Вы находитесь на странице: 1из 11

CƏBR

Mövzu 2

Adi kəsrlər: düzgün və düzgün olmayan kəsrlər.


Kəsrlərin müqayisəsi. Onluq kəsrlər. Onluq
kəsrlərin müqayisəsi. Onluq kəsrlər üzərində
əməllər. Dövri onluq kəsrlər. İxtisar olunmayan adi
kəsrin onluq kəsrə çevrilməsi.
Adi kəsrlər: düzgün və düzgün olmayan kəsrlər
a
 Tərif: a və b natural ədədlər olarsa, şəklində olan ifadəyə adi kəsr
b
deyilir.
a
=a:b
b
a
 a ˂ b olduqda, kəsrinə düzgün kəsr deyilir. Düzgün kəsrlər vahiddən
b
kiçikdir.
a
 a ≥ b olduqda, kəsrinə düzgün olmayan kəsr deyilir. Düzgün olmayan
b
kəsrlər vahiddən böyükdür və ya vahidə bərabərdir.

 Teorem: Kəsrin surət və məxrəcini sıfırdan fərqli eyni bir natural ədədə
vurduqda və ya böldükdə kəsrin qiyməti dəyişməz.

 Tərif: Kəsrin surət və məxrəcinin vahiddən fərqli ortaq böləninə


bölünməsinə kəsrin ixtisarı deyilir.
Kəsrlərin müqayisəsi
 Kəsrləri müqayisə etmək üçün aşağıdakı hallara baxmaq zəruri və
kafi şərtdir:
 I hal: Məxrəcləri bərabər olan kəsrlərdən surəti böyük olan kəsr
böyük, surəti kiçik olan kəsr isə kiçikdir.

 II hal: Surətləri bərabər olan kəsrlərdən məxrəci kiçik olan kəsr


böyük, məxrəci böyük olan kəsr isə kiçikdir.
3 3
 >
7 11

 III hal: Surət və məxrəcləri müxtəlif olan kəsrləri müqayisə etmək


üçün əvvəlcə onların surət və ya məxrəcini bərabərləşdirib sonra
müqayisə etmək lazımdır.
Kəsrlərin müqayisəsi
 Məsələ: Məxrəci “m” olan düzgün kəsrlərdən neçəsi
ixtisar olunmur?
 Həlli: Bunun üçün P = m • (1 - ) • (1 - ) • (1 - )
(2) düsturundan istifadə olunur. (2) – yə “m ədədi
üçün P düsturu” deyilir.
 Nümunə: Məxrəci 120 olan düzgün kəsrlərdən
neçəsini sonlu onluq kəsrə çevirmək olar?
Onluq kəsrlər
 Tərif: Məxrəci 10, 100, 1000, ... və s. olan adi kəsrlərə onluq
kəsrlər deyilir və vergüllə yazılır. Onluq kəsrin sonuna
istənilən qədər sıfır yazdıqda və ya onluq kəsrin sonundan
sıfırları sildikdə kəsrin qiyməti dəyişməz.
Onluq kəsrlərin müqayisəsi

 Onluq kəsrlərin müqayisəsi 2 üsulla yerinə yetirilir:


1. Tam hissələr müqayisə olunur.
2. Tam hissələr bərabər olarsa, onda kəsr hissələri
vergüldən başlayaraq mərtəbə vahidlərinə görə
müqayisə olunur.
Onluq kəsrlər üzərində əməllər
 Onluq kəsrləri toplamaq (çıxmaq) üçün:
1. Arxasına sıfırlar yazmaqla vergüldən sonrakı rəqəmlərin sayı
bərabərləşdirilir.
2. Vergüllər alt-alta düşmək şərtiylə yazılır və toplanır (çıxılır).
 Onluq kəsrləri vurmaq üçün:
1. Vergül nəzərə alınmadan vurulur.
2. Vergüldən sonrakı rəqəmlərin sayı qədər sondan əvvələ
sayılır və vergül qoyulur.
 Onluq kəsrləri bölmək üçün:
1. Vergüldən sonrakı rəqəmlərin sayı bərabərləşdirilir (sonuna
“0”-lar yazmaqla).
2. Vergüllər atılır və natural ədədlər kimi bölünür.
Onluq kəsrlər üzərində əməllər
 Onluq kəsrin mərtəbə vahidinə (10, 100, ...) vurulması və bölünməsi:
1. Onluq kəsri mərtəbə vahidinə vurmaq üçün vergülü mərtəbə
vahidindəki sıfırların sayı qədər sağa köçürmək lazımdır.
2. Onluq kəsri mərtəbə vahidinə bölmək üçün vergülü mərtəbə
vahidindəki sıfırların sayı qədər sola köçürmək lazımdır.
 Onluq kəsri adi kəsrə çevirmək üçün:
1. Tam hissə olduğu kimi saxlanılır.
2. Vergüldən sonrakı hissə surətdə yazılır.
3. Məxrəcdə vahid və vergüldən sonrakı rəqəmlərin sayı qədər sıfırlar
yazılır.
 Qeyd: Adi kəsri onluq kəsrə çevirmək üçün onun surətini məxrəcinə
bölmək lazımdır.
Dövri onluq kəsrlər
 Adi kəsri onluq kəsrə çevirdikdə kəsrin surəti məxrəcinə
bölünür. Qismətdə müəyyən bir ədəd sonsuz sayda
təkrarlanarsa, buna dövri onluq kəsr deyilir. Təkrarlanan
hissəyə kəsrin dövrü deyilir.
1
 Məsələn: = 0, 333... = 0, (3)
3
13−1 2
2, 1(3) = 2, 133333... = 2 =2
90 15

7 19
 0, (7) = 0, 777... = = 1, 58333... = 1, 58(3)
9 12
Dövri onluq kəsrlər

 Nümunə: Müqayisə edin.


a = 4, 1(7) = 4, 177
b = 4, (17) = 4, 1717
c = 4,17 = 4, 1700
 Cavab: c < b < a.
İxtisar olunmayan adi kəsrin onluq kəsrə
çevrilməsi
 1. Məxrəcin sadə vuruqları yalnız 2 və ya 5 ədədlərindən ibarət olarsa,
kəsr sonlu onluq kəsrə çevrilir.
2. Məxrəcin sadə vuruqları içərisində 2 və ya 5-dən fərqli sadə vuruq
olarsa, kəsr dövri onluq kəsrə çevrilir.

 Tərif: Dövr vergüldən dərhal sonra başlayarsa, saf dövrü onluq kəsr
adlanır.
Məsələn: 0,3; 2,(17); ...

 Tərif: Dövr vergüldən bir və ya bir neçə rəqəm sonra başlayarsa, qarışıq
dövrü onluq kəsr adlanır.
Məsələn: 0,1(2); 1,24(3); ...

 Qeyd: Dövri onluq kəsrlər üçün aşağıdakı hallara baxaq.


I hal: 0,(a) = 0,(aa) = 0,(aaa) = ...

 II hal: 0,(a) = 0,a(a) = 0,aa(a) = ...

Вам также может понравиться