Академический Документы
Профессиональный Документы
Культура Документы
MÜHAZİRƏ 1
ÜÇFAZALI K(3) 5
İKİFAZALI K(2) 10
MÜHAZİRƏ 2
MÜHAZİRƏ 3
MÜHAZİRƏ 4
Şəkil 1-dən göründüyü kimi CT-nin birinci dolağı (Л1 – Л2) ölçülməsi lazım
gələn böyük qiymətli I1 cərəyanının dövrəsinə qoşulur, ikinci dolağına isə
(И1 – И2) ampermetr qoşulur (və yaxud digər cihazın cərəyan dolağı); CT-
nin qoşulma sxemində kəsr şəklində onun cərəyana görə nominal
transformasiya əmsalı göstərilir. Şəkil 1-dəki sxem üçün
Ct-lərdə - kimi işarə olunan bucaq xətası da vardır. İdeal CT-də birinci və
ikinci dolaq cərəyanları arasındakı bucaq 180 0 təşkil edir. Real
transformatorda isə bu bucaq 180 0-dən qədər fərqlənir. Ampermetrlərin
daxili müqaviməti və ikinci dolağa qoşulan digər cihazların cərəyan
dövrələrinin müqavimətləri çox az olur, ona görə də CT-lər qısa qapanma
rejiminə yaxın rejimdə işləyirlər. Hər bir CT-nin müəyyən dəqiqlik sinfi və
ona uyğun gələn cərəyan və bucaq xətaları vardır. CT-nin cərəyan və
bucaq xətalarının qiymətlərinin, onların dəqiqlik sinfi ilə müəyyən olunan
sərhəd qiymətlərindən kənara çıxmaması üçün CT-nin ikinci dolağına
qoşulan bütün cihazların yekun müqaviməti müəyyən maksimal qiyməti
keçməməlidir. Bu maksimal qiymət CT-də və ya onun pasportunda
göstərilir.
CT-lərin istismarı zamanı aşağıdakı qaydalara əməl edilməlidir:
1) CT-nin içliyi və ikinci dolağın sıxaclarından biri yerlə birləşdirilməlidir;
2) CT işlədiyi zaman onun ikinci dolağının dövrəsini açmaq olmaz.
CT-lər əsasında ölçü gənələri (kleşi) hazırlanır ki, bunlarda ayrıla bilən
maqnit keçiricisi olur və naqildəki cərəyanı naqilin dövrəsini qırmadan
ölçməyə imkan verir (naqil CT-nin birinci dolağıdır).
Gərginlik transformatorları. Gərginlik transformatorlarının (GT) qoşulması
sxemi şəkil 2-də göstərilmişdir.
olur, yəni GT-nin birinci dolağının nominal gərginliyi 10000 V, ikinci dolağın
nominal gərginliyi isə 100 V-dur. Ölçüləcək gərginliyin qiyməti (U1)
aşağıdakı kimi təyin edilir: