Вы находитесь на странице: 1из 12

Mühazirə 8

Elektrostatika. Elektrik yükü, onun saxlanması. Kulon qanunu. Elektrik sahəsinin


intensivliyi və potensialı. Qaus teoremi. Elektrik tutumu
Plan
1. Elektrik yükləri. Kulon qanunu.
2. Elektrik sahəsinin intensivliyi.
3. Ostroqradski - Qaus teoremi.
4. Elektrostatik sahədə yükün hərəkəti zamanı görülən iş. Potensial.
5. Elektrik sahəsinin intensivliyi ilə potensial arasında əlaqə.
6. Naqillərin elektrik tutumu. Kondensatorlar.
7. Elektrostatik sahənin enerjisi.

Elektrik yükləri. Kulon qanunu

Təbiətdə iki növ elektik yükü mövcuddur: müsbət və mənfi. Eyni işarəli yüklər bir-birini
dəf, müxtəlif işarəli yüklər isə bir-birini cəzb edirlər.
Təbiətdə elementar elektrik yükü elektronun yüküdür. Onun qiyməti-  1.6  10 19 (Kl)
kulondur. Bütün yüklər bu elementar yükün tam misillərinə bərabərdir, yəni,
q  ne
Təbiətdə olan bütün cisimlər elektriklənmə qabiliyyətinə malikdirlər. Cisimlərin
elektiklənməsi müxtəlif üsullarla aparıla bilər. Elektriklənmə zamanı cisimlərin birində artıq
müsbət yüklər yaranırsa, ikinci cisimdə ona bərabər mənfi yüklər yaranır. Cisimlərdə olan
yüklərin ümumi miqdarı sabit qalır.
Təcrübələr nəticəsində təsdiq olunmuşdur ki, qapalı sistemdə elektrik yüklərinin cəbri
cəmi sabit qalır.
n
q1  q 2  q3    q n   qi  const .
i 1
Bu ifadə elektrik yüklərinin saxlanması qanunu adlanır.
Elektrik yükü invariant olub hesablama sisteminin seçilməsindən və ya hərəkət
sürətindən asılı deyil.
Elektrik yükü diskret olub ixtiyari deyil, elementar yükün tam misillərinə bərabər olur.
Elektrik yükü additivdir- sistemin ümumi yükü ayrı-ayrı alt sistemlərin yüklərinin
cəminə bərabərdir.
Sükunətdə olan yüklərin yaratdıqları elektrik sahəsini öyrənən bölmə elektrostatistika
adlanır. Elektrik sahəsi materiyanın varlıq formasıdır. Elektrik sahəsi vasitəsilə yüklər
arasında qarşılıqlı təsir yaranır.
Tərpənməz nöqtəvi iki yük arasındakı qarşılıqlı təsir qüvvəsi 1785-ci ildə Ş. Kulon
tərəfindən müəyyən olunmuşdur. Nöqtəvi yük elə cisimlərin yükünə deyilir ki, onların xətti
ölçüləri başqa yüklənmiş cisimlərə qədər olan məsafədən çox kiçik olsun. Iki nöqtəvi
tərpənməz yük arasındakı qarşılıqlı təsir qüvvəsi onların yükləri ilə düz aralarındakı
məsafənin kvadratı ilə tərs mütənasibdir.
qq 1 q1q2
F  k 1 22   (1)
r 40 r 2
Burada q1 , q 2 elekrtik yüklərinin miqdarı, r - onlar arasında olan məsafədir.
F r2 1 9 N m
2
k   9  10
q1  q 2 40 Kl 2
mütənasiblik əmsalı olub, hər birinin yükü 1Kl, aralarındakı məsafə 1m olan iki nöqtəvi yük
arasındakı qarşılıqlı təsir qüvvəsinə bərabərdir.
Qarşılıqlı təsir qüvvəsi yükləri birləşdirən düz xətt boyunca yönəlir. Bu qüvvə mərkəzi
qüvvədir. Elektrik yükləri eyni işarəli olarsa, bu qüvvə itələmə ( F  0 ), əks işarəli olarsa,
cəzbetmə qüvvəsi ( F  0 ) olur. Bu qüvvə Kulon qüvvəsi adlanır. BS-də mütənasiblik əmsalı
1
k bərabərdir. Burada  0 - beynəlxalq sistemin elektrik sabiti adlanır və
40
Kl 2
 0  8,85  10 12 və ya  0  8,85  10 12 F
N  m2 M
təyin olunur. Onda Kulon qanunu BS-də vakuum üçün aşağıdakı şəkildə yazılar:
1 q1q 2
F0  (2)
40 r 2
Mühit daxilində isə
1 q1q2
F (3)
40 r 2
olar. (2) və (3) ifadələrindən
F0
 (4)
F
alınır.
Deməli, mühitin dielektrik nüfuzluğu, vakuumda iki nöqtəvi yük arasında olan qarşılıqlı
təsir qüvvəsinin verilmiş mühitə nisbətən neçə dəfə çox olduğunu göstərir.
Elektrik yükləri nazik tel boyunca, müstəvi səthdə və ya müəyyən cismin həcmi
daxilində paylana bilər. Bu halda elektrik yüklərinin xətti, səthi və həcmi sıxlıqları
anlayışlarından istifadə olunur.
dq
Elektrik yüklərinin xətti sıxlığı  
d
Burada d - xəttin elementar uzunluğu, dq isə bu elementar hissədə yerləşən elektrik
yükünün miqdarıdır.
dq
Elektrik yükünün səthi sıxlığı  
ds
Burada ds - yüklənmiş səthin elementar sahəsi, dq elementar səthdə yerləşən elektrik
yüküdür.
Elektrik yükünün həcmi sıxlığı uyğun olaraq
dq
 kimi təyin olunur.
dV
Hesablamalar göstəriri ki, Kulon qanunun (3) şəklində yazılışı kürə şəklində olan və elektrik
yükü bərabər paylanmış cisimlər üçün də doğrudur. Bu halda r məsafəsi kürələrin
mərkəzləri arasındakı məsafəyə bərabərdir.
Elektrik sahəsinin intensivliyi

