Открыть Электронные книги
Категории
Открыть Аудиокниги
Категории
Открыть Журналы
Категории
Открыть Документы
Категории
2
6-ъы щиссядя (175-177 сящ) мцвяггяти вязиййятин мцддяалары
верилир, щярби режимдян демократийайа кечидин проблемляри
айдынлашдырылыр.
7-ъи щиссядя Ясас ганунун гцввяйя минмяси, йекун маддяляр,
Конститусийайа дяйишикликляр едилмяси вя с гайдалар ишыгландырылыр.
3
İdarəolunma sistemi. Türkiyə unitar parlament Respublikasıdır.
1982 – ci il Konstitusiyasına görə dövlət başçısı parlament tərəfindən 7
il müddətinə bir dəfə seçilən prezidentdir. Prezidentin fəaliyyət
qabiliyyəti olmadıqda və ya vəfat etdikdə onun səlahiyyətlərini TBMM-
nin sədri icra edir. Qanunverici orqan bir palatalı parlament – Türkiyə
Böyük Millət Məclisidir. TBMM-nın deputatları partiya səlahiyyətləri
üzrə proporsional sistem ilə 5 il müddətinə seçilir. 2007-ci ilin oktyabr
ayında Türkiyə Respublikasının Böyük Millət Məclisi ölkə
konstitusiyasına (Ana yazı) dəyişiklik edir. Keçirilmiş referenduma görə
ölkə prezidenti bundan sonra parlament tərəfindən deyil, xalq tərəfindən
5 il müddətinə seçiləcək. Bir şəxs iki dəfə dövlət başçısı seçilə bilər.
2010-cu ilin sentyabrında referendum keçirilməklə ölkə
konstitusiyasında yenidən dəyişiklik edildi. Bu dəyişiklik
konstitusiyanın 00 maddəsinə tətbiq edildi. Konstitusiyaya əlavə edilmiş
yeni dəyişikliyə görə ölkənin hərbi qüvvələri siyasətdən və dövlət
idarəçiliyindən uzaqlaşdırıldı. Dəyişiklikdən əvvəlki illərdə
konstitusiyaya görə ölkədə fövqəladə vəziyyət baş verən zaman
hərbçilər hakimiyyəti ələ ala bilərdilər, indiki halda isə buna qadağa
qoyulmuşdur.
İcraedici hakimiyyət Baş nazir başda olmaqla Nazirlər Kabinetiti
tərəfindən həyata keçirilir. Baş nazir prezidentin təklifilə parlament
tərəfindən 4 turdan ibarət səsvermə yolu ilə seçilir. İnzibati cəhətdən
ölkə 80 ilə (vilayətə) bölünür.
Mühüm partiyaları: Ədalət və İnkişaf partiyası, Cumhuriyyət Xalq
Partiyası, Milliyyətçi Hərəkat Partiyasıdır. Ana Vətən və Doğru Yol
Partiyaları Demokratik partiya adı altında birləşmişdir. Demokratik Sol
4
Partiyası sosial – demokratik təmayüllüdür. 29 oktyabr 1923-cü ildən
Türkiyənin Milli bayramı – respublika günüdür.
Azərbaycan Respublikasının müstəqilliyini ilk dəfə Türkiyə
Respublikası tanımışdır (14 yanvar 1992-ci il). Türkiyə beynəlxalq və
regional təşkilatlarda fəal iştirak edən dövlətlərdən biridir. O, BMT,
Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatı, EKO, Avropa Yenidənqurma və İnkişaf bankı və s.
təşkilatların üzvüdür.
Türkiyə – Azərbaycan münasibətləri 1992-ci ildən sonra tamamilə
yeni məcrada inkişaf edir. Hər iki ölkə arasında çoxşaxəli diplomatik,
iqtisadi, mədəni əlaqələr mövcuddur. Paytaxtlarda müvafiq səfirliklər
fəaliyyət göstərir.
Beynəlxalq problemləri: Yunanıstanla dəniz sərhədləri barədə,
Egey dənizində olan bir neçə adanın hansı dövlətə məxsusluğu, hava
məkanından istifadə və Kipr adası uğrunda gedən uzunmüddətli
kompleks mübahisələr; Suriya və İraqın Fərat çayının yuxarı axınından
istifadə barədə türklərin həyata keçirdiyi layihələrə etiraz etməsi;
Türkiyənin İraqdakı kürdlərin statusuna dair öz narahatlığını bildirməsi
və s.
Paytaxtın qısa səciyyəsi. Ankara (ilkin adı Ankira, Anqora)
Anadolu yaylasında, Ankara və Cubuq çaylarının qovuşduğu yerdədir.
Şəhər e.ə.VII yüzillikdə Finikiya padşahı Midas tərəfindən salınmışdır.
1073-cü ildə türklər tərəfindən zəbt edilmişdir. 1354-cü ildə Osmanlı
imperiyasına qatılmışdır. 1923-cü ildən Türkiyə Respublikasının
paytaxtıdır. Respublika illərində şəhər sürətlə böyümüş, əhalisi
artmışdır. Tarixi tikililərlə yanaşı 1958-ci ildə Kamal Atatürkün dəfn
5
edildiyi muzey – mavzoley kompleksi qiymətli abidədir. Mühüm
mədəni-maarif və nəqiliyyat mərkəzidir. Şəhərdə elektrotexnika,
aviasiya, maşınqayırma, toxuculuq, dəri və yeyinti sənayesi inkişaf
etmişdir.
7
Türkiyə Respublikası Nazirlər Kabineti tərəfindən bayrağın ölçüləri
nizanlanmışdır.[8]
Quruluşu
Türk bayrağı
8
Türkiyə Respublikası Nazirlər Kabinetinin 25 avqust 1985-ci il
tarixli 9034 saylı qərarı ilə Türk Bayrağının ölçüləri nizanlanmış və
bayraq müasir halını almışdır.
