiyiniz kimi, bu bizim tələb deyil. 2) DQMV-də yaradılmış Xüsusi İdarəetmə Komitəsinin ləğvi. Rəhbərlik bildirdi ki, onlar da bu xüsusi komitənin işindən narazı-dırlar və 2 cür təklif var: a) DQMV-də yaradılmış xüsusi komitənin gücləndirilməsi; b) komitənin ləğv edilməsi və əgər ləğv edilərsə onun nə ilə əvəz edilməsi. 3) DQMV-də başlanmış böhranlı vəziyyətlə əlaqədar olaraq bu vaxtdan bəri Azərbaycan vətənpərvərlərinə qarşı qaldırılmış məhkəmə işinin ləğvi. Vəzirov dedi ki, bizdə siyasi məhbus yoxdur, cinayətkar var. 4) Komendant saatının ləğvi haqqında. Vəzirov dedi ki, Moskvadan 2 dəfə təklif olub, amma o (Vəzirov), razı deyil və izah etdi ki, birincisi, SSRİ-də 30-dan artıq cinayətkar qrup var ki, komendant saatı ləğv olunsa onlar Bakıya gələ bilərlər.

İkincisi, SSRİ Ali Soveti Moskvada növbəti sessiyanı çağırarkən ermənilər Bakıda iğtişaşlar sala bilərlər. Bax, bu 2 məsələyə görə Vəzirov izah etdi ki, o. komendant saatının ləğvinə razı deyil. Vəzirov təklif etdi ki, oktyabr ayının 1-inə kimi qalsın, ondan sonra ləğv edilsin. Biz isə təklif etdik ki, AXC bunu, yəni şəhərdə asayişin qorunması məsələsini tam öz üzərinə götürür. Bizə dedilər ki, şəhərdə rusların və başqa millətlərin əleyhinə vərəqələr yayılır. Yalandır. Olsaolsa bunu ancaq erməni ekstremistləri edə bilər. Bir də, başqa rayonlara zəng edib bizim (AXCnin) adımızdan milli qırğına çağırırlar. Əziz qardaş və bacılar, bu bizə lazımdırmı? Yox! (Bu vaxt tribunanın qabağında bir qadının ürəyi getdi. Mikrofonla həkim çağırdılar). Əziz yoldaşlar! Bizim mitinqlərin belə mütəşəkkil, belə sakit, demokratiya şəraitində keçməsinə baxmayaraq xaricə və mərkəzə gedən məlumatlar tamamilə təhrif olunur. Guya biz milli qırğına, millətlərin Azərbaycandan çıxarılmasına səsləyirik. Yalandır! Onlar öz içərilərinə yad adamları buraxmırlar. Biz ancaq erməni daşnaklarının qovulmasını tələb edirik. Əziz yoldaşlar, belə bir söhbət eşitmişəm. Deyirlər Afrikada bir qəbilə var; ibtidai icma quruluşundan heç bir fərqi yoxdur. Onlar öz içərilərinə yad adamları buraxmırlar. Əgər bir nəfər yad adam onların yanına gəlmək istəyirsə ona deyirlər: Qəbilənin yaşadığı əraziyə bir dəhliz ilə girməlisən, orada sənin üstünə ox yağdırılacaq. Əgər sənin ürəyin təmiz, sidqin düzdürsə o oxlar sənə dəyməyəcək. Xain adamlar həmin dəhlizdə gedəndə oxlardan qorxur, ora-bura qaçır və tez bir zamanda oxla öldürülür. Əziz yoldaşlar, o vərəqələri, o zəngləri vuran adamlar da istər başqa millətin nümayəndəsi olsun, istər öz nümayəndəmiz olsun, onların da ürəyi təmiz deyil, xaindirlər. Deyirlər xain xoflu olar. Qorxuya düşdükləri üçün də belə edirlər. Əziz yoldaşlar, biz seçkilərin qanunsuz keçirildiyini dedikdə Vəzirov dedi ki, hər şey qanuni olub, 98,5% düzdür. Sonuncu məsələ AXC-nin təsdiqi oldu. Vəzirov buna isə dedi ki, biz sizinlə yeni görüşlər keçirmək niyyətindəyik və həmin görüşlər vaxtı qəti söz deyərik. Milli hərbi qüvvələrin yaranmasının tam əleyhinə olduğunu bildirdi və dedi ki, azərbaycanlılardan ibarət heç bir qüvvə yaranmayacaq. Suverenlik haqqında dedi ki, bu məsələ bizi də narahat edir və mətbuatda çap olunacaq. Televiziyada translyasiya məsələsinə qaldıqda isə onun yazılıb, ya bir başa verilməsini aydınlaşdıracağıq. Vəzirov dedi ki, bu məsələlər sentyabrda çağırılacaq sessiyada ətraflı müzakirə ediləcək. Deməli, Vəzirovun dediyi sessiya bizim dediyimiz növbədənkənar yox, növbəti sessiyadır. Bizim tələbimiz isə belədir: 1) DQMV-də xüsusi komitə ləğv edilməli, orada Azərbaycanın suverenliyi bərpa edilməli, milli milis bölmələri və müəssisələrdə yaradılmış milli drujina dəstələri silahlandırılıb Qarabağa göndərilməlidir. 2) Siyasi məhbuslar məsələsi. Vəzirov dedi ki, bizdə siyasi məhbus yoxdur, bizdə cinayətkar var. Biz milyonlarla imza toplaya bilərik ki, SSRİ istintaq qrupu istintaqı qeyri-qanuni aparıb. Sabahdan bütün müəssisələrdə imzalar toplansın 3 nüsxədən ibarət: biri Ali Sovetə, biri AXC-yə, biri də özünüzdə. Biz bunları müstəqil deputat qrupu tərəfindən qaldıra bilərik. Bütün müəssisələr özləri drujinalar yaratmalı və nəzarət etməlidir. Həmin deputatların geri çağırılması müəssisələrdə müzakirə olunmalı və onları müəssisələr geri çağırmalıdır. AXC-nin təsdiqi məsələsinə qaldıqda isə biz əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik və onun təsdiqinə nail olacağıq. (Alqışlar). Əziz yoldaşlar, mən Şuşada və Kərkicahanda çox olmuşam. Orada bir milis haqqında (Əliyev Tahir) hamı tələb edir ki, onu öz iş yerinə qaytarsınlar. Hamı onun adını hörmətlə çəkir. Çox qeyrətli adam imiş. Tələb edirik iş yerinə qaytarılsın. (Alqışlar). Onu Sumqayıta göndəriblər. (Rus dilində AXC haqqında məlumat verilir). Yoldaşlar, 2-3 gün bundan əvvəl Qarabağı Müdafiə Cəbhəsi ( Qarabağa Xalq Yardımı Komitəsi nəzərdə tutulur - Ə.T.) yaradılması haqqında eşit-dik. Bu gün dəfələrlə Laçında, Naxçıvanda olmuşuq. Parçalanmağa biz imkan vermərik. (Alqışlar). Ziya Bünyadov tribunaya qalxdı. (500 minə qədər adamın alqış sədaları). (“A-zər-türk”, “Zi-ya”, “Zi-ya”, “Zi-ya”, “Zi-ya”).

Z.Bünyadov: - Əziz dostlar, bir ay bundan qabaq Akademiyanın illik iclasında mən bir sözümü dedim. Bu, Cümhuriyyətin bayrağının Ali Sovetdə bərpa olunmasıdır. (Alqışlar). Azərbaycanın ərazisi müqəddəs, torpağı müqəddəsdir, çünki bu torpağın altında dədəbabalarımızın ruhu yatır. Heç kəsin ixtiyarı yoxdur bizim torpağa toxunsun. Hər bir ekstremist, daşnak varsa xalqımız da mərd oğullardan, kişilərdən ibarətdir - müstəsnaları çıxmaq şərti ilə. Mən Vəzirova demişəm ki, əgər sən camaatın arasında hörmətin olmasını istəyirsənsə onda AXC-ni dünən təsdiq etməliydin. Bu gün də gec deyil, sabah, gələn həftə gec olacaq. “Yardım komitəsi” haqqında. Mən demişəm: əgər bu, AXC-nin Qarabağı Xilas Komitəsi olsa mən sədrliyə razı, yoxsa yox. Burada 1 milyon adam olanda bura 40-dan artıq müstəntiq tökdülər. O cümlədən məni də dindirdilər. Heç bilirsiniz məni din dirən müstənqiq hansı bölmədə işləyirdi: “oğurluq və zorlama” bölməsində. Mənasız şeydir. Mən deyirəm: Bastiliya kimi bir türməni camaat dağıtdı. Nədir axı Bayıl türməsi? Xalq Cəbhəsi və onun qabağına qoyduğu məsələlər xalqın əleyhinə ola bilməz.24 Vəzifəli rütbəlilər başa düşməlidirlər: toy-bayram onlar üçün qurtardı! Siz bilirsiniz bu binada (Hökumət evini göstərir) işləyənlərdən kim var sizin aranızda və ya bizim akademiyamızın müdirlərindən kim var? Yoxdur onlar xalqın arasında. Onlar sarı simin avazına bağlı olan adamlardır. Onlar da gələcək, amma kinli olmayın. 14 daşnak işləyir, onları çıxarmaq lazımdır. Aydın Məmmədov yoldaş (daxili işlər naziri) sərəncam verib Laçın, Qazax yolu kəsilsin. Barannikov (onun müavini) isə burada müfəttiş sifətilə bunun əleyhinədir. O buradan getməlidir. Nazirlər Soveti sədrinin müavini Protokovets buradan getməlidir. Volski boşboğazın biridir. Bizim ziddimizə işləyən şəxsdir. Cəbhənin istədiyi və tələbi odur ki, XİK ləğv edilsin, Bakıdan qoşunlar çıxarılsın. Gürcüstandan ləğv olundu, bunlar hamısı getməlidir. Gül-çiçək də bağışlayarıq. Seçilmiş dəstənin (deputatların) içərisində lüzumsuz adamlar da var ki, onlar öz xahişləri ilə getməlidirlər. Qurban olum sağıcıya, süd o qədər boldur ki, onun içərisində boğuluruq. Masallılılar deputat Qorelovskini (DTK-nın keçmiş sədri) geri çağırmalıdırlar, çünki o çıxdı, getdi. Qutu qoyublar. İkinci nüsxələr əvvəlcədən qutuda hazırdır. Mən neçə zavodda çıxış etmişəm. Mən də getmişdim seçkilərə. 500 dənə, 400 dənə atanlar var və camaat da buna fikir vermədi. Respublika Ali Sovetinə nəzarət olunmalıdır. Seçki ən axırıncı bizdə olmalıdır. Laqeyd baxsaq onda yaşamağa dəyməz. Kişilər seçilməlidir. Əks təqdirdə mənasızdır. Xalqımız bura toplaşır. Hamı nəzarət etməlidir. 70 ildir fısqıra-fısqıra gəlib keçirik. Kommunizm də oldu, bilmədik. (Alqışlar). Dünyada neçə təriqət olub. Marksa qurban olum. Xruşşov 100 minlik stadionda dedi: “U nas takaə mohnaə, monolitnaə strana, çto kajdıy durak mojet rukovodit, esli naznaçat”25. Brejnevlə mən bir yerdə müharibədə olmuşam. Bilirəm necə vuruşub. Çernenko nə zibildir ki, ölkəni idarə etdi? Biz də baxırıq ki, bunlar necə gedir? Yorğa, yoxsa dördayaq? Özünüz hamısını bilirsiniz. (Alqışlar). Sosializmdə də daimi çətinlik müvəqqətidir. AXC tanınmalıdır. Bircə Xarkovda 10-dan çox cəmiyyət var, qoy olsun. Xalq drujinaları yaradılmalıdır. (Alqışlar). Bizim ölkəni, o cümlədən də bizi firqəsiz idarə edirlər. Qadasını aldığımız, məməsini əmdiyimiz partiyamızdır. (Gülüşmə). Hərçəndi bizdə “dişləməyən işləməz”, hamısı da cumur ora, samovarın yanına. Əgər bizim cümhuriyyəti təsərrüfat hesabına keçirsək onda camaat işləməsə də ona bəsdir. Mən bir dəfə oturdum Biləcəridə; nə qədər nefti gün ərzində daşıyırlar havayı. Siz bu yaxınlarda Estoniyanın təklif etdiyi layihəni oxumusunuz. Əgər “Pravda”, “İzvestiya” onu çap etməsə onda bu qəzetlərə abunə yazılmayın. Birtərəfli yazırlar. Yazırlar, deyirlər ki, Azərbaycan xalqı vəhşidir. Şahnazarov İsmayıllıda doğulmuş, erməniliyi qəbul etmiş tatdır. Bizim əleyhimizə danışır. 2 dəfə ölüm hökmü almışam. Bu yaxınlarda yenə dedilər: “Akademik, sizin ölüm hökmünüz verilib” (ermənilər verib). Yoldaş Vəzirov, nə bu camaatı özünə şərik et, nə də üz-üzə gəl, onda kim udacaq, bilmirik26. Katiblərə demişik: onların padşahlığı qurtardı. Ya AXC ilə bir ol, ya da şələ-küləvü götür.

Şaumyan, Petrov, Əmiryan, Caparidze, bunlar güllələnməyib. Hindistana gediblər. Zeynalova demişəm. Eşşək boyda Şaumyanın heykəli var. Onu sındırmaq lazımdır. (“Ziya”, “Ziya”. Alqışlar). Biz hamımız məktəbdə oxumuşuq “Gülüstan” müqaviləsi 1813-üncü ildə Gülüstan kəndində bağlanıb. Nəyə görə onun adını Şaumyan qoyublar? Ləğv etmək lazımdır! Mən “eşq olsun Kirova” deyirəm. Amma Universiteti başqası açıb. Şaumyan rayonunun adı Bakıxanov ilə əvəz olunmalıdır. Qasım İsmayılov, Mirbəşir, Puşkin, hamısının keçmiş adları, Gəncənin adları bərpa edilməlidir. Biz gözləyirik ki, urus “qardaşlarımız” nə vaxt insafa gəlib kömək edəcək. Yoldaşlar, Vəzirov yaxşı nəsildəndir. Yoldaşlar, məni Amerikaya da dəvət ediblər, İrana da. Sizinlə məsləhətləşmək istəyirəm. (Hamı dedi ki, Amerikaya getmə). Məşhədə gedəcəm. Xuramana heç nə deyə bilmərəm, amma gərək çıxmayaydı xalqın qarşısına. Erməni mafiyası Laçına, Şəkiyə hücum etməyi planlaşdırır. Ora silahlı dəstələr göndərmək lazımdır. Məni bu seçkilərdə, rus demiş, “pasadkaya” saldılar. Mən üç dəfə qanımı tökmüşəm. İgityan mənim xalqımı “faşist” adlandırdı. Mən durardım, deyərdim Azərbaycan deputatlarına ki, qalxın. Ermənilər necə buranın köklü milləti ola bilər ki, 1878-inci ildə ilk 200 erməni ailəsinin İranın Marağa şəhərindən köçürülməsinin 150 illiyi münasibətilə abidə açdılar Qarabağda? Mən deyirəm: əgər ermənilər tərəfindən bir dağıntı olarsa 24 saat ərzində bir nəfər də daşnak Azərbaycan torpağında qalmamalıdır. (Alqışlar. “Ziya”, “Ziya”). (500 minə qədər adam var). Yoldaşlar Xalq Cəbhəsinin Lənkəran dayaq dəstəsindən gəliblər. Sözü onlara verməzdən əvvəl demək istəyirəm ki, bu gün şəhərdə 2 nəfəri erməni bilib döyüblər. Daxili İşlər Nazirliyindən xəbər verdilər. Lənkəranlı: - Əziz qardaşlar, indi Lənkəran ümumi həmrəylik mitinqi keçirir və öz tələblərini irəli sürür. Lənkəranlılar üçün Qarabağ Talış dağları qədər əzizdir. Lənkəranlılar bütün bacarıqları ilə sizinlə həmrəydir, sizinlə birdir. Lənkəranda Xalq Cəbhəsi keçən ilin (1988) noyabr ayında meydana gəlib. Xalq Cəbhəsi öz sənədlərini rayon icraiyyə komitəsinə verib. Ətraf rayonlar da bizə qoşulur. Son zamanlar nə isə “talış - türk” sözləri eşidilir. Biz, yaxşı başa düşürük. Bu xalqı pərən-pərən salmaq üçün növbəti fitnədir və biz bütün bu fitnələri rədd edirik. Lənkəranlılar bütün qaçqınlara kömək ediblər. İndi də hazırdırlar. Onlar özlərinin işləri ilə sübut ediblər ki, Azərbaycan xalqı ilə birdirlər, onun ayrılmaz hissəsidirlər və bundan sonra da onunla bir olacaqlar. (Alqışlar). Şuşanın vəziyyəti və təzə fonda pul keçirilməsi (ayrılması). Mitinqin axırında saat 9.00-da qərarlar oxunacaq. Türk cəmiyyətinin sədri Yusif Səfəroğlu: - Salaməleyküm. Çox sağ olun ki, xalqın qeydinə qalıbsınız. Biz 360 min türk camaatı söz veririk ki, sizinlə bərabərik və həmişə bərabər olacağıq. 1989-uncu il 3 iyunda Fərqanədəki hadisəni Moskvada olanda eşitdik. Azərbaycan xalqı bildirmişdir ki, türk xalqı bizim xalqdır və biz, bütün türklər and içirik ki sizinlə həmişə son damla qanımıza qədər bir olacağıq. Mən böyük türk xalqı adından deyirəm ki, biz sizinləyik. Mən sizdən üzr istəyirəm və demək istəyirəm: həmişə bir olun və biz də sizinləyik. (“Azərtürk”. Alqışlar). Bir də anlatmaq istəyirəm ki, bizi 19 iyunda təyyarə ilə Rusiyətə göndərdilər və biz Moskvada bu qərara gəldik ki, Azərbaycana getmək istəyirik. Bizi Azərbaycan xalqı gözləyir və biz yaşamaq istəyirik. Mən sözümü qısa tamamlamaq istəyirəm: yaşasın türk xalqı ilə Azərbaycan xalqının birliyi və ömrümüzün axırına kimi bu birlik sarsılmasın! Yerdən suallar verilir: - Niyə Xalq Cəbhəsinin bülletenini 2 manata satırlar? - Əziz qardaşlar, bülleten bizə baha başa gəldiyi üçün baha satılır. Xalq Cəbhəsinin Sabirabad dayaq dəstəsi yaranıb. Başçısı hüquqşünas Qurban Məmmədovdur: - Hörmətli xanımlar və bəylər, mən seçkilər barədə demək istəyirəm. Azərbaycan bir dövlət kimi öz suverenliyini tələb etməlidir. Hamımız bilirik ki, ötən seçkilərdə saxtakarlığa yol verildi. Buna görə də bu seçki kampaniyası etibarsız sayılmalıdır. Vəzirov da deyir ki, bizdə hər şey qanuni aparılıb.

Mən Sabirabadda seçki hüququnun pozulmasını dedim. Rayon rəhbərləri mənim rayonu tərk etməmi tələb etdilər. Mənim şəxsiyyətimlə maraqlandı-lar. Mənə dedilər: ailən var, get başını aşağı sal, öz işinlə məşğul ol. Hamı imza toplamalıdır. Onda baxarıq görüm Vəzirov dediyi kimi seçkilər bizdə 98,5 faiz olub, yoxsa əksinə. “Mən, filankəs filankəsov 26 martda keçirilən seçkilərdə iştirak etməmişəm”. Sabirabadda 140 nəfər iştirak edib. Son vaxtlar tələb olunur ki, siyasi məhbuslara azadlıq verilsin, işdən çıxarılanlar işə qaytarılsın, töhmətləri üzərlərindən götürülsün. Qarabağa Yardım Komitəsi yaradılıb. Şuşaya ərzaq yola salınıb. Mən Sov.İKP sıralarından çıxmaq üçün ərizə ilə müraciət etmişəm. Bütün rəhbər vəzifəli şəxsləri, kommunistləri dəvət edirik. Partiya orqanlarına aiddir. Seçki qanunu qüvvəyə minən kimi heç bir komendant saatı ola bilməz. (Alqışlar). Əziz qardaşlar və bacılar, qeyri-Azərbaycan millətinin nümayəndəsi Birman çıxış edəcək. Birman çıxışının sonunu belə qurtardı: “Zakrıtğ qraniüu s Armeniey. Karabax bıl i ostaetsə neotcemlemoy çastğö Azerbaydjana”27. Yoldaşlar, indi Ağdam Xalq Cəbhəsinin üzvü Təhmasib Novruzova söz veririk: - Yoldaşlar, Ağdamın Xalq Cəbhəsinin üzvləri Laçında təqib olunub. Necə deyərlər, cəbhəmizin 46 özəyi var; 8 minə qədər adamı birləşdirir. 4 min nəfər öz həyatını Qarabağ yolunda qurban etməyə hazırdır. Bizim 30-dan artıq postumuz var ki, onların arasında ratsiyalar var. Mən DQMV-də son vaxtlar baş verən hadisələr barədə danışmaq istəyirəm. Şatalin Mardaqar kəndindən 4 nəfəri həbs edib. “Prikaz estğ, mojno deystvovatğ”28. Bax, bu prikazdan sonra 4 nəfər tutuldu. İsa Qəmbərov: - Əziz qardaşlar, vəziyyət məlumdur. İctimai təşkilatların da mövqeyi məlumdur. Bizə həm şifahi, həm də yazılı şəkildə komitə haqqında deyiblər. Komitənin təşəbbüskarı bizə də məlum oldu. Onun nə kimi funksiyası ola bilər? 1) Qarabağa ərzaq, dərman və başqa ləvazimatlar göndərilməsi. 2) Əhalinin mütəşəkkilliyi və onlar arasında əlaqə. Belə bir təlimdən sonra hökumət özü həyəcana gələ bilər. Artıq bizim qeyrətli vətəndaşlarımızla biz ərzaq çatışmazlığını tam aradan qaldır-mışıq. Əlbəttə, bu, işin müəyyən bir hissəsidir. 3) Azərbaycan hökuməti özü qadirdir ki, Qarabağda hər işi yoluna qoysun. XİK-ə ehtiyac yoxdur. Belə bir iş var ki, bürokrat aparat çalışır ki, AXC-ni nüfuzdan salsın. Qarabağa Yardım Komitəsi yaratmaqla AXC-ni nüfuzdan salmaq, yəni xalqın bu mütəşəkkilliyini parçalamaq istəyirlər. Xüsusi İdarəetmə Komitəsi öz işini yerinə yetirmədiyi üçün Azərbaycan SSR Ali Sovetinin onu ləğv eləməyə hüququ var. Əziz yoldaşlar, keçən mitinqimizdə dediyimiz kimi, biz bolqarların Bakıya gələn artistlərini boykot etdik. Bu da bizim türklərlə həmrəyliyimizdir. Türk qardaşlarımıza edilən bu ədalətsizlik cavabsız qoyulmamalıdır. İndi biz daha aktiv olmalıyıq. Bizim ətrafımızda müxtəlif dövlət və millətlər var. “Bakraboçi”də gedən məqalələrə görə Qluşkova öz minnətdarlığımızı bildiririk. Şəhərdə yaranan yəhudi komitəsi öz nizamnaməsini bizə təqdim etdi. Bütün millət nümayəndələrindən xahiş edirik ki, AXC-nin sıralarına qəbul edilsinlər. Diqqətlə dinlədiyinizə görə minnətdaram. Əbülfəz Əliyevə söz verilməzdən əvvəl B.Vazabzadənin Xalq Cəbhəsi haqqında verdiyi müsahibəni “Azadlıq” radiosundan veririk. (Alışlar). Əbülfəz çıxış edir: - Siz burada AXC-nin nümayəndlərinin necə və hansı işi apardıqları haqqında çıxışı dinlədiniz. Çox nadir olar ki, bura çıxan adam yoxlanılmasın. Kar olmuş bəzilərinin qulaqları. Camaat deyir ki, ərzaq yığmışıq, neyləyək? Nə lazımdır? AXC Qarabağa kömək edən hər bir vətəndaşı alqışlayır. Bir həftə bizə vaxt verilsin və biz deyərik. Hər halda, Nəcəfi hamı tanıyır. Laçına getmişdik. III katib bizə dedi ki, nəyə gəlmisiniz? I katib isə deyir: nəyə görə əvvəl mənim qəbuluma gəlməmisiniz? O dedi ki, siz birinci mənim yanıma gəlməli idiniz. Mən dedim ki, biz xalqın yanına gəlmişdik. Orada 47 minə qədər əhali olmasına baxmayaraq Xalq Cəbhəsinin 9 min üzvü var.