Elektrik sahəsini kəmiyyətcə xarakterizə etmək üçün sahə intensivliyi vektoru E
anlayışından istifadə olunur. Elektrik sahəsinin intensivliyi, sahənin müəyyən nöqtəsinə
gətirilmiş nöqtəvi sınaq yükünə q 0 təsir edən qüvvənin bu yükün miqdarına olan nisbətinə
deyilir.

 F N
E (4)
q 0  Kl 
Bütün nöqtələrində sahə intensivliyi vektoru sabit olan elektrik
 
sahəsinə birincili elektrik sahəsi deyilir. q 0  1 olarsa, E = F
alarıq. Deməli sahə intensivliyi elektrik sahəsinin qüvvə
xarakteristikasıdır. Ədədi qiymətcə sahənin verilmiş nöqtəsində
yerləşən müsbət vahid yükə, elektrik sahəsi tərəfindən təsir edən
qüvvəyə bərabərdir.
Kulon qanunundan istifadsə etsək, nöqtəvi yükün yaratdığı
elektrik sahəsinin intensivliyi üçün
1 q
E (5)
40 r 2
iadəsini yazmaq olar. Bu ifadənin vektorial şəkli
 1 q 
E r (5`)
40 r 3
kimi təyin olunar.
Elektrik sahəsini xarakterizə etmək üçün qüvvə xətləri
anlayışından istifadə olunur. Elektrik sahəsinin qüvvə xətləri
müsbət yükdə başlayır və mənfi yükdə qurtarırlar. Bu elə xətlərdir
ki, onun istənilən nöqtəsinə çəkilən toxunan,
həmin nöqtədəki elektrik sahəsinin
intensivliyi ilə üst-üstə düşür.
Elektrik sahəsi bir neçə nöqtəvi yük
tərəfindən yaradılıbsa, onda sahənin istənilən
nöqtəsində intensivlik vektoru, ayrı-ayrı yüklərin həmin nöqtədə yaratdıqları elektrik
sahələrinin intensivlik vektorlarının vektorial cəminə bərabərdir, yəni,
    n 
E  E1  E 2  E3     Ei (6)
i 1
(6) ifadəsi elektostatik sahələr üçün superpozisiya prinsipi adlanır.
Ostroqradski - Qaus teoremi
Elektrik sahəsinin intensivliyinin hesablanması zamanı Ostroqradski-Qaus teoreminin
tətbiqi məsələni çox sadələşdirir. İntensivlik vektorunun qapalı müstəvi səthdən keçən N
selini hesablayaq (şəkil 1). Fərz edək ki, baxdığımız elektrik sahəsi bircins, sahədə
yerləşən səth isə müstəvi səthdir. Onda intensivlik vektorunun baxdığımız müstəvi səthdən
keçən seli aşağıdakı kimi olar:
Ф = EScos α (1)
burada En = E cosα intensivlik vektorunun normal üzrə proyeksiyasıdır (şəkil 1).
Elektrik sahəsi qeyri - bircinsdirsə və səth müstəvi deyilsə, onda həmin səthi elə
elementar ds səthlərinə bölmək olar ki, həmin elementar səthi müstəvi və səth yerləşən
sahəni bircins hesab etmək olar. İntensivlik vektorunun bir elementar dS səthindən
keçən seli dN= En ⋅dS qədər olsa, onda intensivlik vektorunun bütün səthindən keçən seli

