Вы находитесь на странице: 1из 9

Layihənin nömrəsi

Sənədin növü
KHR-WLM-MS-MH57-F-
İşin icra üsulu Sənədin nömrəsi
R-001-02
Təftiş nömrəsi 01
HVAC Havalandırma Sisteminin
Tarix: 01.09.2018
Quraşdırılması
Səhifə : 2-9

MÜNDƏRİCAT
1.0 MƏQSƏD

2.0 ƏHATƏ DAİRƏSİ

3.0 ÖHDƏLİKLƏR

4.0 AVADANLIQLAR

5.0 MATERİALLAR

6.0 PROSEDUR

7.0 DAVAMLI İNKİŞAF VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ÜZRƏ TƏDBİRLƏR

8.0 GİRİŞ VƏ ÇIXIŞ


Layihənin nömrəsi
Sənədin növü
KHR-WLM-MS-MH57-F-
İşin icra üsulu Sənədin nömrəsi
R-001-02
Təftiş nömrəsi 01
HVAC Havalandırma Sisteminin
Tarix: 01.09.2018
Quraşdırılması
Səhifə : 3-9

1.0 MƏQSƏD

Bu iş planı Layihənin HVAC sisteminin quraşdırılması üzrə qayda və normaları əks etdirir.

2.0 ƏHATƏ DAİRƏSİ

Bu İş Planı layihə üzrə HVAC sisteminin quraşdırılması işlərinə tətbiq olunur.


HVAC Kanalının,kanal aksesuarlarının əlaqədar fəaliyyətlərin quraşdırılmasının
təhlükəsiz,müqavilə şərtlərinə uyğun şəkildə yerinə yetirilməsini təmin etməkdən, tələb olunan
bütün keyfiyyətə təminat / nəzarət fəaliyyətlərinin sistemli şəkildə aparılmasını təmin etmək üçün
işlərin,uyğunluğunun yoxlanılması və sənədləşdirilməsidir.

3.0 ÖHDƏLİKLƏR
3.1 Layihə Rəhbəri aşağıdakılara görə öhdəlik daşıyır:
 Bu iş planının ümumi icrası və test işlərinə nəzarət edilməsi
 Çertyojlar, Layihələr, İş Planları, o cümlədən Yoxlama, Sınaq Planları və
Risklərin/Təsirlərin Qiymətləndirilməsi Formalarının təqdim edilməsi və təsdiqi
 Fasiləsiz işlərə görə razılıq və icazələr almaq üçün müştəri və bütün digər tərəflərlə
ünsiyyətin qurulması
 İnsan resursları və maddi resursların təşkili və icra işlərinin planlaşdırılması
 Keyfiyyətə Nəzarət Sisteminə ümumi nəzarət edilməsi
 SƏTƏMM üzrə İdarəetmə Sisteminə ümumi nəzarət edilməsi
 Layihənin icrası və tikinti sahəsinin müştəriyə təhvil verilməsi və işlərin tamamlanması
üzrə sertifikat alınması
 Dizayn və layihə üzrə tələblərə hər hansı dəyişiklik etmək üçün müştəri ilə əlaqə
yaradılması
 İşin gedişatına nəzarət edilməsi və işlərin başlanmasından ən azı 3 gün əvvəl yekun razılıq
alınmasının təmin edilməsi

3.2 Layihə Mühəndisi aşağıdakılara görə öhdəlik daşıyır:


 Layihə üzrə fəaliyyətlərin icra edilməsi.
 İşlərin təsdiq olunmuş çertyojlar,iş planları və SƏTƏM üzrə qaydalara uyğun yerinə
yetirilməsi
 Müvafiq olduğu təqdirdə, görülən işlərə görə müştərinin/sifarişçinin nümayəndəsinin
razılığının alınması
Layihənin nömrəsi
Sənədin növü
KHR-WLM-MS-MH57-F-
İşin icra üsulu Sənədin nömrəsi
R-001-02
Təftiş nömrəsi 01
HVAC Havalandırma Sisteminin
Tarix: 01.09.2018
Quraşdırılması
Səhifə : 4-9

 İşlər burada göstərildiyi kimi yoxlanılmağa hazır olduqda, vaxtında (əsasən 24 saat
əvvəlcədən) Keyfiyyətə Nəzarət üzrə Mühəndisə xəbər verilməsi və İYS (İşlərin
Yoxlanması üzrə Sorğu) göndərilməsi.
 İşlə bağlı əşyaları/kəsiciləri işarələmək və quraşdırmaq üçün MEP (Mexaniki, elektrik
və su çəkilişi) üzrə podratçı mühəndis ilə əlaqə yaradılması
 Mühəndis tərəfindən aparılan yoxlamaya kömək edilməsi və razılıq alınması

