Вы находитесь на странице: 1из 10

AZƏRBAYCAN MƏKTƏBİ. 2018.

№2 METODİKA

Ali məktəb tələbələrində kreativliyin


inkişaf etdirilməsi üçün
təlim metodları
Nigar Zeynalova

Müəllif: Annotasiya. Məqalədə ali təhsil müəssisələrində tələbələrin


Nigar Zeynalova — kreativliyinin formalaşdırılması yolları nəzərdən keçirilir. Bu
Azərbaycan Dillər istiqamətdə fənlərin yaranma tarixi araşdırılır. Kreativ təhsil
Universiteti pedaqogika vermə təcrübəsinə malik ali təhsil müəssisələrində yaradıcılığın
kafedrasının dosenti, inkişafına zəmin yaradan təhsil proqramları haqqında məlumat
pedaqogika üzrə fəlsəfə verilir. Ali məktəb tələbələrində kreativliyin formalaşdırılmasına
doktoru. E-mail: təsir göstərən amillər sadalanır. Bir çox nüfuzlu universitetlərin
nigarzeynalova777@ hazırda alternativ təlim mühiti olan virtual texnologiyalardan
gmail.com istifadə təcrübəsi şərh edilir, təlimin virtual təşkilinin üstünlükləri
haqqında məlumat verilir. Təlim prosesinin informasiya
texnologiyalarına əsaslanmaqla təşkilinin tələbələrdə tənqidi və
Açar sözlər: kreativ təfəkkürün inkişafına təsiri, onları gələcək peşə fəaliyyətinə
Ali məktəblər, təlim istiqamətləndirməsi, kreativliyi stimullaşdırması məsələləri
metodları, kreativ inkişaf, öyrənilir. Maraqlananlar üçün kreativliyin inkişafını təmin edən
tələbə kontingenti, təhsil proqramların hazırlanmasında məzmuna deyil, daha çox prosesə
proqramları, sillabus, əhəmiyyət verilməsi, fasilitasiya qaydalarına əsaslanma, kolla-
təlim proseslərinə yardıcı borativ tələbəyönümlü öyrətmə metodlarından istifadənin və
yanaşma. öyrənmənin dəstəklənməsinin əhəmiyyəti qeyd olunur.

DOI: 10.32906/AJES/683.2018.02.03

Məqaləyə istinad:
Zeynalova N. (2018) Ali məktəb tələbələrində kreativliyin inkişaf etdirilməsi üçün təlim metodları.
«Azərbaycan məktəbi». № 2 (683), səh. 41–50

Məqalə tarixçəsi
Göndərilib: 16.05.2018; Qəbul edilib: 06.06.2018

http://journal.edu.az 41
Azerbaijan Journal of Educational Studies. 2018. №2

The training methods for the


development of the creativity of
High School students
Nigar Zeynalova

Author: Abstract. The article examines the ways of forming the creativity
Nigar Zeynalova, of students in higher educational institutions. The history of the
Associate Professor of formation of objects related to it is studied. Information is pro-
Azerbaijan University of vided on educational programs that establish the grounds for cre-
Languages, PhD on the ativity in higher education institutions with experience in
pedagogical sciences. providing creative education.
Azerbaijan, Baku. E-mail: Mention is made of factors that affect the formation of creativity
nigarzeynalova777@ of high school students. Describes the experience of using virtual
gmail.com technologies that have alternative learning conditions in the most
prestigious universities at the present time; gives information
about the advantages of a virtual device. The main attention is
Keywords: paid to the influence of the learning process on the basis of in-
High schools, training formation technologies on the development of criticism of stu-
methods, creative dents and creative thinking, their direction to future professional
development, student activities and issues of stimulating creativity. In the development
quota, educational of programs that ensure the development of students’ creativity,
programs, sillabus, the importance is attributed not to content, but to the process,
auxiliary approach to based on the rules of facilitation that support co-education and
training processes. training of students.

DOI: 10.32906/AJES/683.2018.02.03

To cite this article:


Zeynalova N. (2018) The training methods for the development of the creativity of High School students.
Azerbaijan Journal of Educational Studies. Vol. 683, Issue II, pp. 41–50

Article history
Received: 16.05.2018; Accepted: 06.06.2018

42 http://journal.edu.az
Nigar Zeynalova
Ali məktəb tələbələrində kreativliyin inkişafı üçün təlim metodları

Giriş ki, keçmişdən fərqli olaraq, müasir mütəxəssis


əmək bazarının yüksək və mürəkkəb
Müasir dövrdə innovasiya və kreativliyin tələbatlarını ödəmək üçün daha yüksək
sürətli inkişafı təkcə texnologiya və mədəniyyət səviyyədə bilik və bacarıqlara malik olmalıdır.
sahələrində deyil, gündəlik fəaliyyətdə də Respondentlərin yalnız 28 %-i məzunların
tələb olunur. Bu isə təhsil sisteminin qarşısında əmək fəaliyyətindən razı qaldıqlarını demiş,
yeni məqsəd və vəzifələr qoyur. «Təhsil haq- 68 %-i isə bu istiqamətdə fəaliyyətin təkmil-
qında» Azərbaycan Respublikasının Qanunun- ləşdirilməsinin zəruriliyini xüsusi vurğula-
da qeyd olunmuşdur ki, təhsilin əsas məqsədi mışdır. Ali təhsilin nəticələrinin dövrün tələb-
«geniş dünyagörüşünə malik olan, təşəbbüsləri lərinə cavab verməməsi işəgötürənlərin
və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri seçiminə, onların işgüzar münasibətlərinə,
və praktik biliklərə yiyələnən, müasir məzunların işlə təminatına və ixtisasa uyğun
təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis- əmək bacarıqlarının formalaşmasına təsirsiz
kadrlar hazırlamaqdır» [«Təhsil haqqında» ötüşmür.
Azərbaycan Respublikasının Qanunu, 2009]. Sadalanan məqamlar müxtəlif sahələrdə
Maddədən irəli gələn tələblərin reallaşdırılması dünyaya geniş inteqrasiya edən Azərbaycan
bir neçə istiqamətdə fəaliyyətlərin təhlilini təhsilinə də aiddir. Artıq təhsildə öyrənənlərin
və təşkilini nəzərdə tutur. Onlardan ən önəmlisi ümumi kreativlik bacarıqlarının inkişafını
pedaqoji kadr hazırlığı ilə məşğul olan ali təmin edən modelin hazırlanması zərurəti
təhsil müəssisələrinin keyfiyyət göstəricilərinin aktuallaşmışdır. Həmin bacarıqlara ideyalar
müəyyənləşdirilməsi və həmin məlumatlara ortaya atmaq, kreativ komandada fəaliyyət
əsasən pedaqoji fəaliyyətin tənzimlənməsidir. göstərmək, imkanları dəyərləndirmək,
Bu sahədə atılan ilk addım, Azərbaycan vəziyyəti müəyyənləşdirmək, təhlillər aparmaq,
Respublikasında təhsilin inkişafı üzrə Dövlət problem ətrafında insan və resursları səfərbər
Strategiyasında qeyd olunduğu kimi, təhsilin etmək və s. aiddir. Bunlar kreativ düşüncəyə
məzmununun yenidən qurulması, «ölkənin malik tələbələrdə daha tez və keyfiyyətli
sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri» şəkildə formalaşır. Lakin ali məktəb
nəzərə alınmaqla müasir dövrün tələblərinə tələbələrində kreativliyin inkişafı hələ də
cavab verən kurikulumların-proqramların günün problemi olaraq qalır.
işlənilməsidir. İnnovativ kurikulumların Bu gün ali məktəblərin problem əsaslı
hazırlanmasında əmək bazarının mövcud və təlim metodlarına üstünlük verməsi tələbələrə
perspektiv tələbləri, elmi-texniki tərəqqi, in- özəl şirkətlərdə, hökumət və qeyri-hökumət
novasiyalar əsas götürülməli, nəzəri biliklərlə təşkilatlarında qarşılaşa biləcəkləri real
yanaşı, praktik bacarıqların, habelə müxtəlif vəziyyət və problemlər üzərində çalışmağa,
kompetensiyaların mənimsədilməsi məsələləri onların həlli istiqamətində təkliflər hazırlamağa
diqqət mərkəzində olmalıdır. münbit şərait yaradır. Tələbələr mürəkkəb,
daim dəyişən, qeyri-müəyyənliklərlə dolu iş
Problemin aktuallığı dünyasında bilik, bacarıq və praktiki vərdişlərlə
yanaşı, araşdırmaq, təhlil etmək bacarıqlarına,
Tədqiqatımıza problemlə bağlı xarici irəliləmək istəyinə, təxəyyül və təcrübi
təcrübənin araşdırılması ilə başlayaq. 2010- kreativliyə malik olmalıdırlar. Bu məqamlar
cu ildə ABŞ-da kollec və universitet assosia- nəzərə alınaraq təlim prosesinin təşkil edilməsi
siyasının əmək bazarında işə götürənlər ara- cəmiyyətin inkişafına əvəzsiz töhfələr verə
sında keçirdiyi sorğu şirkətlərin, fabriklərin, bilər. Tədqiqatçılar universitetlərin şirkət və
ümumiyyətlə, bütün işəgötürənlərin məzun- müəssisələrlə əlaqəsini, əməkdaşlığını yüksək
lardan olan gözləntilərinin dəyişdiyini müəyyən dəyərləndirir, tələbələrin internship proqram-
etmişdir. Respondentlərin 90 %-i qeyd etmişdir larında iştirakının zəruriliyini vurğulayırlar.

http://journal.edu.az 43
METODİKA

Onlar bildirirlər ki, təhsil ocağının akademik universitetlərinin magistratura səviyyəsində