Ф = ∫ 𝐸𝑛 𝑑𝑆 (2)
olar. Nöqtəvi müsbət q yükünü əhatə edən qapalı sferik S səthindən keçən intensivlik
vektorunun selini hesablayaq (şəkil 2).
1 𝑞 𝑞
Ф = 𝐸𝑛 ∙ 𝑑𝑆 = ∙ ∙ 4𝜋𝑅 2 = (3)
4𝜋𝜀0 𝜀 𝑅2 𝜀𝜀0

burada S = 4πR2 - sferik səthin sahəsidir. Deməli, hər bir müsbət nöqtəvi yükün intensivlik
𝑞
vektorunun seli qədərdir. Elektrik sahəsi intensivliyinin superpozisiya prinsipindən
𝜀0 𝜀
istifadə etsək, alariq:
𝑛
1
Ф= ∑ 𝑞𝑖
𝜀𝜀0
𝑖=1

burada qi - qapalı səth daxilindəki yüklər, n - yüklərin sayıdır. Ostroqradski -Qaus


teoremini ümumi şəkildə belə ifadə etmək olar: ixtiyari formalı qapalı səthdən keçən
intensivlik vektorunun tam seli həmin səth daxilindəki elektrik yüklərinin cəbri cəmi ilə düz
mütənasibdir.
İndi isə Qaus teoreminin bəzi tətbiqləri ilə tanış olaq.
1. Bərabər yüklənmiş sonsuz müstəvi. İxtiyari S səthinə malik müstəvidə səth sıxlığını
𝑑𝑞
𝜎 = işarə edək. Bu ifadəni Qauss teoreminin düsturunda nəzərə alsaq,
𝑑𝑆
𝜎𝑆
2𝐸𝑆 = 𝜀
0
𝜎
𝐸=
2𝜀0
olur.
2. Bərabər yüklənmiş sferik səth. 1-ci şəkildən göründüyü kimi,
intensivlik xətləri radial istiqamətdə yönəlir. Sferanın xaricində
fikrən 𝑟 > 𝑅 radiuslu kürə təsəvvür edək. Onun daxilindəki bütün q
yükü Qauss teoreminə görə
𝑞
4𝜋𝑟 2 𝐸 =
𝜀0
1 𝑞
𝐸 = 4𝜋𝜀 ∙ 𝑟 2 (𝑟 ≥ 𝑅)
0
olar.
3. Bərabər yüklənmiş sonsuz silindr. R radiuslu sonsuz yüklənmiş
𝑑𝑞
silindrdə elektrik yüklərinin xətti sıxlığı 𝜏 = 𝑑𝑙 kimi təyin olunur.
Xəyalən silindrin ətrafında r radiuslu, l uzunluqlu koaksial silindr
çəkək (şəkil 2). Silindrin daxilində (r < R) E seli sıfırdır. Silindrik
səthdən axan sel 2πrlE - dir. Qauss teoreminə görə r  R olduqda
𝜏𝑙
2𝜋𝑟𝑙𝐸 = 𝜀 , buradan da sahənin intensivliyi üçün
0
1 𝜏
𝐸 = 2𝜋𝜀 ∙ 𝑟 (𝑟 ≥ 𝑅)
0
ifadəsini alırıq.
Elektrostatik sahədə yükün hərəkəti zamanı görülən iş. Potensial

Fərz edək ki, nöqtəvi q yükünün elektrik sahəsində q 0 sınaq yükü 1 nöqtəsindən 2
nöqtəsinə öz yerini ixtiyarı trayektoriya boyunca dəyişir (şəkil 1).
Onda ixtiyari dl yolunda elektrostatik qüvvənin gördüyü elementar iş
dA  Fd cos
olar.
Nəzərə alsaq ki, sahə nöqtəvi yük tərəfindən yaradılıb,
onda
1 q
E və dr  d cos  olarsa,
40 r 2
Onda görülən elementar iş üçün
1 qq0
dA  dr
40 r 2
ifadəsini yazmaq olar.
Sınaq q 0 yükünün 1 nöqtəsindən 2 nöqtəsinə
yerdəyişməsi zamanı görülən iş
1 1
r2 r2
qq0 dr 1
A   dA    qq0    (1)
r1 r1
40 r 2
40  r1 r2 
bərabərdir. (1) ifadəsindən görünür ki, elektrostatik sahədə yükün hərəkəti zamanı görülən iş
yolun formasından asılı olmayıb başlangıc və son nöqtələrin vəziyyətindən asılıdır. Deməli
nöqtəvi yükün elektrik sahəsi potensiallı sahədir və elektrostatik qüvvələr konservativ
qüvvələrdir. Elektrostatik sahədə yük qapalı xətt boyunca yerini dəyişərsə, bu zaman görülən
iş sıfra bərabər olar, yəni  dA  0