Qanuna görə, Türk bayrağının layiq olduğu mənəvi dəyərlərə xələl
gətirən, cırılmış, yırtılmış, yamaqlı, deşikli, çirkli, solğun, qırışmış
formalarda istifadə edilə bilməz. Rəsmi and mərasimləri istisna olmaqla
hər hansı bir məqsəd üçün masaların və kürsülərin üstünə örtük kimi
sərilə bilməz. Üzərində oturulacaq və yaxud ayaq üstə dayanılacaq
yerlərdə bayraq qoyula bilməz. Heç bir əşyanın istehsalında bayraqdan
istifadə edilə bilməz. Paltar və ya forma kimi geyilə
bilməz. Əsasnamədə göstərilən dövlət qurumları və təşkilatlarından
başqa hər hansı bir siyasi partiya, təşkilat, dərnək, vəqf və quruluşun
emblemləri, bayraqları, rəmzləri və bənzəri onların ön və ya arxa
tərəfində və ya fond kimi istifadə edilə bilməz. Türk Bayrağına şifahi,
yazılı və ya hər hansı bir şəkildə təhqir və ya hörmətsizlik edilə bilməz.
Bayraq yırtıla, yandırıla, yerə atıla və ya lazımi baxım olmadan istifadə
edilə bilməz.
Ölçülər
Türk Bayrağı Qanunu ilə verilən xüsusi ölçülər ilə ayparanın daxili
dairəsi ilə iki ucunu birləşdirən şaquli xətt arasındakı məsafənin 279⁄800
G = 0.34875 G olduğu təsvir edilmişdir. Beləliklə, ulduzun sol nöqtəsi
bu xəttin kənarına nisbəti təxminən 0,0154 G təşkil edir. Ay və ulduzun
meydana gəldiyi dairələrin mərkəzi əsas oxda yerləşir. Aypara ucu
istiqamətində üzləşir və onun daxili dairəsinin diametri bayrağın eninin
onda dördünə bərabər olmalıdır. Xarici dairəsinin diametri bayrağın
eninin yarısına bərabərdir. Aypara daxili və xarici dairələrin
kəsişməsindən əmələ gəlir. Bayrağın uzunluğu enindən 1.5 dəfə
çoxdur. İstər bir neçə kilometr, istərsə də santimetrlik ölçüdə bayraq olsa
belə ölçülər dəyişmir. Türk bayrağı haqqında çıxarılan qanunun 2-ci
maddəsində bayrağın ölçüləri barədə açıq şəkildə məlumat verilir.
9
Türk bayrağının forması və ölçüləri.
G Eni 1
L Hündürlük 1.5 G
Rənglər
10
RGB rəng sıralamasında, Türk bayrağı 89% qırmızı, 3,9% yaşıl və
9% mavi rəngdən ibarətdir. CMYK rəng sıralamasında isə
95,6% maqenta, 89,9% sarı və 11% qara rəngdən ibarətdir. 356.4
dərəcəlik ton bucağı, 91,6%-lik saturasiya və 46,5% işıqlılığa malikdir.
Türk bayrağındakı qırmızı rəng canlı qırmızı adlanır.[] Bu rəng #FF142E
və #C70000 rənglərinin qarışdırılması ilə əldə edilə bulər. Bayrağın
rənginə ən yaxın rəng #D11919 hesab edilir.[23][24]
Rəng modeli Qırmızı Ağ
Pantone Red White
RGB 227–10-23 255–255-255
CMYK 0, 96, 90, 11 0, 0, 0, 0
Hexadecimal #E30A17 #FFFFFF
Oxşar bayraqlar
Türkiyə bayrağına bənzər bayraqlardan istifadə edən ölkələrdə
başda Azərbaycan olmaqla Tunis, Pakistan, Mavritaniya və Malayziya k
imi müsəlman ölkələri yer alır. Bu ölkələrin bayraqları bir neçə kiçik
fərqlə Türk bayrağını xatırladır.[25] Türk bayrağına bənzəyən ölkə
bayraqları xaricində Türk dövlətlərinin istifadə etdiyi bayraqlar da
mövcuddur. Onların əksəriyyəti müxtəlif formalarda olsa da, demək olar
ki Türk bayrağı ilə eynidir. 1944-cü ildən bəri Şərqi Türküstanın istifadə
etdiyi aypara və ulduzlu bayraq sadəcə rəngi ilə fərqlənir. Şimali Kipr
Türk Respublikasının rəsmi bayrağında da aypara və ulduz yer alır.
Lakin Türk bayrağından fərqli olaraq aypara və ulduz qırmızı rəngdədir.
İraq türkmənlərinin və müsəlman bosniyalıların bayraqları da türk
bayrağına olduqca bənzəyir.
Hatay dövlətinin bayrağı
11
Türkmanların bayrağı
Şərqi Türküstan bayrağı
Azərbaycan bayr
Bayraq
[3] Ad Türk adı Rəhbər[4] GizləTarixlər(Qriqori)
(uydurma)
Avrupa Hun
Şərqi Hun İmperiyası Atilla 375-469
İmparatorluğu
Əlaəddin
Xarəzmşahlar Harzemşahlar 1097–1231
Məhəmməd
14
Bayraq
[3] Ad Türk adı Rəhbər[4] GizləTarixlər(Qriqori)
(uydurma)
Büyük Timur
Teymurilər dövləti Əmir Teymur 1368–1501
İmparatorluğu
Böyük Moğol
Babür İmparatorluğu Babur 1526-1858
imperiyası
15
bayraqlarının bu rəsmləri nüfuzlu Türk təşkilatı Türk Tarix
Qurumu konfransında təqdim edildi.