Zərdüşt Zəngilana gedib Xalq Cəbhəsinin özəyini təşkil etməyə. Bir oğlan milisə deyib ki, bura gəlmə. Bunun üstündə oğlana 15 sutka veriblər. Milis işçiləri belə etsələr onların adını deyəcəyik və belələrinə aman yoxdur. Cənubi Azərbaycanla bizim mənəvi birliyimiz pozulmayıb. Cənubi Azərbaycandan gələnlər Avropaya gedir. Siyaməki 3 il iş gözləyir. Hər hansı bir azərbaycanlıya qarşı edilən iş bütün Azərbaycan xalqına qarşı edilən işdir. Rəhbəri Nasir (Siyamək) mübarizdir, onun müdafiəsində iştirak edin. Çoxları deyir ki, Xalq Cəbhəsi alver edir, 2 manata bülleten satır. Buzovnadan bir ağsaqqal kişi dedi: oğul, vəziyyətiniz pis olduğuna görə onu 5 manata satın, biz alacağıq. Biz jurnal çıxarmaq istəyirik, deməli, o qazanc vasitəsilə jurnal çıxaracağıq. Bizim qüvvəmiz artdıqca bizə şər atırlar. Xəlil Rza çıxış etdi. O, Azərbaycan ərazisinin bir əsrdə 25 faiz azalmasını qeyd etdi: 86,7 min kv. km-dir hazırda, hansı ki, Müsavat hökuməti bizə 114,4 min kv. km ərazi vermişdi. Sözünün axırında dedi ki, Məhəmməd Hatəmiyə, Nemətə, Siyaməkə, Ələkbərə (?) eşq olsun! Mənim əlimdə “Yazıçı” nəşriyyatının buraxacağı “Vətən məndən başlanır” şerlər kitabı var. Vəzirov qadağan edib. (700 minə qədər adam var). Xəlil Rza öz şerini dedi. (Alqışlar). Son sözündə qeyd etdi ki, heç bir qüvvə Xalq Cəbhəsini boğa bilməyəcək - başda Əbülfəz Əliyev, Sabir Rüstəmxanlı, Zərdüşt, Nemət və Ziya Bünyadov olmaqla. Şuşadan İbrahim Vəzirov adlı ağsaqqal çıxış etdi. Hamı “tətil” qışqırır. Əzizbəyov r/n XC-dən bir əlil çıxış edir. O hamını AXC ətrafında birləşməyə dəvət edir. Yoldaşlar, 3 çıxış qalır və 3-üncü söz Zərdüşt Əlizadəyə veriləcək. Rabitə Nazirliyinin nümayəndəsi danışdı və o, Qarabağ rabitə şöbəsinin Rusiyaya verilməsini qeyd etdi ki, biz ayın 24-ünə kimi xəbərdar etmişik, əgər əməl etməsələr onlar cavabdehdirlər. Tələblərimiz əvvəlki mitinqlərdə qəbul edilənlərdir. Beləliklə, 1-2-ci günlər xəbərdarlıq tətili keçiriləcək. (Hamı “tətil” deyir). Bu tətil Sumqayıta da aiddir. Tikinti obyektləri işləsin. 2-ci gün saat 18.00-da yeni mitinq olacaq və tətilin nəticələri müzakirə olunacaq. Ü.Hacıbəyovun uvertürası ilə mitinq bağlı elan edilir. *** Bugünkü “Kommunist”də “Azərbaycan SSR-də Azərbaycan dilinin dövlət dili kimi daha fəal işlədilməsini təmin etmək tədbirləri haqqında” Azərbaycan KP MK-nın qərarı, Azərbaycandan 70 nəfərin DQMV-lə bağlı SSRİ xalq deputatlarına məktubu dərc edilib. Bu gün Vaqif Əlövsət oğlu Hüseynov Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilib. 21 avqust 1989. Bu gün Bakıda ikigünlük xəbərdarlıq tətili başlanıb. 22 avqust 1989. Bu gün “Kommunist” Elçinin “Hirs ancaq ziyan gətirər” yazısını verib. “Təsis iclası” xəbərində bildirilir ki, Qarabağa Yardım Komitəsinin təsis iclası olub, ağsaqqallar şurası, işçi qrupu seçilib. Azərinformun “Müdrik olmalı, ağıl-kamalla iş görməli” məlumatında deyilir: “Keçən il noyabrın 21-dən 30-dək tətillər zamanı Azərbaycan iqtisadiyyatına dəymiş ümumi zərər təkcə Bakı üzrə 90 milyon manat olmuşdur. ...Bazar ertəsi (21 avqust - Ə.T.) Bakının bir sıra müəssisələrində xəbərdarlıq tətili deyilən tətil cəmi bir neçə saat davam etdi... ... Xalq Cəbhəsi deyilən cəbhənin liderlərindən soruşmaq yerinə düşər: Onların fikrincə, tətil budurmu? ...Belə ”tətil” cinayət məcəlləsinin maddəsinə düşür...”. “Məsələnin ədalətli həllinə inanırıq” adlı kiçik yazıda 6 Mesxeti türkü bildirir: “Ötən şənbə günü Bakıda keçirilmiş mitinqdə belə bir fikir söylənmişdir ki, bütün Mesxeti türkləri - 360 min

nəfər daimi yaşamaq üçün köçüb Azərbaycana gəlməlidir... ...Onu düşünülməmiş bəyanat hesab edirik”. Bu gün ikigünlük xəbərdarlıq tətili davam edib. 23 avqust 1989. Bugünkü “Kommunist”də R.Musabəyovun “Yeganə yol milli barışıqdır” adlı çox böyük yazısında oxuyuruq: “DQMV-də Azərbaycan SSR-in suverenliyini sözdə təsdiq edən mərkəz (Moskva - Ə.T.) əməli işdə respublikanın dövlət hakimiyyəti orqanları barəsində öz konstitusiya vəzifələrini yerinə yetirmir”. “Bu gün DQMV-də Azərbaycan SSR-in suveren hüquqları əslində xəyali hüquqlara çevrilmişdir”. “Respublika ilə bütün iqtisadi, siyasi və mədəni əlaqələr kəsilmişdirsə və ...bütün əlaqələr mexaniki surətdə Ermənistan SSR-ə yönəldilmişdirsə bu, normaldırmı?”. “Xüsusi İdarə Komitəsinin rəsmi blanklarında DQMV-nin Azərbaycan SSR-ə mənsubiyyətini göstərən heç bir nişanə yoxdur. Xüsusi İdarə Komitəsinin səhlənkarlığı üzündən vilayətin milli tərkibinin yekcinsləşdirilməsi kimi dramatik proses davam edir, azərbaycanlı-lar... kəndlərdən və şəhərlərdən çıxarılırlar”. “Zənnimcə, mərkəz DQMV probleminin həlli zamanı yanlış mövqe tutmuşdur”. “Əks tədbir kimi muxtariyyətin ləğv edilməsi haqqında qərar çıxarılması da mümkündür”. Çox qəribədir ki, bu sözlər Ə.Vəzirovun I katibi olduğu partiyanın orqanında (burada isə həmişə hər bir söz “yuxarılar”la məsləhətləşdi-rilir!) çıxıb. Görəsən, camaatı qızışdırmaqdan məqsəd nədir? Başım çıxmır... 26 avqust 1989. Respublikanın bütün məktəblərində dərslər “mühüm işlərlə əlaqədar olaraq” (?!) sentyabrın 1ində yox, oktyabrın 2-sində başlanacaq. 27 avqust 1989. Bugünkü qəzetlər Azərbaycan SSR AS RH-nin “DQMV-də konstitusiyaya zidd tədbir haqqında” 26 avqust tarixli qərarını dərc edib. Qərarda deyilir: “1989-cu ilin avqustun 16-da Stepanakertdə “DQMV əhalisinin səlahiyyətli nümayəndələrinin qurultayı” deyilən “qurultay” olmuşdur. Bu “qurultay” Azərbaycan SSR-in tərkibində muxtar vilayət kimi Dağlıq Qarabağın statusunu tanımaqdan imtina etdiyini bildirmiş, vilayəti Azərbaycan SSR Konstitusiyasının və respublikanın digər qanunlarının icrasının dayandırıldığı “müstəqil İttifaq ərazisi” elan etmişdir. ...”Qurultay” “milli şura” yaratmışdır. “Milli şura” DQMV-də yeganə xalq hakimiyyəti elan edilmişdir ki, bu da əslində xüsusi idarə komitəsini səlahiyyətdən məhrum etmək cəhdidir”. Azərbaycan SSR AS RH 11 gün bundan qabaq keçirilmiş “qurultay”ın qərarlarının “Konstitusiyaya zidd” olduğunu təsdiq edib və xüsusi idarə komitəsinin qanunsuz elan edilməsinin “hüquqa zidd olduğu”nu göstərib. Böyük cəsarətdir!.. “Kommunist” qəzeti bu qurultaya qarşı Səfa Mirzəyevin (hüquqşünas) “Elə hədd var ki, keçmək olmaz” yazısını verib. 29 avqust 1989. Qəzetlər “Sovet Pribaltikası respublikalarında vəziyyət haqqında” Sov.İKP MK-nın bəyanatını dərc edib. Qısa desək, onlar SSRİ-dən çıxmaq istəyirlər. Bu gün Ə.X.Vəzirov respublika televiziyası ilə çıxış etdi. Belə başa düşdüm ki, o, ermənilərin hüquqlarını qorumağa çağırdı. Respublikadakı gərginliyin “həm respublikanın daxilində, həm də onun hüdudlarından kənarda” (görəsən, H.Əliyevi nəzərdə tutmur?) vəziyyətin sabitliyini pozmağa çalışanların xeyrinə olduğunu bildirdi. Qarabağla bağlı heç bir ağıllı, umudverici söz eşitmədim. 31 avqust 1989. “Kommunist” Ə.Vəzirovun televiziyadakı çıxışını “Hadisələrin təhlükəli gedişinin qarşısını almalı” başlığı ilə verib. 1 sentyabr 1989.

Bayram Bayramov Qarabağa Yardım Komitəsinin idarə heyətinin sədri, Sabir Rüstəmxanlı, Aydın Məmmədov, Şakir Kərimov və Ələkbər Səfərov sədrin müavinləri seçilib. (“Kommunist”, 01.09.1989). 4 sentyabr 1989. Mitinqlərdə irəli sürülən tələbləri, eləcə də birgünlük və ikigünlük xəbərdarlıq tətillərini vecinə almayan respublika rəhbərliyini “ayıltmaq” üçün bugündən birhəftəlik ümumrespublika tətili başlanır. Həyatı təmin edən müəssisələrdən başqa respublika iqtisadiyyatının bütün sahələri dayanmalıdır. Zaqafqaziya dəmiryolunu da dayandırmaq nəzərdə tutulur. 6 sentyabr 1989. Ə.Vəzirovun Azərinform müxbirinin suallarına cavabı “Ehtirasların coşmasına yol verməyək, sağlam qüvvələri birləşdirək” başlığı ilə qəzetlərdə dərc edilib. “Kommunist”in bugünkü nömrəsində AXC mitinqində (14 avqust) xarici müxbirlərin olmasını tənqid edən “Qərb müxbirlərinin “Şərq” siyasəti” adlı Azərinform materialı verilib. Kirov rayon PK I katibi V.A.Nersisyanı çıxarıb (axır ki!) yerinə Z.M.Əliyevi qoyublar. 9 sentyabr 1989. Bugünkü “Kommunist” “Bakı Şəhər Xalq Deputatları Soveti deputatlarının müraciəti”ni dərc edib. Burada deyilir: “Bu gün tətillər dalğası durğunluq illərinin yaralarının ağrılarını hələ də hiss edən respublikamızı bürüyüb. Respublikamızın paytaxtı Bakıda ictimai-siyasi vəziyyət xoşagəlməzdir...”. “İndiki tətil Dağlıq Qarabağ məsələsi çərçivəsindən kənara çıxıb”. “Mafiya və onunla bir zəncirlə bağlı olan oxşar ünsürlər, antisovet və antikommunist qruplaşmalar (seçdirmə mənimdir - Ə.T.) DQMV məsələsi ilə pərdələnərək respublikada tüğyan edirlər”. Artıq 3 nömrədir ki, “Kommunist” tətillər əleyhinə iri yazılar verir. Təkcə 7 sentyabrda bir növbədə Bakıda 56 min fəhlə işə çıxmayıb. *** Bu gün Bakıda birhəftəlik ümumilli tətilin yekunlarına həsr olunmuş olduqca izdihamlı mitinq keçirilib. Bildirilib ki, tətil Sovet İttifaqında hiss olunaq iqtisadi çətinliklər yaradıb. Hələ təkcə ilk 4 gündə Azərbaycan sənayesi 130 milyon manatlıq məhsul verməyib. Mitinqdə iştirak edən Azərbaycan KP MK-nın II katibi Viktor Polyaniçko bildirib ki, 15 sentyabrda Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası çağırılacaq, oraya AXC rəhbərləri dəvət olunacaq, xalqın tələbləri həmin sessiyada ətraflı müzakirə ediləcək. Görünür, “başçı”larımızı başa salmağın ən səmərəli yolu elə tətil imiş! 10 sentyabr 1989. Bu axşam AXC Sədri Əbülfəz Əliyev, İdarə Heyətinin üzvləri Etibar Məmmədov və Yusif Səmədoğlu televiziya ilə çıxış edərək Ə.Vəzirovla danışıqların nəticəsi haqqında məlumat verdilər, bildirdi-lər ki, o, AXC-ni rəsmi tanımağa razıdır, qarşıdakı növbədənkənar sessiyaya AXC nümayəndələri də çağırılacaq. 11 sentyabr 1989. Bu gün ümumilli tətil dayandırılıb. *********************************** QEYDLƏR 1 Ermənilər isə indiyədək bizim bütün dərdlərimizə seviniblər. Hətta 20 Yanvarda da onlardan Bakıya çoxlu təbrik teleqramları gəlmişdi.

2 SSRİ Nazirlər Sovetinin sədri. 3 “Mülki müdafiənin yerli hissələrindən birinin 69 hərbi qulluqçusu”. 4 Sonradan aydınlaşdı ki, onların hamısı azərbaycanlıdır, respublikanın əksər rayonlarından təcili yığılıb. Təyyarəni isə ermənilərin qəzaya uğratması söylənilir. 5 Hadisələrin sonrakı gedişi bizim o vaxt nə qədər sadəlövh olduğumuzu göstərdi. 6 Qrupun topladığı bütün materialları sonralar tədqiqatçı-jurnalist Əziz Ələkbərliyə nəşr etdirmək üçün verdim. “Sovet kəndi” qəzetində (9 fevral 1989) qaçqınlarla bağlı düşüncələrimi bildirdim. 7 ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi. 8 SSRİ xalq deputatlarının I qurultayı nəzərdə tutulur. 9 Qarşılıqlı İqtisadi Yardım Şurası (qısaltması rusca SGV - Covet gkonomiçeskoy vzaimopomohi). 10 “Milli özünüdərkə - hə, millətçiliyə - yox!” 11 İndi Məmmədəmin Rəsulzadə qəsəbəsi. 12 İndi götürülüb. EA Genetika və Seleksiya İnstitutunun qarşısında idi (Azadlıq prospektində). 13 “Qarabağsız, Şuşasız Azərbaycan cansız kimidir!”. 14 SSRİ xalq deputatları qurultayının Qarabağdakı vəziyyəti öyrənmək üçün yaratdığı deputat komissiyası nəzərdə tutulur. 15 Bu söz əlyazmada pozulduğu üçün oxunmadı. 16 SSRİ Dövlət Plan Komitəsinin sədri. 17 Ə.Vəzirov bu ifadəni noyabrda aclıq edənlər haqqında demişdi. 18 Bakı Şəhər Partiya Komitəsinin birinci katibi. 19 Söhbət AXC Oktyabr rayon şöbəsinin orqanı olan “Meydan” qəzetindən gedir. Gizli çıxarılan bu qəzetin üstündə yanlış olaraq yazılmışdı ki, o, AXC-nin orqanıdır. AXC-nin orqanı kimi ilk qəzet “Azadlıq”dır (ilk nömrəsi: 24.12.1989). 20 İndiki Qəbələ. 21 Elçibəy iqtidarında xarici işlər naziri olmuş Tofiq Qasımov. 22 İndiki Şərur rayonu. 23 Bu mitinq haqqında qeydləri qohumum Feyzi Səbzəliyev mənim xahişimlə yazıb. Yalnız ətək yazıları mənimdir. 24 Bu sözləri deyəndə Z.Bünyadov özünü Cəbhənin ağsaqqalı sayırdı. Bir aydan sonra o, Cəbhə haqqında tam başqa rəydə oldu. 25 “Bizim elə güclü, monolit ölkəmiz var ki, onu istənilən axmaq (əgər təyin etsələr) idarə edə bilər”. 26 Mənim şəxsi fikrimə görə, Z.Bünyadov SSRİ Ali Sovetinə deputat seçdirilmədiyi üçün Vəzirovdan incimişdi və bu sözlərlə ona təzyiq göstərirdi. 27 “Ermənistanla sərhədi bağlamalı. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq”. 28 “Əmr var, iş görmək olar”. DÖRDÜNCÜ BÖLÜM XALQ VAHİD CƏBHƏDƏ BİRLƏŞİR SƏNƏD Azərbaycan KP MK ilə AXC İdarə Heyəti arasında 1989-cu il sentyabrın 13-də aparılmış danışıqların PROTOKOLU 13 sentyabrda respublika rəhbərliyi ilə AXC İdarə Heyəti arasında keçirilmiş danışıqlarda aşağıdakı məsələlər üzrə razılıq edilmişdir. Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında DQMV-də hazırda fəaliyyət göstərən Xüsusi İdarə Komitəsinin ləğv olunması məsələsi qoyulması, vilayətdə Azərbaycan SSR-in suverenliyi-nin bərpası yollarının müzakirə olunması və DQMV-nin ərazi statusunun və idarəçilik formasının hər hansı bir ittifaq orqanı tərəfindən dəyişdirilməsinin yol verilməzliyi haqqında lazımi sənəd qəbul edilməsi məqsədəuyğun hesab edilsin.

Sessiyada AXC-nin İdarə Heyətinin nümayəndələri sessiyanın müzakirə edəcəyi qanun layihələrinin hazırlanmasında iştirak edirlər və sessiyanın işində iştirak etməyə dəvət olunur. Sessiyada Azərbaycan SSR-in dövlət suverenliyi və iqtisadi müstəqilliyi haqqında qanun layihələri müzakirə edilib İdarə Heyətinin müəyyən etdiyi qanunlar qəbul olunması məqsədəuyğun sayılsın. 4.Sessiyada Dağlıq Qarabağ böhranı başlanandan bəri Azərbayca-nın suveren hüquqlarını müdafiə üçün göstərdikləri fəaliyyətə görə məsuliyyətə cəlb olunmuş vətəndaşların işləri üzrə istintaq aparan SSRİ prokurorluğunun xüsusi istintaq qrupunun və yerli inzibati orqanların işini təhqiq edən deputat komissiyası yaradılması və bu komissiyanın işinə içtimayətin1 nümayəndələri cəlb olunması məqsədəuyğun hesab edilir. 5.Bakıda və başqa şəhərlərdə tətbiq olunmuş xüsusi rejim və komendant saatı ləğv olunsun. 6.AXC rəsmi qeydiyyatdan keçirilsin və onun normal fəaliyyəti üçün şərait yaradılsın. 7.Sessiyada Ermənistandan və Qarabağdan olan qaçqınlar məsələsi ilə məşğul olan deputat komissiyası yaradılsın. 8.Əmək kollektivlərinin və həmkarlar ittifaqının qərarı ilə tətil künlərinin orta əmək haqqı ödənilsin. 9.Mitinq və tətil iştirakçılarının təqib olunmasına yol verilməsin. Tətil günləri tutulanlar sessiyayadək azad olunsunlar. 10.Sessiyanın gedişi televiziya ilə birbaşa2 translyasiya edilsin. Bu protokolun mətni sentyabrın 13-də televiziya və radio ilə xalqa çatdırılsın.3 Göstərilən şərtlərə riayət olunduğu təqdirdə tətillər dayandı-rılır. Razılaşdırılmışdır İcrası tapşırılmışdır: V.P.Polyaniçko R.Ə.Əliyev4. 15 sentyabr 1989. 9.47. Camaat Ali Sovet binası qarşısında toplaşıb. Çoxlu qadınlar və kişilər əllərində plakatlar yanbayan düzülüb: “Xalq deputatları! “Dənizneftlayihə” institutunun əməkdaşları sizi haqqa, ədalətə səs verməyə çağırır!”, “Azərbaycan qadınları xalq deputatlarından Vətən yolunda mərdlik gözləyir”, “Azərbaycan SSR deputatları! Sizi xalq ilə birliyə çağırırıq”, “Yalnız respublika təsərrüfat hesabı!”, “Doloy Komitet osoboqo upravleniə!”5, “Azərbaycanın siyasi və iqtisadi suverenliyini qorumaqdan imtina edən deputata ar olsun!” (dörd əldə bu cür plakat var), “Dar gündə xalqa arxa çevirən deputata ar olsun!”, “Xalq deputatları! Xalqın ümidini doğruldun!”, “Deputat partiyaya yox, xalqa xidmət etməlidir!”, “Azərbaycan Ali Sovetinin deputatlarına. Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycan dövlət rəhbərliyindən AXCnin təsdiq edilməsini tələb edin!” (2 yerdə bu şüar; iri şilədə sarı rənglə yazılıb), “Deputat! Azərbaycanın siyasi-iqtisadi suverenliyi bu gün sizdən asılıdır!!!”, “Xalq deputatları! Xalqın səsinə qulaq asın!”, “Deputat! Azərbaycanın tam siyasi və iqtisadi suverenliyinə nail ol!”, “Xalqın deputatı xalqla olmalıdır!”, “Xalqımızın düşməni Volski Qarabağdan rədd olsun!”, “Xalqın mənafeyini qorumayan rəhbər işçilər, rədd olun!”, “Deputat! Azərbaycanın bütün ərazisində respublikanın suveren hüquqlarının tam bərpa edilməsinə nail ol!”, “Deputat! Öz xalqına yiyə dur!”, “Tam siyasi və iqtisadi suverenlik haqqında qanun!”, “Xalqın səsini eşitməyən deputat xalqa lazım deyil!”, “Xalq deputatları! Xalqın səsinə səs verin!”, “Volğskiy! Prekratite vıselətğ azerbaydjanüev iz NKAO!”, “Volğskiy! Von iz NKAO! Ne prostim!”6,“İnsanlara hürriyyət, millətlərə azadlıq!”. Camaat “te-le-vi-zor!” qışqırıb baxmaq üçün televizor qoyulmasını ara-sıra tələb edir. Gəlib dedilər ki, olacaq! AS binasının “Moskva” mehmanxanasının yanındakı girişinin qarşısında dayanan camaatın qabağında hərbi forma geymiş AXC üzvü - “əfqan”lar, onların arxasında isə milislər cərgə ilə dayanmışlar. AXC üzvləri (qollarında üçrəng lent) giriş-çıxışa nəzarət edirlər. Onlar camaatın şikayət kağızlarını toplayıb içəri aparırlar. Meydançanın yuxarı səkisinə, hamının görəcəyi yerə 4 milli bayraq və “Deputatlar! Xalqın səsinə səs verin!” şüarı sancılmışdır.

Akademiya işçiləri xalq arasında çoxdur. Bəziləri deputatlara müraciət yazılmış kağızları boyunlarından asıblar. Xalq Cəbhəsi üzvləri tez-tez meqafonla camaata müraciət edib lazımi şeyləri deyirlər. Respublika rəhbərliyi imzaladığı protokolun 1 bəndini hələlik pozub - protokolun mətni dünən radio və televiziya ilə oxunmadı. Bu gün isə 11-ə 13 dəqiqə işləməsinə baxmayaraq sessiyanın gedişi camaata reproduktorlar vasitəsilə çatdırılır, iclas zalında nə baş verdiyindən xəbərimiz yoxdur; bu isə müqavilənin başqa bəndinin pozulmasıdır. Dünən bütün günü yağış yağıb və bərk soyuq düşüb. Düzdür, bu gün arada gün çıxıb-batır, yağış da yoxdur, ancaq soyuq var. Hətta əlim üşüyür, bu da xəttimə təsir edir. Adamın heç ağlına gəlməz ki, iki gün bundan qabaqkı istidən sonra belə soyuq düşər. Hamı kostyum geyib, hətta plaşlılar da var. Səhər bura gələndə (Söhrab, Möhsün, Paşa və mən) Səhrab dedi ki, Beyləqandan XC üçün təzə bir QAZ-24 “Volqa” göndəriblər (F 13 00 RO nömrəli). (Ağ maşındır, özüm gördüm).7 *** Camaat toplanışında hər cür söhbət gedir. Akademiyanın 3 işçisi öz aralarında danışıb deyir ki, bu gün səhər “Azadlıq” radiosu SSRİ xalq deputatı Mirzə İbrahimovla müsahibəni verib. Ondan soruşublar ki, Azərbaycanda nə var? Deyib ki, pribaltikalılar sakit oturmağa qoymurlar. Təkrar ediblər ki, biz Azərbaycandakı vəziyyəti soruşuruq. Qayıdıb ki, bıy, Azərbaycana nə olub ki? Deyiblər ki, lay-lay, bala, lay-lay... Dünən axşam “Vremya”da Volski ilə müsahibə oldu, bütöv çıxışını bu gün verəcəklər. Rus yəqin ki, bizim gözümüzü almaq üçün bunu məhz sessiyadan bir gün qabaq verib. 10.25. Meydanda hələ adam azdır - 2.000 nəfər olar. Çoxusu Akademiyanın işçisidir. 10.26. Əli plakatlılar yuxarı meydançaya çıxırlar (plakatlar görünsün deyə), onları alqışlayırlar. Onlar çıxıb üzü AS-ə tərəf durur (arxası camaata), şüarları zala göstərirlər. XC üzvləri sessiyaya gələn deputatlara rotaprintdən çıxarılmış müraciət paylayırlar. Elə deputatlar var ki, müraciəti götürmür. 10.32. Televizora baxıb gələn yoldaşlar deyirlər ki, gündəliyə suverenlik haqqında maddə salınmayıb. Yalnız Ayaz Mütəllibovun hesabatı, DQ-da vəziyyət haqqında məsələ olacaq. Bəli, xalqı aldatdılar, özü də həyasızcasına! Aldatmalar silsiləsi davam edir!.. Dünən Əbülfəz bəylə Əlyazmalar İnstitutunda görüşdük. Kəlbəcərdən, Neft daşlarından, başqa yerlərdən XC nümayəndələri gəlmiş-dilər, təzyiqdən şikayət edirdilər. Bəy dedi ki, bizə də təzyiq edirlər. Kim təzyiqə dözsə o, qalib gələcək. Sonra Bəy Qarabağa səfərindən danışdı. Dedi ki, mən vertolyotla Şuşaya düşən kimi XC üzvləri məni əhatəyə aldılar, dedilər ki, Volski səni həbs etməyə əmr verib, əsgərlər də səni tutmaq istəyirlər. Onlar məni bir maşına oturdub aradan çıxarmağa çalışdılar, mən imtina etdim. Dedim ki, qoy görək Volski məni niyə tutub Stepanakertə aparmaq istəyir? Bu vaxt Şuşanın birinci katibi Vaqif Cəfərov gəldi, qucaqlaşıb görüşdük. O, əsgərləri rədd etdi. Volski Polyaniçkoya zəng vurub mənim ora gəldiyimi deyib və həbs edilməmin zəruriliyindən danışıb. Polyaniçko isə deyib ki, o, AXC sədri Əbülfəz deyil, sadəcə Akademiyanın işçisidir, XC üzvüdür. (10.48. Camaat xorla: “No-fəl, rədd ol!”. Meydana çıxan Bakı şəhər DİŞ rəisi Nofəl Kərimova etiraz edirlər). Volski təkid edib ki, yox, bu Əbülfəz elə XC sədridir. Onda Polya-niçko KQB ilə danışıb dəqiqləşdirmək üçün vaxt istəyib. O dəqiqləşdirənə kimi isə mən artıq maşınla Qarabağın kəndlərində idim. Gələn Xalq Cəbhəsi nümayəndələri XC-nin tezliklə təsdiqlənməsini çox vacib sayırdılar. Bəy isə cavab verdi ki, bizim üçün başlıcası respublikanın suverenliyi və XİK-nin ləğvidir. “XC-nin təsdiqinə can atmırıq”. Bu fikir dərin etiraza səbəb olanda Bəy bildirdi ki, XC təsdiq olunan kimi indiki vəzifə başında olan bir çox yaramazlar özlərini ora dürtməyə çalışacaq, ancaq biz istəyirik ki, sıralarımız təmiz olsun. Hələlik isə yaramazlar bizə qoşulmağa qorxurlar. Sonra Bəylə birgə şəkillər çəkdirdik (institutun fotoqrafı Seyfəddin Məmmədvəliyev çəkdi). *** Meydanda dayananlar mübahisə edir. Tətilin qərarlar qəbul edilənədək dayandırılmasının yanlış qərar olduğu haqqında müxtəlif fikirlər söyləyir, dəstə-dəstə kiçik əl radiolarında sessiyanın gedişinə qulaq asırlar. Mənim qulağım ağır eşitdiyi üçün radioda deyiləni eşitməkdən məhrumam.

...Əbülfəz bəy 13-ü günü Vəzirovun yanında olmuş söhbətdən danışarkən deyirdi ki, onunla danışmaq dözülməz idi. Ona görə də uşaqların çoxu - İsa, Nəcəf, Vaqif və b. dözməyib otaqdan çıxdılar. Onlar Vəzirova deyirdilər ki, siz xalqı satırsınız, o da cavab verirdi ki, yox, siz satırsınız. Uşaqlar onunla çox kobud danışmağa məcbur olurdular. Axıra mənimlə Yusif qalmışdı. Biz də çox ağır vəziyyətdə idik. Yaxşı ki, sonadək dözə bildik. 11.06. Əsasən Akademiya işçilərindən ibarət olan izdiham sessiyanın gedişindən xəbərsizdir. Hərdən eşidilən “te-le-vi-zor!” tələbinə hökumət tərəfindən məhəl qoyan yoxdur. 11.13. İki nəfər xarici müxbir camaatın arasında müsahibə götürür. Yuxarıdan isə öz müxbirlərimiz kamera ilə çəkirlər. 11.16. Səslər: “İs-te-fa!”, “is-te-fa!”, “tə-til!”, “tə-til!”, “Volski rədd olsun!”. 11.22. Xalq Cəbhəsi üzvləri kabel və əl televizoru gətirib yuxarı meydançada quraşdırmağa çalışırlar. Radioda isə eşidirik ki, Naxçıvanın I katibi Heydər İsayev danışır. 11.33. Bakı Sovetinin sədri Niyazi Qaraqaşlı danışır, daha doğrusu, oxuyur. Azərbaycanca çox pis oxuyur. Ümumiyyətlə, Baksovetə indiyə-dək ana dilini yaxşı bilən sədr qismət olmayıb. Dil isə milli qeyrətin ilk nişanəsidir. 11.44. Xalq Cəbhəsi uşaqları 2 televizor quraşdırıb, ancaq heç nə eşidilmir. Onlardan biri dedi ki, televiziyanın həyətində üstündə mikrofon olan maşın var, içəridən buraxmırlar. Camaatın bəzisi izdi-hamdan qopdu ki, gedib o maşını gətirək. Hələliksə camaat məlumatsız qalıb. Televizorların qarşısına mikrofonu tutdular ki, bəlkə səsi eşidilsin, bunun da xeyri olmadı. Kimsə qışqırdı: “Yoldaşlar, narahat olmayın, Vəzirov hamam problemini həll edir!”. Milislər bir-iki dəfə Xalq Cəbhəsi üzvlərinə yaxınlaşıb nəsə demək istədilər, onları fitə basdılar, ona görə milis, demək olar ki, XC-nin işinə qarışmır. 11.59. Mirzə İbrahimov yuxarıdan aşağı düşüb camaatın arasından keçdi. Çoxları onu, lap yumşaq desəm, soyuqluqla süzürdü. “Vəzirovun şpiyonu!” və daha kəskin sözlər deyənlər də vardı. Deyirlər ki, Cənubi Azərbaycanda Naxçıvanla sərhəddə dağın üstündə ərəb əlifbasında alovla yazıblar: “Biz sizinləyik!”. Yenə deyirlər ki, Naxçıvanda bir çox hökumət binalarının üstündə milli bayraqlarımız asılıb. İzdiham şəhərdə böyük əks-səda doğurmuş bir hadisəni də müzakirə edir - 13-ündə Moskvadan I proqramla verilmiş, Elçinin ssenarisi əsasında çəkilən (“Toyuğun sağ qalması” əsəri üzrə) filmdə müharibə dövründə azərbaycanlı qadınların fahişəliyindən danışılır. Mən özüm o filmdən ötəri parçalara baxdım. Elçinə çoxlu zəng vurub onu təhqir ediblər. (Belə vaxtlarda camaatın əsəblərinə hər şey təsir edir. Görünür, filmin məhz bu günlərdə göstərilməsi də təsadüfi deyil). 12.10. Rəhim Qazıyev: Bizi addımbaaddım aldadırlar. Dünən televiziyada bəndləri oxuyanda bəzilərini çıxardılar. Dünən söz verdilər ki, bu gün mətbuatda çıxacaq, çıxmadı. İndi on dəqiqə gözləyin, mikrofon gəlməsə ümumbakı tətili olacaq. Xor: “Tə-til!”, “is-te-fa!”. Burada eşitdim ki, 1947-də SSRİ-nin xəritəsi çəkilib (deyəsən, familiyası Mkrtçyan olan bir erməninin redaktorluğu altında), oraya Azərbaycan düşməyib, yerində Gürcüstan və Ermənistandır. 12.17. İclasa fasilə verilib. Camaat “E-ti-bar!” qışqırıb onun gəlməsini tələb edir. Çoxları deyir ki, zavodları dayandırıb bura gətirmək gərəkdir. Bu tələb meqafonla da səsləndi. Xor: “İs-te-fa!”. AS binasının içərisində pəncərə qarşısında çoxlu “deputat” yığışıb camaata tamaşa edir. 12.20. Xor: “Tə-til!”, “tə-til!”. Meqafonlu oğlan: “Bünyad Sərdarov zavodundan kim var gəlsin”. Bir neçə nəfər gəldi. Yəqin onlara tapşıracaqlar ki, zavod fəhlələrini bura gətirsinlər. 12.24. Rəhim Qazıyev: Danışıqlardakı pozğunluqlar haqqında məlumat verirəm. Dünən bizə dedilər ki, camaat bura toplaşmasın. Tətil komitəsi ilə əlaqələr saxlayın, tətilə tam hazır olmalıyıq. İlk xəbərdarlıqla respublika tətilə başlamalıdır. Sessiyanın gündəliyi tam təhrif olundu. Son qələbəyədək tətillə gedəsiyik. 12.27. Bir çoxları izdihamdan ayrılıb zavodları dayandırmaq üçün gedir. 12.29. Səslər: “Sat-qın!”, “sat-qın!” (Ə.Vəzirovu nəzərdə tuturlar). 12.42. Sessiya iclası bərpa olunub. Xalq Cəbhəsi üzvləri dağüstü parkdakı telefonlarla öz müəssisələrinə zəng vurub camaatı bura gətirməyə çağırırlar.

12.44. Söz sessiyada Məmmədov Kamil Seyid oğluna verilir. Üzümçülük problemindən danışır. 12.52. İsa Qəmbərov: - Hörmətli deputatlar! Xanımlar və bəylər! Mən burada Azərbaycan SSR EA-nın baş elmi işçisi kimi deyil (sıravi elmi işçiyəm), AXC nümayəndəsi kimi çıxış edirəm. Siz deputatlara da çıxışıma etiraz etmədiyiniz üçün minnətdaram. Ölkəmiz ağır vəziyyətdədir. SSRİ xalq deputatlarının qurultayının gedişinə baxmısınız. Təəssüf ki, respublikamızda yenidənqurma zəif gedir. Rəhbərlik deputatlardan ayrılıb, rəyasət heyətində əyləşib; bu, zahiri cəhətdir. Yenə rəqəmlərlə işıqlı gələcəyimizdən danışılır, ancaq bu gələcəyi necə təmin etməyin yolları göstərilmir. Biz Xalq Cəbhəsi üzvlərini tənqidçilikdə günahlandırırlar. Respublikada vəziyyət DQ problemləri ilə mürəkkəbləşdirilmişdir. Ermənistan SSR ərazi iddiası edir, daxili işimizə qarışmaqda davam edir. Bunun qarşısı alınmır. Ermənistan SSR-də milli müdafiə hissəsi hazırlanıb. Bunu Ermənistan SSR-in təcavüz və müharibə elan etmək cəhdi adlandırardım. Kasıblıq həddindən aşağı olanların sayına görə Azərbaycan SSRİ-də 1-ci yeri tutur. Vətəndaşlarımızın hüquqları pozulur. Cəlilabad rayonunda I katib Xalq Cəbhəsi üzvünü fiziki təhqir etmişdir. Təkliflər var. Bunlar ölkə rəhbərliyinin təkliflərinə tam uyğundur. Bunlar hər respublikanın öz spesifikasına uyğunlaşdırılmalıdır. Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi yaradılıb. Bu gün sessiyada ən mühüm məsələ DQ-da Azərbaycan SSR-in suverenliyinin bərpasıdır. XİK ləğv edilməlidir. Məhz bu gün, bu sessiyada bəyanat verilməlidir ki, DQ-ın ərazi mənsubiyyətini dəyişmək haqqında İttifaq orqanlarının hər hansı qərar çıxarması qadağan edilir. Ölkədə və dünyada vəziyyət bizim xeyrimizə deyildir. Azərbaycan SSR-in suverenliyi haqqında qanun qəbul edilməlidir. Qanun layihəsi var, biz də iştirak etmişik. Ancaq məlumatımız var ki, o bu gün müzakirə edilməyəcək. Biz elan etməliyik ki, Azərbaycan xalqı bütün sərvətinin tam ağasıdır və buradakı qanunlar əsas götürülməlidir. Respublikanın tam təsərrüfat hesabı layihəsi təminatlar tapmalıdır. Mülkiyyət hüququ yalnız respublikaya məxsusdur. Respublika ərazisində yerləşən bütün müəssisələr Azərbaycan SSR NS tabeliyində və sərəncamında olmalıdır. 13.06. Sədr: - Yoldaş Qəmbərov, sizə neçə dəqiqə lazımdır? - Hələlik 10 dəqiqə. 3) Camaatın kasıb yaşamasının qarşısını almaq üçün qarşılıqlı müqavilələr imzalanmalıdır. 4) ... Bunlar olmasa yenə Azərbaycan öz sərvətləri üzərində hakimliyə malik olmayacaq. Bu gün yəqin ki, Azərbaycan SSR vətəndaşlığı haqqında qanun qəbul etməliyik. 13.08. Sədr: Biz hələ bu məsələləri müzakirə etmirik. İsa bəy: Bugünkü sessiyanın fövqəladə olduğunu nəzərə alıb bütün bu məsələləri müzakirə etməliyik. (İsa bəy sonra rus deputatlara rusca müraciət etdi). Yenidən sizə müraciət edirəm. Bu gün tarixi sessiyadır. Ancaq onun tarixə qızıl hərflərlə, yoxsa qara hərflərlə yazılacağı sizdən asılı olacaq. Bizim sentyabrın 13-ündə bağladığımız müqaviləyə görə biz sessiya-nın işində iştirak etməliyik. Balkonda durmalı yox, işdə iştirak etməliyik. Xahiş edirik ki, bizə çıxışa qoşulmaq, fikrimizi bildirmək üçün imkan verəsiniz. (Bayırda alqışlar). 13.11. Başqa natiqə söz verilir. Təxminən 15-20 dəqiqə qabaq həmişə Azadlıq meydanında işlədilən mikrofon və səsucaldanları gətirib quraşdırıblar. (İsanın çıxışının ortasında). İndi çıxışlar yaxşı eşidilir. 13.40. Hələlik boş-boş danışıqlar gedir. Camaat qulaq asmır. İzdiham seyrəlib - 700-800 nəfər olar. Ancaq uzaqdan gələn dəstələr görünür. Ağ xalatlı şagirdlər də gəlir. 14.02. Artist, deputat Məlik Dadaşov danışır. İşləyən qadınların problemlərinə toxundu. 14.12. Vəzirov onun danışığına müdaxilə etdi. Səsi gələn kimi bayırdakı camaat fitə basdı.

14.18. M.Dadaşov Volskinin törətdiyi fitnəkarlıqlardan danışdı. İqtisadiyyatımıza vurduğu ziyanları dedi: “Bir gilə üzümə də dəymirik?”. - Volskinin özünü məsuliyyətə cəlb etmək lazımdır. Qarabağa ancaq partiya və dövlət rəhbərlik edə bilər. (Alqışlar). 14.21. Ayaz Mütəllibovun çıxışı ətrafında müzakirələr kəsildi. Ayaz özü son söz deməyə başladı. 14.31. A.Mütəllibov: - Möhtərəm İsa Qəmbərovun çıxışı ilə bağlı deyim ki, onun dedikləri ilə əsasən razıyam. Respublikanın tabeliyinə 50% müəssisələr tapşırılıb. Tofiq İsmayılov gözünü Azərbaycan büdcəsinə tiksəydi bu gözəl müəssisəni yarada bilərdi? Elektrik sənayesini öz büdcəmizlə qura bilərdik? Biz gələcəkdə bütün müəssisələri yavaş-yavaş respublika tabeliyinə keçirməliyik. Ancaq pillə-pillə. 14.48. Yaşar [Türkazərin] (XC fəallarından) bayraqdarlığı altında M.Hüseyn küçəsindən bir dəstə gəldi. Onları alqışlarla qarşıladılar. Bu vaxt NS sədrinin I müavini Kamran Hüseynov qərar oxuyur ki, “bürokratlığın kökü kəsilsin, işini öhdəsindən gələ bilməyən işçilərdən azad olunsun...”. Naftalin iyi gələn əttökən çıxışlardan sonra qəbul olunacaq qətnamə də eləcə əttökən idi. Qərar layihəsi yekdilliklə qəbul edilir. Saat 16-yadək fasilə elan edilir. 14.56. Xor: “İs-te-fa!”, “is-tefa!”. Generallar iclas zalından (binadan) çıxırlar, onlar fitə basılır. Başqa deputatları da get-gedə gurlayan “is-te-fa!” çığırtısı qarşılayır. Deputatlar telestudiya tərəfdən çıxırlar. Camaat da bütünlüklə o tərəfə axışır. Çox həyəcanlı vəziyyət yaranır. Mikrofonla hamını yerinə qayıtmağa çağırırlar. Az qala telestudiyanın qarşısına kimi gedən kütlə Pənah Hüseynovun çağırışına qulaq asıb qayıdır. O deyir ki, AXC İdarə Heyətinin üzvləri gəlib danışacaq. 15.01. Rəhim Qazıyev: Beş ildə xalqın pulunu alıb cibinə qoyan deputatları da bura dəvət edirəm, görək xalqa nə deyəcəklər? Bizə verilən vədlərə əməl olunmadı. Ona görə təzyiqi artırıb tələblərimizin yerinə yetməsinə nail olmalıyıq. 15.04. Nemət, Etibar və Becan AS binasından çıxıb mikrofona yanaşırlar. (Alqışlar. “E-tibar!”). 15.05. Etibar: - Hələlik, gördüyünüz kimi, adı fövqəladə olsa da, 1 günlük sessiyanın yarısını NS hesabatının müzakirəsinə veriblər. Mühüm qərarlar qəbul edilməsə biz və tərəfimizdə olan deputatlar tələb edəcəyik ki, sessiya davam etsin. Buna da əməl olunmasa müqaviləni qüvvədən düşmüş hesab edəcəyik. 110 deputat bizim tərəfimizdədir. (“Tə-til!”,“is-te-fa!”). Sentyabrın 13-ündə bağlanmış sazişə əsasən hər məsələ haqqında AXC üzvləri çıxış edəcək. Ancaq səhər dedilər ki, 1 nəfər danışacaq. Bizə yenə söz verməsələr saziş qüvvədən düşür. Sizin buraya yığılmağınızdan başqa məqsədlər üçün istifadə etmək istəyirlər. Xahiş edirik ki, çaxnaşmaya yol verməyin. Milislə xalqı qarşılaşdırmağa yol vermək olmaz. Sizin bura yığışmağınız isə bizim gücümüzü birə min artırır. Çox sağ olun! *** Meydandakı təxminən 2.500-3.000 nəfər bir ağızdan “is-te-fa!” deməyə başlayır. 15.13. Nərimanov prospekti ilə gələn böyük bir dəstə alqışlanır. 15.14. Kimsə: Yuxarıda əyləşən deputatlar! Bura yığışan xalqa kinayə ilə baxıb gülməyin. Heç olmasa bu gündə xalqın dardinə yanın... (Volodarski adına fabrikin işçiləri alqışlar altında gəlib çatır). 15.16. Zərdüşt Əlizadə: Sessiya haqqında mətbuata məlumat verilib ki, suverenlik haqqında qərar xalq müzakirəsinə verilib. Biz öz tələbləri-mizdən bir addım da geri çəkilsək hüquqlarımızdan məhrum olacağıq. (Sonra Zərdüşt meqafonu AS binasına tuşlayıb deputatları xalqla birləşməyə çağırır. Səsi çox pis eşidilir. Deputatlar II mərtəbədən pəncərə arxasından dinləyirlər. Zərdüşt isə çox alovlu danışır). 15.44. Şmidt zavodunun fəhlələri “is-te-fa!” qışqıra-qışqıra gəlib yetişirlər.