Başqa şəkildə yazsaq,
 dA   q Ed cos   q E dl  0

0 0 

Burada q 0 yükünü müsbət vahid yük qəbul etsək, q 0  1 , onda

 Ed 0

(2)

almış olaraq.
(2) ifadəsi elektrostatik sahənin sahə intensivliyinin burulğanlığı (sirkulyasiyası) adlanır.
Deməli qapalı ixtiyari kontur boyunca elektrostatik sahənin sahə intensivliyinin
burulğanlığı sıfra bərabərdir. (2) şərtini ödəyən qüvvə sahələri potensiallı sahələr adlanır. Bu
ifadə ancaq elektrostatik sahələrdə ödənir.
Potensiallı sahədə yerləşən cismin müəyyən potensial enerjisi olur və bu enerjinin
hesabına sahənin qüvvəsi müəyyən iş görür. Nəzərə alsaq ki, konservativ qüvvələrin
gördükləri iş potensial enerjinin azalması hesabına olur, onda elektrostatik sahədə görülən
işin nöqtəvi q 0 yükünün potensial enerjisinin (başlanğıc və son nöqtələr arasında) dəyişməsi
hesabına baş verdiyini söyləmək olar, yəni,
1 qq0 1 qq0
A12    WP1  WP 2
40 r1 40 r2
Deməli, q 0 yükünün q yükünün sahəsindəki potensial enerjisi
1
qq0
WP   const (3)
40 r
ifadəsinə görə təyin olunur.
Qəbul etsək ki, q 0 yükü sonsuzluğa öz yerini dəyişir r   , onda, potensial enerji sıfra
bərabər olmalıdır, yəni const  0 . Nəticədə q 0 yükünün q yükünün elektrostatik sahəsindəki
potensial enerjisi
1 qq0
WP  (4)
40 r
ifadəsinə görə təyin olunar.
Elektrik sahəsi nöqtəvi yüklər çoxluğu tərəfindən yaradılıbsa, onda bu yüklərin
sahəsində yerləşən q 0 yükünün potensial enerjisi
qi
WP  WPi  q0  (5)
i i 40 ri
ifadəsinə görə təyin olunur.
(4) və ya (5) ifadələrindən görünür ki,
Wp
 [1V=1C/Kl] (6)
q0
nisbəti, q 0 yükündən asılı deyil. Bu nisbətə elektrostatik sahənin verilmiş nöqtədəki
potensialı deyilir. Elektrik sahəsinin verilmiş nöqtəsində yerləşdirilmiş sınaq yükünün
potensial enerjisinin bu yükə olan nisbətinə həmin nöqtədə sahənin potensialı deyilir.
Potensial elektrostatik sahənin enerji xarakteristikasıdır.
q0  1 yük vahid olarsa,   WP olar, yəni, elektrostatik sahənin istənilən nöqtəsinin
potensialı, ədədi qiymətcə, həmin nöqtəyə gətirilmiş müsbət vahid yükün potensial enerjisinə
bərabərdir. (4) ifadəsindən görünür ki, nöqtəvi yükün elektrik sahəsinin potensialı
1 q
 (7)
4 0 r
ifadəsinə bərabərdir. Elektrostatik sahə dielektrik mühitdə olarsa,
1 q
 (7')
40 r
Potensial anlayışından istifadə edərək elektrostatik sahədə yükün hərəkəti zamanı görülən
işi
A12  W1  W2  q0 (1   2 )

ifadəsinə görə də təyin etmək olar. Nəzərə alsaq ki, elektrostatik sahədə görülən iş
2
A12  W1  W2   q 0 E  d
1

digər tərəfdən bu iş A12  q0 (1   2 ) ifadə olunur. Onda


2
1   2   E  d
1
alarıq.
Nəzərdən keçirdiyimiz q 0 yükü öz yerini sahənin müəyyən nöqtəsindən sonsuzluğa
dəyişirsə, onda görülən iş
A  q0
A
Buradan   alarıq.
q0
Deməli sahənin müəyyən nöqtəsinin potensialı, bu nöqtədə yerləşən potensial müsbət
q 0 yükünü sonsuzluğa aparmaq üçün görülən işin bu yükə olan nisbətinə bərabərdir.
Potensial skalyar kəmiyyətdir. Elektrik sahəsi bir neçə nöqtəvi yük tərəfindən
yaradılıbsa, müəyyən nöqtədəki potensial , ayrı-ayrı yüklərin həmin nöqtədə yaratdıqları
potensialların cəbri cəminə bərabərdir, yəni,
1 qi
   i   (8)
i 40 i ri