heyəti bu əlaqələri daha da möhkəmləndir- «Kreativlik və innovasiyalar: yeni müəssisələrin
məyə çalışır [Vega-Jurado J., Fernández-de- yaradılması», «Kreativliyin idarə olunması»,
Lucio I., Huanca R. 205-220, 2008]. Digər «Sahibkarlıq kreativliyi», «Biznesdə kreativlik»,
tədqiqatçılar tələbələrin sahibkarlarla, «Dizayn, innovasiya və kreativliyin idarə
şirkətlərlə əməkdaşlığının hər iki tərəfin olunması», «Kreativliyin nəzəriyyəsi və tətbiqi»,
fəaliyyətində yüksək dinamikaya təkan verdiyi- «Dəyişikliklər və kreativlik» adlı fənlər tədris
ni sübuta yetirmişlər. olunur. Hazırda psixologiya və təhsil sahəsində
Kreativliyin inkişafına təsir göstərən digər də «Kreativliyin nəzəriyyəsi», «Problemlərin
amil qismində yüksək təlim texnologiyalarının kreativ həlli», «Kreativliyin elmi araşdırılması»,
tətbiqini xüsusi vurğulamaq lazımdır. ABŞ-ın «Kreativliyin psixologiyası», «Kreativlik və
bir çox nüfuzlu universitetləri hazırda alternativ etika: bunları ayırmağa dəyərmi?», «Əqli
təlim mühiti olan virtual texnologiyalardan qabiliyyətlər, kreativlik və istedad»,
istifadəyə (cloud computing, cloud technology) «Kreativliyin və təxəyyülün inkişafı» kimi
üstünlük verirlər. Kanadanın öncül ali təhsil kurslar təşkil edilir [Wyke R. pp. 11-19, 2013].
müəssisələri, Asiya və Avropanın qabaqcıl Bu gün kreativliyin tədrisi coğrafiyası olduq-
universitetləri də son 10 il ərzində təlimin ca genişdir. Cənubi Koreya, Yaponiya, Çin
virtual təşkilini həyata keçirir. Cloud universitetlərində də kreativlik probleminin
texnologiyası tələbələr arasında əlaqələrin araşdırılmasına xüsusi diqqət yetirilir. Qeyd
möhkəmlənməsində və təlimin keyfiyyətinin olunan ölkələrin alimləri kreativliyin inkişafına
yüksəlməsində müstəsna rola malikdir. Təlim təsir göstərən bilik, bacarıq və mühit amillərini
prosesinin informasiya texnologiyalarına öyrənir və onların təsir dairəsini müəyyən-
əsaslanmaqla təşkili tələbələrdə tənqidi və ləşdirirlər [Torrance E. 260 p.1964; Wyke R.
kreativ təfəkkürü inkişaf etdirir, kreativliyi pp. 11-19, 2013].
stimullaşdırır, onları gələcək peşə fəaliyyətinə London Siti Universiteti «İnnovasiya, kreativ-
hazırlayır. Bu məsələ istənilən elm sahəsində lik və liderlik», Malta universitetləri «Lateral
aktuallıq kəsb edir və yeni təhsil paradiqminin düşüncə»nin müəllifi Edvard de Bononun
yaradılmasını labüdləşdirir. Məhz həmin təlim (2012) əməkdaşlığı ilə hazırlanmış «Kreativlik
modeli insanın yaradıcı potensialını üzə çıxarıb və innovasiyalar» ixtisası üzrə təhsil təklif
inkişaf etdirə bilər. Təhsilin bu növünün edir. ABŞ-ın Saybruk Universiteti psixologiya
psixoloji-pedaqoji biliklər əsasında qurulması və humanitar elmlər üzrə magistr və fəlsəfə
vacibdir. Müasir dövrdə dünyanın bir çox doktoru dərəcəsi verməklə «Kreativlik» ixtisası
aparıcı universitetləri təhsil proqramları və almaq imkanı yaradır. Təhsilalanlara
təlim planlarında müvafiq dəyişikliklər kreativliyin yaranması, inkişafı, gündəlik həyat
apararaq həm müxtəlif fənlərin tədrisində, fəaliyyətində onun tətbiqi imkanları haqqında
həm də yeni fənn və ixtisasların hazır- geniş məlumat təqdim edilir. Proqram müxtəlif
lanmasında kreativliyi nəzərə almışlar. Hələ sahələrdə tətbiq olunmaq məqsədilə işlənib
1975-ci ildə ABŞ-ın Nyu-York ştatındakı Baffalo hazırlanmışdır.
kolleci ilk dəfə olaraq kreativlik üzrə magistr Bununla yanaşı, əksər universitetlərdə
proqramı təklif etmişdir. Daha sonra magis- Kreativlik və İnnovasiya mərkəzləri fəaliyyət
traturada «Kreativliyin öyrənilməsi», bakalavri- göstərir. Qeyd etmək lazımdır ki, Azərbaycanda
atda isə «Kreativ liderlik» adlı proqramlar da son illər innovasiya mərkəzləri yaradılır
irəli sürülmüşdür. Proqramlar potensial və fəaliyyət göstərir, lakin onların fəaliyyət
mütəxəssisləri peşə fəaliyyətində lazımi bilik məzmununda kreativlik nəzərə alınmamışdır.
və bacarıqlarla təmin etmək məqsədi daşıyırdı Respublikamızın ali təhsil müstəvisində
[Wyke R. pp. 11-19, 2013]. Onların müsbət kreativliyin inkişafı istiqamətində müvafiq
təcrübəsinə əsasən hazırda dünyanın aparıcı işlər aparılsa da, hələ dünya miqyasına çıxarılan

44 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


Nigar Zeynalova
Ali məktəb tələbələrində kreativliyin inkişafı üçün təlim metodları