Türk Poçt İdarəsi, 1984-cü ildə qurucularının portretlərini və
bayraqlarını əks etdirən 16 İmparatorluq adlı bir sıra poçt markaları
buraxdı. 1985-ci ildə bu konsepsiya, 1936-cı ildə ilk dəfə ortaya çıxan
Türk liderinin prezident emblemindəki 16 ulduzun retrospektiv izahı
olaraq göstərildi. Türklərin yaratdığı rəsmi tarixşünaslığa görə on altı
ulduz dövlətləri simvollaşdırır.[6]
Keçiörən (Ankara),
Mamak, Ankara, Etimesgut, Niğdə, Nevşehir, Pınarbaşı və s. yerlərin
bələdiyyə binaları da daxil olmaqla Türkiyədəki bir sıra bələdiyyə
binaları və ictimai parklarda, Cümhuriyyətin qurucusu Mustafa Kamal
Atatürkün heykəli ilə birlikdə 16 Böyük İmperatorluğun qurucularının
büstləri və ya heykəlləri də qoyulmuşdur.[4]
2000-ci ildə Türk Telekom bu mövzuda bir sıra smart kartlarını
satışa təqdim etdi.[7]
2015-ci ilin yanvarında Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Fələstin Dövlət başçısı Mahmud Abbası 16 "döyüşçü" nün
mühafizəsi ilə, tarixi zireh və 16 imperatorluğu simvolizə etmək üçün
hazırlanmış geyimləri geyən aktyorlarla birlikdə Türkiyə Prezident
sarayında qəbul etdi.[8] Kostyumların dövrlərinə uyğunluğu tənqid
olunmuşdur.[9]
2015-ci ildə, “16 Türk İmparatorluğu” mövzusuna həsr olunmuş,
1 kuruş nominallı mis-nikel ərintisindən hazırlanmış bir sıra sikkələr
buraxıldı.
Tədricən, "16 böyük Türk İmparatorluğu" haqqındakı tarixi tez,
Pantürkçülük və Türk etnik milliyetçiliğinin simvollarından biri halına
gəlir.
İstiqlal Marşı — Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk
Respublikasının[1] dövlət himni.
Qərb Cəbhəsi Komandiri İsmət İnönü dövlət himni üçün şeirin yazılması
ilə bağlı xalqa səslənmiş və şeiri məqbul görülən şəxsə 500 türk lirəsi
mükafat vəd etmişdir. Yarışmaya 724 şeir qatılmış, lakin bu şeirlərdən
heç biri himn olmaq üçün uyğun sayılmamışdır. Bu hadisədən
sonra Məhməd Akif Ərsoyun "Bizim Qəhrəman Ordumuz" adlı şeiri
parlamentdə oxunmuş və böyük rəğbət almışdır. 12 mart 1921-ci il
16
tarixli iclasda bu şeir himn olaraq qəbul edilmişdir. Məhməd Akif
Ərsoy, müsabiqə mükafatı üçün nəzərdə tutulmuş 500 lirə mükafatı
almamış və bu vəzifəni ordu və millət üçün yerinə yetirdiyini dilə
gətirmişdir. İstiqlal Marşının bəstəkarı Osmanlı sarayında ilk türk
skripkaçı kimi yetişdirilən Osman Zəki Üngör olmuşdur.
İstiqlal marşının çərçivəli şəkili, bütün türk sinif otaqlarının löhvəsi
üzərində Türk bayrağı və ölkənin qurucusu olan Atatürkün fotoşəkili ilə
birlikdə divardan asılı vəziyyətdə dayanmalıdır. 20 oktyabr 1927-ci ildən
bəri bunlarla yanaşı Atatürkün gənclərə ilhamlı xitabının yer aldığı
fotoşəkil də yerləşdirilmişdir. On misralı himndən yalnız ilk iki dörd
misra oxunur. Dövlət və hərbi tədbirlərdə, eləcə də milli festivallarda,
bayramlarda, idman tədbirlərində və məktəb mərasimlərində mütəmadi
olaraq eşidilir. 1983-1989-cu illərdə buraxılmış 100 lirəlik əskinaslarının
arxasında marşın ilk dörd misrası əks olunmuşdur.
1983-cü ildə, Şimali Kipr Türk Respublikası, Şimali Kipr
Konstitusiyasının 2-ci maddəsi əsasında İstiqlal marşını dövlətin rəsmi
himni qəbul etmişdir.
Dövlət quruluşu
Türkiyə Parlament formasında idarəetmə üsuluna
malik Respublikadır. Milli bayram günü olan Cümhuriyyət Günü
(1923) 29 oktyabrda qeyd olunur. Ölkə Konstitusiyası 1982-ci ildən
(1987, 2007, 2010-cu illərdə düzəlişlər edilməklə) qüvvədədir.
İnzibati ərazi bölgüsü
Türkiyənin regional bölgüsü
Türkiyə 957 ilçeni (rayon) birləşdirən 81 ildən (vilayət) ibarətdir.
Qeyri-rəsmi olaraq 7 bölgəyə (Ege, Qara dəniz, Mərkəzi Anadolu, Şərqi
Anadolu, Marmara, Aralıq dənizi və Cənub-Şərqi Anadolu) bölünür.
Ankara Konya
Kırklareli Mersin Girəsun
Ədirnə Karaman Ərzincan
Təkirdağ Aksaray Malatya
Çanaqqala Kırşəhər Qaziantep
Balıkəsir Kırıkkale Kilis
Bursa Çankırı Şanlıurfa
Yalova Karabük Adıyaman
İstanbul Bartın Gümüşxanə
Kocaeli Kastamonu Trabzon
Sakarya Sinop Rizə
Düzcə Çorum Bayburt
17
Zonquldak Yozğad Ərzurum
Bolu Nevşəhər Artvin
Biləcik Niğdə Ərdəxan
Əskişəhər Adana Qars
Kütahya Hatay Ağrı
Manisa Osmaniyyə İğdır
İzmir K. Maraş Tunceli
Aydın Kayseri Elazığ
Muğla Sivas Diyarbakır
Dənizli Tokat Mardin
Burdur Amasya Batman
Uşak Samsun Siirt
Afyonkarahisar Şırnak
Ordu
İsparta Bitlis
Antalya Bingöl
Muş
Van
Hakkari
Dövlət başçısı
Ölkə Konstitusiyasına edilmiş 21 oktyabr 2007-ci il tarixli düzəlişə
əsasən Prezident xalq tərəfindən 5 il müddətinə iki dəfədən çox
olmamaqla seçilir. Prezidentin fəaliyyət qabiliyyəti olmadıqda və ya
vəfat etdikdə onun səlahiyyətlərini Türkiyə Böyük Millət
Məclisinin sədri icra edir.