Leyla Yunusova (AXC üzvü) çıxış edib deyir ki, deputat qadınlara müraciət etmişik, onlar bizimlədir. Hamısına biz öz qərar layihəmizi vermişik. Baxırlar. (L.Yunusova Azərbaycan dilində çox pis danışır). 16.04. Televiziya və Radio Verilişləri Komitəsinə gedən yolu milis cərgəsi gəsib. Dedilər ki, Yusif Səmədoğlu da meqafonla binanın içərisində deputatlara müraciət edib. Bayıra mikrofon, reproduktor qoyulmasına şəxsən Vəzirovun özü etiraz edibmiş. 16.07. Birisi mikrofonla: Etibar xəbər göndərib ki, Polyaniçko AXC-nin bütün üzvlərinə söz veriləcəyinə boyun olub. 16.08. Radioda diktor iclasın 1 neçə dəqiqədən sonra başlanacağını dedi. (Səsucaldanlar radioya qoşulub). Yerdəcə lətifələr yaranır. 1-inci: Camaat “is-te-fa!” qışqıranda bir deputat Vəzirova yanaşıb deyir ki, tov. Vizirov, vidite, tolpa kakaə razumnaə; kriçit - “is-teh-sal!”, “is-teh-sal!”, to estğ “proizvodstvo”. 16.12. İclas açılır. DQ məsələsi müzakirə olunur. Naim Fətəliyev (AS sədrinin müavini) məruzə edir. Tək-tük qeydlər: Daxili və xarici qüvvələrin təsiri ilə DQ-da vəziyyət getdikcə gərginləşdirilir. Millətlərarası toqquşmalar daha təhlükəli olur. DQ-da azərbaycanlı əhalinin hüquqları tapdalanır. Bu hərəkat genişləndikcə azərbaycanlılar əleyhinə hərəkata çevrilmişdir. Nöqsanlar şişirdilir, köhnə incikliklər yenidən yada salınır. Azərbaycan xalqına qarşı nifrət ideologiyası təbliğ olunub. Moskvada Azərbaycan əleyhinə iş aparmaq üçün xalqımıza qarşı ideoloji təxribat üzrə ixtisaslaşan hazırlıqlı dəstələr göndərilirdi. (Çox yaxşı sözlər deyir, ancaq çox təəssüf ki, 2 il gecikmiş sözlərdir. Bu fikirlərin deyilməli olduğu vaxtda isə səsini çıxaran azərbaycanlıların ağzına daş basırdılar. Basanlardan biri elə bu Fətəli-yev yoldaşın özü idi). (Artıq meydanda 20 minə yaxın adam toplaşıb). 73 nəfər respublikamızda həlak olub. 1988-in noyabr-dekabr aylarında 23 nəfər ölüb. Ümumiyyətlə, indiyədək DQ hadisələri ətrafında 60-dan çox azərbaycanlı ölüb. Sumqayıta genosid qiyməti verməyə çalışanlar bu ölənlər haqqında təəssüflərini bildirməmişlər. 17.02. N.Fətəliyev XİK-nin “möhkəmləndirilməsi” zərurətindən danışanda fit ucaldı. 17.08. N.F.: “Tətillər fonunda respublikada kriminogen vəziyyət pisləşir. Cinayətlər artır”... (Fit, “tə-til!”, “is-te-fa!”). 17.11-də qurtardı. Düz bir saat danışdı. Görünür, vaxt qazanmaq istəyirlər. 17.12. Nəbi Xəzri: Bəsdir başımızın altına yastıq qoydunuz. XİK ləğv edilməlidir. 17.13. Bəxtiyar Vahabzadə: - Mən bilmirəm yoldaş Fətəliyev bizi hara aparır? Nə qədər bizi aldatmaq olar? Yoldaş Mütəllibov da mənim suallarıma cavab vermədi. Mütəllibova və Qafarovaya verdiyim sualları oxuyuram: Hərbi vəziyyətin ləğvi haqqında. Niyə XİK-də respublika hökumət orqanları iştirak etmir? Möhkəm-ləndirək Volskini bir az da. Dünən “Vremya”da baxdınız. Volski dedi ki, Qarabağ Azərbaycanla Ermənistan arasında almadır. Qarabağ nə vaxtdan şərikli olub? Niyə onun siyasi iddialarına cavab verilmir? 3) SSRİ DİN qoşunlarının DQ-da açıq-aşkar tərəfkeşliyini nə ilə izah edirsiniz? 4) Müəssisələrin başqa respublikalara verilməsinə nə deyirsiniz? 5) ...... 6) Niyə Azərbaycana qarşı millətçilik hərəkatı, Ermənistan SSR Quqark rayonunun Şirazlı kəndində 12 azərbaycanlının öldürülüb başının kəsilməsi haqqında məlumat verilməyib, ona siyasi qiymət verilməyib? Bunlar suallardır. İndi çıxışa keçirəm. Mən Xalq Cəbhəsinin təsdiqi münasibətilə xalqı təbrik edirəm (?). Mən hamını Vətən naminə eyni hədəfə vurmağa çağırıram. Bizdə yaşayan rus, ləzgi, yəhudi, talış xalqlarına minnətdaram. Səsimizə səs verdilər. Mən onu bilirəm ki, xalqımızı başqa xalqları da sevdiyinə görə sevirəm. Azərbaycan xalqının təbiətində başqa xalqları alçaltmaq yoxdur. Erməni ziyalıları AS-in növbədənkənar sessiyasını

çağırıb Azərbaycanda-kı erməniləri qorumağa çağırırlar. Ağılları özlərinə getməsin. Bizim davamız milli dava deyil, torpaqlarımızı müdafiə edirik. (Alqışlar). Mənə iki teleqram gəlib, 2-si də ermənidən (Vəzirov verib). Tələb edirlər ki, DQ-ın suverenliyi uğrunda mübarizəni davam etdirin. 70 ildə heç bir xalqa “gözün üstə qaşın var” deməmişik. Bəs niyə Moskva onlara demədi ki, azərbaycanlıların Ermənistandan köçməsinə qiymət vermirsiniz? Nə vaxtadək biz mərkəzin, mətbuatın haqsızlığına susacağıq? Azər-baycanlılar şəxsiyyətə pərəstiş illərində ən çox irticaya, təqibə məruz qalan millətdir, 30-uncu illərdə 80 min azərbaycanlını Cənuba köçürüb fəhlə sinfimizə zərbə vurdular. Yenidənqurmanın 4-üncü ilində 165 min azərbaycanlı öz torpaqlarını tərk etdi. İndi onları öz torpaqlarında sıxışdırırlar. Məqsəd DQ-ı Azərbaycandan almaqdır. Respublika öz torpağında öz suverenliyini necə bərpa edə bilər? Platformada isə bu hüquq mərkəzə verilir, bunu öz deputatımız Cahangir Kərimov deyir. Türk xalqlarına hücum təsadüfi deyil. Pambığı götürək. Pambığın 12 faizi respublikada istehsal edilir, qalanı su qiymətinə satılır. Şərabda 3 milyard manat itiririk. Biz yunumuzu istehsal edib Ermənistana verməliyik ki, pul qazansınlar? 400 min işçimiz var. Bizim milli gəlirimiz Ermənistandan 2 dəfə, əhalimiz 2 dəfə çoxdur. Bəs dövlət büdcəmiz? Həm Ermənistandan, həm Gürcüstandan azdır. Nefti biz neçəyə satırıq? 64 manata. Dünya bazarında isə tonu 140 dollardır. Sözümün sonunda 1917-də “Açıq söz” qəzetində Əmər Faiqin yazısından bir parça gətirmək istəyirəm. O deyir ki, biz özümüzün təhlükədə olduğunu düşünmürük. Dostun xəncəri ilə yaralanmaq və bu yaranı duymamaq bizdə milli cəhətə keçmişdir. Bəsdir, əzizlərim! 17.35. Alqışlar qopur. 17.36. Səkinə Əliyeva (Naxçıvan MSSR AS sədri): Erməni ekstremizmi Qarabağa, Naxçıvana da göz dikmişdir. Kərki kəndini Naxçıvandan təcrid etmək, Naxçıvana dəmir yolunu və avtomobil yolunu kəsmək istəyirlər. XİK özünü doğrultmadığı üçün ləğv olunsun, rəhbərlik Azərbaycandan olsun. DQMV-də üzdəniraq qurultay çağırılıb, “milli şura” yaradılıb, onun rəyasət heyəti seçilib. DQ-da pis vəziyyətdə olan Azərbaycan kəndlərinin məskunlaşdırıl-ması üçün respublika NS yardımı artırsın... 17.51. Ağdamın I katibi Aydın Quluyev: Komitənin işi dayandırıl-sın. Onların əməllərini öyrənən deputat komissiyası yaradılmalıdır. Vilayətin muxtar, ya qeyri-muxtar olmasının əhəmiyyəti yoxdur. Qarabağın bütün rayonları DQ-la birləşmək istəyirlər. 18.03. Kimsə: ... 18.08. Mirzə İbrahimov (adı gələndə bayırda fit): B.Vahabzadənin, Səkinə xanımın çıxışını eşidəndə elə bildim ki, cəbhədəyəm, ön cəbhədə. Bu, erməni ekstremistlərinin keçən əsrdən gələn əməllərinin davamıdır. Biz ermənilərlə dil tapa bilmərik. Onlar bizimlə danışmaq istəyirlərsə öz aralarından daşnakları qovmalıdırlar. Ermənistandan gələnlər DQ-da yerləşdirilməlidir. (Alqışlar). Biz çox həyasız, çox qaniçən adamlarla əlaqədəyik. (Deyəsən, bir neçə saat bundan qabaq xalqın göstərdiyi münasibət onu dəyişdirib). Daşnakizmlə kommunistlik bir araya sığmır. Azərbaycan Xalq Cəmiyyətində8 çox istedadlı oğlanlar var. 18.20. 20 dəqiqəlik fasilə. 18.23. Xor: “İs-te-fa!”. Hamı yumruqları qaldırır, üzünü AS binasına tərəf çevirir. Xor: “Tə-til!”. 18.24. Xalqın səsini mikrofona caladılar. İndi “istefa” çağırışı daha əzəmətlə eşidilir. AXC üzvlərindən kimsə üzünü binaya tutub meqafonla deputatlara müraciət edir. Xalqın səsinə səs verməyə, xalqın iradəsi əleyhinə getməməyə çağırır. Hamı yumruqları yuxarı tutub sakitcə dinləyir. Qadın deputatlara müraciət edib dedilər ki, siz qabağa düşün, kişiləri də öz arxanızca aparın. (Danışanlardan biri Tağı Xalibəyli idi).

Müraciətçilər tez-tez dəyişir. Beləliklə, 20 dəqiqəlik fasilə bayırdan içəriyə psixi təsir müddəti oldu. Deputatlar iclas zalının pəncərələri önündə toplaşıb qulaq asırlar. Əksəriyyəti qadınlardır. 18.39. Məmməd Aslanla görüşdük. Dedim ki, bu günümüz üçün bədahətən iki misra şer deyə bilərsənmi? Dedi: “Gözlərimə bax, yaz. Hamı dözə bilir, mən yox”. Onun gözlərində dərin kədər və təşviş vardı. 18.41. “İs-te-fa!” səsləri ucalır. 18.56. Bir yoldaşa “Feniks” siqaretini qırdırıb tapdalatdılar ki, bolqar siqaretidir. Başqa yoldaş isə dedi ki, mən bolqar köynəyimi əski yerinə döşəmə silməkdə işlədirəm. 18.57. İclas başlandı. Kojevnikova danışır: XİK-nin rəhbərliyi respublikadan olsun. 19.05. Ağcabədinin I katibi Aydın Əliyev. (Dedilər ki, Etibar Məmmədov hazırlaşsın. Bu sözü eşidən kimi qıraqda oturanlar da irəli qaçdı. Onun adı camaatı çox ruhlandırdı. Səhərdən gələnlər yorulmuşlar ayaq üstə durmaqdan. Səkilərin üstündə oturmuşlar). - Ermənistan gerbi olan attestatlar azərbaycanlı uşaqlara da verilir. Qoyunlarımızı erməni ekstremistləri əsgərlərin gözü qarşısında aparıblar. Volski SSRİ xalq deputatlıqından geri çağırılsın. (Sürəkli alqışlar - zalda). DQMV ləğv edilsin, onun rayonları birbaşa Azərbaycana tabe edilsin. Bu gün Şaumyan (kənd) rayonu iqtisadi cəhətdən özünü doğrultmur. O, ləğv edilməlidir. (Alqışlar). (AXC-yə ünvansız olaraq ittihamlara başladı. Bayırda fit, etiraz). 19.18. Etibar Məmmədov: - Hörmətli deputatlar, hörmətli sədr. Mən də İsa Qəmbərov kimi nəzərinizə çatdırım ki, ADUnu yox, AXC-ni təmsil edirəm. Biz diqqətlə qulaq asdıq. Yenə belə təsəvvür yaranır ki, heç bir konstruktiv təklif yoxdur. Mənim çıxışım da deputat Fətəliyevin çıxışı kimi konfliktin yaranma səbəbləri və aradan qaldırılma yollarına həsr olunub. AXC-nin rəyidir. Bilməliyik ki, müharibə vəziyyətindəyik. Buna başlamazdan qabaq erməni millətçiləri dünyanın diqqətini cəlb edib ictimai rəy yaratdılar. Yenidənqurmanın tərəfdarları və əleyhdarları var. SSRİ-nin müxtə-lif yerlərində eyni ssenari üzrə münaqişələr yaradılır, qan axıdılır. Erməni lobbisinin əməyi var rəy yaratmaqda. Bizim rəhbərliyi də narahat edən o idi ki, Pribaltikada niyə erməni-pərəstlər çox idi? Onlar, rusca desək, presedent qazanmaq, vilayətin respublikadan çıxması timsalında SSRİ-dən çıxmağa özül yaratmaq istəyirdilər. Respublika rəhbərliyi də zəiflik göstərdi. Boynuna aldı ki, Dağlıq Qarabağda vəziyyət iqtisadi baxımdan pisdir. Boyunlarına aldılar ki, vəziyyəti düzəldərik. Bu, ilk səhv idi. (Vəzirov: “Və imkan verdilər ki, ermənilər daxili işlərimizə qarışsın”. Vəzirov sonra: “Bilirsiniz yoldaş Liqaçov ermənilərə nə dedi?”). Etibar: - Təəssüf ki, yoldaş Liqaçovun səsini Azərbaycan xalqı eşitmədi. (gülüşmə). Siz deputatlar keçən il qəti şəkildə demədiniz ki, Ermənistanın tələbi rədd edilir. Yoldaş Vəzirov da keçən partiya yığıncağında səhvə yol verib “Ermənistanla yanaşı bizim də günahımız var” dedi. Konstitusiyaya əlavələr haqqında qanun da səhv idi. Tatlıyev Azərbaycan xalqı adından dedi ki, bunu biz bəyənirik. Həmin qanuna əsasən 12 yanvarda XİK yaradıldı. 14 yanvarda isə bizim AS buna icazə verdi. Növbəti güzəşt 6 may SSRİ NS qərarıdır. 22 mayda bizim NS təsdiq etdi ki, müəssisələr başqa respublikalara verilir. Sonuncu səhv deputatların qurultayında oldu... Bu da səhv idi. Demək lazım idi ki, bu iş respublikanın şəxsi işidir. Volski hesabat verməliydi. Vəzirov: - Sən bilməyən şeylər var. Etibar: - Aşkarlıqdırsa siz biləni xalq da bilməlidir. (Alqışlar). Deyirlər ki, bir dəli quyuya daş atdı, yüz ağıllı onu çıxara bilmədi. Elə ola bilər ki, XİK-ni ləğv edəsiniz, SSRİ AS onu rədd edə bilər. Gərək bu gün siz bəyanat verəsiniz ki, DQMV ləğv edilir, onun məsələsini heç bir orqan həll edə bilməz.

Qanunun da qəbulundan sonra Azərbaycan SSR Konstitusiyasında da dəyişikliklər edilə bilər. Orada yazılmalıdır ki, SSRİ qanunları Azərbaycan AS tərəfindən təsdiq ediləndən sonra qüvvəyə minir. Bəs XİK-ni ləğv edəndən sonra hansı idarə forması yaratmalı? Azərbaycan SSR xüsusi idarə forması yarada bilər. Belə qanun qəbul edilsə Azərbaycan DQ-da hərbi vəziyyət elan edə bilər. 2-ci çıxış yolu nədədir? Bütün sərhədlər bağlanmalı və Ermənistan-la bütün iqtisadi əlaqələr kəsilməlidir. AXC Ermənistanı iqtisadi blokadaya alıb. Ermənistan SSR Azərbaycandan rəsmi şəkildə üzr istəyib ərazi iddialarından əl çəkdiyini bildirməyincə bu blokadanı davam etdirəcəyik. (Alqışlar). Siz deputatlar dediyim qanunları qəbul etsəniz Azərbaycan xalqına böyük xidmət göstərmiş olarsınız. Əgər göstərməsiniz nə tarix sizi bağışlayar, nə də xalq. 19.43. Qurban Xəlilov danışmağa başladı. (Etibarın çıxışı boyu tükünü belə tərpətməyib onu diqqətlə dinləyən kütlə sanki birdən yuxudan oyanıb hərəkətə başladı. Qurban Xəlilovu çıxışını dinləyənlər az idi. Hamı Etibarın çıxışını müzakirə edir, “gördün oğulları?”, “Etibar dağıdıbtökdü” deyirdi). AXC-nin irəli sürdüyü təklifləri təkrar etməyə başladı. AXC-nin rəsmi qeydə alınmasını xahiş etdi. 19.57. Anar: - Azərbaycan xalqı son əsrdə ən məsul dövrünü yaşayır. Bügünkü toplantımız xalqın taleyini həll edə bilən məclisə çevrilə bilər. Bunu bu gün etmək lazımdır ki, sabah gec ola bilər. Razılaşdırılmış birgə bəyanat xalqın tarixində rol oynaya bilər. Xalqın mənəvi parçalanması onun ərazicə parçalanmasından daha dəhşətlidir. “Güclü respublika - güclü mərkəz” ifadəsi işlədirlər. Mən bunu güclülər ittifaqı kimi görmək istərdim. Ancaq əraziyə qəsd olunursa bundan necə danışmaq olar? (Platformanın məlum maddəsini tənqid etdi). Suverenlik konstitusiyanın maddəsi kimi kağız üzərindəki anlayış və aldanış olmamalıdır. “Yaşasın müstəqil Azərbaycan respublikası” şüarı Leninə məxsusdur, onun uğrunda Nərimanov çalışıb. ...Pambıq planları Stalin siyasətinin, durğunluq dövrünün davamıdırsa əsl suverenlikdən necə danışmaq olar? Xalq Təsərrüfatı İnstitutunun ləğv edilib başqa respublikaların ixtiyarına verilməsi suverenliyə xələldir. (Vəzirov dedi ki, institutu Azərbaycanda bərpa edəcəyik. Bunun suverenliyə dəxli yoxdur. Anar: - Suverenlik o mənada ki, adamlar cəzalandırılmalı idi, institut yox). Əlifbamız iki dəfə dəyişdirilib. “Novruz” sözünün özü qadağan edilib, Gəncənin adı neçə dəfə dəyişdirilib. O illərdə simfoniyanı qəbul edə bilməyən xalq səhərdən axşama Bramsın simfoniyasını dinləyəndə də unutmurdu ki, bu gün Novruz bayramıdır. Azərbaycan yeganə respublikadır ki, ərazi iddialarını rədd etmək üçün ona 2 il vaxt lazım olub. Ən azı 165 min azərbaycanlının yer-yurdundan qovulmasına siyasi qiymət verilməlidir. Qərəzli informasiya mərkəzi mətbuata yol tapır, bizim etirazlarımız isə heç cür qəbul olunmur: Qatığın qara deyil, ağ olduğunu demək vaxtı çatıb. İlk bəhanə olan hansı diskriminasiyadan danışmaq olar? Əksinə, azərbaycanlılar itaətə alınıb, əzilib. İkinci iddiaları odur ki, bir xalq başqasının itaətində yaşaya bilməz. Deməli, başqa respublikalarda yaşayan ruslar da itaət altındadır? Müharibədən qabaq Ermənistanda 40 faizdən artıq azərbaycanlı vardı, indi isə 1 nəfər də qalmayıb. Ədalətdən danışan dünya ictimaiyyəti bu faktları niyə demir? Komitə yaranandan sonra Stepanakertdən 12.000 azərbaycanlı çıxarılıb. XİK işə başlayandan sonra 6 azərbaycanlı, 1 erməni ölüb. Budurmu sakitlik? Xocalıda tikinti getmir. Başqa kəndlərdə vəziyyət pisdir. Gələcəkdə Xocalı rayonu yaradılmalıdır. Kərkicahan da qəsəbə olmalıdır. Bu parlaman əsl xalq yığıncağıdırsa bu komitə ləğv edilməlidir. Səsimizin eşidilməməsindən ruhdan düşməməliyik.