tədqiqatların sayı qənaətbəxş deyil, univer- Təfəkkürün çevikliyi sosial sistemin çevik-
sitetlərimiz kreativliklə əlaqədar fənlər təklif liyindən asılıdır. Belə sistem nəinki yaşamaq
etmir, proqramlar hazırlamırlar. üçün zəruri bacarıq və qabiliyyətlərin inkişafına
Fransız filosofu Henri Berqson yazır: «Mən şərait yaradır, həmçinin cəmiyyətin inkişafını
inanıram ki, istənilən vaxt, həyatımın hər bir labüdləşdirir. Deməli, kreativlik fərdə xas olan
məqamında kreativlik göstərməyi bacararam» və ya olmayan xüsusiyyət, seçilmişlərin üstün-
[Prigogine I. 396–400, 1989]. Fikrə dəstək lüyü kimi qəbul oluna bilməz. O, dövrün tələbi
olaraq və aparılan tədqiqatlara əsasən deyə kimi təhsil sisteminə çağırışdır. Kreativliyin
bilərik ki, kreativlik inkişaf etdirilə bilər. Lakin dəyəri təkcə ayrı-ayrı fərdlər üçün deyil, bütün
təlim prosesində bu istiqamətdə fəaliyyətin cəmiyyət üçün yüksək və danılmazdır. Bir
təşkilinə dair suallar hələ də müzakirə predmeti tərəfdən o, tarixi təkamül amili, digər tərəfdən
olaraq qalır. Əlbəttə, kreativliyin inkişafı isə fərdi potensial qismində çıxış edir. Bu
bilavasitə təlim proqramları və sillabusların potensial insana həyatını, gələcəyini, mühiti
düzgün tərtibatından, hazırlanmasından dəyişməyə imkan yaradır, müxtəlif situasiyalar-
asılıdır. Kreativlik sahəsində aparılan da fəaliyyət göstərməyi, qarşılaşdığı prob-
tədqiqatların ali məktəblərin təlim-tərbiyə lemləri çözməyi stimullaşdırır. Hazırda hər
prosesində tətbiqinə xüsusi diqqət yetiril- kəs sözdə kreativliyi yüksək dəyərləndirsə
məlidir. Təhsildə bu anlayışın yeni olduğunu də, reallıqda həyatın müxtəlif sahələrində,
nəzərə alsaq, onun haqqında kifayət qədər xüsusilə də təhsildə ona lazımi dəyər vermir.
məlumatın olmaması təəccüblü deyil. Təhsildə kreativliyi diqqət mərkəzində saxla-
Əksəriyyət kreativliyin inkar edilməsini mistik maq vacibdir, çünki məhz bu sahə gənclərin,
mücərrəd anlayış (Platon nəzəriyyəsinin övladlarımızın gələcəkdə müstəqil əmək
tərəfdarları) olması, bəziləri isə XX əsrin fəaliyyətində uğur qazanmasına görə
əvvəllərində biheviorizm, funksionalizm və s. məsuliyyət daşıyır. Təlim proqramlarının giriş
məktəblərin nümayəndələrinin onu danması hissəsində, izahat vərəqində, sillabusların mü-
ilə əsaslandırır. Praqmatistlər kreativliklə bağlı vafiq bölmələrində «kreativlik» anlayışına rast
fikir və ideyalar söyləsələr də, təlim prosesində gəlsək də, metodik vəsaitlərdə kreativlik
onun əhəmiyyətini dəstəkləsələr də, heç bir ideyasının reallaşdırılmasına dair konkret
elmi sübut gətirməmiş, fikirlərinin akademik nümunələr yox səviyyəsindədir. Həmçinin,
şərhini verə bilməmişlər. müəllimin praktik fəaliyyətində və real təlim
Biz tədqiqatımızı belə bir ideya üzərində vəziyyətlərində də kreativlik ideyasının
qururuq ki, kreativliyin inkişafına yönələn reallaşdırılması öz əksini tapmır.
təhsildə şəxsiyyətin fərdi potensialının
tanınması və qəbul edilməsi əsas prinsip kimi Fənn proqramları və sillabuslar
götürülməli, pedaqoji proses onun üzərində
qurulmalıdır. Məktəbəqədər təhsil pilləsindən Universitet tələbələrində kreativliyin
başlayaraq, təhsilin əsas vəzifəsi öyrənənlərin inkişafının təmin olunması fənn proqramları
təfəkkürünün inkişaf etdirilməsi, tədqiqat və sillabuslardan başlanmalıdır. Proqramların
bacarıqlarının formalaşdırılması və dəstək- tərtibində ədəbiyyat siyahısı və onun əsasında
lənməsindən ibarətdir. Təlim prosesinin belə fəaliyyətin təşkili kreativliyin inkişafını təmin
təşkili təhsilalanları birgə fəaliyyətə, problem edən amillərdir. Ali məktəb tələbələrində
həllinə və qərar qəbuluna alışdıracaq, onlara kreativliyi inkişaf etdirmək, onları kreativ
əldə olunan nəticələrin əhəmiyyətini dəyər- olmağa həvəsləndirmək üçün təlim proq-
ləndirməyi öyrədəcəkdir. ramlarını nəzərdən keçirmək mütləqdir, çünki
Hətta ən kreativ müəllim avtoritar təlimlə, onların kreativliyin inkişafına təsiri bila-
innovasiya və açıq düşüncə tərzini inkar edən vasitədir. «Biz, adətən, tələbələrin daxili
sistem çərçivəsində uğur qazana bilməz. motivasiyasına lazımi diqqət yetirmirik, lakin

