Открыть Электронные книги
Категории
Открыть Аудиокниги
Категории
Открыть Журналы
Категории
Открыть Документы
Категории
Soyad: Cəfərova
Qrup: Essex 11
Müəllim: Günel
Sərbəst iş
Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı öz tarixi mədəniyyət abidələri, zəngin
ədəbiyyatı, incəsənəti və musiqisi, adət-ənənələri ilə haqlı olaraq fəxr edir. Müstəqillik əldə etməklə
ölkəmiz özünəməxsus mədəniyyətini bəyan etmişdir. Mədəni irsimizin böyük bir hissəsi şah əsəri kimi
tanınıb və YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Bizim ölkəmiz valehedici musiqinin vətəni kimi tanınır. Azerbaycanın milli musiqisinin təməl daşı,
bünövrəsi muğamdır. Azərbaycan muğamının bədii dəyəri və yüksək əhəmiyyəti bütün dünyada tanınır.
Muğamları xanəndə ifa edir, və adətən muğamı xanəndə kamanca və tarın müşaiti ilə ifa edir.
Tar Azərbaycanın musiqi simvolu, mükəmməl və parlaq səsə malik alət hesab olunur. Kemançanı isə şərq
skripkası adlandərərlar. Bu aləti Azərbaycanın musiqi sənətini təsəvvüe etmək mümkün deyil.
Aşıq yaradıcılığı poeziya, əfsanələri təkrar söyləmək sənəti, rəqslər və sazın vəhdəti olan Azərbaycan
milli musiqi sənətində də xüsusi yer tutur. Aşıqlar öz ifalarında xalqın arzularını ifadə etmiş, Vətənə
sədaqəti, qəhrəmanlığı, azadlığı, məhəbbəti tərənnüm etmişlər. Əbəs yerə aşıqları El Anası - “xalqın
anası” adlandırmayıblar.
Azərbaycan qədim zamanlardan öz sənətkarlığı ilə məşhurdur. Azərbaycanın demək olar ki, hər bir
şəhərini “sənətkarlar şəhəri” adlandırmaq olar. Azərbaycan sənətkarlarının şanlı ənənələri sənətkarlıq
sənətinin müasir formalarında yaşatmaqda davam edir. Suvenirlər, əl işi zərgərlik məmulatları, qab-
qacaq, xalçalar kimi müasir formalarda yaşamaqda davam edir.
Xalçaçılıq Azərbaycanda ənənəvi sənət və sənətkarlıq növlərindən biridir. Azərbaycan xalçaçılıq sənəti
qədim zamanlardan yaranmışdır. Bir çox qədim tarixçi və filosoflar xalça şah əsərləri haqqında yazırdılar,
onların sırasında Herodot, Klavdi, Ksenofont kimi filosoflar var idi. Qədim Azərbaycan xalçaları Ağ
Evdə, ABŞ Dövlət Departamentində, eləcə də dünyanın bir çox məşhur muzeylərində: Metropolisdə,
Luvrda, Ermitajda, Vatikanda və s.
Azərbaycanda qədim sənətkarlıq növlərindən biri də xalçaçılıqla yanaşı, mis qabların hazırlanmasıdır.