3.3 Ölçmə işləri üzrə məsul şəxs aşağıdakılara görə öhdəlik daşıyır:
 Ölçmə işlərinin aparılması
 Xətlərin,koordinatların və sabit nöqtələrin təsdiq olunmuş çertyojlara əsasən
işarələnməsi
 İstifadə olunan bütün ölçmə avadanlıqlarının kalibrlənməsinin və lazımi iş şəraitində
olmasının təmin edilməsi
 Layihənin SƏTƏMM üzrə tələblərinə riayət edilməsi

3.4 KT/KN üzrə Mühəndis aşağıdakılara görə öhdəlik daşıyır:


 Bütün işlərin təsdiq olunmuş çertyojlara,işçi cizgilərə, iş planlarına, Yoxlama və Sınaq
Planlarına uyğun yerinə yetirilməsinin təmin edilməsi
 Təsdiq olunmuş YSP-na uyğun olaraq işlərin təsdiq olunması və bununla bağlı qeydlərin
saxlanması üçün müştərinin/sifarişçinin nümayəndəsi ilə əlaqə saxlamaq
 Bütün ölçmə cihazlarının kalibrlənməsinin və lazımi iş şəraitində olmasının təmin
edilməsi
 Daimi olaraq quraşdırılması planlaşdırılan bütün istifadə olunan materialların müştərilər
tərəfindən təsdiq edilməsinin və layihənin tələblərinə cavab verməsinin təmin edilməsi
 Layihənin SƏTƏMM üzrə tələblərinə riayət edilməsi

3.5 SƏTƏM üzrə Məsləhətçi aşağıdakılara görə öhdəlik daşıyır:


 Hər bir fəaliyyət üzrə tapşırıqlara dair risklərin qiymətləndirilməsinin aparılması
 Hər bir fəaliyyətlə əlaqədar qiymətləndirilən risklər və ətraf mühitə təsirlərə dair
maarifləndirmə işinin aparılması üçün qısa brifinqlərin keçirilməsi
 İşlərin SƏTƏMM üzrə Qaydalara və qanuni və digər tələblərə uyğun olaraq yerinə
yetirilməsini təmin etmək üçün gündəlik yoxlamaların həyata keçirilməsi
 İş üçün icazə sisteminin SƏTƏMM üzrə tələblərə uyğun həyata keçirilməsinin təmin
edilməsi
Layihənin nömrəsi
Sənədin növü
KHR-WLM-MS-MH57-F-
İşin icra üsulu Sənədin nömrəsi
R-001-02
Təftiş nömrəsi 01
HVAC Havalandırma Sisteminin
Tarix: 01.09.2018
Quraşdırılması
Səhifə : 5-9

 Bütün avadanlıqların təhlükəsizlik sertifikatlarına (müvafiq olarsa) malik olmasının və


bütün operatorların lisenziya və icazələrinin olmasının təmin edilməsi
 Tikinti işlərinə SƏTƏM üzrə tələblərə uyğun olaraq nəzarət edilməsi
 Bütün fəaliyyətlərin ətraf mühitə təsirlər, qanuni və digər tələblərə uyğunluq baxımından
qiymətləndirilməsinin təmin edilməsi
 Müştəri ilə SƏTƏM üzrə hər hansı tələblərlə bağlı əlaqə yaradılması

4.0 AVADANLIQLAR
İşlərin icrası üçün istifadə ediləcək avadanlıqların siyahısına aşağıdakılar daxildir, lakin yalnız
bunlarla məhdudlaşmır:
4.1. Əl alətləri
4.2. Açarlar
4.3. Pərçim Tapançası
4.4. Taxta çəkic
4.5. İzolyasiya kəsici bıçaq.
4.6. Nərdivan
4.7. Platformalı iskələlər.

5.0 MATERİALLAR
1. Qara metal və qalvaniz listdən hazırlanmış kanallar
2. Yivli asqı çubuqları və L profilləri
3. Selikon və jontalar
4. Damperlər və müdaxilə qapaqları
5. Boya
6. Təhlükəsizlik avadanlıqları.