http://journal.edu.az 45
METODİKA

məhz o, kreativliyin üzə çıxmasında və for- kreativliyi inkişaf etdirmək üçün təhsil müəs-
malaşmasında aparıcı rol oynayır. Bu məqsədlə sisəsinin və müəllimin üzərinə müəyyən
daxili motivasiyanı və öyrənənlərin iste- öhdəliklər qoyur. Həmin vəzifələrin yerinə
dadlarını dəstəkləyən işgüzar mühitin yara- yetirilməsi məsələnin həllinə böyük töhfə
dılması mühüm əhəmiyyət kəsb edir. Pro- verir.
sesin tənzimlənməsi təhsilalanlara lazımi 2. Tələbələri həvəsləndirmək, onlara seçim
səviyyədə müstəqilliyin verilməsi ilə müşayiət imkanı vermək, gözlənilməz vəziyyətlərdə
olunmalıdır» [Amabile T.M. 2006]. Həmin fikrə işləmək imkanı yaratmaq. Bu amil kreativlik
əsasən qeyd etmək istərdik ki, təlim potensialının kəşfi, üzə çıxarılması üçün zəmin
proqramları müvafiq tələblər əsasında rolunu oynayır.
hazırlanır. Bəzən bu tələblər təhsilalanların Deyilənlərdən belə qənaətə gəlmək olar
özünüifadə imkanlarını, müstəqilliyini ki, təlim proqramları gözlənilən deyil, daha
məhdudlaşdırır. Bu isə kreativliyin inkişafına, çox gözlənilməz vəziyyətlər, problemlər nəzərə
təlim məqsədinə çatmağa maneələr törədir. alınaraq hazırlanmalıdır. Artıq nəticəyönümlü
Tələbələrdə kreativliyin inkişafını qarşımıza proqramlar müasir dövr üçün aktuallığını
məqsəd qoymuşuqsa, ənənəvi təhsildən fərqli, itirir. Çünki onlar fövqəladə hallarda fəaliyyət
daha geniş düşüncə tərzi nümayiş etdirmək göstərə bilən mütəxəssis hazırlığını təmin edə
məcburiyyətindəyik. Qarşıya qoyulmuş bilmir. Deməli, daha çevik və yaradıcı təlim
məqsədə çatmaq öyrənənlərdə kreativliyi proqramlarının hazırlanması labüddür. Onların
formalaşdırmağa zəmin olan, xüsusi formada tərtibi zamanı gözlənilməz situasiyalarda qərar
hazırlanmış təlim proqramları vasitəsilə qəbulu, problem həlli kimi bacarıqların
mümkündür. Belə proqramlar təhsilalanların formalaşdırılması məsələsi diqqət mərkəzində
daxili motivasiyasının yüksəlməsini, təlim saxlanılmalıdır.
müstəqilliyindən lazımınca yararlanmağı təmin Tələbələrdə kreativlik müxtəlif istiqamət
edir. və fərqli səviyyələrdə özünü göstərdiyi üçün
Biliklərin yaradıcı bacarıqlara çevrilməsi peşəkar müəllim akademik proqramdan kənara
müasir təhsilin mahiyyətini təşkil edir. Bu çıxa bilər. Paul Roberts bildirmişdir ki,
səbəbdən kreativ təlim proqramlarının öyrənənlərin dərsdən sonrakı məşğuliyyətləri
hazırlanması və tətbiqi zamanın tələbinə də müəllimin fəaliyyətini qurmasına təsir
çevrilmişdir. Yaradıcılığa istiqamətləndirən göstərir. Təhsil müəssisələri şagirdlərin
təlim proqramları tələbələrdə kreativ prosesləri dərsdən sonrakı fəaliyyətləri ilə maraq-
stimullaşdırır. Təhsilalanlarda kreativ düşüncə lanmırlar. Bu fikri ali məktəblərə də şamil
tərzini müxtəlif ölkələrdə müxtəlif fənlərdə etmək olar [Roberts P. 2006]. Universitet
inkişaf etdirmək məqsədilə dünyanın aparıcı proqramları auditoriyaların hüdudlarını aşaraq
tədris müəssisələrində bir sıra fənlər təlim tələbələri real həyata hazırlamalıdır. Ali təhsil
proqramlarına daxil edilmişdir. Onların müəssisələri məsələni diqqətdə saxlamaq
məzmunu analogiyaların aparılmasına, üçün praktik, həyatla birbaşa əlaqəli tədris
ideyaların bir kontekstdən, vəziyyətdən proqramının tərtib edilməsini qarşısına
digərinə kreativ və lateral şəkildə köçü- məqsəd qoymalıdır.
rülməsinə, müxtəlif fənlərdən biliklərin Təlim proqramlarının həyatla əlaqəliliyi
inteqrasiyasına, qeyri-adi ideyaların gene- kreativliyin inkişafını üç istiqamətdə
rasiyasına, ümumi mənzərənin əvvəlcədən dəstəkləyir:
müəyyənləşdirilməsinə, fərqli düşüncə 1. Tədris olunan fənn və onunla əlaqəli
tərzlərinin analizinə zəmin yaradır. digər fənlərdə innovativliyi və müvəffəqiyyəti
Ali məktəb tələbələrində kreativliyin təmin edir. Prosesin tənzimlənməsində yalnız
formalaşdırılması iki əsas amildən asılıdır: incəsənət fənləri deyil, başqaları da böyük
1. Təlim prosesini planlaşdırmaq. Bu amil rol oynayır.

46 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


Nigar Zeynalova
Ali məktəb tələbələrində kreativliyin inkişafı üçün təlim metodları