Xalq deyib: “Daş olsaydım ərirdim, torpaq idim, dayandım”. Elə hərəkət etməliyik ki, torpağın altına ləyaqətlə gedək. 20.21. Şahsuvar Yəhyayev (Qubadlının I katibi). (Vəli Nəbiyev məni görüb dedi ki, bu Şahsuvar büronun qərarına salıb ki, AXC adını çəkən hər kəsi işdən çıxarıb həbs edin. İndi isə qəhrəmanlıqdan danışır). O, Ermənistandan gələn maşınların qarşısını aldığını dedi. Halbuki, deyilənə görə, o özü maşınların qabağına düşüb (Ermənistandan Qarabağa gedən) ötürüb. Qubadlı camatından onun haqqında xoşagəlməz sözləri çox eşitmişəm. İndi isə qışqıra-qışqıra Qarabağı verməyəcəyimizdən danışır. Elə bil ki, öz bürosunda kolxozçuların üstünə qışqırır. Danışığı da çobansayağıdır. Bayırdakı camaat onu fitə basır. 20.29. İsmayıl Şıxlı: -Deputat yoldaşlar! Yorulmuşuq. (Vəzirov: - Hələ təzə başlamışıq). Qarşımızda duran vəzifələr çoxdur, onlardan bir-ikisi üzərində dayanmaq istərdim. Birincisi respublikanın iqtisadi və siyasi müstəqilliyidir. Mərkəzin dediklərinə kor-koranə qul olub 1,5 milyard ton neft, 126 milyard kubmetr qaz vermişik. Neftin tonunu da 3 manata satarlarmı? Dəniz nefti 3 manata satılır, “Borjomi” suyu isə 40 manata. Daşkəsən filizi Rustaviyə göndərilir. Sərvətlərimiz istismar ediləndə texniki qayda-qanuna fikir verilməyib. İndi də Tovuzda, Qazaxda göllər tikdirmək istəyirlər. Dneprin başına gələn bizim də başımıza gələcək. Kürü elə mamır basacaq ki, bu mamıra atom şüası da təsir etməyəcək. Ermənistan AES-i dayandırılıb. Razdan da dayanıb. Moskvada qərar çıxarıblar ki (hamısı erməni, içində bircə Sidorenko), Mingəçevirin 9-uncu bloku işə salınsın, Ermənistana elektrik versin. İndi Qazaxda stansiya tikirlər. Azərbaycan Demokratik Respublikası bizə 114 min kv. km torpaq verib, indi 86,6 min kv. km qalıb. Sədərəkdən, Gədəbəydən, Tovuzdan, Qazaxdan alınan torpaqlar geri qaytarılsın. (Sürəkli alqışlar). 9-uncu blok dayandırılmalıdır. (Vəzirov: - Bütün layihələr yenidən gözdən keçirilməlidir. Xalq özü hər şeyi həll etməlidir. Heç kəs indiyədək bu zalda əleyhinə danışmayıb). (Fitə basılır). İ.Şıxlı: - Buna aşkarlıq imkan yaradıb. Azərbaycan zəngin torpaqdır. Biz özümüzü təmin edə bilərik. Torpağımız özümüzün olmalıdır. Nə əkib nə biçəcəyimizi özümüz bilməli-yik. Müslüm Məmmədov dedi ki, çox şeyi kənardan gətiririk. Soruşuram - bizi bu kökə kim salıb? Torpağımız bizi taxılla təmin edə bilərsə niyə Mərkəzin boynuna yük olaq və o, xaricdən qızılla taxıl alsın? Niyə lazım oldu-olmadı üzüm əkək? Cəlilabad Azərbaycanın Ukraynası idi taxıl baxımından. Nə əkəcəyiksə yenidən dəqiqləşdirməliyik. N.Nərimanovun indiyədək çap üzü görməyən bir məktubundan parça götürmüşəm: “Azərbaycanda müstəqil sovet respublikası yaradılsın”. O respublika uğrunda mübarizə aparmalıyıq. Mikoyan, Orconikidze, Mirzoyan kimiləri bu müstəqilliyi pozdular. Ovaxtkı səhvin nəticəsini indi görürük. Nefti sata bilsək öz vəziyyətimizi düzəldərik. (Vəzirov: - Xozraşşo-ta9 keçirik). Kabinetlərə çəkilib xəlvəti layihələr çəkməsinlər. Yeraltı və yerüstü sərvətləri əldə etməliyik. İkinci məsələ milli məsələdir. Sovet İttifaqında milli məsələ faciəli hal alıb. Onlar bir-birinə elə oxşayır ki, onların eyni mərkəzdən törədildiyinə şübhə etmirsən. Kimdir müqəssir? Mən deyirəm: Sov. İKP MK Siyasi Bürosu, onun baş katibi M.S.Qorbaçov. Belə olmasaydı türklər, taciklər, azərbaycanlılar yurdundan didərgin düşməz, Ermənista-nın dərdi isə ümumdünya dərdinə çevrilməzdi. Dağlıq Qarabağ məsələsini konstitusiya əsasında özümüz həll etməliyik. N.Nərimanov yazıb: “Dağlıq Qarabağ Mirzoyanın güclü təzyiqi ilə yaradılıb”. Dağlıq Qarabağ yaranana qədər Azərbaycan və Ermənistan əhalisi dinc yaşayırdı. Sov. İKP MK, Siyasi Büro, Qorbaçov istəsəydilər ilk vaxtda buna əlac edə bilərdilər, etmədilər.

Tələblər: 1) Dağlıq Qarabağ XİK ləğv edilsin, Volski Qarabağdan deputatlıqdan geri çağırılsın. 4) Qarabağda Şura hökuməti, Kommunist Partiyası bərpa edilsin. Azərbaycan hökumətinin qərarları çox qorxaqdır. Balaca bir rayon respublikaya meydan oxuyur (Şaumyan rayonu). Millətçi kimi tanınan İK sədri I katib qoyuldu. Poğosyandan sonra dərs olmadı? Təklifim: Şaumyan rayonu ləğv edilsin, kəndlər Qasım İsmayılov10 və Xanlar rayonlarına paylansın. (Yerdən: Adı “Gülüstan” qoyulsun). Mirzə müəllimlə mübahisələrimiz çox olub. Bizi səbrə çağıranda əsəbiləşməməliyik. İndi isə o da deyir ki, bıçaq sümüyə dayanıb. Cinayətkar Manuçarov həbsdə ola-ola deputat seçilir. Bu, möcüzə deyilmi? Gəlin bir olaq. Vallah, bir parça çörək hər yanda tapılacaq. Vəzifəyə, kresloya uymayaq. Gələcək nəsillər daha ayıq olacaq. (Alqışlar). 21.00. Kamran Rəhimov. 21.04. Çıxışçının səsini səsucaldanda kəsib meqafonla dedilər ki, dağılışmayın, axırda qətnaməmiz oxunacaq. K.Rəhimov: Dağlıq Qarabağ ya ləğv edilməlidir, ya da başqa rayonlar ona birləşdirilməlidir. XİK ləğv edilməlidir. Ermənistanda ölən azərbaycanlıların Bakıda xatirə abidəsi açılmalıdır. Sumqayıt ciyanətinin əsl səbəbləri niyə açılmır? Prokurorluq niyə işləmir? Ermənistan yenə də Azərbaycanın daxili işlərinə qarışmaqda davam edir. Təkcə bizim əsrdə azərbaycanlılar Ermənistandan 4 dəfə qovulub. Genosid hansıdır? (Vəzirov: - Nelğzə opravdatğ ni gto, ni druqoe11). Sumqayıt hadisələrini kənardan gələnlər törətmişlər. “Qarabağ” komitəsi ilə yanaşı “Naxçıvan” komitəsi də yaradıblar. 21.17. 15 dəqiqəlik fasilə. 21.22. Deputatlara meqafonla müraciət başlandı. Hamı arxaya çəkilib yolu (Nərimanov prospektini) tam tutdu. Əllər, yumruqlar yuxarı qalxdı. Meqafondakı Elman [Türkoğlu]: Etibar bəyin çıxışından sonra zalda xalqın istəyinə uyğun danışmağa başlamısınız. Sizdən razıyıq. Etibar bəyi tam müdafiə edin. İsmayıl Şıxlını müdafiə edin. Bugünün işini sabaha qoymamağı tövsiyə edirik. Qanun layihələri qəbul olunmasa qırğının məsuliyyəti sizin üzərinizə düşəcək. Bəxtiyar bəyin deputat suallarına hökumət başçısı Ayaz Mütəllibov kişi kimi cavab versin. Burada dayananlar AXC üzvləridir. Etibar bəyin çıxışından sonrakı yaranmış işgüzar şərait üçün siz minnətdarıq. Sizə məsul işinizdə uğurlar arzulayırıq. 21.30. Məşədi Vaqif: Kişilik naminə, həqiqət naminə, torpaq naminə iş görək. Əgər qan tökülməsə sizə də eşq olsun, bizə də eşq olsun! Var olsun birliyimiz! (Sürəkli, lap sürəkli alqışlar). 21.32. Səfər Alışarlı: Siz günortadan sonra fəallaşdınız. Əminik ki, o biri məsələlərdə də fəal olacaqsınız. Ancaq suverenlik haqqında qanun qəbul etməsəniz burada dedikləriniz söz olaraq qalacaq. Komendant saatının ləğv olunmaması bizə milli təhqir sayılır. Qorbaçov bunu gürcü xalqı üçün təhqir saydı. Bəs biz niyə dözürük? Təqib olunan vətənpərvərlər azad olunmalıdır. MK ilə bağlanmış sazişdə deyilirdi ki, onlar sessiya gününədək azad edilməlidirlər, ancaq bunu görmədik. Siyaməkə nə olduğunu hələ bilmirik. Sizə uğurlar! Pilləkanda gözləyirik. 21.49. Sessiya bərpa olunur. Bayram Bayramov: Bircə xalqımın inciməyindən qorxuram. Bu incikliyi qəbrəcən apararam. Qaraqaşlının çıxışını dinləyəndən sonra Bakıya da yazığım gəldi, Qaraqaşlıya da. Bakıya baxa bilməyən Şuşaya necə baxa bilər? (Yorulanlar artıq topa-topa yerdə oturub. Camaat əldən düşsə də getmək istəmir). Komitəmizin12 qəzeti olacaq. Bizlə qonşuluq etmək istəyən erməni xalqına yenə öz əlimizi uzadacağıq. (Fit).

Volski bizi aldatdı. İndi bizə rayonlardan məktublar gəlir ki, kömək edin, onu geri çağıraq. 22.18. Gennadi Qluşkov (“Bakraboçi”nin redaktoru). (Vəzirov, deyəsən, Nemətə deyir ki, sən çox danışmısan, otur. Demokratiyanı gözləmək gərəkdir). (Fit). MK hadisələrə siyasi qiymət vermədi. Sidorov (XİK üzvü) demişdi ki, bu il Qarabağ məktəblərinə Ermənistan SSR-in attestatları veriləcək. Halbuki o, əvvəlcə demişdi ki, Azərbaycan əhalisinin mənafeyi nəzərə alınacaq. 22.22. Nemət: Sualım var. Vəzirov:- Poka sestğ.13 22.23. Vaqif Əmrahov (deputat, fəhlə): Niyə bizə çıxış verilmir? Niyə sualıma cavab verilmir? Mən özümü AS tərəfdən təhqir olunmuş sayıram. 22.24. Sədr səsə qoyub çıxışları kəsir. 22.24. Vəzirov məlumat üçün çıxış edir. Kiməsə deyir: - Poçemu ne xoçeşğ, çtobı qovoril Vizirov?14 (Bayırda bərk fit, qışqırıq). Vəzirov azərbaycanca danışır: Burada dedilər ki, sessiya tarixidir. Azərbaycan AS-nin heç vaxt belə sessiyası olmayıb. Mirzə müəllim AS sədri olan vaxt 1 ay qabaqdan məruzə hazır olmalı idi. İndi bəyannamə layihəsi verək deputatlara, onlar tanış olsunlar, 5-6 günlük fasilə edək, ona kimi başqa məsələləri də müzakirə edərik. 22.28. Bayırda bütün kütlə sıx birləşib böyük coşğunluqla kəsilməz “is-te-fa” qışqırıb yumruqlarını düyünləyir. “İs-te-fa” səsi AS binasına deyib gur uğultu ilə əks-səda verir. “İs-te-fa” qurtaranda qulaqbatırıcı fit. Ondan sonra isə “tə-til!” sədaları. Xalq çox bərk qəzəbləib. 22.32. Mikrofonla: Ayın 23-ünədək fasilə edirlər, məlum məsələdir. Biz son qərarı hələ qəbul etməmişik. İdarə Heyətinin15 qərarını gözləyək. (Vəzirovun nə danışıb-danışmadığı bilinmədi. Səsucaldan da susub). 22.35. “İs-te-fa!” yenə canlanır. 22.36. “Bam-bı-lı!”. 22.36. Vəzirov: Birlik lazımdır. (Bayırda fit, uğultu). Yanıma gələnlər hamısı deyir ki, bax, bu, pis adamdır, bu, pis adamdır. Havağacan deyəcəyik ki, bu haralıdır? Gəlin oturaq, yol axtaraq. (Səs-küy). Gecə-gündüz xalq üçün işləmək lazımdır. (Səs-küy). Yol verin gənclərə, qoy kitabları buraxılsın. (Bayırda: “Rədd ol!”, “rədd ol!”). Mən 10 günün ərzində 5 dəfə Moskvada oldum. Bu 15 ay ərzində işləyirik. Gecə-gündüz axtarırıq. (Fit). Xalqlar arasında elə böyük düşmənçilik var ki... Stalin vaxtı olsaydı bu cür olardı? Belə danışa bilərdilər burda? Gəlin kişi kimi... (Fit, səs-küy). Milyonlarla tökürdük pestisidi pambığa. Üç dəqiqədə bunu (DQ məsələsini) həll etmək olar? Qabağa baxmalıyıq. Xalq naminə canını, qanını vermək istəyənlər qabağa baxsın. İllərlə heç bir iş görməmişik. Axtaraq, ən yaxşı adamlara yol verək. (22.47. “İs-te-fa!”. Vəzirovun səsi eşidilməz olur. Meqafon da bu sözü təkrar edir). - Suverenlik haqqında mənim çıxışımı oxumusunuz. O cür də olacaq. Burada Qarabağ məsələsinə toxunanda bəzi çıxışlar xoşuma gəlmədi, emosiya ilə danışdılar. Zeynəb xanımı gördüm burada, xaricə, FRQ-yə səfərlərindən danışdı. (Gur fit, səs-küy). Ancaq tətilnən, ancaq o biri yolnan getsək məsələləri həll edə bilmərik. (“Tə-til!”). Biz indiki sənədləri bir neçə gün müzakirə etmişik. 22.53. Bəyanat layihəsi oxunur. 22.54. AS binasının içərisində bir dəstə görünür. Deyəsən, AXC üzvləri çıxırlar. Bəyannamə layihəsində deyilir ki, Azərbaycan SSR AS SSRİ AS-dən xahiş edir ki, XİK-nin formasını dəyişməyi nəzərdən keçirsin. 22.57. AXC üzvləri ilə Vəzirovun iclas zalında mübahisəsi başlayır. Nəcəf: Bu sənəddə sizin imzanız var. Yoldaşlar! Bu sənədi oxuyum, qulaq asın. 22.59. Vəzirov: Otoydi otsöda! Tovarih, otoydi otsöda! Ne xuliqanğ!16 23.00. Nəcəf: Qarabağda müharibə gedir. Üzr istəyirəm, ancaq bu yoldaş17 yalan danışır. 23.00. Etibar: Hamı eşitsin. Sabah bütün Azərbaycan üzrə tətil elan edilir. 23.01. Vəzirov: Vse, çto mı napisali, vıpolnəli...18

23.02. İclası yarımçıq qoyan Xalq Cəbhəsi İH üzvləri Ali Sovetin binasından bayıra çıxıb nümayişçilərin yanına gəlirlər. 23.03. Etibar (həyətdəkilərə müraciətlə): İndi 7 milyonluq Azərbay-can xalqı şahid oldu ki, rəhbərlik bu dəfə də verdiyi sözə yalançı çıxdı. Sabahkı mitinqdə tətil elan edəcəyik, bu şərtlə ki, istefa tələb edəcəyik. 23.05. Əbülfəz: - Bir dəqiqə. Xahiş edirik ki, hər hansı bir tələb ediriksə bu cür ekstazla etmək olmaz. Siyasi mübarizə bu şəkildə olmur. Müəyyən mərhələdə baş tutmursa o dayanmır. Yaramazların əlinə keçmiş torpaqlarımız var, onları qaytarmalıyıq. Sabah yenə mitinq durur, tətil durur. Demokratik mübarizənin yolu nümayişlər, mitinqlər və tətillər yoldur. Sabaha qədər vaxt veririk. Bizimlə danışsalar, danışığa gəlsələr (xalq: “vaxt yoxdur!”, “bəsdir!”)... Böyük tarixi andır, millətin taleyi həll olunur. Bir az da gözləyək. İcazə verin bu məsələləri biz həll edək. Xalqımız da tətilə öyrəşir. Bir qədər də səbirli olun. Yenə söhbətə gedək. Sizsiz iş görməyəcəyik. Moskvada da belə olurdu - söz vermirdilər, ancaq alırdılar.19 Xahiş edirəm. Millətin taleyi iki saatlıq söhbətlə həll olunmur, aylıq, illik hərəkatla müəyyən edilir. Gedək, söhbət edək, görək nə olur? 23.12. Rəhim Qazıyev: Allaha and içirəm: bu adamlar qanını tökəcək, ancaq sizi satmayacaq. 23.13. Nemət: O günlər deyilən sözlər üstə xalqın oğlanlarını tutub türməyə doldurdular. Yumruq kimi birləşə bilsək bizə heç kəs bata bilməz. Həmin deputatlar idi ki, çəpik çala-çala XİK yaradıblar, indi isə onu söyməyə imkan verirlər. Bütün qərarlar qəbul edilib sabah xalqa çatdırılmasa tətil ən yaxşı mübarizə üsuludur. 23.16. “İs-te-fa!”, “is-te-fa”!” (sürəkli, aramsız). (Bir neçə dəqiqə içərisində qəzəbdən az qala ağlını itirmiş xalqı Əbülfəzin çıxışı çox sakitləşdirdi. Əbülfəz danışan vaxt bir neçə saniyə ərzində ürəyim az qala dayanmışdı. Çox, lap çox həyəcanlı anlar idi! Qıraqdan gələnlər deyir ki, izdiham olan ərazi - Ali Sovet rayonu on minlərcə əsgərin mühasirəsindədir. Onu da dedilər ki, mehmanxanada və televiziya qülləsində əli avtomatlı əsgərlər durub). 23.27. Dəniz tərəfdən fişəng atılmağa başladı. Etibarın tətil çağırışını televiziyadan eşidən, təşvişə düşən camaat evlərdən meydançaya axışmağa başladı. Fişənglər çağırış kimi qəbul olundu. Müxtəlif istiqamətlərə gedəcək avtobuslar meydançada dayanıb. Meqafonla dedilər ki, qadağan saatı başlananadək danışıqlar qurtarmasa ana-bacılarımızın başının altına pencəklərimizi qoyub sabaha kimi burada oturacağıq. 00.04. Suvuran, yanğınsöndürən maşın gəlib dövrə vurub getdi. 00.12. “Amerikanın səsi” radiosunu ümumi mikrofona qoşmaq istəyəndə qoymadılar ki, adımızı “təxribatçı” qoyacaqlar. (Eşitdim ki, Nəcəf çəkilib getmək istəməyəndə Vəzirov respublika prokurorunu çağırıb deyib ki, “uçestğ gto!”20. Səs-küydən bunu eşitməmişəm). 00.24. Dedilər ki, qadağan saatı bu kecəlik götürülüb. Heç kəsə dəyməyəcəklər. 01.01. Vəzirov danışır (rusca): Yaxşı söhbətimiz oldu!.. İsa əlavə edəcək. Gəl bura, gəl bura. (Vəzirov nəyəsə gülür. Bayırda fit. Onun arsızlığına gülür, söyürlər). - Nado vosstanovitğ drujbu s bratskim armənskim narodom.21 01.04. İsa Qəmbərov: Belə qərara aldıq ki, DQ-da XİK ləğv edilsin. “Azərbaycan SSR AS XİK-ni ləğv edir və bu haqda SSRİ AS qarşısında vəsatət qaldırsın”. Komendant saatı 1-2 saat uzadılsın. Sizdən fərqli olaraq bizim icazəmiz yoxdur. 01.07. Səsə qoyuldu. XİK ləğv edildi. (Alqışlar). 01.08. Vəzirov: Qanun layihələri haqqında paketi gözdən keçirməliyik. Hüquqşünaslarımızın böyük qrupları bu layihələr üzərində işləyib. Bu gün ayın neçəsidir? Hə, bu gün ayın 16-sıdır. Sabah ayın 17-sində... (Zalda səs-küy). Tofiq Qasımov və Fuad Ağayev də hüquqşünaslar qrupunun tərkibində var. 01.12. Kimsə: Konstitusiya qanunu layihəsi. (Oxuyur). Referendum məsələsi salınıb. 01.13. Səmədzadə Ziya respublikanın iqtisadi müstəqilliyi ilə bağlı qanundan danışır: Respublika buna tam hazırdır. Hazırlıq işlərini sürətləndirməliyik. Konsepsiya hazırlanıb. 150-dən artıq alim bu işdə iştirak edib.

Son günlər AXC İh üzvləri ilə görüşmüşük. Onların təklifləri də öz əksini burada tapacaq. Mülkiyyət məsələsində qəti fikir budur ki, bütün sərvətlər respublikanın mülkiyyəti olmalıdır. Respublikalarımız arasında fərq bəzən 5-10 dəfə təşkil edir. Dünyanın heç bir ölkəsində belə biabırçı vəziyyət yoxdur. Neft, pambıq və s. məhsullarda öz sözümüzü deməsək uduzmalı olaca-ğıq. 01.24. Layihə oxuyur. Azərbaycan SSR NS-nin hazırladığı və Azərbaycan SSR AS-nin planbüdcə komissiyasında təsdiqlənən konsepsiya xalq müzakirəsinə verilsin. 01.25. Layihə səsə qoyulub qəbul edilir. 01.26. Vətəndaşlıq və başqa qanunlar haqqında qərarlar 10-uncu sessiyaya qalır. 01.27. Əbülfəz: - Siz yaxşı bilirsiniz ki, Azərbaycan xalqının ən ağır günləridir. Xalqımızın haqqını qorumaq üçün bütün yollardan istifadə etməliyik. Ən mühüm yol demokratiyanın inkişafıdır. Sabir deyib ki, hürriyyət olan yerdə də insanlıq olur. Azərbaycan respublikasında bir müsbət meyl var ki, demokratiya inkişaf edir. Dünən siz özünüz deyirdiniz ki, dözmədiyiniz sözə bu gün dözürsünüz. Qarabağ problemləri ilə yanaşı başqa dərdlərimizə də əlac edəcəyik. Verilmiş torpaqlarımızı da geri alacağıq. Sizə uğurlar arzulayıram ki, demokratiyanı daha da inkişaf etdirəsiniz. Sağ olun! 01.32. Vəzirov: Doğrudan da, biz dünən və bu gün xeyli iş görmüşük. (Gülüşmə). Bizim əsas məqsədimiz budur - xalqa quluq (“qulluq” demək istəyir). Gərək yaxşı qanunlar qəbul edək. Bizim partiya bütün məqsədini xalq üçün... Sağ olun, yoldaşlar! 01.35. Sessiya bağlı elan edilir. 01.37. Nəcəf (alqışlar). Bayırdakı camaata üz tutur: Çox sağ olun (həyəcanlıdır). Yoldaşlarımdan tez mən çıxdım. Bir sözü mən mütləq deməliyəm. Sizin burada olmağınız bizim həm məsuliyyətimizi, həm qətiyyətimizi artırırdı. Bizi biclik edib eyvanda oturtdular, ancaq orası yaxşı oldu ki, sizi görürdük. Biz orada kondisionerli yerdə oturduğumuza xəcalət çəkirdik, siz isə səhərdən ayaq üstündəsiniz. Qarşınızda baş əyirik. 01.40. Yusif Səsədoğlu: Əziz yoldaşlar! Biz tam qələbəyə nail olacağıq. Sizsiz bizim bir günümüz olmasın. Çox sağ olun! (Alqışlar). 01.41. Nemət: Nə qələbəyə nail olmuşuqsa xalqın birliyi sayəsində qazanmışıq. El sözüdür: “El bir olsa zərbi kərən sındırar”. Var olsun Azərbaycan xalqının birliyi! 01.42. Leyla Yunusova: Çox sağ olun. Siz burada durmasaydınız biz orada qələbə çalmayacaqdıq. 01.43. Etibar (alqışlar): Sözün düzü, mən çətinlik çəkirəm... (Alqış-lar, “E-ti-bar!”). Qərar sabahkı mitinqdə elan olunacaq. Əgər bu qədər adamın bizi müdafiə etdiyini bilməsəydik qələbə qazanmazdıq. Bu, tam qələbə deyildir. Addımbaaddım gedirik. Biz sonrakı addımlarımızı da sizin köməyinizlə qəti atacağıq. Sizin zəhmətinizə görə minnətdarlığımızı bildiririk. Sabah 6-da görüşəcəyik! Tanrı bizə yar olsun! 01.46. Adamlar dağılışmağa başlayır. 02.05. 13 maşın əsgər yanımızdan gəlib keçdi. AS binasının yanından götürüb “evə” yola salıblar. Evə meydandan 3-üncü mikrorayonadək böyük “İkarus” avtobusu ilə, oradansa piyada gəldik. Saat 4-ə işləmiş evə çatdıq. Evdə öyrəndim ki, Nəcəf qabağa çıxıb tribunada saziş oxumağa başlayan kimi Vəzirov yerindən qalxıb gəlib və “otoydi”, “otoydi!” - deyə tribunadan aralamağa çalışıb, o isə bərk yapışıb. Polyaniçko gəlib Nəcəfin qolundan tutub, dartıb. Vəzirov da belə təzyiq göstərəndə Nəcəf deyib ki, siz kimsiniz? Vəzirov özünün deputat nişanını göstərib. Vəzirov görüb ki, Nəcəf tribunadan düşmək istəmir, “kömək” üçün qıraqda dayanmış AXC uşaqlarının içərisindəki Etibarı səsləyib. “Etibar” deyən kimi o da gəlib mikrofonla bildirib ki, saziş qüvvədən düşür, sabah ümumrespublika tətilidir. Məhz bu cümlə - milyonların eşitdiyi bu cümlə DQ-dakı XİK-nin ləğv edilməsi haqqında qərarın qəbul edilməsinə təkan oldu. “Dinsizin öhdəsindən imansız gələr” deyiblər. Vəzirovun da öhdəsindən Xalq Cəbhəsi gəldi! 16 sentyabr 1989.22 Azadlıq meydanı.