Prezident Konstitusiyanın tətbiqinə, dövlət orqanlarının fəaliyyətinin
qanuna uyğun olmasına nəzarət edir. Qanunvericilik, icra
və məhkəmə fəaliyyətinə aid vəzifə və səlahiyyətlər daşıyır.
Qanunvericiliyə aid vəzifələri; lazım gələrsə TBMMni iclasa çağırmaq,
qanunları dərc etmək və lazım gələrsə qanunları yenidən müzakirə
üçün parlamentə geri göndərmək, Konstitusiyada dəyişiklik etmək
üçün referendum təşkil etmək, qanunvericilik aktları tərtib etmək,
zərurət olarsa Parlament seçkilərinin yenidən keçirilməsinə qərar vermək
və s. Məhkəmə hakimiyyətinə aid vəzifələri isə ali məhkəmələrin
üzvlərini təyin etməkdən ibarətdir.
Prezident Baş naziri və onun təklifinə əsasən nazirləri vəzifəyə təyin
edir. Xarici ölkələrə Türk Dövlətinin nümayəndələrini (səfir və s.)
göndərir, Türkiyə Respublikasına göndərilən xarici ölkə səfirlərinin
etimadnamələrini qəbul edir.
Konstitusiyanın Prezidentliyə aid bölməsində iki konstitusion
quruma xüsusi yer verilmişdir: Prezident aparatının Baş Katibliyi və
Dövlət Nəzarət Komitəsi. Dövlət Nəzarət Komitəsinin vəzifəsi icra
fəaliyyətinin qanunauyğunluğuna nəzarət etmək, icra hakimiyyətinin
fəaliyyətinin sistemli və səmərəli qurulmasını təmin etməkdir.
18
Qanunverici hakimiyyət
Qanunvericilik hakimiyyəti birpalatalı Parlament tərəfindən həyata
keçirilir. Türkiyə Böyük Millət Məclisi gizli səsvermə yolu ilə 550
deputat tərkibi ilə 4 il müddətinə seçilir. Deputatlar partiya siyahıları
üzrə proporsional sistem ilə seçilirlər.
Türkiyənin seçki qanunvericiliyinə əsasən Milli Məclisə 550 millət
vəkili seçilir. Əvvəlcə hər rayona bir millət vəkili yeri ayrılır. Sonra
ölkənin nüfuz sayı qalan millət vəkilləri sayına, hər rayonun nüfuz sayı
da alınan rəqəmə bölünməklə hər bir rayondan parlamentdə təmsil
olunacaq millət vəkillərinin sayı müəyyənləşdirilir. Siyasi partiyaların
parlamentdə təmsil olunmaq üçün ümumi səslərin ən az 10%-ni
toplaması zəruridir.
İcraedici hakimiyyət
İcraedici hakimiyyət Baş nazirin başçılıq etdiyi Nazirlər Kabineti
tərəfindən həyata keçirilir. Baş nazir Prezidentin təklifi
ilə Parlament tərəfindən 4 turdan ibarət səsvermə yolu ilə seçilir.
Nazirlərin siyahısı Baş nazirin təklifi ilə Parlamentdə müzakirə edilir və
təsdiq üçün Prezidentə təqdim olunur. İdarəetmə qurumları arasında yer
tutan və “konstitusional qurumlar” statusu almış ali təhsil müəssisələri,
dövlət qurumu olaraq qəbul edilən peşə müəssisələri, Türkiyə Radio
Televiziya Qurumu, Atatürk Kültür Dil və Tarix Ali Qurumu və Diyanət
İşləri Başqanlığı adlı dini rəhbərlik kimi qurumlar da mövcuddur.
Nazirlər Kabineti Baş nazir və digər nazirlərdən ibarət kollektiv
orqandır. Baş nazir Prezident tərəfindən və millət vəkillərinin içərisindən
təyin olunur. Nazirlər millət vəkilləri və ya millət vəkili seçilə bilmə
səlahiyyətinə sahib olan şəxslər arasından Baş nazirin təqdimatı
əsasında Prezident tərəfindən təyin olunur. Nazirlərin səlahiyyətlərinə
Baş nazirin təklifi əsasında Prezident tərəfindən xitam verilə bilər.
Nazirlər Kabineti təşkil edildikdən sonra parlamentin
etimadnaməsini almaq üçün müraciət olunur. Etimadnaməni alan
hökumət vəzifələrinin icrasına başlayır. Nazirlər Kabineti ümumi
siyasətin icrasına məsuliyyət daşıyır. Nazirliklərin təşkili, ləğvi,
səlahiyyətlərinin müəyyənləşdirilməsi qanunlarla tənzimlənir. Hər bir
nazirliyin səlahiyyətlərini və təşkilatı quruluşunu müəyyən edən
qanunlar vardır.
19
Ölkə konstitusiyasının Nazirlər Kabineti ilə əlaqədar bölməsində
milli təhlükəsizlik məsələlərinə də toxunulmuşdur. Bu bölmədə Baş
Qərargah İdarəsi, Milli Təhlükəsizlik Şurası və Ali Komandanlığın
vəzifə və səlahiyyətləri müəyyənləşdirilmişdir.
Məhkəmə hakimiyyəti
Konstitusiya məhkəməsi (hakimlər Prezident tərəfindən təyin
olunur), Apelyasiya Məhkəməsi və Dövlət Hüquq Şurası (Hakimlər və
Prokurorlar Ali Şurası tərəfindən 4 il müddətinə seçilir)
Türkiyədə məhkəmə hakimiyyəti müstəqil məhkəmələr və ali
məhkəmə orqanları tərəfindən həyata keçirilir. Konstitusiyada
məhkəmələrin və hakimlərin statusu hüquqi dövlət prinsiplərinə uyğun
müəyyənləşdirilmişdir. Məhkəmə hakimlərinin toxunulmazlığına
təminat verilir.
Məhkəmə iclasları (xüsusi hallar üçün qapalı keçirilməsi nəzərdə
tutulmayıbsa) açıq keçirilir. Cəza verilməsi zamanı qanunçuluq prinsipi,
təqsirsizlik prezumpsiyasının olması və s. kimi hallar nəzərə alınır. Hər
kəs hakim qarşısında öz hüququnu müdafiə edə bilər.
Konstitusiyada funksional olaraq üç pilləli məhkəmə sistemi
müəyyən olunmuşdur. Bu bölgüyə əsasən məhkəmələr ədalət
mühakiməsini həyata keçirən məhkəmələr, inzibati məhkəmələr və
xüsusi məhkəmələrə ayrılır. Xüsusi məhkəmələrə hərbi məhkəmələr və
Dövlət Təhlükəsizlik Məhkəmələri (DGM) daxildir.
Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Ali İnzibati Məhkəmə, Ali
Hərbi Məhkəmələr Konstitusiyanın Məhkəmələr bölməsində yer verilən
ali məhkəmələrə daxildir.
Paytaxt Ankarada yerləşən Konstitusiya Məhkəməsi 1962-ci ildə
qurulmuşdur. Bu məhkəmənin əsas vəzifəsi insan hüquq və
azadlıqlarının qorunması və inkişafı, qanun, qətnamə və TBMM daxili
nizamnaməsinin forma və mahiyyət
baxımından Konstitusiyaya uyğunluğuna nəzarət etməklə
yanaşı konstitusiyada müəyyən edilmiş digər səlahiyyətlərin icrasıdır.
Konstitusiya məhkəməsinin qərarları qətidir, bu qərarlar heç bir vəchlə
gecikdirilə və ya ləğv edilə bilməz. Bütün dövlət qurum və quruluşları
bu qərarlara tabedir.
Türkiyə Respublikasının Konstitusiyası və ya 1982-ci il
Konstitusiyası türk. Türkiye Cumhuriyeti Anayasası — 7 noyabr 1982-
20
ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Türkiyənin ən
yüksək normativ hüquqi aktı.[1] 12 sentyabr hərbi çevrilişindən sonra
hərbi rəhbərliyin əmri ilə Məşvərət Məclisi tərəfindən hazırlanmış və 23
sentyabr 1982-ci ildə Məşvərət Məclisi və 18 oktyabr 1982-ci ildə Milli
Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmişdir. Konstitusiya
referendum nəticəsində 91,37% lehinə olmaqla qəbul edilmişdir.
Konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi və ona dəyişiklik təklif
edilməsi dördüncü maddə ilə qadağandır. Bu günə qədər Konstitusiyaya
iyirmi bir dəfə 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik
edilib. Konstitusiyada 7 bölmə, 177 maddə və 16 müvəqqəti maddə var.
[2]
21
1856: 1856-cı il tarixli Osmanlı İslahat fərmanı, Tanzimat
fərmanını tamamladı və gücləndirdi.
1876: Osmanlı Konstitusiyası qəbul edildi və imperiyanın Birinci
Məşrutiyyət dövrünü (1876–78) başlatdı.
1909: Osmanlı İmperatorluğunda İkinci Məşrutiyyət dövrü (1908-
20) başladı, 1876-cı il Konstitusiyasına düzəlişlər edildi; konstitusiya
parlament monarxiyası bərpa edildi, iki palatalı parlament yaradıldı,
çoxpartiyalı sistem tətbiq olundu.
1921: Türkiyə Cümhuriyyətinin ilk konstitusiyası qəbul olundu;
milli suverenlik prinsipi elan edildi, bir palatalı parlament (Türkiyə
Böyük Millət Məclisi) təqdim edildi, monarxiya rəsmi şəkildə ləğv
edilməsə də faktiki olaraq Türkiyə respublika oldu.
1924: Konstitutsiyada dəyişiliklər edildi: monarxiya ləğv olundu,
Türkiyədə respublika elan olundu.
1961: Konstitutsiyada dəyişiliklər edildi: hakimiyyət və bəzi
vətəndaş hüquqlarının bölgüsü prinsipi elan olundular; yuxarı
parlament palatası, Senat və Konstitusiya Məhkəməsi tətbiq olundu;
İcra Hakimiyyətinin səlahiyyətləri genişləndirildi.
1982: konstitusiyanın yeni versiyası; hərbi rejimdən demokratik
respublikaya keçid tənzimləndi, Senat ləğv edildi, ölkə bir palatalı
parlamentə qayıtdı.
2010: 1982-ci il Konstitusiyasına Türkiyə qanunlarının Avropa
Birliyi standartlarına uyğunlaşdırılması məqsədi ilə düzəlişlər qəbul
edildi.
2017: 1982-ci il konstitusiyasına düzəlişlər; prezident
respublikası elan olundu; Baş Nazir vəzifəsi ləğv olundu.