2. Gələcək peşə fəaliyyətində innovativliyi həm təsadüfi, qeyri-formal, həm də formal


və müvəffəqiyyəti təmin edir. Buraya təkcə (müəllim tərəfindən müəyyənləşdirilmiş)
kreativliyi özündə ehtiva edən incəsənət təliminin təşkilini, peşə mühitinə məxsus fiziki,
sahələri deyil, eləcə də digərləri aiddir. emosional və sosial aspektləri özündə
3. Təhsil alanların universitet mühitindən birləşdirir, dərs təhsilalanların maraq, meyil,
kənarda özünüifadəsi. Bu istiqamət yaradıcı tələbatına və seçiminə uyğun təlim mühitində
şərait və imkanlarla xüsusilə zəngin oldu- keçirilir. Həyatla əlaqəli proqramlar akademik
ğundan, reallaşdırılması daha mürəkkəbdir. və praktik proqramlardan daha səmərəli hesab
Hər bir istiqamət sosial təcrübənin olunur, çünki onlar təhsilalanları kreativliyin
qazanılması üçün müxtəlif forma və inkişafına həvəsləndirir, yaradıcılığı üzə çıxarır,
kontekstləri özündə cəmləşdirir, kreativ dəstəkləyir, dəyərləndirir, özünüqiymət-
fəaliyyətin qiymətləndirilməsini təmin edir ləndirməni təmin edir. Təhsilalanların həyatının
və proses haqqında fikir bildirməyə hər bir tərəfi onlar üçün maraqlı və əhəmiyyət
həvəsləndirir. kəsb edən məsələlər üzrə kreativlik və
Akademik proqramlar, adətən, fənnin özünüifadəyə əvəzolunmaz imkan yaradır.
öyrənilməsinə, təcrübədən keçirilmiş və hər Tələbələrin həyatının müxtəlif aspektləri ilə
kəs tərəfindən qəbul edilmiş biliklərin maraqlanmaq təlimdə daxili motivasiya və
ötürülməsinə köklənir, daha çox nəzəriyyə onun inkişafı mexanizmlərinə əsaslanaraq,
yüklü olur, müəllimin təlimat xarakterli kreativliyin inkişafını mümkünləşdirir. Lakin
fəaliyyətini, tələbələrin məlumatı fərdi şəkildə bu da hazırda ali təhsildə yüksək dəyərlən-
öyrənməsini nəzərdə tutur. dirilən nəticəyönlü proqramda yer almamışdır.
Akademik proqramlardan fərqli olaraq, Təhsil müəssisəsi kreativliyin və yaradıcılığın
praktikyönümlü proqramlar təhsilalanların tətbiqinə maraq göstərdikdə bu istiqamətdə
biliklərinin təcrübədə tətbiqini, müstəqil lazımi addımlar atacaq, müvafiq üsullar,
fəaliyyətini, tədqiqat aparmaq bacarıqlarını vasitələr, strategiyalar işləyib hazırlayacaq.
dəstəkləyir. Bu tip proqramlar iki istiqaməti İstənilən proqramın hazırlanması və
əhatə edir: təkmilləşdirilməsi zamanı tələbələrdə kreativ-
1. Biliklərin akademik sahədə tətbiqi. liyin tərbiyə olunması və inkişafının təmin
2. Biliklərin real həyatda tətbiqi. edilməsi, kreativ düşüncə tərzinin formalaş-
Belə təlim proqramları tələbələri dırılması məsələsinə xüsusi diqqət ayırmaq
auditoriyanın hüdudlarından kənarda da real mümkündür [Knight P. 2002]. Knight tələ-
əmək fəaliyyətinə, peşə vərdişlərinə, təcrübə bələrdə kreativliyin inkişafını təmin edən
mühitinə yaxınlaşdırır, onları həyati bilik və prinsiplər işləyib hazırlamışdır. Onları işində
bacarıqlarla təmin edir. Sahə üzrə ekspertlərin rəhbər tutan müəllimlər tələbələri kreativliyə
biliklərinin real şəraitdə, təcrübədə tətbiqi həvəsləndirmə istiqamətində öz imkanlarından
prosesini müşahidə etmək kreativliyin nə düzgün istifadə edəcək və kreativliyin inkişafını
olduğunu əyani şəkildə mənimsəməyin ən təmin edən proqramın hazırlanmasına nail
optimal yoludur. Peşəkar müəllimin belə olacaqlar.
prosesdə rolu tələbələri təcrübəyə hazırlamaq, Tədqiqatçının müəyyən etdiyi prinsiplər:
uğurla sınaqdan keçirilmiş strategiyalarla 1. Müəllimin öyrətmə və öyrənmə kon-
təmin etmək, onları istiqamətləndirmək, sepsiyası. İnsanın istənilən fəaliyyəti təxəyyülü
özünüqiymətləndirmə prosesini dəstəkləmək- əsasında həyata keçirilir və ya dayandırılır.
dən ibarətdir. Təhsilalanlarda kreativliyin inkişafını dəs-
Praktik proqramlar tələbələrə öyrənmək təkləyən ideya və konsepsiyalara görə müəllim
imkanı yaradır, onları sosiallaşdırır, konkret tələbələri problemli təlim prosesinə cəlb
peşə fəaliyyətinə hazırlayır. etməli, onlara prosesləri idarə etməyə, prob-
Həyatla əlaqəli proqramlar öyrənənlərin lemi həll etməyə şərait yaratmalıdır. Öyrədənin

http://journal.edu.az 47
METODİKA

faydalandığı təlim strategiyaları tələbələrdə 6. Seçim və müzakirələrə hazırlıq. Müəllim