Mitinq saat 18.35-də başlandı. Mitinqdə 300 minədək adam iştirak edir. Mitinqi Yusif Səmədoğlu açdı. O dedi: İcazə verin dünən sizin iradənizi yerinə yetirərək AXC-nin qazandığı qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edim. Yalnız ədalətsizlik şəraitində qələbə o qədər çətin deyil, lakin yalan və riyakarlıqdakı qələbəmiz xüsusidir. İcazə verin sessiyadakı mübahisə və nəticə barədə sözü E.Məmmədova verək. Etibar Məmmədov: Birinci növbədə icazə verin AXC-nin adından Azərbaycan xalqına böyük minnətdarlığımızı bildirək, çünki siz bizə mənəvi dayaq oldunuz. İkincisi, öz xahişimdir - mənim və başqa adamların adını xorla demək lazım deyil; insanların zəif cəhətləri olur, şəxsiyyətə pərəstiş yaranaraq demokratiyaya zərbə vurula bilər. Buna, mənim özümə qarantiyam yoxdur. Gələcəkdə belə etməyin. Sessiya barədə. Azərbaycan xalqı tam iştirak edirdi, çünki televizi-ya ilə AXC və deputatlar arasında fərq göründü. Deputatların 3 ay ömrü qalıb. Ali Sovet tərkibi dəyişməklə məşğul olmalıdır. Sonuncü mitinqdə rəhbərliklə AXC razılıq sazişi imzaladı. Çətinliklə. Respublikanın rəhbərliyi xalqla müqavilə bağladı. Bu məsələdə rəhbərlik düzgün mövqe tutsaydı protokol yolunu seçməzdi. Təki biz istəyimizə nail olaq. Bizə heç nə mane ola bilməz. Çünki xalq oyanıb. Rəqibimiz zəif deyil və mövqelərini könüllü vermək istəmir. Rəhbərlik dövlət və cəza aparatına malikdir. Onu birdən sındırmaq olmaz. Onu sındırmaqdansa strukturun dəyişməsi daha yaxşıdır. Əks təqdirdə nəticə qan bahasına əmələ gələr, diktaturaya çevirilər. Biz strukturun demokratikləşdirilməsi yolu ilə gedir və xalqa arxalanırıq. Sazişdən sonra əks tərəf mane olmağa başladı. Protokolun mətni televiziya və radio ilə verilmədi. Dedilər ki, MK-da (bürosunda) təsdiq olunmayıb. Səhərisi bir neçə cümlə çıxarılmaqla oxundu. Biz bunu bağışladıq. Sessiyanın translyasiyasına mane olmaq, sessiyada iştirakımı-zı məhdudlaşdırmaq (həmçinin çıxışlar zamanı) cəhdi göstərildi, lakin dəf olundu. Onlar zor gücünə razılıq verirlər. Lakin qoy özlərini naza qoymasınlar, alver mənbəyinə çevirməsinlər. Birinci növbədə sessiyanın gedişində NS-nin hesabatı qoyulmamalı idi, Dağlıq Qarabağ məsələsi qoyulmalı idi. Lakin sessiya günü yarım gün itdi. Başımızı qatdılar. Bəyannamə hazırlandı ki, bu da xahiş və yalvarış mövqeyi tuturdu. Biz qəti narazı olduq. Həmin dəqiqə əks tərəf yumşaldı. Onların bir fikri var, o da vəzifə qorxusudur. Odur ki, vəzifə qorxusundan hər şeyə razı olurlar. DQMV haqda qərar qəbul olundu (ləğvi). Qərar qəbul etməklə məsələ bitmir. İsa Qəmbərov bu barədə dedi: “SSRİ Ali Soveti bunu ləğv edə bilər”. Biz bildirdik ki, konstitusiyada dəyişiklik edilsin. Layihə hazırlanıb, müzakirə olunub, sessiyada qəbul olunacaq. Söz verilib ki, sabah mətbuatda dərc olunacaq. Bizim yoldaşlarla bu məsələ hazırlanır. Əks tərəf bizə mane olmaq istəyir. Xəbərdarlıq edirik ki, orada dəyişiklik olsa tələbimizlə hərəkət edəcəyik. Vəzifələri-ni itirməkdən qorxmurlarsa əməl etsinlər. İndi vəzifə barədə. Dünən elan olundu ki, saziş qüvvədən düşür. İstefa məsələsi. O dəqiqə şərtlər qəbul olundu. Hətta prokuror köməyə çağırıldı. İstefa məsələsinə biz istədiyimiz vaxt nail ola bilərik. İndi bu bizə lazım deyil. Vaxtı uduzarıq. Əsas məqsədimiz rəhbərliyi xalqın yoluna gətirməkdir. Tələblərimiz bir həftəyə həyata keçəcək. Siz layihəni müzakirə edib təcili fikrinizi bildirməlisiniz. Əks təqdirdə Azərbaycan xalqının taleyi təhlükə qarşısındadır. Yenidən görəcəksiniz ki, “quzu” deputatlar və biz nə mövqə tuturuq. Gələcək vəzifələrimiz böyükdur. “Quzu” deputatlar dəyişilməlidir. Bu, yeni seçki qanunçuluğu ilə mümkündur. Ali Sovetin tərkibinin zay olması nəticəsində belə olub. Ora xalqın bacarıqlı övladları seçilməli, xalqın tələblərini yerinə yetirməlidirlər. Biz seçkilərdə fəal iştirak etməliyik. Pənah Hüseynov: Bizi sessiyada işirakımıza görə təbrik edirdilər. AXC-nin bürokratiya əlində boğulması təhlükəsi var. Biz tanınandan çoxlu adam sıralarımaza daxil olur. Bunların heç də hamısı bizi istəyənlər deyil. Bizi içəridən məhv etmək istəyirlər. Ən qəribə vəziyyət respublika rəhbərliyinin birliyə çağırışıdır. Bizə elə gəldi ki, rəhbərlik bütün qüvvələri: keçmiş rəhbərliyi, işdən çıxarılmış adamları, mafiozları da birliyə çağırır. Bu belə olmamalı-dır. Bu çağırışlar həm də ziyalılarımıza aid idi. Ancaq o ziyalılar içərisində elələri də var ki, onlar bürokratik aparat üçün ideya hazırlayıb. Biz onlarla birləşə bilmərik. Biz partiyanın ziyalılar dəstəsinin sağlam qüvvəsi ilə birləşə bilərik. Bizim bürokratiyaya qarşı mübarizəmiz o deməkdir ki, biz partiya və sovet orqanlarında çalışan bürokratlara qarşı mübarizə aparırıq. Bizim mübarizəmiz hələ indi başlanıb.

Dünən rəhbərlər dedi ki, bizdən hakimiyyət tələb edirlər. Biz yenə bildiririk ki, tətillə, mitinqlə hakimiyyəti ələ almaq istəmirik. Onun acı praktikası indi özünü göstərir. Respublikanın rəhbərliyi xalqın tələblərini yerinə yetirsə elə bu, xalqın hakimiyyətidir. Qarşıdakı sessiyada fəal iştirak etməliyik. Siyasi həyatda fəal işirak edənləri xalqın nümayəndəsi seçmək lazımdır. Əgər belə olmasa tarix bizi bağışlamaz. Yusif Səmədoğlu: Nemət Pənahovun məhkəməsi harada olacaq? Qərara görə, məhkəmə sentyabrın 18-də Ali Məhkəmədə olacaq. Ancaq biz icazə vermərik ki, o, kiçik salonda olsun. N.Pənahovun məhkəməsi bütün xalqın, demokratiyanın məhkəməsidir və biz inanırıq ki, bu ədalətlə başa çatacaq. Xudu Xuduyev: AXC-nin Nizamnaməsi ilə tanışıq. Bu günə kimi bütün rayonlarda dayaq dəstələri var. Bu vaxta kimi müəssisələrdə çətin olurdu. Nəzarət dəstəsi əlaqələndiricidir. O, institutda dayaq dəstəsinin iclasını keçirir, üzvləri yoxlayır ki, sıraları saf olsun. Sonra dayaq məntəqələrini yoxlayır. Bu işdə Nizamnamə və Proqram əsas götürülür. Dünən “Yaşıl teatr”da, deyilənə görə, bəzi şəxslər konserti dayandırmağı AXC-nin adından tələb ediblər. Yerli sovetlərə seçkilər keçiriləcək. AXC öz nümayəndələrini irəli sürəcək. Xocalı camaatının müraciəti (Azərb. Ali Sovetinə və AXC-yə). 130 nəfər imza etmişdir. Sədr: Tətil günləri həbs olunanlar nə vaxt azad olunacaq? Təəssüf ki, hələ bilmirik. Bu maddə sazişdə xüsusi yer tutur. Sabahdan bu işə başlayacağıq və şübhəniz olmasın ki, azad olunacaqlar. İsa Qəmbərov: Sessiyanın gedişi zamanı Ali Sovetin qarşısında duranlara təşəkkür edirəm. Dekabrdan bu günə kimi böyük siyasi yol keçmişik. Rəhbərliklə qüvvə mütənasibliyi yaranmışdır. Sosial-iqtisadi inkişafdan söhbət açıb heç bir şeyə nail olmadılar və real platforma demədilər. Təəssüf ki, rəhbərliklə xalq arasında deputatlar var. Onlarda cəsarət tapılmadı ki, xalqımızın sözünü desinlər. Əksəriyyəti bizim tərəfimizdə olsa da bir hissəsinin müstəqil rəy huququnun olmaması göstərildi. Konkret bir təklif irəli sürülmüşdü. AXC konkret fikir söyləsə də heç bir huququ yox idi. Sessiyada biz etikanı pozmuş olduq. Xalqımız bir qorxu hissi keçirirdi. Bütün tələbləri birdən yerinə yetirmək olmaz. Hər gün qələbə çalmaq lazımdır. Rəhbərliyin sizi səbrə çağırmasının səbəbi Moskva ilə məsləhətləşmək üçün idi. AXC sizin tələblərinizi bir-bir həyata keçirəcək. Sizə dözüm, mətanət arzulayıram. Sözümüz ondan ibarətdir ki, AXC-yə başqa məqsədlə daxil olanlara müqavimət göstərəsiniz. Tofiq Qasımov - AXC İdarə Heyətinin üzvü: Suverenlik haqqında qanun layihəsi barədə. Bu gün komissiyanın işində iştirak etdik. Əsas müddəalar: - Azərbaycan respublikası könüllü olaraq suverendir və başqa Sovet respublikaları ittifaqına daxildir. - Azərbaycan SSR-də tam hakimiyyət hüququ xalqa məxsusdur. Azərbaycan xalqı bu hüququ həm birbaşa, həm da hakimiyyət orqanları ilə birgə həyata keçirir. - Azərbaycan respublikası bölünməzdir. Bütün xalqın torpağı dəyiş-məzdir; referendum vasitəsi ilə dəyişdirilə bilər. - Azərbaycan respublikası muxtar respublikanı, muxtar vilayəti özü yaratmaq və ləğv etmək hüququna malikdir. - SSRİ qanunları Azərbaycan SSR ərazisində Azərbaycan SSR qanunlarına və xalqın mənafeyinə zidd olduqda Azərbaycan SSR qanunu fəaliyyət göstərir. - Azərbaycan SSR-in suveren hüquqlarının qorunması Azərbaycan hökumətinin və SSRİ hökumətinin hüququdur. Azərbaycan SSR-də torpaq, yeraltı və yerüstü sərvətlər Azərbaycan xalqının mülkiyyətidir və onlardan istifadə hüququ xalqa məxsusdur. - Azərbaycan SSR-in ərazisində Azərbaycan dili fəaliyyətdədir. - Azərbaycan SSR-in Ali Soveti qərara alır ki, DQMV-də mövcud olan xüsusi idarə forması ləğv edilsin. Sədr: Bu qanun layihəsi hər bir təşkilatda müzakirə olunsun, təkliflər iki nüsxədə Ali Sovetə və Azərbaycan Xalq Cəbhəsinə göndərilsin. Nemət Pənahov: Xalq hərəkatı genişlənir. İlk dəfə min nəfər yığıldı, sonra 200 min dekabrda göründü. Xalq hərəkatı inkişaf etdi. Hardasa qorxu bizim damarımıza işləmişdi. Xalq robota çevrilmişdi. Azərbaycan xalqı əgər etiraz etməyi bacarmırsa azad ola bilməz. Azadlıq pay verilmir. O, mübarizə yolu ilə əldə edilir. Mən zavoda master gələndə də hörmət edirdilər. İndi

Azərbaycanda siyasi səviyyə o qədər yüksəlib ki, xalq haqsızlıqlarla, hətta Mərkəzi Komitə ilə mübarizə aparır. Burada elə adamlar var ki, bu şəraitdən istifadə edirlər. Mən pul yığılmasının əleyhinə olmuşam. Xalqın içərisində əliəyrisi də, pisi də var. Biz buna qarşı mübarizə aparmalıyıq. Mən hələ keçən tətillərdə demişdim ki, bu, xalqa zərbə vura bilər. Biz hadisələri vaxtında qiymətləndirməliyik. Gözləməməliyik ki, kimsə gəlib nə isə desin. Biz özümüz aktiv olmalıyıq. Biz 200 illik dərdlərimizi bir günlük mübarizə ilə sağalda bilmərik. Bizə 10 ilə, 20 ilə qədər vaxt lazımdır. Xoşbəxt olmayan xalqın övladları xoşbəxt ola bilməz. Biz gərək xalqı iyrənclikdən təmizləyək. Bizim xalqın dərdi Tofiq Fikrətin şerində çox gözəl verilib. Hamı deyirdi ki (ziyalı da, fəhlə də), biz kiçik adamıq, nə edə bilərik? Biz hamımız xalqın birliyini qorulmalıyıq. “Spartak” romanında belə bir epizod var ki, Spartakı öz dostu öldürməlidir. O soruşur biz qalib gəlməliyik. Ona görə ki, azadlığı hamı istəyir, ancaq hamı ona qurban getmək istəmir. Ona görə də bu köləliyi ləğv etmək üçün hələ hazır deyilik, Ona görə də xalq azadlığı üçün ölümə hazır olmalıyıq. Mən bu yoldan çəkiləsi deyiləm. Bu mənim ölümümdür. Noyabr hadisələrində biz kortəbii hərəkət edirdik. İndi isə “gəl” deyəndə gəlirik, “get” deyəndə gedirik, tətil edirik. Bu bizim qələbə yolumuzdur. O xalqın ki müstəqilliyi yoxdur, o xalqın heç nəyi yoxdur. Mən ümidvaram ki, biz müstəqilliyə nail olacağıq. Sual: DQ Xüsusi İdarə Komitəsinin ləğv edilməsi barədə qərar var, yoxsa layihə? Cavab: Bu, qərardır. Əbülfəz Əliyev: -Əziz bacı və qardaşlar! Əlbəttə, biz sizin tənqidlərdə də sevgi görürük. Sizin sevginiz də, söyüşünüz də bizə qəbuldur. Əgər millət məni özünü qurban seçirsə mənim canım buna minnətdar olmalıdır. Əgər qorxursunuzsa qorxmayın. Arxasında belə xalq olanlar qorxmamalıdır. Ancaq biz indi siyasi döyüşə girmişik. Burada təmkin olmalıdır. Hökumətlə ancaq danışıq olmalıdır. Əgər mübarizədə hökumətdən nə isə güzəşt yolu ilə əldə edilirsə, bu, qələbədir. Bu, demokratik yoldur. Bizim başqa yolumuz yoxdur. Ola bilsin ki, AXC-dən sonra Azərbaycanda müxtəlif partiyalar yaranacaq, bu, təbiidir. Özbəkistanda “Birlik” cəmiyyəti, “Özbəkistan” cəmiyyəti, “Vahabiyyət” - bu cəmiyyət dini cərəyanlıdır - var. Əgər Azərbaycanda da çoxpartiyalılıq yaransa bu heç də o demək deyil ki, Azərbaycan xalqı parçalanacaq, yox, bu, demokratik yoldur. Azərbaycan xalqı islam dininə böyük hörmətlə yanaşır. İslam din deyil, bu, böyük mədəniyyətdir. Gərək kitablar çap edilsin. Dinə yeni baxışla baxmalıyıq. Onun tarixini öyrənmək lazımdır. Biz ona görə də dinin tarixini öyrənməliyik. Üçrəngli bayrağımızda da aşağıdakı rəng dinin rəngidir. Biz dinə hörmətlə yanaşacağıq. Demokratik yol həddən artıq çətin yoldur. Burada ilk dəfə diktatura ilə və ya indiki kimi bürokratiya ilə qarşılaşırsan. Ortada isə anarxist qüvvələr qalır ki, bürokratiya bunlardan istifadə edir. Mənim adımdan pis məqsədlər üçün istifadə edirlər. Bunlar ancaq və ancaq mənimlə mübarizə aparmaq üçündür. Əgər çox ehtiraslı çıxışlar olursa insanlar vəcdə gəlir. Mən istəyirəm ki, biz səbirli olaq. Siz özünüz gördünüz ki, bizə qarşı çox böhtanlar atırlar, guya biz adamları yeyirik. Demokratiya haqq yoludur, odur bizi qələbəyə aparan. Demokratik fikirlərin yayılmasında bizim şairlərin çox böyük xidməti olmuşdur. Məsələn, İsfəndiyar Coşğun. Bu meydanda o da olub əsgərlər adamları döyəndə. Məhəmməd Hatəmi kimdir? O, çox ardıcıl adamdır, bu işdə onun çox böyük rolu var. O, alimdir. Azərbaycan xalqının taleyi həll olunur. Burada hamı birləşməlidir: varlı-kasıb, böyük-kiçik. Mən AXC adından hamını əmin edirəm ki, AXC üzvündən xalqa xəyanət görməyəcəksiniz, Çünki bizim dayağımız xalqdır. İndi xalqa xəyanət edənlər dillərini çıxarırlar ki, gəlin barışaq. And içirik ki, Azərbaycan xalqının, ana və bacıların başına gətirilən müsibətlərin hayıfını almayınca heç kimlə barışmayacağıq. Tələb edirik ki, Volski işdən azad edilib cinayətə cəlb olunsun. DQ-da Şura yaranıb, Volskini öz tərəfinə çəkib. Deputatlar onu geri çağırsınlar. Bizə hökumət bina ayırandan sonra bütün qüvvələrimizi səfərbərliyə alıb iş aparacağıq. Bütün sənədləri təhlil edib ağıllı nəticələr çıxaracağıq. Bizim çox təcrübəmiz yoxdur. Hələ keçdiyimiz məktəb azdır. Çalışmalıyıq ki, siyasi biliyimiz artsın.

Seyfəddin - Mesxeti türkü: Saatlıda bu günlərdə Sovet türklərinin forumunu keçirmişik. Son hadisələrdən, biz türklər xüsusilə DQ-da baş verən hadisələrdən həyəcanlanırıq. 23 min türkü burada qəbul etdiyiniz üçün bütün Azərbaycan xalqına minnətdarıq. Biz türklərin başına çox müsibətlər gəlib. 70 il ərzində olmazın əziyyət çəkmişik. 1956-cı ildən 140 nümayəndə Moskvaya gedib. Amma cavab verən yoxdur. Sizin işinizdə başımızı qoymağa hazırıq. Elan: Nəsimi 20-38-86 69-85-27 95-93-77 69-37-07 AXC İH qərarı: - Sessiya 22-23-də öz işini davam etdirməlidir. - Sessiyanın sabahkı günə 6-da... - Bazar 24-də saat 4-də... - Bütün tətil komitələri hazır olmalı, bizim xəbərimizi gözləməlidir. Siyaməki də tələblər siyahısına salmalı. İsa Qəmbərov: Sizi “Elm” qəzetinə, “Gənclik”, “Ulduz”, “Azərbaycan” jurnalarına abunə yazılmağa çağırıram, çünki onlarda Azərbaycan xalqının tarixi haqqında yazılar çap olunur. Şüarlar: 1. 2. 3. 4. 5. 6. 7. 8. Azərbaycana xəyanət edənlərə Azərbaycanda yer yoxdur! AXC-nin Mərdəkan dayaq məntəqəsi AXC-nin Müşfiqabad dayaq məntəqəsi AXC-nin Konservatoriya dayaq məntəqəsi 19 ¹-li YTM-nin dayaq məntəqəsi AXC-nin sıralarında birləşin! Xutor qəsəbəsinin dayaq məntəqəsi. Azərbaycanın suverenliyi barpa olunsun! “Alov” Azon zavodu.

17 sentyabr 1989. Bügünkü “Kommunist” “Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanununun) 70-ci maddəsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan SSR qanununu (Ali Sovetin 15 sentyabrdakı növbədənkənar onuncu sessiyasında qəbul edilən) dərc edib. İndi həmin maddə belədir: “Azərbaycan SSR-in suverenliyi onun bütün ərazisinə şamil edilir. Azərbaycan SSR-in ərazisi bölünməzdir, ayrılmazdır. Azərbaycan SSR sərhədlərinin dəyişdirilməsi Azərbaycan SSR-in müstəsna hüququdur və Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın bütün əhalisi arasında keçirilən xalq səsverməsi (referendum) ilə həyata keçirilə bilər”. “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanununun layihəsi də bu nömrədə verilib. Sessiya haqqında hesabatda İsa Qəmbərovun deputatlarla söhbət edən zaman və camaatın AS qarşısındakı meydanda durduqları vaxt çəkilmiş fotoları da Vəzirovun demokrat kimi görünmək istəyindən xəbər verir. Nəhayət, acı xəbər. 16 sentyabrda Tbilisidən Bakıya gələn Yevlax avtobusu partlayıb (yəqin ki, partladılıb), ölənlər var. 19 sentyabr 1989. “Kommunist” “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət haqqında” Azərbaycan SSR AS-nin qərarını dərc edib: “Azərbaycan SSR-in DQMV-ni xüsusi idarə komitəsi ləğv olunsun və bu məsələ üzrə müvafiq qərar qəbul edilməsi barədə SSRİ Ali Sovetinin Rəyasət Heyəti qarşısında vəsatət qaldırılsın”. Bu nömrədə sessiyadan geniş hesabat var. 16 sentyabrdakı partlayışda 80-09 AQP nömrəli “İkarus”da 5 nəfər həlak olub, 27 nəfər yaralanıb.