Dəyişikliklər
Türkiyə Respublikasının Konstitusiyasına müxtəlif dəyişikliklər
edilmişdir. Belə ki, Giriş mətn; 17 may 1987-ci il tarixli 3361 nömrəli
qanunla, 8 iyul 1993 -cü il tarixli 3913 saylı qanunla, 23 iyul 1995-ci il
tarixli 4121 nömrəli qanunla, 18 iyun 1999-cu il tarixli 4388 saylı
qanunla, 3 avqust 2001-ci il tarixli 4446 saylı qanunla və 4709 saylı
qanunla, 21 noyabr 2001-ci il tarixli 4720 saylı qanunla, 27 dekabr
2002-ci il tarixli 4777 nömrəli qanunla, 7 may 2004-cü il tarixli 5170
saylı qanunla, 21 iyun 2005-ci il tarixli 5370 saylı qanunla, 29 oktyabr
2005-ci il tarixli 5428 nömrəli qanunla, 13 oktyabr 2006 -cı il tarixli
22
5551 saylı qanunla, 10 may 2007-ci il tarixli 5659 nömrəli qanunla, 31
may 2007-ci il tarixli 5678 nömrəli qanunla, 9 fevral 2008-ci il tarixli
5735 saylı qanunla, 5 Konstitusiya Məhkəməsi may 2008 tarixli və
2008/16 nömrəli qərar, 2008/116 saylı qərar, 7 may 2010-cu il tarixli
5982 nömrəli qanun, Konstitusiya Məhkəməsinin 7 iyul 2010 və
2010/49 nömrəli qərarı, qərar 2010/87, 20 may 2016 21 yanvar 2017-ci
il tarixli 6718 nömrəli Qanuna 21 yanvar 2017-ci il tarixli 6771 saylı
Qanun da daxil olmaqla ümumilikdə iyirmi bir dəfə dəyişiklik
edilmişdir.
Konstitusiyaya edilən əyişikliklərdən ən vacibi 16 aprel 2017-ci
ildə qəbul edilən 6771 nömrəli qanun olmuşdur. Dəyişikliklər, əsasən,
icraedici qüvvənin "Cumhurbaşkanlığı"nın əlinə keçməsi, o cümlədən
qanunverici və məhkəmə orqanlarının təşkilatlanmasını əhatə etmişdir.
Eyni zamanda, "Cumhurbaşkanlığı"na qanunvericilik ilə əlaqədar bəzi
səlahiyyətlər də verilmişdir.
Məzmunu
Giriş, Ümumi Prinsiplər, Əsas hüquq və vəzifələr, Cümhuriyyətin
Əsas İdarəetmə Orqanları, Maliyyə və İqtisadi Müddəalar, Müxtəlif
Müddəalar, Müvəqqəti Müddəalar və Yekun Hökmlər olmaqla
ümumilikdə yeddi bölmədən ibarətdir.
23
Müxtəlif Müddəalar müddəaları bölməsində, əvvəlində də bəhs
edilən İnqilab qanunlarının qorunması ilə bağlı vəziyyət, əvvəlki
konstitusiyalardakı qanunları sadalayaraq ətraflı izah edilmişdir.
Müvəqqəti müddəalar bölməsinə konstitusiya dəyişiklikləri
zamanı yaranan müvəqqəti hallar daxildir.
Yekun müddəalar Konstitusiyaya necə dəyişiklik ediləcəyi və bu
konstitusiya mətninin məzmunu barədə texniki məlumatları ehtiva
edir.
24
Baxmayaraq ki, 1921-ci il konstitusiyasını ləğv edir, bu konstitusiya
sadəcə eyni sistemin daha yaxşılaşdırlmış formasıdır. Bu konstitusiyada
üstün iradə olan milləti heç cür məhdudlaşdırılmamışdır. Buna görə
də konstitusiyada məclisi və höküməti sərhədləyən heç bir maddəyə yer
verilməmişdir. Hətta haqq və azadlıqları müəyyənləşdirən maddələr
arasında dövləti bunlardan qoruyacaq heç bir cümlə qeyd edilməmişdir.
Konstitusiya vətəndaşlara onların təməl azadlıqlarını bildirir, sosial-
iqtisadi haqlar haqqında heç bir məlumat vermirdi.[4]
1961-ci il konstitusiyası
TBMM gerbi
27 may 1960-cı il tarixində ordu dövlət çevrilişi edib hakimiyətə
gəlir. Buna səbəb olaraq isə Demokrat Partiyanın (DP)
səlahiyyətlərindən və millətdən sui-istifadə etməsi göstərilir. Bu
çevrilişdən sonra 9 iyul 1961-ci il tarixli yeni konstitusiya qəbul edilir.
Bu konstitusiya tərtib edilərkən çoxpartiyalı sistemin ehtiyaclarını daha
yaxşı qarşılayacağı və millətdən sui-istifadəyə son veriləcəyi
düşünülmüşdü. Bu konstitusiya xalqın seçimi ilə qəbul edilən ilk
konstitusiya olmuş, 60% lehinə səs ilə qüvvəyə minmişdir. Yeni
konstitusiyanın əsas xüsusiyəti dövləti məhdudlaşdırması idi. Bir
tərəfdən əvvəlki konstitusiya kimi hakimiyətin mütləq şəkildə millətin
olduğunu bildirilir, əlavə olaraq isə bu qüvvəni istifadə edə biləcək
qurumların konstitusiyada göstərilən orqanlar olduğu irəli sürülürdü.
Bununla da parlament artıq tək qalmır, qüvvə icraedici, qanunverici və
məhkəmə qolları arasında bölüşdürülürdü. Məhkəmə sisteminin
müstəqilliyinə düzəlişlər edilir, icraedici və qanunverici orqanların bütün
qərarlarına nəzarət edəcək orqanın məhkəmə olduğu göstərilirdi.