Elektrik sahəsinin intensivliyi ilə potensial arasında əlaqə

Əvvəlki paraqraflarda göstərilmişdir ki, elektrik sahəsini həm vektorial kəmiyyət olan
⃗𝐸 intensivliyi ilə və həm də skalyar kəmiyyət olan φ potensialı ilə xarakterizə etmək
olar. Aydındır ki, bu kəmiyyətlər arasında birqiymətli əlaqə olmalıdır. Əgər nəzərə alsaq
ki, 𝐸⃗ intensivlik vektoru yükə təsir edən qüvvə ilə, φ potensialı isə qüvvənin yük üzərində
gördüyü iş və ya yükün potensial enerjisi ilə mütənasib olduğundan, bu kəmiyyətlər
arasında da, yəni qüvvə və potensial enerji arasında da birqiymətli əlaqə olmalıdır. Doğrudan
da, qüvvənin q yükü üzərində dl yolunda gördüyü işi bir tərəfdən,
dA = F⋅dl = qEdl
şəklində, digər tərəfdən yükün potensial enerjisinin azalması şəklində ifadə edirlər:
dA = − qdφ
Bu işlərin bərabərliyindən yazarıq:
qEdl = − qdφ
və ya
𝑑𝜑
𝐸 = − 𝑑𝑙 (1)
burada, l - fəzada seçilmiş ixtiyari istiqamət olduğundan, xüsusi halda yaza bilərik:
𝜕𝜑 𝜕𝜑 𝜕𝜑
𝐸𝑥 = − , 𝐸𝑦 = − 𝜕𝑦 ,
𝜕𝑥
𝐸𝑧 = − 𝜕𝑧
buradan da
𝑑𝜑 𝑑𝜑 𝑑𝜑
⃗⃗⃗ 𝐸𝑧 = − (𝑖⃗
𝐸⃗ = 𝑖⃗ 𝐸𝑥 + 𝑗⃗ 𝐸𝑦 + 𝑘 + 𝑗⃗ + ⃗⃗⃗
𝑘 ) = −𝑔𝑟𝑎𝑑𝜑 (2)
𝑑𝑥 𝑑𝑦 𝑑𝑧
olduğunu alırıq və burada,
𝑑𝜑 𝑑𝜑 𝑑𝜑
𝑔𝑟𝑎𝑑𝜑 = 𝑖⃗ + 𝑗⃗ + ⃗⃗⃗
𝑘 .
𝑑𝑥 𝑑𝑦 𝑑𝑧
(2) ifadəsindən görünür ki, ixtiyari skalyar kəmiyyətin qradiyenti vektorial kəmiyyətdir.
Mənfi işarəsi göstərir ki, sahənin intensivlik vektoru potensialın azaldığı tərəfə yönəlir.
İntensivliyin x, z, y, oxları üzrə toplananlarını bilərək onun ədədi qiymətini də müəyyən
etmək olar:
𝑑𝜑 𝑑𝜑 𝑑𝜑
𝐸 = √𝐸𝑥2 + 𝐸𝑦2 + 𝐸𝑧2 = √( 𝑑𝑥 )2 + ( 𝑑𝑦 )2 + ( 𝑑𝑧 )2 (3)

Naqillərin elektrik tutumu. Kondensatorlar. Kondensatorların birləşdirilməsi


Elektrostatikada təklənmiş naqil anlayışından istifadə olunur. Başqa cisimlərdən
(naqillərdən) uzaqda yerləşmiş naqil təklənmiş naqil adlanır. Təklənmiş naqilin səthində
elektrik yüklərinin paylanması ancaq naqilin səthinin formasından asılı olur. Onun potensialı
elektrik yükünün miqdarı ilə mütənasib olaraq dəyişir. Təcrübələr göstərir ki, müxtəlif
formada olan naqillərin elektrik yükləri eyni olarsa, onların potensialları müxtəlif olur.
Təklənmiş naqil üçün
q  C (1)
ifadəsini yazmaq olar. Burada C - naqilin elektrik tutumu adlanır.
q
C (1`)