daxili motivasiyanın yüksəlməsini təmin etməli, vasitələri-konsepsiya, ideya, strategiya,
onların aşağı qiymət almaq qorxusunu çətin məlumat mənbələrini tələbələrə çatdırmalı,
problemlərin həllinə yönələn stimula onları problemli vəziyyətdən çıxış yolu tapmağa
çevirməlidir. Müəllim təlim prosesinin stimullaşdırmalıdır. Həmçinin fəaliyyəti
optimallaşdırılması məqsədilə mütəmadi diqqətlə planlaşdırmalı, üsul, vasitə seçimi
refleksiyanın keçirilməsini də diqqət zamanı öyrənənlərin psixoloji durumunu təhlil
mərkəzində saxlamalıdır. Prosesin düzgün etməli və mənimsəmə imkanlarını nəzərə
tənzimlənməsi öyrədənin təcrübəsini artır- almalı, fasilitator rolunda çıxış etməyi
mağa, peşə fəaliyyətini təkmilləşdirməyə zəmin bacarmalıdır.
yaradır. 7. Yeni tapşırıqların, problemlərin həlli.
2. İdeya, konsepsiya və təcrübə mübadiləsi. Dərs divergent düşüncə tərzi formalaşdıran,
Təlim prosesində kreativliyin inkişafını təmin müxtəlif təlim problemlərinin həllinə istiqa-
edən proqramların hazırlanması məqsədilə mətlənən tapşırıqlar vasitəsilə həyata keçirilir.
müəllimlər fikir mübadiləsi, müzakirələr Müəllimlər cavabların həqiqətə uyğunluğunu
aparmalıdırlar. Diskussiyalar «Kreativlik nədir müəyyənləşdirir, sonra isə tələbələri problem
və hansı üsullarla inkişaf etdirilməlidir?» kimi həlli strategiyalarına görə qiymətləndirirlər.
suallara aydınlıq gətirəcək və müəllimə təlim Divergent düşüncə tərzini dəstəkləyən kreativ
strategiyasını müəyyənləşdirməkdə kömək düşüncə texnikaları maneələrin aradan qaldı-
göstərəcək. rılması məqsədilə istifadə oluna bilər.
3. Müəllimlərin peşə fəaliyyətinin təkmil- 8. Tələbələri kreativ təlim prosesi haqqında
ləşdirilməsi. Tələbələrdə kreativliyi inkişaf məlumatlandırmaq. Tələbələr proqramın
etdirmək üçün öyrədən fasilitasiya, kollaborativ mahiyyəti və məzmunu haqqında əvvəlcədən
pedaqoji modellərdən yararlanmaq bacarıq- müəyyən təsəvvürə malik olduqda kreativ
larına malik olmalıdır. Prosesin düzgün təlim prosesinə daha tez və həvəslə daxil
tənzimlənməsində müəllimlərin bilik, bacarıq olurlar. Kreativ düşüncə bacarıqlarının inkişafı
və imkanlarının formalaşdırılması vacib amillər tələbələrin gələcək iş həyatında qarşılaşa
kimi diqqətdə saxlanılmalıdır. Sadalanan biləcəkləri problemli vəziyyətlərdə yeni,
amillərin təkmilləşdirilməsi də tələbələrdə hərtərəfli və fərqli düşüncə tərzinin nümayiş
kreativliyin inkişafına böyük töhfə verə bilər. etdirilməsində əhəmiyyətlidir.
4. Mövcud proqramların təhlili. Bu prinsip 9. İnnovasiya və dəyişikliklərə meyillilik.
müasir proqramların məzmunundakı kreativlik Təlim prosesinin başlanğıcından etibarən
elementlərinin müəyyənləşdirilməsinə, mövcud dəyişiklik üçün imkan yaradılmalıdır. Bu həm
proqramlarda fənn daxilindəki kreativlik müəllimə, həm də tələbələrə gözlənilməz
imkanlarının ortaya çıxarılmasına və növbəti hadisələrə adekvat reaksiya verməkdə kömək
addımların planlaşdırılmasına zəmin yaradır. göstərir.
5. Müstəqilliyin təmin olunması. Kreativliyin 10. Qiymətləndirmə. Tələbələr təlim prose-
inkişafı müəllimlərdən təhsilalanların məq- sinin iştirakçısına çevrilir və yekunda öyrən-
sədlərinə, qəbul etdiyi qərarlara hörmətlə diklərini tətbiq edirlər. Qazanılan nəticə
yanaşmağı, təlim motivasiyasına şərait öyrənənlərin kreativliyini və özünüifadəsini
yaratmağı, tələbələrdə müstəqillik və özünü- nümayiş etdirməyə əvəzolunmaz imkan
idarəetmə bacarıqları formalaşdırmağı tələb yaradır. Yüksək gözləntilərə və uğura köklənən
edir. Yaxşı hazırlanmış proqram tələbələri strategiyalar təhsilalanlarda kreativliyin nü-
kreativ öyrənməyə hazırlayır, onlara müxtəlif mayişinin bir forması kimi özünü göstərir.
vasitələrdən ən optimalını seçməyi, tətbiqini, Bəzi müəllimlər düşünürlər ki, tələbələr qiymət
həyata keçirməyi mənimsədir, tələbələrə xatirinə oxuyur. Bu yanaşma tələbələrdə
müstəqillikdən faydalanmaq imkanı verir. kreativliyin inkişafının qarşısını alır. Əksinə,

48 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


Nigar Zeynalova
Ali məktəb tələbələrində kreativliyin inkişafı üçün təlim metodları

təlimin sonunda summativ xarakterli qiy- üçün təhsilalanlarda özününizamlama bacarığı


mətləndirmə yalnız yadda qalan məlumatın və özünüdərketmə tərbiyə olunmalıdır
həcminin qiymətləndirilməsini təmin edir. [Zimmerman B.J. pp.221-234, 2000].
Qiymətləndirmənin meyarlar əsasında apa-
rılması tələbələrin motivasiyasını yüksəldir, Nəticə
təlimə maraqlarını artırır, qiymətləndirmə
prosesini şəffaf, obyektiv edir, zəif və güclü Özününizamlama əsasında təşkil olunan
tərəfləri üzə çıxarır, tələbələrdə kreativliyin təlim müstəqil prosesləri və onlarla əlaqədar
inkişafına mühüm töhfə verir. fikirləri cəmləşdirir, öyrənənləri yeni təşəb-
büslərə həvəsləndirir. Bu, aşağıdakı amillərlə
Bilik və bacarıqların ötürülməsi əlaqəlidir:
⦁ planlaşdırma, təşkilatçılıq, özünütəlimat,
Bir kontekstə aid bilik, bacarıq və davra- özünümonitorinq, özünüqiymətləndirmə kimi
nışların digərində tətbiqi kreativliyin mühüm metakoqnitiv proseslər;
xüsusiyyətidir [Gardner H. 1993]. Müxtəlif ⦁ təlim mühitinin seçimi, strukturlaşdırıl-
düşüncə tərzləri biliklərin ötürülməsi ilə ması və yaradılmasına dair vərdişlərin for-
yanaşı, onların generasiyasında da mühüm malaşdırılması;
əhəmiyyət kəsb edir. Bu formada təşkil olunan ⦁ özününizamlama, daxili imkanların üzə
təlim prosesi öyrənənlərin istər adi, istərsə çıxarılması, təlimə marağın yaradılması,
də qeyri-adi, yeni vəziyyətlərlə üzləşdikləri stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi
zaman uğurlu nəticələr verir. Təhsilalanlar vasitəsilə öyrənənlərdə motivasiyanın yüksəl-
real həyatda müxtəlif problemlərlə rastlaş- dilməsi.
dıqları üçün onların ali məktəb proqramlarında Tələbələrdə kreativliyin inkişafına istiqa-
simulyasiyası labüddür. mətlənən, yeni və gözlənilməz, qeyri-adi
Kreativliyin inkişafına daha çox prosesyönlü vəziyyətlərdə təlim prosesinin təşkilini
strategiyalar imkan yaratdığı üçün təlim dəstəkləyən təlim proqramlarının müxtəlif
proqramlarının hazırlanmasında məhz onlara formaları – problemyönümlü, tədqiqatyönümlü,
yer ayrılmalıdır. Deməli, təlim prosesinin təcrübəyönümlü, məzmunyönümlü, rollu oyun,
təşkili əldə olunan son nəticədən daha kollaborativ təlim və simulyasiyalar mövcuddur
üstündür. Müəllimin dərsi planlaşdırması, [Ellington H. 2002. Ellington H. 2004, Kneale
təhsilalanların tədrisə cəlb olunması və fəa- P. 2004].
liyyətlərinin tənzimlənməsi təlim prosesinin Yekun olaraq bildirməliyik ki, yuxarıda
ən önəmli xüsusiyyətləridir. Öyrənənlərdə sadalanan proqram növlərinin hər birinin
kreativliyin inkişafını təmin edən proqram müsbət cəhətlərindən bəhrələnərək, müasir
sadalanan cəhətlər nəzərə alınaraq hazır- dövrün dinamik tələblərinə cavab verən həyatla
lanmalıdır, həmçinin məzmuna deyil, daha əlaqəli proqramların hazırlanması labüddür,
çox prosesə əhəmiyyət verilməli, fasilitasiya bu, təhsilin ümdə vəzifəsi kimi qəbul
qaydalarına əsaslanmalı, kollaborativ tələbə- edilməlidir.
yönlü öyrətmə və öyrənməni dəstəkləməlidir.
Belə halda müstəqil və məntiqi düşüncəyə
malik özününizamlamanı bacaran tələbələr
məlumat mənbəyi kimi çıxış edirlər. Bu, təh-
silalanlara dərs zamanı çoxçeşidli öyrənmə
imkanı yaradır. Lakin nəzərə alınmalıdır ki,
prosesyönümlü təlimin təşkili öyrənənlərdən
müvafiq hazırlıq tələb edir və yalnız tələbələrin
dəstəklənməsi nəticəsində reallaşır. Bunun