22 sentyabr 1989. Sentyabrın 20-sində Sov. İKP MK-nın plenumu “Müasir şəraitdə partiyanın milli siyasəti haqqında” Sov. İKP platformasının layihəsini müzakirə edib. Ə.Vəzirov deyib ki, respublikaların ərazi bütövlüyünə qəsd dövlət cinayətidir. S.Arutyunyan isə bildirib ki, Qarabağa İttifaq tabeli muxtar ərazi statusu verilməlidir. (Hər iki çıxış bugünkü “Kommunist”də-dir). 23 sentyabr 1989. Bakı. Respublika Ali Soveti binasının qarşısı. AS sessiyası. Bü gün qızım Sevil ilk dəfə musiqi dərsinə gedəcəyinə görə onu 16 ¹-li məktəbə gətirdim. “Bakı soveti” metrosu qarşısından yola salıb 11.45-də AS-in qarşısına gəldim. 150-200 adam vardı. Milislər meydanın qarşısında cərgə ilə düzülmüşdülər. Telestudiya tərəfə gedən yolu da bağlamışdılar, içəri keçmək istəyənlərin sənədlərini yoxlayıb buraxırdılar. Saat 12-də həmişə Azadlıq meydanında baş tribunada dalğalanan saçaqlı 2 bayrağı gətirib yuxarı meydançaya bərkitdilər. Boyunlarından plakatlar asılmış qızlar, qadınlar yuxarı qalxmaq istəyirlər, milislər onları buraxmır. 12.10-da 4 maşın (LAZ avtobusları) əsgər gəlib Dağüstü parka girdi. 12 maşın isə (əsgər) AS binasının arxasında “gözləyir”. Mən telestudiya tərəfdə səkidə oturub içəri keçmək istəyən deputatlarla “işləyən” Xalq Cəbhəsi üzvlərinin işinə baxırdım. Fəallar deputatlara Tarix İnstitutunun rotaprintdə çap olunmuş “Azərbaycan” ekspres-bülleteninin 1-inci nömrəsini (in-tun XC özəyi hazırlayıb) və rusca müraciətləri paylayırdılar. Etibar Məmmədovun sözləri ilə desək “quzu deputatlar”da xalqımızın taleyini həll etməli “el ağsaqqalları”nda iki iyrənc cəhət müşahidə etdim. “Moskva” mehmanxanasından çıxıb AS binasına gələn deputatlar deputatın nişanı olan bayrağı döşlərindən çıxarmışdılar ki, camaat onları tanımasın (birdən onların “müqəddəs” vücudlarına “ekstremistlər” zərər yetirə bilərlər! Yaxud onları dilə tutub “xalqa zidd” təbliğat apara bilərlər!). Mən, İvanovkanın kolxoz sədri N.Nikitindən başqa, deputat nişanını çıxarmayan “xalq elçisi” görmədim. İkinci cəhət isə ondan ibarət idi ki, deputatlar XC fəallarının onlara verdiyi kağızları almaqdan imtina edir, ona qorxulu bir şey kimi baxırdılar. Çox güman ki, onlar milis səddinin o biri üzünə keçən kimi “azadlığa” çıxdıqları üçün ürəklərində Tanrıya şükür edirdilər. 12.46. Qutqaşenin nümayəndələri - RİK sədri Səməd Səmədov və Sevda Alcanova da, nəhayət, gəlib yetişdilər. Onların da (daha doğrusu, deputat qızın) yaxasında deputat nişanı yoxdu. Tarix İnstitutu əməkdaşının onlara verdiyi kağızlardan da imtina etdilər. Mənimlə araları 10-12 addım olsa da özümü onlara göstərmədim... 13.00. İsmayıl Şıxlı gəldi. Meydana toplaşan kütlə onu alqışlarla qarşılayıb içəri yola saldı. Milislər telestudiyaya gedən yolun hər iki tərəfində cərgə ilə dayanıblar. Deyirlər ki, Vəzirov gələcək. Keçən sessiya iclasından indiyədək baş verən “əlamətdar” hadisələr: ayın 18-ində Ağdamın Qiyaslı kəndi yanında DQ-ın erməni əhalisinə yanacaq aparmaq istəyən rus əsgərləri ilə yerli əhali arasında toqquşma baş verib, daha doğrusu, əsgərlər toqquşma törədiblər. Bu, idarəsinin ləğvi haqqında qərar çıxarmış AS sessiyasına Volskinin cavabı idi. Ayın 20-sində “Pravda” və “Krasnaya zvezda” bu hadisəni azərbaycanlıların vəhşiliyi kimi ölkə ictimaiyyətinə təqdim etdi. Elə sabahı gün respublika qəzetlərin-də Azərinformun təkzibi çıxdı və hadisənin əsl səbəbləri aydınlaşdı-rıldı. Ayın 20-21-ində Sov. İKP MK-nın plenumu oldu. Başlıca məsələ millətlərarası münasibət idi. Vəzirov ilk dəfə xalqın istəklərini yüksək tribunadan söylədi, onun çıxışını xalq əsasən yaxşı qarşıladı (ilk dəfə!). Arutyunyanın bu plenumdaki çıxışı ikrah, Volskininki isə qəzəb doğurur. Liqaçov isə öz çıxışında dedi ki, mənə olan Qdlyan və başqala-rının hücumları keçən ilin yazında Zaqafqaziyanın 2 respublikası arasında sərhədlərin bölünməzliyinə dair söylədiyim birmənalı fikrim-dən sonra başlayıb. Plenum ermənilərin yeni “taktika”sını üzə çıxardı: (guya) biz torpaq davası etməmişik, DQın erməni xalqı bizimlə birləşmək istəyib. Millətlərin öz müqəddəratını həll etmək hüququna əsasən DQ ermənilərinə sərbəstlik verilməlidir, DQ İttifaq muxtar vilayəti olmalıdır, bunun üçün konstitusiyada dəyişiklik edilməlidir.

*** Bugünkü sessiya keçəndəfəkinin davamıdır. MK plenumuna görə təxirə salınmışdı (Ermənistanda da belə oldu). Fasilə günlərində Azərb. SSR-in suverenliyi, iqtisadi müstəqilliyi haqqında qanun layihələri mətbuatda dərc etdirilib müzakirə üçün xalqa çatdırıldı. 13.17. AXC fəalları deputat Xuraman Abbasovanı dövrəyə alıb xalq sözünü deməyə çağırırlar. (Onlar, ümumiyyətlə, piyada gələn bütün deputat-ları beləcə “hazırlayırlar”). Zeynab Xanlarova və Bayram Bayramov “Volqa”da gəlib keçdikləri üçün onları saxlamaq mümkün olmadı. Zeynəb gülə-gülə ötdü. 13.21. Keçmiş I katib Kamran Bağırov da 00-35 AQA nömrəli qara “QAZ-24” “Volqa”da keçdi. Keçdi ki, xalqı ağ günə çıxarsın, katibliyi vaxtında bacarmadıqlarını indi həyata keçirsin. MK katibləri də (T.Oru-cov, V.Polyaniçko) “Volqa”da ötdülər, BK katibi Svetlana Qasımova isə ağır vücudu ilə piyada üzüyuxarı qalxır (səbəbi mənə qaranlıq qaldı, niyə piyada?). Telestudiyaya gedən yolu kəsmiş milis işçiləri maşınları da yoxla-yıb buraxırlar. Doğrudur, “nüfuzlu” maşınları uzaqdan tanıyıb aralanır, yol verirlər, bəzilərini isə qəsdən saxlayıb ləngidirlər. Kimdirsə fikir vermədim, bir “QAZ-24” “yiyə”sinin dalınca danışıb deyirdilər ki, qoy göz-ləsin, oğraşın qəbulunda o qədər ayaq üstə durmuşuq ki!.. Ümumiyyətlə, AXC-nin əsas qələbələrindən biri o olub ki, milis işçiləri ilə xalq xeyli doğmalaşıb. 13.29. Komsomolun I katibi Sahib Ələkbərov gəlir. Bir saqqallı oğlan (Elman bəy) ona bərk “ilişib”, onu əsl suverenliyə səs verməyə çağırır, konstitusiyanın 75-inci maddəsinə tənqidi yanaşmağı tələb edir. 13.31. Qadınlar, nəhayət, yuxarı səkiyə qalxıb (öz plakatları ilə) yan-yana düzülürlər. Ədliyyə naziri Əlisahib Orucovu da camaat alqışlarla qarşılayır. 13.37. Bəxtiyar Vahabzadə qara “Volqa”da gəlir. Xalq axışıb onun maşınını əhatəyə alır. Hamı onu sürəkli alqışlarla ötürür, sonra öz yerinə qayıdır. 13.39. AS binasının yuxarı tərəfindən əsgər dolu 12 maşın çıxıb mehmanxananın yanı ilə üzüyuxarı qalxdı. “Keşikçi”lərimizi hara apardılar?! Yəqin ki, növbəni dəyişməyə. Onlar gedib yerinə yeniləri gələcək. 13.41. Bir yanğınsöndürən maşın isə AS-lə telestudiya arasındakı yolla içəri keçdi. Bəli, “güc” göstərməklə camaatı qorxutmaq istəyirlər. Ancaq əbəs yerə! 13.43. Meydana təxminən 700-800 adam yığılıb. Əksəriyyəti ziyalılar, AXC fəallardır. Yaşlılar azdır. Qadınlar da var, uşaqlar gözə dəymir. Təsadüfi adam yoxdur. Keçən dəfədən fərqi olaraq bu gün bərk istidir - pencəkdə adam bişir. Göy buludsuzdur. Ancaq uzaqda - Qara şəhər tərəfdə yenə zavodların tüstüsü, his-pası şəhərin üstünə bulud kimi yatıb. Xalqın iradəsi bu gün yerinə yetirilməsə həmin tüstü yenə məcburən təmizlənəcək! Hələ sessiya başlamayıb. Meydana mikrofonlar, reproduktorlar da qoyulmayıb, deməli, buradakıların heç nədən xəbəri olmayacaq. 13.51. “Mik-ro-fon!” başlayır. Mən, təəssüf ki, meydanı tərk etməliyəm, çünki qızımı yenidən musiqi məktəbinə gətirməliyəm (hökmən). 13.53. Anar gəlir, ətrafına toplaşırlar. Ətrafdan qışqırırlar: “qoy getsin!”, “saxlamayın”, “qoy şəxsi məsələsini həll etsin!”. (Keçən iclasda Vəzirov dedi ki, Anar yanıma gəldi, camaatın dərdlərini dedi, əlac etdim. Sonra öz şəxsi məsələsini də xahiş etdi, ona köməklik göstərdik. “Şəxsi məsələ” isə bundan ibarət olub ki, Vəzirov Anara Hökumət evinin arxasın-dakı yeni binada mənzil verdirib). Ümumiyyətlə, indi xalqın ona göstərdiyi bu soyuqluq Anarın “şəxsi məsələ” müqabilində susması kimi qiymətləndi-rilməsindən irəli gəlir. Burada yəqin ki, müəyyən həqiqət də var. Anarın son vaxtlar xalqın ən ağır günlərində səsi eşidilməyib, nəhayət, sonuncudan qabaqkı mitinqdə “mən həmişə xalqla olmuşam” dedi. Elçinin səsi yerli-dibli eşidilmir. 14.02. Bəlkə də sessiya başlanıb, ancaq bizim heç nədən xəbərimiz yoxdur. Televiziyada isə birbaşa translyasiya başlanacağını bildiriblər. Mən isə hələlik Feyzinin söylədiyi bu əhvalata qulaq asıram: deputat nişanını qalstukunun altına vurmuş bir “deputat”ın abrını ətəyinə büküblər. Sən demə, nainsaf külək qalstuku qaldırıb, camaat nişanı görən kimi hərifin “xalq elçisi”olduğunu bilib. Təbii ki, heç nə etməyiblər, ancaq “şifahi təbliğatla” “öyüd-nəsihət” veriblər. Bu gün AXC-nin təsdiqi də gözlənilir. AXC-nin cəngavərləri içəridədir. (Ən sonda Zərdüşt Əlizadə içəri keçdi). Ancaq onların gəlməsini mən bilmədim, Görünür, onlar mehmanxana tərəfdən gəlib keçiblər. Ümumiyyətlə, bu gün keçən iclas gününə nisbətən coşğunluq azdır.

Başlıca səbəbi 2 şeydə görürəm: 1) mikrofon yoxdur, camaat sessiyanın gedişindən xəbərsizdir, ona görə də “işsizlik” yayğınlıq yaradır; 2) AXC son mitinqdə camaatı bu gün bura çağırmağı unutdu (?), ona görə gələnlər (hələlik) azdır. Keçən dəfə Finlandiya və İngiltərənin müxbirləri adamlardan müsahibə alırdılar, bu gün gözümə xarici müxbir dəyməyib. Adamlar topa-topa yığılıb söhbət edirlər. Şair Məmməd Aslanın, filoloq, AXC fəalı Tağı Xalisbəylinin (o indi “Bığ Tağı”lıqdan çıxıb - bığa saqqal da artırıb), kibernetik dostum Ədalət Paşayevin və başqa ziyalıların ətrafına çoxlu adam cəmləşib. Əksər söhbətlərin mövzusu çox yaxındır - siyasi və iqtisadi suverenliyin mahiyyəti. *** 18.35. İndi Əzizbəyov heykəlinin yanında (Müşfiq küçəsi) durub Qorxmazın gəlməsini gözləyirəm ki, birlikdə AS-in qarşısına gedək. İndiyədək olan “fasilə”də evə getmişdim ki, Sevili musiqi məktəbinə gətirim, ancaq o, dərsdən gəlib çıxmadı, mən də artıq gec olduğu üçün onu gözləməyib şəhərə qayıtdım (Qorxmazla birgə. İndi o, ayaqüstü bazara dəyib qayıdacaq). Evdə sessiyanın gedişini az da varsa izlədim. (Televiziya ilə birbaşa ötürürlər, ancaq keçəndəfəkindən fərqli olaraq indi radio ilə vermirlər). Sabir Rüstəmxanlı çox qeyrətli danışdı. Dedi ki, Amerika mütəxəs-sisləri hesablayıblar ki, Azərbaycandan aparılan nefti qızıla çevirsə respublika ərazisinin üstünü 8 sm qalınlığında qızıl təbəqə ilə örtmək olar. Sonra dedi ki, balaca padşahlar - raykomlar və başqaları xalqın başına müsibətlər gətirirlər, heç olmazsa xalqın bu günündə onun halına yansınlar. Çox odlu-odlu və mənalı danışdı. Təəssüf ki, çox şeyi unutdum. Ancaq bir mühakiməsini heç cür unutmaq olmaz. Dedi ki, son vaxtlar tez-tez “referendum” deyirlər. Bu nə söhbətdir? Azərbaycanın bir qarış torpağını dəyişmək üçün təkcə Şimali yox, Cənubi Azərbaycanda da referendum olmalıdır, çünki bu torpaq təkcə bizim yox, bütün Azərbaycan xalqınındır. O, Xalq Cəbhəsinin mütərəqqi fikirlərindən və Qarabağa yardımın əhəmiyyətindən də söz açdı. Onu da dedi ki, deputatlarımızın siyasi savadlılığının çox böyük əhəmiyyəti var. Təəssüf ki, onlarda bu keyfiyyət çox aşağıdır. Bir il qabaq DQ-da XİK yaradılması təklifi irəli sürüləndə də bu deputatlar hamılıqla əl çalmışdı, indi onun ləğvinə də eyni adamlar əl qaldırıb. (Ancaq Sabir bir şeyi düz demirdi. XİKomitəsini partiya fəallarının yığıncağında “yaratmışdılar”. Deputatlar isə, necə deyərlər, fakt qarşısında qalmışdılar). Respublika hərbi komissarı Əbülfəz Qasımov və Danil Piriyeviç Quluyev dedilər ki, Azərbaycanda hərbi qüvvələr yaratmağa ehtiyac yoxdur. Danil Piriyeviç dedi ki, mən AXC rəhbərləri ilə institutumuzda söhbət etməyə hazıram (Partiya Tarixi İnstitutunda). İndiyədək AXC İH tərəfindən yalnız Tofiq Qasımov danışıb. O, iqtisadi suverenlik üzrə layihə haqqında danışıb. Bu layihənin (eləcə də başqa layihələrin) hazırlanmasında Azərb. SSR EA Fizika İnstitutunun elmi işçisi T.Qasımovun böyük əməyi olub, ona görə də layihələr haqqında danışmaq üçün AXC sözü ona verib. 19.15. Qorxmazla meydana gəldik. Mikrofon quraşdırıblar. Eşitdik ki Füzulinin I katibi Cavanşir Məmmədov B.Vahabzadəni təhqir edib, ona “erməni” deyib. B.Vahabzadə isə deyib ki, erməni sənsən, erməniyə də oxşayırsan. Özünün də nə işlə məşğul olduğunu bilirik. Onu susdurub. (C.Məmmədov “ermənilərlə işimiz yoxdur, xalqı parçalamayın” deyə Vəzirova yaltaqlanmaq istəyib). Bəxtiyar milli ordu məsələsini bəyənib. 19.18. Vəzirov danışdı. Dedi ki, mən keçən dəfə danışmışam. İndi sessiyamız başa çatır. Partiyanın milli siyasət haqqında platforması sabah mətbuatda dərc ediləcək. Onda bizim bir çox təkliflərimizin nəzərə alındığını görəcəksiniz. Plenumda Qorbaçovun “nereşitelğnostğ üentra”23 termininə münasibətini gördünüz. Gördünüz Liqaçov nə danışdı? Görürsünüz belə kristal təmiz adamın başına nə iş gəlir? (Fit). (Deyirlər, Aydın Məmmədov Vəzirova Azərbaycan dilindən dərs deyir. Ancaq, görünür, “şagird” yaxşı götürmür, çünki gah azərbaycanca, gah rusca qarışıq danışır). Siyasi suverenlik haqqında qanun qəbul etdik. Üç gündə 25 min adam müzakirələrdə iştirak edib. Lazım gəlsə 50 saat da işləyəcəyik xalq üçün. Nəbi Xəzriyə üz tutub dedi ki, yerindən durub danışırdın, indi xalqa sözünü de də. Mənə məsləhətləşdin ki, danışım? Dedim ki, yox, çünki istəmirdim ki, danışıb pis vəziyyətə düşəsən. Mənim nəyimə lazımdır xalqım sağlam olmayanda, xalqım ağıllı olmayanda suverenlik? Bu, mitinq deyil, bu, sessiyadır. Gərək xalqın əsl dərdlərindən danışaq.

Biz suveren respublikaya gündən-günə böyük addımlarla gedirik. Nə vaxt ki səfir işləyirdim mən xaricdə... 3.000 ton ət, 48.000 ton taxıl, 25.500 ton kartof - bu, Bakıya 1 ayda lazım olan şeydir. Ölkəyə zərər vurmaq istəyəndə bilmirsən ki, sənə də ziyan vurarlar? Kimə sement lazım deyilsə əlini qaldırsın. Kimə sement lazım deyil? (Bayırda fit, qışqırıq). Boğazımızdan heç nə keçmir, çünki bizi qoymurlar. İşimizə niyə qoşulurlar? Sabir Rüstəmxanlı buradadırmı? Sən bilirsən mənim sənə münasibətimi. Sənin çıxışın mənim xoşuma gəlmədi. Bizə hər adam lazımdır. Gəlin irəliyə baxaq, hər bir adam çalışmalıdır ki, sabahımız yaxşı olsun. Xalq Cəbhəsi haqqında da danışdılar. Qoy işləsinlər. Yer də veririk. Qoy xalq üçün işləsin. Xalq üçün işləyəcəklər - əlbir olacağıq, xalqa qarşı olacaqlar - vuruşacağıq. Utanmırıq, yoldaş Bardaşlı? Mən sizin işin qarşısında baş əyirəm. Bəxtiyar, bundan sonra bir kəlmə də yazmasan Azərbaycan ədəbiyyatın-da klassiksən. Bu cür adamlar gərək vuruşsunlar? Fikrət Əmirov, Qara Qarayev, Niyazi ilə qardaş olmuşam. Üçü də bir-biri ilə düşmən idi. Onlar indi də yaşayardılar onları barışdıran olsaydı. Onları həmişə vuruşdurublar. Vasif Adıgözəlov dedi ki, “Qarabağ şikəstəsi” çalınacaq. Dedim ki, nəyə lazımdır qanun, sessiya? Gedək, qulaq asaq. Gərək siz (Bəxtiyarla Bərdaşlı) mənim yanımda barışasınız. Fikrət Əmirov iki dəfə Nepala gəlib ki, mənimlə vaxt keçirsin. (Gülüşmə). Rəşid Beybutovun işi onu bütün dünyaya tanıtdı. Mən ağır vəziyyətdəyəm. Kim gəlir, bloknotunu açır, deyir ki, muğayat ol ha, pis adamdır, o, pis adamdır, o, pis adamdır. Dedim ki, bura bax, bir yaxşı adam göstər də. (Vəzirovun ana dilində pis danışması bir yana, bazar səviyyəli danışığı çox vaxt gülüş doğurur). Sağ olun, yoldaşlar! Ancaq birlik! Gecə-gündüz xalq üçün işləmək! *** 19.49. “İs-te-fa!”. Sessiya qurtardı. Meydana toplaşan təxminən 3 min adam bir səslə aramsız olaraq “is-te-fa!” qışqırır. Çoxları mehmanxana tərəfə çəkilib Nərimanov prospektini doldurdu ki, AS binasından baxan deputatlar izdihamı görsünlər. 19.52. “İs-te-fa!” aramsız “tə-til!”ə çevrilir. Yumruqlar yenə yuxarı-dadır. Deputatlar binanın içərisində birinci mərtəbəyə düşür (şüşə arxasından aydın görünür), ancaq hələ heç kəs bayıra çıxmaq istəmir. 19.54. Yüz dəfələrcə təkrar olunan “is-te-fa!”. Deputatların telestudiya tərəfdən çıxacaqlarını nəzərə alan böyük bir dəstə oraya axışdı. Meqafonla camaata müraciət edib dedilər ki, depu-tatların qabağını kəsməyə gedənlər bizim düşmənlərimizdir. Gənclər əl-ələ tutub sədd yaratdılar (AS binasından mehmanxana hasarınadək) ki, deputatlar gələn yola heç kəs çıxmasın. Meqafonlu oğlan dedi ki, Cavanşir Məmmədov kimilərin sifəti açıldı. O, ağsaqqalımız Bəxtiyarı təhqir etməklə bizi də təhqir edib. Onu bağışlamaq Bəxtiyar müəllimin şəxsi işidir, ancaq sabahkı mitinqdə öz sözümüzü deyəcəyik. İndi isə geri qayıdın. 20.00. Abbas Abdulla (AXC Ağsaqqallar Şurasının üzvü) xalqı sakitliyə çağırdı. 20.03. Əbülfəz səkiyə çıxdı (binanın qarşısındakı): - Axşamınız xeyir, qardaşlar! Deputatların bəzilərinin çıxışı xoşumuza gəlmədi, onların təhlilini sabahkı mitinqdə verəcəyik. Bütün şərtlər az-çox yerinə yetirildi - 2-sindən başqa. Məhbuslar azad edilmədi, Moskvadan gələn istintaq qrupunun işini öyrənən komissiya yaradılmadı. Suveren dövlətin öz ordusu olmalıdır ki, öz suverenliyini qoruya bilsin. Hər suveren dövlətin pulu olmalıdır. Öz xəzinəsi olmalıdır. Bu üç şərt hələ heç bir sovet respublikasında həyata keçməyib, ancaq mübarizə gedir. Biz də bu yolda mübarizədən dönməyəcəyik. Xalq Cəbhəsi rəsmi təsdiq olunmasa da otaq ayrılıb. Hesab da açılacaq, ayın sonunadək təsdiq edəcəklər. Xalq Cəbhəsi artıq elə qüvvədir ki, onu təsdiqləməmək mümkün deyil. İvan Draç Ukraynada deyib ki, məni Şerbitski təsdiq edərsə bizə o təsdiq lazım deyil. Biz bütün qüvvələri Qarabağ məsələsinə yönəltməliyik ki, bu dərd həll edilsin.

Volskinin idarəsi buraxılacaq, SSRİ AS-nin sessiyasında qoyulacaq. Liqaçovun çıxışını oxumusunuz. Bütün bunlar Ermənistandan gəlir. Onun (Ermənistanın) əli kəsiləndən sonra işləri qaydaya salmaq olar. Komendant saatını rayon-rayon götürməyi fikirləşirik. Gərək bir rayon boşalsın, ora Azərbaycan qüvvələri girsin, suverenlik bərpa olunsun. (Alqışlar). Suverenlik layihəsində Fuad Ağayev iştirak edib. Bu gün Tofiq Qasımov da daşışdı. Xalqdan rəylər toplamışıq. Onlar nəzərə alınacaq. Dəmir yolu məsələsi qətidir. (Alqışlar). Ermənistana yanacaq verilməyəcək məsələlər yoluna düşənə qədər. Bu, AXC-nin və sizin rəyinizdir. Üstündə möhkəm durun. Azərbaycan təyyarə limanı da 25-indən Ermənistanın üzünə bağlı olacaq. 20.14. Etibar: İstəkləriniz sabah meydanda deyiləcək. Dəmir yolu Ermənistana işləməyəcək. Naxçıvan dəmiryolçuları işləmir, onların vəziyyəti maddi cəhətdən pisdir. AXC İH onlara yardım göstərməyi qərara alıb. Sizin mənəvi müdafiəniz olmasa biz heç nə edə bilmərik. Sabah saat 4-də meydanda görüşənə qədər. Sağ olun! 20.16. Camaat dağılışmağa başladı. 20.30. 71-45 AQA qabaqda (milis), arxada: 53-05 AQS - 57-29 AQ (12 maşın) + PAZ avtobusu lap arxada. Hamısının içi dolu əsgər. “Evə” döndülər. Hər maşında 30 əsgər. 20.34. 10 maşın da indi keçdi. 23 maşında təxminən 690 əsgər. Hələ milisləri saymasaq təxminən üç dinc mitinqçiyə bir əsgər düşürmüş. Qorxmazın Əbülfəzlə görüşü ilə meydan təəssüratımız yekunlaşır. Srağagün Qorxmaz mənə azərbaycanca və rusca bir neçə müraciətnamə verdi ki, bunları işdə Əbülfəz bəyə çatdır. Müraciətnamələr imzasızdı, mətbəədə (“jurnal” şriftindən tanıdım ki, “Kommunist” nəşriyyatının mətbəəsində çap edilib) buraxılmışdı. Onları bir rus kitab alverçisi Nizami kinoteatrının yanındakı “Bukinist” mağazasında camaata paylayır-mış. Rusca müraciətnamədə tətilin xalqa vurduğu ziyandan danışılır, AXC-nin bu işinin DQ-ı bizdən almaq istəyən ermənilərin xeyrinə olduğu bəyan edilir və “yenidənqurma düşmənlərinə” (AXC-yə) qarşı qəti mübarizə aparmağa dəvət edilirdi. Azərbaycanca müraciət də oxşar məzmunlu idi, ancaq Etibar, Nəcəf, İsa və başqa “ekstremist”lərin, “araqarışdı-ran”la-rın adları çəkilir, şəhərin ictimai həyatına zərbə vuran, milləti sakit yaşamağa qoymayan belə şəxslərin böyük qrupunun həbs edildiyi bildirilirdi. Burada da AXC-yə qarşı əclafcasına böhtan və iftiralar əks olunmuşdu. Doğrudur, hələ keçən mitinqlərdə AXC rəhbərləri bu müraciətnamə-lərin məzmununu ifşa etmiş, onları divarlara yapışdıran Şaumyan rayon PK təlimatçısının və həmin rayon komsomol komitəsi katibinin adlarını da çəkmişdilər, bunun AXC-yə qarşı alçaqlıq əməliyyatı olduğunu söylə-mişdilər. Ancaq maraqlısı bu idi ki, sentyabrın 2-sindən bir az sonra tətilin ilk günlərində yazılmış bu müraciətnamələr məzmunca (daha doğrusu, tarixcə) köhnəlsə də onu yenidən işə salıblar. Deməli, yenidən tətildən qorxurlar və yaxın günlərdə onun baş verməsi təhlükəsindən təşvişə düşüblər. Qorxmaz rusa deyib ki, bunu haradan almısan? O, cavab verib ki, mənə 26-lar r-n Partiya Komitəsində veriblər. Qorxmaz onun üstünə bərk düşəndə tez aradan çıxıb qaçıb, ancaq Qorxmaz onun əlindən 5-6 kağızı qopara bilib. Mən 5-inci gün işə gedə bilmədiyimə görə institutda Əbülfəz bəyi görə bilmədim və müraciətnamələri ona çatdırmadım. Bu gün AXC üzvləri sessiyadan çıxanda Qorxmaz dedi ki, sənədləri onlara indi də versən gec deyil. Qorxmaz özü aşağıda dayandı, mən isə yuxarı səkiyə XC üzvləri dayanan yerə çıxdım. Bəyi camaat dövrəyə almışdı, ona yaxın düşmək mümkün deyildi, ona görə nisbətən sərbəst olan Rəhim Qazıyevə sənədləri verib əhvalatı danışdım, daha dəqiqlik üçün Qorxmazı aşağıdan çağırdım. O, Rəhim bəylə xeyli danışıb məsələni dəqiqləşdirdi. Aşağı düşəndə gördüm ki, Bəy gənclərlə söhbət edir. Qorxmaz yanaşıb dedi ki, Əbülfəz, axı sizə qarşı yeni iftiralar davam edir. Sonra əhvalatı danışdı. Bəy heç halını pozmadan gülə-gülə dedi: - Canın sağ olsun. İndi demokratiyadır. Biz də sözümüzü deyirik, onlar da. Camaat bizi də dinləyir, onları da. Hamının ağlı var, şüuru var, kimə inanırsa inansın. Bundan ötrü narahat olmağa dəyməz. Çoxları, o sıradan mən də, Qorxmaz da deyilənlərlə razılaşdıq. Meydandan riyaziyyatçı Benyamin müəllim, kimyaçı Aləm müəllim, Qorxmaz və mən - bir binanın “cayılları” birlikdə çıxdıq. Benyamin müəllim danışdı ki, Yevlaxdan keçib Şaumyan rayonuna gedən 7 maşın unun hamısını Yevlax camaatı əsgərlərin gözü qarşısında “dağıdıb”,

Ermənis-tandan gələnlərə qapı-qapı düşüb paylayıblar. Əsgərlər maşından çıxmağa da ürək eləməyiblər. AXC-nin qələbəsi: “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusi-ya qanunu qəbul edildi!24 *** Sov.İKP MK plenumunda müstəntiqlər T.X.Qdlyan və N.V.İvanov Sov.İKP MK Siyasi Bürosunun üzvü, MK katibi Y.K.Liqaçovun rüşvətxor olduğunu söyləyiblər. Liqaçovun ərizəsinə əsasən SSRİ prokurorluğu bunun yalan olduğunu təsdiqləyib. Y.K.Liqaçov plenumda deyib: “Açıq deyəcəyəm ki, ötən ilin yazında mən Zaqafqaziyanın iki respublikasının sərhədlərini dəyişdirməyin əleyhinə olduğumu birmənalı şəkildə deyən kimi, yeri gəlmişkən, partiyanın Mərkəzi Komitəsinin bildir fevral ayında qəbul edilmiş qərarını sadəcə xatırladan kimi bu, millətçiləri sözün əsl mənasında hövsələdən çıxarmışdı və onların bəd əməllərini çox gözləmək lazım gəlmədi. Bütün bunlar bir məlum mənbədən törəyir”. (Bugünkü “Kommunist” qəzeti).

24 sentyabr 1989. Azadlıq meydanı. AXC-nin mitinqi. Feyzi ilə Azadlıq meydanına gəldik. Adam çox azdır - bir neçə yüz. Mərkəzi tribunanın sağ və solundakı iki tribuna dolub, meydanda çox seyrək görünən adamlar gəzişir, bir də ki, bulvar tərəfdə kölgəlikdə 200-300 adam yığışıb. O tərəfdən qoca bir kişinin (həmişə sağ tribunada şer söyləyən) “Oyan, oyan, Azərbaycan” deyən səsi eşidilir. 15.57. Əllərində üç milli bayraq (2-si həmişə baş tribunaya qoyulandır) olan təxminən 400500 nəfərlik böyük bir dəstə “a-zad-lıq!” sədaları ilə meydana daxil olur. 16.11. Əbülfəz, Vaqif Səmədoğlu, Xəliyəddin Xəlilov gəlirlər. Camaat onları alqışladı. Bir qadın, uşağı ilə onların qarşısına gəlir. Əbülfəz uşağı göyə qaldırıb öpdü, sonra yerə qoydu. 16.19. Qoca, saqqallı kişi Vəzirova həsr etdiyi “Bambılı” şerini oxuyur. Bizim tribunada (sağdan II) ən yuxarı pillədə durub, əllərini tərpədə-tərpədə coşğunluqla söyləyir. İlk şeri belədir: “Bambılı, ay bambılı, Az əkdir sən pambığı”. “Ey bambılı, məşuqsan, Yəhudiyə aşiqsən”. (Şer bədii cəhətdən çox zəifdir. Çox yerdə qafiyələri düz gəlmir). Sonra o, Şəhriyarın adına çıxmış “Ayağa dur, Azərbaycan” şerini söyləyir. Hər bənddən sonra alqışlayırlar. Başında Buxara papaq olan, döşündə 3 rəng AXC nişanı, əlində dəftər tutan qoca şair daşnakları qəzəblə lənətləyir. Vazgenlərə, Balayan-lara nifrət yağdırır. Gur səsi ilə qışqırır: - Anasını bəyənməyənlərə, ana dilini bilməyənlərə ar olsun! Bizimlə birləşməyənlərə ar olsun! Qoca (gərək onun adını öyrənəm) hər mitinqdə iştirak edir, dəftə-rindən özünün yazdığı şerləri (zəif olsa da) oxuyur. - “Tətil” deyən cavanlara eşq olsun! Bir şerinin sonuncu misrasında zəlzələyə müraciətlə: “Alt-üst eylə Yerevanı, Azad eylə müsəlmanı” -deyir. Qoca şair meydandakı fasiləni çox məharətlə doldurur. Əlbəttə, onu sol tərəfdə heç kəs eşitmir, ancaq bizim cinahda xeyli adamı o özünə qulaq asmağa məcbur edib. Saat 5-ə 25 dəqiqə qalsa da mitinq hələ başlamayıb, halbuki saat 4-də açılmalı idi. Görünür, camaatın

həmişə 5-6-dan sonra gələcəyini nəzərə alıb indi də ya 5-də, ya da 6-da başlayacaqlar. Hələliksə meydanda 150 min adam olar. Mərkəzi tribunanın qarşısı dolub, bulvarda da xeyli adam var. Meydanda yenə “Bambılı” şeri səslənir. Qoca şair Bambılını (bu adla camaat Vəzirovu nəzərdə tutur) ifşa edir, onun yəhudilərlə, erməni-lərlə qohumluğunu, Vətəni satdığını ölçüsüz, qafiyəsiz, ancaq ehtiraslı misraları ilə qamçılayır. Bu dəfə meydanı milislər qorumur. İlk dəfdir ki, bu boyda meydan qolu üçrəng qolçaqlı AXC növbətçilərinə etibar edilib. Ancaq camaatın içində milislər çoxdur; onlar qulluqda olan yox, sadəcə mitinqdə deyilənləri eşitmək istəyənlərdir. Bu gecə saat 3-də “yay” vaxtı ləğv edilib, saat 1 saat irəli çəkilib. Ona görə də indi vaxtı qeyd edənlər “köhnə vaxt” deyə danışırlar. Bu hesabla, yəni “köhnə vaxt”la indi saat 18, yeni vaxtla 17-dir. Yəqin ki, bir azdan mitinqi açarlar. 17.02. Milli himn - “Koroğlu” uvertürası çalınır. Yumruqlar qibləyə - mərkəzi tribunaya yönəlir. Himn altında üç tərəfdən - bulvardan, sağdan və soldan meydana insan dənizi axışır. Meydanla bulvarı ayıran boşluq bitişir. Əsas kütlə “Azərbaycan” mehmanxanası tərəfdən gəlir. Bu anda meydanda 500.000 adam var. Himn qurtaran kimi alqışlar qopur. 17.05. Abbas Abdulla: İnsanlara azadlıq, millətlərə hürriyyət! Dünənki sessiyanın gedişi haqqında məlumat verəcəyik. AXC-nin kimlərlə üz-üzə dayandığını gördünüz. Azərbaycan xalqı 70 ildə 70 min Cavanşir Məmmədovlar görüb. (“Ar olsun!”, “ölüm olsun!”). Etibar bəyə söz verilir. (Sürəkli alqışlar. Onu xalq çox istəyir). 17.08. Etibar: - Birinci növbədə XC İH adından haqlı mübarizədə bizi müdafiə etdiyi üçün Azərbaycan xalqına minnətdarlığımızı bildiririk. Keçən dəfə nəzərə almamışdıq vaxt dəyişəcək. İndi köhnə vaxtla 6-da başlayırıq. Bizim mübarizəmizin nə qədər çətinliklərlə həyata keçdiyini gördü-nüz. Dünənki sessiya da əvvəlki sessiyalarda başladığımız işin nəticəsi idi. Bütün problemlər rəhbərlik tərəfindən həll edilmədiyi üçün yaran-mışdı. Biz mitinqlərə başladıq. Sonrakı mitinqlərdə də az dəyişikliklər etdik. Ən böyük qələbəmiz o oldu ki, irəli sürülmüş 5 tələb növbədənkənar sessiyada müzakirə olundu. Biz həmin tələblərin yerinə yetirilməsinə nail olduq. Əhalinin bir hissəsi sessiyanın nəticəsindən razı oldu, bir hissəsi narazı oldu, bir hissəsi isə narahatdır ki, real heç nə əldə olunmayıb. Narahatlığa əsas var - indiyədək xalqı çox aldadıblar. Gəlin əldə etdiyi-miz nəticələri müzakirə edək, görək nə əldə etmişik, nə güzəştə getmişik, nə əldə edəcəyik. Birinci növbədə, tələblərimiz sessiyada müzakirə edildi. Sessiyada iştirakımız da xalqın ilk qələbəsi idi. O deputatlar ki orada əyləşiblər, bundan artıq nəticə əldə etmək mümkün deyildi. (“Qoyundurlar!”). Mən bilmirəm onlara nə ad vermək olar? Onların səviyyəsi bu cürdür. Xalqın böyük oğluna “xalq düşməni” deyən Cavanşir Məmmədova nə ad vermək olar? Deputatların böyük hissəsini Cavanşir Məmmədovlar təşkil edir. Yaxşı ki, hər şey bütünlüklə deputatlardan asılı olmadı. Biz rəhbərlərin istefasını tələb etməklə onları məcbur etdik ki, mandatlarını qaldırsınlar, deputatlar da onlara baxıb qaldırsın. Elə etməliyik ki, taleyimiz 1-2 nəfərdən asılı olmasın; Əli gedəcək, yerinə Vəli gələcək. Ona nail olduq ki, DQ XİK-nin ləğvi haqqında qərar çıxardıq. Sizin köməyinizlə buna nail olduq. İndi həmin məsələyə SSRİ AS-də baxılacaq, qəti həll olunacaq. Azərbaycan SSR-in suverenliyi haqqında Konstitusiya qanunu qəbul etdik. Bu, SSRİ-də müttəfiq respublikalar arasında ilk Konstitusiya qanunudur. Bizim qələbəmizdir ki, deklorasiya yox, qanun yox, Konstitusiya qanunu qəbul etdik. İndi bütün dünyanın gözü bizdədir. Oradan 2 müddəa çıxarılıb: 1) Azərbaycan lazımi zərurət olduqda hərbi qüvvələr, ordu yaratmaq hüququnu özündə saxlayır. Buna yol vermədilər. Ancaq böyük bəla deyil. Sonradan yeni Konstitusiyada sala bilərik. Konstitu-siya yarananda isə AS-in tərkibi tamam bambaşqa olacaq. AS-in indiki tərkibi buna imkan vermir. Məsələn, deputat Danil Quluyev deyir ki, SSRİ bizim suverenliyimizi qoruyur, buna imkanımız yoxdur. Biz ona görə istəyi-rik ki, DQ-da separatçı qüvvələr baş qaldıranda başını əzib yerində oturda bilək. General da, respublika prokuroru da, Əsədov da çıxış etdi, dedilər ki, daxili qoşunumuz var. Biz 5 min milisi Qarabağa göndərib respublikanı boş qoya bilmərik. Onların silahını da DQ-da əllərindən alıblar. Bizdən cəmi bir nəfərə söz verdilər. Keçəndəfəki davadan sonra zal-da milis və DKT əməkdaşları oturmuşdular ki, bizi qabağa buraxmasın-lar.

Sessiyada qazanılan nailiyyətlərdən biri də komissiyaların yara-dılması oldu. Qaçqınlarla bağlı, Ağdamın Qiyaslı kəndi yaxınlığında mü-naqişə ilə, Yevlaxda avtobusun partlaması ilə bağlı komissiyalar yaradıl-dı. Ancaq bizim tələb etdiyimiz komissiyanı ört-basdır etdilər (vətənpərvərlər üzrə müstəntiqlərin fəaliyyətini təhqiq edən komissiya). Bəzi şeylərə nail ola bilmədik. 1) Deputatların mandatlarının səlahiyyətini etibarsız saymaq. Bizə prokurorluq dedi ki, sübutunuz varsa deyin. İndi 100 mindən çox adamın bizdə ərizəsi var. Onları məhkəməyə verəcəyik. Deputatları tək-tək də geri çağıracağıq. İlk növbədə Volskinin deputat mandatı alınmalıdır. Keçən sessiyada Azərbaycanın mənafeyini qorumayan deputatları geri çağıracağıq. AS-in tərkibi də dəyişilməlidir. Bu, ancaq seçki ilə ola bilər. Seçki qanunu hazırlanır. Bizim indidən əsas hazırlığımız bu istiqamətdə olmalıdır. Bizim 1-2 şəxsdən asılı olmamağımız üçün, ali hakimiyyətin AS-ə məxsus olduğunu nəzərə alıb bütün hakimiyyət sovetlərə verilməlidir. Bu saat əsas fəallıq istiqamətimiz AXC dayaq dəstələrinin möhkəm-ləndirilməsidir. Rəhbərlik görür ki, bu prosesin qarşısı alınmazdır. İndi başqa fırıldağa əl atırlar. Eşidirik ki, indi rayonlarda I katiblər XC dəstələri yaradırlar. Buna yol vermək olmaz. Oktyabrda AXC-nin qurultayı olmalıdır. Qurultaya tam təşkil olunmuş şəkildə gəlməliyik. Biz bu seçkilərdə uduzsaq gələcəyimiz şübhəli ola bilər. Bizə bəzi məlumatlar da çatır Xalq Cəbhəsi adından çıxış edənlər pul yığmaqla məşğuldurlar. AXC-nin pul yığmaqla əlaqəsi yoxdur. Onları saxlayıb bizə məlumat verin. Xaqani 33-də otururuq, telefonumuz: 98-53-54. İndiki dayaq dəstələrində üzvlük haqqı məsələsini onların özləri həll edir. İkincisi, hamı Ermənistanın blokadası ilə narahatdır. Bu, dünya ictimaiyyətini də, SSRİ ictimaiyyətini də maraqlandırır. Qərarımız qətidir. (Alqışlar). Blokada davam edəcək. (Alqışlar). Heç bir yanacaq, yük getməyəcək. (Alqışlar). Hamını şübhəyə salan dünən “Vremya”da dəmir yolu idarəsinin rəisi Abdullayevin və onların (ermənilərin) d/y idarəsi rəisinin çıxışı oldu. Məsələ burasındadır ki, Ermənistan SSR də Naxçıvanı blokada edə bilər. Ona görə 4 vaqon göndərdik ki, 2-sini Naxçıvana versinlər. Qəzetləri üçün kağız da göndərdik. Qərarımız qətidir: Ermənistan SSR Azərbaycan-dan ərazi iddiasını geri götürüb üzr istəməyincə blokada davam edəcək. (Alqışlar). Hərbi qüvvə işlətməyin mənasızlığını bilirlər, bilməsələr işlə-dərdilər. İndi isə hədə-qorxu gəlirlər ki, Azərbaycanı blokadaya alıb ərzaq verməyəcəyik. Ancaq bizim də tədbirimiz hazırdır. İlk növbədə Sumqayıtda sulfanol istehsalını dayandıracağıq. Bununla SSRİ-də 36 zavod dayanacaq. Ancaq bundan da təsirli vasitələrimiz var, ona görə də narahat olmağa dəyməz. Biz dünən Naxçıvanın tətil edən dəmiryolçularına maddi yardım göndərdik. (Alqışlar). Bu da Yusif Səmədoğlunun adına açılan hesabdandır. Ağstafada Gürcüstana yanacaq buraxmayan dəmiryolçulara da kömək edəcəyik. Gürcüstanda da azərbaycanlıları incidirlər. Onlar da təminat verməyincə onlara heç nə verməyəcəyik. Təminat versələr yanacağı verəcəyik ki, Ermə-nistana verməsinlər. İndi bizə ümumi tətil yox, strateji nöqtələrdə lokal tətillər lazımdır. Təkcə sulfanol istehsalının dayanması Moskva ətrafında 30-dan çox müəssisəni dayandırar. İndi biz elə etməliyik ki, tətil respubli-kamıza yox, başqa yerlərə ziyan vursun. Bizim indiki məqsədimiz nail olduğumuz nailiyyətləri əldən vermə-məkdir. Çalışmalıyıq ki, qəbul olunan qərarlar (DQ-da XİK-nin ləğvi, suverenlik) kağız üzərində qalmasın. 17.50. Abbas Abdulla: Mən “ziyalı” yox, “ziyanlı” deyərdim, bəziləri çıxış edib deyir ki, AXC üzvləri ad-san qazanmaq istəyirlər. Biz sıravi vətəndaşlarıq. Nemətin məhkəməsi ayın 2-sinə təyin olunub. Biz çalışırıq ki, məhkəmə l.Şmidt zavodunun klubunda olsun. Onun azadlıqda, yoxsa həbsdə olduğunu bilmək üçün Neməti tribunaya dəvət edirəm. 17.52. Nemət qabağa çıxdı, hamı onu sürəkli alqışlarla qarşıladı. 17.52. A.Abdulla: Qanunla təsdiq olunan suverenliyi yaşadacağıq. Azərbaycan o vaxt suveren olacaq ki, Bakının, şəhərlərimizin sinələrində düşmən heykəlləri təmizlənəcək. (Alqışlar). Hansı rayondasa (deyəsən, Neftçalada) camaat qərar çıxarıb Şaumyan kolxozunun adını dəyişib.

17.55. Pənah Hüseynov: AXC ayrı-ayrı adamların hökmü ilə yox, öz Proqramı ilə hərəkət edir. Azərbaycan Xalq Cəbhəsi Azərbaycan SSR Konsti-tusiyasına əməl edir. (Pənah məntiqli danışsa da onun nitqi quru olduğu üçün camaatı o qədər də cəlb etmi