6.0 PROSEDUR
Ventilyasiya sisteminin quraşdırılması

 Bütün Kanal parçaları (yəni dördbucaqlı, kvadrat, dairəvi hissələr) C-kələpçələri, S- kələpçələri
xüsusi təyinatlı rəqəmsal komputer (CNC) maşınlar və xüsusi təyinatlı alətlər ilə təchiz olunmuş
Layihənin nömrəsi
Sənədin növü
KHR-WLM-MS-MH57-F-
İşin icra üsulu Sənədin nömrəsi
R-001-02
Təftiş nömrəsi 01
HVAC Havalandırma Sisteminin
Tarix: 01.09.2018
Quraşdırılması
Səhifə : 6-9

kanal atelyəsində birləşdiriləcəkdir.


 Kanalların və aksesuarların sahədə qəbulu üçün, aşağıdakı kimi boşaltma, köçürmə və saxlama
üçün lazımi tədbirlər alınacaqdır.
 material təsdiqinə uyğun olaraq kanal atelyəsində hazırlanacaqdır.
 Bütün kanal hissələri SMACNA standartı / dizayn cizgi detallarına uyğun olaraq hazırlanacaq.
 Sahədə əldə edilmiş materiallar yoxlanılacaq və materialların təsdiq edilmiş material
təqdimatlarında olduğu kimi olması təmin ediləcəkdir.
 Sahədə təslim edilən hər hansı bir kanal sistemi (dördbucaqlı, kvadrat, dairəvi hissələr),
materialları yükləmək və boşaltmaq üçün zəruri / lazımi xüsusi işçi qüvvəsini kanallara hər hansı
bir zərər verilməyəcək şəkildə yerləştirilməsində diqqətli bir şəkildə yüklənəcəkdir.
 Kanallar və Aksesuarlar su, toz və s. əlavə təsirlərə məruz qalmayacaq və kifayət qədər örtülü
olmayan yerdə saxlanacaqdır.
 Quraşdırılmış kanal parçaları montaj və quraşdırma zamanı səhv əlaqələrin qarşısını almaq və
montaj işlərinin gedişatını tezləşdirmək üçün sonuncu təsdiq edilmiş cizgidəki təsvirə uyğun
olaraq nömrələnməsi və ya etiketlənməsi təmin ediləcəkdir.
 Contalar ve kanal astarı üçün yapıştırıcı, istehsalçının tövsiyyələrinə görə qapalı qutularda qapalı
mühitdə depolanacaqdır.
 Bütün izolyasiya materialları quru yerdə saxlanılaraq hava şəraitinə məruz qalmamasını təmin
etmək üçün müvafiq örtüklə təmin ediləcəkdir.
 Proseslərin icrası zamanı aşkarlanmış hər hansı bir uyğunsuzluq, ziyan və s haqqında raport
veriləcək və dərhal aradan qaldırılacaqdır.
 Sahənin istifadəsinə uyğun olmayan material dərhal sahədən çıxarılacaqdır.
 Uyğun identifikasiya ilə hazırlanmış kanal hissələri kanal atelyesindən əldə ediləcəkdir.
 Sahədə qəbul edilmiş bütün kanallar müvafiq yerlərinə uygun olaraq çeşidlənəcəkdir.
 Hər bir kanalın xarici və daxili səthi quraşdırmadan əvvəl parça ilə təmizlənəcəkdir.
 Kanalların birləşmə hissələrində icazə verilmiş conta tətbiq ediləcək.
 İdarə olunan uzunluqları formalaşdırmaq üçün iki və ya daha çox hissəli kanallar yerdə
birləşdiriləcəkdir.

 Üfüqi kanal quraşdırılması


 Kanalların quraşdırılmasından əvvəl başqa sahə üzrə görülən işlərlə əlaqələndirmə aparılacaqdır.
 Kanal asqıları müvafiq ölçülərdə anker boltla beton və ya digər strukturlara təsdiq olunmuş
cizgilərə əsasən bərkidiləcək .Asqı məsafələri kanal dəstlərinin təsdiq edilmiş təsvirləri /
cədvəlinə uyğun olacaqdır.
Layihənin nömrəsi
Sənədin növü
KHR-WLM-MS-MH57-F-
İşin icra üsulu Sənədin nömrəsi
R-001-02
Təftiş nömrəsi 01
HVAC Havalandırma Sisteminin
Tarix: 01.09.2018
Quraşdırılması
Səhifə : 7-9

 Təsdiq olunmuş çizgilərə görə uygun ölçüdəki asqı çubuqu, uygun qayka istifadə edərək ankerə
sabitlənəcəkdir.
 Kanalı saxlamaq üçün istifadə ediləcək L profili kanal ölçüsünə uyğun olaraq (hər 2 tərəfindən
50 mm məsafə saxlanlılaraq) kəsiləcək və asqı çubuğuna bolt qayka vasitəsilə sabitlənəcəkdir.
 Kanal parçaları təsdiqlənmiş cizgilərdə təsvir olunduğu kimi quraşdırılacaq və birləşdiriləcəkdir.
 Montaj olunmuş kanallar əl ilə və ya müvafiq qaldırıcı mexaniki avadanlıqlar vasitəsilə
qaldırıldıqdan sonra dayaqların üstünə qoyulacaq. Bənzər səkildə digər montaj olunmuş kanal
birləşmələri eyni formada qaldırılaraq bir birinə bolt qayka və klipslər vasitəsilə sabitlənəcəkdir.
 Kanal güzərgahı və səviyyələri təsdiq edilmiş cizgilərə əsasən quraşdırılacaqdır.
 Hava axını paylanması üçün kanal keçiş sahəsinə bərabər kəsimlər ediləcək və alüminium
pərçimlər vasitəsi ilə və flans birləşməsinin köməyi ilə kanal səthinə bərdidiləcəkdir
 Həcm nəzarət damperləri, splitter damperləri kimi kanal aksesuarları təsdiqlənmiş çizgilərə uyğun
olaraq quraşdırılmalıdır. Axının son tənzimlənməsi üçün atelyedə hazırlanmış Dəyirmi Balans
tənzimləyici qurğuları təsdiq edilmiş çizgilərə əsasən yerləşdiriləcəkdir.
 Həcm nəzarət damperləri və yanğın söndürmə qurğuları təsdiq edilmiş çizgilərdə göstərilən və
spesifikasiyaya əsasən sistemin balanslaşdırılmasına lazım olan yerlərdə quraşdırılacaqdır.
 Hər bir yanğın damperlərinin yerləşdiyi hissələr mudaxilə qapaqları ilə təmin olunacaqdır.
 Kanalın işlənməsindən sonra silikon tapançası ilə quraşdırılmış kanal işinin bütün flanşlı
oynaqlarına təsdiq olunmuş kanal sızdırmazlığı tətbiq olunacaqdır.
 Kanalların kəsişdiyi yerlərdə esnek kanal keçidləri təmin ediləcəkdir
 Kanallar, Tüstü sovurma damperlərinə və Fanlara esnek kanal konnektorları ilə
birləşdiriləcəkidir.
 Yivli çubuqlar səviyyəsinin saxlanılması üçün təsdiq edilmiş çizgilərə uyğun ölçüdə(uzunluğda)
kəsiləcəkdir.
 Kanalın səthi quru parça ilə tozdan təmizlənəcək və flanşların ucu sinklə zəngin boya ilə örtülmüş
olacaq.

Vertikal kanalların quraşdırılması


 Kanalların quraşdırılmasından əvvəl digər icişçi qrupları ilə koordinasiya aparılacaqıdır.
 L şəkilli profil kanal ölçüsünə (hər tərəfdən 50 mm boşluq nəzərə alınaraq ) uyğun kəsiləcəkdir.
 Kanal parçaları təsdiqlənmiş təsvirə uyğun şəkildə quraşdırılacaq və birləşdiriləcəkdir.
 Hava axını paylanması üçün kanal keçiş sahəsinə bərabər kəsimlər ediləcək və alüminium
pərçimlər vasitəsi ilə və flans birləşməsinin köməyi ilə kanal səthinə bərdidiləcəkdir
 Kanalın işlənməsindən sonra silikon tapançası ilə quraşdırılmış kanal işinin bütün flanşlı
Layihənin nömrəsi
Sənədin növü
KHR-WLM-MS-MH57-F-
İşin icra üsulu Sənədin nömrəsi
R-001-02
Təftiş nömrəsi 01
HVAC Havalandırma Sisteminin
Tarix: 01.09.2018
Quraşdırılması
Səhifə : 8-9

oynaqlarına təsdiq olunmuş kanal sızdırmazlığı tətbiq olunacaqdır.