http://journal.edu.az 49
METODİKA

İstifadə edilmiş ədəbiyyat

1. «Təhsil haqqında» Azərbaycan 14. Lynch D.J. (2008) Confronting challenges:


Respublikasının Qanunu. (2009) Bakı. Hüquq Motivational beliefs and learning strategies in
ədəbiyyatı. difficult college courses. College Student
2. Amabile T.M. (2006) The Power of Ordinary Journal. London.
Practices Harvard Business School Business 15. Roberts P. (2006) Nurturing creativity in
Knowledge. young people: A report to Government to
http://hbswk.hbs.edu/faculty/tamabile.html inform future policy. Department for Culture,
3. Anderson A. (2012) The European project Media and Sport November.
semester: A useful teaching method in 16. Schmidmaier, R., Ebersbach, R., Schiller, M.,
engineering education project approaches to Hege, I., Hlozer, M., & Fischer, M. R. (2011).
learning in engineering education. Journal of Using electronic flashcards to promote
Engineering Education.Vol.45. Issue 2. learning in medical students: Retesting versus
4. Choi D.G, Vries H.J. (2001) Standardization as restudying. Medical Education, Vol. 45.
emerging content in technology education. 17. Schworm, S., & Renkl, A. (2006). Computer-
International Journal of Technology and supported examplebased learning: When
Design Education.Vol 21. Issue 3. instructional explanations reduce
5. Ellington H. (2001) SAGSET Conference selfexplanations. Computers & Education, Vol.
Keynote Address: «Using games, simulations 46.
and case studies to develop key skills». 18. Scruggs, T. E., Mastropieri, M. A., & Sullivan,
SAGSET (Society for the Advancement of G. S. (1994). Promoting relational thinking:
Games and Simulations in Education and Elaborative interrogation for students with
Training). mild disabilities. Exceptional Children, 60,
6. Ellington H. (2004) Using games, simulations, 450–457.
case studies and role play to stimulate 19. Son, L. K. (2004). Spacing one’s study:
students’ creativity. Imaginative Curriculum Evidence for a metacognitive control strategy.
Guide. Journal of Experimental Psychology:
http://www.heacademy.ac.uk/1646.html. Learning, Memory, and Cognition, Vol. 30.
7. Gardner H. (1993) Creating Minds. New 20. Spitzer, H. F. (1939). Studies in retention.
York, Basic Books. Journal of Educational Psychology, Vol. 30.
8. Gardner H. (2007) Five Minds for the Future. 21. Torrance E. (1964) Guiding creative talent -
Boston, MA: Harvard Business School. Englewood Cliffs/E. Torrance. - New Jersey:
9. Hadavand S. (2008) Ten effective Prentice Hall.
Commandments in evaluation of training 22. Vega-Jurado J., Fernández-de-Lucio I., Huanca
programs. Monthly Management, New York. R. (2008) University-industry relations in
10. Knapper Ch. (2008) Changing teaching Bolivia: Implications foruniversity
practice: strategies and barriers. Paper transformations in Latin America. Higher
presented at Taking stock: Symposium on Education, Vol. 56 (2).
teaching and learning research in higher 23. Wyke R. (2013) Teaching Creativity and
education. Ontario, Canada. Innovation In Higher Education. Higher
11. Kneale P. (2004) Enterprise in the higher Education Management.
education curriculum. 24. Zimmerman B.J. (2000) Self-regulatory cycles
http://www.heacademy.ac.uk/1646.html. of learning.İn G.A.Straka (ed.), Сonseptions of
12. Knight P. (2002) The idea of a creative self-directed learning, theoretical and
curriculum. York, LTSN Generic Centre, New conceptual considerations. New York:
York. Waxman.
13. Lin X., Luo H., Wu H. (2012) Educational
Model Innovating and Capability Improving
Mechanism of Engineering Education Based
on CDIO. Creative Education.

50 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2

Вам также может понравиться