Elektrik tutumu ədədi qiymətcə, naqilin potensialını bir vahid dəyişdirən yükün
miqdarına bərabərdir. Naqilin elektrik tutumu onun forma və ölçülərindən asılıdır. Naqilin
elektrik tutumu naqilin materialından, onun aqreqat halından, daxilində olan boşluqlardan
asılı deyil. Elektrik tutumu naqilin yükündən və onun potensialındann asılı deyil. BS-də
tutumun vahidi faraddır ( F ). Naqilin yükünü 1Kl artırdıqda onun potensialı 1V artarsa,
belə təklənmiş naqilin tutumu 1F olar.
Məlumdur ki, radiusu R olan, bircinsli dielektrik mühitdə yerləşmiş kürənin potensialı
1 q
 (2)
4 0 R

ifadəsindən təyin olunar. Bu ifadəni (1`) düsturunda yerinə yazsaq

C  40R (3)
alarıq.
Naqil təklənmiş olmazsa, yəni onun yaxınlığında yüklənməmiş başqa naqillər olarsa,
elektrostatik induksiya hadisəsi nəticəsində bu naqillərdə induksiya yüklərinin yaranması əsas
naqilin potensialının müəyyən qədər azalmasına səbəb olur. Beləliklə təklənmiş naqilin
elektrik tutumu, təklənməmiş həmin naqilin elektrik tutumundan kiçik olur.
C
(3) ifadəsindən görünür ki, 1F radiusu R   9  10 6 km olan, vakuumda yerləşən
40
kürənin tutumudur. Bu çox böyük ədəddir. Praktikada elektrik yükünü toplamaq üçün böyük
tutuma malik olan kiçik həcmli qurğulardan istifadə olunması daha əlverişlidir. Bu məqsədlə
istifadə olunan qurğular kondensator adlanır.
Kondesator bir-birinə yaxın yerləşən və aralarında dielektrik olan iki naqil lövhədən
təşkil olunur. Ətraf mühitdə yerləşən yüklənmiş naqillərin kondesatora təsirini azaltmaq
məqsədi ilə kondesatorun lövhələrini elə şəkildə hazırlayırlar ki,
elektrik yükü ancaq lövhələr arasında toplansın. Kondensatorun
müsbət yüklənmiş lövhələrin yükü kondensatirun yükünü təyin
edir.
Lövhələrinini formasından asılı olaraq kondensatorlar üç növ
olur: müstəvi, sferik və silindrik. Elektrik sahəsi kondensatorun
lövhələri arasında cəmləşdiyinə görə intensivlik xətləri lövhənin
birindən başlayıb, digərində qurtarır. Ona görə lövhələrdə
toplanan sərbəst yüklər qiymətcə bərabər və işarələri əks olur.
Kondensatorun lövhələrində toplanmış yükün (müsbət işarəli),
həmin lövhələr arasındakı potensiallar fərqinə olan nisbəti ilə
təyin olunan kəmiyyət kondensatorun tutumu adlanır.
q
C (4)
1   2
Müstəvi kondensator. Müstəvi kondensator hər birinin sahəsi S olan iki paralel yerləşən
müstəvi keçirici lövhədən ibarətdir. Lövhələr arasındakı məsafəni d ilə işarə edək. Bu məsafə
çox kiçik olduğundan lövhələr arasındakı elektrik sahəsini bircinsli sahə kimi qəbul etmək
olar. Onda lövhələrdə olan elektrik yüklərinin səthi sıxlığı  olarsa, lövhələ arasındakı
elektrik sahəsinin intensivliyi

E
 0
d
ifadəsindən təyin olunar. Nəzərə alsaq ki, E   onda lövhələr arasındakı potensiallar
dx
fərqi
 d
d qd
 2  1   dx   

0 0
  0   0 S

Potensiallar fərqinin qiymətini (4) düsturunda yerinə yazsaq müstəvi kondensatorun tutumu
üçün
 S
C 0 (5)
d
Ifadəsini təyin edərik.
Sferik kondensator. Sferik kondensator radiusları R1 və R2 ( R1  R2 ) olan iki konsentrik
(eyni mərkəzli) sferik sıthdın ibarətdir. Müsbət yüklənmiş sferik sferik səthin yaratdığı
elektrik sahəsi sferik səthlər arasslında toplanmış olur. Sferik səthlərin daxilində və
xaricində elektrik sahəsinin intensivliyi sıfra bərabərdir. Onda yazmaq olar ki,
d q
 E  
dr 4 0 r 2
Buradan səthələr arasındakı potensiallar fərqi
 1 1 
R2
q dr q
4   r
 2  1      
0 R1
2
40  R1 R2 
Onda sferik kondesatorun tutumu
q 40 40R1 R2 (6)
C  
1   2 1

1 R2  R1
R1 R2
təyin olunar.
Silindrik kondensator. Silindrik kondensator mərkəzi oxları eyni və radiusları R1 , R2
( R2  R1 ) olan iki nazik divarlı metaldan hazırlanmış silindirdən ibarətdir. Silindrlərin
hündürlüyü onların oturacaqlarının radiuslarından çox böyük olmalıdır, yəni h  ( R1 , R2 ) .
q
Bu halda daxili silindrin yükünün xətti sıxlığı   olar. Kondensatorun köynəkləri
h
arasındakı elektrik sahəsi bu yükün hesabına yaranır. Yaranmış elektrik sahəsinin
intensivliyi
 q
E 
20 r 20 rh
təyin olunar. Silindirlər arasındakı potensiallar fərqi
d q 1 q dr
 E     d    buradan
dr 20 h r 20 h r
R 
R2
q ln  2 
 2  1  
q

dr
  R1  olar.
R1
20 h r 20 h
Silindrik kondensatorun elektrik tutumu
q 20 h
C 
1   2 R 
ln  2 
 R1 
təyin olunar.
Qeyd etmək lazımdır ki, tutumlarından əlavə kondensatorlar deşilmə gərhinliyi ilə
xarakterizə olunurlar. Bu kondensatora tətbiq olunmuş gərginliyin elə qiymətidir ki,
kondensatorun lövhələri arasındakı dielektrik daxilində elektrik boşalması baş verir.
Tətbiqindən asılı olaraq kondensatorlar batareya şəklində ardıcıl və ya paralel
birləşdirilir.
Kondensatorların ardıcıl birləşdirilməsi. Kondensatorların yükləri eyni olub (q=const)
batareyanın ümumi yükünə bərabər olur. Batareyanın uclarındakı potensiallar fərqi, ayrı-
ayrı kondensatorlara tətbiq olunmuş potensiallar fərqinin cəminə bərabər olur, yəni
n
  1   2     n    i
i 1
Onda batareyanın istənilən
q
kondensatoru üçün  i 
Ci
yazmaq olar. Nəzərə alsaq ki,
q n
1
   q onda
C i 1 Ci

1 1 1 1 n
1
   ...  
C C1 C 2 C n i 1 Ci
almış olarıq.
Deməli kondensatorlar batareya şəklində ardıcıl birləşdirildikdə batareyanın tutumunun
tərs qiyməti; ayrı-ayrı kondensatorların tutumlarının tərs qiymətlərinin cəminə bərabər olur.
Tutumları eyni olan n kondensator ardıcıl birləşərsə, batareyanın ümumi tutumu
C
C i
n
yəni bir kondensatorun tutumundan n dəfə az olur.
Kondensatorların paralel birləşdirilməsi. Kondensatorlar batareyasının tutumunu atrırmaq
məqsədilə kondensatorları paralel birləşdirirlər. Bu halda kondensatorların lövhələri
arasındakı potensiallar fərqi sabit qalır (=const).
Batareyanın ümumi yükü
n
q  q1  q 2    q n   qi
i 1
kimi təyin olunur. Onda
q  C  C1  C2   C3     Cn 

alarıq. Buradan
C  C1  C2  C3    Cn
.
Deməli kondensatorlar batareya şəklində paralel birləşdirildikdə ümumi tutum ayrı - ayrı
kondensatorların tutumlarının cəminə bərabərdir. Eyni tutumlu kondensatorlar paralel
birləşərsə, yəni C1  C2  C3    Cn olarsa, onda batareyanın ümumu tutumu C  nC1
olar.
Elektrostatik sahənin enerjisi
Naqilin yükünü dq qədər artırmaq üçün kulon qüvvələrinə qarşı müəyyən iş görmək
lazımdır. Xarici qüvvələrin bu işi yüklənmiş naqilin elektrik sahəsinin enerjisinin artmasına
sərf olunur. Onda sonsuzluqdan dq yükünü təklənmiş naqilə köçürülməsi zamanı xarici
qüvvələrin gördükləri elementar iş
dA  dq  Cd olar.
Onda naqilin potensialının 0-dan  0 qədər artması üçün xarici qüvvələrin işi
0
C 0
2

A   Cd  kimi təyin olunar.


0
2
Nəticədə yüklənmiş naqilin elektrik enerjisi
C 0 q 2 q 0
2

We    (1)
2 2C 2
ifadəsindən müəyyən olunar.
Yüklənmiş kondensatorun elektrik enerjisi də eyni ifadəyə əsasən təyin olunur, yəni
C 2 q q 2
We    (1´)
2 2 2C
(1´) ifadəsindən istifadə edərək, kondensatorun lövhələri arasında olan cazibə qüvvəsini
təyin etmək olar. Kondensatorun lövhələri arasındakı məsafənin dx qədər dəyişməsi zamanı
görülən iş dA  Fdx olar. Bu iş sistemin potensial enerjisinin azalması hesabına
görüldüyündən
Fdx  dWe (2)
q2 q2 x q2
Nəzərə alsaq ki, We   onda qarşılıqlı cazibə qüvvəsi üçün F  
2C  0S 2 0 S
ifadəsini alarıq. Burada (-) işarəsi bu qüvvənin cazibə qüvvəsi olduğunu
göstərir.
Müstəvi kondensatordan istifadə edərək göstərək ki, yüklənmiş kondensatorun məxsusi
enerjisi, onun elektrik sahəsinin enerjisinə bərabərdir.
 S
Doğrudan da müstəvi kondensatorun tutumu C  0 və lövhələri arasındakı potensiallar
d
fərqi   Ed , onda
C 2  0SE 2 d 2 1
W    0E 2V (3)
2 2d 2
W 1
Elektrik enerjisinin həcmi sıxlığı     0 E 2 olar.
V 2
Kondensatorun lövhələri arasında olan dielektrikin polyarlaşma enerjisi

1 1 1
W  We  Wc   0 E 2V   0 E 2V   0 (  1) E 2V
2 2 2
olar.

Suallar

1. Təbiətdə neçə növ elektik yükü mövcuddur?


2. Hansı yük elementar elektrik yükü adlanır?
3. Elektriklənmə necə baş verir?
4. Elektrik yüklərinin saxlanması qanununu ifadə edin.
5. Elektrik yükü invariant, diskret və additiv olduğunu izah edin.
6. Kulon qanununu söyləyib riyazi ifadəsini yazın.
7. Elektrik yükünün vahidi nədir?
8. Elektrik yüklərinin xətti sıxlığı necə ifadə olunur?
9. Elektrik yükünün səthi sıxlığı necə ifadə olunur?
10. Elektrik yükünün həcmi sıxlığı necə ifadə olunur?
11. Elektrik sahəsinin intensivliyi nəyə deyilir?
12. Nöqtəvi yükün yaratdığı elektrik sahəsinin intensivliyi necə ifadə olunur?
13. Qüvvə xətləri nəyə deyilir?
14. İntensivlik vektorunun seli necə ifadə olunur?
15. Ostroqradski -Qaus teoremini necə ifadə etmək olar?
16. Bərabər yüklənmiş sonsuz müstəvinin elektrik sahəsinin intensivliyinin düsturu necə ifadə
olunur?
17. Bərabər yüklənmiş sferik səthin elektrik sahəsinin intensivliyinin düsturu necə ifadə olunur?
18. Bərabər yüklənmiş sonsuz silindrin elektrik sahəsinin intensivliyinin düsturu necə ifadə
olunur?
19. Elektrostatik sahədə yükün hərəkəti zamanı görülən işin riyazi ifadəsini yazın.
20. Elektrostatik sahənin sahə intensivliyinin burulğanlığı necə ifadə olunur?
21. yükün elektrostatik sahəsindəki potensial enerjisi necə ifadə olunur?
22. Elektrik sahəsinin potensialı nəyə deyilir?
23. Nöqtəvi yükün elektrik sahəsinin potensialınin ifadəsini yazın.
24. Elektrik sahəsinin intensivliyi ilə potensial arasında əlaqənin riyazi ifadəsini yazın.
25. elektrik tutumu dedikdə nə başa düşülür?
26. Kondensator nəyə deyilir?
27. Müstəvi kondensatorun tutumunu hesablamaq üçün lazım olan düsturu yazın.
28. Sferik kondensatorun tutumunu hesablamaq üçün lazım olan düsturu yazın.
29. Slindrik kondensatorun tutumunu hesablamaq üçün lazım olan düsturu yazın.
30. Kondensatorların ardıcıl və paralel birləşdirilmə düsturlarını yazın.
31. Elektrostatik sahənin enerjisi necə ifadə olunur?
32. Elektrik enerjisinin həcmi sıxlığı necə ifadə olunur?

Ədəbiyyat
1.V.İ. Nəsirov. G.Q.Aslanlı. ”Elektrik və maqnitizm”, Bakı, 2008. S. 10-43. 50-58. 64-74.
2. N.M.Mehdiyev. “Ümumi fizika kursu”. Bakı. 2010. S.209-245.
3. B.Z. Əliyev. “Ümumi fizika kursu”. Bakı. 2010. S.238 – 257, 274 – 283.
4. T.M.Pənahov, V.İ.Əhmədov “Ümumi fizika kursu-1”. Bakı. 2013. S.197 -219.
5. Т.И.Трофимова. Курс физики. Москва. 2006. C.146 -172.
6.Ümumi fizika kursu. Fizika www.anl.az › Kitab › Azf-274365
7. _mehdiyev.nmders-ves.fizika-kursuma
8. Курс физики. Трофимова Т.И.
9. Fizika. R.Rzayev – UNEC unec.edu.az › uploads › 2015/01 › fizika2211

Вам также может понравиться