7.0 Davamlı inkişaf və ətraf mühitin mühafizəsi üzrə tədbirlər:

Davamlı inkişaf və ətraf mühitin mühafizəsi üzrə tədbirlər bu İş Planında göstərilən işlərin ISO 9004:
2008, OSHAS 18001: 2007 və ISO 14001: 2004 tələblərinə uyğun olaraq yerinə yetirilməsini təmin
etməlidir. Bu İş Planındakı fəaliyyətlərlə bağlı mənfi ekoloji təsirlərin azaldılması üçün əsas tədbirlər
aşağıda göstərilmişdir:

 Səs-küy: Hər hansı test və analiz işlərinə başlamazdan əvvəl, bu işlərin ətraf mühitə mühüm
təsiri qiymətləndirilməlidir və işlərin SƏTƏMM siyasətinə uyğun olaraq əhəmiyyətli
dərəcədə təsir göstərdiyi müəyyənləşdirildiyi halda işçilər və ya ziyarətçilər müvafiq FMV
(məs: qulaqlıq) ilə təmin olunmalıdır.
 Havanın çirklənməsi: Hər hansı bir test işinə başlamazdan əvvəl, bu işlərin ətraf mühitə
mühüm təsiri qiymətləndirilməlidir və işlərin SƏTƏMM siyasətinə uyğun olaraq əhəmiyyətli
dərəcədə təsir göstərdiyi müəyyənləşdirildiyi halda işçilər və ya ziyarətçilər müvafiq FMV
(məs: Tozdan qorunmaq üçün maskalar) ilə təmin olunmalıdır.
 Suyun çirklənməsi: Hər hansı bir test işinə başlamazdan əvvəl, bu işlərin ətraf mühitə
mühüm təsiri qiymətləndirilməlidir və işlərin SƏTƏMM siyasətinə uyğun olaraq əhəmiyyətli
dərəcədə təsir göstərdiyi müəyyənləşdirildiyi halda bu təsiri azaltmaq üçün lazımi tədbirlər
görülməlidir.

7.1 Tullantıların Emalı


Bu işlərlə əlaqədar tullantılar əsasən aşağıdakılarla məhdudlaşacaq:
a) Tavanda olan müdaxilə qapaqları açilanda.
b) Kommunikasiyalar üçün nəzərdə tutulmuş şaxtalara müdaxilə olunanda.

 İş sahəsi təmiz və səliqəli saxlanmalıdır.


 Bələdiyyə tərəfindən icazə verilən ərazidə atılması üçün göndərilən bütün tullantı materialları
üzrə qeydlər Azərbaycan Respublikasının 1998-ci il tarixli№ 514-İQ saylı Tullantıların Emal
Edilməsi haqqında Qanunun tələblərinə uyğun olaraq saxlanılmalıdır.
 Şirkətin Siyasətinə əsasən, tullantıların qarşısının alınması və azaldılması təkrar istifadə, təkrar
emal və düzgün istifadə ilə tətbiq olunmalıdır.
 Təkrar emal üçün göndərilən bütün materiallara dair qeydlər Azərbaycan Respublikasının
1998-ci il tarixli№ 514-İQ saylı Tullantıların Emal Edilməsi haqqında Qanununa uyğun olaraq
saxlanılmalıdır.
Layihənin nömrəsi
Sənədin növü
KHR-WLM-MS-MH57-F-
İşin icra üsulu Sənədin nömrəsi
R-001-02
Təftiş nömrəsi 01
HVAC Havalandırma Sisteminin
Tarix: 01.09.2018
Quraşdırılması
Səhifə : 9-9

 Təmizlik işləri gündəlik olaraq aparılır, yığılan bütün tullantılar Azərbaycan Respublikasının
1998-ci il tarixli№ 514-İQ saylı Tullantıların Emal Edilməsi haqqında Qanununa uyğun olaraq
ayrılır və xüsusi tullantı konteynerlərində utilizasiya olunur.

7.2 Enerji və Avadanlıqlar


Ətraf mühitə daha çox nəqliyyat vasitələri və böyük ölçüdə avadanlıqlar mənfi təsir göstərir. Bunu
minimuma endirmək üçün aşağıdakı tədbirlər görülür. Lakin, bu mərhələdə heç bir mühüm ekoloji təsir
müəyyən edilmir.
 Səs-küy, hava və suyun çirklənməsi Fövqəladə Hallar Nazirliyinin normativ tələblərinə
uyğunluğunu təmin etmək üçün müntəzəm olaraq yoxlanılmalıdır.

8.0 GİRİŞ VƏ ÇIXIŞ


İşlər binanın daxilində həyata keçirilir. Layihənin SƏTƏMM üzrə Planına uyğun olaraq lazımı giriş və
çıxışların təmin edilməsinə diqqət yetirilir. Lakin, hər hansı xüsusi tələblər irəli sürüldüyü halda, işlərin
icrası müştərinin tələblərinə və ya normativ tələblərə uyğun olaraq SƏTƏMM üzrə Məsləhətçi və ya
Konsultant həyata keçirilir.

Вам также может понравиться