Qanunların konstitusiyaya uyğun olub-olmadığına nəzarət edən
"Anayasa Mahkemesi" yaradılır. İnsan hüquqları ilə bağlı maddələrə
25
ümumi dəyişikliklər edilir və toxunulmazlıq verilir. Digər tərəfdən
məclisdə çoxluğu təşkil edən partiya bu səlahiyyətdən sui-istifadə
etməsin deyə məclis "Millet Meclisi" və "Cumhuriyet Senatosu"na
bölünür. Beləliklə, palatalar bir-birini tənzimləyə biləcəkdilər. İqtidarın
gücünə xalqın nəzarət etməsi üçün universitetlərin və Türkiyə Radio və
Televiziya Qurumunun (TRT) azad fəaliyyət göstərməsinə təmin
edilir. TRT-də hər hansı bir senzuraya qadağan qoyulur. Ali qanunda
əsası Atatürk tərəfindən qoyulmuş ordu və dövlətin təhlükəsizlik
prinsipləri də gözlənilirdi.[5]
1961-ci il Konstitusiyasını hazırlayan Təsis Məclisindən fərqli
olaraq, bu konstitusiyanı hazırlayan və onun layihəsini qəbul edən
Məşvərət Məclisi tamamilə təyinatla quruldu.[6] 1982 Konstitusiyası
1.626.431 "əleyhinə" (yüzdə 8.63) səslə 17.215.559 "bəli" (yüzdə 91.37)
ilə qəbul edildi.[7] Bu nisbət 1961-ci il Konstitusiyasının 61,5% "bəli"
səsləri ilə müqayisədə çox yüksək qəbul səviyyəsini əks etdirir. Bu
yüksək qəbul nisbətinin səbəbləri arasında Milli Güvənlik Qurumunun
partiyasız görünüşü, medianın ciddi nəzarəti, siyasi partiyaların
bağlanması, 12 sentyabr 1980-ci ildən əvvəl insanların siyasilərə
inamsızlığı, zorakılığa reaksiya, keçmişə ümumi ümidsizliyi əks
etdirirdi. Bundan əlavə siyasi güclər və partiyalar referendumun nəticəsi
"yox" olarsa nə olacağına dair qeyri-müəyyənlik də insanların "hə"
deməsinə təsir göstərmişdi.
1982-ci il konstitusiyası
26
icraedici gücü ilə əlaqələndirilmiş, hətta dövlətin fövqəladə hallarda
konstitusiyaya zidd qanunlar qəbul etməsinə belə icazə verilmişdir.
İcraedici orqanların qərarlarına mühakimə orqanı nə qədər nəzarət etsə
də, hökumətin hətta insan hüquqlarına qarşı olan qərarlar qəbul etməsinə
də şərait yaradılmışdır. Ona görə də haqqında danışılan dəyişikliyin
hüquqi dövlət anlayışına zidd olduğu açıq-aşkar məlumdur.
1982-ci il konstitusiyası forma və sistem cəhətdən 1961-ci il
konstitusiyasından çox da fərqlənmirdi, lakin 1961-ci il
konstitusiyasında dövlət qarşısında şəxslərin hüquqlarını qorumaq önə
çıxırdısa, 1982-ci il konstitusiyasında dövlətin gücünü qorumaq daha ön
planda idi. Buna görə də 1961-ci il konstitusiyasında məhdudiyyətlər
istisna, azadlıq isə qayda olaraq yer alırdısa, 1982-ci il konstitusiyasında
əksinə –məhdudiyyətlər daha önəmli yer tutmuşdur. Yeni konstitusiya
təşkilatlanmağa da böyük məhdudiyyətlər gətirmişdi. 1980-ci ildən
əvvəl dövlətin gücsüzlüyü baş verən hadisələrə səbəb kimi qəbul
edildiyi üçün yeni konstitusiya bu problemləri aradan qaldırmaq
məqsədilə vətəndaşların dərnək və həmkarlar ittifaqlarını nəzarət altına
almağa, onların siyasiləşmələrinə yol verməməyə çalışmışdır. Beləliklə,
demokratiyanın prinsipləri pozulmuşdur.[8]
İstinadlar
1. ↑ Map Universal, Turkey Flag Map and Meaning
2. ↑ "Bayrağımızın yüzlerce yıldır değişmediğinin kanıtları". Sabah (türk). İstifadə tarixi:3 sentyabr 2020.
3. ↑ Koç, Yılmaz. "Türk Bayrağı Nerelerde Ve Nasıl Kullanılır". Ülkücü Kadro (türk). 20 iyun
2013. İstifadə tarixi: 3 sentyabr 2020.
4. ↑ "Türk Bayrağının Anlamı ve Tarihi". www.bidolubaski.com (türk). İstifadə tarixi: 3 sentyabr2020.
5. ↑ Raw, Dr Laurence. The Silk Road of Adaptation: Transformations across Disciplines and
Cultures (ingilis). Cambridge Scholars Publishing. 2013-09-18. 42. ISBN 9781443852890.
6. ↑ "Türk bayrağının tarihçesi". Ensonhaber (türk). İstifadə tarixi: 3 sentyabr 2020.
7. ↑ Lord Kinross, The Ottoman Centuries: The Rise and Fall of the Turkish Empire, Morrow
Quill Paperbacks, 1977, səh. 23–24, ISBN 978-0688080938
8. ↑ "Türk Bayrağı Rengini ve Şeklini Nereden Nasıl Almıştır? Hakkında Bilgi".
www.ozguncel.com (türk). İstifadə tarixi: 3 sentyabr 2020.
9. ↑ "2893 sayılı Türk Bayrağı Kanunu - Konsolide metin". LEXPERA (türk). İstifadə tarixi:3 sentyabr 2020.
10. ↑ "Türk Bayrağı, yırtık, sökük, delik, kirli, soluk, buruşuk ya da layık olduğu manevî değeri zedeleyecek
herhangi bir şekilde kullanılamaz. Resmî yemin törenleri dışında her ne maksatla olursa olsun, masalara
kürsülere örtü olarak serilemez" (PDF). Türkiyə Böyük Millət Məclisi (türk). İstifadə tarixi: 3 sentyabr 2020.
11. ↑ "Türk Bayrağı: Türk Bayrağı Kanunu haberi". Arkeolojik Haber (türk). İstifadə tarixi:3 sentyabr 2020.
12. ↑ "Ekli «Türk Bayrağı Tüzüğünün yürürlüğe konulması; 22/9/1983 tarihli ve 2893 sayılı Kanun'un 2, 3,
6 ve 9 uncu maddelerine göre, Bakanlar Kurulu'nca 25/1/1985 tarihinde kararlaştırılmıştır" (PDF). T.C
Resmî Gazete (türk). İstifadə tarixi: 3 sentyabr 2020.
13. ↑ "Türk Bayrağının Marka ve Reklamlarda Kullanılamaması | Marka Tescil Ofisi.com".
markatescilofisi.com (türk). 2020-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr2020.
14. ↑ "T.C.CUMHURBAŞKANLIĞI : Türk Bayrağı". www.tccb.gov.tr (türk). İstifadə tarixi: 3 sentyabr2020.
15. ↑ "Türk bayrağı nasıl asılır?". Sabah (türk). İstifadə tarixi: 3 sentyabr 2020.
16. ↑ "Türk Bayrağı Nasıl Asılır?". https://www.haberdenizli.com/ (türk). İstifadə tarixi: 3 sentyabr2020.
17. ↑ "Standart Türk Bayrağı Ölçüleri - BAYRAK ÖLÇÜLERİ". ulusalbayrak.com (türk). İstifadə tarixi: 3
sentyabr 2020.
27
18. ↑ "Türk Bayrağı Ölçüleri". Türk Bayrakları (türk). 30 oktyabr 2015. İstifadə tarixi: 3 sentyabr2020.
19. ↑ "Yasal Bayrak Ölçüleri". www.istanbulbayrak.net (türk). İstifadə tarixi: 3 sentyabr 2020.
20. ↑ "Türk Bayrağı Kanunu". www.ttk.gov.tr (türk). İstifadə tarixi: 3 sentyabr 2020.
21. ↑ "Türkiye - Republic of Turkey, Türkiye Cumhuriyeti". crwflags.com (ingilis). İstifadə tarixi:3
sentyabr 2020.
22. ↑ "Turkey Flag Colors Hex, RGB & CMYK Codes". www.schemecolor.com (ingilis). İstifadə tarixi: 3
sentyabr 2020.
23. ↑ "Turkey Flag Colors - Flag Color - Hex, RGB, CMYK and PANTONE". Flag Color. 2 may
2019. İstifadə tarixi: 3 sentyabr 2020.
24. ↑ "Turkish Flag Color Color Palette". color-hex.com. İstifadə tarixi: 3 sentyabr 2020.
25. ↑ "Bayrağında Hilal Bulunan 10 Ülke". Milliyet Haber (türk). 2020-01-21
tarixində orijinalındanarxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
26. ↑ "Türk bayrağına benzeyen bayraklar ve adları". www.turkbayrak.com.tr (türk). İstifadə tarixi:3
sentyabr 2020.
27. ↑ "TÜRK BAYRAĞI TÜZÜĞÜ". www.aydinbayrak.com (türk). İstifadə tarixi: 3 sentyabr 2020.
28. ↑ "En güzel Türk Bayrağı resimleri! Ay yıldızlı Türk bayrağı görselleri…".
www.sozcu.com.tr (türk). İstifadə tarixi: 3 sentyabr 2020.
29. ↑ "Hamburg: 'Alman-türk' Bayrağı, Müzeye Kaldırıldı". Haberler.com (türk). İstifadə tarixi:3
sentyabr 2020.
30. ↑ "Türk Bayrağı Kanunu" (PDF). mevzuat.gov.tr. 22 sentyabr 1983. İstifadə tarixi: 3 sentyabr2020.
31. ↑ "Drapeau de l'Union Islamique Européenne (Eurabia)". Bergolix (fransız). 19 sentyabr
2008. İstifadə tarixi: 3 sentyabr 2020.
32. ↑ Biçer, Hatice. "Türk Bayrağı Hakkında Bilinmesi Gereken 30 Bilgi | Paratic". Paratic.com (türk).
5 may 2017. İstifadə tarixi: 3 sentyabr 2020.
33. ↑ "Türkiye'nin en büyük bayrağı Samsun'da dalgalanıyor". www.trthaber.com (türk). İstifadə tarixi: 3
senty
Yılmaz, Faruk. Türkiye'de Anayasal Gelişmeler ve Özellikleri. Ankara: Net Yayınları. 2016.
Bozkurt, Gülnihal. Devleti'nden Türkiye Cumhuriyeti'ne resepsiyon süreci (1839-1939).
Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu Türk Tarih Kurumu yayınları. Ankara: Türk Tarih
Kurumu. 1996. ISBN 975-16-0702-7.
The Grand National Assembly of Turkey. "Constitution Of The Republic Of Turkey" (PDF). Constitution
Of The Republic Of Turkey. The Grand National Assembly of Turkey. 2016-07-15. Chapter Three,
Section I, Article 41, Para 3-4. İstifadə tarixi: 2016-07-15.
↑ "Draft proposal" (türk). 2007. 2007-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-01-01.
↑ Yavuz, Ercan. "New constitution to dominate 2008". Zaman. 2008-01-01. İstifadə tarixi: 2008-01-01.
↑ Желтов М. В. "Конституционный референдум в Турции: восход Эрдоганского султаната".
ИнтерИзбирком. Информационно-аналитический портал о выборах в мире. 2017-05-19. 2020-
02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-19.
↑ Suzan, Fraser. "Turkish assembly passes polemic bill to boost Erdogan powers". Associated Press.
2017-01-21. İstifadə tarixi: 2017-01-21.
28
29